Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-632/2026 26.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Xəlilov Ramin Adilxan oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, Iddiaçı İddiaçı və onun vəkili/nümayəndəsi vəkil1, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnin nümayəndəsi X2 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh X4rşı “müddətsiz əlilliyin təyin edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək ona 2021-ci ildən 2022-ci ilədək ödənilməli olan pul məbləğinin ödənilməsi, DTSERA-nın onu yubatdığı dövr üzrə uşaqları üçün 2023-2024 tədris ili üzrə ödədiyi təhsil haqlarının geri qaytarılması, müddətsiz əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona əlillik müddətinin bitdiyi tarixdən müddətsiz əlliliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzrinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.1971-ci il təvəllüdlü olmaqla, 1988-ci ildən Rusiyada SSRI Baş Kəşfiyyat Idarəsinin Xüsusi Dəstələrində zabit kimi fəaliyyət göstərmişdir. 1992-ci ildə Qarabağ müharibəsinin başladığını eşidib öz vəzifəsindən imtina edərək, Azərbaycana qayıtmış və könüllü olaraq Qarabağa yollanmışdır. 1992-1994-cü il atəşkəsin elan olunduğu vaxtadək Qarabağda döyüşmüş, döyüş zamanı üç dəfə yaralanmış və kontuziya almışdır. Atəşkəsdən sonra Heydər Əliyevin əmriylə Prezidentin yanında Xüsusi Idarənin əməliyyat müvəkkili vəzifəsinə təyin edilmişdir. Qarabağ döyüşləri zamanı aldığı yara və kontuziyalar səbəbindən və əsəbi davranışlarının iş fəaliyyətinə mənfi təsiri olduğundan vəzifəsindən azad edilmişdir. ##.##.2011-ci il tarixdən əlillik təyin edilmiş və ##.##.2021-ci ilədək o vaxtdan təyin edilən diaqnozla əlilliyə görə əmək pensiyası və Prezident təqaüdü almışdır. ##.##.2011-ci ildən başlayaraq beş ildən bir müayinədən keçmiş və ##.##.2021-ci ilədək əlil olduğu qənaətinə gəlmişlər. ##.##.2012-ci il tarixli, ##.##.2016-cı il tarixli, ##.##.2015-ci il tarixli müayinə sənədlərində ona müharibə ilə əlaqədar ikinci qrup əlillik təyin olunduğu, kontuziya və yaralarının Qarabağ müharibəsi ilə əlaqədar olduğu və onda üzvi mənşəli şəxsiyyət pozuntusunun, kəllə beyin travmasının qalıq əlamətlərinin, kəskin ifadə olunmuş şəxsiyyət dəyişikliklərinin depressiv daxil olmalarla mövcudluğu müayinələrlə sübuta yetirilməsi öz təsdiqini tapmışdır. Əlilliyə görə əmək pensiyası almasıyla bərabər hər il müalicələrə getmişdir. Əlilliyinin vaxtı bitdiyindən 2022-ci ilin avqust ayında yenidən müayinəyə çağırılmışdır. Hazırda Bakı Mühəndislik Universitetində ali təhsil alan iki övladı (X6 və X1) var. Onun əlillik statusunun təyini DTSERA tərəfindən gecikdirildiyindən övladlarının təhsil haqlarını da ödəməli olacaqdır. Bir tərəfdən öz müalicəsi, bir tərəfdən övladlarının təhsil haqları dolanışığını çətinləşdirir. Bütün bunlar isə DTSERA-nın riyakarcasına öz təyinatlarını danaraq əlil hesab etməmələrindən irəli gəlir. Iddia ərizəsinə əlavə edilmiş sənədlərdən də aydın olduğu kimi iddiaçı fasiləsiz şəkildə ##.##.2011-ci il tarixdən ##.##.2021 -ci il tarixədək əlil olmuşdur. Onun hüququnun yarandığı vaxt qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2015-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.2 bəndinə əsasən, ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Məlum olduğu kimi, onun 2021-ci ildən əlilliyin təyin edilməsi ilə bağlı işi əvvəl məhkəmənin icraatında olmuşdur. DTSERA 2021-dən 2022-dək məni fərqli-fərqli üsullarla indi olduğu kimi yayındırdığından hazırda sözügedən dövrlər üzrə pulunu ala bilməmişdir. Belə ki, məhkəmə işi 2023-cü il tarixdə başlamış 2025-ci il dekabrında yekunlaşmışdır. DTSERA təyinatı 2021-ci ildən müddətsiz şəkildə qoymaqdansa, qərarı 2022-dən 2024-dək qoymuşdur, yəni iki illik. Iddiaçı on ildir ki, eyni xəstəlik üzrə əlilliyə görə əmək pensiyası almışdır. Hətta buna görə ev verilib, hətta əvvəlki məhkəmə icraatında Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyi öz ekspert rəyində bildirmişdir ki, bu xəstəliyin sağalma ehtimalı yoxdur, əksinə ağırlaşması proqnozlaşdırılır. Bütün bunlara baxmayaraq, DTSERA iddiaçıya 2021-ci il tarixdən əlillik təyin etmək əvəzinə 2022-ci ildən 2024-cü ilədək iki illik əlillik təyin edib. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri: Cavabdeh iddia tələbinə yazılı etirazında qeyd etmişdir ki, vətəndaşın əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2011ci il tarixli *** nömrəli Qərar verilmişdir. Həmin qərarda “Mərmi partlaması nəticəsində yaranmış qəlpə yaralanmalarından sonra sol təpə nahiyyəsində, sağ baldırın orta 1/3-nin bayır səthində və sağ ayağın üst səthində çapıq toxumaları” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd: Hərbi Qərar Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzində canlı şəxsin məhkəmə-tibbi müayinəsi və iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadələri əsasında alınmışdır. Xəstənin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı yuxusuzluqdan, yaddaş zəifliyindən şikayətlənmişdir. Anamnestik olaraq 1993-cü ildə baş və aşağı ətraf nahiyələrindən yaralandığını bildirmişdir. Vətəndaş qeydlər apardığı vərəqlə müayinəyə gəlmiş, şikayətlərini, özü ilə bağlı məlumatları yadından çıxdığı üçün yazdığını qeyd etmişdir. Aqressiv davranış nümayiş etdirərək, suallara əsəbi halda “Qoyun oxuyum” deyə cavablar vermiş, özü ilə gətirdiyi böyük bir torba dolu dərmanlarını nümayiş etdirmişdir. Baxış zamanı sağ baldırın orta 1/3də çapıq izlənilmişdir. Psixi status: Müayinə prosesində kobud simulyativ davranış sərgiləmiş, heç nə xatırlamadığını qeyd edərək vərəqdə yazılmış sözləri oxumuşdur. Emosional labil şəxs kimi dəyərləndirilmiş, aparılmış müalicə barəsində məlumatsız olmuşdur. Diaqnozları təsdiq edəcək instrumental müayinə nəticələrini təqdim etməmişdir. Dərman qəbulu barəsində soruşduqda içərisi boş dərman qutuları ilə dolu olan torbanı sərgiləmişdir. Hazırda əlillik təyinatına əsas verə biləcək psixi pozuntular aşkarlanmamış və sənədlərdə qeyd edilən diaqnoz öz təsdiqini tapmamışdır. Sumqayıt Psixiatriya Xəstəxanasının ##.##.2022-ci il tarixli ***/**** nömrəli Tibbi rəyində diaqnoz “Baş-beynin zədələnməsi (kəlləbeyin travması) nəticəsində üzvi şəxsiyyət və davranış pozuntusu, depressiv daxilolmalarla” kimi qeyd edilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. * saylı X12nın ##.##.2025-ci il tarixli Elektroensefaloqrafiya müayinəsinin nəticəsi “Alın, mərkəz və gicgah paylarının sol yarımkürənin ifadəsi ilə paroksizmal aktivliyi qeyd olunur” kimi qeyd edilmişdir. * saylı X12nın ##.##.2025##.##.2025-ci il tarixli ****/** nömrəli Çıxarışında “Baş-beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları ilə, davranış depressiv pozulması” kimi qeyd edilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. Əmas-da ##.##.2023-cü il tarixindən “Nasos qurğularının maşinisti” kimi əmək müqaviləsi aktiv olmuşdur. Beləliklə, üzvi travma təsdiq edilmir və yuxarıda qeyd edilmiş anamnestik, obyektiv və instrumental müayinələrin nəticələrinə əsasən, hazırda əlillik təyinatına əsas verə biləcək psixoproduktiv psixosimptomatika aşkarlanmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnozun təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qərarından görünür ki, Bakı ş. Yasamal RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş X3 döyüş zonasında hərbi xidmət keçərkən 1993-cü ildə aldığı və ##.##.2011-ci ildə Silahlı Qüvvələrin Məhkəmə Tibbi Ekspertiza mərkəzində məhkəmətibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri - diaqnoz: “Mərmi partlaması nəticəsində yaranmış qəlpə yaralanmalarından sonra sol təpə nahiyyəsində, sağ baldırın orta 1/3-nin bayır səthində və sağ ayağın üst səthində çapıq toxumaları” (Yasamal RHKnın ##.##.2011-ci il tarixli */**** nömrəli göndərişi, ##.##.2011-ci il tarixli */*** nömrəli arayışı. Silahlı Qüvvələrin Məhkəmə Tibbi Ekspertiza mərkəzindən verilmiş ##.##.2011ci il tarixli **** nömrəli canlı şəxsin məhkəmə-tibbi müayinəsi aktı, üç nəfər keçmiş hərbi qulluqçunun şahid ifadələri, MN MHHK-nın həkim mütəxəssisi-cərrahın rəyi iiə təsdiq edilir), “HƏRBI TRAVMADIR. AZƏRBAYCAN RESPUBLIKASININ MÜDAFIƏSI ZAMANI ALINMIŞDIR”. - TSEK-də müayində aktından çıxarışdan görünür ki, 2011-ci ilin dekabr ayında iddiaçıya 1 il müddətinə ikinci dərəcəli əlillik ##.##.2012-ci il tarixədək təyin edilsə də, daha sonra ##.##.2012-ci il tarixdən iddiaçı yenidən müayinə edilərək həmin müddətin sonunadək (##.##.2012-ci il tarixədək) əlillik təyin edilmişdir. - TSEK-də müayində aktından çıxarışdan görünür ki, ##.##.2012-ci ildə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. - TSEK-də müayində aktından çıxarışdan görünür ki, ##.##.2013-cü ildə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. - TSEK-də müayində aktından çıxarışdan görünür ki, ##.##.2014-cü ildə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. - TSEK-də müayində aktından çıxarışdan görünür ki, ##.##.2015-ci ildə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. - TSEK-də müayində aktından çıxarışdan görünür ki, ##.##.2016-cı ildə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. - TSEK-də müayində aktından çıxarışdan görünür ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2 (iki) il müddətinə orqanizmin funksiyalarının 40 faiz pozulması barədə qərar qəbul edilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X13-sosial ekspert komissiyasının ##.##.2025-ci il tarixli qərarına əsasən, Diaqnozun təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı ##.##.2025-ci il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi” ilə əlaqədar orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh X4 üzərinə qoyulması qərara alınmışdır. (hakim Mehriban Mahmudlu-Abbaszadə). Iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, ona müddətsiz əlilliyin təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Həmçinin cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTLƏRININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI: a) Apellyasiya şikayətlərinin dəlilləri Iddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandıraraq, əlavə olaraq qeyd etmişdir ki, inzibati orqan on ildən çox əlil olmasına baxmayaraq ona ##.##.2022-ci il tarixdən *******0007 nömrəli inzibati aktla iki il müddətinə əlillik təyin etmişdir. Halbuki Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2015-ci il tarixli, 413 nömrəl qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.2 bəndinə əsasən ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Ali Məhkəmənin *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərardadı ilə əlilliyinin təsdiq edilməsinə baxmayaraq 2025ci il tarixdə məni yenidən komissiyaya çağırdılar. Inzibati orqanın Tibbi-Sosial Ekspert Komissiyasının *-**-*/*-*-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ilə ona əlilliyin təyin edilməsindən imtina edilmişdir. Halbuki ona təyin edilməli olan əlillik müddətsiz əlillik olmalı idi. Bununla da, inzibati orqan dövlətin adından çıxarılmış qərarın preyudusiallığına məhəl qoymamış və özbaşına hərəkət etmişdir. Göründüyü kimi inzibati orqanın əlilliyini müddətli təyin etməsi, eləcə də qəbul etdiyi əlilliyin təyin edilməsindən imtina qərarı tamamilə qanunsuzdur. Bununla yanaşı, onun 10 il müddətinə əlil olması həm TSEK-in müayinə aktından çıxarışları ilə, həm Əlillik Altsistemində olan mənə məxsus məlumatlarla, həm də Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ##.##.2025-ci il tarixli 3-17-1/2- Ə-******/**** nömrəli məktubu ilə öz təsdiqini tapır. Məhkəmə qərarının 16-cı səhifəsində görünür ki, ona məxsus məlumatlar təhrif edilmiş, guya əlilliyi 2012-ci ildən başlamış və 10 ildən az təşkil etmişdir. Esosial-dan çıxardığı bu məlumatdan da görünür ki, Agentlik belə onun 2011-dən əlil olduğunu danmır. Həmin nazirliyin bir başqa qurumu isə özünün məktubunda qeyd edir ki, ona 2011-dən 2024-cü ilədək hərbi qulluqçu kimi əlilliyə görə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarında da göstərilir ki, əlillik 1 il, 2 il, 5 il və ya müddətsiz olur. OŞ 10 il fasiləsiz əlil olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi qaydasının 4.2-ci bəndində ikinci qrup əlil şəxs 10 il əlil olarsa əlillik müddətsiz təyin edilir deyə müddəa var. Bu müayinə aktından çıxarışlarda da öz əksini tapmışdır. 2011-dən 2021-ci ilədək fasiləsiz əlil olması sadə riyazi hesablama ilə başa düşüldüyü kimi müddətsiz əlillik üçün əsas verən fasiləsiz on il ikinci qrup əlil olduğu anlamına gəlir. 2011 dekabr 1 IL (TSEK-in müayinə aktından çıxarış, Əlillik AS və XŞTMF-nin məktubu bunu təsdiqləyir), 2012 dekabr 1 IL (TSEK-in müayinə aktından çıxarış və XŞTMF-nin məktubu əsasında), 2013 dekabr 1 IL (TSEK-in müayinə aktından çıxarış, Əlillik AS və XŞTMF-nin məktubu əsasında), 2014 dekabr 1 IL (TSEK-in müayinə aktından çıxarış, Əlillik AS və XŞTMF-nin məktubu bunu təsdiqləyir), 2015 dekabr 1 IL (TSEKin müayinə aktından çıxarış, Əlillik AS və XŞTMF-nin məktubu bunu təsdiqləyir), 2016 dekabr 5 IL 2021 dekabr(TSEK-in müayinə aktından çıxarış, Əlillik AS və XŞTMF-nin məktubu bunu təsdiqləyir). Göründüyü kimi onun on il müddətinə əlil olması faktı üç növ dəlillə sübut edilir. Ali Məhkəmənin “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” Icmal Məktubunun 72 və 74-cü bəndlərində aşağıdakılar qeyd edilmişdir: “Əlilliyin qiymətləndirilməsi” Qaydasının müddəalarına görə, müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Həmin normanın tətbiqi ilə bağlı nəzərə alınmalıdır ki, yalnız əvvəlki əlillik müddətləri və ardıcıllığı ilə bağlı şərtlər, növbəti qiymətləndirmə zamanı əlilliyin müəyyən edilməsinə əsas verən diaqnozun mövcud olması şərti ilə məcmu şəklində ödənildiyi halda, əlillik müddətsiz təyin edilir. Qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertizanın nəticəsi olan eskpert rəyindən də aydındır ki, həmin diaqnoz üzrə xəstəliyi azalmamış, əksinə artmışdır. Və sağalma ehtimalı görünmür. Bu qədər sübut olduğu halda məhkəmənin işi olduqca səthi araşdırması və cavabdeh orqana əlilliyimlə bağlı sənədləri gətirmək və ya XŞTMF-dən pensiya işinin gətirilməsi belə baş tutmamışdır. Həmçinin qeyd edir ki, əvvəldən iddia tələbi müddətsiz əlilliyin təyin edilməsi və DTSERAnın ucbatından borc-xərclə uşaqları üçün ödədiyi təhsil haqlarının mənə qaytarılması idi. ##.##.2026-cı il tarixində iddia tələbimin dəqiqləşdirilməsinə dair ərizə (Qoşma olaraq əlavə edilir) təqdim edərək mənə müddətsiz əlilliyin təyin edilməsini xahiş etmişdim. IPM-in 13-cü maddəsinə əsasən Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Qeyd edim ki, bu cür hüquqi yardımı mənə məhkəmə göstərməmişdir və mən öz ərizəmi təqdim etsəm belə, buna münasibət də bildirməmişdir. IPM-in 64.1-ci maddəsinə əsasən isə sədrlik edən hakim mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur. Halbuki mənim bu ərizəm üzrə müzakirə baş tutmamışdır. Sadəcə qərar elanında xəbərim olur ki mənə 2 il müddətinə əlillik təyin edilmişdir. Qərarla tanış olanda görmüşdür ki, iddia tələbi 2 il müddətinə əlilliyin təyin edilməsidir. Lakin nə onun hüquqi marağı, nə verdiyi ərizələr 2 il müddətinə əlilliyin təyini ilə bağlı olmuşdur. Məhkəmənin apardığı ümumi araşdırma eləcə də qəbul etdiyi qərara nəzər yetirilsə, məhkəmə ümumiyyətlə onun 10 il müddətinə əlil olub-olmadığı məsələsini araşdırmağa cəhd belə göstərməmişdir. Qeyd edir ki, onun növbəti əlilliyi müddətsiz olmalı idi. Inzibati orqana etimadı da bu yöndə idi ki, təyin olunacaq əlillik müddətsiz olacaq. Lakin bundan boyun qaçırmış və ona iki illik əlillik təyin etmiş daha sonra isə əlilliyin təyin edilməsindən imtina etmişdir. Iki illik əlillik təyinatı o adamda olur ki, o, ilk dəfə əlil olsun. Bu isə onda artıq özünü həm Ali Məhkəmə səviyyəsində, həm də fasiləsiz 10 ildir ki əlillik statunun olması ilə öz sübutunu tapmışdır. Yəni hazırki mübahisə əlillik faktı ilə bağlı deyil, müddətsiz əlilliklə bağlı normanın ona tətbiqi ilə bağlıdır. Iş materiallarından da göründüyü kimi o, 10 ildən çoxdur ki, eyni xəstəlikdən əziyyət çəkmiş və çəkməyə də davam edirəm. Müayinə aktlarından çıxarışlarda da görünür ki, xəstəliyinin növü dəyişməmişdir. Bundan əlavə uzun müddət eyni xəstəlikdən əziyyət çəkmiş şəxsə iki illik əlillik verilməsi isə məntiqli deyil. Iki illik əlillik o adama verilir ki, o təzəlikcə əlillik statusunu alsın və ya həmin şəxsin sağalmasına ümid var. Həm bundan əvvəlki yekunlaşmış məhkəmə işində həm də bu işdə olan ekspert rəyindən də aydın olduğu kimi o, sağalmayacaqdır. Adi məntiqi mühakimə ilə də başa düşmək olar ki 14 il eyni xəstəlikdən əziyyət çəkən adamın yaş artdıqca düzəlməsi mümkün deyil. Həmçinin o, xəstəxanada yatmağa da davam edir. Yəni iki il əlillik onun heç bir problemini həll etmir, bu ekspert öz rəyində də bildirmişdir. Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandıraraq, əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işi ümumiyyətlə araşdırmayaraq, cavabdeh olaraq bizimetirazımızı belə təhrif edərək, guya etirazımız şəxsin əlil olmasını təsdiq edirmiş kimi, həmçinin işə baxarkən işi lazımi qaydada araşdırmayaraq sırf ekspert rəyinə əsasən vətəndaşda qeyd edilən diaqnozun olması səbəbindən vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Ekspert rəyi ilə şəxsin əlil olmasına qənaətinə gəlinirdisə xxxx tərəfindən əlilliyin qiymətləndirilməsi və təyin edilməsinə nə ehtiyac qalardı ki. Bu isə işin nəticələrinin“Diaqnozun təsdiqini tapmaması” barədə qərar iddiaçının forma ** nömrəli arayışı əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza vəReablitasiya Agentliyinin Tibbi-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin bildirmək istəyirik ki, yüzlərlə bu formadaanoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Göndərişdə qeyd olunan diaqnoz “Diaqnozun təsdiqini tapmaması” halında məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili/nümayəndəsi izahatlarında iddiaçı tərəfindən verilmiş şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddiaçıya müddətsiz əlilliyin təyin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. TƏTBIQ EDILƏN HÜQUQ: “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il ## ###### tarixli *** nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: (-)
2. “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin HYPERLINK "https://e-qanun.az/framework/31771" \o "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il ## ###### tarixli *** nömrəli Qərarı"2015-ci il ## ###### tarixli *** nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № *, maddə 175; 2021, № * (IV kitab), maddə 669) 1-ci hissəsi ləğv edilsin. (-)
“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. (-) 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-) 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
Azərbaycan Respublikası Prezidentinin ## #### 2015-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”
3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: (-) 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək; (-)
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”
1. Ümumi müddəalar (-) 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.
3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası (-) 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. (-)
“Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21. Inzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. (-) Maddə 24. Işin hallarının obyektiv araşdırılması 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. (-) Maddə 64. Inzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. Inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. Inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. Inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
Inzibati Prosessual Məcəllə: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib iş materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərinə qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməli, eyni zamanda cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırkı mübahisənin mahiyyəti iddiaçının əlillik faktının ümumiyyətlə mövcud olub-olmaması ilə deyil, uzun illər ərzində eyni səbəb əlaqəsi və mahiyyətcə eyni xəstəlik üzrə müəyyən edilmiş əlilliyin müddətsiz müəyyən edilməli olub-olmaması ilə bağlıdır. Birinci instansiya məhkəməsi iddiaçının əlillik təyinatına əsas verən tibbi vəziyyətinin mövcudluğunu qəbul edərək ona 2 il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyini cavabdehin üzərinə qoymuş, lakin iddia tələbinin əsas predmetini, yəni müddətsiz əlilliyin təyin edilməsi məsələsini tam və hərtərəfli hüquqi qiymətləndirməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 4.2-ci maddəsinin tələbinə əsasən müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. 4.3-cü maddəyə əsasən isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, II və III dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarına görə tibbi göstəriş olan xüsusi hallarda, eləcə də ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilməlidir. Yenə qanunvericiliyin istinad olunan normalarına görə, şəxsin əlil statusu qazanması bu barədə inzibati orqan tərəfindən müvafiq qərarın (inzibati aktın) qəbul edilməsi nəticəsində baş verir. Bundan başqa, əlilliyin fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda, şəxsə 10 il müddətin bitməsindən sonra müddətsiz əlillik təyin edilə bilməsi üçün tibbi müəssisə tərəfindən müvafiq göndərişin verilməsi və qiymətləndirmə nəticəsində əlillik təyin etməyə əsas verən diaqnozun mövcudluğu da təsdiq olunmalıdır. Iddiaçıya münasibətdə əlillik və tibbi vəziyyət üzrə əsas tarixlərin xronoloji ardıcıllığından görünür ki, onun səhhətindəki pozuntuların başlanğıcı 1993-cü ildə döyüş zonasında aldığı yaralanma və kontuziya ilə bağlı olmuş, ##.##.2011-ci il tarixdə Silahlı Qüvvələrin Məhkəmə-Tibbi Ekspertiza Mərkəzində keçirilmiş canlı şəxsin məhkəmə-tibbi müayinəsi aktı ilə həmin yaralanmanın nəticələri tibbi sənədlərlə təsdiq edilmişdir. Bundan sonra, ##.##.2011-ci il tarixli MHHK-nın *** nömrəli qərarı ilə iddiaçının xəsarəti “Hərbi travma, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qiymətləndirilmiş və həmin tarixdən onun əlillik statusunun başlanğıcı müəyyən edilmişdir. Iş materiallarından görünür ki, 2011-ci ilin dekabr ayında iddiaçıya 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Daha sonra ##.##.2012-ci il tarixdən iddiaçı yenidən müayinə edilərək həmin müddətin sonunadək əlillik statusu saxlanılmışdır. Sonrakı illərdə, yəni ##.##.2012, ##.##.2013, ##.##.2014 və ##.##.2015-ci il tarixlərində iddiaçıya hər dəfə 1 il müddətinə ikinci dərəcəli əlillik təyin olunmuş, ##.##.2016-cı il tarixli təkrar müayinə ilə isə ona 5 il müddətinə ikinci dərəcəli əlillik müəyyən edilmişdir. Həmin 2015 və 2016-cı il TSEK sənədlərində əlilliyin səbəbi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik”, diaqnoz isə “Üzvi mənşəli şəxsiyyət pozuntusu, kəllə-beyin travmasının qalıq əlamətləri, kəskin ifadə olunmuş şəxsiyyət dəyişiklikləri və depressiv daxilolmalarla” kimi göstərilmişdir. Bu isə xəstəliyin səbəb əlaqəsinin və diaqnostik mahiyyətinin həmin illər ərzində dəyişmədiyini təsdiq edir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işdə həlledici məsələ əlillik müddətinin yalnız mexaniki təqvim hesablaması deyil, həmin müddətin tamamlanmasına aparan ardıcıllığın hansı səbəbdən və kimin hərəkətləri nəticəsində pozulmasıdır. Iş materiallarından görünür ki, iddiaçı uzun illər ərzində eyni səbəb əlaqəsi və eyni mahiyyətli xəstəlik üzrə ikinci dərəcəli əlillik statusunda olmuş, əlillik müddəti bitdikdən sonra isə növbəti qiymətləndirmə üçün vaxtında müraciət etmişdir. Lakin iddiaçının əlillik vəziyyətinin davam etməsinə baxmayaraq, cavabdeh inzibati orqan tərəfindən sonrakı mərhələdə qəbul edilmiş imtina qərarları xəstəliyin sağalması və ya əlillik əsaslarının aradan qalxması ilə deyil, formal və prosedur xarakterli yanaşma ilə əsaslandırılmışdır. Belə ki, iddiaçının əlillik dövrü 2011-ci ilin sonlarından 2021-ci ilin dekabr ayınadək hesablandıqda belə, formal təqvim hesablaması baxımından tam 10 illik müddətin tamamlanması mübahisəli görünür. Belə ki, cavabdehin yanaşması əsas götürülərək başlanğıc tarixi ##.##.2012-ci il kimi qəbul edildikdə 2021-ci ilin dekabr ayınadək olan dövr tam 10 ildən cüzi az, təxminən 9 ildən artıq müddət təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, şəxsin təxminən 9 il 11 ay ərzində eyni xəstəlik üzrə əlillik statusunda olması, müddətin bitməsindən sonra vaxtında müraciət etməsi, bundan sonra verilmiş imtina qərarlarının xəstəliyin aradan qalxması ilə deyil, formal əsaslarla əlaqələndirilməsi, həmçinin ##.##.2022-ci il tarixdə eyni xəstəlik üzrə yenidən 65 faiz pozuntu ilə ikinci dərəcəli əlilliyin müəyyən edilməsi birlikdə qiymətləndirildikdə, cavabdehin mövqeyi sosial hüququn mahiyyətinə uyğun hesab edilə bilməz. Çünki iddiaçının 10 illik müddətə doğru formalaşmış əlillik ardıcıllığı onun sağalması, əmək qabiliyyətinin bərpa olunması, müraciət etməməsi və ya əvvəlki diaqnozun aradan qalxması səbəbindən deyil, cavabdeh inzibati orqanın formal yanaşması və əsassız imtina qərarları nəticəsində pozulmuşdur. Bu baxımdan, cavabdeh inzibati orqanın özünün yaratdığı formal fasiləyə istinad etməklə iddiaçının müddətsiz əlillik hüququnu rədd etməsi hüquqdan sui-istifadə nəticəsi doğurur. Inzibati orqan şəxsin sosial təminat hüququnun həyata keçirilməsinə xidmət etməli olduğu halda, 10 illik müddətin tamamlanmasına çox az müddət qalmış və xəstəliyin davam etdiyi tibbi sənədlərlə təsdiqləndiyi şəraitdə imtina qərarları qəbul etməklə həmin hüququn reallaşmasını əsassız şəkildə çətinləşdirmişdir. Belə yanaşma qanunvericiliyin sosial müdafiə məqsədinə, hüquqi müəyyənlik, etimadın qorunması və sosial ədalət prinsiplərinə uyğun gəlmir. Iş materiallarından görünür ki, əvvəlki əlillik müddətinin bitməsindən qısa müddət sonra, yəni ##.##.2022-ci il tarixdə iddiaçı üzrə aparılmış qiymətləndirmədə “diaqnoz təsdiqini tapmamışdır” nəticəsinə deyil, “əlavə müalicəyə ehtiyacın olması” səbəbi ilə imtinaya istinad edilmiş, diaqnoz hissəsində isə yenə də üzvi mənşəli şəxsiyyət pozğunluğu, baş-beyin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişiklikləri və davamlı depressiv pozuntu göstərilmişdir. Bu hal onu təsdiq edir ki, 2022ci ilin əvvəlində inzibati orqan xəstəliyin mövcudluğunu tamamilə inkar etməmiş, imtinanı formal olaraq əlavə ixtisaslaşmış müalicə zərurəti ilə əsaslandırmışdır. Bundan sonra ##.##.2022-ci il tarixli *******0007 nömrəli TSEK qərarı ilə iddiaçıya 65 faiz orqanizm funksiyalarının pozulması ilə ikinci dərəcəli əlillik təyin edilmiş, əlillik müddəti ##.##.2022-ci ildən ##.##.2024-cü ilədək müəyyən olunmuşdur. Həmin qərarda əlilliyin səbəbi yenə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqələndirilmiş, diaqnoz isə baş-beynin silkələnməsi, kəllə-beyin travmasının qalıq əlamətləri, baş-beyin zədələnməsi nəticəsində üzvi şəxsiyyət və davranış pozuntusu, depressiv daxilolmalarla və fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişiklikləri kimi göstərilmişdir. Bu, əvvəlki əlillik müddətinin bitməsi ilə sonrakı əlillik təyinatı arasında yaranmış fasilənin xəstəliyin aradan qalxması ilə deyil, inzibati qiymətləndirmə prosesindəki gecikmə və formal yanaşma ilə bağlı olduğunu göstərir. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, əvvəlki əlillik müddətinin bitməsi ilə sonrakı əlillik təyinatı arasında yaranmış müddət uzunmüddətli sabit sağalma dövrü deyil. Əksinə, həmin dövrdə iddiaçı eyni xəstəliklə bağlı müraciət etmiş, ##.##.2022-ci il tarixdə imtina qərarı “əlavə müalicəyə ehtiyacın olması” ilə əsaslandırılmış, sonradan isə ##.##.2022-ci il tarixli qərarla eyni xəstəlik üzrə yenidən ikinci dərəcəli əlillik təyin edilmişdir. Bu ardıcıllıq xəstəliyin davamlılığını, inzibati fasilənin isə iddiaçının təqsiri və ya sağalması ilə bağlı olmadığını təsdiq edir. Qanunvericiliyin teleoloji, yəni məqsədəyönlü təhlili zamanı normanın yalnız hərfi mətnindən deyil, onun qəbul edilməsindəki sosial məqsəddən də çıxış edilməlidir. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 4.2-ci bəndində nəzərdə tutulmuş “fasiləsiz olaraq 10 il” şərti xəstəliyin xroniki, stabil və sağalmaz xarakter daşımasını təsdiqləməyə yönəlmiş sübut mexanizmidir. Qanunvericinin məqsədi ondan ibarətdir ki, şəxs 10 il ərzində eyni və ya mahiyyətcə eyni xəstəlik üzrə əlil hesab olunmuşsa, onun hər dəfə təkrar-təkrar qiymətləndirilməyə məruz qalması sosial hüquqların həyata keçirilməsini əsassız çətinləşdirməsin. Teleoloji yanaşma baxımından “fasiləsizlik” anlayışı yalnız inzibati aktların tarixləri arasında formal boşluğun olub-olmaması ilə məhdudlaşdırıla bilməz. Əgər şəxs faktiki olaraq eyni diaqnoz və eyni səbəb əlaqəsi üzrə uzun illər əlil hesab olunmuş, bu müddətdə dövlət tərəfindən ona əlilliklə bağlı sosial təminat verilmiş, əlillik müddəti bitdikdən sonra vaxtında müraciət etmiş, sonrakı qiymətləndirmələrdə isə eyni xəstəliyin davam etdiyi təsdiqlənmişdirsə, inzibati orqanın prosedur gecikmələri və ya formal imtina qərarları həmin şəxsin müddətsiz əlillik hüququnu aradan qaldırmamalıdır. Bu baxımdan, iddiaçının 2011-ci ilin sonlarından, ən azı isə ##.##.2012-ci il tarixdən 2021-ci ilin dekabr ayınadək təxminən 9 il 11 ay ərzində ikinci dərəcəli əlillik statusunda olması, əvvəlki müddət bitdikdən sonra vaxtında müraciət etməsi, ##.##.2022-ci il ildə inzibati orqan tərəfindən əvvəlcə formal əsaslarla imtina edilməsi, daha sonra isə ##.##.2022-ci il tarixdə eyni xəstəlik üzrə yenidən 65 faiz pozuntu ilə ikinci dərəcəli əlilliyin müəyyən edilməsi birlikdə qiymətləndirilməlidir. Bu hallar göstərir ki, iddiaçıya münasibətdə uzunmüddətli əlillik vəziyyəti faktiki və tibbi baxımdan davam etmiş, formal fasilə isə xəstəliyin sağalması nəticəsində deyil, cavabdehin əsassız imtina qərarları nəticəsində yaranmışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin sırf inzibati aktların tarixləri arasında yaranmış formal boşluğu əsas götürərək iddiaçının uzun illər ərzində formalaşmış sosial hüququnu məhdudlaşdırması hüquqi müəyyənlik, etimadın qorunması və sosial ədalət prinsiplərinə ziddir. Əsas məsələ ondan ibarətdir ki, 10 illik müddətə doğru formalaşmış ardıcıllıq iddiaçının hərəkətsizliyi, müraciət etməməsi və ya xəstəliyinin sağalması nəticəsində deyil, məhz cavabdeh inzibati orqanın məsuliyyətsiz formal yanaşması və əsassız imtina qərarları nəticəsində pozulmuşdur. Inzibati orqan özünün yaratdığı belə formal fasiləni sonradan iddiaçının əleyhinə həlledici hüquqi arqument kimi istifadə edə bilməz, əks yanaşma hüquqdan sui-istifadənin məhkəmə tərəfindən legitimləşdirilməsi nəticəsini doğurar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5.1-ci bəndində qeyd edilmişdir ki, şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə, ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması göndərişin verilməsi üçün əsasdır. Həmin Qaydaların 1.5.3-cü maddəsinə əsasən isə əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi göndərişin verilməsi üçün əsasdır. Göründüyü kimi, qanunvericilik əlillik müddəti bitdikdən sonra əlilliyin təkrar qiymətləndirilməsi zamanı əvvəl müəyyən edilmiş pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsini xüsusi hüquqi əhəmiyyətli hal kimi qəbul edir. Bu səbəbdən cavabdehin 2022-ci ildə əlavə müalicə ehtiyacı, 2025-ci ildə isə “diaqnozun təsdiqini tapmaması” kimi formal və bir-biri ilə ziddiyyət təşkil edən əsaslarla iddiaçının əlillik hüququnu məhdudlaşdırması işin faktiki hallarına və qanunvericiliyin məqsədinə uyğun hesab edilə bilməz. 2025-ci il üzrə təqdim edilmiş sənədlər də məhkəmənin hazırki mövqeyini təsdiqləyir. Belə ki, ##.##.2025-ci il tarixli A********MFP nömrəli Forma 88 göndərişində iddiaçının Bakı * nömrəli X12 tərəfindən TSEK-ə göndərildiyi, ##.##.2025-ci il tarixli son müayinə məlumatında isə diaqnoz kimi “Baş-beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, davamlı depressiv pozuntular, depressiv epizod” qeyd olunduğu görünür. Buna baxmayaraq, inzibati orqan həmin müayinənin nəticəsi üzrə “diaqnoz öz təsdiqini tapmamışdır” qənaətinə gəlmişdir. Eyni sənədlər sistemində diaqnozun göstərilməsi və eyni zamanda onun təsdiqini tapmadığının bildirilməsi cavabdehin mövqeyinin formal və daxili ziddiyyətli olduğunu göstərir. Iş materiallarında olan ##.##.2025-ci il tarixli EEQ müayinəsində paroksizmal aktivliyin qeydə alınması, habelə ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək * saylı X12 aparılmış stasionar müalicə zamanı travma mənşəli üzvi xəstəliyin və davranış pozuntularının qeyd edilməsi iddiaçının tibbi vəziyyətinin davamlı xarakter daşıdığını təsdiqləyən obyektiv tibbi hallardır. Bu sənədlər əvvəlki TSEK qərarlarında göstərilmiş diaqnozlarla eyni mahiyyət daşıyır və xəstəliyin aradan qalxmadığını göstərir. Birinci instansiya məhkəməsinin ekpertiza qərardadı əsasında keçirilmiş və ##.##.2025-ci il tarixdə tərtib edilmiş **** saylı ambulator məhkəmə-psixiatrik ekspertiza rəyi isə cavabdehin həmin mövqeyini təkzib edən mühüm sübutdur. Həmin rəydə iddiaçıda hazırda “üzvi (travma mənşəli) şəxsiyyət dəyişikliyi, davranış pozuntuları, koqnitiv funksiyaların enməsi və depressiv daxilolmalarla” (F07.0) diaqnozunun aşkar edildiyi göstərilmişdir. Bu rəy cavabdehin ##.##.2025-ci il tarixli “diaqnozun təsdiqini tapmaması” qərarının faktiki əsaslarını şübhə altına alır və növbəti qiymətləndirmə zamanı əlillik təyin etməyə əsas verən diaqnozun mövcudluğunu təsdiq edir. Məhkəmə kollegiyası nəzərə alır ki, müddətsiz əlilliyin müəyyən edilməsi üçün yalnız əvvəlki əlillik dövrlərinin mexaniki toplanması kifayət etmir, növbəti qiymətləndirmə zamanı əlillik təyin etməyə əsas verən diaqnozun mövcudluğu da təsdiq olunmalıdır. Hazırkı işdə bu şərt də ödənilmişdir. Belə ki, 2022-ci ildə iddiaçıya eyni xəstəlik üzrə yenidən 65 faiz orqanizm funksiyalarının pozulması ilə ikinci dərəcəli əlillik müəyyən edilmiş, 2025-ci ildə isə tibbi sənədlər və məhkəmə-psixiatrik ekspertiza rəyi həmin diaqnozun davam etdiyini təsdiq etmişdir. Bir sözlə, cavabdehin “diaqnozun təsdiqini tapmaması” barədə mövqeyi iş materialları ilə uzlaşmır. Çünki iddiaçı barədə əvvəlki TSEK qərarları, MHHK-nın qərarı, xəstəxana çıxarışları, EEQ müayinəsi, əvvəlki ekspertiza sənədlərində sağalma ehtimalının olmaması, ##.##.2022-ci il tarixli 65 faizlik əlillik təyinatı və ##.##.2025-ci il tarixli məhkəmə-psixiatrik ekspertiza rəyi bir-birini tamamlayaraq diaqnozun davamlılığını və əlillik təyinatına əsas verən tibbi vəziyyətin mövcudluğunu təsdiq edir. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən inzibati orqan işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur və maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Hazırkı işdə isə cavabdeh uzun illər ərzində qəbul edilmiş TSEK qərarlarını, xəstəliyin hərbi travma ilə səbəb əlaqəsini, 2022-ci ildə yenidən əlillik təyin edilməsini, 2025-ci il stasionar müalicə və ekspertiza sənədlərini kompleks şəkildə qiymətləndirməmiş, əksinə formal nəticə ilə kifayətlənmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, inzibati orqanın formal kəsintini iddiaçının əleyhinə həlledici fakt kimi qiymətləndirməsi hüquqi müəyyənlik və etimadın qorunması prinsiplərinə də ziddir. Iddiaçı uzun illər ərzində dövlət orqanlarının qəbul etdiyi qərarlar əsasında əlillik statusunda olmuş, həmin statusla bağlı sosial təminat almış və növbəti qiymətləndirmə zamanı eyni xəstəlik üzrə hüququnun davam etdiriləcəyinə əsaslı etimad formalaşdırmışdır. Inzibati orqan bu etimadı yalnız real tibbi sağalma, diaqnozun aradan qalxması və ya əlillik meyarlarının obyektiv şəkildə mövcud olmaması sübut edildikdə məhdudlaşdıra bilərdi. Hazırkı işdə isə belə sübut mövcud deyil. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, iddiaçı uzun illər ərzində eyni səbəb əlaqəsi və mahiyyətcə eyni xəstəlik üzrə əlillik statusunda olmuş, 2011-ci ilin sonlarından, ən azı isə ##.##.2012-ci il tarixdən 2021-ci ilin dekabr ayınadək təxminən 9 il 11 ay davam edən əlillik dövründən sonra hüququnun davam etdirilməsi üçün müraciət etmiş, lakin cavabdehin formal və əsassız imtina qərarları nəticəsində 10 illik ardıcıllığın tamamlanması mümkün olmamışdır. Sonrakı ##.##.2022-ci il tarixli əlillik təyinatı, 2025ci il tibbi sənədləri və ##.##.2025-ci il tarixli ekspertiza rəyi isə xəstəliyin həmin dövrdə də davam etdiyini təsdiq edir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Birinci instansiya məhkəməsi iddiaçının 2011-ci ilin sonlarından, ən azı isə 2012-ci ilin yanvarından 2021-ci ilin dekabrınadək davam edən əlillik dövrünü, həmin dövrün 10 illik müddətə cüzi az qalmasını, bu ardıcıllığın iddiaçının sağlamlığının bərpa edilməsi, eyni zamanda hər-hansı bir hərəkətsizliyi ilə deyil, cavabdehin formal və əsassız imtina qərarları nəticəsində pozulmasını, 2022-ci ildə yenidən əlillik təyin edilməsini, 2025-ci il tibbi sənədlərini və ekspertiza rəyini kompleks şəkildə qiymətləndirməli olduğu halda, nəticədə yalnız 2 il müddətinə əlilliyin müəyyən edilməsi ilə kifayətlənmişdir. Halbuki iddia tələbi məhz müddətsiz əlilliyin təyin edilməsinə yönəlmiş, işdə olan sübutlar isə bu tələbin təmin edilməsinə kifayət edir. Həmçinin, cavabdehin apellyasiya şikayətinin dəlilləri də formal mülahizələrdən ibarətdir. Belə ki, cavabdeh apellyasiya şikayətinin dəlillərində göstərmişdir ki, məhkəmə tibbi bilik tələb edən sahəyə müdaxilə etmiş və orqanın diskresion səlahiyyətinə əsassız təsir göstərmişdir. Məhkəmə kollegiyası həmin dəlilə münasibətdə qeyd edir ki, məhkəmə heç bir halda yeni tibbi diaqnoz müəyyən etmir, yalnız işdə olan tibbi sənədlərin və inzibati aktların qanunvericilikdə nəzərdə tutulmuş əlillik meyarları baxımından hüquqi qiymətləndirilməsini aparır. “Inzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə və Inzibati Prosessual Məcəllənin 12-ci maddəsinə görə, məhkəmə inzibati aktın qanuniliyini və əsaslılığını yoxlamaqla mübahisənin düzgün həllinə yönəlmiş bütün faktiki halları müstəqil şəkildə araşdırmağa borcludur. Bu baxımdan, məhkəmənin fəaliyyəti inzibati orqanın səlahiyyətlərinə müdaxilə deyil, həmin səlahiyyətlərin qanuna uyğun həyata keçirilib-keçirilməməsinin hüquqi nəzarəti kimi qiymətləndirilməlidir. Belə olan halda, iddiaçının apellyasiya şikayəti təmin edilməli, həmçinin, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTICƏVI HISSƏ
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Iddiaçının apelyasiya şikayəti təmin edilsin. Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Iddia təmin edilsin. Iddiaçı İddiaçı ##.##.2025-ci il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi” ilə əlaqədar orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə müddətsiz əlilliyin müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.