Məhkəmə qərarları › İş №2-1(3-8)-633/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-633/2026

19.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-633/2026 19.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hacıyev Vahid Məcid oğlu (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, X4 qızının katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarış, plan və ölçü sənədinin verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)- ****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: Işin halları Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Quba Rayon Şöbəsinin # ### 2011-ci il tarixli **** nömrəli rəyindən görünür ki, İddiaçı satılması nəzərdə tutulan torpaq sahəsi 0,12 ha olmaqla Quba rayonu Isnov bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. Satılması nəzərdə tutulan torpaq sahəsi kəndin perspektiv inkişaf fonduna aid olmaqla həmin məqsəd üçün satılması qanunamüvafiqdir. Quba rayonu Isnov bələdiyyəsinin ## ###### 2005-ci il tarixli ** saylı protokol-qərarı ilə İddiaçı Qasımqışlaq kəndindən torpaq sahəsinin satılması məqsədəuyğun hesab edilmişdir. ## ###### 2005-ci il tarixdə Isnov bələdiyyəsinin, rayon torpaq şöbəsinin nümayəndələri və torpaq alan X1 iştirakları ilə ## ###### 2005-ci il tarixli, ** nömrəli qərar ilə ayrılmış 0,12 ha torpaq sahəsinə dair *** nömrəli “Torpaqların alqı-satqısına dair akt”. ## ### 2011-ci il tarixli X1 fərdi yaşayış evinin tikintisinə icazə verilməsi barədə ərizəsinə əsasən tikinti üçün nəzərdə tutulmuş torpaq sahəsinə dair “Akt-rəy”. Azərbaycan Respublikası Quba Rayonu Icra Hakimiyyəti başçısının ## ### 2012-ci il tarixli, *** nömrəli sərəncamından görünür ki, X1 Isnov kəndində yerləşən 0,12 ha torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Quba rayonu Zərqava bələdiyyəsinin ## #### 2023-cü il tarixli, ** nömrəli arayışından görünür ki, ## ###### 2005-ci il tarixdə X2 0,12 ha həyətyanı torpaq sahəsinin verilməsi barədə ** saylı qərar qüvvədədir, çıxarışın verilməsinə etiraz edilməmişdir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ## ###### 2008-ci il tarixli, A seriyalı, ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, Quba rayonu Isnov bələdiyyəsinin ## ###### 2005-ci il tarixli, ** nömrəli qərarı ilə İddiaçı fərdi yaşayış evi tikmək üçün verilmiş 1200 kv.m torpaq sahəsinin kadastr göstəriciləri, qaiməsi (sertifikatı), baş plandan çıxarış, əsas döngə nöqtələrinin koordinatları və arasındakı məsafələr, planı (miqyas 1:1000) göstərilmişdir. Quba Rayon Icra Hakimiyyəti Memarlıq Tikinti Şöbəsi Layihə-X3 Rəfael Hüseyn oğlunun Isnov kəndinin ərazisində inşa edəcəyi fərdi yaşayış evinin eskiz-layihəsi. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Xaçmaz Ərazi Idarəsinin İddiaçı göndərilmiş ## ###### 2023-cü il tarixli, *-**-*-**/*-****/**** nömrəli məktubundan görünür ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etdiyi Quba rayonu, Isnov bələdiyyəsinin ## ###### 2005-ci il tarixli, ** saylı qərarı ilə satılmış 0,12 ha torpaq sahəsi elektron məlumat bazasında olan xəritəyə əsasən kənd təsərrüfatı təyinatlı (örüş) torpaq sahəsidir. Qeyd edilir ki, kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin qeyri-kənd təsərrüfatı məqsədilə istifadə edilməsi qanunverilicikdə nəzərdə tutulmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.6cı maddələrinə əsasən ərizənin icrasından imtina olunmuşdur. Məhkəmə araşdırması zamanı sorğulara cavab olaraq təqdim edilmiş sənədlər: Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 Kadastrı Və Reyestri Publik Hüquqi Şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin ## #### 2025-ci il tarixli, *-**-*-**/*-****/**** nömrəli məktubundan görünür ki, ünvan 1 ərazisində yerləşən 0,12 ha torpaq sahəsi bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsidir. Quba rayonu Çiçi-Zərqava bələdiyyəsinin ## ###### 2025-ci il tarixli, ** nömrəli məktubundan görünür ki, X2 Isnov bələdiyyəsindən ## ###### 2005-ci il tarixdə ** saylı qərarla 0,12 ha fərdi yaşayış evi tikintisi məqsədilə torpaq sahəsi götürmüşdür. Rafael Qaibov elə 2006-cı ildə bu torpaq sahəsində yaşayış evi tikmiş və bu gün də anası ilə birlikdə həmin evdə yaşayır. Quba Rayon Dövlət Arxivinin ## ###### 2025-ci il tarixli, *-**-DA-*F/*-***-**/**** nömrəli məktubu ilə Quba rayonu Isnov bələdiyyəsinin ## ###### 2005-ci il tarixli, ** saylı iclas protokolunun surəti qoşma şəklində göndərilmişdir. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Xaçmaz Ərazi Idarəsinin ## ###### 2026-cı il tarixli, *-**-*-**/*- ***/**** nömrəli məktubu ilə göndərilmiş müayinə aktından görünür ki, Quba rayon Isnov bələdiyyəsinin ## ###### 2005-ci il tarixli, ** saylı qərarı ilə DTvə XK tərəfindən verilmiş plan və ölçüdə göstərilən koordinatlar faktiki naturada istifadə olunan torpaq sahəsi ilə uyğunluq təşkil edir. Torpaqların elektron kadastrı uçotu informasiya sistemində (TEKIUS) öz əksin tapmışdır. Faktiki istifadə olunan torpaq sahəsi, torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUIS) əsasən kənd təsərrüfatı təyinatlı olub uqodiyası fərdi yaşayış kimi, mülkiyyət növü isə bələdiyyə mülkiyyəti kimi göstərilmişdir. Torpaq sahəsinin faktiki koordinatlarını DVJ xəritə yığarkən kənd təsərrüfatı, örüş kimi göstərilən əraziyə düşür. Torpaq sahəsi xəritə materialları üzərində heç bir mülkiyyət sənədi ilə üst-üstə düşmür və heç bir mühafizə zolağında yerləşmir.Torpaq sahəsində hal-hazırda yaşayış evi mövcuddur və X2 tərəfindən istifadə olunur. Torpaq sahəsinin şərq və qərb qonşuluğunda yerləşən torpaq sahələrində yaşayış evləri tikilib, lakin həmin torpaq sahələrinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilməmişdir. Birinci instansiya məhkəməsində icraat Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Xaçmaz Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtina məktubu əsassız hesab edilərək, cavabdeh orqan tərəfindən aldığı iddiaçıya məxsus olan Quba rayonu Isnov bələdiyyəsi tərəfindən ## ###### 2005-ci il tarixdə verilmiş ** nömrəli aktı olan “Torpağın aIqı-satqısına dair Akt”a əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində # ### 2011-ci il tarixdə 2610 nömrə ilə uçota alınmış AN ****** nömrəli ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin və Quba Rayonu Icra başçısının ## ### 2012-ci il tarixli *** nömrəli sərəncamı hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Quba Rayon Icra Hakimiyyəti başçısının ## ### 2012-ci il tarixli, *** nömrəli sərəncamına əsasən iddiaçıya təqdim etdiyi sənədləri nəzərə almaqla mülkiyyətində olan ünvan 1ndə yerləşən 0,12 ha torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilməsi barədə rayon icra hakimiyyətinin başçısına ərizə ilə müraciət olunmuş, torpaqayırma sənədləri təqdim edilmişdir. Fərdi yaşayış evinin təsdiq edilmiş layihə sənədləri əsasında, müvafiq orqanların qoyduqları şərtlərə uyğun tikilməsi üçün lazımi tədbirlərin görülməsini təmin etmişdirlər. Sərəncamın icrasına Quba rayon icra hakimiyyəti başçısı aparatının memarlıq və tikinti şöbəsinə tapşırılmışdır. ## ### 2011-ci il tarixdə akt-rəy ondan ötrü tərtib olunub ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilməsi məqsədə uyğun hesab edilmişdir. Vətəndaşın fərdi yaşayış evinin tikintisinə icazə verilməsi barədə ərizəsinə əsasən tikinti üçün nəzərdə tutulmuş torpaq sahəsinə baxış keçirilmişdir. Torpaq sahəsi 12 ildən artıqdır ki, iddiaçının mülkiyyətindədir, fərdi yaşayış evi tikilmiş, halhazırda da yaşayış mövcuddur. Iddiaçı tərəf daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Quba rayonu Isnov bələdiyyəsinin ## ###### 2005-ci il tarixli, ** saylı qərarı ilə iddiaçıya satılmış ünvan 1 (Qasımqışlaq kəndi) ərazisində yerləşən 0,12 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Ərizə məhkəmənin ## ###### 2026-cı il tarixli protokol-qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmənin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Xaçmaz Ərazi Idarəsi əsl cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ilə əvəz edilmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazında imtina məktubunda qeyd edilən hallara istinad edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Iş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət edilən Quba rayonu, Isnov bələdiyyəsinin ##.##.2005-ci il tarixli ** saylı qərarı ilə satılmış 0.12 ha torpaq sahəsi elektron məlumat bazasında olan xəritəyə əsasən kənd təsərrüfatı təyinatlı (örüş) torpaq sahəsidir. həmin kateqoriyaya aid torpaq sahələrinin fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılması və istifadə edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəməyə təqdim edilmiş müayinə aktına əsasən bildirilmişdir ki, idiia predmeti olan torpaq sahəsinin qonşuluğunda olan torpaq sahələrinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilməmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini əsassız hesab edərək, cavabdehin apellyasiya şikayətinin rədd edilməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edir. Cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n * saylı Xaçmaz Ərazi Idarəsi məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmişdir. Lakin cavabdehin nümayədəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası IPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsi Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarında olan sənədləri araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qərar qəbul etmişdir. Odur ki, apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Quba rayonu Isnov bələdiyyəsinin ## ###### 2005-ci il tarixli, 12 qərarı ilə iddiaçıya 0,12 ha torpaq sahəsi satılmış, həmin torpaq sahəsinin dəyəri ödənilmiş, bu barədə torpağın alqı-satqısına dair akt tərtib edilmiş, həmçinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Eyni zamanda, Quba Rayon Icra Hakimiyyəti başçısının ## ### 2012-ci il tarixli, *** nömrəli sərəncamı ilə həmin torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmiş, iş materiallarında olan sübutlarla torpaq sahəsində yaşayış evinin inşa edildiyi və iddiaçının uzun müddətdir həmin əmlakdan faktiki istifadə etdiyi təsdiq edilmişdir. Hazırkı iş üzrə cavabdeh inzibati orqan imtinanı onunla əsaslandırmışdır ki, torpaq sahəsi elektron məlumat bazasına əsasən kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi kimi qeyd edilmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi faktiki istifadə olunan koordinatlarla plan və ölçü sənədinə uyğundur, hər hansı digər mülkiyyət sənədi ilə üst-üstə düşmür, mühafizə zolağında yerləşmir və torpaqların elektron kadastr uçotu informasiya sistemində TEKUIS-də uqodiyası fərdi yaşayış kimi göstərilmişdir. Bundan başqa, təqdim edilmiş müayinə aktı və ortofoto görüntülərdən torpaq sahəsinin yerləşdiyi ərazidə digər yaşayış evlərinin də mövcudluğu müəyyən edilmişdir. Kollegiya hesab edir ki, cavabdehin istinad etdiyi hallar iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina üçün kifayət edən hüquqi əsas kimi qiymətləndirilə bilməz. Çünki torpaq sahəsinin iddiaçıya ayrılmasına dair bələdiyyə qərarı qanunla müəyyən edilmiş qaydada ləğv edilməmiş, etibarsız hesab olunmamış və hüquqi qüvvəsini itirməmişdir. “Inzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən edilmiş qaydada ləğv olunana və ya qüvvədən düşənədək etibarlı hesab edilir. Bundan əlavə, kollegiya etimad hüququnun qorunması prinsipini nəzərə alaraq qeyd edir ki, iddiaçı səlahiyyətli dövlət və bələdiyyə orqanlarının qəbul etdiyi aktlara etibar edərək torpaq sahəsindən istifadə etmiş, həmin sahədə yaşayış evi inşa etmişdir. Bu baxımdan, inzibati orqanın yalnız formal və texniki əsaslara istinad etməklə mülkiyyət hüququnun dövlət qeydiyyatından imtina etməsi şəxsin qanuni gözləntilərinin və hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Mülki Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Torpaq Məcəlləsinin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Torpaq Məcəlləsinin 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda qeyd edilmişdir ki, “... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. ...Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il ## #### tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.” Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, publik hüquq sahəsində həyata keçirilən idarəçilik fəaliyyəti zamanı inzibati orqanların konstitusion prinsipləri, o cümlədən bərabər yanaşma və hüquqi dövlət prinsipindən irəli gələn “Inzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsiplərini birbaşa tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır. Iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsində təsbit olunmuş hüquqmüəyyənedici sənədə - Quba rayonu Isnov bələdiyyəsinin ##.##.2005-ci il tarixli ** saylı qərarına əsaslanır. Istinad olunan həmin normada qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas qismində təsbit edilmişdir. Analoji norma Mülki Məcəllənin 139-1.1.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Bələdiyyənin həmin qərarının hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş materialları ilə təsdiq olunmur. Eyni zamanda, cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Göründüyü kimi, həmin qərar qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan, hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. (“Inzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Inzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. “Inzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçı İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası əsassız və qanunsuz olmuşdur. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Həmin dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün qanuni əsas ola bilməz. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa Insan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə ##.##.1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə ##.##.1982-ci il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti rədd edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar