Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-635/2026 14.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin cavabdeh1 qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq kollegiya aşağıdakı qərarı qəbul etdi. Işin halları: JN 373F, KOD 30113028 “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”dən görünür ki, Qusar Rayon Dövlət Notariat Kontorunun ## ##### 2005-ci il tarixli, *ə-*-*** nömrəli alqı-satqı müqaviləsinə əsasən 0,15 ha torpaq sahəsi İddiaçı satılmışdır. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Xaçmaz Ərazi Idarəsinin ## #### 2025-ci il tarixli, *-**-*-**/*-****/**** nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət edilən 0,15 ha torpaq sahəsi üçün JN-***F nömrəli (KOD 30113028) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” təqdim edilmişdir. Bildirilmişdir ki, JN-***F nömrəli (KOD 30113028) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin arxiv nüsxəsi və qeydiyyatı cavabdeh1n * saylı Xaçmaz Ərazi Idarəsində aşkar edilməmişdir. Həmçinin, JN-***F nömrəli (KOD 30113028) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”min JN nömrəsi və cizgisi elektron məlumat bazasında olan xəritə üzərində və torpaqların elektron kadastr uçotu informasiya sistemində öz əksini tapmamışdır. Bundan əlavə, 0,15 ha torpaq sahəsinin uqodiyası torpaqların elektron kadastr uçotu informasiya sistemində kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi kimi qeyd olunmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından imtina olunmuşdur. Iddiaçı İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin cavabdeh1 * saylı Xaçmaz Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Notariat Konturunun ## ##### 2005-ci il tarixli, *ə-*-*** saylı alqı-satqı müqaviləsinə əsasən Qusar rayonu Kuzun kəndi ərazisindən satın aldığı 0,15 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə almaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Qusar rayon Dövlət Notariat Kontorunun ## ##### 2005-ci il tarixli, *ə-*-*** saylı alqısatqı müqaviləsinə əsasən Qusar rayonu, Kuzun kəndi ərazisindən 0,15 ha həyətyanı torpaq sahəsi satın almışdır. Satın aldığı torpağa mülkiyyətini təstiq edən JN-373F KOD ******** saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əldə etmişdir. Həmin gündən hal-hazırkı dövrə qədər torpaq sahəsinə sahiblik edərək istifadə edir. Iddiaçı qeyd edilən torpaq sahəsinə mülkiyyətini təstiq edən çıxarış və plan-ölçü sənədlərini almaq üçün cavabdeh təşkilata müraciət etmiş, cavabdeh təşkilat formal bəhanələr gətirərək çıxarış və planölçü sənədlərinin verilməsindən imtina etmişdir. Iddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1, 8.0.1, 10, 10.1, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.3, prosessual hüquqi əsası kimi isə IPM-in 52, 58.7, 68.1, 68.2, 73.1-ci maddələrinə istinad edilmişdir. Sumqayıt Inzibati Məhkəmənin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin cavabdeh1 * saylı Xaçmaz Ərazi Idarəsi əsl cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin cavabdeh1 ilə əvəz edilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh orqan iddia tələbinə qarşı etiraz təqdim edərək, imtina məktubunda göstərilən hallara istinad etmiş, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56.3, 68, 103, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2, 11.1, 15-ci maddələrinə istinad edilmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Xaçmaz Ərazi Idarəsinin ## ####### 2025-ci il tarixli, *-**-*-**/*-*****/**** nömrəli məktubundan görünür ki, JN-***F saylı KOD ******** nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” dair Ərazi idarəsində hər hansı məlumat aşkar edilmədiyindən qüvvədə olubolmamasına dair dəqiqləşdirilmiş məlumatın verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin # ###### 2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli məktubundan görünür ki, Qusar rayon dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 2005-ci ildə təsdiq edilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrə baxış keçirilərkən İddiaçı adına rəsmiləşdirilmiş müqavilə aşkar edilməmişdir. Eyni zamanda bildirilmişdir ki, arxivə təhvil verilmiş 4ə-1-*** reyestr nömrəli müqavilənin ## ### 2005-ci il tarixdə digər şəxslər barəsində rəsmiləşdirildiyi müəyyən edilmişdir. Qoşma şəklində göndərilmiş ## ### 2005-ci il tarixli, 4ə-2-*** reyestr nömrəli müqavilədən görünür ki, satıcı X1 rayonu, Həsənqələ kənd zonasında yerləşən 0,41 ha torpaq sahəsini alıcı X2. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Xaçmaz Ərazi Idarəsinin ## ###### 2025-ci il tarixli, *-**-*-**/*-*****/**** nömrəli məktubu ilə göndərilmiş müayinə aktından görünür ki, torpaq sahəsi naturada hər tərəfdən şərti sərhədlərlə ayrılmışdır və hazırda İddiaçı tərəfindən istifadə olunmur. Torpaq sahəsinin ölçüləri və koordinatları faktiki ölçmələr əsasında işlənmişdir. Torpaq sahəsinə verilmiş JN-373F (KOD 30113028) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” TEKUIS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastr uçotu məlumat bazasında öz əksini tapmamışdır. Torpaq sahəsinin faktiki koordinatları həmin sistemdə dəqiqləşdirildikdə, müəyyən edilmişdir ki, torpaq sahəsi “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olub, “bələdiyyə” mülkiyyətində olmaqla uqodiyası “örüş (otlaq)” kimi uçota alınmışdır. Bundan əlavə, torpaq sahəsinə verilmiş JN-373F (kod 30113028) seriyalı şəhadətnamə “Islahat-kompleks yerquruluşu layihəsi”ndə (DWG) də öz əksini tapmamışdır. Torpaq sahəsinin faktiki koordinatları həmin layihədə dəqiqləşdirildikdə, müəyyən edilmişdir ki, sahə “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olub, “bələdiyyə” mülkiyyətində olmaqla uqodiyası “ümumi istifadədə olan qəbirstanlıq” üçün nəzərdə tutulmuşdur. Həmçinin, torpaq sahəsinə verilmiş JN-373F (kod 30113028) seriyalı şəhadətnamə DBF siyahılarında da öz əksini tapmamışdır. Qeyd edilmişdir ki, torpaq sahəsi kommunikasiya xətlərinin mühafizə (qoruma) zolağına düşmür. Həmçinin, torpaq sahəsinin qonşuluğunda yerləşən ərazi üzrə ************ reyestr nömrəli çıxarış və plan-ölçü sənədi tərtib edilərək verilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Könül Həbibova) Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iddia tələbinin əsasında dayanan JN 373F, KOD 30113028 “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin, həmçinin şəhadətnamənin verilməsinə əsas olmuş Qusar Rayon Dövlət Notariat Kontorunun ## ##### 2005-ci il tarixli, iddiaçıya münasibətdə bağlanılmış *ə-*-*** saylı alqı-satqı müqaviləsinin mövcudluğu arxiv materiallarında və müvafiq orqanların qeydiyyatdan keçmiş sənədlərə dair məlumatlarında öz təsdiqini tapmamışdır. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun tərəfindən qeyd edilən torpaq sahəsi notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında satın alınmış və məhz həmin alğı-satqı müqaviləsinin əsasında Şəhadətnamə tərtib edilmişdir. Indiki halda isə qeyd edilən alqısatqı müqaviləsi məhz müvafiq səlahiyyətli qurum tərəfindən arxivə təhvil verilməmiş, bu səbəbdən aşkar edilməmişdir. Göründüyü kimi istər Şəhadətnamənin qeydə alınmaması, təhvil verilməməsi halı, istərsə də alqı-satqı müqaviləsinin təhvil verilməməsi və aşkar edilməməsi halı onun təqsiri nəticəsində baş verməmiş, habelə onun məsuliyyət daşıdığı hal kimi ortaya çıxmamışdır. Bu hal inzibati orqanın məsuliyyətsizliyindən irəli gəlmişdir. Belə ki, müvafiq sənədlərin tərtib edilməsi, qeydiyyata alınması, arxivləşdirilməsi və təhvil verilməsi məhz müvafiq səlahiyyətli qurumların səlahiyyətinə aid olmuşdur. Belə olan halda, məhz müvafiq qurumların öz öhdəliyini lazimi qaydada icra edilməməsinin nəticələrinə istinad edilməklə, onun mövcud olan hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunvericiliyin mahiyyətinə, məqsədinə və prinsiplərinə zidd olmaqla yanaşı, onun konstitusion hüququnun əsassız olaraq mədudlaşdırılmasına gətirib çıxardır. Bu baxımından cavabdeh inzibati orqanın imtinasının dəlili kimi şəhadətnamənin elektron məlumat bazsında olan xəritə üzərində öz əksini tapmaması heç bir dəlilə əsaslanmamaqla, ümumi sözlər şəklində ifadə edilməklə, formal xarakter daşımış və əsassız olmuşdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBIQ EDILƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). “Inzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. Inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Inzibati Prosessual Məcəllə: Maddə 12. Işin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Iş materialları ilə müəyyən olunur ki, JN 373F, KOD 30113028 “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”dən görünür ki, Qusar Rayon Dövlət Notariat Kontorunun ## ##### 2005-ci il tarixli, *ə-*-*** nömrəli alqı-satqı müqaviləsinə əsasən 0,15 ha torpaq sahəsi İddiaçı satılmışdır. Iddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh orqanın ## #### 2025-ci il tarixli məktubu ilə onun müraciətinin təmin edilməsindən imtina edildiyindən, məhkəməyə müraciət etmişdir. Beləliklə, hazırki iş üzrə iddia tələbi Qusar rayonu, Kuzun kəndi ərazisində yerləşən 0.15 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmaqla iddiaçının adına çıxarış və plan-ölçü sənədinin verilməsindən ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iş materiallarının araşdırılması ilə bağlı ilk öncə onu qeyd edir ki, öhdəliyin icrası haqqında iddia çərçivəsində cavabdeh inzibati orqanın üzərinə müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulması yalnız o halda mümkündür ki, iddiaçının tələb etdiyi hərəkətlərin edilməsi üçün hüquqların dövlət qeydiyyatını şərtləndirən bütün hüquqmüəyyənedici sənədlər mövcud olsun, həmin sənədlər qanunvericiliyin tələblərinə uyğun tərtib edilsin, onların hüquqi qüvvəsi şübhə doğurmasın və inzibati orqanın imtinası açıq-aşkar qanuna zidd xarakter daşısın Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, iş üzrə mübahisənin düzgün həlli məqsədilə təqdim olunmuş sübutların hüquqi mahiyyəti və onların hüquqi nəticələr doğurmaq qabiliyyəti qiymətləndirilərkən, məhkəmə yalnız həmin sənədlərin formal mövcudluğunu deyil, eyni zamanda onların qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib olunmasını, müvafiq qeydiyyat sistemində əks olunmasını və hüquqi dövriyyəyə daxil edilib-edilməməsini də nəzərə almalıdır. Kollegiya iddiaçının təqdim etdiyi sənədin hüquqi qüvvəyə malik olub-olmadığı məsələsinin yalnız həmin sənədin məzmunu deyil, onun qeydiyyat sistemində faktiki mövcudluğu və hüquqi dövriyyəyə daxil olub-olmaması ilə qiymətləndirilməli olduğunu qeyd edir. Hüquqi dövriyyəyə daxil olmayan, digər şəxslərə məlum olmayan və dövlət reyestrində qeydə alınmayan hüquq subyektiv hüquq olsa belə, onun dövlət tərəfindən tanınması hüquqi prosedurların mövcudluğunu tələb edir. Kollegiya onu da qeyd edir ki, qanunvericiliyə əsasən daşınmaz əmlaka dair hüquqların tanınması və hüquqi nəticələr doğurması üçün bu hüquqlar dövlət qeydiyyatına alınmalı, qeydiyyat zamanı isə təqdim edilən sənədlərin həqiqiliyi, hüquqi əsasları və forma baxımından qanunvericiliyin tələblərinə uyğunluğu qiymətləndirilməlidir. Əgər hüququ təsdiq edən sənədin hüquqi etibarlılığı və ya mənbə etibarı ilə şübhə doğuracaq hər hansı ziddiyyətlər və ya uyğunsuzluqlar varsa, bu halda qeydiyyat orqanı həmin sənəd əsasında hüququ qeydiyyata almaqdan imtina etmək hüququna malikdir. Iş materiallarından müəyyən olunur ki, iddiaçı tələbini JN 373F, KOD ******** nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə və həmin şəhadətnamənin verilməsinə əsas olmuş Qusar Rayon Dövlət Notariat Kontorunun ## ##### 2005-ci il tarixli, *ə-*-*** nömrəli alqı-satqı müqaviləsinə istinad etməklə əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə tələbin təmin edilməsi üçün şəxsin istinad etdiyi hüquqmüəyyənedici sənədlərin mövcudluğu, həqiqiliyi, qanunauyğun qaydada verilməsi və hüquqi qüvvədə olması mötəbər sübutlarla təsdiq edilməlidir. Hazırkı iş üzrə isə iddiaçının əsaslandığı sənədlərin mövcudluğu və həqiqiliyi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin obyektiv araşdırılması məqsədilə aidiyyəti dövlət orqanlarına zəruri sorğular verilmiş, həmin sorğulara daxil olmuş cavablardan müəyyən edilmişdir ki, iddiaçının hüquqmüəyyənedici sənəd kimi təqdim etdiyi JN-373F, KOD ******** nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə dair cavabdeh1n * saylı Xaçmaz Ərazi Idarəsinin arxiv məlumatlarında hər hansı qeyd mövcud deyildir. Həmin sənədin nə elektron məlumat bazasında, nə torpaqların elektron kadastr uçotu informasiya sistemində məlumatlarında öz əksini tapmadığı müəyyən edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin təqdim etdiyi məlumatlardan görünür ki, Qusar Rayon Dövlət Notariat Kontorunun 2005-ci il üzrə arxivə təhvil verilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair sənədlərinə baxış keçirilərkən İddiaçı adına rəsmiləşdirilmiş hər hansı alqı-satqı müqaviləsi aşkar edilməmişdir. Bundan əlavə, iddiaçının istinad etdiyi 4ə-1-*** reyestr nömrəli müqavilənin ## ### 2005-ci il tarixdə digər şəxslər barəsində rəsmiləşdirildiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, Mülki Məcəllənin 146.2-ci və 146.3-cü maddələrinin tələbinə görə daşınmaz əmlak üzərində sərəncam vermək (satmaq, bağışlamaq və s.) hüququ yalnız həmin əmlak dövlət reyestrində qeydiyyata alındıqdan sonra yaranır və qeydiyyatsız əmlakla bağlı bağlanan bütün müqavilələr hüquqi qüvvəyə malik olmayıb etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarında da qeyd edilir ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyində əqd əsasında əldə edilən daşınmaz əmlaka sahiblik, istifadə və sərəncam hüquqlarının yaranması anları fərqli müəyyən edilmişdir. Belə ki, Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Sərəncam vermək hüququ isə Mülki Məcəllənin 146.2-ci maddəsinə görə dövlət reyestrində qeydiyyata alındıqdan sonra yaranır. V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2010-cu il tarixli qərarında mülkiyyət hüququnun məzmununu təşkil edən sahiblik, istifadə və sərəncam hüququ ilə bağlı aşağıdakı hüquqi mövqe formalaşmışdır: “Mülki və torpaq qanunvericiliyinin müddəalarından da göründüyü kimi tərəflərin razılığı ilə yanaşı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir”. Mülkiyyətçi öz əmlakını satmaq, icarəyə vermək, girov qoymaq, bağışlamaq barədə öz mülahizəsinə görə qərar qəbul edə bilər. Əmlak üzərində sərəncam verərkən mülkiyyətçi konkret şəxslə (məsələn, əmlakı alanla, girov götürənlə və s.) hüquqi münasibətə girir. Bununla belə, sərəncam hüququnun həyata keçirilməsi mülki münasibətlərin digər subyektlərinin maraqlarına toxuna bilər. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması ilə təsdiqlənir. Daşınmaz əmlaka mülkiyyət hüququnun məhdudlaşdırılması barədə məlumatlar dövlət reyestrində qeydiyyata alınır. Təsadüfi deyildir ki, daşınmaz əmlakla bağlı əqdlərin təsdiqlənməsi səlahiyyətlərini həyata keçirən notariat orqanlarının fəaliyyətini tənzimləyən normativ hüquqi aktlarda notariusların üzərinə belə əmlakı özgəninkiləşdirən şəxslərin sərəncam hüququna malik olmasının yoxlanılması ilə bağlı bir sıra vəzifələr qoyulur. Belə ki, notariuslar daşınmaz əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında müqavilələri notariat qaydasında təsdiq edərkən onların özgəninkiləşdirən və ya girov qoyan şəxsə məxsus olmasını yoxlayırlar. Notarius özgəninkiləşdirilən və ya girov qoyulan əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında müvafiq reyestrdən çıxarışı tələb edir. Daşınmaz əmlak barəsində sərəncam vermək hüququnun yalnız dövlət reyestrində qeydiyyata alındıqdan sonra yarandığını göstərən Mülki Məcəllənin 146.2-ci maddəsini və Konstitusiya Məhkəməsi Plenumunun bununla bağlı hüquqi mövqeyini nəzərə alaraq, kollegiya qeyd edir ki, hazırkı iş üzrə də iddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun əqd - alqısatqı müqaviləsi əsasında yarandığını iddia edir. Lakin, torpaq sahəsi barəsində sərəncam verilməsinə dair notariat qaydasında təsdiqlənmiş həmin müqavilə Mülki Məcəllənin qeyd olunan normasının tələbinə və KMP-nin hüquqi mövqeyinə zidd olaraq bu əmlak üzərində satıcının mülkiyyət hüququ reyestrdə qeydə alınmadan təsdiq edilmişdir ki, qanunverici belə müqavilələri etibarsız hesab edir. Belə ki, daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Sözügedən torpaq sahəsinə dair tərtib edilmiş ## ###### 2025-ci il tarixli müayinə aktı ilə müəyyən olunur ki, mübahisəli torpaq sahəsi naturada hər tərəfdən şərti sərhədlərlə ayrılmış vəziyyətdə olsa da, hazırda iddiaçı tərəfindən istifadə edilmir. Həmçinin torpaq sahəsinin faktiki koordinatları elektron kadastr məlumat bazasında dəqiqləşdirildikdə müəyyən edilmişdir ki, həmin torpaq sahəsi “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla bələdiyyə mülkiyyətindədir və uqodiyası “örüş (otlaq)” kimi uçota alınmışdır. Bununla yanaşı, “Islahat – kompleks yerquruluşu layihəsi” üzrə aparılmış dəqiqləşdirmə zamanı həmin ərazinin “ümumi istifadədə olan qəbiristanlıq” üçün nəzərdə tutulduğu müəyyən edilmişdir. Iddiaçının apellyasiya şikayətində göstərdiyi “torpaq sahəsinin naturada mövcud olması və iddiaçının faktiki istifadəsində olması” barədə dəlilinə münasibətdə bildirilir ki, mübahisəli torpaq sahəsinə dair tərtib edilmiş müayinə aktı ilə bunun əksi müəyyən edilmiş, yəni torpaq sahəsi iddiaçının faktiki istifadəsində olmadığı təsdiq olunmuşdur. Həmçinin apellyasiya şikayətində göstərilən “sənədlərin arxivdə aşkar edilməməsinin onun təqsiri olmadan baş verməsi” barədə dəlili də kollegiya tərəfindən əsaslı hesab edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, bəzi hallarda arxiv sənədlərinin dövlət orqanları tərəfindən lazımi qaydada saxlanılmaması şəxsin hüquqlarının müdafiəsi baxımından nəzərə alına bilər. Lakin hazırkı iş üzrə məsələ yalnız sənədin arxivdə aşkar edilməməsi ilə məhdudlaşmır. Iş üzrə müəyyən edilmişdir ki, iddiaçının istinad etdiyi notariat müqaviləsinin reyestr nömrəsi üzrə başqa şəxslərə aid müqavilə mövcuddur, iddiaçının adına notariat işi aşkar edilməmişdir, şəhadətnamənin arxiv nüsxəsi və onun tərtib edilməsinə əsas olmuş sənədlər mövcud deyil, ilkin torpaqayırma sənədləri aşkar edilməmiş, torpaq sahəsi elektron kadastr məlumatlarında iddiaçının adına deyil, başqa şəxsin istifadəçisi olduğu bələdiyyə mülkiyyəti kimi göstərilmişdir. Bu hallar birlikdə qiymətləndirildikdə, sadəcə arxiv sənədinin faiktiki mövcudluğu deyil, iddiaçının mülkiyyət hüququnun yaranmasını təsdiq edən hüquqi əsasın mövcud olmaması nəticəsinə gəlinir. Kollegiya qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən imtina hüququ təsdiq edən sənədin yalnız hansısa informasiya sistemində olmaması ilə deyil, təqdim edilmiş sənəddə göstərilən məlumatların arxiv və kadastr məlumatları ilə təsdiqlənməməsi, sənədin verilməsinə əsas olan müqavilənin iddiaçıya aid olmaması, torpaq sahəsinin elektron kadastr uçotu məlumatlarında başqa hüquqi rejimdə və başqa şəxsin istifadəçisi kimi göstərilməsi ilə əsaslandırılmışdır. Bu isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9 və 15-ci maddələri baxımından qeydiyyatdan imtina üçün qanuni əsas yaradır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş sübutlar onun mübahisəli 0,15 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranmasını təsdiq etmir. Əksinə, iş üzrə toplanmış sübutların məcmusu göstərir ki, iddiaçının istinad etdiyi JN 373F, KOD ******** saylı şəhadətnamənin verilməsinə əsas kimi göstərilən ## ##### 2005-ci il tarixli, 4ə- 1-*** reyestr nömrəli notariat müqaviləsi iddiaçıya aid deyil, həmin müqavilə başqa şəxslər arasında bağlanmışdır. Şəhadətnamənin arxiv nüsxəsi və onun tərtib edilməsinə əsas olmuş sənədlər aşkar edilməmiş, ilkin torpaqayırma sənədləri təqdim olunmamış, torpaq sahəsi isə kadastr məlumatlarında bələdiyyə mülkiyyəti kimi göstərilmişdir. Məhkəmə kollegiyası bir daha vurğulayır ki, daşınmaz əmlaka dair hüquqların dövlət tərəfindən tanınması və hüquqi nəticələr doğurması yalnız belə hüquqların mövcudluğuna dair iddia ilə deyil, eyni zamanda həmin hüququ təsdiq edən sənədlərin qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib olunması, aidiyyəti dövlət orqanlarının arxiv və informasiya sistemlərində rəsmiləşdirilməsi və hüquqi dövriyyəyə daxil edilməsi ilə şərtlənir və bu tələblərdən hər hansı birinin olmaması belə hüququn dövlət qeydiyyatına alınmasını mümkünsüz edir. Bu baxımdan, cavabdeh inzibati orqanın üzərinə yalnız formal olaraq təqdim edilmiş sənədi qəbul etmək deyil, həm də həmin sənədin hüquqi əsaslarını, etibarlılığını, mənbəyini və dövlət reyestrində saxlanılan məlumatlarla uyğunluğunu yoxlamaq və hüquqi ziddiyyətlər aşkar edildiyi halda hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmək vəzifəsi düşür ki, bu da “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinin məzmunundan birbaşa irəli gəlir. Bir sözlə, iddiaçının torpaq sahəsi üzərində hüququnun qeydə alınması üçün hüquqi əsas mövcud deyildir. Digər tərəfdən, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan, qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən, mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“Inzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTICƏVI HISSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.