Məhkəmə qərarları › İş №2-1(3-8)-636/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-636/2026

16.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-636/2026 16.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI:

1. Iddiaçı İddiaçı ona torpaq sahəsinin ayrılması barədə ##.##.2004-cü il tarixində ərizə ilə Qusar rayonu Gədəzeyxur bələdiyyəsinə müraciət etmiş, bununla əlaqədar iddiaçı tərəfindən ##.##.2004-cü il tarixdə bələdiyyənin hesabına 875.000 manat məbləğində pul ödənilmişdir.

2. Iddiaçının müraciəti nəzərə alınaraq, Qusar rayonu Gədəzeyxur bələdiyyəsinin ##.##.2004-cü il tarixli, ** nömrəli qərarına əsasən bələdiyyənin ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız torpaq sahəsindən alqı-satqı qaydasında iddiaçıya kommersiya məqsədilə 0,025 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır.

3. Gədəzeyxur bələdiyyəsinin nümayəndəsi ilə iddiaçı arasında “Torpaqların alqısatqısına dair” akt imzalanmış, həmçinin, ##.##.2004-cü il tarixdə ayrılan 0,025 ha torpaq sahəsi bələdiyyə tərəfindən tərtib edilmiş Gədəzeyxur kəndinin baş planından çıxarışda (1:10000 miqyaslı) göstərilmişdir.

4. Iddiaçı ərizə ilə Cavabdeh * saylı Xaçmaz Ərazi Idarəsinə müraciət edərək, Qusar rayonu Gədəzeyxur bələdiyyəsinin ##.##.2004-cü il tarixli, ** nömrəli qərarına əsasən ona ayrılmış 0,025 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

5. Inzibati orqan ## ####### 2024-cü il tarixli, *-**-*-**/*-*****/**** nömrəli məktubu ilə müraciətin icrasından imtina edərək bildirmişdir ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət edilən 0,025 ha torpaq sahəsi üçün Qusar rayon Gədəzeyxur bələdiyyəsinin # ######## 2004-cü il tarixli, ** nömrəli qərarı və ləğv edilmiş DTXK-nin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş torpaqların alqı-satqısına dair akt təqdim edilmişdir. Gədəzeyxur bələdiyyəsinin # ######## 2004-cü il tarixli, ** nömrəli qərarını, torpaqların alqı-satqısına dair aktın və digər torpaqayırma sənədlərinin Qusar Rayon Dövlət Arxivinə təqdim edilib-edilməməsi barədə məlumat verilməsini və təqdim edildiyi halda həmin sənədlərin arxiv surətlərinin Ərazi idarəsinə göndərilməsi məqsədi ilə sorğu göndərilərək ərizənin icrası bir ay müddətinə dayandırılmışdır. Sorğuya verilmiş cavab məktubunda bildirilmişdir ki, rayon arxivində saxlanılan Qusar rayonu Gədəzeyxur bələdiyyəsinin ## ##### 2001-ci il – avqust 2005-ci il tarixlərini əhatə edən torpaqların alqısatqı sənədləri və ## ###### 2003-cü il – ## ###### 2005-ci il tarixləri əhatə edən bələdiyyə iclas protokolları sənədlər qovluqlarına baxış keçirmişdir. Baxılmış ## ###### 2003-cü il – ## ###### 2005-ci il tarixləri əhatə edən bələdiyyə iclas protokolları sənədlərində İddiaçı kommersiya məqsədi ilə 0,025 ha torpaq sahəsinin satılması barədə Gədəzeyxur bələdiyyəsinin # ######## 2004-cü il tarixli, ** nömrəli qərarın mövcud olduğu müəyyən edilsə də, DTXK tərəfindən təsdiq olunmuş torpaqların alqı-satqısına dair akt aşkar edilməmişdir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.6-cı maddəsinə əsasən ərizənin icrasından imtina olunmuşdur.

6. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Xaçmaz Ərazi Idarəsinə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Qusar rayonu Gədəzeyxur kənd bələdiyyəsinin # ######## 2004-cü il tarixli, ** nömrəli qərarına əsasən Qusar rayonu, Gədəzeyxur kəndi ərazisində iddiaçıya satılmış 0,025 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

7. Ərizə Sumqayıt Inzibati Məhkəməsi tərəfindən ## ###### 2026-cı il tarixli məhkəmə iclasında icraata qəbul edilmişdir.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat

8. Iddiaçı tələbini hazırkı qərarın 1-5-ci bəndində qeyd olunanlarla eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, iddiaçı Qusar rayonu Gədəzeyxur bələdiyyəsinin ##.##.2004-cü il tarixli, ** nömrəli qərarına əsasən ona ayrılmış 0,025 ha torpaq sahəsinə görə torpaq vergisi ödəyir, həmin torpaqla bağlı heç vaxt mübahisə yaranmamışdır. Qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət edilmiş, lakin cavabdeh tərəfindən müraciətin icrasından imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır.

9. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Sumqayıt Inzibati Məhkəməsi tərəfindən “Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “xxxx” publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmrinə əsasən cavabdeh Cavabdehn * saylı Xaçmaz Ərazi Idarəsi prosessual hüquqi varisi kimi publik hüquqi şəxsin özü ilə əvəz edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

10. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilərək, Qusar rayonu Gədəzeyxur kənd bələdiyyəsinin # ######## 2004-cü il tarixli, ** nömrəli qərarına əsasən Qusar rayonu, Gədəzeyxur kəndi ərazisində iddiaçıya satılmış 0,025 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim Könül Həbibova).

11. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Qusar rayonu Gədəzeyxur bələdiyyəsinin # ######## 2004-cü il tarixli, ** nömrəli qərarı ilə iddiaçıya kommersiya məqsədilə 0,025 ha torpaq sahəsi satılmış, iddiaçı tərəfindən torpaq sahəsinin dəyəri ödənilmiş, bu barədə alqı-satqı aktı, eyni zamanda, Qusar rayonu Gədəzeyxur bələdiyyəsinin baş planından çıxarış tərtib edilmiş, torpaq sahəsinin satılmasına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən etiraz edilməmişdir. Qeyd edilən qərarın həqiqiliyi Qusar Rayon Dövlət Arxivinin iddiaçıya təqdim etdiyi, həmçinin, məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi arxiv sənədləri ilə öz təsdiqini tapmışdır. Bundan əlavə, məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən təqdim edilmiş müayinə aktından müəyyən edilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi kommunikasiya xətlərinin qoruma zolağına düşmür, bələdiyyə mülkiyyətinə, kateqoriyası yaşayış məntəqələri, uqodiyası tikinti altında olan torpaq sahələrinə aiddir, hər hansı mübahisəli hal müəyyən edilməmişdir. Göründüyü kimi, iddia tələbi qanuni əsaslara söykənmişdir.

12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh apellyasiya şikayətini imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, torpaq sahəsinin faktiki koordinatlarını TEKUIS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasında dəqiqləşdirildikdə “yaşayış məntəqələrinin torpaq sahələri” nə aid ümumi istifadədə olan bələdiyyə mülkiyyəti kimi uçota alınmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 86.2-ci maddəsinə əsasən ümumi istifadədə olan torpaqlar alqı-satqı obyekti ola bilməz.

b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddia ərizəsi ilə eyni məzmunda izahat verərək izahatında əlavə olaraq bildirmişdir ki, torpaq sahəsi ümumi istifadədə deyil, Qusar rayonu Imamqulukənd bələdiyyəsinin təqdim etdiyi arayışdan da göründüyü kimi sahə kommersiya məqsədilə satılmış və kəndaltı torpaq sahəsi kimi qeydiyyata alınmışdır.

15. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Inzibati Prosessual Məcəllənin 62.3cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ:

16. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; ...

17. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası): Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5 Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.

18. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (hazırda qüvvədə olan redaksiyası): Maddə 9. Bələdiyyə torpaqlarının satışının xüsusiyyətləri 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, ........... halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. ...

19. Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” ##.##.2001-ci il tarixli *** nömrəli Fərmanı:

2. Müəyyən edilsin ki: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər.

20. “Inzibati icraat haqqında” Qanun: Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. Inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. Inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. Inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 15.3. Inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1 Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64. Inzibati aktın hüquqi qüvvəsi və etibarlılığı

64. 2 Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar aşağıdakılardır: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi Maddə 10.3-1. Hüquqların dövlət qeydiyyatı üçün tələb olunan sənədlərin və ya məlumatların X2 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.

22. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI

23. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.

24. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

25. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, habelə prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

26. Hazırkı mübahisənin predmetini Qusar rayonu Gədəzeyxur bələdiyyəsinin # ######## 2004-cü il tarixli, ** nömrəli qərarına əsasən iddiaçıya ayrılmış 0,025 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından cavabdehin imtinası təşkil edir.

27. Cavabdehin imtina məktubunun və apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iki istiqamətdədir: birincisi, torpaq sahəsinin ayrılmasına dair bələdiyyə qərarı Qusar Rayon Dövlət Arxivində aşkar edilsə də, torpaqların alqı-satqısına dair aktın arxivdə aşkar edilməməsi; ikincisi, torpaq sahəsinin TEKUIS məlumatlarına əsasən ümumi istifadədə olan bələdiyyə torpağı kimi uçota alınması.

28. Cavabdeh birinci instansiya məhkəməsində iddia tələbinə etirazını əsasən birinci dəlillə əsaslandırmış, birinci instansiya məhkəməsi isə həmin dəlili əsassız hesab edərək iddianı təmin etmişdir.

29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.3-1-ci maddəsinin ikinci cümləsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün tələb olunan sənədlərin və ya məlumatların X2 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.

30. Hazırkı işdə cavabdeh Qusar Rayon Dövlət Arxivinə verdiyi sorğuya cavab olaraq yalnız Qusar rayonu Gədəzeyxur bələdiyyəsinin ##.##.2004-cü il tarixli, ** nömrəli qərarının təqdim edildiyini, torpaq sahəsinə dair alqı-satqı aktının isə aşkar edilmədiyini bildirsə də, birinci instansiya məhkəməsində icraat zamanı həmin Dövlət Arxivi tərəfindən məhkəməyə bələdiyyə qərarı ilə yanaşı, torpaq sahəsinə dair alqı-satqı aktı və Gədəzeyxur kəndinin baş planından çıxarışın arxiv nüsxələri təqdim edilmişdir.

31. Bundan əlavə, iddiaçı tərəfindən torpaq sahəsinin dəyərinin bələdiyyənin hesabına ödənilməsi, bələdiyyə qərarının qəbul edilməsi, torpaqların alqı-satqısına dair aktın mövcudluğu və torpaq sahəsinin baş planından çıxarışda göstərilməsi birlikdə qiymətləndirildikdə, torpaq sahəsinin iddiaçıya ayrılması ilə bağlı hüquqi əsasın mövcud olduğu müəyyən edilir.

32. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə əsasən, torpaqayırma icraatı zamanı müvafiq rəylərin alınmaması və ya razılaşdırmaların aparılmaması kimi prosessual pozuntuların mövcudluğu həmin icraatın yekununda qəbul edilmiş aktın qanunla müəyyən edilmiş qaydada geri çağırılmadan, ləğv edilmədən, dəyişdirilmədən və ya etibarsız hesab edilmədən hüquqi qüvvəsini itirməsi nəticəsini doğurmur.

33. Bu hüquqi mövqeni hazırkı işin hallarına tətbiq edən məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsinin ayrılmasına dair bələdiyyə qərarı qanunla müəyyən edilmiş qaydada ləğv edilmədiyi, geri çağırılmadığı, dəyişdirilmədiyi və ya etibarsız hesab olunmadığı halda, həmin qərarın qəbuluna qədərki torpaqayırma icraatında yol verilmiş mümkün prosedur çatışmazlıqları özlüyündə hüquqların dövlət qeydiyyatından imtina üçün müstəqil əsas kimi qəbul edilə bilməz.

34. Buna görə də cavabdehin alqı-satqı aktının arxivdə aşkar edilməməsinə dair dəlili iş materialları ilə təkzib olunduğundan, həmçinin qüvvədə olan hüquqmüəyyənedici bələdiyyə qərarının mövcudluğu fonunda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş imtina əsaslarından hər hansı birinin mövcudluğunu təsdiq etmədiyindən əsassızdır.

35. Apellyasiya şikayətinin ikinci dəlili torpaq sahəsinin TEKUIS məlumatlarına əsasən ümumi istifadədə olan bələdiyyə torpağı kimi uçota alınması və Torpaq Məcəlləsinin 86.2-ci maddəsinə əsasən belə torpaqların alqı-satqı predmeti ola bilməməsi ilə bağlıdır.

36. Məhkəmə kollegiyası bu dəlilə münasibətdə qeyd edir ki, torpaq sahəsinin elektron kadastr uçotu məlumat bazasında hazırda hansı qaydada əks olunması həmin sahənin 2004-cü ildə bələdiyyə tərəfindən iddiaçıya ayrıldığı vaxt alqı-satqı predmeti olmayan ümumi istifadədə olan torpaq sahəsi olduğunu özlüyündə sübut etmir.

37. Iş materiallarında olan sənədlərdən görünür ki, Qusar rayonu Gədəzeyxur bələdiyyəsinin ##.##.2004-cü il tarixli, ** nömrəli qərarında iddiaçıya bələdiyyənin ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız torpaq sahəsindən kommersiya məqsədilə 0,025 ha torpaq sahəsinin ayrılması göstərilmişdir. Torpaq sahəsinə dair alqı-satqı aktı və baş plandan çıxarış da həmin qərara uyğun tərtib edilmişdir.

38. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq cavabdeh tərəfindən təqdim edilmiş müayinə aktından müəyyən olunur ki, torpaq sahəsi kommunikasiya xətlərinin qoruma zolağına düşmür, kateqoriyası yaşayış məntəqələrinin torpaqlarına, uqodiyası isə tikinti altında olan torpaq sahələrinə aiddir və həmin sahə ilə bağlı hər hansı mübahisəli hal müəyyən edilməmişdir.

39. Belə olan halda yalnız TEKUIS və AZCAD məlumatlarında sahənin ümumi istifadədə olan bələdiyyə torpağı kimi uçota alınması, həmin məlumatların yaranma vaxtı, hüquqi əsası və bələdiyyə qərarı ilə ayrılmış konkret torpaq sahəsinə münasibətdə hansı sənəd əsasında formalaşması aydınlaşdırılmadan, iddiaçının hüquqlarının dövlət qeydiyyatından imtina üçün yetərli əsas sayıla bilməz.

40. Cavabdeh inzibati orqan bu dəlilə istinad etməklə iddiaçının təqdim etdiyi hüquqmüəyyənedici sənədin hüquqi qüvvəsini istisna edən və ya həmin sənədi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş imtina əsaslarından hər hansı biri ilə əlaqələndirən konkret faktiki və hüquqi halları sübut etməli idi. Lakin belə hallar iş materialları ilə təsdiq olunmur.

41. Bundan başqa, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazinin ortofoto xəritəsindən görünür ki, həmin ərazidə qonşuluqda yerləşən bir neçə torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında dövlət reyestrində qeydiyyata alınmış və hüquq sahiblərinin adına çıxarışlar verilmişdir.

42. Məhkəmə kollegiyası qeyd edir ki, qonşu torpaq sahələri üzrə hüquqların dövlət qeydiyyatına alınması hazırkı işdə iddiaçının hüququnun qeydiyyatı üçün müstəqil əsas yaratmır. Lakin həmin hal cavabdehin eyni əraziyə münasibətdə tətbiq etdiyi hüquqi yanaşmanın ardıcıl və əsaslandırılmış olub-olmamasının qiymətləndirilməsi baxımından əhəmiyyət daşıyır.

43. Əgər cavabdeh eyni ərazi və oxşar hüquqi əsaslar üzrə digər şəxslərin mülkiyyət hüquqlarını dövlət qeydiyyatına almışdırsa, iddiaçıya münasibətdə fərqli nəticəyə gəlməsi üçün mühüm faktiki və ya hüquqi fərqləri konkret göstərməli və sübut etməli idi. Cavabdeh isə belə fərqləndirici halı məhkəməyə təqdim etməmişdir.

44. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin V hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “Inzibati icraat haqqında” Qanunun 12-ci maddəsinə görə də inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır.

45. Bu baxımdan, hazırkı işdə cavabdehin iddiaçıya münasibətdə fərqli yanaşması, qüvvədə olan bələdiyyə qərarı, arxiv sənədləri, torpaq sahəsinin naturada müəyyən edilməsi və eyni ərazidə oxşar hüquqi vəziyyətdə olan digər sahələrin qeydiyyata alınması fonunda yetərli şəkildə əsaslandırılmış hesab edilə bilməz.

46. Odur ki, torpaq sahəsinin TEKUIS məlumatlarında hazırda ümumi istifadədə olan bələdiyyə torpağı kimi əks olunması barədə dəlil də, mübahisəli torpaq sahəsinin 2004-cü ildə qanunla alqı-satqı predmeti olmayan ümumi istifadədə olan torpaq sahəsi olduğunu və bu səbəbdən iddiaçının hüququnun dövlət qeydiyyatına alınmasının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinə əsasən mümkün olmadığını sübut etmədiyindən əsaslı sayıla bilməz.

47. Iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsində və Mülki Məcəllənin 139-1.1.1-ci maddəsində təsbit olunmuş hüquqmüəyyənedici sənədə — Qusar rayonu Gədəzeyxur bələdiyyəsinin # ######## 2004-cü il tarixli, ** nömrəli qərarına əsaslanır. Həmin normalarda qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə və digər hüquqi hərəkətlərə dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas qismində müəyyən edilmişdir.

48. Bələdiyyənin həmin qərarının hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş materialları ilə təsdiq olunmur. Eyni zamanda, cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.

49. Göründüyü kimi, həmin qərar qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan, “Inzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. Inzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur.

50. Bundan başqa, “Inzibati icraat haqqında” Qanunun 17-ci maddəsində təsbit edilmiş mütənasiblik prinsipinə görə, fiziki şəxsin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

51. Hazırkı işdə cavabdehin imtinası qanunla tanınmış hüquqmüəyyənedici sənədin mövcud olduğu, torpaq sahəsinin naturada müəyyən edildiyi, digər şəxslərin hüquqları ilə toqquşma və ya mühafizə zolağı ilə bağlı maneə aşkar edilmədiyi halda, əvvəlcə alqı-satqı aktının arxivdə aşkar edilməməsinə, daha sonra isə TEKUIS məlumatlarının məzmununa əsaslanmışdır. Halbuki, bu halların heç biri yuxarıda göstərilən səbəblərə görə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş imtina əsaslarının mövcudluğunu təsdiq etmir.

52. Bu səbəbdən belə imtina iddiaçının hüququnun həyata keçirilməsinə həddindən artıq formal və qeyri-mütənasib maneə yaradır.

53. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsaslarının mövcud olmamasını nəzərə alaraq hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır.

54. Beləliklə, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar