Məhkəmə qərarları › İş №2-1(3-8)-637/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-637/2026

26.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-637/2026 26.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin müəyyən edilməsi” tələbinə dair Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, iddiaçıya müddətsiz ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin ## #### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt Inzibati Məhkəməsinə göndərilmişdir. Sumqayıt Inzibati Məhkəməsinin ## ######## 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı müddətsiz II dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh inzibati orqana həvalə edilməsi tələbinə dair iddiası üzrə iddia müddəti bərpa edilmişdir. IŞ ÜZRƏ QƏBUL OLUNMUŞ MƏHKƏMƏ AKTLARI a) Birinci instansiya məhkəməsindəki icraat Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, doğulduğu tarixdən hal-hazırki vaxtadək uzun sürən müalicəsi mümkün olmayan ağır xəstəlikdən əziyyət çəkir. Diaqnozu “Generalizə olunmuş idiopotik epilepsiya və epileptik sindromlar, Epilepsiya. Parsial epilepsiya. Ikincili mürəkkəb generalizə olunmuş tonik-klonik qıcolma tutmaları ilə (ayda 3-4 dəfə). Xəstəliyi ilə əlaqədar hər il müalicə və müayinələrdə olmuşdur. Xəstəliyinin səhhətində ciddi fəsadlar törətdiyindən iddiaçının sağlamlıq imkanları məhdudlaşdırılmışdır. Hətta səhhətilə bağlı ikinci dərəcəli əlillik dərəcəsi də almışdır. Iki dəfə beş illik ikinci dərəcəli əlillik dərəcəsi iddiaçıya təyin edilmişdir. Sonuncu dəfə dövlət tibb müəssisəsinin X********PGG nömrəli göndərişi əsasında # ###### 2023-cü il tarixdə qiymətləndirilmiş və natamam doldurulması səbəbindən göndəriş dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. Daha sonra iddiaçının müraciəti əsasında ## ###### 2023-cü il tarixdə * nömrəli tibbi sosial ekspert komissiyasında qəbulda olmuşdur. Təqdim etdiyi tibbi sənədlər və ətraflı müayinənin nəticəsi olaraq əlillik təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər öz təsdiqini tapmadığından və müalicə potensialı tükənmədiyindən # ###### 2023-cü il tarixdən əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. Sonrakı dövrdə ## ######## 2023-cü il tarixdə cavabdeh orqanda qəbulda olmuşdur. Təqdim edilən tibbi sənədlər və müayinənin nəticəsi olaraq tutma videosu və təqdim olunmuş EEQ epilepsiyanı təsdiq etmədiyi qərarı qəbul edilmişdir. Video diskdə onun epilepsiya tutmaları çəkilmişdir. Ondan əlavə onun epilepsiya tutmaları ilə əlaqədar dəfələrlə evə təcili tibbi yardım çağırılmasına dair sənədləri də var. Xəstəliyinə görə ona dərmanlar da verirlər. Göründüyü kimi, dəfələrlə cavabdeh tərəfindən iddiaçı barəsində dövlət tibb müəssisəsindən göndərişləri qanunsuz və əsassız olaraq geriyə tibb müəssisəsinə göndərilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri: Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçı tərəfindən 30 gün müddətin ötürülməsi əsası ilə iddia tələbi mümkün hesab edilməlidir. Daha sonra inzibati orqan ikinci dəfə etiraz təqdim edərək, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Bakı Baş Səhiyyə Idarəsinin ## #### 2023-cü il tarixli göndərişi əsasında baxılması və “əlavə müalicəyə ehtiyacın olması səbəb: ixtisaslaşdırılmış əlavə müayinə və müalicəyə ehtiyac var” səbəbi ilə imtina verilməsi əsas gətirilərək iddia tələbinin təmin edilməməsi xahiş olunmuşdur. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi * nömrəli Tibbi Sosial Ekspert Komissiyasının ## ####### 2021-ci il tarixli, *******0005 nömrəli qərarından görünür ki, İddiaçı əlilliyin təyin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ** nömrəli Tibbi Sosial Ekspert Komissiyasının # ###### 2022-ci il tarixli, *******0006 nömrəli qərarından görünür ki, İddiaçı əlilliyin təyin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi * nömrəli X7 ## ###### 2022-ci il tarixli, */**** nömrəli “Həkim psixiatr komissiyasının rəyi”ndən görünür ki, İddiaçı “F06.6. Üzvi emosional-labil pozuntu” diaqnozu müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı # ###### 2023-cü il tarixdə “Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar. Epilepsiya. Parsial epilepsiya. Ikincili mürəkkəb generalizə olunmuş tonikklonik qıcolma tutmaları ilə (ayda 3-4 dəfə)” diaqnozu, ixtisaslaşdırılmış əlavə müayinə və müalicəyə ehtiyacın olması səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ## ####### 2023-cü il tarixli, *-**-*/*-A-*****/**** nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, əlillik vəziyyəti dövlət tibb müəssisəsinin X********PGG nömrəli göndərişi əsasında # ###### 2023-cü il tarixdə qiymətləndirilmiş və natamam doldurulması səbəbindən göndəriş dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. Daha sonra, müraciətinə əsasən ## ###### 2023-cü il tarixdə * nömrəli tibbi sosial ekspert komissiyasında qəbulda olmuşdur. Təqdim edilən tibbi sənədlər və ətraflı müayinənin nəticəsi olaraq əlillik təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər öz təsdiqini tapmadığından və müalicə potensialı tükənmədiyindən # ###### 2023-cü il tarixdən əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. Sonrakı dövrdə ## ######## 2023-cü il tarixdə Agentlikdə qəbulda olmuşdur. Təqdim edilən tibbi sənədlər və müayinənin nəticəsi olaraq tutma videosu və təqdim olunmuş EEQ epilepsiyanı təsdiq etməmişdir. Tibbi Sosial Ekspert Komisisyasının # ###### 2022-ci il tarixli cavabından görünür ki, İddiaçı əlilliyin təyin edilməsindən imtina edilmiş, imtina səbəbi “dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur” olaraq göstərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X6-Sosial Ekspert Komissiyasının iyun 2025-ci il tarixli, *-**-*/*-*-*****/**** nömrəli qərarından görünür ki, anamnestik məlumatlar, obyektiv müayinələrin nəticələri, ixtisaslaşmış tibb müəssisələrindən təqdim edilmiş müayinə, müalicə sənədlərinə əsasən, İddiaçı əlillik vəziyyəti yenidən qiymətləndirilmiş, nəticədə Tibbi Sosial Ekspert Komissiyası tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan ## ### 2022-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq # ###### 2023-cü il tarixli, *-**-*/*-*-*****/**** nömrəli qərar əsasında təyin edilmiş “Əlavə müalicəyə ehtiyacın olması” qərarın ləğv edilməsi, # ###### 2023-cü il tarixdən “Diaqnoz əlillik əlamətini təyin etmir” barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin # ###### 2023-cü il tarixli qərarının ləğv edilməsi, İddiaçı # ###### 2023-cü il tarixdən “ümumi xəstəlik” səbəb əlaqəsi ilə orqanizmin funksiyasının 35-60% pozulması ilə 1 (bir) illik müddətinə əlilliyin müəyyən edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır (hakim Könül Həbibova). Iddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın qismən ləğv edilməsi və iddianın tam təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI: a) Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, onun tələbi müddətsiz ikinci dərəcəli əlillik dərəcəsinin təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi olmuş, məhkəmə isə ona # ###### 2023-cü il tarixdən "ümumi xəstəlik" səbəb əlaqəsi ilə orqanizmin funksiyasının 35- 60% pozulması ilə 1 (bir) illik müddətinə əlilliyin müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul etmişdir. Baxmayaraq ki, iddia tələbinin tam təmin olunması üçün iş materiallarında kifayət qədər sübutlar vardır. Həmçinin iddia ərizəsində qeyd etdiyi kimi # ###### 1984-cü il tarixdən, yəni doğulduğu tarixdən hal-hazırki vaxtadək uzun sürən müalicəsi mümkün olmayan ağır xəstəlikdən əziyyət çəkir. Diaqnozu "Generalizə olunmuş idiopotik epilepsiya və epileptik sindromlar, Epilepsiya. Parsial epilepsiya. Ikincili mürəkkəb generalizə olunmuş tonik-klonik qıcolma tutmaları ilə (ayda 3-4 dəfə). Xəstəliyi ilə əlaqədar hər il müalicə və müayinələrdə olmuşdur. Xəstəliyinin səhhətində ciddi fəsadlar törətdiyindən sağlamlıq imkanları məhdudlaşdırılmışdır. Hətta səhhəti ilə bağlı ikinci dərəcəli əlillik dərəcəsi də almışdır. Iki dəfə ona beş illik ikinci dərəcəli əlillik dərəcəsi təyin edilmişdir. Bundan əlavə onun epilepsiya tutmaları ilə əlaqədar dəfələrlə evə təcili tibbi yardım çağırılmağına dair sənədləri əlavə etmişdir. Xəstəliyinə görə ona dərmanlar da verirlər. Göründüyü kimi, dəfələrlə cavabdeh tərəfindən barəsində dövlət tibb müəssisəsindən göndərişləri qanunsuz və əsassız olaraq geriyə tibb müəssisəsinə göndərilmişdir. Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işi ümumiyyətlə araşdırmayaraq, cavabdeh olaraq etirazlarını belə təhrif edərək, guya etirazları şəxsin əlil olmasını təsdiq edirmiş kimi, həmçinin işə baxarkən işi lazımi qaydada araşdırmayaraq sırf ekspert rəyinə əsasən vətəndaşda qeyd edilən diaqnozun olması səbəbindən vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Ekspert rəyi ilə şəxsin əlil olmasına qənaətinə gəlindiyi təqdirdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyin qiymətləndirilməsi və təyin edilməsinə ehtiyac qalmazdı. Bu isə işin nəticələrinin “Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar iddiaçının forma ** nömrəli arayışı əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin bildirilir ki, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Məhkəmənin nəzərinə çatdırılır ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Göndərişdə qeyd olunan diaqnoz “Diaqnoz əlillik əlaməti təyin etməməsi” halında məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. b) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin və iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBIQ OLUNAN HÜQUQ: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi (-) 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. (-) 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-) 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. (-) Azərbaycan Respublikası Prezidentinin ## #### 2015-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”

3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: (-) 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək; (-)

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”

1. Ümumi müddəalar (-) 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.

3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası (-) 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. (-)

“Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21. Inzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. (-) Maddə 24. Işin hallarının obyektiv araşdırılması 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. (-) Maddə 64. Inzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. Inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. Inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. Inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

Inzibati Prosessual Məcəllə: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI: Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbinin qismən təmin edilməsi barədə yeni qərar qəbul edilməli, cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir. Iddiaçının hüquqi marağı müddətsiz ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilmişdir. Sözügedən qərardan narazı qalan iddiaçı və cavabdeh inzibati orqan tərəfindən apellyasiya şikayətləri verilmişdir. Kollegiya ilk növbədə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini qismən əsaslı hesab etməklə yaranmış mübahisəyə dair aşağıdakıları qeyd edir. Iddiaçının apellyasiya şikayətinin əsas dəlili əlilliyin müddətsiz təyin edilməsi ilə bağlı olmuşdur. Belə ki, iddiaçı həmin dəlilini iki dəfə ona beş il müddətinə ikinci dərəcəli əlillik təyin edilməsi ilə əsaslandırmışdır. Kollegiya həmin dəlili əsassız hesab etməklə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 4.2-ci maddəsinin tələbinə əsasən müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. 4.3-cü maddəyə əsasən isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin HYPERLINK "https://eqanun.az/framework/49623" \o "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı"2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, II və III dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61- 80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır. Göründüyü kimi iddiaçıya vaxtilə təyin edilmiş əlillik ikinci dərəcəli olduğundan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 4.2-ci maddəsinə əsasən müddətsiz əlilliyin təyin olunması üçün onun azı 10 il müddətində əlillik dərəcəsi olmalıdır. Lakin iş materiallarına əlavə olunmuş TSEK müayinələrinin nəticələrinə dair çıxarışlardan görünür ki, eyni diaqnozlar əsasında iddiaçıya ilk dəfə ##.##.2012-ci il tarixində bir il müddətinə, ##.##.2014-cü il tarixində bir il müddətinə, ##.##.2015-ci il tarixində bir il müddətinə, ##.##.2016-cı il tarixində isə beş il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlillik müddəti bitdikdən sonra iddiaçının əlillik vəziyyəti yenidən qiymətləndirilmiş və ##.##.2021-ci il, ##.##.2022-ci il və son olaraq ##.##.2023-cü il tarixlərində əlillik təyin olunmasından imtina edilmişdir. Beləliklə də, iddiaçıya vaxtilə təyin olunmuş əlillik müddətləri toplandıqda, qanunvericilikdə nəzərdə tutulmuş 10 illik müddət ona münasibətdə ödənilmədiyindən müddətsiz əlillik təyin edilməsi də mümkün olmamışdır. Kollegiya əlavə olaraq qeyd edir ki, iddiaçı ona iki dəfə 5 il müddətinə əlillik təyin olunmasına istinad etsə də, qeyd olunan hal iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmamışdır. Beləliklə də, iddiaçının apellyasiya şikayəti həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Kollegiya əlavə olaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə iddiaçıya # ###### 2023-cü il tarixdən “ümumi xəstəlik” səbəb əlaqəsi ilə orqanizmin funksiyasının 35-60% pozulması ilə 1 (bir) illik müddətinə əlilliyin müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edərkən yalnışlığa yol vermişdir. Məhkəmə kollegiyası əlilliyin təyinat tarixinə münasibətdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaqla qeyd edir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinin imperativ göstərişinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Iş üzrə materiallardan görünür ki, iddiaçı barəsində tibb müəssisəsinin sonuncu göndərişi əsasında iddiaçıya əlilliyin təyin olunmasından imtina haqqında cavabdehin sonuncu qərarı ##.##.2023-cü il tarixdə qəbul olunmuşdur. Oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə də müvafiq əsaslar olduğu hallarda əlillik, imtina haqqında sonuncu qərarın qəbulu tarixindən (imtina haqqında əvvəlki qərarlar mübahisələndirilmədiyi hallarda) təyin olunmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)- ***/**** nömrəli, ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli, *- *(***)-****/**** nömrəli qərarları). Bu baxımdan hazırkı mübahisəyə münasibətdə də iddiaçıya müvafiq əlillik dərəcəsi sonuncu imtina tarixindən, yəni ##.##.2023-cü il tarixdən təyin edilməlidir. Bu isə onu deməyə əsas verir ki, həmin hissədə birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi əlilliyin ##.##.2023-cü il tarixdən təyin edilməsi ilə bağlı düzgün hüquqi nəticəyə gəlsə də, orqanizm funksiyalarının 35-60% pozulması ilə əlaqədar bir il müddətinə əlillik təyin edilməsi ilə bağlı qərar qəbul edərək yalnışlığa yol vermişdir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xxxx X1i tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli, T**/**** nömrəli ekspert rəyindən də göründüyü kimi iddiaçı epilepsiya, ikincili mürəkkəb generəlizə olunmuş tonik-klonik qıcolma tutmaları ilə (ayda 3-4 dəfə) xəstəliyindən hazırda da əziyyət çəkir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2-ci bəndindən görünür ki, epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla, yaxud ayda 2-3 kobud disforiya halları aşağıdakılarla nəticələnən: ayda bir dəfə huşun tutqunlaşması, yaxud huşun xüsusi halları, 2 ayda 1 dəfə epileptik status, epileptik tutma seriyası və həyat fəaliyyətinin əsas sferalarında dezadaptasiya ilə nəticələnən ağır psixopatoloji simptomatika və şəxsiyyət pozulmalarının mövcud olması şəxsə orqanizm funksiyalarının 65-80% pozulması ilə əlaqədar iki il müddətinə əlillik təyin edilməsinə əsas verir. Bundan başqa, X********PGG nömrəli göndərişdən göründüyü kimi G40.3 kodlu xəstəliyin ağırlaşması olaraq iddiaçıda artıq XBT-nin “Psixi pozğunluqlar və davranış pozğunluqları” bölməsinin F06.6 kodlu “Üzvi mənşəli emosional labil [astenik] pozuntu, Üzvi emosional labil pozuntu” xəstəliyi müşahidə edilir. Tibbi ədəbiyyat məlumatlarına əsasən epilepsiya xəstəliyi öz-özlüyündə psixi pozğunluq olmasa da, uzun müddətdir davam etməsi, qıcolma tutmalarının artması və ağırlaşması hallarında psixi dəyişikliklər yarada bilər. Hazırda da iddiaçıda epilepsiya xəstəliyi təkcə nevroloji xəstəlik kimi deyil, artıq psixi pozğunluqlarla ağırlaşmış klinik vəziyyət yaratmışdır. Qeyd olunan diaqnozların birlikdə mövcudluğu onu göstərir ki, epilepsiya artıq təkcə tutmalarla məhdudlaşmır, psixopatoloji dəyişikliklərlə müşahidə olunur. Göründüyü kimi iddiaçıda aşkar edilən G40.3 kodlu epilepsiya xəstəliyi F06.6 kodlu nevrotik psixi pozğunluqlarla ağırlaşmış, bu isə ağır epilepsiya formasının yaranmasına səbəb olmuşdur. Qeyd edilənləri nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçıda aşkar edilən G40.3 kodlu xəstəlik “Əlilliyin müəyyən olunması meyarları”nın 6.7.3-cü bəndində qeyd olunan patofunksional əlamətlərə uyğundur. Beləliklə də, iddiaçıya orqanizm funksiyalarının 65-80% pozulması ilə əlaqədar iki il müddətinə əlillik təyin edilməsi üçün hüquqi əsas yaranır. Kollegiya cavabdeh inzibati orqanın apellyasiya şikayətinə münasibətdə isə aşağıdakıları qeyd edir. Işdən görünür ki, iddiaçı ilk dəfə ##.##.2012-ci il tarixində TSEK-də müayinədən keçmiş və ona bir il müddətinə “Ümumi xəstəlik” səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. Iddiaçı növbəti dəfə ##.##.2014-cü il tarixində TSEK-də müayinədən keçmiş və ona eyni diaqnoz əsasında bir il müddətinə “Ümumi xəstəlik” səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. Daha sonra ##.##.2015-ci il tarixində iddiaçıya bir il müddətinə, ##.##.2016-cı il tarixində isə beş il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlillik müddəti bitdikdən sonra iddiaçının əlillik vəziyyəti yenidən qiymətləndirilmiş, ##.##.2021-ci il tarixdə əlavə müalicəyə ehtiyacın olması, ##.##.2022-ci il tarixində göndərişin natamam doldurulması səbəbi ilə əlillik təyin edilməsindən imtina olunmuşdur. Daha sonra iddiaçıya Tibbi Sosial Ekspert Komissiyasına göndərilməsi üçün Bakı Baş Səhiyyə Idarəsi tərəfindən ##.##.2023-cü il tarixli, X********PGG nömrəli göndəriş verilmişdir. Həmin göndərişə əsasən, TSEK-ə göndəriş zamanı iddiaçının əsas diaqnozu – G40.3 “Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, Epilepsiya. Parsial epilepsiya. Ikincili mürəkkəb generalizə olunmuş tonik-klonik qıcolma tutmaları ilə (ayda 3-4 dəfə)”, ağırlaşması: F06.6 “Üzvi mənşəli emosional labil [astenik] pozuntu, Üzvi emosional labil pozuntu“ olaraq qeyd edilmişdir. Həmin göndəriş cavabdeh tərəfindən qiymətləndirilmiş, ## ###### 2023-cü il tarixli qərar əsasında “Əlavə müalicəyə ehtiyacın olması” səbəbi ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. Bundan sonra iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı Sumqayıt Inzibati Məhkəməsinin *- *(***)-****/**** nömrəli, ## ######## 2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xxxx X1i tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli, T**/**** nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Səhiyyə Nazirliyinin “xxxx” PHŞ-in müalicə müəssisəsi olmadığından onun hazırda hansı xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmamışdır. Iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Bakı Baş Səhiyyə Idarəsi tərəfindən tərtib edilmiş ## #### 2023-cü il tarixli, X********PGG saylı Forma 088 göndərişində XBT10 kodu ilə qeyd edilmiş əsas diaqnoz və ağırlaşmaları “G40.3 - Generəlizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar. Epilepsiya. Parsial epilepsiya Ikincili mürəkkəb generəlizə olunmuş tonik-klonik qıcolma tutmaları ilə (ayda 3-4 dəfə); F06.6 “Üzvi mənşəli emosional labil (astenik) pozuntu. Üzvi emosional-labil” ona stasionarda müayinə və müalicələri zamanı müəyyən edildiyindən onun hazırda da həmin xəstəliklərdən əziyyət çəkməsi istisna edilmir. Belə ki, əsas xəstəlik xroniki hala keçdiyindən “F06.6 - Üzvi mənşəli emosional labil (astenik) pozuntu. Üzvi emosional-labil” xəstəliyi ilə ağırlaşmışdır. Bundan sonra Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ##### 2025-ci il tarixli qərardadı ilə iddiaçının canlı müayinəsinin aparılması üçün cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə 20 gün müddət təyin edilmişdir. Cavabdeh inzibati orqanın ## ###### 2025-ci il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubundan görünür ki, məhkəmə qərardadına əsasən İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə ##.##.2025-ci il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, ##.##.2023-cü il tarixindən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Eləcə də birinci instansiya məhkəməsində icraat zamanı zəruri sorğular edilməklə aşağıdakı məlumatlar əldə edilmişdir. Azərbaycan Respublikası “xxxx” X1 “xxxx” X1 ## ###### 2026-cı il tarixli, **-*- */****/**** nömrəli məktubundan görünür ki, ** nömrəli Şəhər Poliklinikasının məlumatına əsasən, Həkim-məsləhət Komissiyası tərəfindən ## #### 2023-cü il tarixdə “G40.3 Epilepsiya. Parsial epilepsiya, mürəkkəb ikincili tonik-klonik qıcolma tutmaları (ayda 3-4 dəfə). F06.6 Üzvi emosional-labil pozuntu” diaqnozu ilə X********PGG nömrəli Forma 088 tərtib edilərək vətəndaşın tibbi sənədləri TSEK-ə təqdim edilmişdir. TSEK tərəfindən “Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, parsial epilepsiya, ikincili mürəkkəb generalizə olunmuş tonik-klonik qıcolma tutmaları ilə (ayda 3-4 dəfə)” diaqnozu müəyyən edilmiş və “Ixtisaslaşdırılmış əlavə müayinə və müalicəyə ehtiyac var” səbəbi ilə imtina qərarı qəbul olunmuşdur. 2024 və 2025-ci illər ərzində pasiyent tərəfindən əlillik məsələsi ilə bağlı poliklinikaya müraciət qeydə alınmamışdır. X********PGG nömrəli “Forma 088” ilə bağlı məktubda qeyd olunan suallara cavab olaraq bildirilmişdir ki, XBT üzrə “G40” kodu ümumi başlıq altında əsas diaqnoz kimi “Epilepsiya” xəstəliyini ifadə edir. Epilepsiya xəstəliyinin növlərindən biri isə “G40.3 Generalizə olunmuş idiopatik epilepsiya”dır. Qeyd olunan diaqnoz kliniki olaraq müvafiq tibb müəssisəsi tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin (NK) ## ### 2022-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən epilepsiya diaqnozu üzrə əlillik dərəcəsi xəstəliyin növünə görə deyil, epileptik tutmaların tezliyi və sayı, epileptik statusun mövcudluğu, huşun xüsusi pozulmaları, psixopatoloji simptomatika, şəxsiyyət dəyişiklikləri (əqli gerilik və s.) nəzərə alınmaqla müəyyən edilir. Meyarlarda “F06” XBT kodu “Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəlik nəticəsində yaranan digər psixi pozğunluqlar” kimi nəzərdə tutulmuşdur. Bu rubrikaya baş beynin həm birincili, həm də ikincili xəstəlikləri nəticəsində yaranan pozğunluqlar, habelə ekzogen toksik maddələrin təsiri, endokrin pozğunluqlar və digər somatik xəstəliklər fonunda formalaşan psixi hallar daxil edilmişdir. “F06.6” kodu Meyarlarda ayrıca göstərilməmişdir və emosional səbirsizlik və ya labillik, yorğunluqla xarakterizə olunan, üzvi patologiyalar nəticəsində yaranan pozğunluqları əhatə etməklə “F06” rubrikasına daxildir. Bu kod “Üzvi mənşəli emosional labil (astenik) pozğunluq” diaqnozunu ifadə edir. Vətəndaşda “F06.6” XBT kodu üzrə diaqnozun təsdiqləndiyi və bu halın əmək qabiliyyətinin yalnız nəzərəçarpacaq dərəcədə məhdudlaşmasına səbəb olduğu hallarda əlillik təyin oluna bilər. Epileptik xəstələrdə “F06.6” diaqnozunun mövcudluğu xəstəliyin fəsadlaşmış gedişini göstərir, lakin bu diaqnoz əlilliyin təyin edilməsi üçün müstəqil əsas hesab edilmir. Əlillik dərəcəsi “G40 Epilepsiya” əsas xəstəliyin ağırlıq dərəcəsi, gedişatı, müalicəyə tabe olub-olmaması, eləcə də funksional və sosial məhdudiyyətlərin səviyyəsi nəzərə alınmaqla müəyyən edilir, “F06.6” isə yalnız yanaşı diaqnoz kimi köməkçi əhəmiyyət daşıyır. Bu baxımdan, pasiyentin tibb müəssisələrində aparılmış müayinələri zamanı aşkar edilmiş və klinik-laborator müayinələrin nəticələri ilə təsdiqlənmiş bütün əsas və yanaşı xəstəliklərin “Forma 088”də göstərilməsi zəruridir. “F06.6” XBT kodu meyarlarda ayrıca yer almasa da, epilepsiyanın gedişinə, ağırlıq dərəcəsinə və sosial-funksional vəziyyətə təsir göstərdiyindən göndəriş sənədlərində mütləq yanaşı xəstəlik kimi qeyd edilməli və Həkim məsləhət Komissiyası ilə TSEK tərəfindən xəstəliyin kompleks qiymətləndirilməsi zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası “xxxx” X1 “xxxx” X1 ## ###### 2026-cı il tarixli, **-*-*/*- ***/**** nömrəli məktubu ilə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının ünvan 1 ünvanında yerləşən Bilgəh korpusuna ## ###### 2026-cı il tarixdə müraciət etmiş iddiaçı haqqında həkim-nevropatoloq məlumatları qoşma şəklində təqdim edilmişdir. Belə ki, sözügedən məlumatdan göründüyü kimi vətəndaş ## ###### 2026-cı tarixində RKX-nın poliklinika şöbəsinə ambulator olaraq müraciət etmişdir. Şikayətləri huşun itməsi ilə müşahidə olunan qıcolma tutmasından şikayətlənir. Anamnezdə 16 yaşından xəstə olduğu qeyd olunur. Nevroloji statusda kranial sinirlər norma. ətraflar sərbəst. Sl üstü və vətər refl. D=S orta canlı. Xəstəliyin araşdırılması üçün vətəndaş müayinələrə göndərildi. Xəstə epinex, Depokin Xrono, karhamozepin qəbul edir. Baş beyin EEG - norma daxilində, baş beyin MRT- GI senil atrofiya, psixitrın baxışı olmuşdur. Xəstənin sonuncu EEG monitorinq müayinəsi ## #### 2025-ci il tarixində olunduğu üçün xəstənin EEG monitorinq müayinəsinə sığorta tərəfindən təsdiq verilmədiyi üçün ## #### 2025-ci il tarixli EEG monitorinq müayinəsinə əsasən rəy verildi. EEG monitorinq Fonda təpə-ənsə nahiyyəsində hilateral, bezi epoxada diffuza meyilli aşağı amplitudlu spaykaların epileptiform aktivliyi meydana çıxdı. Xəstənin anamnezi və müayinələrin nəticələrinə əsasən Dz: G40 Epilepsiya xəstəliyi. F06.6 üzvü mənşəli emosional-labil pozuntu diaqnozu qoyuldu. G40. Kodu Epilepsiya xəstəliyini təsdiq edən koddur. G40.3 isə Epilepsiya xəstəliyinin növünü təsdiq edən koddur. G40.3 kodunu təsdiqləmək üçün xəstədə tutmanı görmək, qiymətləndirmək lazımdır. Xəstə onlara ambulator vəziyyətdə müraciət etmişdir. Bu səbəbdən xəstəyə G40 kodu EEG monitorinq müayinəsinə əsasən qoyuldu. G40.3 kodunu müəyyən etmək üçün xəstənin stasionar şəraitdə dəyərləndirilməsi məsləhətdir. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən sonuncu dəfə əlilliyin qiymətləndirilməsi məhz müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş ##.##.2023-cü il tarixli, X********PGG nömrəli Forma 88 haqqında tibbi göndəriş əsasında aparılmışdır. Kollegiya qeyd edir ki, iddiaçının hüquqi marağı məhz həmin tibbi göndəriş əsasında aparılmış əlilliyin qiymətləndirilməsi nəticəsi ilə bağlı olduğundan, iddiaçıya münasibətdə iddianının əsaslılığı (hansı diaqnoz xəstəliyin qoyulması və həmin xəstəliklərin hansı səbəbdən yaranması) məhz həmin tibbi göndərişdə əks olunmuş məlumatlar əsasında yoxlanılmalıdır. Yuxarıda da qeyd olunduğu kimi sözügedən göndəriş zamanı iddiaçının əsas diaqnozu – G40.3 “Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, Epilepsiya. Parsial epilepsiya. Ikincili mürəkkəb generalizə olunmuş tonik-klonik qıcolma tutmaları ilə (ayda 3-4 dəfə)”, ağırlaşması: F06.6 “Üzvi mənşəli emosional labil [astenik] pozuntu, Üzvi emosional labil pozuntu“ olaraq qeyd edilmişdir. Iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xxxx X1i tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli, T**/**** nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Bakı Baş Səhiyyə Idarəsi tərəfindən tərtib edilmiş ## #### 2023-cü il tarixli, X********PGG saylı Forma 088 göndərişində XBT10 kodu ilə qeyd edilmiş əsas diaqnoz və ağırlaşmaları “G40.3 - Generəlizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar. Epilepsiya. Parsial epilepsiya Ikincili mürəkkəb generəlizə olunmuş tonik-klonik qıcolma tutmaları ilə (ayda 3-4 dəfə); F06.6 “Üzvi mənşəli emosional labil (astenik) pozuntu. Üzvi emosionallabil” ona stasionarda müayinə və müalicələri zamanı müəyyən edildiyindən onun hazırda da həmin xəstəliklərdən əziyyət çəkməsi istisna edilmir. Göründüyü kimi iddiaçıya əlillik təyin olunmasına əsas verən xəstəliklərin hazırda mövcud olması ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Buna baxmayaraq cavabdeh inzibati orqan hər hansı hüquqi əsaslandırma olmadan iddiaçıya əlillik təyin edilməsindən imtina olunması qərarına gəlmişdir. Yuxarıda istinad olunan ekspert rəyinin nəticə hissəsindən göründüyü kimi iddiaçı epilepsiya, ikincili mürəkkəb generəlizə olunmuş tonik-klonik qıcolma tutmaları ilə (ayda 3-4 dəfə) xəstəliyindən hazırda da əziyyət çəkir. Sözügedən xəstəlik iddiaçı barəsində tərtib olunmuş müvafiq göndərişdə də G40.3 “Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, Epilepsiya. Parsial epilepsiya. Ikincili mürəkkəb generalizə olunmuş tonik-klonik qıcolma tutmaları ilə (ayda 3-4 dəfə)” kodu ilə qeyd olunmuşdur. Eyni zamanda, qeyd edilməlidir ki, iddiaçı barəsində müvafiq tibbi göndərişdə əks olunmuş xəstəlik əlilliyin təyin edilməsi meyarlarını müəyyən edən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda (Meyarların 6.7-ci bəndinə uyğun olaraq) əlilliyin təyin edilməsinə əsas olan xəstəliklər kimi qeyd edilmişdir. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın apellyasiya şikayətini əsassız hesab etməklə qeyd edir ki, cavabdeh yuxarıda istinad olunan diaqnoz xəstəliyin əlamətlərinin əlilliyin təyin edilməsinə əsas olmadığını qeyd etsə də, həmin hala dair heç bir sübut məhkəməyə təqdim etməmiş, habelə həmin hal hər hansı tibbi sənədə (aparılmış müayinə nəticələrinə dair tibbi sənədlər və s.) istinad edilməklə əsaslandırmamışdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iş materiallarına əlavə edilmiş sənədlər və ekspert rəyi ilə iddiaçıda sözügedən xəstəliklərin mövcudluğu və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyin edilməsinə əsas olması nəzərə alınanda iddiaçının tələbində haqlı olduğu müəyyən edilir. Eləcə də yuxarıda da istinad olunduğu kimi məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, qeyd olunan G40.3 kodlu epilepsiya xəstəliyi hazırda da iddiaçıda davam edir, yuxarıda qeyd edildiyi kimi hətta biraz da ağırlaşaraq, XBT-nin “Psixi pozğunluqlar və davranış pozğunluqları” bölməsinin xəstəlikləri ilə müşahidə edilir. Cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlili ondan ibarət olmuşdur ki, göndərişdə qeyd olunan diaqnoz “Diaqnoz əlillik əlaməti təyin etmir” halında məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini əsassız hesab edir. Belə ki, IPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. “Inzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın da apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan hallara əsasən hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməklə iddia qismən təmin edilməli, İddiaçı ## ###### 2023-cü il tarixindən orqanizm funksiyalarının 65-80% pozulmasına görə iki il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTICƏVI HISSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Iddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. Iddia qismən təmin edilsin. İddiaçı ## ###### 2023-cü il tarixindən orqanizm funksiyalarının 65-80% pozulmasına görə iki il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar