Məhkəmə qərarları › İş №2-1(3-8)-640/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-640/2026

02.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-640/2026 02.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hacıyev Vahid Məcid oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi ilə, Iddiaçı Iddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh2 qarşı “əmlak kompleksi kimi müəssisə üzərinə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və texniki pasportun verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: IŞIN HALLARI: Reyestr nömrəsi ************, qeydiyyat nömrəsi 1621009331 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu Məmmədli kəndi ünvanında yerləşən 0.20 ha torpaq sahəsi Iddiaçı xüsusi mülkiyyətindədir. Reyestr nömrəsi ************, qeydiyyat nömrəsi 1615014910 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu Məmmədli kəndi ünvanında yerləşən 0.04 ha torpaq sahəsi Iddiaçı xüsusi mülkiyyətindədir. Torpaq sahələrinin plan-ölçü sənədləri, eskiz layihə-memarlıq planlaşdırma bölməsi məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Abşeron rayon Dövlət Arxivinin ##.##.2025-ci il tarixli məktubu ilə Abşeron rayon Icra Hakimiyyətinin *** saylı ##.##.2011-ci il tarixli qərarının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Abşeron rayon Icra Hakimiyyətinin ##.##.2021-ci il tarixli *** saylı istismara icazə sənədi ilə ##.##.2021-ci il tarixdən ofis və anbar binalarının tikintisinə icazə verilmişdir. Məhkəmə sorğusuna cavab olaraq cavabdeh2n * saylı Abşeron Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli məktubunda qeyd edilir ki, elektron məlumat bazasına və müayinə aktına əsasən, müayinə olunan torpaq sahəsinin ölçüsü 0.245 ha, sənəd üzrə isə 0.2 ha və 0.04 ha təşkil edir. Həmçinin, müayinə aktına əsasən, müayinə olunan torpaq sahəsinin, 6 kv-luq elektrik xətti ilə arasındakı məsafə 0.6 metr və 9 metr arasında dəyişir. Müraciətdə qeyd olunan torpaq sahəsinə dair müayinə aktının surəti, ortofoto görüntüsü qonşuluqlara dair məlumatlar təqdim edilir. Məhkəmə sorğusuna cavab olaraq cavabdeh2n * saylı Abşeron Ərazi Idarəsinin ##.##.2026-cı il tarixli məktubu ilə 08013097042 və ************ reyestr nömrəli çıxarışların verilməsinə əsas olan sənədlər; ************ və ************ reyestr nömrəli çıxarışlarla mülkiyyətə verilmiş 0,20 və 0.04 ha torpaq sahələrinin elektron baza məlumatları (təyinatı, məqsədli istifadə növü və s.) məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Abşeron rayon Icra Hakimiyyətinin ##.##.2026-cı il tarixli məktubunda qeyd edilir ki, Iddiaçı tikinti işlərinin aparılması üçün verilmiş sərəncamın, tikintinin layihəsinin və istismara icazə sənədinin surətləri məhkəməyə təqdim olunur. Əlavə olaraq tikintiyə icazə sənədinin arxiv əsasları Abşeron rayon Dövlət Arxivində saxlanılır. Tikilinin istismarına icazə sənədi texniki sənəd olaraq verildiyindən arxivləşdirilməmiş, tikilinin mövcud vəziyyətdə istismarına icazə verilmişdir. Iddiaçı Iddiaçı məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.20 ha və 0.04 ha torpaq sahələri üzərində inşa edilmiş əmlak kompleksi kimi müəssisənin faktiki vəziyyətə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına Rayon Icra Hakimiyyəti etiraz etmir. Məhkəmə sorğusuna cavab olaraq X1 Cəmiyyətinin ## ###### 2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, elektrik qurğularının mühafizə zonaları “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il ## ### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair Tələblər”ə əsasən müəyyən edilir və qeyd olunan torpaq sahələri 2009-cu ildə istismara verilmiş 10 kV-luq elektrik verilişi xəttinin mühafizə zonasında yerləşir. Iddiaçı ərizə ilə cavabdeh2n * saylı ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (əmlak kompleksi kimi müəssisə) üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh ## ###### 2021-ci il tarixli ************ nömrəli məktubu ilə müraciətin icrasından imtina edərək bildirir ki, aparılan araşdırma zamanı Abşeron rayonu, Məmmədli kəndində yerləşən əmlak kompleksi kimi müəssisəsinin tikintiyə icazə verilməsi barədə sənədlərinin ərizəyə əlavə edilmədiyi, həmçinin istismarına icazə sənədinin mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyi, sözügedən sənəddə istismara hazırlıq aktının verilmə tarixi və qeydiyyat nömrəsinin qeyd edilmədiyi, həmçinin tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi, tikintialtı sahə və ümumi tikinti sahəsinin qeyd edilmədiyi, torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə ehtiyat fondu torpaqlarına aid edildiyi, təyinatı üzrə müəyyən edilmiş istifadə rejiminə uyğun tələbləri gözlənilmədən üzərində əmlak kompleksi kimi müəssisənin inşa edildiyi, tikilinin bir hissəsinin hissəsinin ************ reyestr nömrəli çıxarışla qeydiyyata alınmış torpaq sahəsi ilə üst üstə düşdüyü müəyyən edilmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: Birinci instansiya məhkəməsindəki icraat Iddiaçı Iddiaçı ************ və ************ reyestr nömrəli çıxarışlara əsasən mülkiyyətində olan Abşeron rayonu Məmmədli kəndi ünvandakı torpaq sahələrində yerləşən əmlak kompleksi kimi müəssisə üzərinə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və texniki pasportun verilməsini xahiş edir. (iddia tələbi dəqiqləşdirilmişdir) Iddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon Məmmədli kəndində ************ reyestr nömrəli 0.20 ha və ************ reyestr nömrəli 0.04 ha torpaq sahələri üzərində istehsal və anbar binası inşa etdirmişdirlər. Qeyd olunan istehsal və anbar binası Abşeron Rayon Icra Hakimiyyəti Başçısının *** saylı, ##.##.2011-ci il tarixli tikintiyə icazə barədə Sərəncamına əsasən inşa edilmişdir. Istehsal və anbar binası inşa edildikdən sonra binaların istismarına dair *** saylı, ##.##.2021-ci il tarixli tikinti obyektinin istismarına icazə sənədi verilmişdir. Sözügedən istehsal və anbar binasının daşınmaz əmlakın dövlət reyestrində mənim adıma qeydə alınması və çıxarışın verilməsi üçün ##.##.2021-ci il tarixdə Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh2n * saylı Abşeron Ərazi Idarəsinə müraciət etmişdir. Müraciət edərkən, tikiliyə aid bütün sənədləri həmin müraciətə əlavə etmişdir. Cavabdeh tərəfindən verilmiş ##.##.2021-cü il tarixli, ************ nömrəli bildiriş məktubunda sözügedən istehsal və anbar binası üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması va reyestrdən çıxarışın verilməsindən imtina edildiyi bildirilmişdir. Həmin cavab məktubunda: Tikintiyə icazə verilməsi barədə sənədlərin müraciətə əlavə olunmadığı tikinti obyektinin tikintisinə icazə sənədi müraciətə əlavə edilsə də, imtina bildirişində əlavə edilmədiyi qeyd edilmişdir. Iddia ərizəsinə yenidən əlavə edilir; Istismara icazə sənədinin mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyi, istismara hazırlıq aktının verilmə tarixi və qeydiyyat, tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi, həmçinin tikintialtı sahə və ümumi tikinti sahəsinin qeyd edilmədiyi-əmlak kompleksi kimi müəssisənin istismarına icazə sənədində tikinti obyektinə verilmiş kodun nömrəsinin qeyd edilməməsi imtina üçün əsas hesab edilməməlidir. Istismara icazə sənədində tikinti obyektinə verilmiş kodun nömrəsinin qeyd edilməməsi vətəndaşın nöqsanı deyil. Bu sənədin verilməsi Icra Hakimiyyətinin səlahiyyətində olmaqla həmən orqan tərəfindən tikintinin istismara hazır olduğunun rəsmi bəyan olunması deməkdir. «Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydalarının» 4.2-ci bəndinə əsasən tikintiyə icazə verən orqan (qurum) tikintiyə icazə verdiyi tarixdən 3 iş günü müddətində bu Qaydaların 3.1.1ci yarımbəndində nəzərdə tutulmuş sənəd və məlumatları reyestrə təqdim edir, bu məlumatlar Reyestr kitabında qeydə alınır, 3 (üç) iş günü müddətində elektron bazaya daxil edilməklə, tikinti obyektinə kod verilir və bu barədə bu Qaydalara Əlavədə göstərilən Şəhadətnamə məlumatları təqdim etmiş tikintiyə icazə verən orqana (quruma) göndərilir. Göründüyü kimi, kodun alınması tikintiyə icazə verən orqanın səlahiyyətində olub, iddiaçının iradəsindən asılı olmayıb. Tikintiyə icazə verən orqanın adından fəaliyyət göstərmək kimi iddiaçının səlahiyyəti olmayıb və yoxdur. Əlavə olaraq tikinti obyektinə kodun verilməsi bu gün faktiki olaraq mümkün deyil. Belə olduğu halda inşa edilmiş əmlak kompleksi kimi müəssisə sökülüb tikinti obyektinə kod alındıqdan sonra yenidən inşa edilməlidir. Belə çıxır ki, müvafiq icra hakimiyyəti orqanının öz işini qanunamüvafiq qaydada qörməməsi ucbatından vətəndaşa cəza verilmiş olur. Əlavə olaraq tikinti obyektinə kodun verilməsi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** saylı ##.##.2024-cü il tarixli üç ulduzlu qərarında müvafig mövqe müəyyən edilmişdir. Əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə ehtiyat fondu torpaqlara aid olduğu;-bu əsas isə ən absurd, mənasız və gülünc əsasdır. Qanunvericilikdə ehtiyat fondu təyinatlı torpaqlarda tikilmiş daşınmaz əmlakların qeydiyyata alına bilməməsi ilə bağlı heç bir müddəa yoxdur. * saylı Abşeron Ərazi Idarəsi tərəfindən müraciətlərə verilən cavab məktublarında torpaq sahəsinin məqsədli istifadə növü Sahibkarlıq kimi qeyd edilmişdir. Məktublar əlavə olunur. Tikilinin bir hissəsinin ************ reyestr nömrəli çıxarışla qeydiyyata alınmış torpaq sahəsi ilə üst-üstə düşdüyü qeyd edilmişdir. Sözügedən torpaq sahəsi iddiaçının mülkiyyətindədir və çıxarış iddia ərizəsinə əlavə olunur. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək bildirmişdir ki, aparılan araşdırma zamanı Abşeron rayonu, Məmmədli kəndində yerləşən əmlak kompleksi kimi müəssisəsinin istismarına icazə sənədinin mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyi, sözügedən sənəddə istismara hazırlıq aktının verilmə tarixi və qeydiyyat nömrəsinin qeyd edilmədiyi, tikintialtı sahə və ümumi tikinti sahəsinin qeyd edilmədiyi, torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə ehtiyat fondu torpaqlarına aid edildiyi, tikilinin bir hissəsinin hissəsinin ************ reyestr nömrəli çıxarışla qeydiyyata alınmış torpaq sahəsi ilə üst üstə düşdüyü müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin (hakim Aynur Axundova) ##.##.2026-cı il tarixli *-*(***)- ****/**** nömrəli qərarı ilə iddia təmin edilərək, Abşeron rayonu Məmmədli kəndi ünvanda ************ və ************ reyestr nömrəli çıxarışlara əsasən Iddiaçı mülkiyyətində olan torpaq sahəsində yerləşən əmlak kompleksi kimi müəssisə üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh2 həvalə edilmişdir. Məhkəmə cavabdehin imtinasını əsassız hesab edərək qərarını onunla əsaslandırmışdır ki, “Qanunun tələbinə uyğun olaraq iddiaçının torpaq sahələri üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd, Abşeron rayon Icra Hakimiyyətinin ## ##### 2021-ci il tarixli *** saylı istismara icazə sənədi, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi mövcuddur. Qeyd edilənlər hüququn qeydə alınması üçün əsas təşkil edir. Cavabdehin imtinasına münasibətdə məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından icazə (həm tikintiyə, həm də istismara) icraatının özünün gedişatı deyil, həmin icraat nəticəsində qəbul olunmuş yekun qərar - inzibati akt həlledici əhəmiyyət daşıyır. Belə ki, inzibati orqanın apardığı inzibati icraat mahiyyət etibarilə hakimiyyət iradəsinin formalaşması və həmin iradənin ifadə olunduğu inzibati aktın qəbulu məqsədlərinə xidmət edir. Inzibati icraatın gedişində yol verilmiş pozuntular icraatı aparan inzibati orqanın məsuliyyət sferasına aiddir və buna səlahiyyəti olmayan digər orqanlar, o cümlədən cavabdeh tərəfindən təftiş edilə və mübahisələndirilə bilməz. Hazırkı mübahisəyə münasibətdə səlahiyyətli inzibati orqan həm tikintiyə, həm də istismara icazə verilməsi ilə bağlı iradəsini açıq və dəqiq şəkildə ifadə etmişdir və cavabdeh həmin iradə ifadəsinə uyğun davranmağa borcludur. Bu səlahiyyətli inzibati orqan tərəfindən qəbul olunmuş qərarın ümumiməcburi hüquqi qüvvəsindən və inzibati orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Tikinti obyektinə kodun verilməsi inzibati orqanlar arasında sənəd mübadiləsi qaydasında və şəxsin iştirakı olmadan həll edilməli olan məsələdir. Bu baxımdan kodun verilməsi üçün müvafiq sənədlərin təqdim olunmamasının və koda dair şəhadətnamənin verilməməsinin məsuliyyəti iddiaçının üzərinə qoyula və onun ziyanına təfsir oluna bilməz. Şəxsin üzərinə bununla bağlı mütləq öhdəliyin qoyulması və ya inzibati icraatın müvafiq səlahiyyətli orqan tərəfindən inzibati aktın mahiyyətinə təsir etməyən şəkildə qüsurlu həyata keçirilməsinin neqativ nəticələrinin şəxsə aid edilməsi yolverilməz sayılmalıdır. Beləliklə, hazırkı mübahisəyə münasibətdə hüququn qeydə alınması üçün tələb olunan hüquqmüəyyənedici sənədlərin mövcudluğu iş üzrə materiallarla təsdiq olunur. Nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Bundan əlavə məhkəmə sorğusuna cavab olaraq Abşeron rayon Icra Hakimiyyətinin ## ###### 2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, Iddiaçı tikinti işlərinin aparılması üçün verilmiş sərəncamın, tikintinin layihəsinin və istismara icazə sənədinin surətləri məhkəməyə təqdim olunur. Əlavə olaraq tikintiyə icazə sənədinin arxiv əsasları Abşeron rayon Dövlət Arxivində saxlanılır. Tikilinin istismarına icazə sənədi texniki sənəd olaraq verildiyindən arxivləşdirilməmiş, tikilinin mövcud vəziyyətdə istismarına icazə verilmişdir. Iddiaçı Iddiaçı məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.20 ha və 0.04 ha torpaq sahələri üzərində inşa edilmiş əmlak kompleksi kimi müəssisənin faktiki vəziyyətə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına Rayon Icra Hakimiyyəti etiraz etmir. Məhkəmə araşdırması zamanı qonşuluqlara dair məlumatlar məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərdə də torpaq sahələri ehtiyat fondu torpaqları olaraq qeydə alınmışdır. Məhkəmə araşdırması zamanı qeyd olunan torpaq sahələri 2009-cu ildə istismara verilmiş 10 kV-luq elektrik verilişi xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, torpaq sahəsinin müəyyən hissəsinin elektrik xəttinin mühafizə zolağında yerləşdiyi təqdirdə belə, həmin hal şəxsin imtina üçün əsas kimi çıxış edə bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblərin” 1.4-cü bəndinə əsasən bu Tələblər qüvvəyə minənədək ərazisində elektrik şəbəkələrinin mühafizə zonası müəyyən edilən torpağın mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri həmin torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Elektrik şəbəkələrinin mühafizə zonasının ərazilərində təsərrüfat işlərini aparan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu Tələblərə əməl etməlidirlər. Bundan əlavə cavabdeh tikilinin bir hissəsinin ************ reyestr nömrəli çıxarışla qeydiyyata alınmış torpaq sahəsi ilə üst-üstə düşdüyünu qeyd edir. Məhkəmə qeyd edir ki, sözügedən torpaq sahəsi də iddiaçıya məxsusdur. Göründüyü kimi, mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını istisna edən hal müəyyən edilmir”. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apel lyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. “Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “xxxx” publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmrinə əsasən “xxxx” publik hüquqi şəxsinin Nizamnaməsi” yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Həmin əmr nəzərə alınaraq, məhkəmə kollegiyası tərəfindən cavabdeh cavabdeh2n * saylı Abşeron Ərazi Idarəsi prosessual hüquqi varisi kimi publik hüquqi şəxsin özü ilə əvəz edilmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini əsassız hesab edərək, cavabdehin apellyasiya şikayətinin rədd edilməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edir. Cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh2n * saylı Abşeron Ərazi Idarəsi məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmişdir. Lakin cavabdehin nümayədəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası IPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. TƏTBIQ EDILƏN HÜQUQ: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.10. Azərbaycan Respublikasının HYPERLINK "https://eqanun.az/framework/46958" \o "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi"Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il ######ın #-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; ... Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 74. Tikintisinə icazə tələb olunan tikinti obyektləri 74.1. Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. ... Maddə 102. Tikinti obyektinin istismarına icazə verilməsi 102.1. Tikintisinə icazə tələb edilən tikinti obyektinin (reklam qurğuları istisna olmaqla) istismarına icazə verilməsi üçün müraciətə sifarişçi tərəfindən bu Məcəllənin 102.1- 2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqdim edilmiş aşağıdakı sənədlər əlavə edilir: 102.1.1. tikinti sənədləri; 102.1.2. şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş hallarda obyektin istismara verilməsindən əvvəl tikintinin, onun hissələrinin və ya mühəndiskommunikasiya təminatı sistemlərinin istismara hazırlığının yoxlanıldığını təsdiq edən sənədlər. 102.2. Obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən tikinti obyektinin istismarına icazə verilir. Istismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. … 102.7. Tikinti obyektlərinin istismarına icazə verildiyi andan, habelə məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektlərinin tikintisinin başa çatması barədə sifarişçi tərəfindən məlumat verildikdən sonra, dərhal bu məlumatların Tikintilərin Dövlət reyestrinə ötürülməsi təmin edilir. Həmin məlumatlar 3 iş günü müddətində Tikintilərin Dövlət reyestrinin internet səhifəsində yerləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il # #### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti haqqında” Əsasnamə:

3. Yerli icra hakimiyyəti başçısının vəzifələri ... 3.11. Təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində: 3.11.1. müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir; ...

“Inzibati icraat haqqında” Qanun: Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. ...

Inzibati Prosessual Məcəllə: Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş üzrə materiallarında olan sənədləri və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı mübahisənin predmetini Abşeron rayonu Məmmədli kəndi ünvanda ************ və ************ reyestr nömrəli çıxarışlara əsasən iddiaçının mülkiyyətində olan biri-birinə bitişik olan 0,20 ha və 0,04 ha torpaq sahələrində yerləşən qeyri-yaşayış binası üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və texniki pasportun verilməsindən cavabdehin imtinası təşkil edir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri aşağıdakılardan ibarətdir:

1. Abşeron rayonu, Məmmədli kəndində yerləşən əmlak kompleksi kimi müəssisəsinin istismarına icazə sənədi mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir, sözügedən sənəddə istismara hazırlıq aktının verilmə tarixi və qeydiyyat nömrəsinin qeyd edilməmişdir, tikintialtı sahə və ümumi tikinti sahə göstərilsə də, sözügedən dəyişiklik qanunamüvafiq qaydada təsdiqlənməmişdir.

2. Torpaq sahəsi təyinatına və hüquqi rejiminə görə ehtiyat fondu torpaqlarına aiddir. Apellyasiya şikayətində göstərilmişdir ki, əmlak kompleksi kimi müəssisəyə dair istismara icazə sənədi qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir. Məhkəmə kollegiyası tərəfindən həmin dəlil əsaslı hesab edilmir. Belə ki, iş materiallarından müəyyən olunur ki, mübahisəli obyekt üzrə səlahiyyətli icra hakimiyyəti orqanı tərəfindən istismara icazə sənədi verilmiş və həmin sənəd qanunla müəyyən olunmuş qaydada etibarsız hesab edilməmiş, ləğv edilməmiş və ya hüquqi qüvvəsini itirməmişdir. Inzibati orqan tərəfindən qəbul edilmiş və hüquqi qüvvədə olan inzibati aktın qanunauyğunluğunun qiymətləndirilməsi həmin aktı qəbul etmiş orqanın səlahiyyət dairəsinə aid olmaqla, daşınmaz əmlakın dövlət qeydiyyatını həyata keçirən orqan tərəfindən dolayı qaydada yenidən araşdırıla bilməz. Bu səbəbdən cavabdehin istismara icazə sənədinin formal tələblərə uyğun olmaması barədə istinadı mülkiyyət hüququnun dövlət qeydiyyatından imtina üçün müstəqil əsas hesab edilə bilməz. Kollegiya həmçinin qeyd edir ki, istismara icazə yalnız səlahiyyətli dövlət orqanı tərəfindən obyekt müayinə olunduqdan, ona baxış keçirildikdən və şəhərsalma-tikinti normalarına uyğunluğu müəyyən edildikdən sonra verilir. Deməli, istismara icazə sənədinin verilməsi özü-özlüyündə səlahiyyətli inzibati orqanın tikinti obyektinin qanunvericiliyin tələblərinə uyğunluğunu müəyyən etməsinin və bunu rəsmi qaydada təsdiq etməsinin nəticəsidir. Apellyasiya şikayətində həmçinin qeyd edilmişdir ki, istismara icazə sənədində istismara hazırlıq aktının verilmə tarixi və qeydiyyat nömrəsi göstərilməmişdir. Kollegiya hesab etmişdir ki, həmin məlumatların sənəddə əks etdirilməməsi iddiaçının iradəsindən və davranışından asılı olmayan haldır. Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə görə tikintinin istismarına icazənin rəsmiləşdirilməsi, onun məzmununun müəyyən edilməsi və müvafiq məlumatların sənəddə göstərilməsi səlahiyyətli dövlət orqanının vəzifəsidir. Şəxsin dövlət orqanının tərtib etdiyi sənədin məzmununa təsir etmək imkanı olmadığından, inzibati orqanın mümkün prosessual və ya texniki nöqsanlarının mənfi nəticələri sonradan vətəndaşın üzərinə qoyula bilməz. Belə yanaşma hüquqi müəyyənlik və etimadın qorunması prinsiplərinə zidd olardı. Cavabdeh tərəfindən irəli sürülmüş növbəti dəlil ondan ibarət olmuşdur ki, istismara icazə sənədində tikintialtı və ümumi tikinti sahələri göstərilsə də, həmin dəyişikliklər qanunla müəyyən edilmiş qaydada təsdiq edilməmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, səlahiyyətli orqan tərəfindən obyektin faktiki vəziyyəti yoxlanıldıqdan sonra ona istismara icazə verilməsi həmin orqanın obyektin mövcud vəziyyətini qanunauyğun hesab etməsinin ifadəsidir. Istismara icazə sənədi qüvvədə olduğu müddətdə digər inzibati orqanlar onun məzmununa bağlıdırlar və həmin sənəddə əks etdirilmiş texniki göstəricilərin düzgünlüyünü ayrıca araşdırmaq və ya mübahisələndirmək səlahiyyətinə malik deyillər. Bu səbəbdən göstərilən hal daşınmaz əmlak üzərində hüququn dövlət qeydiyyatına alınmasından imtina üçün qanuni əsas yaratmır. Apellyasiya şikayətində torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə ehtiyat fondu torpaqlarına aid olduğu göstərilmişdir. Kollegiya bu dəlili də əsassız hesab edir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, sözügedən torpaq sahələri üzərində iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış və ona müvafiq çıxarışlar verilmişdir. Qanunvericilikdə ehtiyat fondu torpaqlarında yerləşən və qanuni əsaslarla inşa edilmiş tikililərin dövlət qeydiyyatına alınmasını qadağan edən norma nəzərdə tutulmamışdır. Bundan əlavə, cavabdeh torpaq sahəsinin hüquqi rejiminin mülkiyyət hüququnun dövlət qeydiyyatını istisna edən konkret hüquqi nəticə doğurduğunu sübut edə bilməmişdir. Əksinə, iş üzrə toplanmış sübutlar göstərir ki, həmin ərazidə yerləşən digər torpaq sahələri və onların üzərindəki tikililər üzrə hüquqlar dövlət qeydiyyatına alınmışdır. Buna görə də yalnız iddiaçıya münasibətdə fərqli yanaşmanın tətbiqi qanun qarşısında bərabərlik prinsipinin pozulmasına səbəb olardı. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ##.##.2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. Inzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. “Inzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“Inzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “Inzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Inzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007ci il ## ###### tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il ## ###### tarixli, §49 Qərarlar). Həmçinin, həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ##.##.2023-cü il tarixli Fərmanının 1.7-ci bəndinə əsasən yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqlarında inşa edilmiş qeyri-yaşayış binasının Komitə və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı tərəfindən bu Fərmana əsasən istismarına icazə həmin qeyri-yaşayış binasının yerləşdiyi ərazinin məqsədli istifadəsinə və ahəngdar fəaliyyətinə maneə törətmədikdə 2023-cü il ####un #-dək tikinti obyektinin inşası, yenidən qurulması, yenidən planlaşdırılması, bərpası, təmiri və digər tikinti fəaliyyəti nəticəsində yaradılmış bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış qeyri-yaşayış təyinatlı binaların (bundan sonra – qeyri-yaşayış binası) və nəqliyyat, rabitə, energetika və digər mühəndiskommunikasiya obyektlərinin istismarına icazə verilir. Qanunun tələbinə uyğun olaraq iddiaçının torpaq sahələri üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd, Abşeron rayon Icra Hakimiyyətinin ## ##### 2021-ci il tarixli *** saylı istismara icazə sənədi, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi mövcuddur. Qeyd edilənlər sənədlər iddiaçının hüququnun qeydə alınması üçün əsas təşkil edir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən daşınmaz əmlak üzərində hüququn dövlət qeydiyyatına alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.10.1-ci maddəsində nəzərdə tutulmuş zəruri hüquqmüəyyənedici sənədlər təqdim edilmişdir. Cavabdehin istinad etdiyi hallar isə qanunvericilikdə nəzərdə tutulmuş imtina əsaslarına aid olmadığından, birinci instansiya məhkəməsi işin faktiki hallarına düzgün hüquqi qiymət verərək, cavabdeh inzibati orqanın imtinasını əsassız hesab edərək, iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Cavabdeh inzibati orqanın apellyasiya şikayəti formal xarakter daşımaqla, əsassızdır. Həmin dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası iş üzrə birinci instansiya məhkəməsinin əsaslandırması ilə tam razılaşır və qərarda qeyd olunan halları təkrar etməyə lüzüm görmür. Məhkəmə kollegiyası qeyd edir ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “Inzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdehin apellyasiya şikayəti rədd edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar