Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-642/2026 19.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Xəlilov Ramin Adilxan oğlu və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, X7 qızının katibliyi, Iddiaçı İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalının X4 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalına qarşı “iddiaçının 1982-ci il tarixdən 1992-ci il tarixədək olan əmək stajı da nəzərə alınmaqla ümumi sığorta stajının 27 il olmasını əsas götürməklə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: Sumqayıt Inzibati Məhkəməsinin (hakim Leyla Mirzəyeva) ##.##.2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçı İddiaçı 1982-ci il tarixdən 1992-ci il tarixədək olan əmək stajı da nəzərə alınmaqla ## ### 2025-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Işin halları: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalına qarşı “iddiaçının 1982-ci il tarixdən 1992-ci il tarixədək olan əmək stajı da nəzərə alınmaqla ümumi sığorta stajının 27 il olmasını əsas götürməklə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı ## ### 1960-cı il tarixdə Şuşa şəhərində anadan olmuşdur. # #### 1978-ci il tarixdən əmək fəaliyyətinə başlamış və ## ###### 2006-cı il tarixədək fasiləsiz olaraq əmək fəaliyyətini davam etdirmişdir (əmək kitabçasının surəti əlavə olunur). Bununla belə iddiaçıya əmək stajının 25 ildən az olması, yəni 17 il 3 ay 22 gün təşkil etməsi əsas gətirilərək yaşa görə əmək pensiyası deyil, yaşa görə sosial müavinət təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə etdiyi müraciətlərə cavab olaraq isə bildirilmişdir ki, təqdim etdiyi əmək kitabçasında ##.##.1982-ci il tarixdə işə daxilolma əmri olsa da, işdən azadolma ilə bağlı qeydlər və əmr yoxdur, həmçinin ##.##.1992-ci il tarixdə işə qəbul barədə qeydlər olsa da, müvafiq əmr və əmrin rekvizitləri yoxdur. Əmək kitabçasında doldurulma qaydası pozulduğundan 1982-ci ildən 1992-ci ilədək olan dövrün sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Əmək kitabçasında aparılan qeydiyyatla bağlı bildirmək istəyir ki, iddiaçı ##.##.1982-ci il tarixdə Dövlət Bankının Şuşa şöbəsində işə daxil olduqdan sonra həmin iş yerində də işləməkdə davam etmişdir. Yaşayıb işlədiyi Şuşa şəhəri # ### 1992-ci il tarixdə işğala məruz qaldıqdan sonra işlədiyi həmin bankda struktur dəyişikliyi olmuş, bank fəaliyyətini Bakı şəhərində davam etdirməklə X6 Şuşa şöbəsinə çevrilmişdir. Iddiaçı da əvvəl işlədiyi iqtisadçı vəzifəsində işləməkdə davam etmişdir. Bu səbəbdən Dövlət Bankının Şuşa şöbəsindən işdən çıxmağı barədə əmr kitabında müdiriyyət tərəfindən qeydiyyat aparılmamışdır. Əmr kitabında ## #### 1992-ci il tarixdə X6 Şuşa şöbəsinə iqtisadçı vəzifəsinə təyin olunması barədə müdiriyyət tərəfindən aparılan qeydlərə gəldikdə, müdiriyyət əmrin yanlış tərtib olunduğunu, yəni bankda olan struktur dəyişikliyini əsas götürməklə iddiaçının yeni təyinatını qeyd etmək əvəzinə Şuşa şəhərinin işğala məruz qalmasını əsas kimi götürməklə bu yazılı qeydlərin doğru olmadığını anladığından əmr və rekvizitlər yazılmalı olan hissəni boş saxlamış və möhürlə təsdiq etməmişdir. Həmin bankın müdiri K.O.Rəhimov məhkəmə prosesində də bunu təsdiq edə bilər. X1 X9 X5 çevrildikdən sonra əmrin rəsmiləşdirilməsində əvvəlki yanlışlığa yol verilməmiş, ##.##.1992-ci il tarixli əmrlə struktur dəyişikliyi əsas götürülməklə iddiaçının vəzifə təyinatı qeydə alınmışdır. Cavabdehin imtinası əsassızdır. Çünki, iddiaçının ümumi stajı 27 il 6 ay 15 gün təşkil edir. Cavabdehin iddiaya yazılı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi əmək kitabçasında ##.##.1982-ci il tarixdə işə daxilolma əmri olsa da, işdən azadolma ilə bağlı qeydlər və əmr yoxdur, həmçinin ##.##.1992-ci il tarixdə işə qəbul barədə qeydlər olsa da, müvafiq əmr və əmrin rekvizitləri yoxdur. Əmək kitabçasında doldurulma qaydası pozulduğundan 1982-ci ildən 1992-ci ilədək olan dövrün sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Iddiaçıya əmək stajının 25 ildən az olması, yəni 17 il 3 ay 22 gün təşkil etməsi əsas gətirilərək yaşa görə əmək pensiyası deyil, yaşa görə sosial müavinət təyin edilmişdir. Iş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh apellyasiya şikayətinin dəlilləri imtina məktubu və iddia ərizəsinə etirazla eynilik təşkil edir. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin rədd edilməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsi Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarında olan sənədləri araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qərar qəbul etmişdir. Odur ki, apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, iddiaçı ## ### 1960-cı il təvəllüdlü olmaqla, ona 65 yaşından yaşa görə əmək pensiyası təyin edilməsini istəyir. Cavabdeh inzibati orqan bildirir ki, iddiaçı İddiaçı təqdim etdiyi sənədlərdə qeyd olunmuş məlumatlara əsasən əmək fəaliyyəti dövrləri, o cümlədən ##.##.1978-ci il tarixiən ##.##.1982ci il tarixədək əyani təhsil illəri və ##.##.2006-cı il tarixdən ##.##.2006-cı il tarixədək işsizlikdən sığorta ödənişi aldığı müddət də nəzərə alınmaqla ümumi sığorta stajı 17 il 3 ay 22 gün təşkil edir. Həmçinin Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən ##.##.2006-cı il tarixdən ##.##.2018-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilmir. Məlumat üçün bildirirlər ki, təqdim etdiyi əmək kitabçasının surətində qeyd olunmuş ##.##.1982-ci il tarixli dövrün (işə daxilolma əmri olsa da, işdən azadolma qeyd olunmayıb) və ##.##.1992-ci il tarixli dövrün (işə daxil olma əmrinin rekvizitləri qeyd olunmayıb) doldurulma qaydası pozulduğundan sözügedən dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Iddiaçıya yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmiş və ona yaşa görə sosial müavinət təyin etmişdir. Cavabdeh inzibati orqanın imtinası əsassız olmuşdur. Çünki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il # ###### tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Işçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1992-ci il tarixli *** saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»yə əsasən əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Iddiaçı İddiaçı təqdim etdiyi sənədlərdə qeyd olunmuş məlumatlara əsasən əmək fəaliyyəti dövrləri, o cümlədən ##.##.1978-ci il tarixdən ##.##.1982-ci il tarixədək əyani təhsil alması, ##.##.1982-ci il tarixdən ##.##.2006-cı il tarixədək fasiləsiz olaraq əmək fəaliyyəti ilə məşğul olması və ümumi sığorta stajının 27 il 6 ay 15 gün təşkil etməsi, iddiaçıya məxsus olan ИT-******* saylı əmək kitabçası, ВТ ****** saylı diplomu və işdə olan digər rəsmi sənədlərlə öz əksini tapmışdır. Cavabdeh inzibati orqan iddiaçının ##.##.1978-ci il tarixdən ##.##.1982-ci il tarixədək əyani təhsil illərini və ##.##.2006-cı il tarixdən ##.##.2006-cı il tarixədək işsizlikdən sığorta ödənişi aldığı müddət də nəzərə alınmaqla ümumi sığorta stajı 17 il 3 ay 22 gün təşkil etdiyini bildirir. 1982-1992-ci illər arasında olan dövrü qəbul etmir. Iddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya ona yaşa görə pensiya təyin edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş şərtlər mövcud olduğundan, yəni ona pensiya təyin olunması üçün zəruri olan 65 yaş həddinə çatdığından və 25 ildən artıq (27 il 6 ay 15 gün) ümumi iş stajına malik olduğundan, cavabdehin iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtinası qanunsuz və əsassız olmuşdur. Azərbaycan Respublikasının Mərkəzi Bankının ##.##.2025-ci il tarixli məktubunda, vətəndaş İddiaçı, SSRI Dövlət Bankının Azərbaycan Respublikası kontorunun, ##.##.1982-ci il tarixli ***/L saylı əmrinə əsasən ##.##.1982-ci il tarixində SSRI Dövlət Bankının Azərbaycan Respublikası kontorunun Əsgəran şöbəsinə kredit aparatının iqtisadçısı vəzifəsinə təyin edildiyi, SSRI Dövlət Bankının Azərbaycan Respublikası kontorunun, ##.##.1982-ci il tarixli ***/L saylı əmrinə əsasən ##.##.1982-ci il tarixində Əsgəran şöbəsinin kredit aparatının iqtisadçısı vəzifəsindən azad edilərək, SSRI Dövlət Bankının Azərbaycan Respublikası kontorunun Şuşa şöbəsinə kredit aparatının iqtisadçısı vəzifəsinə təyin edilmişdir. X2 Quliyevin işdən azad olunması barədə məlumatın Mərkəzi Bankın arxivində mövcud olmadığı qeyd edilmişdir. “xxxx” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının ##.##.2025-ci il tarixli məktubunda, İddiaçı ##.##.1982-ci ildə Azərbaycan Dövlət Bankının Şuşa şöbəsinə iqtisadçı vəzifəsinə qəbul olunduğu, lakin, vəzifədən azad olunduğu əmək kitabçasında qeyd edilmədən ##.##.1992-ci ildə Şuşa şəhərinin işğal olunması ilə əlaqədar X6 Şuşa şöbəsinə (Bakı şəhərində) iqtisadçı vəzifəsinə qəbul olunduğu, bu səbəbdən sosial sığorta stajının dürüst müəyyən edilməsində çətinlik yarandığı, Azərbaycan Dövlət Bankının Şuşa şöbəsinin əmrlər qeydiyyat kitabının arxiv sənədləri müəyyən edilmədiyindən, iddiaçının əmək kitabçasında dürüstləşmənin aparılmasının imkan xaricində olduğu qeyd edilmişdir. Məhkəmə kollegiyası iddiaçıya məxsus olan əmək kitabçasında aparılan qeydiyyatla bağlı qeyd edir ki, iddiaçı ##.##.1982-ci il tarixdə Dövlət Bankının Şuşa şöbəsində işə daxil olduqdan sonra həmin iş yerində də işləməkdə davam etmişdir. Yaşayıb işlədiyi Şuşa şəhəri # ### 1992-ci il tarixdə işğala məruz qaldıqdan sonra iddiaçının işlədiyi həmin bankda struktur dəyişikliyi olmuş, bank fəaliyyətini Bakı şəhərində davam etdirməklə X6 Şuşa şöbəsinə çevrilmişdir. Iddiaçı da əvvəl işlədiyi iqtisadçı vəzifəsində işləməkdə davam etmişdir. Bu səbəbdən Dövlət Bankının Şuşa şöbəsindən işdən çıxmağı barədə əmr kitabında müdiriyyət tərəfindən qeydiyyat aparılmamışdır. Əmr kitabında ## #### 1992-ci il tarixdə X6 Şuşa şöbəsinə iqtisadçı vəzifəsinə təyin olunması barədə müdiriyyət tərəfindən aparılan qeydlərə gəldikdə, müdiriyyət əmrin yanlış tərtib olunduğunu, yəni bankda olan struktur dəyişikliyini əsas götürməklə iddiaçının yeni təyinatını qeyd etmək əvəzinə Şuşa şəhərinin işğala məruz qalmasını əsas kimi götürməklə bu yazılı qeydlərin doğru olmadığını anladığından əmr və rekvizitlər yazılmalı olan hissəni boş saxlamış və möhürlə təsdiq etməmişdir. Həmin bankın müdiri K.O.Rəhimov birinci instansiya məhkəməsində verdiyi ifadəsində də bunu təsdiq etmişdir. X1 X9 X5 çevrildikdən sonra əmrin rəsmiləşdirilməsində əvvəlki yanlışlığa yol verilməmiş, ##.##.1992-ci il tarixli əmrlə struktur dəyişikliyi əsas götürülməklə iddiaçının vəzifə təyinatı qeydə alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının Şuşa rayonunda işlədiyi dövrlərlə bağlı arxiv sənədləri, əmrlər aşkar edilmədiyindən, əmək kitabçasında işlədiyi orqan tərəfindən ## #### 1992-ci il tarixdə “əmək fəaliyyətinin davam etdirilməsi” ifadəsi əvəzinə “işə qəbul olunma” barədə məlumatın qeyd edilməsi, cavabdeh orqan tərəfindən iddiaçının təqsiri kimi qiymətləndirilib, onun hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz. Eyni zamanda şahid X3 ifadəsində Şamil müəllimlə bir rayonda yaşadığını və bir yerdə işlədiklərini, 1990-cı ildən mühasib kimi Şuşada işə qəbul olunduğunu, 1992-ci ilin iyun ayında əmək fəaliyyətlərini Bakıda davam etdirdiklərini, vəziyyətin gərginləşməsi ilə bağlı o dövrdə əmək kitabçalarını onlara verdiklərini, əmək kitabçasında işdən çıxma haqqında qeyd olmadığını, 1992-ci ilin aprel ayında əmək kitabçasının ona verildiyini, daha sonra Bakıda özünün bankın müdiri təyin olunduğunu, özünün əmək kitabçasının Nazirlik tərəfindən yazıldığını, Bakı şəhərində Şamilin işə qəbul olma əmrini də özünün imzaladığını, işğaldan sonrakı fəaliyyətlərinin bərpa olunduğu və işləməyə başladıqlarını, iş yerlərinin Şuşada olduğunu, əmək kitabçasında da mötərizə daxilində bankın artıq Bakıda fəaliyyət göstərdiyini qeyd etdiyini, Şamil müəllim kimi başqa işçilərə də eyni qaydada əmək kitabçasında qeyd yazıldığını bildirmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, iddiaçıya yaşa görə pensiya təyin edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş şərtlər mövcud olduğundan, yəni ona pensiya təyin olunması üçün zəruri olan 65 yaş həddinə çatdığından və 25 ildən artıq iş stajına malik olduğundan, cavabdeh inzibati orqanın iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtinası qanunsuzdur. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Inzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh iddiaçıya pensiya təyin edilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Inzibati Prossesual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Inzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Inzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Inzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Inzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Həmin dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün qanuni əsas ola bilməz. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti rədd edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-642/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-642/2026
19.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver