Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-643/2026 23.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Zaur Ikram oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X8 ibarət tərkibdə, Mənsimova Ayan Mürşüd qızının katibliyi, iddiaçı İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında “xxxx» X2rşı “cavabdeh orqanın ## #### 2023-cü il tarixli “göndərişin natamam doldurulması” barədə qərarının ləğv edilməsi və ona ## #### 2023-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh X2rşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda aldığı xəsarətlə əlaqədar olaraq iddiaçıya əlilliyin təyin olunması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi-vəkili məhkəməyə ərizə təqdim edərək, “cavabdeh orqanın ## #### 2023-cü il tarixli “göndərişin natamam doldurulması” barəsində qərarının ləğv edilməsi və iddiaçıya ## #### 2023-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat Iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Müfadiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2017-ci il tarixli *** nömrəli qərarında qeyd olunur ki, Sumqayıt ŞHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, barəsində ##.##.1998-ci il tarixdə amnistiya qərarı tətbiq edilmiş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən ##.##.1994-cü ildə aldığı və ##.##.1994-cü ildən ##.##.1994-cü ilə kimi Akademik M.Qasımov adına Respublika Klinik xəstəxanasında müayinə və müalicə oldunduğu уaralanma və xəstəlik - diaqnoz: “Sol budun orta 1/3-nün kor güllə yarası. Budun hematoması. Nevrotik reaksiya” və ##.##.1994-cü ildən ##.##.1994-cü ilə kimi Sumqayıt şəhər * nömrəli xəstəxanada müayinə və müalicə olunduğu yaralanmanın nəticəsi diaqnoz: “Bud arteriyasının şaxələrindən birinin zədələnməsi ilə nəticələnən sol budun kor gülləyarası. Sol bud əzələlərinin və dərialtının geniş hematoması. Yaranın ikinci cərrahi işlənməsi və tamponadası (##.##.1994). Yaranın irinliyin açılması (##.##.1994) əməliyyatı” (Azərbaycan Respublikası SHXÇDX-nin Sumqayıt şəhər idarəsinin ##.##.2006-cı il tarixli **** nömrəli göndərişi, ##.##.2016-cı il tarixli *** nömrəli arayışı. X18 verilmiş ##.##.1994-cü il tarixli çıxarış epikrizi. akademik M.Qasımov adına Respublika Klinik xəstəxanasından verilmiş ##.##.1994-cü il tarixli çıxarış epikrizi. Sumqayıt şəhər * nömrəli xəstəxanadan verilmiş ##.##.1994cü il tarixli çıxarış epikrizi. MN MHHK-nın həkim mütəxəssisi - cərrahın rəyi ilə təsdiq edilir). “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə aldığı xəsarətlərlə əlaqədar olaraq cavabdehə müraciət etməsinə baxmayaraq, cavabdeh orqan iddiaçıya əlilliyin təyin olunmasından imtina etmişdir. Hazırda cavabdehin imtinası ilə razı olmadığına görə, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, X4 (FIN:*******) əlillik vəziyyəti tibb müəssisəsinin *******AAE*J nömrəli ##.##.2017-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacı olması barədə qərarı verilmişdir. Yenidən əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, E.Məmmədova Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2017-ci il tarixli *** nömrəli xəstəlik haqqında Qərar verilmişdir. Həmin qərarda “Sol göz almasının termiki yanığı. Sol budun orta 1/3-nin kor qüllə yarası. Budun hematoması. Nevrotik reaksiyası. Sol Bud tamponadası (##.##.1994) şaxələrindən birinin zədələnməsi ilə nəticələnən sol budun kor güllə yarası. Sol bud tamponadası (##.##.1994). Yaranın irinliyin açılması (##.##.1994) əməliyyatı” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı komissiya otağına əsa ilə daxil olmuş başağrıları, ürək bulanma, özünü idarə edə bilməməsi, yüksək arterial təzyiqdən şikayətlənmişdir. Anamnestik məlumatlarında yaxınlarına zərər vurduğunu bildirmiş, medikamentoz preparatlardan “Depakin”, “Ketanol” qəbul etdiyini qeyd etmiş, adlarını xatırlamadığı dərmanların isə qutularını təqdim etmiş həmin dərmanlar arasında ağrıkəsicilərin üstünlük təşkil edildiyi aşkarlanmışdır. Müayinə zamanı sol budun orta 1/3-nin ön sahəsində çapıq toxuma izlənilmiş, hər iki ayaqarxası və topuq nahiyələrində nəbzi dolğun qeydə alınmış, hərəkətlər sərbəst ağrısız olmuşdur. Psixi statusunda zahiri görünüşündə baxımsızlıq, saçınınsaqqalının uzanması, aqressiv və kobud davranış əlamətləri izlənilmiş, geyimi mövsümə və havanın hərarətinə uyğun olmamışdır. Təqdim olunmuş tibbi sənədlərdə qıcolma tutmaları haqqında məlumat qeyd olunsa da, vətəndaş tutmalar haqqında şikayət bildirməmiş, həmçinin hərbi sənədlərində kəllə-beyin travması haqqında məlumat öz əksini tapmamış, baş-beyin instrumental arasında uyğunsuzluq aşkarlanmışdır. X12 və Ortopediya Institutunun ##.##.2023-cü il tarixli ********** nömrəli Tibbi Rəyində diaqnoz “Odlu silahla yaralanmadan sonra budun orta 1/3 ön içəri səthi ilə dartıcı çapıq toxuması, sol bud sümüyünün orta 1/3-nin içəri səthində kobud periortrozu, sol bud-çanaq oynağının yaxınlaşdırıcı-açıc bükücü kəskin kontrakturası (açma 10°, bükmə 145°, uzaqlaşma 20°) sol bud sinirinin neyropatiyası, hissiyat pozğunluğu əzələ atrofiyası, daimi ağrı sindromu və dayaq-hərəkət funksiyasının əhəmiyyətli dərəcədə pozulması kimi qeyd edilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. X3 ##.##.2023-##.##.2023-cü il tarixli **** nömrəli çıxarışında diaqnoz “Odlu silah yaralanmasından sonrakı sol bud sinirinin posttravmatik neyropatiyası. Yerişin hərəkətin pozulması” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. * nömrəli X17 ##.##.2023-##.##.2023-cü il tarixli ****/** nömrəli çıxarışında diaqnoz “Üzvi şəxsiyyət dəyişikliyi kobud davranış pozuntuları ilə, tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 4-5 dəfə)” kimi qeyd olunmuşdur. Azərbaycan Respublika Psixiatriya Xəstəxanasının Həkim Psixiatr Komissiyasının ##.##.2023-cü il tarixli **** nömrəli Tibbi Rəyində diaqnoz “Üzvi şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları ilə, tez-tez təkrarlanan qıcolma tutmaları (ayda 4-5 dəfə)” kimi qeyd olunmuşdur. * nömrəli X17 ##.##.2023-cü il tarixli EEQ müayinəsinin nəticəsi “Mərkəz və gicgah paylarının hiperventilyasiya zamanı aşkarlanan garoksizmi qeyd olunub” kimi qeyd olunsa da, klinik olaraq qıcolma tutmaları təsdiqlənməmişdir. X9 ##.##.2023-cü il tarixli Beyin MRT müayinəsinin nəticəsi “Hər iki beyin yarımkürəsi də beyin toxumasının əsasən alıntəpə-gicgah payları səviyyəsində kortiko-subkortikal ağ maddədə ocaqlı fokal qliuz sahələri izlənilir (anamnezdə travma olduğuna görə posttravmatik qliotik ocaqlı sahələrin uyğunluğu kliniki olaraq dəyərləndirilsin). Ill və lateral mədəciklərin qeyrikobud sıxılması, hipofiz vəzin Türk yəhəri dibinə doğru sıxılaraq aypara şəklini alması-intrakranial hipertenziya lehinə. Kranial kortikal atrofik MRT görüntüləri” kimi qeyd olunmuşdur. ƏƏSMN tabeliyində DTSERA-da ##.##.2023-cü il tarixli Aşağı ətraf arteriyalarının dopplerografiyası müayinəsinin nəticəsi “Magistral tipli bifazik, trifazik axımla:" kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Hal-hazırda Hərbi travmanın əlillik təyinatına əsas verən qalıq əlamətləri öz təsdiqini tapmamış, ümumi xəstəlik səbəbindən müalicə müddətinin yetərsiz olduğunu nəzərə alaraq müalicənin davam etdirilməsi və diaqnozunun dəqiqləşdirilməsi məqsədi ilə müvafiq qərar alınmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh X5 ## #### 2023-cü il tarixli qərarının ləğv edilməsi, iddiaçı İddiaçı ##.##.2023-ci il tarixindən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh X5 üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla qərar qəbul edilməsini xahiş etdi. TƏTBIQ EDILƏN HÜQUQ “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. (-) 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-) 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Prezidentinin ## #### 2015-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”
3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: (-) 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək; (-)
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”
1. Ümumi müddəalar (-) 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.
3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası (-) 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. (-)
“Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21. Inzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. (-) Maddə 24. Işin hallarının obyektiv araşdırılması 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. (-) Maddə 64. Inzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. Inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. Inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. Inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
Inzibati Prosessual Məcəllə: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Iddiaçının hüquqi marağı əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası yaranmış mübahisə ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Işdən görünür ki, iddiaçıya Bakı * nömrəli X17 tərəfindən ##.##.2023-cü il tarixli, Y********YNZ nömrəli göndəriş verilmişdir. Həmin göndərişə əsasən, TSEK-ə göndəriş zamanı iddiaçının əsas diaqnozu - F07.0 “üzvi mənşəli şəxsiyyət pozuntusu, diaqnoz Üzvi şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları ilə, tez-tez təkrarlanan qıcolma tutmaları (ayda 4-5 dəfə), ağırlaşması: F07.8 “Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, Diaqnoz Üzvi şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları ilə, tez-tez təkrarlanan qıcolma tutmaları”, yanaşı xəstəlikləri: Y36.4 “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr”, M24.5 “Oynaqların kontrakturası”, R26.8 “Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları”, G57.1 “Parestetik meralgiya”, M62.5 “Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi”, S71.1 “Budun açıq yarası”, G57.2 “Bud sinirinin zədələnməsi”, R52.2 “Digər daimi ağrı”, M51.1 “Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə”, L91.0 “Hipertrofik çapıq”, R26 “Hərəkətin və yerişin pozulmaları” olaraq qeyd edilmişdir. Həmin göndəriş cavabdeh tərəfindən qiymətləndirilmiş, “Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. Bundan sonra iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Iş materiallarına əlavə olunmuş Mərkəzi Hərbi Həkim Komissiyasının ## ###### 2017-ci il tarixli, *** nömrəli qərarından görünür ki, Sumqayıt ŞHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, barəsində ##.##.1998-ci il tarixdə amnistiya qərarı tətbiq edilmiş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən ##.##.1994-cü ildə aldığı və ##.##.1994-cü ildən ##.##.1994-cü il kimi X18 müayinə və müalicə olunduğu travma: “Sağ göz almasının termiki yanığı”, və ##.##.1994-cü ildə aldığı və ##.##.1994cü ildən ##.##.1994-cü il kimi Akademik M.Qasımov adına Respublika Klinik xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma və xəstəlik - diaqnoz: “Sol budun orta 1/3-nin kor güllə yarası. Budun hematoması. Nevrotik reaksiya” və ##.##.1994-cü ildən ##.##.1994-cü il kimi Sumqayıt şəhər * nömrəli xəstəxanada müayinə və müalicə olunduğu yaralanmanın nəticəsi - diaqnoz: “Bud arteriyasının şaxələrindən birinin zədələnməsi ilə nəticələnən sol budun kor güllə yarası. Sol bud əzələlərinin və dərialtının geniş hematoması. Yaranın ikincili cərrahi işlənməsi və tamponadası (##.##.1994). Yaranın irinliyinin açılması (##.##.1994) əməliyyatı” (Azərbaycan Respublikası SHXÇDX-nin Sumqayıt şəhər idarəsinin ##.##.2016-cı il tarixli **** nömrəli göndərişi, ##.##.2016-cı il tarixli *** nömrəli arayışı, X18 verilmiş ##.##.1994-cü il tarixli çıxarış epikrizi, Akademik M.Qasımov adına Respublika Klinik xəstəxanasından verilmiş ##.##.1994-cü il tarixli çıxarış epikrizi, Sumqayıt şəhər * nömrəli xəstəxanadan verilmiş ##.##.1994-cü il tarixli çıxarış epikrizi, MN MHHK-nın həkim mütəxəssisi – cərrahın rəyi ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Həkim Psixiatr Komissiyasının ## ##### 2023-cü il tarixli, *** nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ## ###### 2023-cü il tarixli, *- **/*-*-***/**** saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun olaraq İddiaçı Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: üzvi şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları ilə, tez-tez təkrarlanan qıcolma tutmaları (ayda 4- 5 dəfə) F07.0 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X22-sosial ekspert komissiyasının ## #### 2023-cü il tarixli, *-**-*/*-*-****/**** nömrəli qərarından görünür ki, hal-hazırda hərbi travmanın əlillik təyinatına əsas verən qalıq əlamətləri öz təsdiqini tapmamış, ümumi xəstəlik səbəbindən müalicə müddətinin yetərsiz olduğunu nəzərə alaraq müalicənin davam etdirilməsi və diaqnozun dəqiqləşdirilməsi məqsədi ilə müvafiq qərar alınmışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq xüsusi səbəbdən Diaqnoz əlillik əlaməti təyin etmir, ümumi xəstəlik ilə əlaqədar müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı Sumqayıt Inzibati Məhkəməsinin *- *(***)-****/**** nömrəli, ## ###### 2024-cü il tarixli və *-*(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərardadları ilə iddiaçının müayinə olunması və əlillik vəziyyətinin qiymətləndirilməsi üçün iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” publik hüquqi şəxsi tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli T***/**** nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, “İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına “Bakı * nömrəli X15” phş tərəfindən tərtib edilmiş ##.##.2023-cü il tarixli, Y********YNZ saylı Forma 088 göndərişində XBT 10 kodu üzrə qeyd edilmiş “Əsas diaqnoz: F07.0-üzvi mənşəli şəxsiyyət pozuntusu, Diaqnoz: üzvi şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları ilə, tez-tez təkrarlanan qıcolma tutmaları (ayda 4-5 dəfə); Ağırlaşmalar: F07.8-baş beyinin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları. Diaqnoz: Üzvi şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları ilə, tez-tez təkrarlanan qıcolma tutmaları (ayda 4-5 dəfə). Yanaşı xəstəliklər: Y36.4- Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, M24.5-oynaqların kontrakturası, R26.8 hərəkətin və yerişin digər dəqiqləşdirilməmiş pozuntuları, hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, G57.1-parestetik meralgiya, M62.5-əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofıyası və üzülməsi, S71.1-budun açıq yarası, G57.2-bud sinirinin zədələnməsi, R52.2-digər daimi ağrı, M5 1.1-bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, L91.O-hipertrofik çapıq, R26-hərəkətin və yerişin pozulmaları)” diaqnoz ona stasionarda müayinə və müalicəsi zamanı müəyyən edilsə də, şəxsin DTSERA-da ##.##.2023-cü il tarixdə əyani müayinsi zamanı hərbi travmanın əlillik təyinatına əsas verən qalıq əlamətləri öz təsdiqini tapmamış, ümumi xəstəlik səbəbindən müalicə müddətinin yetərsiz olduğunu nəzərə alaraq müalicənin davam etdirilməsi və diaqnozunun dəqiqləşdirilməsi məqsədi ilə müvafiq qərar alınmışdır.” Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” publik hüquqi şəxsi tərəfindən verilmiş ## ###### 2026-cı il tarixli *** nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, “İddiaçı hazırda “üzvi şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları ilə, anamnezində qıcolma tutmaları ilə” aşkar olunur. İddiaçı əyani müayinə edilərkən müəyyən edilmiş xəstəliklər Əsas diaqnoz F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, diaqnoz üzvi şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları ilə, tez-tez təkrarlanan qıcolma tutmaları (ayda 4-5 dəfə), Ağırlaşma F07.8 Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, diaqnoz üzvi şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları ilə, tez-tez təkrarlanan qıcolma tutmaları ayda 4-5 dəfə) psixi xəstəliyi müşahidə edilir. Göründüyü kimi iddiaçıya əlillik təyin olunmasına əsas verən xəstəliklərin hazırda mövcud olması ekspert rəyi və müvafiq sənədlər ilə öz təsdiqini tapmışdır. Buna baxmayaraq cavabdeh inzibati orqan hər hansı hüquqi əsaslandırma olmadan iddiaçıya əlillik təyin edilməsindən imtina olunması qərarına gəlmişdir. Iş materiallarından göründüyü kimi iddiaçı ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlillik təyin edilməsini xahiş etmiş, cavabdeh inzibati orqan isə hərbi travmanın əlillik təyinatına əsas verən qalıq əlamətlərinin öz təsdiqini tapmamasına istinad etməklə müraciəti imtina ilə cavablandırmışdır. Eləcə də iddiaçının müalicə müddəti yetərsiz hesab olunduğundan ona ümumi xəstəlik səbəbi ilə əlillik təyin edilməsindən də imtina edilmişdir. Məhkəmə kollegiyası ilk növbədə cavabdeh inzibati orqanın hərbi travmanın əlillik təyinatına əsas verən qalıq əlamətlərinin öz təsdiqini tapmaması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarında olan sübutların, xüsusilə də məhkəmə ekspertiza rəylərinin və ekspertlərin məhkəmə iclasında verdikləri izahatların məcmu şəkildə qiymətləndirilməsi tam əks nəticəyə gəlməyə əsas verir. Belə ki, iş materiallarına əlavə edilmiş məhkəmə-tibbi və məhkəmə-psixiatrik ekspertiza rəylərindən görünür ki, göndərişdə göstərilmiş diaqnozlar iddiaçıda obyektiv tibbi müayinələr əsasında təsdiq edilmiş, mübahisə predmeti yalnız həmin xəstəliklərin hərbi travma ilə səbəbli əlaqəsinin müəyyən edilməsindən ibarət olmuşdur. Məhz bu səbəbdən apellyasiya instansiyasında icraat zamanı ekspertlərin məhkəmə iclasında onlayn qaydada iştirakı təmin edilmiş və rəyin məzmununa dair ətraflı izahatlar alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X5 eksperti X7 ona verilən suallara cavab olaraq bildirmişdir ki, iddiaçının əsas xəstəliyi şəxsiyyət pozuntusu ilə bağlıdır. Sözügedən xəstəliyin hərbi travma ilə səbəbli əlaqəsi vardır. Əgər şəxs döyüş vaxtı mina partlaması nəticəsində həmin xəsarətləri alıbsa, birbaşa hərbi travma ilə səbəbli əlaqədir. Iddiaçıda əsas xəstəliklər üzvi mənşəli şəxsiyyət pozuntusu, aldığı kontuziya ilə bağlı qapalı kəllə-beyin travmasının son qalıq əlamətləridir. Hansı ki, şəxs cavan olduqda həmin xəstəliklər büruzə verməmişdir, zaman keçdikcə şəxsin beynində qliotik ocaqlar əmələ gəlmişdir və qliotik ocaqlar isə müayinə zamanı aydın olur. Bunu isə mütəxəssislər MRT zamanı müəyyən edirlər, qapalı kəllə-beyin travmasıdır. Hərbi travma dedikdə bədənin müxtəlif nahiyələrindən alınan güllə yaraları, qəlpə yaraları, kontuziya, baldıra dəymiş güllə nəticəsində yaranan sınıqlar, döş qəfəsinin açıq və qapalı travmaları, ağciyərin zədələnməsi və sairə nəzərdə tutulur. Paraparez obyektiv nevroloji əlamətlərdir. Obyektiv nevroloji əlamətlər də əsasən aldığı travmanın xüsusiyyətindən asılıdır. Aldığı travmanın xüsusiyyəti isə belədir ki, əgər şəxs ağır kontuziya alırsa, zaman keçdikcə bu əlamətlər getmirsə, gələcəkdə şəxsdə bu hallar müşahidə olunacaqdır. Əgər oturaq sinirini zədələyibsə, gələcəkdə şəxsdə hemiparez, paraparez və ya monoparez yarana bilər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X5 eksperti X6 isə ona verilən suallara cavab olaraq bildirmişdir ki, iddiaçının fəaliyyət qabiliyyətsiz şəxs kimi kənar şəxsin köməyinə ehtiyacı yoxdur. Şəxsiyyət pozuntusu xroniki xəstəlikdir, travma nəticəsində yaranır. Şəxsdə də travma olduğu qeyd olunmuşdur. Yəni ki, şəxsin müalicəsi daimi olmalıdır, çünki bu, xroniki xəstəlikdir. Zaman keçdikcə isə müəyyən kobud davranış pozuntusuna səbəb olur. Xəstədə kobud davranış pozuntuları, əsəb, gərginlik anlarında özünə və ya ətrafa xəsarət yetirmə, intihar, depressiya ola bilər. Bu, xəstədən xəstəyə dəyişən haldır. Iddiaçıya münasibətdə qeyd edilmişdir ki, kobud davranış pozuntuları, analizdə qıcolma tutmaları vardır. Qıcolma tutmalarını tibbi sənədlər də təsdiqləyir. Analiz nəticəsində qıcolma tutmalarının, epileptik tutmaların olması görünür. Davranış pozuntuları da əsəb, gərginlik anlarında ətrafa, özünə xəsarət yetirməsi, münaqişəyə meylli olması, tez özündən çıxması, hövsələsizlik, əsəbilik kimi özünü göstərə bilir. Şəxsdə də həmin pozuntu müəyyən edilmişdir. Kənar şəxsin köməyinə o zaman ehtiyacı ola bilər ki, şəxs fəaliyyət qabiliyyətsizdir, yəni əqli dərk etmir. Dərketmə ilə bağlı davranış pozuntuları müəyyən edilmişdir. Bu davranış pozuntusunun olması şəxsin əmək qabiliyyətinə təsir göstərəcəkdir. Həmçinin davranış pozuntusunun olması sosial mühitdə onun yer tutmasına, adaptasiya olmasına təsir göstərəcəkdir. Şəxsin müalicəsi daimi olmalıdır. Bu da özünü xəstəlikdə kompensasiya, dekompensasiya hallarının olması ilə göstərir. Əgər gigiyenik laqeydlik varsa, demək ki, şəxsdə xəstəliyin demensiya əlamətləri başlayıb. Rəydəki meyarlara baxdıqda görünür ki, xroniki xəstəlik olduğundan, get-gedə yaşla və sosial-ictimai təsirlə bağlı kəskinləşə bilər. Iddiaçı yanvar ayında müayinə edilmişdir. Indiyə kimi müəyyən bir müddət keçmişdir. Hansısa meyarların daha da kəskinləşməsi ola bilər. Iddiaçıda gigiyenik qaydalar yox, daha çox davranış pozuntuları özünü qabarıq şəkildə göstərir. Özünə xəsarət yetirməsi, ətrafa xəsarət yetirməsi, münaqişəyə meylli olması, əsəb, gərginlik anlarında özünə nəzarət edə bilməməsi müşahidə olunmuşdur. Şəxsin kobud davranış pozuntularının olması şəxsin fəaliyyətinin, ictimai mühitdə özünə nəzarət etməsinin aşağı səviyyədə olduğunu göstərir. Iddiaçıda dekompensasiya mərhələsində özünü daha çox qabarıq göstərən meyar özünə və ətrafa təhlükəli olması, yəni davranış pozuntularıdır. Təhlükə yüksək qiymətləndirilir, çünki kobud şəkildə olması qeyd edilmişdir. Sağ göz almasının termiki yanığı yox, partlayış nəticəsində aldığı kəllə-beyin travması, kontuziya üzvi şəxsiyyət pozuntusunun əmələ gəlməsinə səbəb ola bilər. Əgər göz almasına kənar bir travma alırsa, müəyyən orqanların, yəni beyin hissəsində müəyyən mərkəzlərin zədələnməsinə gətirib çıxararsa, üzvi şəxsiyyət pozuntusunun yaranmasına səbəb ola bilər. Məhkəmə kollegiyası ekspertlərin həm yazılı rəylərini, həm də məhkəmə iclasında verdikləri izahatları qarşılıqlı əlaqədə qiymətləndirərək belə nəticəyə gəlir ki, həmin sübutlar bir-birini tamamlayır, aralarında hər hansı ziddiyyət mövcud deyil və iddiaçıda müəyyən edilmiş xəstəliklərlə döyüş şəraitində aldığı hərbi travma arasında birbaşa səbəbli əlaqənin mövcudluğunu təsdiq edir. Həmçinin, kollegiya cavabdehin istinad etdiyi digər arqument ilə bağlı onu qeyd edir ki, indiki halda iddiaçı barəsində əlilliyin müəyyən edilməsinə əsas olan XBT kodu F07.0 olan xəstəliklə bağlı müvafiq Qaydaların 1.5.1-ci bəndinin tələbinə əsasən tibbi göndərişin tərtib edilməsi üçün şəxsin son 6 ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına dair şərtin ödənilməsi tələb olunur. Hazırki iş üzrə iddiaçının sözügedən diaqnoz xəstəliklə müvafiq psixatriya xəstəxanasında ##.##.2021-ci il tarixdən qeydiyyatda olmaqla, hazırki vaxtadək mütəmadi olaraq, ambulator və stasionar müalicədə olması halı iş materiallarında olan ambulator kartadan çıxarış, müalicə sənədləri və digər tibbi sənədlər əsasında öz təsdiqini tapmışdır. Bu baxımından kollegiya hesab edir ki, cavabdehin həmin hissədə istinad etdiyi arqumenti əsassız olmuşdur. Eyni zamanda, qeyd edilməlidir ki, iddiaçı barəsində müvafiq tibbi göndərişdə əks olunmuş və ekspert rəyi ilə öz təsdiqini tapmış xəstəlik əlilliyin təyin edilməsi meyarlarını müəyyən edən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda əlilliyin təyin edilməsinə əsas olan xəstəlik kimi qeyd edilmişdir. Bundan əlavə, qeyd edilməlidir ki, cavabdeh inzibati orqan həmin diaqnoz xəstəliyin əlamətlərinin əlilliyin təyin edilməsinə əsas olmadığını qeyd etsə də, həmin hala dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iş materiallarına əlavə edilmiş sənədlər və ekspert rəyi ilə iddiaçıda yuxarıda qeyd edilən xəstəliklərin mövcudluğunun təsdiqini tapması onun tələbində haqlı olduğunu müəyyən edir. Kollegiya həmçinin cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlilinə də münasibət bildirməyi zəruri hesab edir. Belə ki, cavabdeh inzibati orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Göndərişdə qeyd olunan diaqnoz “Xüsusi səbəbdən Diaqnoz əlillik əlaməti təyin etmir, Ümumi xəstəlik ilə əlaqədar Müalicənin davam etdirilməsi” halında məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Belə ki, IPM-in 74cü maddəsinin tələbinə görə, inzibati orqanın diskression səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. “Inzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3). Bu səbəbdən də kollegiya hesab edir ki, cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla formal xarakter daşıyır. Məhkəmə kollegiyası əlilliyin təyinat tarixinə də münasibət bildirməyi zəruri hesab edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinin imperativ göstərişinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Iş üzrə materiallardan görünür ki, iddiaçı barəsində tibb müəssisəsinin sonuncu göndərişi əsasında iddiaçıya əlilliyin təyin olunmasından imtina haqqında cavabdehin sonuncu qərarı ##.##.2023-cü il tarixdə qəbul olunmuşdur. Oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə də müvafiq əsaslar olduğu hallarda əlillik, imtina haqqında sonuncu qərarın qəbulu tarixindən (imtina haqqında əvvəlki qərarlar mübahisələndirilmədiyi hallarda) təyin olunmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)- ***/**** nömrəli, ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarları). Bu baxımdan hazırkı mübahisəyə münasibətdə də iddiaçıya müvafiq əlillik dərəcəsi sonuncu imtina tarixindən, yəni ##.##.2023-cü il tarixdən təyin edilməlidir. Eyni zamanda, kollegiya qeyd edir ki, iddiaçı barəsində sonuncu – Y********YNZ nömrəli göndəriş Bakı * nömrəli X17 tərəfindən ##.##.2023-cü il tarixdə tərtib edildiyindən hazırki işin hüquqi hallarına hazırda qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq qiymət verilməlidir. Meyarların tələbləri baxımından isə “əlilliyin dərəcəsi” anlayışı “orqanizmin funksiyalarının pozulması faizi” anlayışı ilə əvəz edilmişdir. Iddiaçıda mövcud olan əsas diaqnoz F07.0 və onun ağırlaşması F07.8 Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”-nın 7.6.2-ci bəndində nəzərdə tutulmuşdur. Sözügedən diaqnozlar üzrə qiymətləndirmə meyarları isə iki qaydada müəyyən edilmişdir: əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla teztez problemlər 1) yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) – orqanizm funksiyalarının 35- 60% pozulması ilə iki il müddətinə; 2) məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti - orqanizm funksiyalarının 65- 80% pozulması ilə iki il müddətinə. Məhkəmə kollegiyası iş materiallarında olan sübutları, o cümlədən məhkəmə iclasında dindirilmiş ekspertlərin izahatlarını qarşılıqlı əlaqədə və məcmu halda qiymətləndirərək belə hesab edir ki, iddiaçıda mövcud olan xəstəliklər və onların yaratdığı patofunksional pozuntular Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"-nın 7.6.2.2-ci bəndində nəzərdə tutulmuş meyarlara tam uyğundur. Belə ki, ekspert izahatından müəyyən olunur ki, iddiaçıda yalnız emosional və davranış dəyişiklikləri deyil, həm də tibbi sənədlərlə təsdiq olunan epileptik (qıcolma) tutmalar, kobud davranış pozuntuları, əsəb və gərginlik zamanı özünə və ətrafdakılara xəsarət yetirmə meyli, münaqişəyə meyllilik, öz davranışına nəzarətin zəifləməsi və sosial adaptasiyanın əhəmiyyətli dərəcədə pozulması müşahidə edilir. Ekspert xüsusilə qeyd etmişdir ki, iddiaçı üçün dekompensasiya mərhələsində əsas klinik meyar onun özünə və ətrafdakılara təhlükə yaratmasıdır və həmin təhlükə yüksək qiymətləndirilir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçıda mövcud olan patofunksional dəyişikliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"nın 7.6.2.2-ci bəndinə uyğun olaraq orqanizm funksiyalarının 65–80 faiz pozulmasına səbəb olmuşdur və bu hal ona iki il müddətinə müvafiq əlilliyin təyin edilməsi üçün kifayət qədər hüquqi əsas yaradır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək düzgün nəticəyə gəlsə də, qeyd olunan hallara düzgün münasibət bildirilməmişdir. Qeyd olunan xüsusatlar nəzərə alınmaqla məhkəmə iclasında Inzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbinə əsasən iddiaçıya hüquqi yardım edilmiş, iddiaçı məhkəmə kollegiyasına iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” ##.##.2023-cü il tarixdən orqanizm funksiyalarının 65-80% pozulması ilə iki il müddətinə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Eləcə də iddia tələbi ilə bağlı buraxılmış prosessual müddətin üzrlü hesab edilməsi barədə ərizə təqdim etmişdir. Məhkəmə kollegiyası tərəfindən ötürülmüş prosessual müddət bərpa edilmişdir. Ilk növbədə məhkəmə kollegiyası iddianın dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbulu ilə əlaqədar qeyd edir ki, AR IPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, IPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin – dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, iddiaçının inzibati orqana müraciətini və hazırkı iş üzrə hüquqi marağını nəzərə alaraq, ərizənin məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Inzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, İddiaçı ## ### 2023-cü il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” orqanizm funksiyalarının 65-80% pozulmasına görə iki il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmə kollegiyası qeyd olunan hallara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTICƏVI HISSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilsin. İddiaçı ## ### 2023-cü il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” orqanizm funksiyalarının 65-80% pozulmasına görə iki il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.