Məhkəmə qərarları › İş №2-1(3-8)-646/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-646/2026

03.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-646/2026 03.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hacıyev Vahid Məcid oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi, Iddiaçı İddiaçı, onun nümayəndəsi və vəkili vəkil1, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: IŞIN HALLARI: “Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN 6485 KOD 30400001 olan ##.##.2005-ci il tarixli şəhadətnamədən görünür ki, Dəvəçi Rayon Icra Hakimiyyəti başçısının ##.##.2004-cü il tarixli *** nömrəli sərəncamı və ##.##.2004-cü il tarixli icarə müqaviləsi ilə Dəvəçi rayonu keçmiş Liman təsərrüfatı ərazisi DTF-dən heyvandarlığın inkişafı məqsədilə 100 ha örüş kənd təsərrüfatında istifadə edilməyən torpaq sahəsi 60 il müddətinə müvvəqəti istifadə edilməsi üçün Dəvəçi şəhər sakini X1 verilmişdir. Dəvəçi Rayon Icra Hakimiyyəti başçısının ##.##.2007-ci il tarixli *** nömrəli sərəncamı ilə Dəvəçi şəhər sakini X1 rayon Icra Hakimiyyətinə daxil olmuş ##.##.2007-ci il tarixli ərizəsi və əlavə olunmuş JN - 6487, kod ******** saylı torpaqdan istifadə hüququna dair şəhadətnamə və digər sənədlər nəzərə alınmış, A.Zəkiyevə Dəvəçi bələdiyyəsinin ##.##.2003-cü il tarixli ** saylı qərarı ilə maldarlığın inkişafı məqsədilə ayrılmış 3 ha torpaq sahəsində heyvandarlığın inkişafı, əhalinin ərzaq təminatı və məşğulluğun yüksəldilməsindən ötrü heyvandarlıq məhsullarının istehsalı və emalı məqsədilə tikinti işlərinin aparılmasına icazə verilmişdir. Dəvəçi Rayon Icra Hakimiyyəti Tikinti və Memarlıq bölməsinin tərtib etdiyi X1 məxsus torpaq sahəsində inşa olunacaq heyvandarlıq məhsullarının istehsalı kompleksinin “Eskiz layihəsi” iş materiallarına əlavə edilmişdir. Cavabdeh başçısının ##.##.2016-cı il tarixli **** nömrəli arayışından görünür ki, X1 2004cü ildən hal-hazıra kimi Şabran rayon keçmiş “Liman” kəndi ərazisində heyvandarlıqla məşğul olur. Cavabdeh başçısının ##.##.2017-ci il tarixli ** nömrəli sərəncamı ilə Çölquşçu inzibati ərazi dairəsində Liman kəndinin əhatəsində olan dövlət mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən 738,57 ha torpaq sahəsi 49 il müddətinə kənd təsərrüfatı məhsulları yetişdirilməsi və istehsal məqsədilə illik icarə haqqı 10,68 manat olmaqla “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə icarəyə verilmişdir. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsi * saylı Xaçmaz Ərazi Idarəsinin ## #### 2022-ci il tarixli ************ nömrəli məktubundan görünür ki, JN-6485 KOD ******** nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə” əsasında müvəqqəti istifadə üçün 60 il müddətinə X1 verilmiş Şabran rayonu Liman təsərrüfat ərazisi DTF-dan 100 ha örüş kənd təsərrüfatında istifadə edilməyən torpaq sahəsinin “xxxx” şirkətinin adına qeydə alınmasına dair Ərazi Idarəsində heç bir məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsi * saylı Xaçmaz Ərazi Idarəsinin ##.##.2022-ci il tarixli ************ nömrəli məktubundan görünür ki, JN-6485 KOD ******** nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə” əsasında müvəqqəti istifadə üçün 60 il müddətinə X1 verilmiş Şabran rayonunun Liman təsərrüfat ərazisi DTF-dan 100 ha örüş kənd təsərrüfatında istifadə edilməyən torpaq sahəsinin bir hissəsinə Şabran IH # #### 2017-ci il tarixli, ** nömrəli, Yerli IH-nın torpaq sahəsinin ayrılması barədə sərəncamı, Şabran IH, # ##### 2017-ci il tarixli, *** nömrəli məktubuna əsasən Cavabdeh adına 41,2188 ha torpaq sahəsinə dair ## ### 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, ************* reyestr nömrəli və 325,51 ha torpaq sahəsinə dair ## ### 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışlar işlənmişdir. Qeyd edilmişdir ki, Cavabdeh adına olan 41,2188 ha və 325,51 ha torpaq sahələrini # #### 2017-ci il tarixli icarə müqaviləsinə əsasən “xxxx” MMC-nin adına icarəyə verilmiş, ## ######## 2019-cu il tarixli, ********** və ********** qeydiyyat nömrəli çıxarışlarla əsasən “xxxx” MMC-nin adına çıxarışlar işlənmişdir. Qeyd olunanları nəzərə alaraq JN-6485 KOD ******** nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə” əsasında istifadə edilməyən torpaq sahəsinin digər hər hansı fiziki yaxud hüquqi şəxsin adına qeydə alınmasına əsas olan sənədlərin surətlərinin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsi * saylı Xaçmaz Ərazi Idarəsinin ## ###### 2022-ci il tarixli, ************ nömrəli məktubundan görünür ki, JN-**** nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə” ərazi Idarəsinin elektron məlumat bazasında olan xəritədə öz təsdiqini tapmış, lakin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Şabran rayon şöbəsindən təhvil alınmış şəhadətnamələrin qeydiyyat kitablarında qeydə alınmamışdır. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsi * saylı Xaçmaz Ərazi Idarəsinin ## ###### 2022-ci il tarixli, ************ nömrəli məktubundan görünür ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X1 verilmiş # ###### 2005-ci il tarixli, JN-6485 KOD-******** saylı “Torpaqdan müvəqqəti istifadə hüququna dair” Şəhadətnamədə göstərilər 100 ha torpaq sahəsinin cizgiləri, Çalxan Rayon Icra Hakimiyyətinin adına verilmiş reyestr nömrələri ************, ************ saylı 41,2188 ha və 325,51 ha torpaq sahələrinin cizgiləri ilə üst-üstə düşür. Cavabdeh başçısının # #### 2017-ci il tarixli, ** nömrəli sərəncamına və # #### 2017ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən həmin torpaq sahələrini “xxxx” MMC-yə verilmişdir. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsi * saylı Xaçmaz Ərazi Idarəsinin # #### 2023-cü il tarixli, *-**- *-**/*-****/**** nömrəli məktubu ilə aşağıdakı sənədlərin surəti qoşma şəklində göndərilmişdir: - “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən ## ######## 2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ************ reyestr nömrəli 41,2188 ha torpaq sahəsi “xxxx” MMC-nin ## ######## 2019-cu il tarixdən 49 il müddətinə icarəsinə verilmişdir. - # ######## 2019-cu il tarixli, ****** nömrəli “xxxx” MMCnin istifadəsində olan ************ reyestr nömrəli 41,2188 ha torpaq sahəsinə dair “Torpaq sahəsinin plan və ölçüsü”. - Cavabdeh başçısının # #### 2017-ci il tarixli, ** nömrəli sərəncamı (§5); - “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən RX seriyalı, ******* nömrəli, ## ### 2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ************ reyestr nömrəli 41,2188 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. Şabran Rayon Dövlət Arxivinin # #### 2023-cü il tarixli, ** nömrəli məktubu ilə göndərilmiş Dəvəçi Rayon Icra Hakimiyyəti başçısının ## ###### 2004-cü il tarixli, *** nömrəli sərəncamından görünür ki, dövlət mülkiyyətində saxlanılmış keçmiş Liman təsərrüfatının ərazisindən X1 100 ha torpaq sahəsi müvvəqəti istifadə edilməsi üçün 60 il müddətinə verilmişdir. Şabran Rayon Dövlət Arxivinin # #### 2023-cü il tarixli, ** nömrəli məktubu ilə Cavabdeh başçısının # #### 2017-ci il tarixli, ** nömrəli sərəncamı (§5) qoşma şəklində göndərilmişdir. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsi * saylı Xaçmaz Ərazi Idarəsinin ## #### 2023-cü il tarixli, *- **-*-**/*-****/**** nömrəli məktubundan görünür ki, JN-**** nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə” Ərazi Idarəsinin elektron məlumat bazasında olan xəritədə öz əksini tapmış, lakin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şabran rayon şöbəsindən təhvil alınmış şəhadətnamələrin qeydiyyat kitablarında qeydə alınmamışdır. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X1 verilmiş # ###### 2005-ci il tarixli JN-6485 KOD-******** saylı “Torpaqdan müvəqqəti istifadə hüququna dair” Şəhadətnamədə göstərilən 100 ha torpaq sahəsinin cizgiləri Cavabdeh adına verilmiş reyestr nömrələri ************, ************ saylı 41,2188 ha və 325,51 ha torpaq sahələrinin cizgiləri ilə üst-üstə düşür. Cavabdeh başçısının # #### 2017-ci il tarixli, ** nömrəli sərəncamına və # #### 2017-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən həmin torpaq sahələrini “xxxx” MMC-ə icarəyə vermişdir. Cavabdeh adına verilmiş 41,2188 ha və 325,51 ha torpaq sahələrinə dair reyestr nömrələri ************, ************ saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatı üçün əsas olan hüquq müəyyənedici sənədlər əsasında hazırlanmışdır. Bundan əlavə müəyyən edilmişdir ki, mübahisələndirilən torpaq sahələri “xxxx” ASC-nin xeyrinə dövlət reyestrindən çıxarışla əsasən ipoteka ilə yüklü edilmişdir. Şabran Rayon Dövlət Arxivinin ##.##.2024-cü il tarixli ** nömrəli məktubu ilə aşağıdakı sənədlərin surəti qoşma şəklində məhkəməyə göndərilmişdir: - Cavabdeh başçısının ## ###### 2016-cı il tarixli *** nömrəli sərəncamından görünür ki, Rayon ərazisində icrası davam edən yeni suvarılacaq əkin dövriyyəsinə daxil olan (mövsümi və uzun müddətli) 14.922 ha torpaq sahəsi “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi”nin tərkib hissəsi olduğu üçün Cavabdeh ilə Şabran şəhər sakini X1 arasında heyvandarlıq təsərrüfatı yaratmaq üçün örüş məqsədi ilə ayrılmış 100 ha torpaq sahəsindən istifadəyə dair Cavabdeh başçısının imzaladığı ##.##.2004-cü il tarixli *** nömrəli sərəncama əsasən bağlanmış icarə müqaviləsinə vaxtından əvvəl xitam verilmişdir. - Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ####### 2015-ci il tarixli ***s nömrəli Sərəncamından görünür ki, ölkədə kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, əhalinin ərzaq təminatının yerli istehsal hesabına daha da yaxşılaşdırılması və bununla əlaqədar “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsi çərçivəsində Xızı, Siyəzən və Şabran rayonlarının ərazisində əkin dövriyyəsinə cəlb ediləcək yeni suvarılan torpaq sahələrində kompleks meliorativ tədbirlərin həyata keçirilməsi, onların səmərəli istifadə edilməsi və bu sahələrdə kənd təsərrüfatı məhsullarının istehsalı müəssisələrinin yaradılması məqsədi ilə 2015-ci ilin sonunadək 1-ci mərhələdə Xızı (5.399 ha) və Siyəzən (2.539 ha) rayonlarında yeni suvarılacaq torpaq sahələrində əsas paylayıcı kanalların təsərrüfatlar üçün nəzərdə tutulan sahədaxili suvarma sistemi istisna olmaqla) tikintisini və istifadəyə verilməsinin təmin edilməsi qərara alınmışdır. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: Birinci instansiya məhkəməsindəki icraat Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin adına verilmiş reyestr nömrələri ************, ************ saylı çıxarışlar əsasında 41,2188 ha və 325,51 ha torpaq sahələrinin “xxxx” MMCnin icarəsinə verilməsi barədə Cavabdeh başçısının # #### 2017-ci il tarixli ** saylı sərəncamının Şabran rayonu keçmiş “Liman” təsərrüfatının ərazisində yerləşən və adına verilmiş JN 6485 KOD ******** saylı “Torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnaməyə əsasən icarəsində olan 100 ha torpaq sahəsinə hissəsində etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddiaçı tərəf daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ##.##.2023-cü il tarixdə ərizə təqdim edərək, Şabran rayonu keçmiş “Liman” təsərrüfatının ərazisində yerləşən dövlət torpaq fonduna məxsus sahəsi 100 ha olan torpaq sahəsinin icarəsinə verilməsi barədə iddiaçı ilə Cavabdeh başçısı arasında bağlanmış ##.##.2004-cü il tarixli icarə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi barədə Cavabdeh başçısının ##.##.2016-cı il tarixli *** nömrəli sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə məhkəmənin ##.##.2023-cü il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh qanunsuzluğa yol verərək iddiaçının icarəsində olan və sahiblik etdiyi torpaq sahəsini başqa şəxsə satmışdır. Iddiaçı cavabdehin bu hərəkətlərini qanunsuz hesab edir, çünki bununla onun torpaq üzərində mövcud olan hüququ kobud şəkildə pozulmuşdur. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etməyə və yol verilmiş qanun pozuntularının aradan qaldırılaraq hüquqlarının bərpasını tələb etməyə məcbur olmuşdur. Cavabdeh iddia ərizəsinə yazılı münasibətini onunla əsaslandırrmışdır ki, iddiaçıya rayon Icra Hakimiyyəti başçısının ## ###### 2004-cü il tarixli *** nömrəli sərəncamı ilə Şabran (keçmiş Dəvəçi) rayonu Liman sovxozunun ərazisindən dövlət mülkiyyətinə aid torpaq sahələrindən heyvandarlıq təsərrüfatı yaratmaq üçün 100 ha torpaq sahəsi uzun müddətli icarəyə verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ####### 2015-ci il tarixli ***s saylı sərəncamı ilə ölkədə kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, əhalinin ərzaq təminatının yerli istehsal hesabına daha da yaxşılaşdırılması və bununla əlaqədar SamurAbşeron suvarma sisteminin yenidən qurulması layihəsi çərçivəsində Xızı, Siyəzən, Şabran rayonlarında kompleks meliorativ tədbirlərin həyata keçirilməsi, torpaqların səmərəli istifadə edilməsi və bu sahələrdə kənd təsərrüfatı məhsullarının istehsalı müəssisələrinin yaradılması nəzərdə tutulmuşdur. Sərəncamın icrası ilə əlaqədar ərazilərə baxış keçirilərkən məlum olmuşdur ki, hazırda rayon ərazisində icrası davam edən yeni suvarılacaq əkin dövriyyəsinə daxil olan (mövsümi və uzunmüddətli) 14.922 ha torpaq sahəsi “Samur-Abşeron” suvarma sisteminin yenidən qurulması layihəsinin tərkib hissəsidir. Iddiaçının da icarəyə götürdüyü 100 ha torpaq sahəsi həmin ərazidə yerləşir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2017-ci il tarixli *** saylı sərəncamı ilə “xxxx” MMC yaradılmaqla həmin torpaq sahələri Aqroparkın tərkibinə daxil olmuşdur. Ona görə də, rayon ərazisində icrası davam edən yeni suvarılacaq əkin dövriyyəsinə daxil olan (mövsümü və uzunmüddətli) 14.922 ha torpaq sahəsi Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin tərkib hissəsi olduğu üçün rayon Icra Hakimiyyəti ilə iddiaçı arasında heyvandarlıq təsərrüfatı yaratmaq üçün örüş məqsədi ilə ayrılmış 100 ha torpaq sahəsindən istifadə hüququna dair rayon Icra Hakimiyyəti başçısının imzaladığı ##.##.2004-cü il tarixli *** nömrəli sərəncamına əsasən bağlanmış icarə müqaviləsinə rayon Icra Hakimiyyəti başçısının ##.##.2016-cı il tarixli *** nömrəli sərəncamı ilə vaxtından əvvəl xitam verilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli qərardadı ilə Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsi * saylı Xaçmaz Ərazi Idarəsinin üçüncü şəxs qismində prosessual iştirakına xitam verilmiş, “xxxx” MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Sumqayıt Inzibati Məhkəməsinin (hakim Könül Həbibova) ##.##.2026-cı il tarixli *-*(***)- ***/**** nömrəli qərarı ilə iddia rədd edilmişdir. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iş materialına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, Dəvəçi Rayon Icra Hakimiyyəti başçısının ## ###### 2004-cü il tarixli *** nömrəli sərəncamı ilə iddiaçıya 100 ha torpaq sahəsi müvvəqəti istifadə edilməsi üçün 60 il müddətinə verilmiş, bu barədə JN 6485 KOD 30400001 “Torpaqdan müvəqqəti istifadə hüququna dair” Şəhadətnamə tərtib edilmişdir. Daha sonra iddiaçının qeyd edilən edilən torpaq sahəsinin üzərində icarə hüququnun dövlət reyestrində qeydiyyata alınması müraciəti əsasında müəyyən edilmişdir ki, torpaq sahəsi ************, ************ reyestr nömrəli torpaq sahələrinin cizgiləri ilə üst-üstə düşür və həmin torpaq sahələri Cavabdeh başçısının ##.##.2017-ci il tarixli ** nömrəli sərəncamına və ##.##.2017-ci il tarixli icarə müqaviləsinə əsasən üçüncü şəxs “xxxx” MMC-yə verilmişdir. Bundan əlavə, xxxx publik hüquqi şəxsi * saylı Xaçmaz Ərazi Idarəsinin təqdim etdiyi məlumata əsasən mübahisələndirilən torpaq sahələrinin “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edildiyi müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh başçısının ## ###### 2016-cı il tarixli, *** nömrəli sərəncamı ilə torpaq sahəsinin iddiaçının icarəsinə verilməsi üçün əsas olmuş, Dəvəçi Rayon Icra Hakimiyyəti başçısının ## ###### 2004-cü il tarixli, *** nömrəli sərəncam əsasında bağlanmış icarə müqaviləsinə vaxtından əvvəl xitam verilmişdir. Eyni zamanda qeyd edilməlidir ki, cavabdeh orqan ## ###### 2016-cı il tarixli, *** nömrəli sərəncamı Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ####### 2015-ci il tarixli, ***s nömrəli Sərəncamının həyata keçirilməsinin təmin edilməsi məqsədilə qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ####### 2015-ci il tarixli, ***s nömrəli Sərəncamına əsasən ölkədə kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, əhalinin ərzaq təminatının yerli istehsal hesabına daha da yaxşılaşdırılması və bununla əlaqədar “Samur- Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsi çərçivəsində Xızı, Siyəzən və Şabran rayonlarının ərazisində əkin dövriyyəsinə cəlb ediləcək yeni suvarılan torpaq sahələrində kompleks meliorativ tədbirlərin həyata keçirilməsi, onların səmərəli istifadə edilməsi və bu sahələrdə kənd təsərrüfatı məhsullarının istehsalı müəssisələrinin yaradılması məqsədi ilə müvafiq torpaq sahələrinin tikintisini və istifadəyə verilməsinin təmin edilməsi qərara alınmış, eyni zamanda, Xızı Rayon Icra Hakimiyyəti, Siyəzən Rayon Icra Hakimiyyəti və Cavabdeh Kənd Təsərrüfatı Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə seçilmiş torpaq sahələrində mövcud olan təsərrüfatların mərhələlərlə digər ərazilərdə yerləşdirilməsinin və zərurət yarandıqda, ərazilərin kompakt halına gətirilməsinin təmin edilməsi tapşırılmış, nəticədə “xxxx” MMC yaradılmaqla mübahisələndirilən torpaq sahəsi Aqroparkın tərkibinə daxil olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin müvafiq icra hakimiyyətinin sərəncamı əsasında kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, əhalinin ərzaq təminatının yerli istehsal hesabına yaxşılaşdırılması məqsədilə ayrıldığı, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin tərkib hissəsi olduğu üçün hazırda iddiaçı tərəfindən mübahisələndirilən cavabdehin ## ###### 2016-cı il tarixli, *** nömrəli sərəncamı qanuni və əsaslı olmuşdur. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, ## ###### 2016-cı il tarixli, *** nömrəli sərəncamı Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ####### 2015-ci il tarixli, ***s nömrəli Sərəncamının həyata keçirilməsinin təmin edilməsi məqsədilə qəbul edildiyi üçün hazırkı tələbi rədd edilməlidir. Iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, iş materiallarında olan sənədlərdən də göründüyü kimi, Cavabdeh başçısının ## ###### 2004-cü il tarixli Sərəncamı və iddiaçı İddiaçı ilə adı şəkilən inzibati orqan arasında bağlanılmış ## ###### 2004-cü il tarixli icarə müqaviləsi əsasında Şabran rayonunun keçmiş “Liman” təsərrüfatının ərazisində yerləşən dövlət torpaq fonduna məxsus sahəsi 100 ha olan torpaq sahəsi heyvandarlığın inkişafı məqsədi ilə 60 il müddətinə İddiaçı icarəsinə verilmişdir. Qeyd edilən torpaq sahəsinə dair Azərbaycan Respublikasının ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən ## ###### 2005-ci il tarixdə İddiaçı adına JN-6485 KOD-******** saylı “Torpaqdan müvəqqəti istifadə hüququna dair” Şəhadətnamə hazırlanaraq torpaq üzərində iddiaçının icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır. Eyni zamanda Cavabdeh başçısının ## #### 2007-ci il tarixli *** saylı sərəncamı ilə torpaq sahəsində heyvandarlıq məhsullarının istehsalı və emal məqsədi ilə tikinti işlərinin aparılmasına icazə verilmiş, adı çəkilən sərəncama uyğun olaraq tikiləcək heyvandarlıq məhsullarının istehsalı kompleksinin eskiz layihəsi Cavabdeh Tikinti və Memarlıq şöbəsi tərəfindən hazırlanaraq Cavabdeh tərəfindən təsdiq edilmişdir. Həmin vaxtdan bugünədək torpaq sahəsi iddiaçının faktiki istifadəsindədir. 2022-ci ilin ortalarında İddiaçı ərizə ilə Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “xxxx” publik hüquqi şəxsi * saylı Xaçmaz Ərazi Idarəsinə müraciət edərək Cavabdeh başçısının ## ###### 2004-cü il tarixli Sərəncamı, onunla adı şəkilən inzibati orqan arasında bağlanılmış ## ###### 2004-cü il tarixli icarə müqaviləsi və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən ## ###### 2005-ci il tarixdə adına hazırlanmış JN - 6485 kod - ******** saylı “Torpaqdan müvəqqəti istifadə hüququna dair” Şəhadətnamə əsasında icarəsində olan Şabran rayonu keçmiş “Liman” təsərrüfatının ərazisində yerləşən 100 ha olan torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. Yalnız həmin müraciətdən sonra iddiaçıya məlum olmuşdur. ki, icarəsində olan torpaq sahəsinin bir hissəsi cavabdeh tərəfindən qanunsuz olaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmışdır. Belə ki, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “xxxx” publik hüquqi şəxsin * saylı Xaçmaz Ərazi Idarəsinin vəkil sorğusuna verdiyi cavabda bildirilmişdir ki, iddiaçının icarəsində olan torpaq sahəsi Cavabdeh mülkiyyəti kimi qeydiyyatdan keçmiş 41,2188 ha və 325,51 ha torpaq sahələrinin daxilində olmaqla Cavabdeh tərəfindən ## #### 2017-ci il tarixli icarə müqavilələrinə əsasən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmış, sonradan da ********** və ********** saylı çıxarışlara əsasən adı çəkilən cəmiyyətin adına icarə hüququ əsasında dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “xxxx” publik hüquqi şəxsi * saylı Xaçmaz Ərazi Idarəsinin iddiaçının müraciətinə verdiyi ************ saylı, ## ###### 2022-ci il tarixli cavab məktubunda da bildirilmişdir ki, iddiaçı İddiaçı adına verilmiş JN-6485 kod - ******** saylı “Torpaqdan müvəqqəti istifadə hüququna dair” Şəhadətnamədə göstərilən 100,0 ha torpaq sahəsinin cizgiləri Cavabdeh adına verilmiş reyestr nömrələri ************, ************ saylı 41,2188 ha və 325,51 ha torpaq sahələrinin cizgiləri ilə üst-üstə düşür ki, həmin torpaq sahələri Cavabdeh başçısının ## #### 2017-ci il tarixli ** saylı sərəncamı və ## #### 2017-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilələri əsasında “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin icarəsinə verilmişdir. Iddiaçı İddiaçı tərəfindən qeyd edilən hallara aydınlıq gətirilməsi məqsədi ilə dəfələrlə Cavabdeh müraciətlər ünvanlanaraq məsələyə aydınlıq gətirilməsini və torpağın “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmasına dair müvafiq hüquq müəyyənedici sənədlərin təqdim olunması xahiş edilsə də, həmin müraciətlərə cavab verən olmamışdır. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət edərək ilkin olaraq Cavabdeh adına verilmiş reyestr nömrələri ************, ************ saylı çıxarışlar əsasında 41,2188 ha və 325,51 ha torpaq sahələrinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin icarəsinə verilməsi barədə Cavabdeh başçısının ## #### 2017-ci il tarixli ** saylı sərəncamının Şabran rayonunun keçmiş “Liman” təsərrüfatının ərazisində yerləşən və JN-6485 kod - ******** saylı “Torpaqdan müvəqqəti istifadə hüququna dair” Şəhadətnaməyə əsasən icarəsində olan 100,0 ha torpaq sahəsinə hissəsində etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan Sumqayıt Inzibati Məhkəməsinə Cavabdeh başçısının Aparatının ## ######## 2023-cü il tarixli *-**/*-****/**** saylı məktubu daxil olmuşdur ki, həmin məktubda iddiaçı ilə Cavabdeh başçısı arasında 100 ha torpaq sahəsindən istifadəyə dair bağlanılmış ## ###### 2004-cü il tarixli *** saylı sərəncam əsasında bağlanılmış ## ###### 2004-cü il tarixli icarə müqaviləsinə rayon Icra Hakimiyyəti başçısının ## ###### 2016-cı il tarixli *** nömrəli sərəncamı ilə vaxtından əvvəl xitam verildiyi bildirilmiş, lakin həmin sərəncamın surəti məhkəməyə təqdim edilməmişdir. Adı çəkilən sərəncamın surətinin məhkəməyə təqdim edilməməsinə baxmayaraq məhkəmənin də hüquqi yardımı ilə iddiaçı iddia tələblərimdə dəqiqləşmə apararaq Cavabdeh başçısının həm ## #### 2017-ci il tarixli ** saylı sərəncamının Şabran rayonu keçmiş “Liman” təsərrüfatının ərazisində yerləşən və JN-6485 KOD-******** saylı “Torpaqdan müvəqqəti istifadə hüququna dair” Şəhadətnaməyə əsasən icarəsində olan 100,0 ha torpaq sahəsinə hissəsində, həm də yuxarıda adı çəkilən ## ###### 2016-cı il tarixli *** nömrəli sərəncamının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələblərinə yenidən dəqiqləşmə verərək, Cavabdeh başçısının ## #### 2017-ci il tarixli ** saylı sərəncamının ## ###### 2016-cı il tarixli *** nömrəli sərəncamından törəmə inzibati akt olduğuna əsaslanaraq ## ###### 2016-cı il tarixli *** nömrəli sərəncamının ləğv edilməsini xahiş etmişdir. Belə ki,Cavabdeh aşkar qanunsuzluğa yol verərək iddiaçı ilə bağlanılmış torpaq icarə müqaviləsinə qanunvericiliklə müəyyən edilmiş qaydada xitam verilmədən və inzibati icraatla bağlı qanun normalarını pozaraq iddiaçının icarəsinsdə olan və faktiki sahiblik etdiyi torpaq sahəsini ## #### 2017-ci il tarixli ** saylı digər sərəncamla “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə ayırmışdır. Təəssüf ki, işə baxan məhkəmə bütün bu sadalanan halları düzgün qiymətləndirməyərək mübahisə üzrə tamamilə ədalətsiz və qanuna zidd nəticəyə gəlmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh başçısının ## ###### 2016-cı il tarixli, *** nömrəli sərəncamı ilə mübahisəli torpaq sahəsinin iddiaçının icarəsinə verilməsi üçün əsas olmuş Dəvəçi Rayon Icra Hakimiyyəti başçısının ## ###### 2004-cü il tarixli, *** nömrəli sərəncamı əsasında bağlanmış icarə müqaviləsinə vaxtından əvvəl xitam verilmişdir. Halbuki, adı çəkilən sərəncam qəbul olunarkən iddiaçı İddiaçı inzibati icraat barədə məlumatlandırılmamış, həmçinin torpaq icarə müqaviləsi Cavabdeh başçısı tərəfindən birtərəfli qaydada ləğv olunmuşdur. Lakin bu halların məhkəməyə məlum olduğu halda, məhkəmə tamamilə əsassız olaraq cavabdeh Cavabdeh başçısının ## ###### 2016-cı il tarixli *** nömrəli sərəncamının guya Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ####### 2015-ci il tarixli ***s nömrəli Sərəncamının həyata keçirilməsinin təmin edilməsi məqsədilə qəbul edildiyi qənaətinə gəlmişdir. Belə ki, məhkəmənin qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ####### 2015-ci il tarixli ***s nömrəli Sərəncamına əsasən ölkədə kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, əhalinin ərzaq təminatının yerli istehsal hesabına daha da yaxşılaşdırılması və bununla əlaqədar “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsi çərçivəsində Xızı, Siyəzən və Şabran rayonlarının ərazisində əkin dövriyyəsinə cəlb ediləcək yeni suvarılan torpaq sahələrində kompleks meliorativ tədbirlərin həyata keçirilməsi, onların səmərəli istifadə edilməsi və bu sahələrdə kənd təsərrüfatı məhsullarının istehsalı müəssisələrinin yaradılması məqsədi ilə müvafiq torpaq sahələrinin tikintisini və istifadəyə verilməsinin təmin edilməsi qərara alınmış, eyni zamanda, Xızı Rayon Icra Hakimiyyəti, Siyəzən Rayon Icra Hakimiyyəti və Cavabdeh Kənd Təsərrüfatı Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə seçilmiş torpaq sahələrində mövcud olan təsərrüfatların mərhələlərlə digər ərazilərdə yerləşdirilməsinin və zərurət yarandıqda, ərazilərin kompakt halına gətirilməsinin təmin edilməsi tapşırılmış, nəticədə “xxxx” MMC yaradılmaqla mübahisələndirilən torpaq sahəsi Aqroparkın tərkibinə daxil olmuşdur. Halbuki,iş materiallarında bunu təsdiq edən hər hansı sübut mövcud deyildir. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ####### 2015-ci il tarixli ***s nömrəli Sərəncamı istənilən halda iddiaçının hüquqlarının pozulması üçün əsas sayıla bilməz. Məhkəməyə təqdim olunmuş Cavabdeh başçısının ## #### 2017-ci il tarixli ** saylı sərəncamından görünür ki, həmin sərəncam heç də qeyd edildiyi kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ####### 2015-ci il tarixli ***s nömrəli Sərəncamının həyata keçirilməsinin təmin edilməsi məqsədilə qəbul olunmamış, əksinə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin əkinçiliyin inkişaf etdirilməsi, yeni iş yerlərinin yaradilması, əhalinin maşğulluq səviyyəsinin artırılması, ölkənin qida məhsulları ilə təminatı baxımından ixracdan asılılığın azaldılmasına dəstək olmaq məqsədilə torpaq sahəsinin verilməsi ilə bağlı Cavabdeh başçısına etdiyi ## ###### 2017-ci il tarixli müraciəti əsasında qəbul olunmuşdur. Yəni müraciətlə sərəncamın verilməsi arasında cəmi 2 gün keçmişdir. Halbuki, məhkəmənin istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ####### 2015-ci il tarixli ***s nömrəli Sərəncamının 5-ci bəndində birbaşa qeyd edilmişdir ki, aidiyyəti qurumlar yeni suvarılacaq torpaq sahələrinin sahibkarlıq subyektlərinə uzunmüddətli icarəyə verilməsini mərhələlərlə hərrac və ya müsabiqə yolu ilə təmin etməlidirlər. Göründüyü kimi, məhkəmə iş üzrə öz mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ####### 2015-ci il tarixli ***s nömrəli Sərəncamı ilə əsaslandırmağa çalışsa da, bu sərəncama istinad da yol verilmiş qanun pozuntusuna haqq qazandıra bilməz və istənilən halda cavabdeh orqanın hərəkətləri nəticəsində nə qanunvericiliyin, nə də iddiaçının hüquqlarının və qanuni mənafeyinin pozulmasına əsas verə bilməz. Hesab edir ki, iddiaçı İddiaçı ilə bağlanmış torpaq icarə müqaviləsinə və iddiaçının adına verilmiş JN-6485 kod - ******** saylı “Torpaqdan müvəqqəti istifadə hüququna dair” Şəhadətnaməyə məhkəmə qaydasında xitam verilmədən cavabdeh inzibati orqanın iddiaçı ilə Cavabdeh başçısı arasında 100 ha torpaq sahəsindən istifadəyə dair bağlanılmış ## ###### 2004-cü il tarixli *** saylı sərəncam əsasında bağlanılmış ## ###### 2004-cü il tarixli icarə müqaviləsinə birtərəfli qaydada ## ###### 2016-cı il tarixli *** nömrəli sərəncamla ilə vaxtından əvvəl xitam verilməsi qanuna zidd olmuşdur. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixdə keçirilmiş iclasında iştirak edərək bildirmişdir ki, Cavabdeh başçısının ## ###### 2016-cı il tarixli, *** nömrəli sərəncamı ilə torpaq sahəsinin iddiaçının icarəsinə verilməsi üçün əsas olmuş, Dəvəçi Rayon Icra Hakimiyyəti başçısının ## ###### 2004-cü il tarixli *** nömrəli sərəncam əsasında bağlanmış icarə müqaviləsinə vaxtından əvvəl xitam verilmişdir. Cavabdeh orqan ## ###### 2016-cı il tarixli *** nömrəli sərəncamı Nazirlər Kabinetinin ## ####### 2015-ci il tarixli, ***s nömrəli Sərəncamının həyata keçirilməsinin təmin edilməsi məqsədilə qəbul etmişdir. Icra hakimiyyəti ##.##.2016-cı il tarixli məktubla iddiaçıya məlumat verilmişdir ki, icarə müqaviləsinə vaxtından əvvəl xitam veriləcəkdir. Həmçinin ##.##.2016-cı il tarixli məktubla iddiaçıya məlumat verilmişdir ki, Cavabdeh başçısının ## ###### 2016-cı il tarixli *** nömrəli sərəncamı ilə torpaq sahəsinin iddiaçının icarəsinə verilməsi üçün əsas olmuş, Dəvəçi Rayon Icra Hakimiyyəti başçısının ## ###### 2004-cü il tarixli *** nömrəli sərəncam əsasında bağlanmış icarə müqaviləsinə vaxtından əvvəl xitam verilmişdir. Məktublar poçt vasitəsilə iddiaçının ünvanına göndərilmişdir. Hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndələri məhkəmə iclasında iştirak etməmişdir. Üçüncü şəxsin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, işə onların iştirakı olmadan baxılması və apellyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Inzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən cavabdeh və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan işə baxılmasının davam etdirilməsi və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. TƏTBIQ EDILƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 26. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi İ. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. II. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 59. Azad sahibkarlıq hüququ İ. Hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 5. Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri

1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur.

2. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Maddə 50. Torpaq sahəsi üzərində istifadə hüququ

1. Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Torpağın istifadəyə verilməsinə görə torpaq vergisindən başqa haqq alınmır.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 241.2. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. Maddə 244. Əgər torpaq sahəsinin mülkiyyətçisi ilə torpaq istifadəçisi arasındakı müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsindən istifadə hüququna xitam verildikdə torpaq istifadəçisinin həmin torpaq sahəsində tikdiyi binalara, qurğulara və başqa daşınmaz əmlaka mülkiyyət hüququ torpaq sahəsinin mülkiyyətçisinə keçir.

“Torpaq icarəsi haqqında” Qanun: Maddə 13. Icarənin müddətləri Torpaq icarəsinin müddətləri tərəflərin razılığı ilə müəyyən edilir və onlar qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilədə təsbit olunurlar. Maddə 31. Mübahisələrin həlli Torpaqların icarəyə verilməsi, istifadəsi, müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı ilə əlaqədar mübahisəli məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll olunur.

“Inzibati icraat haqqında” Qanun: Maddə 11. Qanunçuluq prinsipi 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. Inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.” Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. Inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. Inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. Inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir.” Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. Inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. Inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz.” Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; (-) Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. (-) Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 2. Inzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. Inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Maddə 14. Sübut etmə vəzifəsi 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 14.2. Inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş üzrə materiallarında olan sənədləri və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi Şabran rayonu keçmiş “Liman” təsərrüfatının ərazisində yerləşən dövlət torpaq fonduna məxsus sahəsi 100 ha olan torpaq sahəsinin icarəsinə verilməsi barədə iddiaçı A.Zəkiyevlə ilə cavabdeh Cavabdeh arasında Cavabdeh başçısının ##.##.2004-cü il tarixli *** nömrəli sərəncamı əsasında bağlanmış ##.##.2004-cü il tarixli icarə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi barədə Cavabdeh başçısının ##.##.2016-cı il tarixli *** nömrəli sərəncamının ləğv edilməsindən ibarətdir. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, heyvandarlıq təsərrüfatı yaratmaq üçün örüş məqsədi ilə iddiaçının icarəsinə ayrılmış torpaq sahəsi rayon ərazisində icrası davam edən yeni suvarılacaq əkin dövriyyəsinə daxil olan ərazidə “Samur-Abşeron” suvarma sisteminin yenidən qurulması layihəsinə aiddir və Aqroparkın tərkibinə daxil olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən iddia rədd edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Işin müəyyən edilmiş hallarından görünür ki, Dəvəçi Rayon Icra Hakimiyyəti başçısının ## ###### 2004-cü il tarixli, *** nömrəli sərəncamı əsasında iddiaçıya Şabran rayonu keçmiş "Liman" təsərrüfatının ərazisində yerləşən 100 ha torpaq sahəsi 60 il müddətinə müvəqqəti istifadə üçün verilmiş, həmin hüquq əsasında iddiaçının adına JN 6485 KOD 30400001 "Torpaqdan müvəqqəti istifadə hüququna dair" şəhadətnamə rəsmiləşdirilmişdir. Sonradan iddiaçının həmin torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı müraciətinə baxılarkən müəyyən edilmişdir ki, iddiaçının istifadəsində olan 100 ha torpaq sahəsinin cizgiləri ************ və ************ reyestr nömrələri ilə dövlət qeydiyyatına alınmış torpaq sahələrinin cizgiləri ilə üst-üstə düşür. Həmin torpaq sahələrinin isə Cavabdeh başçısının # #### 2017-ci il tarixli ** nömrəli sərəncamı və həmin tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilələr əsasında üçüncü şəxs "xxxx" MMC-nin icarəsinə verildiyi müəyyən olunmuşdur. Bundan başqa, xxxx publik hüquqi şəxsi * saylı Xaçmaz Ərazi Idarəsinin təqdim etdiyi məlumatla müəyyən edilmişdir ki, qeyd olunan torpaq sahələri üzərində yaranmış icarə hüquqları "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, mübahisələndirilən inzibati akt təsadüfi və ya əsassız qəbul edilməmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2015-ci il tarixli ***s nömrəli Sərəncamının icrasının təmin edilməsi məqsədilə həyata keçirilən dövlət əhəmiyyətli "Samur-Abşeron suvarma sisteminin yenidən qurulması" layihəsi çərçivəsində qəbul olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2015-ci il tarixli ***s nömrəli Sərəncamı ilə ölkədə kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, yeni suvarılan torpaq sahələrinin kənd təsərrüfatı dövriyyəsinə cəlb olunması və həmin ərazilərdə aqrar istehsal müəssisələrinin yaradılması məqsədilə "Samur-Abşeron suvarma sisteminin yenidən qurulması" layihəsinin həyata keçirilməsi qərara alınmış, aidiyyəti dövlət orqanlarına həmin layihənin icrası ilə bağlı müvafiq tədbirlərin görülməsi tapşırılmışdır. Iş üzrə toplanmış sübutlarla müəyyən edilir ki, iddiaçının istifadəsində olmuş torpaq sahəsi də qeyd olunan layihənin əhatə etdiyi ərazilərə daxil olmuş, sonradan həmin torpaq sahəsi aqropark layihəsinin tərkib hissəsi kimi formalaşdırılmış və Cavabdeh başçısının 02.032017-ci il tarixli ** nömrəli sərəncamı əsasında "xxxx" MMC-nin uzunmüddətli istifadəsinə verilmişdir. Hazırda həmin torpaq sahəsi üzərində üçüncü şəxsin icarə hüququ dövlət qeydiyyatına alınmış, həmçinin həmin hüquq ipoteka ilə yüklü edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən inzibati aktın qəbul edilməsinin hüquqi və faktiki əsaslarının mövcudluğu iş materialları ilə təsdiq olunur. Apellyasiya şikayətində göstərilən dəlillər isə həmin inzibati aktın qanunsuz qəbul edilməsini və ya onun ləğvini zəruri edən halların mövcudluğunu təsdiq edən mötəbər sübutlarla təsdiq edilmir. Həmçinin Cavabdeh ##.##.2016-cı il tarixli *** nömrəli sərəncamında icarə müqaviləsinə xitam verilmiş torpaq sahəsinin əvəzinə kənar ərazidən torpaq sahəsi ayrılması üçün rayon Kənd Təsərrüfatı idarəsi müraciət etməsi A.Zəkiyevə tövsiyyə olunmuşdur. Iddiaçı həmin sərəncama əsaslanaraq torpaq sahəsi ayrılması üçün rayon Kənd Təsərrüfatı idarəsinə müraciət edə bilər. Iddiaçı apellyasiya şikayətində ## ###### 2016-cı il tarixli *** nömrəli sərəncam qəbul edilərkən inzibati icraat zamanı iştirakının təmin edilmədiyini, icarə müqaviləsinə birtərəfli qaydada xitam verildiyini və sonrakı # #### 2017-ci il tarixli ** nömrəli sərəncamın qanunsuz olduğunu bildirsə də, məhkəmə kollegiyası həmin dəlilləri əsaslı hesab etmir. Cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş X1 ünvanlanmış məktublardan müəyyən edilir ki, Cavabdeh Şabran şəhəri R.Behbudov küçəsi ev 2 ünvanda yaşayan X1 ünvanladığı ##.##.2016-cı il tarixli ****/i nömrəli məktubda bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ####### 2015-ci il tarixli ***s nömrəli sərəncamı ilə təsdiq olunmuş "Samur-Abşeron suvarma sisteminin yenidən qurulması" layihəsi çərçivəsində Şabran- Siyəzən-Xızı rayonları ərazisində əkin dövriyyəsinə cəlb ediləcək yeni suvarılaciq torpaq sahələrində kompleks meliorativ tədbirlərin həyata keçirilməsi ilə əkinə yararlı kənd təsərrüfatı təyinatlı torpraqlar kateqoriyasına aid edilməsinə, onlardan səmərəli istifadə edilməsi və bu sahələrdə iri kənd təsərrüfatı məhsullarının istehsalı müəssisələrinin yaradılması zərurəti yaranmışdır. Cavabdeh başçısının ##.##.2004-cü il tarixli *** nömrəli sərəncamı ilə Çölquşçu inzibati Ərazi Dairəsinin keçmiş Liman təsərrüfatının ərazisindən icarəyə verilmiş 100 ha torpaq sahəsi rayonda icrası davam edən yeni suvarılacaq əkin dövriyyəsinə daxil olan 14922 ha torpaq sahəsinin, yəni "Samur-Abşeron suvarma sisteminin yenidən qurulması" layihəsinin tərkib hissəsi olduğu üçün X1 ilə bağlanmış icarə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi nəzərdə tutulmuşdur. Əlavə olaraq qeyd edilir ki, icarə müqaviləsinə xitam verildikdən sonra həmin torpaq sahəsinin əvəzinə kənar ərazidən torpaq sahəsi ayrılması məqsədilə Şabran bələdiyyəsinə müraciət etməsi X1 tövsiyyə olunur. Cavabdeh Şabran şəhəri R.Behbudov küçəsi ev 2 ünvanda yaşayan X1 ünvanladığı ##.##.2016-cı il tarixli **** nömrəli məktubda bildirilir ki, Cavabdeh başçısının ##.##.2004-cü il tarixli *** nömrəli sərəncamı ilə Çölquşçu inzibati Ərazi Dairəsinin keçmiş Liman təsərrüfatının ərazisindən X1 icarəyə verilmiş 100 ha torpaq sahəsi rayonda icrası davam edən yeni suvarılacaq əkin dövriyyəsinə daxil olan 14922 ha torpaq sahəsinin, yəni "Samur-Abşeron suvarma sisteminin yenidən qurulması" layihəsinin tərkib hissəsi olduğu üçün onunla bağlanmış icarə müqaviləsinə Cavabdeh ##.##.2016-cı il tarixli *** nömrəli sərəncamı ilə vaxtından əvvəl xitam verilmişdir. Icarə müqaviləsi ləğv edilmiş torpaq sahəsinin əvəzinə başqa yerdən torpaq sahəsi ilə təmin olunması üçün rayon Kənd Təsərrüfatı idarəsi müraciət etməsi tövsiyyə olunur. Cavabdeh inzibati orqan tərəfindən iddiaçı X1 icarə müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi barədə ##.##.2016-cı il tarixli məktub və icarə müqaviləsinə vaxtından əvvəl xitam verildiyi barədə ##.##.2016-cı il tarixli məktub ünvanlanmışdır. Lakin məktubların iddiaçı X1 çatdırılmasına dair yazılı sübutlar məhkəməyə təqdim olunmadığına görə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı X1 rayon Icra Hakimiyyətinin ##.##.2016-cı il tarixli *** nömrəli sərəncamını mübahisələndirmək üçün müəyyən edilmiş müddəti ötürməmişdir, iddia mümkün iddia olsa da, əsassızdır. Hazırkı mübahisənin predmeti sonradan qəbul edilmiş ##.##.2017-ci il tarixli ** nömrəli sərəncamın və ya "xxxx" MMC-nin əldə etdiyi icarə hüququnun qanuniliyi deyil, Cavabdeh başçısının ##.##.2016-cı il tarixli *** nömrəli sərəncamının qanuniliyidir. Bu baxımdan apellyasiya şikayətində göstərilən arqumentlərin əhəmiyyətli hissəsi mübahisə predmeti ilə birbaşa bağlı olmadığından onlar birinci instansiya məhkəməsinin gəldiyi nəticənin yanlış olması qənaətinə gəlmək üçün əsas vermir. Bundan başqa, iş materiallarından görünür ki, mübahisəli torpaq sahəsi üzərində üçüncü şəxsin icarə hüququ dövlət qeydiyyatına alınmış, həmin hüquq sonradan ipoteka ilə yüklü edilmişdir. Belə olan halda, mübahisələndirilən inzibati aktın ləğvi hazırkı hüquqi vəziyyətə və dövlət qeydiyyatına alınmış hüquqlara da təsir göstərdiyindən, belə müdaxilə yalnız qanunla müəyyən edilmiş əsaslar mövcud olduqda mümkündür. Hazırkı iş üzrə isə belə əsaslar müəyyən edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə sübutları tam, obyektiv və hərtərəfli araşdırmış, onlara düzgün hüquqi qiymət vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Iddiaçının apellyasiya şikayəti rədd edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar