Məhkəmə qərarları › İş №2-1(3-8)-647/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-647/2026

25.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-647/2026 25.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hacıyev Vahid Məcid oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, X5 qızının katibliyi, Iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: IŞIN HALLARI: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2017-ci il tarixli **** nömrəli qərarı ilə iddiaçı İddiaçı “Qapalı kəllə-beyin travması. Baş beyin silkələnməsi. Kontuziya. Sol topuğun sıyrılmış yarası (qəlpə)” diaqnozlu xəstəliyinin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. TSEK-in elektron informasiya sistemindən çıxarışlara əsasən iddiaçı dəfələrlə TSEKdə müayinədən keçmiş və əlavə müayinəyə ehtiyacın olması, göndərişin natamam doldurulması, diaqnozun əlillik əlaməti təyin etməməsi və s. səbəblərdən ona əlilliyin təyin olunmasından imtina edilmişdir. Sonuncu dəfə TSEK-ə göndərilməsi üçün Sumqayıt Psixiatriya Xəstəxanası tərəfindən ##.##.2023-cü il tarixli X********QQX nömrəli göndəriş (Forma 088) verilmişdir. Həmin göndərişə əsasən TSEK-ə göndəriş zamanı əsas diaqnozu: XBT 10 T90.5 “Kəllədaxili travmaların nəticələri. Keçirilmiş (1993) qapalı kəllə beyin travmasından sonrakı ensefalopatiya”, ağırlaşmaları: F07.0 “Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, koqnitiv funksiyaların enməsi ilə”, F06.6 “Üzvi mənşəli emosional labil (astenik) pozuntu, Üzvi (keçirilmiş qapalı kəllə beyin travması) mənşəli emosional labil (astünik) pozuntu, yanaşı xəstəlikləri: M51.1 “Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, Boyun və bel fəqərələrinin radikulopatiyası, davamlı ağrılarla”, G40.8 “Epilepsiyanın digər formaları, Epilepsiya, tez-tez baş verən qıcolma tutmaları ilə (ayda 9-11 dəfə), S06 “Kəllədaxili travma, Qapalıkəllə-beyin travması. Baş beyin silkələnməsi. Kontuziya”, I67.2 “Serebral ateroskleroz”, G93.2 “Xoşxassəli kəllədaxili hipertenziya, Kəllə daxili hipertenziya” qeyd edilmişdir. Həmin göndəriş əsasında iddiaçının əlilliyi cavabdeh tərəfindən ##.##.2024-cü il tarixdə qiymətləndirilərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən “Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə” ##.##.2024-cü il tarixli qərar qəbul edilmişdir. Bundan sonra iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnə qarşı “tibb müəssisəsinin ##.##.2024-cü il tarixli X********AET saylı forma 88-tibbi göndərişi əsasında onun telefon nömrəsinə SMS vasitəsilə daxil olmuş “diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə ##.##.2024-cü il tarixli qərarını ləğv etməklə ona həmin göndəriş əsasında əlillik dərəcəsinin-orqanizmin funksiyasının pozulması faizinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin ##.##.2024-cü il tarixli qərarı, etiraz ərizəsi, müayinə aktının surəti, iddiaçıya aid xəstəlik sənədlərinin surəti, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin T***/**** nömrəli ekspert rəyi və digər sənədlər iş materiallarına əlavə edilmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI Birinci instansiya məhkəməsində icraat Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.1967-ci ildə anadan olmuş və 1993-cü ildə Zəngilan rayon hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış və döyüş zonasında hərbi xidmət keçərkən ##.##.1993-cü ildə travma almış,##.##.1993-cü ildən ##.##.1993-cü il tarixə kimi * saylı şəhər Klinik Xəstəxanasında müayinə və müalicə olunmuş, ona «qapalı kəllə beyin travması, baş beyin silkələnməsi,kontuziya,sol topuğun sıyrılmış yarası,(qəlpə) diaqnozu qoyulmuşdur. AR Müdafiə Nazirliyinin ##.##.2017-ci il tarixli **** saylı Qərarına əsasən bu travma hərbi travma hesab olunaraq Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığı qeyd olunmuşdur. O, uzun illər bu xəstəliklərdən müalicələr almış, lakin müalicələr heç bir müsbət nəticə verməmişdir və dəfələrlə tibb müəssisəsi tərəfindən onun barəsində tibbi göndərişlər cavabdeh orqana göndərilsə də cavabdeh hər dəfə «diaqnoz əlillik əlaməti təyin etmir» səbəbi ilə imtina etmişdir. Həmçinin iddaçı stasionar və ambulator müalicələr qəbul etmiş və bu gün də bu müalicələri davam etdirir.Lakin onun səhhətində ağırlaşmalar baş vermiş və sonuncu müayinə ilə ona «keçirilmiş QKBT-nin (1993) davamlı qalıq əlamətləri, baş beyin silkələnməsi, kontuziya, xoşxassəli kəllədaxili hipertenziya, serebral ateroskleroz, baş beynin üzvü xəstəliyi (travma) nəticəsində kəskin şəxsiyyət dəyişkənliyi, kobud davranış pozuntuları, depresiv daxilolmalar, koqnitiv funksiyaların enməsi ilə, epilepsiya, tez-tez baş verən tutulmalar (ayda 9-11 dəfə) boyun və bel fəqərələrinin radikulopatiyası davamlı ağrılarla» diaqnozu qoyulmuşdur. Bundan başqa o xxxxnda müayinə edilmiş və mərkəzin baş direktoru F.Ismayılov tərəfindən «üzvü (müharibə zamanı alınmış ravma nəticəsində) şəxsiyyət pozuntusu,depressiv daxilolmalar,koqnitiv funksiyanın etməsi ilə F07.0» diaqnozu qoyulmuşdur. Iddiaçı bu xəstəliklər üzündən heç yerdə işləyə bilmir, əmək qabiliyyətsizdir, daima ağrılardan əziyyət çəkir, tez-tez epileptik tutmalar baş verir və bu da onun üçün ciddi problemlər yaradır. Travma nəticəsində düçar olduğu xəstəliklər-diaqnoz ona əlillik təyinatına tam əsas verdiyi halda cavabdeh orqan ona əlillik dərəcəsini təyin etməkdən imtina etmiş və ##.##.2024-cü il tarixli X********AET saylı forma 88-tibbi göndərişi əsasında «diaqnoz əlillik əlaməti təyin etmir» barədə ##.##.2024-cü ildə mobil telefon nömrəsinə SMS daxil olmuş və eyni zamanda həmin SMS-ə bildirilmişdir ki, qərarla razı olmadığı halda 30 gün ərzində məhkəməyə müraciət edə bilər. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək bildirmişdir ki, iddiaçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh X2rşı "qərarın ləğv olunması və əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iş üzrə bildiririk ki, iddiaçının inzibati orqan tərəfindən verilmiş imtinadan məlumat ##.##.2024-cü ildə sms vasitəsi ilə olmuşdur və bundan 30 gün şikayət verməli olduğu halda 37 gün sonra məhkəməyə şikayət verdiyi üçün iddianın mümkünsüz hesab olunmasını xahiş edirik. Bundan başqa Sumqayıt şəhər sakini ##.##.1967-ci il təvəllüdlü İddiaçı əlillik vəziyyəti DTSERA ##.##.2022-ci il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS: 22420321161). Növbəti dəfə əlillik vəziyyəti DTSERA-da ##.##.2023-cü il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS: 3-17-4/3-1-21892/2023). Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2017-ci il tarixli **** nömrəli Qərar verilmişdir. Həmin qərarda "Qapalı kəllə-beyin travması. Baş-beyin silkələnməsi. Kontuziya. Sol topuğun sıyrılmış yarası (qəlpə)" diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. Qeyd edilir ki, vətəndaş ##.##.2022-ci il tarixdə DTSERA-da əyani müayinədə olmuş, "Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrılarından, görmənin torlu olmasında şikayətlənmiş, bəzən medikamentoz preparatlardan arada ağrıkəsicilər qəbul etdiyini ifadə etmiş, alının sol tərəfində çapıq qeyd olunmuş, əlillik təyinatına əsas verən patofunksional pozuntu və hərəki məhdudiyyət aşkar edilməmişdir.” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Növbəti dəfə, vətəndaş ##.##.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı bütün bədənində ağrıların, bel nahiyəsində protruziyaların olmasından şikayətlənmişdir. Anamnestik məlumatlarında dəfələrlə özünə qəsd etmək istədiyini, bir ildir əsmələrinin olduğunu bildirmiş, medikamentoz preparatlardan “Depakin” və “Fillepsal” qəbul etdiyini qeyd etmişdir. Vətəndaş komissiya otağına daxil olduğu andan sağ yuxarı ətrafını əsdirmiş, lakin təqdim olunmuş tibbi müayinə və müalicə sənədlərində bu əsmələri izah edən diaqnoz qeyd olunmamışdır. Təqdim olunmuş başbeynin instrumental müayinə nəticələri arasında uyğunsuzluq aşkarlanmış, həmçinin MedEra hospitalın ##.##.2022-ci il tarixli və ##.##.2021-ci il tarixli Baş Beynin KT müayinəsinin nəticələri tamamilə eyni olması, həmçinin üzərində tarix düzəlişi olunması sənədlərin doğruluğuna şübhə yaratmışdır. Nevroloji baxış zamanı periferik sinir zədələnmə əlaməti izlənilmiş, yuxarı və aşağı ətraflarda hipotrofiya, atrofiya, parez, iflic aşkarlanmamışdır. Müayinə zamanı alın nahiyəsində çapıq toxuma izlənilmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuşdur. Hal-hazırda nümayış etməyə çalışdığı klinika əsassız və simulasiya xarakteri daşımış, psixoproduktiv əlamətlər və davranış pozuntusu əlamətləri aşkar edilməmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdi. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı komissiya otağına daxil olduğu andan boynunu tutaraq şiddətli başağrıları, əsəbilikdən şikayətlənmişdir. Anamnestik məlumatlarında 1993-cü ildə travma aldığını, ~8-9 ildir yüksək arterial təzyiq kimi şikayətinin başladığını, şiddətli başağrıları səbəbindən intihar etmək istədiyini bildirmiş, medikamentoz preparatlardan "Finlepsal", "Depakin" qəbul etdiyini qeyd etmişdir. Müayinə zamanı arterial təzyiqi 180/90 mm cv st, saturasiyası SpO2 98%, nəbzi 81 vurğu kimi müəyyənləşdirilmiş, ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuşdur. Nevroloji statusunda sümüküstü və vətər reflekskləri canlı alınmış D=S, əzələ gücü ətraflarda 5 (beş) bal, əzələ tonusu normal daxilində, Romberq vəziyyətində dayanıqlı, patoloji reflekslərdən "Marinesko-Radoviç", "Hoffman", "Babinski" reflekslər mənfi olmuş, əlillik təyinatına əsas verən nevroloji defisit müşahidə edilməmişdir. Psixi statusunda bələdliyi bütün istiqamətlərdə saxlanılmış, əyani müayinə zamanı kobud simulyativ davranış nümayiş etdirmiş, verilən suallara qıcıqlı halda cavablar vermişdir. Şikayətlərini tam olaraq qeyd edə bilməmiş, şikayətləri, aparılan müalicələr ilə tibbi sənədlər arasında uyğunsuzluq müəyyənləşdirilmişdir. X4 ##.##.2023-cü il tarixli Beyin MRT müayinəsinin nəticəsi "Hər iki beyin yarımkürəsində beyin toxumasının əsasən alın-təpə payları səviyyəsində subkortikal ağ maddəsində ocaqlı fokal qlioz sahələri (anamnezində travma olduğuna görə posttravmatik qliotik ocaqlı sahələrin uyğunluğu kliniki olaraq dəyərləndirilsin). III (üçüncü) və lateral mədəciklərin qeyri-kobud sıxılması, hipofiz vəzin Türk yəhəri dibinə doğru sıxılaraq aypara şəklini alması-intrakranial hipertenziya lehinə. Kranial kortikal atrofik MRI görüntülər" kimi olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır.2 X7 Xəstəxanasının ##.##.2023-##.##.2024-cü il tarixli *****/** nömrəli Çıxarışında diaqnoz "Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişiklikləri, kobud davranış pozuntuları, depressiv daxilolmalar və yaddaşın enməsi” kimi olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X4 ##.##.2023-cü il tarixli Beyin KT müayinəsinin nəticəsi "Serebral atrofiyaya bağlı subaraxnoidal sahələr, beyin sulkuslarında və yan mədəciklər passiv dilatasiya izlənildi. Hər iki serebral hemisferde periventrikulyar ağ maddədə xronik işemiyaya bağlı hipodens ocaqlar qeyd edildi” kimi qeyd olunmuşdur. xxxxnın ##.##.2024-cü il tarixli **** nömrəli Tibbi rəyində diaqnoz "Üzvi (müharibə zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, kognitiv funksiyaların enməsi ilə" kimi olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X4 ##.##.2024-cü il tarixli EEQ müayinəsinin nəticəsi "Beyin qabığının funksional aktivliyinin (əsasən sağ yarımkürədə) enməsi, diffuz tipli dəyişiklikləri (ensefalopatiya əlamətləri, 1993cü ildə kəllə-beyin travmasını və kontuziyanı qeyd edir) və sol ənsə, gicgah payların paroksizmlərə meyilliyi izlənilir" kimi olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin (hakim Rahim Həsənov) ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnin əlilliyin təyin olunmasından imtina edilməsi barədə ##.##.2024-cü il tarixli qərarı ləğv edilmiş, iddiaçı Məmmədova Mirzə Misir oğluna ## ### 2024-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar orqanizm funksiyalarının 35-60 faiz pozulmasına görə iki il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh X2 üzərinə qoyul qoyulmuşdur. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi publik hüquqi şəxs tərəfindən verilmiş ##.##.2025-ci il tarixli T***/**** nömrəli ekspert rəyində göstərilir ki, “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” (F07.0) diaqnozu qoyulmuşdur. Üzvi (II Qarabağ müharibəsi zamanı aldığı barotravma nəticəsində) şəxsiyyət pozuntusu diaqnozlu psixi pozuntunun Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar aldığı xəsarətlərlə səbəbli əlaqəsi mövcuddur. Göründüyü kimi iddiaçıda müvafiq xəstəlik və xəsarət aşkar edilmişdir. Nəzərə alınmalıdır ki, əlillik təyinatının aparılması səlahiyyəti cavabdeh Azərbaycan Respublikası Əmək və Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnə məxsus olduğuna görə iddiaçının əmək qabiliyyəti və davranışları qiymətləndirilərək, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.1 və ya 7.6.2.2-ci bəndində göstərilmiş meyarlar ilə Orqanizmin funksiyalarının pozulması faizi müəyyən edilərək əlillik təyinatı aparılmalıdır.” Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, analoji işlərdə məhkəmənin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliklərin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Birinci instansiya məhkəməsi sırf ekspert rəyinə istinad edərək səhv nəticəyə gəlmişdir. Göndərişdə qeyd olunan diaqnoz “Diaqnoz əlillik əlaməti təyin etməməsi” halında məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın təqdim olunmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBIQ EDILƏN HÜQUQ: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. ... 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ... 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: ... 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: ... 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; ... 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları” na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” nə əsasən müəyyən olunur. ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra - Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbihəkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri” nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası: 1.3-cü bənd. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini Idarəetmə Birliyinin rəsmi internet saytında yerləşdirilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; ... 2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi-həkim-məsləhət komissiyasına müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən, xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6-cı bənd. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (IPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (IPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, habelə prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Işdən görünür ki, cavabdeh tərəfindən iddiaçının əlilliyi ##.##.2024-cü il tarixdə qiymətləndirilərək ona “diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə imtina cavabı verilmişdir. Cavabdeh orqanın imtina qərarı ##.##.2024-cü il tarixdə sistemə daxil edilmiş və həmin tarixdə iddiaçının mobil telefon nömrəsinə SMS göndərmiş və eyni zamanda həmin SMS-lə bildirilmişdir ki, qərarla razı olmadığı halda 30 gün ərzində məhkəməyə müraciət edə bilər. Iddiaçı verilən imtina ilə razılaşmayaraq, cavabdehin ##.##.2024-cü il tarixli qərarının ləğv edilməsi və ona əlilliyin təyin edilməsi tələbi ilə 30 gün ərzində ##.##.2024-cü il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaçıya əlilliyin təyin edilməsindən imtinada və apellyasiya şikayətinin dəlillərində diaqnozun əlillik əlaməti təyin etmədiyini qeyd etsə də, tibb müəssisəsi tərəfindən iddiaçı barəsində tərtib edilmiş göndərişdə (Forma 88) qeyd olunan diaqnoz birinci instansiya məhkəməsində araşdırma zamanı iş üzrə alınmış ekspert rəyləri ilə təsdiq edilmiş və həmin diaqnozun əlillik təyinatına əsas verdiyi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi publik hüquqi şəxs tərəfindən iddiaçının əyani müayinəsi keçirilərək ##.##.2025-ci il tarixli T***/**** nömrəli ekspert rəyi verilmişdir. Həmin rəydən görünür ki: - məhkəmə-tibbi müayinə zamanı hər iki yuxarı və aşağı ətraflarda hərəkətlərin sərbəst olması müşahidə edilmiş, atrofiya, kontraktura, parez qeyd edilməsə də, zahirən gərgin və münaqişəyə meyilli olması izlənilmiş, ünsiyyətə həvəssiz daxil olmuş, verilən sualları qısa cavablandırmışdır. - vətəndaş İddiaçı “xxxx”nda 23.01-##.##.2025-ci il tarixlərdə “F07.0 - “üzvi mənşəli şəxsiyyət pozğunluğu” diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur, yəni o, hazırda həmin xəstəlikdən əziyyət çəkir. - vətəndaş İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı “X3”ə göndərilmiş və ##.##.2025-ci il tarixdə adına icra edilmiş beyin MRT müayinə nəticəsində qeyd edilmişdir: beyin yarımkürələrində, beyincikdə, arxa kəllə çuxuru beyin strukturlarında həcmli patologiya aşkar olunmamışdır. Hazırda kəsnkin dövrə aid patoloji görüntü qeyd edilməmişdir. Lakin hər iki beyin yarımkürəsində beyin toxumasının kortiko-subkortikal dərin ağ maddəsində əsasən alın-təpə payları səviyyəsində FLAIR hiperintensivli (sağ beyin yarımkürəsində - 6 mm) fokal ocaqlı qlioz sahələri izlənilir. Kortikal sulcus və girusların dərinliyi və genişliyi artmışdır. Atrofiyaya bağlı III və lateral mədəciklər genişlənmişdir. “Boş tipli” Türk yəhəri sindromu diqqəti cəlb edir. Sellyar, parasellyar və pineal sahələr genişlənməmiş, VII-VIII sinir kompleksi, vestibulyar aparat və koxleada patologiya təyin edilməmişdir. Qeyd edilən fokal ocaqlı qlioz sahələrinin müəyyən edilməsi əsasən qapalı kəllə-beyin travması keçirilmiş şəxslərin baş beyinin MRT müayinəsində aşkar edilir. Həmçinin, işdən görünür ki, “xxxx” X2də də iddiaçı dəfələrlə əyani müayinələrdə olmuş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ##.##.2023-cü il tarixli *-**/*-*-***/**** nömrəli “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun olaraq İddiaçı xxxxnıne nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuşdur. Onun barəsində Həkim Psixiatr Komissiyası ##.##.2023-cü il tarixli *** nömrəli və ##.##.2024-cü il tarixli **** nömrəli müvafiq rəylər vermişdir. Belə ki, ##.##.2023-cü il tarixdə keçirilmiş müayinə zamanı ona “F07.0 Üzvi şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, koqnitiv funksiyaların enməsi ilə” diaqnozu, ## ###### 2024-cü il tarixdə keçirilmiş müayinədə isə ona “F07.0 Üzvi (müharibə zamanı alınmış travma nəticəsində) mənşəli şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, koqnitiv funksiyaların enməsi ilə” diaqnozu qoyulmuşdur. (iş v.17-18) Kollegiya qeyd edir ki, cavabdeh iddiaçıya qoyulmuş diaqnozun əlillik əlaməti təyin etmədiyini qeyd etsə də, tibb müəssisəsi tərəfindən iddiaçı barəsində tərtib edilmiş X********QQX nömrəli göndəriş, məhkəmə-tibbi ekspertizasının rəyi, o cümlədən, ixtisaslaşdırılmış tibb müəssisəsi tərəfindən verilmiş Həkim Psixiatr Komissiyasının rəylərinin qarşılıqlı təhlilindən müəyyən edilir ki, hazırda iddiaçıda göndərişdə göstərilən əsas diaqnozun ağırlaşması olan F07.0 kodlu “Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, koqnitiv funksiyaların enməsi ilə” diaqnozlu xəstəlik aşkar edilir. Belə ki, F07.0 kodlu xəstəlik isə AR Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın Psixi və davranış pozuntuları” bölməsinin 7.6.2.1, 7.6.2.2-ci bəndlərinə əsasən orqanizmin funksiyalarının pozulmasına görə əlilliyin təyin edilməsinə əsas verən xəstəliklərə aiddir. “Əlilliyin müəyyən olunması meyarları”nın həmin bəndlərindən görünür ki, F07.0 kodlu xəstəlik: - əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) halında orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə; - məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti olduğu hallarda isə orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə əlilliyin təyin edilməsinə əsas verir. Beləliklə, qeyd olunanlara əsasən iddiaçıda F07.0 kodlu xəstəliyin “Əlilliyin müəyyən olunması meyarları” nın 7.6.2.1-ci bəndində qeyd olunduğu kimi - müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) kimi patofunksional əlamətlərlə müşahidə edildiyi müəyyən edilir. Cavabdeh apellyasiya şikayətinin dəlillərində əlavə olaraq bildirmişdir ki, məhkəmə xüsusi bilik tələb edən sahədə qərar çıxararaq cavabdehin diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “Inzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən, diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni, əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bu mənada, apellyasiya şikayətinin həmin dəlili əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir. Beləliklə, işin qeyd edilən hallarına əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti rədd edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar