AzərbaycanRespublikasıadından Qərardad Sumqayıtşəhəri İş№2-1(3-8)-648/2026 02.06.2026 SUMQAYITAPELLYASIYAMƏHKƏMƏSI HakimlərBabayevaHöküməÇingizqızı(sədrlikedənvəməruzəçi), AxundovToğrulBəhruzoğluvəHacıyevVahidMəcidoğlundanibarəttərkibdə, X1qızınınkatibliyi, Iddiaçıİddiaçıiştirakıilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “qərarın ləğvi və xəstəlik haqqında şəhadətnaməyə düzəliş edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəməbaxışıqaydasındabaxaraqaşağıdakıqərardadıqəbuletdi. IŞIN HALLARI:
1. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən iddiaçı barəsində tərtib edilmiş ## #### 2017-ci il tarixli, **** nömrəli “Xəstəlik haqqında Şəhadətnamə” yə əsasən onun “Mina partlayış travması (##.##.2017) nəticəsində sağ baldırın 1/3-i səviyyəsindən travmatik qopmasına, hər iki aşağı və yuxarı ətrafların, xayalığın çoxsaylı kor qəlpə yaralanmalarına görə aparılmış sağ baldırın yuxarı 1/3-i səviyyəsində amputasiyası, yaraların birincili cərrahi işlənməsi (##.##.2017), sağ baldırın yuxarı 1/3-i səviyyəsində reamputasiyası (##.##.2017) cərrahi əməliyyatlarından sonrakı güdülü. Qapalı, kəllə-bəyin travması, başbeyin silkələnməsindən sonrakı vəziyyət” diaqnozlu xəstəliyinin səbəb əlaqəsi “hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir.
2. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi- Həkim Komissiyasına ərizə ilə müraciət edərək, ##.##.2017-ci il tarixli, **** nömrəli “Xəstəlik haqqında şəhadətnamə” də xəsarətlərinin səbəb əlaqəsinin hərbi travma olmaqla hərbi xidmət zamanı yox, döyüş tapşırığını yerinə yetirərkən alınmağını müəyyən edərək düzəliş edilməsinixahişetmişdir.
3. Cavabdeh ##.##.2025-ci il tarixli, **/**** nömrəli məktubu ilə müraciətin icrasından imtina edərək bildirmişdir ki, travmanın hərbi xidmətlə səbəb əlaqəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2008-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında əsasnamə” nin 7.2-c bəndinin c) yarımbəndinə əsasən “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən alınmışdır” kimidüzgüntəyinedilmişdirvədəyişdirilməsiüçünəsasyoxdur.
4. Imtina cavabı ilə razılaşmayan iddiaçı İddiaçı ##.##.2025-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi-Həkim Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ##.##.2025-ci il tarixli, **/**** nömrəli imtina qərarının ləğv olunması və ona verilmiş ##.##.2017-ci il tarixli, **** nömrəli “Xəstəlik haqqında şəhadətnamə” də xəsarətlərinin hərbi travma olmaqla, hərbi xidmət zamanı yox, döyüş tapşırığını yerinə yetirərkən almağı faktı müəyyən edilməklə, yanlışlıqların düzəldilməsi öhdəliyinincavabdehinüzərinəqoyulmasınıxahişetmişdir.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat
5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissədən verilmiş ##.##.2018-ci il tarixli, ** nömrəli “travma haqqında arayış” dan, həmçinin, N saylı hərbi hissədən verilmiş ##.##.2022-ci il tarixli, **** nömrəli “travma haqqında arayış” dan görünür ki, iddiaçının xəsarətləri döyüş tapşırığını yerinə yetirərkən alınmışdır. Qeyd edir ki, arayışda yazılanlar həqiqəti əks etdirir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Klinik Hospitalından verilmiş ##.##.2017-ci il tarixli, **** nömrəli ** nömrəli forma, **** nömrəli arayışında, həmçinin, cavabdeh tərəfindən təsdiq olunmuş ##.##.2017-ci il tarixli, **** nömrəli “Xəstəlik haqqında şəhadətnamə” də iddiaçının aldığı xəsarətlərin “hərbi travmanı hərbi xidmət vəzifələrini yerinə yetirərkən almışdır” kimi göstərilərək, yanlışlığa yol verilmişdir. Belə ki, iddiaçı travmanı və xəsarətləri döyüş tapşırığını yerinə yetirərkən almışdır. Odur ki, xəstəlik haqqında şəhadətnamədə iddiaçının aldığı xəsarətlərin səbəbləri açıq-aydın formada düzgün yazılmalı, səhv və yanlışlıq düzəldilməlidir. Cavabdehin ##.##.2025-ci il tarixli, **/**** nömrəli imtina aktında yazılmışdır ki, 2017-ci ildə iddiaçının aldığı xəsarət “hərbi travmadır, hərbi xidmət vəzifəni yerinə yetirərkən alınmışdır” kimi düzgün təyin edilmişdir və dəyişdirilməsi üçün əsas yoxdur. Iddiaçı bu qərardannarazıdırvəonagörədəməhkəməyəmüraciətetmişdir.
6. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2008-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” nin 7.3-cü maddəsinin tələblərinə əsasən MN MHHK-sı vətəndaşın aldığı travmanın hərbi xidmətlə səbəb əlaqəsini travmanın alınma şəraitini müəyyən edən hərbi hissə komandirinin verdiyi travma haqqında arayışa uyğun olaraq çıxarır. N saylı hərbi hissə komandirinin verdiyi ##.##.2017-ci il tarixli, **** nömrəli travma haqqında arayışda iddiaçının “hərbi xidməti vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən” travma aldığı göstərilmişdir. Bu səbəbdən də, MN MHHK-sı “Əsasnamə” nin 7.3-cü maddəsinin tələblərinə uyğun olaraq iddiaçının aldığı travmanın hərbi xidmətlə səbəb əlaqəsini düzgün olaraq “hərbi travmadır, hərbi xidməti vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi təyin etmişdir. Iddiaçıya təyin edilmiş “mina partlayış travması (##.##.2017) nəticəsində sağ baldırın 1/3-i səviyyəsindən travmatik qopmasına, hər iki aşağı və yuxarı ətrafların, xayalığın çoxsaylı kor qəlpə yaralanmalarına görə aparılmış sağ baldırın yuxarı 1/3i səviyyəsində amputasiyası, yaraların birincili cərrahi işlənməsi(##.##.2017), sağ baldırınyuxarı 1/3-i səviyyəsində reamputasiyası (##.##.2017) cərrahi əməliyyatlarından sonrakı güdülü. Qapalı, kəllə-beyin travması, başbeyin silkələnməsindən sonrakı vəziyyət” diaqnozu ilə olan xəsarətin hərbi xidmətlə səbəb əlaqəsinin “hərbi travmadır, Azərbaycan Respublikası müdafiəsi zamanı alınmışdır” kimi təyin edilməsi Əsasnamənin 7.3. bəndinin və 7.2. bəndinin “a” yarımbəndinin 3-cü abzasının tələblərinə ziddir. Bu MN MHHK-nın diskresion səlahiyyətlərinə aid olduğundan həmin orqanın üzərinə qeyd edilən öhdəliyin qoyulması qanunauyğunhesabediləbilməz. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərardadıiləiddiamümkünsayılmamışdır(hakimMehribanMahmudlu-Abbaszadə).
8. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, hazırkı işdə iddiaçı ##.##.2017-ci il tarixli şəhadətnamənimübahisələndirdiyindən iddia növünə görə mübahisələndirmə haqqında iddiadır. Bəzihallarda, bu tələbə məcburetmə iddia növündə baxılır. Bu zamanda iddiaçı əgər inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi əsasları kimi inzibati akt qəbul edilərkən mövcud olmuş, düzgün müəyyən edilməmiş hallara istinad edirsə, o zaman iddiaçı hüquqi marağına mübahisələndirmə haqqındaiddia qaldırmaqlaçatabilər. Çünki, iddiaçının tələbinin əsası kimi o hal çıxış edir, cavabdeh inzibati orqan inzibat aktı qəbuledərkənqanunsuzluğayol vermişdir. Hazırki tələbə o halda məcburetmə haqqında iddia kimi baxıla bilər ki, iddiaçı qərarın qəbul edilməsi zamanı mövcud olan hallara deyil, sonradan yaranmış əsaslara istinad etmiş olsun. Baxılan işdə iddiaçı xəstəliyinin səbəb əlaqəsinin dəyişdirilməsini arzulayır ki, bu inzibati aktındəyişdirilməsiilə bağlı mübahisələndirmə haqqındaiddiadır. Nəzərə alınmalıdır ki, qüvvədə olan qanunvericilik (IPMin 38.1-ci maddəsi) belə aktların mübahisələndirilməsi (ləğv edilməsi) ilə bağlı iddiaların irəli sürülməsi üzrə 30 gün müddət müəyyən etmişdir. Iddiaçının hazırki iddia ərizəsi ##.##.2025ci il tarixdə məhkəməyə tarixdə daxil olmuş və nəticədə iddiaçı, mübahisələndirdiyi qərarın 7 ildənartıqmüddətkeçəndənsonramübahisələndirərəkiddiamüddətiniötürmüşdür.
9. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək, işə mahiyyəti üzrə baxılmaqla iddianın təmin edilməsinixahişetmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri
10. Iddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, 2025-ci ildə Şamaxı Rayon Icra Hakimiyyətində olarkən “hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət alma” ilə “döyüş tapşırığını yerinə yetirərkən xəsarət alma” nın fərqli anlayışlar olduğunu müəyyən etmişdir. Elə həmin tarixdə də müvafiq sənədlərinitoplayıbhazırkıiddiailəSumqayıtInzibatiMəhkəməsinəmüraciətetmişdir.
b)Apellyasiyaşikayətinəqarşıetiraztəqdimedilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətintəminedilməsinixahişetmişdir.
12. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Inzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını və qərardad qəbul edilməsini mümkün hesab etmişdir.
TƏTBIQ OLUNAN HÜQUQ:
13. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə12.Işinhallarınınaraşdırılmasıprinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlartələbedəbilər. ... Maddə13.Məhkəməninyardımetməkvəzifəsi Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdimolunmasındaprosesiştirakçılarınayardımetməyəborcludur. Maddə33.Məcburetməhaqqındaiddia 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etməkvəzifəsinicavabdehinüzərinəqoymağıməhkəmədəntələbedəbilər. 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyihallaraşamilolunur. Maddə38.Iddiamüddəti ... 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyivaxtdan30günmüddətindəqaldırılabilər. ... Maddə87.Apellyasiyainstansiyasıməhkəməsindəicraat 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəməqərarınıləğvedərəkişimüvafiqinzibatiməhkəməyəgöndərəbilər: 87.7.1.inzibatiməhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2.inzibatiməhkəmətərəfindənmahiyyətiüzrəqərarqəbuledilmədikdə.
APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI
14. Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində (IPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (IPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayətqəbulolunabilənhesabedilir.
15. Birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
16. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, hazırki iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. 17.Yaranmışmübahisəiləbağlıkollegiyaaşağıdakılarıqeydedir:
18. Işin yuxarıda qeyd olunan hallarından göründüyü kimi Müdafiə Nazirliyi Mərkəzi Hərbi-Həkim Komissiyası tərəfindən iddiaçı barəsində tərtib edilmiş ##.##.2017-ci il tarixli, **** nömrəli “Xəstəlik haqqında Şəhadətnamə” - də onun mina partlayışı nəticəsində aldığı xəsarətlərin səbəb əlaqəsi “hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” kimi müəyyən edilmişdir. Iddiaçı isə bu səbəbli əlaqə ilə razılaşmayaraq xəsarətlərinin “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd olunması üçün cavabdehə müraciət etsə də, cavabdeh ##.##.2025-ci il tarixli məktubla bunun üçün əsas olmadığını bildirərək müraciəti təmin etməmişdir. Bundan sonra iddiaçı ##.##.2025-ci il tarixdə hazırkı iddia ilə məhkəməyə müraciət edərək, tələbində “Xəstəlik haqqında Şəhadətnamə” - də xəsarətlərin səbəbli əlaqəsinə münasibətdə düzəliş edilməsinixahişetmişdir.
19. Birinci instansiya məhkəməsi hazırkı iddianı mübahisələndirmə haqqında iddia kimi qiymətləndirərək, iddianın mümkün sayılmaması barədə mövqeyini iddia müddətinin ötürülməsiiləəsaslandırmışdır.
20. Məhkəmə kollegiyası işə baxan məhkəmənin mövqeyi ilə razılaşmayaraq, ilk növbədə, bildirir ki, hazırkı halda iddiaçının hüquqi marağına uyğun olaraq qaldırılmış iddianın növü ilə bağlı məsələyə və bunun üzərindən iddia müddətinin tətbiq edilib-edilməməsi məsələsinəqiymətverilməlidir.
21. Iddianın növünü dəqiq müəyyən etmək üçün kollegiya mübahisə predmeti olan Hərbi- Həkim Komissiyasının (HHK) qərarlarının hüquqi təbiətinə toxunmağı zəruri hesab edir. Xüsusilə də, şəxsin aldığı xəsarət və ya xəstəliklərin səbəbli əlaqəsinin komissiya tərəfindən müəyyən edilməsinin inzibati akt qismində çıxış edib-etməməsi hüquqi qiymətləndirmənin fundamentaləsasınıtəşkiledir.
22. Inzibati hüquq nəzəriyyəsinə əsasən inzibati aktın ən mühüm təsnifat elementi onun "tənzimləmə" (nizamasalma) xüsusiyyətinə malik olmasıdır. Belə aktlar idarəetmə orqanının sadəcə, daxili kargüzarlıq sənədi deyil, fərdin subyektiv hüquq sferasına yönəlmiş məqsədyönlü hakimiyyət iradəsidir. Həmin iradənin hüquqi təzahüründən asılı olaraq inzibati aktlarüçəsasqrupabölünür: Yaradıcı aktlar: Şəxs üçün tamamilə yeni hüquq və vəzifələr formalaşdıran və ya mövcud hüquqi münasibətlərə xitam verən aktlar (məsələn, tikinti icazəsi və ya lisenziyanın verilməsi). Dəyişdirici aktlar: Mövcud hüquqi statusun məzmununu, yaxud həcmini transformasiya edən aktlar (məsələn, vergi öhdəliyinin yenidən hesablanması, dövlət qulluqçusunun başqa vəzifəyə keçirilməsi). Müəyyənedici aktlar: Yeni hüquq yaratmayan, lakin mövcud olan qeyri-müəyyən və ya mübahisəli faktiki/hüquqi vəziyyəti dövlət hakimiyyəti gücü ilə rəsmən təsdiqləyən aktlar (məsələn, diplomun nostrifikasiyası, müharibə veteranı statusunun təsdiqi).
23. Müəyyənedici aktların hüquqi çəkisini tam dərk etmək üçün onları adi informativ arayışlardanfərqləndirənüçmühümmeyaradiqqətyetirilməlidir: Konkret iradə bəyanı: Inzibati orqanın hər yazılı mətni akt sayılmır. Arxiv arayışları və ya tibbi epikrizlər məlumat xarakterli faktiki fəaliyyətdir. Müəyyənedici akt isə hüquqi baxımdan faktın mövcudluğunu rəsmən təsdiqləyən, konkret iradə bəyanıdır. Tənzimləmə obyekti kimi mübahisənin həlli: Yaradıcı aktlardan fərqli olaraq, burada məqsəd yeni hüquq yaratmaq deyil, status və ya fakt ətrafında yaranmış şübhəni (mübahisəni) ortadan qaldırmaqdır. Burada tənzimlənən məsələ hüququn təməlində dayanan faktın "rəsmi tanınmasıdır". Maddi-hüquqi bağlayıcılıq (preyudisiya): Bu aktları əsl hakimiyyət tədbirinə çevirən onların yaratdığı mütləq hüquqi təsir gücüdür. Səlahiyyətli orqan tərəfindən xəsarətin müharibə ilə səbəbli əlaqəsinin təsdiqlənməsi digər dövlət qurumları üçün məcburi xarakter daşıyır. Heç bir digər orqan bu preyudisial faktı yenidən təftiş edə və ya şübhə altına ala bilməz. Müəyyənedici akt sonrakı idarəetmə prosesləri üçün dəyişməz təməl formalaşdırır.
24. Qeyd olunan nəzəri təməllər milli qanunvericiliyimizdə də öz dəqiq ifadəsini tapmışdır. "Inzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun (IIHQ) 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar,sərəncamvəyadigərnövhakimiyyəttədbiridir.
25. Qanunverici bu normada "nizama salmaq" və "həll etmək" terminlərini təsadüfən eyni konstruksiyadaişlətməmişdir.Buanlayışlarfərqlihüquqiiradələriehtivaedir: "Nizama salmaq" inzibati orqanın aktiv şəkildə yeni bir hüquqi vəziyyət yaratmaq və ya dəyişdirmək iradəsini ifadə edir. "Həll etmək" isə konkret hüquq/vəzifə yaratmasa da, idarəetmə orqanının qeyrimüəyyənliyi qiymətləndirərək mübahisəyə yekun vurmasını ehtiva edir. Məhz bu element müəyyənedici aktların konseptual əsasını təşkil edir.
26. Maddənin yekun elementi olan "hüquqi nəticələr yaradan" meyarı isə sənədin inzibati akt kimi tövsifi üçün yeganə kafi şərtdir. Aktın xarakterindən asılı olmayaraq, əgər o, ünvanlandığı şəxsin subyektiv hüquq sferasına kənardan birbaşa təsir göstərirsə, bu, birmənalıolaraqinzibatiaktdır.
27. IIHQ-nun 2.0.2-ci maddəsinin və yuxarıda göstərilən nəzəri tələblərin prizmasından yanaşdıqda, HHK tərəfindən xəsarətin (xəstəliyin) ölkənin ərazi bütövlüyünün müdafiəsi ilə səbəbli əlaqəsinin müəyyənləşdirilməsi sadəcə tibbi məlumatın bölüşülməsi hesab oluna bilməz. Bu, birbaşa olaraq mübahisəli hüquqi faktı "həll edən" və fərd üçün hüquqi nəticə doğuranhakimiyyətqərarıdır.
28. Sözügedən faktın müəyyən edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Nazirliyi, sığorta şirkəti və digər qurumlar üçün icrası məcburi olan preyudisial xarakter daşıyır. Çünki şəxsin "müharibə veteranı" və ya "müharibə əlili" statusunu alması, eləcə də, dövlət təminatlarına və sığorta ödənişlərinə çıxış əldə etməsi məhz bu rəsmi təsdiqdənasılıdır.
29. Yuxarıda göstərilənlərə əsasən, kollegiya hesab edir ki, səlahiyyətli komissiyanın xəsarətin səbəbli əlaqəsini müəyyən edən qərarı IIHQ-nun 2.0.2-ci maddəsinin tələblərini tam ehtivaedən,konkrethüquqinəticələryaradanmüəyyənediciinzibatiaktdır.
30. Buna görə də, əgər HHK şəxsin xəsarətinin döyüş əməliyyatlarının icrası ilə deyil, hərbi xidmət vəzifələrinin icrası ilə bağlı olduğu barədə yanlış müəyyənedici akt qəbul edibsə (yaxud lazımi qərarı qəbul etməkdən imtina edibsə), şəxsin sadəcə olaraq mübahisələndirmə haqqında iddiası verməsi hüquqların müdafiəsi üçün yetərli deyil. Çünki, mübahisələndirmə iddiası mövcud qərarı yalnız ləğv edəcək, lakin iddiaçının əsl hüquqi marağı qanunauyğun yeni inzibati aktın qəbul edilməsinə yönəlmişdir. Bu səbəbdən, qeyd olunan halda ən uyğun və effektiv müdafiə vasitəsi qismində Inzibati Prosessual Məcəllənin 33-cü maddəsində təsbit olunmuşməcburetməhaqqındaiddiaçıxışedir.
31. Nəzərə almaq lazımdır ki, inzibati prosessual hüquqda mübahisələndirmə və məcburetmə haqqında iddialar konseptual olaraq bir-birindən fərqlənən müdafiə vasitələridir. Belə ki, mübahisələndirmə haqqında iddialarda söhbət inzibati orqanın yaratdığı əlverişsiz hüquqi müdaxilənin aradan qaldırılmasından gedir. Məcburetmə haqqında iddanın predmeti isə inzibati orqan tərəfindən əlverişli inzibati aktın qəbul edilməsi ilə bağlı tələb hüququdur. Mübahisələndirmə haqqında iddia keçmiş inzibati aktı ləğv edir, məcburetmə haqqında iddia isəgələcəkaktınqəbulunayönəlir.
32. Hazırkı halda da, iddiaçı onun üçün daha əlverişli inzibati aktın qəbuluna nail olmaq məqsədilə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir, bu baxımdan, hazırkı iddia növünə görəməcburetməhaqqındaiddialaraaiddir.
33. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının icraatında olmuş analoji *-*(***)-****/**** nömrəli iş üzrə də iddiaçının tələbi Müdafiə Nazirliyi Mərkəzi Hərbi-Həkim Komissiyasına qarşı xəstəlik haqqında şəhadətnamədə göstərilmiş xəstəliyin səbəbli əlaqəsinin dəyişdirilərək “Hərbi travmadır, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı almışdır” kimi qeyd edilməklə yenidən şəhadətləndirilməsi barədə olmuş, kassasiya instansiya məhkəməsi yuxarıda qeyd olunan hüquqi mövqedən çıxış etməklə qeyd olunan iddianı məcburetmə haqqında iddia kimi qiymətləndirmişdir.
34. Bu iddia növü üzrə xüsusi mümkünlük şərtləri isə iddiaçının iddia ərizəsində göstərilən tələblə inzibati orqana müraciət etməsi və müraciətə imtina cavabı verildiyi tarixdən 30günmüddətindəməhkəmədəiddiaqaldırmasıdır.
35. Belə ki, həmin iddia üzrə isə xüsusi mümkünlük şərtləri müvafiq tələblə cavabdeh inzibati orqan müraciət və iddianın imtina cavabı alındığı 30 günlük müddət ərzində qaldırılmış olmasıdır.
36. Hazırkı işdən də görünür ki, iddiaçı müvafiq tələblə cavabdehə müaciət etmiş, ona ##.##.2025-ci il tarixdə imtina cavabı verilmiş və iddiaçı qanunla müəyyən edilmiş 30 günlük müddətərzində##.##.2025-ciiltarixdəməhkəmədəiddiaqaldırmışdır.
37. Beləliklə, kollegiya hesab edir ki, məcburetmə iddiası üzrə iddia müddətinə dair xüsusimümkünlükşərtininödənildiyimüəyyənedilir.
38. Iddiaçının huquqi marağının məcburetmə haqqında iddia vasitəsilə MN HHK-da yenidən şəhadətləndirilməsindən ibarət olduğu iş materiallarında olan sənədlərdən də görünür.
39. Belə ki, işdən görünür ki, iddiaçı barəsində əvvəlcə MN Silahlı Qüvvələrin Baş Klinik Hospitalı tərəfindən verilmiş ##.##.2017-ci il tarixli, **** nömrəli arayışda iddiaçının “mina partlayış travması (##.##.2017) nəticəsində sağ baldırın 1/3-i səviyyəsindən travmatik qopmasına, hər iki aşağı və yuxarı ətrafların, xayalığın çoxsaylı kor qəlpə yaralanmalarına görə aparılmış sağ baldırın yuxarı 1/3-i səviyyəsində amputasiyası, yaraların birincili cərrahi işlənməsi (##.##.2017), sağ baldırın yuxarı 1/3-i səviyyəsində reamputasiyası (##.##.2017) cərrahi əməliyyatlarından sonrakı güdülü. Qapalı, kəllə-bəyin travması, baş-beyin silkələnməsindən sonrakı vəziyyət” xəsarətini hərbi xidmət (hərbi toplanış) keçdiyi dövrdə ##.##.2017-ciiltarixdəaldığımüəyyənedilmişdir.
40. Bu arayış əsasında iddiaçı barəsində Mərkəzi Hərbi-Həkim Komissiyası tərəfindən tərtib edilmiş ##.##.2017-ci il tarixli, **** nömrəli “Xəstəlik haqqında Şəhadətnamə” də həmin xəsarətlərin səbəb əlaqəsi “hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinəyetirərkənalınmışdır”olaraqgöstərilmişdir.
41. Daha sonra MN N nömrəli hərbi hissə tərəfindən iddiaçı barəsində verilmiş ##.##.2018-ci il tarixli, ** nömrəli və ##.##.2022-ci il tarixli, **** nömrəli travma haqqında arayışlarda iddiaçının ##.##.2017-ci il tarixdə 13-cü mövqedə mina partlayışı nəticəsində “mina partlayış yaralanması, sağ baldırın aşağı 1/3-nin travmatik qopması, bədənin müxtəlif nahiyələrinin qəlpə yaralanması” xəsarətinin döyüş tapşırığını yerinə yetirərkən alındığı qeyd edilmişdir.
42. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2008-ci il tarixli ** nömrəli qərarı ilətəsdiqedilmiş“Hərbi-həkimekspertizasıhaqqındaƏsasnamə”nin: - 6.3-cü maddəsinin ikinci hissəsinə əsasən səbəbindən və vaxtından asılı olmayaraq, hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən, orqanlarda xidmətdən buraxılarkən şəhadətləndirilmə keçməmiş və ya buraxılma anında hərbi həkim komissiyasının onlar barəsində çıxardığı qərarla razılaşmayan vətəndaşlar, hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxılma anı üçün hərbi xidmətə (orqanlarda xidmətə) yararlılıq kateqoriyasının təyinedilməsiməqsədiiləhərbi-həkimkomissiyalarıtərəfindənşəhadətləndirilirlər; - 7.3-cü maddəsinə əsasən hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olubolmamasıgöstərilir.
43. Qeyd olunan normaların məzmunundan göründüyü kimi hərbi həkim komissiyasının müvafiq qərarı ilə razılaşmayan şəxs hərbi xidmət keçdiyi hərbi hissə komandiri tərəfindən verilmiş travma haqqında arayış əsasında hərbi həkim komissiyası tərəfindən yenidən şəhadətləndirilir.
44. Bu baxımdan, hazırkı mübahisə iddiaçının sonradan əldə olunmuş və xəsarətin döyüş tapşırığını yerinə yetirərkən alındığını təsdiq edən ##.##.2018-ci il tarixli, ** nömrəli və ##.##.2022-ci il tarixli, **** nömrəli travma haqqında arayışlar nəzərə alınmaqla yenidən şəhadətləndirilərəkbarəsindəmüvafiqəlverişliinzibatiaktınqəbuledilməsinəyönəlmişdir.
45. Birinci instansiya məhkəməsi iddianın növünü yanlış müəyyən etmiş, bununla da, iddia müddətinin ötürüldüyü qənaətinə gəlməklə maddi və prosessual hüquq normalarını düzgüntətbiqetməmiş,nəticədəəsassızolaraqiddianımümkünsaymamışdır.
46. Bu baxımdan, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.
47. Işə təkrar baxılarkən birinci instansiya məhkəməsi Inzibati Prosessual Məcəllənin 13cü maddəsində təsbit olunmuş məhkəmənin yardım etmək vəzifəsinə riayət etməklə, hazırkı qərardadda əks olunmuş hüquqi mövqeyə uyğun olaraq iddiaçıya öz tələbini dəqiqləşdirməyi təklifetməlidir.
48. Iddiaçı apellyasiya şikayətində məhkəmə qərardadının ləğvi ilə yanaşı, iddianın təmin edilməsini də xahiş etmişdir. Halbuki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən 3.2-ci maddədə müəyyən edilmiş hallar istisna olmaqla, inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismindəinzibati məhkəmələr tərəfindən baxılır. Hazırki mübahisə də qeyd edilən kateqoriyadan olan mübahisədir. Belə olan halda isə apellyasiya məhkəməsi tərəfindən iddia tələbinə mahiyyəti üzrə baxılıb qərar qəbul edilə bilməz. Bu baxımdan, şikayəthəminhissədətəminediləbilməz. Göstərilənlərəəsasən,məhkəməkollegiyası
QƏRARA ALDI:
Apelyasiyaşikayətiqisməntəminedilsin. Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərardadıləğvedilsin. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “qərarın ləğvi və xəstəlik haqqında şəhadətnaməyə düzəliş edilməsi”tələbinədairinzibatiişyenidənbaxılmasıüçünhəminməhkəməyəgöndərilsin. Qərardaddanşikayətveriləbilməz.