Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-649/2026 14.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi X8 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh qarşı “doğum haqqında akt qeydinin bərpası” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: ## ######## 2011-ci il tarixli, AZ-II seriyalı, ****** nömrəli “Doğum haqqında şəhadətnamə”dən görünür ki, ## ###### 2004-cü il təvəllüdlü İddiaçı atası - X3, anası X1r. Həmin məlumat doğum haqqında akt qeydləri kitabında ## ######## 2011-ci il tarixli, 544 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh ## #### 2024-cü il tarixli, *-**- */*-**-***/**** nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən “Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir.” Nəzərə çatdırılmışdır ki, şəxsiyyətini təsdiq edən sənədini təqdim etmədiyi üçün doğum haqqında akt qeydinin bərpa edilməsi Cavabdeh tərəfindən mümkün deyil. Cavabdeh aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Şamaxı Rayon Icra Hakimiyyəti Sabir qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ## #### 2024-cü il tarixli arayışından görünür ki, İddiaçı anası X1 ilə birlikdə Şamaxı rayonu, Sabir qəsəbəsi ünvanında yaşayır. Arayışdakı foto şəkil İddiaçı məxsusdur. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsində icraat Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, doğum haqqında akt qeydləri kitabında 2011-ci ilin sentyabr ayının 20-si günündə 544 nömrə ilə qeyd edilmiş doğum haqqında akt qeydinin bərpa olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ## ###### 2004-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. X2, anası isə X1r. Qeyd edilir ki, iddiaçı bu günə kimi şəxsiyyət vəsiqəsi almamışdır. Şəxsiyyət vəsiqəsini almaq üçün aidiyyəti orqana müraciət etdikdə məlum olmuşdur ki, iddiaçıya məxsus doğum haqqında şəhadətnamə mövcud olsa da, doğum haqqında akt qeydi mövcud deyil. Ona görə də izah olunmuşdur ki, qeydiyyat şöbəsinə müraciət edilməlidir. Qeydiyyat şöbəsində də isə izah olunmuşdur ki, doğum haqqında akt qeydi mövcud deyil. Iddiaçı akt qeydinin bərpa olunması üçün doğum haqqında şəhadətnaməni qeydiyyat şöbəsinə təqdim etmiş, lakin şəxsiyyət vəsiqəsi olmadığı üçün akt qeydinin bərpasından imtina olunmuşdur. Hesab edir ki, bu qanunsuzdur. Çünki iddiaçıya doğum haqqında şəhadətnamə verilmişdir. Iddiaçı doğumu qeydə alan şəxs deyil, doğumu qeydə almaq Qeydiyyat şöbəsinin vəzifəsidir. Onlar doğumu qeydə almadan iddiaçıya doğum haqqında şəhadətnamə vermişdirlər. Yəni bu səhv onların səhvidir və bərpa edilməlidir. Onların səhvlərindən iddiaçı bu gün özünə şəxsiyyət vəsiqəsi ala bilmir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət edilir. Iddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 71, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 159.1, 159.2, 161.1, 161.2, 161.3, prosessual hüquqi əsası kimi IPM-in 33.1, 58.37, 73.1-ci maddələrinə istinad olunmuşdur. Cavabdeh orqan iddia tələbinə qarşı etirazın olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: ## ######## 2011-ci il tarixli, *** nömrəli “Doğum haqqında akt qeydi”ndən görünür ki, ## ######## 2011-ci il tarixdə doğulmuş X7 atası – # #### 1967-ci il təvəllüdlü X5, anası X10r. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh # #### 2024-cü il tarixli, ****/*-**-***/**** nömrəli məktubundan görünür ki, İddiaçı doğumu haqqında akt qeydi 2009- 2013-cü illər Cavabdeh üzrə Cavabdeh arxivində, habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış informasiya sistemində aşkar edilməmişdir. Azərbaycan Respublikası “xxxx” publik hüquqi şəxs “Ə.D.Məlikov adına X4” publik hüquqi şəxsin # #### 2025-ci il tarixli, **-*-**/*-***/**** nömrəli məktubundan görünür ki, İddiaçı doğumu ilə bağlı sənədlərin təqdim olunması barədə bildirilmişdir ki, ## ###### 2004-cü il tarixdə “Ə.D.Məlikov adına X4” publik hüquqi şəxsdə doğuş həyata keçirilmiş, müvafiq məlumatlar doğum qeydiyyat jurnallarında qeyd edilmişdir. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, uşağın valideynləri arasında rəsmi nikah sənədi təqdim olunmamış, doğum zamanı yalnız ananın təqdim etdiyi məlumatlar əsasında qeydiyyat aparılmışdır. Doğum zamanı ata adı qeyd edilmiş olsa da, bu qeyd rəsmi nikah sənədinə deyil, valideyn tərəfindən şifahi və ya yazılı təqdim olunan məlumata əsasən daxil edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh # #### 2025-ci il tarixli, *-**- */*-**-**/**** nömrəli məktubundan görünür ki, Cavabdeh 2011-ci ilə aid doğum haqqında akt qeydləri kitabları mövcuddur və Cavabdeh arxivində saxlanılır. ## ######## 2011-ci il tarixdə 544 nömrə ilə Cavabdeh tərəfindən qeydiyyat aparılmamış, lakin ## ######## 2011-ci il tarixdə 544 nömrə ilə X7 doğumu Cavabdeh tərəfindən qeydə alınmış, həmin şəxsin adına ## ######## 2011-ci il tarixdə AZ-II ****** nömrəli doğum haqqında şəhadətnamə tərtib edilmişdir. Cavabdeh arxivində 2011-ci ilə aid şəhadətnamələrin mədaxil və məxaric reyestr jurnalları aşkar edilməmişdir. Şəhadətnamələr Vətəndaşlıq vəziyyəti aktlarının arxivindən 50 ədəd birlikdə alındığı üçün AZ-II ****** nömrəli doğum haqqında şəhadətnamədən əvvəlki və sonrakı şəhadətnamələr Cavabdeh tərəfindən vətəndaşların adına tərtib edildiyi üçün AZ-II ****** nömrəli şəhadətnamənin Cavabdeh verildiyinə əmin olmaq olar. İddiaçı şəxsiyyət vəsiqəsi olmadığı üçün Cavabdeh həmin şəxsin doğumu haqqında bərpa akt qeydi tərtib edə bilməmiş, vətəndaşa məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Cavabdeh tərəfindən ## ######## 2011-ci il tarixdən ## ######## 2011-ci il dövr ərzində qeydə alınmış doğum haqqında akt qeydlərinin təsdiq olunmuş surətləri qoşma şəklində təqdim edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin # #### 2025-ci il tarixli, 3-16-5/2- *****/**** nömrəli məktubundan görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının arxivində mühafizə edilən Şamaxı rayonu üzrə 2011-ci ilə dair qeydiyyat kitabları nəzərdən keçirilərkən sentyabr ayının 20-də tərtib edilmiş doğum haqqında akt qeydi aşkarlanmamış, *** nömrəli doğum haqqında akt qeydinin isə sentyabr ayının 21-də X7 adlı digər şəxsin adına rəsmiləşdirildiyi və ona həmin tarixdə AZ-II seriyalı, ****** nömrəli doğum haqqında şəhadətnamənin verildiyi müəyyən edilmişdir. Həmçinin Vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılan şəhadətnamə blanklarının istifadə olunması haqqında məxaric qeydiyyat kitabına baxış keçirilərkən AZII seriyalı, 714151-714550 nömrə aralığında doğum haqqında şəhadətnamə blanklarının # #### 2011-ci il tarixdə Cavabdeh istifadəsinə verildiyi müəyyən edilmiş, lakin şöbədə həmin dövrə dair məxaric qeydiyyat kitabı aşkarlanmadığından AZ-II seriyalı, ****** nömrəli doğum haqqında şəhadətnamənin kimə verilməsini müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda AZ-II seriyalı, ****** nömrəli doğum haqqında şəhadətnamənin surəti nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, həmin şəhadətnamə ## ######## 2011-ci il tarixdə ## ###### 2004-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş və həmin şəhadətnamədə onu imza və möhürlə təsdiq edən şəxs kimi vaxtilə Cavabdeh rəhbərliyi həyata keçirmiş X6 göstərilmişdir (şöbənin sabiq aparıcı məsləhətçisi Z.Kərimovanın öz arzusu ilə ## ###### 2013-cü il tarixdə ədliyyə orqanlarında qulluq keçməsinə xitam verildiyinə görə məsələyə onun münasibətini öyrənmək mümkün olmamışdır). Göstərilənlərlə bağlı vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılan doğum haqqında şəhadətnamələrin məxaric uçot kitabından çıxarış və Şamaxı rayonu üzrə 2011- ci ildə qeydə alınmış 541-549 nömrə aralığında doğum haqqında akt qeydlərinin kserosurəti qoşma şəklində təqdim olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Könül Həbibova). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, X7 dair tərtib edilmiş, onun əsasında ## ######## 2011-ci il tarixli, AZ-II ****** nömrəli doğum haqqında şəhadətnamə hazırda mövcud olduğu, mübahisələndirilmədiyi halda, tələbin hazırki formada təmin edilməsi mümkün deyildir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI: a) Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandıraraq Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək bildirmişdir ki, iddiaçıya aid *** nömrəli doğum haqqında akt qeydi texniki səhv nəticəsində vaxtında qeydiyyat kitabına daxil edilməmiş, sonradan isə həmin nömrə növbəti gün digər şəxsin adına rəsmiləşdirilmişdir. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin həlli məsələsini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etmişdir. TƏTBIQ EDILƏN HÜQUQ: Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ####### 2003-cü il tarixli, *** saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydaları 9.1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindəki məlumatların vətəndaşlıq vəziyyəti akt qeydlərindəki məlumatlara uyğunluğu yoxlanılmaqla şəxslərə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Işin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI: Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (IPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (IPM-in 85.2 və 85 .3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI: Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Hazırki iş üzrə iddiaçının hüquqi doğum haqqında akt qeydləri kitabında 2011-ci ilin sentyabr ayının 20-si günündə 544 nömrə ilə qeyd edilmiş doğum haqqında akt qeydinin bərpa olunmasından ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ## ###### 2004-cü il tarixdə Bakı şəhərində anadan olmuş, onun adına ## ######## 2011-ci il tarixli, *** nömrəli doğum haqqında akt qeydi əsasında AZ-II seriyalı ****** nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. Hazırkı mübahisə həmin akt qeydinin arxiv sənədlərində və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış informasiya sistemində aşkar olunmaması səbəbindən onun bərpası ilə bağlıdır. Iş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamədən görünür ki, həmin sənəd birbaşa ## ######## 2011-ci il tarixli, *** nömrəli akt qeydi əsasında verilmişdir. Kollegiya qeyd edir ki, dövlət qeydiyyat orqanı tərəfindən verilmiş və etibarsızlığı müəyyən edilməmiş rəsmi sənədin mövcudluğu həmin akt qeydinin əvvəllər mövcud olmuş hüquqi fakt olduğunu təsdiq edən mühüm və mötəbər sübut hesab edilməlidir. Əks yanaşma dövlət orqanı tərəfindən verilmiş rəsmi sənədin hüquqi qüvvəsinin faktiki olaraq inkar olunmasına səbəb olardı. Bundan əlavə, məhkəmə araşdırması zamanı “Ə.D.Məlikov adına X4” publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş məlumatlarla müəyyən edilmişdir ki, iddiaçı ## ###### 2004cü il tarixdə həmin tibb müəssisəsində anadan olmuş, doğum faktı müvafiq qeydiyyat sənədlərində əks etdirilmişdir. Həmin məlumatlar iddiaçının doğum faktını təsdiq etməklə yanaşı, onun doğum haqqında şəhadətnamə almaq hüququnun yaranmasını da təsdiqləyir. Apellyasiya baxışı zamanı cavabdeh orqanın nümayəndəsi tərəfindən verilmiş izahatdan isə müəyyən edilmişdir ki, iddiaçıya aid *** nömrəli doğum haqqında akt qeydi texniki səhv nəticəsində vaxtında qeydiyyat kitabına daxil edilməmiş, sonradan isə həmin nömrə növbəti gün digər şəxsin adına rəsmiləşdirilmişdir. Kollegiya cavabdeh nümayəndəsinin həmin izahatını iş üzrə digər sübutlarla birlikdə qiymətləndirərək hesab edir ki, hazırkı halda akt qeydinin arxivdə və elektron informasiya sistemində aşkar edilməməsi iddiaçının təqsiri və ya hərəkətsizliyi ilə deyil, bilavasitə qeydiyyat orqanı tərəfindən yol verilmiş texniki nöqsanla bağlı olmuşdur. Kollegiya vurğulayır ki, inzibati orqanın fəaliyyətində yol verilmiş texniki xarakterli səhvlərin mənfi nəticələri şəxsin üzərinə qoyula bilməz. Dövlət orqanının lazımi qaydada aparmalı olduğu qeydiyyatın aparılmaması və ya düzgün rəsmiləşdirilməməsi şəxsin hüquqlarının, o cümlədən şəxsiyyətini təsdiq edən sənəd əldə etmək hüququnun həyata keçirilməsinə maneə yarada bilməz. Birinci instansiya məhkəməsi isə iş üzrə müəyyən edilmiş bu hallara lazımi hüquqi qiymət verməmiş, əsasən *** nömrəli akt qeydinin hazırda digər şəxsin adına mövcud olmasına və iddiaçıya dair qeydiyyat məlumatlarının arxivdə aşkar edilməməsinə istinad etməklə iddianın təmin edilməsindən imtina etmişdir. Halbuki, iş materiallarından və cavabdeh nümayəndəsinin izahatından açıq şəkildə müəyyən olunur ki, həmin nömrənin digər şəxsin adına rəsmiləşdirilməsi məhz iddiaçıya aid akt qeydinin texniki səhv nəticəsində qeydiyyata alınmamasından sonra baş vermişdir. Bu hal isə ilkin qeydiyyatın mövcud olmamasını deyil, qeydiyyat prosesində inzibati orqan tərəfindən nöqsana yol verildiyini göstərir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə sübutlar formal qiymətləndirilmiş, mövcud sübutların qarşılıqlı əlaqəsi və onların hüquqi nəticələri düzgün müəyyən edilməmişdir. Halbuki, iddiaçının adına verilmiş doğum haqqında şəhadətnamənin mövcudluğu, doğum faktının tibb müəssisəsinin sənədləri ilə təsdiqlənməsi və cavabdeh nümayəndəsinin texniki səhvlə bağlı izahatı birlikdə qiymətləndirildikdə həmin akt qeydinin əvvəllər mövcud olduğu barədə birmənalı nəticəyə gəlmək mümkündür. “Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpa qaydası”nın müddəalarına əsasən itirilmiş akt qeydləri onların əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər əsasında bərpa edilə bilər. Hazırkı iş üzrə iddiaçının adına verilmiş doğum haqqında şəhadətnamə, tibb müəssisəsinin təqdim etdiyi məlumatlar və cavabdeh nümayəndəsinin izahatı həmin akt qeydinin əvvəllər mövcud olmuş hüquqi fakt olduğunu kifayət qədər təsdiq edir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hüquqlarının bərpası və hüquqi vəziyyətinin müəyyənləşdirilməsi məqsədilə ## ######## 2011-ci il tarixli, *** nömrəli doğum haqqında akt qeydinin bərpa edilməsinə dair iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTICƏVI HISSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Iddia təmin edilsin. Iddiaçı İddiaçı “doğum haqqında akt qeydinin bərpası” öhdəliyi cavabdeh Cavabdeh üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.