Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-650/2026 26.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti * saylı Ərazi Vergilər Baş Idarəsinin nümayəndəsi nümayəndə1 iştirakı ilə, Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti * saylı Ərazi Vergilər Baş Idarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlikdən sığortası haqlarının hesablanması barədə” qərarın ləğvi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti * saylı Ərazi Vergilər Baş Idarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraicət edərək “cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” *-**-*-*/*-*****/**** nömrəli qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə Üçüncü şəxs MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat Iddia onunla əsaslandırılmışdır ki, ## ######## 2024-cü il tarixdə iddiaçı tərəf cavabdeh tərəfindən tələb edilən sənədləri cavabdehə göndərərək kameral yoxlama zamanı nəzərə alınmasını xahiş etmiş, ## ######## 2024-cü il tarixdə cavabdeh yenidən eyni məzmunlu məktub göndərərək 5 iş günü ərzində sənədlərin yenidən göndərilməsini xahiş etmiş, həmin müddət ərzində sənədlər göndərilmədiyi təqdirdə vergilər üzrə öhdəliklərin yenidən hesablanacağını bildirmişdir. ## ######## 2024-cü il tarixdə məktubda göstərilmiş 5 iş günü tamam olmamış cavabdeh şikayət edilən qərarı qəbul etmiş və 18.504 manat əlavə vergi hesablamışdır. Iddiaçı tərəf 3 okyabr 2024-cü il tarixdə cavabdehə bu barədə şikayət ünvanlamış və bu günə kimi hər hansı bir cavab göndərilməmişdir. Iddiaçı tərəf cavabdehin istinad etdiyi vergi ödəyicisi olan Üçüncü şəxs MMC ilə “Xidmətlərin göstərilməsi haqqında” ## #### 2023-cü il tarixdə müqavilə bağlamış, həmin müqaviləyə əsasən işlər tam görülərək iddiaçıya təhvil verilmiş və bu barədə aktlar tərtib edilərək bank vasitəsilə ödənişlər həyata keçirilmişdir. Son akt # ###### 2023-cü il tarixdə tərtib edilərək, işlər tam təhvil alınmış və göstərilmiş xidmətin haqqı ödənilmişdir. Işlərin 2023-cü ilin aprel-avqust aylarında görülməsi və haqqının ödənməsindən sonra, cavabdehin xidmət göstərmiş vergi ödəyicisinin 13 senytabr 2024-cü il tarixdə riskli vergi ödəyicisi hesab edilməsini əsas götürərək cavabdeh tərəfindən verginin əvəzləşdirilməsindən imtina edərək, əlavə 18.504 manat vergi hesablaması qanunsuz və əsassız olmuşdur. Belə ki, tərəflər müqavilə bağlanarkən, xidmət göstərilərkən və haqqı ödənərkən riskli olmayan bir MMC-nin işlər bitdikdən 1 il sonra riskli vergi ödəyicisi hesab edilməsi, iddiaçının gördüyü işin əmtəəsiz və (və ya) riskli əməliyyatlarla rəsmiləşdirilmiş sənədlər hesab edilməsinə əsas verməmişdir və cavabdeh qanunsuz olaraq buna konkret dəlilinin və hüquqi əsasının olmamasına baxmayaraq əsassız vergi hesablamışdır ki, bu halda bu qərar ləğv edilməli və hesablanmış 18.504 manat vergi borcu silinməlidir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri: Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, Baş idarədə vergi ödəyicisi kimi qeydiyyatda olan iddiaçı 2024-cü il iyul ayında əlavə dəyər vergisi bəyannaməsi üzrə 18.504 manat kameral qaydada vergi məbləği hesablanmışdır. Aparılmış araşdırma zamanı üçüncü şəxs tərəfindən təqdim edilmiş EBDJ seriyalı, ****** nömrəli, EBDB seriyalı, ****** nömrəli, EBDF seriyalı, ****** nömrəli, EBDD seriyalı, ****** nömrəli, EBDE seriyalı, ****** nömrəli elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermədiyi üçün kameral hesablama aparılmışdır. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə ## ######## 2024-cü il tarixli, **************** nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktublar göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş bəyannamə təqdim edilərək kənarlaşma aradan qaldırılmadığı üçün kameral vergi yoxlaması ilə 18.504 manat ƏDV hesablanılmış və vergi ödəyicisinə vergi orqanının “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ## ######## 2024-cü il tarixli, *- **-*-*/*-*****/**** nömrəli qərarı göndərilmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: “Xidmətlərin göstərilməsi haqqında” ## #### 2023-cü il tarixli, */** nömrəli müqavilədən görünür ki, sifarişçi İddiaçı MMC xidmətlərinin göstərilməsini sifariş verib icraçı Üçüncü şəxs MMC-yə razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Əldə edilmiş riskli elektron-qaimə fakturalar barədə məlumat-xəbərdarlıq”dan görünür ki, Üçüncü şəxs MMC ## ######## 2024-cü il tarixli, **************** nömrəli qərara əsasən riskli vergi ödəyicisi hesab edildiyindən, həmin vergi ödəyicisindən əldə etdiyi (## #### 2023-cü il tarixli, EBDB seriyalı, 86654.* nömrəli, ## ### 2023-cü il tarixli, EBDF seriyalı, ****** nömrəli, ## ##### 2023-cü il tarixli, EBDD seriyalı, ****** nömrəli, ## ##### 2023cü il tarixli, EBDE seriyalı, 246.*** nömrəli, # #### 2023-cü il tarixli, EBDJ seriyalı, ****** nömrəli) elektron qaimə-faktura(lar) əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər hesab olunduğundan, Vergi Məcəlləsinin 175.11-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” ## ######## 2024-cü il tarixli İddiaçı MMC-yə göndərilmiş məktubdan görünür ki, təqdim olunmuş bəyannamədə, hesabatda kameral vergi yoxlamasının aparılması mümkün olmamışdır. Səbəb olaraq aşağıdakılar qeyd edilmişdir:- ƏDV bəyannaməsində (07.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDJ seriyalı, ****** nömrəli elektron qaiməfaktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 3.420 manat ƏDV məbləğinin tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq, cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0,0 manat olması nəticəsində 3.420 manat kənarlaşma yaranmışdır. ƏDV bəyannaməsində (03.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDB seriyalı, ****** nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaiməfaktura üzrə 7.200 manat ƏDV məbləğinin tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0,0 manat olması nəticəsində 7.200 manat kənarlaşma yaranmışdır.- ƏDV bəyannaməsində (05.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDF seriyalı, ****** nömrəli elektron qaiməfaktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 1.404 manat ƏDV məbləğinin tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq, cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0,0 manat olması nəticəsində 1.404 manat kənarlaşma yaranmışdır.- ƏDV bəyannaməsində (04.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDD seriyalı, ****** nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaiməfaktura üzrə 3.600 manat ƏDV məbləğinin tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0,0 manat olması nəticəsində 3.600 manat kənarlaşma yaranmışdır.- ƏDV bəyannaməsində (04.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDE seriyalı, ****** nömrəli elektron qaiməfaktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 2.880 manat ƏDV məbləğinin tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0,0 manat olması nəticəsində 2.880 manat kənarlaşma yaranmışdır. “Vergilərin, sosial sığorta və işsizlikdən sığortası haqlarının hesablanması barədə” ## ######## 2024-cü il tarixli, *-**-*-*/*-*****/**** nömrəli qərardan görünür ki, iyul 2024cü il hesabat dövrü üzrə təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı 3.963,73 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 22.467,73 manat, əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 18.504 manat məbləğində göstərilmişdir. Qeyd edilmişdir ki, ƏDV bəyannaməsində (03.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDB seriyalı, ****** nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 7.200 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0,0 manat olması nəticəsində 7.200 manat kənarlaşma yaranmışdır. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ** saylı Ərazi Vergilər Idarəsinin # ####### 2025-ci il tarixli, *-**-*-**/*-*****/**** nömrəli məktubundan görünür ki, Üçüncü şəxs MMC (VÖEN: **********) ## #### 2019-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. Hüquqi şəxsin təsisçisi X1, nizamnamə kapitalı 10 manatdır. Hüquqi şəxsin rəhbəri X2 olmaqla, hüquqi ünvanı Qəbələ rayonu, Soltannuxa kəndidir. Hal-hazırkı tarixə cəmiyyətin fəaliyyəti aktivdir və əsas fəaliyyət növü “Ixtisaslaşdırılmamış geniş çeşiddə olan malların topdan satışı” fəaliyyətidir. Vergi ödəyicisi ## ######## 2024-cü il tarixli, 3-21-2-##/# 5993/2024 (****************) saylı qərara əsasən riskli vergi ödəyicisi hesab edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti * saylı Ərazi Vergilər Baş Idarəsinin “Vergilərin, sosial sığorta və işsizlikdən sığortası haqlarının hesablanması barədə” ## ######## 2024-cü il tarixli, *-**-*-*/*-*****/**** nömrəli qərarı ləğv edilməsi qərara alınmışdır (hakim Könül Həbibova). Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI: a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam araşdırmamış, maddi və prosessual hüquq normalarını yanlış tətbiq etməklə iddia tələbinin təmin olunması üzrə qanuni və əsaslı olmayan qərar qəbul etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş, lakin vəkili və nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBIQ EDILƏN HÜQUQ. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## #### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. təqdim edilməsi müvafiq iqtisadi resurs tələb edən (təsərrüfat obyekti, işçi qüvvəsi, əsas vəsaitlər, xammal-material ehtiyatları və fəaliyyət növünün xüsusiyyətləri nəzərə alınmaqla digər iqtisadi resurslar) iş və xidmətləri bu növ resurslar mövcud olmadan və ya mövcud resursları yetərli olmadan, yaxud subpodratçı cəlb etmədən təqdim edən şəxs; 2.1.2. qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş elektron qaiməfaktura, malların alış aktı və yük gömrük bəyannamələri (idxal olunan mallara münasibətdə) əsasında əldə edilməyən malları (əvvəllər keçirilmiş operativ vergi nəzarəti və ya səyyar vergi yoxlaması zamanı sənədsiz mal kimi rəsmiləşdirilən mallar, notarial qaydada təsdiq edilmiş müqavilələr əsasında əldə edilmiş rəsmi reyestrdə qeydiyyata alınmış əmlaklar, istehsal zamanı əldə edilən (söküntüdən, hasilatdan) mallar və əsas vəsaitlər, o cümlədən nizamnamə kapitalına qoyulmuş əsas vəsaitlər istisna olmaqla) təqdim edən şəxs; 2.1.3.Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyatlar aparan şəxs. 4.1. Bu Sənədin 2.1-ci bəndində nəzərdə tutulan meyarlardan ən azı birinə cavab verən əməliyyat üzrə vergi ödəyicisinə, habelə müvafiq əməliyyat üzrə həmin şəxsin təqdim etdiyi elektron qaimə-faktura üzrə malların (iş və xidmətlərin) alıcısına əməliyyatın aparıldığı (elektron qaimə-fakturanın təsdiq edildiyi) tarixdən 15 iş günü ərzində aparılmış əməliyyatın riskli olması barədə bildiriş-xəbərdarlıq göndərilir. Bildirişxəbərdarlıq elektron üsulla həmin şəxslərin elektron kabinetinə göndərilir. Bildirişxəbərdarlıqda əməliyyatların riskli hesab edilməsinə əsas yaradan halların aradan qaldırılması, əməliyyat üzrə təqdim edilmiş elektron qaimə-fakturanın ləğv edilməsi, əlavə izahat, əməliyyatın həqiqiliyini təsdiq edən məlumat və sənədlərin təqdim edilməsi tələb olunur. 4.2. Bildiriş-xəbərdarlıq göndərildikdən sonra 5 (beş) iş günü ərzində qeyd olunan hallar bütövlükdə aradan qaldırılmadıqda, əməliyyat üzrə təqdim edilmiş elektron qaiməfaktura ləğv edilmədikdə, habelə tələb olunan əlavə izahat, əməliyyatın həqiqiliyini təsdiq edən məlumat və sənədlər təqdim edilmədikdə Dövlət Vergi Xidməti tərəfindən vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə qərar qəbul edilərək 1 (bir) iş günü ərzində elektron üsulla vergi ödəyicisinin elektron kabinetinə göndərilir və əmtəəsiz əməliyyatla bağlı Vergi Məcəlləsinin 58.15-1-ci maddəsinə uyğun olaraq maliyyə sanksiyası tətbiq edilir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə qərar həmin qərarın qəbul edilməsinə əsas olan əməliyyatın aparıldığı tarixdən qüvvəyə minir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## #### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və şərtləri” 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. təqdim edilməsi müvafiq iqtisadi resurs tələb edən (təsərrüfat obyekti, işçi qüvvəsi, əsas vəsaitlər, xammal-material ehtiyatları və fəaliyyət növünün xüsusiyyətləri nəzərə alınmaqla digər iqtisadi resurslar) iş və xidmətləri bu növ resurslar mövcud olmadan və ya mövcud resursları yetərli olmadan, yaxud subpodratçı cəlb etmədən təqdim edən şəxs; 2.1.2. qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş elektron qaiməfaktura, malların alış aktı və yük gömrük bəyannamələri (idxal olunan mallara münasibətdə) əsasında əldə edilməyən malları (əvvəllər keçirilmiş operativ vergi nəzarəti və ya səyyar vergi yoxlaması zamanı sənədsiz mal kimi rəsmiləşdirilən mallar, notarial qaydada təsdiq edilmiş müqavilələr əsasında əldə edilmiş rəsmi reyestrdə qeydiyyata alınmış əmlaklar, istehsal zamanı əldə edilən (söküntüdən, hasilatdan) mallar və əsas vəsaitlər, o cümlədən nizamnamə kapitalına qoyulmuş əsas vəsaitlər istisna olmaqla) təqdim edən şəxs; 2.1.3.Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyatlar aparan şəxs. “Inzibati icraat haqqında” Qanun: Maddə 11. Qanunçuluq prinsipi 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 24. Işin hallarının obyektiv araşdırılması 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. Inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Inzibati Prosessual Məcəllə: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI: Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya yaranmış mübahisə ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı cavabdehin “Vergilərin, sosial sığorta və işsizlikdən sığortası haqlarının hesablanması barədə” qərarının ləğvinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşmaqla aşağıdakıları qeyd edir. Iş materiallarında olan “Vergilərin, sosial sığorta və işsizlikdən sığortası haqlarının hesablanması barədə” ## ######## 2024-cü il tarixli, *-**-*-*/*-*****/**** nömrəli qərardan görünür ki, iyul 2024-cü il hesabat dövrü üzrə iddiaçı tərəfindən müvafiq bəyannamə əsasında 3.963,73 manat vergi borcu, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində isə 18.504 manat məbləğində vergi borcu hesablanmışdır. Cavabdeh tərəfindən təqdim edilmiş məlumata əsasən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş EBDJ seriyalı, ****** nömrəli, EBDB seriyalı, ****** nömrəli, EBDF seriyalı, ****** nömrəli, EBDD seriyalı, ****** nömrəli, EBDE seriyalı, ****** nömrəli elektron qaimə-fakturalar üzrə digər tərəfin (üçüncü şəxsin) riskli vergi ödəyicisi hesab olunduğundan, aparılan əməliyyatlar riskli hesab olunmuş və əvəzləşdirilməyə əsas verməmiş, aparılmış kameral yoxlama nəticəsində əlavə olaraq 18.504 manat məbləğində əlavə dəyər vergisi hesablanmışdır. Göründüyü kimi hazırkı iş üzrə mübahisələndirilən qərarın çıxarılmasına səbəb iddiaçı tərəfindən riskli vergi ödəyicisi ilə əmtəəsiz əməliyyatların aparılması olmuşdur. Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar əmtəəsiz əməliyyat hesab olunur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinin tələbinə əsasən riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## #### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və şərtləri”-nin 2.1-ci maddəsinin tələbinə əsasən aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: təqdim edilməsi müvafiq iqtisadi resurs tələb edən (təsərrüfat obyekti, işçi qüvvəsi, əsas vəsaitlər, xammalmaterial ehtiyatları və fəaliyyət növünün xüsusiyyətləri nəzərə alınmaqla digər iqtisadi resurslar) iş və xidmətləri bu növ resurslar mövcud olmadan və ya mövcud resursları yetərli olmadan, yaxud subpodratçı cəlb etmədən təqdim edən şəxs; qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş elektron qaimə-faktura, malların alış aktı və yük gömrük bəyannamələri (idxal olunan mallara münasibətdə) əsasında əldə edilməyən malları (əvvəllər keçirilmiş operativ vergi nəzarəti və ya səyyar vergi yoxlaması zamanı sənədsiz mal kimi rəsmiləşdirilən mallar, notarial qaydada təsdiq edilmiş müqavilələr əsasında əldə edilmiş rəsmi reyestrdə qeydiyyata alınmış əmlaklar, istehsal zamanı əldə edilən (söküntüdən, hasilatdan) mallar və əsas vəsaitlər, o cümlədən nizamnamə kapitalına qoyulmuş əsas vəsaitlər istisna olmaqla) təqdim edən şəxs; Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyatlar aparan şəxs Vergi Məcəlləsinin 13.2.82, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## #### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın müddəalarının birgə təhlili onu deməyə əsas verir ki, riskli və (ya) əmtəəsiz əməliyyat aparan vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Başqa sözlə, vergi ödəyicisinin riskli və (ya) əmtəəsiz əməliyyat aparması onun barəsində “riskli vergi ödəyicisi olma barədə” qərarın qəbulu ilə nəticələnir. Kollegiya qeyd edir ki, əmtəəsiz əməliyyatın iştirakçısı olan hər iki vergi ödəyicisi bu cür pərdələnmiş əməliyyatın baş tutmasında təqsirli olmaqla bu haldan irəli gələn hüquqi nəticələrə tabedirlər. Lakin, bu zaman vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqlənməsi zəruridir. Vergi orqanının istinad etdiyi hal ondan ibarətdir ki, iddiaçı ilə bağlanılmış xidmət müqaviləsi üzrə icraçı olan üçüncü şəxsin fəaliyyətinin araşdırılması zamanı həmin əməliyyatların əmtəəsiz əməliyyatlar olduğu aşkar edilmiş və həmin MMC riskli vergi ödəyicisi hesab olunmuşdur. Iş materiallarından göründüyü kimi üçüncü şəxs ## ######## 2024-cü il tarixdə riskli vergi ödəyicisi hesab edilmişdir. Iddiaçı ilə üçüncü şəxs arasında aparılmış əməliyyatlar isə həmin tarixdən əvvəl baş tutmuşdur. Belə ki, cavabdeh inzibati orqan dəlillərinin əsası qismində EBDB seriyalı, ****** nömrəli, EBDJ seriyalı, ****** nömrəli, EBDF seriyalı, ****** nömrəli, EBDD seriyalı, ****** nömrəli, EBDE seriyalı, ****** nömrəli elektron qaimələrə istinad etmişdir. Sözügedən elektron qaimələrin tarixləri isə müvafiq olaraq - ##.##.2023, ##.##.2023, ##.##.2023, ##.##.2023, ##.##.2023-cü il olduğundan ## ######## 2024-cü il tarixdən əvvələ təsadüf edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmaqla qeyd edir ki, vergi orqanı qeyd edilən “görülmüş işlər üzrə” əməliyyatların əmtəəsiz olduğunun aşkar edilməsini bildirsə də, buna dair iddiaçıya münasibətdə hər hansı sübut təqdim etməmiş, yalnız üçüncü şəxsin riskli vergi ödəyicisi olduğuna əsaslanmış, nəticədə e-qaimələrdə əks olunmuş xidmətlərin həqiqətən yerinə yetirilmədiyi öz təsdiqini tapmamışdır. Halbuki Inzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinin tələbinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırki iş üzrə isə göründüyü kimi vergi orqanı tərəfindən mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olan faktiki şərtlər sübuta yetirilməmişdir. Kollegiya yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, cavabdeh inzibati orqanın hərəkətləri qanunsuz olmuşdur. Bu səbəbdən də ## ######## 2024-cü il tarixli *-**-*-*/*-*****/**** nömrəli “Vergilərin, sosial sığorta və işsizlikdən sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilərkən inzibati icraat düzgün həyata keçirilmədiyindən həmin qərar əsassız olmuşdur. Kollegiya cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlillərini əsassız hesab etməklə qeyd edir ki, göründüyü kimi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı yeni dəlillər irəli sürülməmiş, əksinə birinci instansiya məhkəməsində icraat zamanı araşdırılmış hallar yenidən qeyd olunmaqla məhkəmənin qərarının ləğv edilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTICƏVI HISSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-650/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-650/2026
26.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver