Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-652/2026 25.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər X1 və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, X6 qızının katibliyi, Iddiaçı İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində cavabdeh2n Icbari Sığorta Məsələləri üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində cavabdeh2n Icbari Sığorta Məsələləri üzrə Mərkəzi Filialına qarşı “X3 sığorta ödənişinin verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı tarixli *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: Işin halları: Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair ##.##.2025-ci il tarixli məlumatdan görünür ki, ##.##.1979-cu il təvəllüdlü İddiaçı hərbi xidmət dövrü ilə əlaqədar “Ağ ciyərin qazanılma olmaması, Ağ ciyərin qazanılma olmaması (MOM ##.##.2025-ci il tarixində sağ ağ ciyərin yuxarı və aşağı paylarının lobektomiyası cərrahiyə əməliyyatı olmuşdur. Böyrəyin, böyrək ləyənindən başqa bədxassəli yeni törəməsi, Sol böyrəyin karsinoması İ mərhələ. T1N0M0” diaqnozu ilə orqanizmin funksiyalarının 75% pozulmasına görə ##.##.2025-ci il tarixdə ikinci dərəcə əlillik (orqanizmin funksiyalarının 75% pozulması) təyin edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2025-ci il tarixli ** nömrəli qərarında qeyd olnur ki, “Qobustan RHK tərəfindən 1998-ci ildə hərbi xidmətə çağırılmış, ##.##.1998-ci ildə hərbi xidmət etdiyi N nömrəli hərbi hissədən fərarilik etdiyi üçün, Azərbaycan Respublikası CM-nin 334.1-ci maddəsinə əsasən, təqsirli bilinərək Ağdam HM-nin ## ##.2001-ci il tarixli hökmü ilə 4 il azadlıqdan məhrum edilmiş, vətəndaş İddiaçı xəstələndiyi və Qarabağ Hərbi Prokurorluğunun **/*** nömrəli ##.##.2005-ci il tarixli sərəncamı ilə ##.##.2005-ci ildə MN Mərkəzi Hərbi Poliklinikasının Qarnizon Hərbi-Həkim Komissiyası tərəfindən tibbi şəhadətləndirilmə zamanı təyin edilmiş xəstəlik-diaqnoz: “Hər iki ağciyərlərin yuxarı paylarının ocaqlı vərəmi infiltrasiya mərhələsində, KB (-) mənfi” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon bölməsinin ##.##.2025-ci il tarixli ** nömrəli göndərişi, ##.##.2025-ci il tarixli *-**-**/*-H-**/** nömrəli arayışı, MN Mərkəzi Hərbi Poliklinikasından verilmiş ##.##.2005-ci il tarixli xəstəlik haqqında şəhadətnamə, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır”. Məhkəmə sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Müdafiəsi Nazirliyi tərəfindən verilən ##.##.2026-cı il və ##.##.2026-cı il tarixli məktublardan görünür ki, Biləcəri Toplanış məntəqəsindən göndərilmiş, N №-li hərbi hissə komandirinin ##.##.1998-ci il tarixli ** №-li sərəncamına əsasən, 1-ci hərbi xidmət keçmək ünün N №-li hərbi hissəyə gəlmiş, sıravi X7 N №-li hərbi hissə komandirinin ##.##.1998-ci il tarixli * №-li əmrilə (əsas: §-4, səh- 14, sıra- 24, əmrdə soyadı “Hümbətov” yazılmışdır, vəzifəsi göstərilməmişdir) ##.##.1998-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına salınmış, bütün növ təminatlara qoyulmuş və 5-ci MATa göndərilmişdir. N №-li hərbi hissə komandirinin ##.##.1999-cu il tarixli ** №-li əmrində (əsas: §-11, səh-31, sıra-13, əmrdə soyadı “Hümbətov” yazılmışdır, vəzifəsi göstərilməmişdir, əmr olduğu kimi köçürülmüşdür) ##.##.1998-ci il tarixədək hərbi hissəni özbaşına tərk etmiş və halhazırkı vaxta kimi hərbi hissəyə qayıtmadıqlarına görə, N №-li hərbi hissə komandirinin ##.##.1999-cu il tarixli * №-li əmrinə əsasən, pul və ərzaq təminatından çıxarılmış, şəxsi heyətin siyahısından silinmiş hərbi qulluqçuların siyahısında, 4-cü MAT-ın əsgəri, sıravi X7 adı qeyd olunmuşdur. Məhkəmə sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *-**-*/*-*****/**** saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd (məhkəmə qərarı və s.) əsas götürülür. Müəyyən olunmuşdur ki, Bakı Baş Səhiyyə Mərkəzinin G********FEJ nömrəli göndərişi və müraciəti əsasında İddiaçı ##.##.2025-ci il tarixdə Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq, ##.##.2025-ci il tarixindən ilkin olaraq ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 65 faiz pozulmasına görə 5 il müddətinə (##.##.2030-cu il tarixədək) əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Bildirilir ki, vətəndaş əlilliyin səbəb-əlaqəsinin dəyişdirilməsi məqsədilə X11 N********UIG nömrəli göndərişi və müraciəti əsasında ##.##.2025-ci il tarixdə Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq, ##.##.2025-ci il tarixindən təkrar olaraq hərbi xidmət dövrü ilə əlaqədar səbəbindən orqanizmin funksiyalarının 75 faiz pozulmasına görə 5 il müddətinə (##.##.2030-cu il tarixədək) əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun iddiaçıya ünvanladığı ## ######## 2025-ci il tarixli *-**-*/*-H- ******/**** saylı məktubunda qeyd edilir ki, “Hərbi qulluqçuların X3 sığortası haqqında” Azərbaycan Respublikasının 1997-ci il ## ### tarixli ***-IQ nömrəli Qanununun 5-ci maddəsinin “ç” bəndinə əsasən sığortaolunanın hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyinin müəyyən edilməsi sığorta hadisəsi hesab olunur. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılması və əlilliyin müəyyən olunması arasındakı dövr üç ildən artıq müddəti əhatə etdiyindən, sözügedən Qanunun 5-ci maddəsinin “ç” bəndinə əsasən sığorta ödənişinin verilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Birinci instansiya məhkəməsində icraat Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2025-ci ildə hərbi xidmət dövründə qazandığı xəstəliyə görə ikinci dərəcəli əlillik təyin etdiyinə görə 60% məbləğində X3 Sığorta ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı 1998-ci ildə Qobustan rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağrılmış və Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində hərbi xidmətdə olmuşdur. AR Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının verdiyi ##.##.2005-ci il tarixli “Xəstəlik haqqında şəhadətnaməyə” və MN HHK-nın həkim mütəxəssisinin rəyinə görə xəstəlik diaqnozu “Hər iki ağciyərin yuxarı paylarının ocaqlı vərəmi inlıltrasiya mərhələsində. KB(-) mənfi” kimi göstərilmişdir. Tibbi rəyə görə “xəstəlik hərbi xidmət dövründə alınmışdır”. AR ƏƏSMN-nin tabeliyində Tibbi-Sosial Ekspert Komissiyasının ##.##.2025-ci il tarixli “sağlamlığın qiymətlənməsi” arayışına əsasən, ##.##.2025-ci ildə “Ağciyərin qazanılma olmaması. Ağciyərin qazanılma olmaması (MOM ##.##.2025-ci il tarixində sağ ağciyərin yuxarı və aşağı paylarının lobektomiyası cərahiyyə əməliyyatı olmuşdur). Böyrəyin, böyrək ləyənindən başqa bədxassəli yenitörəməsi, Sol böyrəyin karsinoması, 1 mərhələ. T1N0MÜ” diaqnozu ilə iddiaçıya ikinci dərəcəli əlillik verilmişdir (orqanizmin funksiyalarının pozulması faizi 75%-dir). Həmin arayışda əlilliyin səbəbi “Hərbi xidmət dövrü ilə əlaqədar” kimi göstərilib və əlillik müddəti ##.##.2030-cu ilə qədərdir. Yuxarıda qeyd edilən diaqnoz Milli Onkologiya Mərkəzi tərəfindən təsdiq edilmişdir. Həmçinin * №-li Sumqayıt şəhər Xəstəxanasının *** saylı çıxarış epikrizinə və AR Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X5 rəyinə görə “X4 törəməsi” xəstəliyinin daşıyıcısıdır. Iddiaçı hərbi xidmət dövründə qazanılmış xəstəliyə görə dövlət icbari sığorta ödənişinin verilməsi xahişi ilə AR ƏƏSMN-nin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir. DSMF ##.##.2025-ci il tarixli məktubu ilə xahişimdən imtina etmişdir. Cavabdeh Imtinaya səbəb kimi “hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığı gündən 3 ildən artıq vaxt keçəndən sonra cavabdehə müraciət etməyi göstərilib”. Iddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Beləki, Tibbi-Sosial Ekspert Komissiyası Hərbi Xidmət dövrü ilə əlaqədar aldığı xəstəliyə görə ##.##.2025-ci ildə ikinci dərəcəli əlillik verilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddia ərizəsinə etirazında qeyd edilmişdir ki, iddiaçı İddiaçı ##.##.2025-ci il tarixdə müraciət edərək hərbi qulluqçuların X3 sığorta ödənişinin təyin edilməsini xahiş etmişdir. Iddiaçının müraciətinə cavabdeh tərəfindən baxılaraq “Hərbi qulluqçuların X3 sığortası haqqında” Azərbaycan Respublikasının ## ### 1997-ci il tarixli ***-IQ nömrəli Qanununun 5-ci maddəsinə əsasən, iddiaçının Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən ehtiyata buraxıldığı və əlilliyi müəyyən edildiyi tarixlər arasındakı dövr üç ildən artıq müddəti əhatə etdiyindən ona sığorta ödənişinin verilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Bildiririk ki, iddiaçı İddiaçı təqdim etdiyi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş ##.##.2025-ci il tarixli ** nömrəli Qərarda bildirilmişdir ki, Qobustan RHK tərəfindən 1998-ci ildə hərbi xidmətə çağırılmış, ##.##.1998-ci il tarixində hərbi xidmət etdiyi N nömrəli hərbi hissədən fərarilik etdiyi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 334.1-ci maddəsinə əsasən, təqsirli bilinərək Ağdam Hərbi Məhkəməsinin ##.##.2001-ci il tarixli hökmü ilə 4 il azadlıqdan məhrum edilmiş vətəndaş İddiaçı Qəribaga oğlunun xəstələndiyi və Qarabağ Hərbi Prokurorluqunun **/*** nömrəli sərəncamı ilə ##.##.2005-ci il tarixində MN Mərkəzi Hərbi Poliklinikasının Qarnizon Hərbi-Həkim Komissiyası tərəfindən tibbi şəhadətləndirilmə zamanı təyin edilmiş xəstəlik-diaqnoz: “Hər iki ağciyərlərin yuxarı paylarının ocaqlı vərəmi infiltasiya mərhələsində. KB (-) mənfi” (Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan Rayon Bölməsinin ##.##.2025-ci il tarixli * nömrəli göndərişi, ##.##.2025-ci il tarixli *-**-**/*-H-**/** nömrəli arayışı, MN Mərkəzi Hərbi Poliklinikasından verilmiş ##.##.2005-ci il tarixli xəstəlik haqqında şəhadətnamə, MN MHHKnm həkim mütəxəssis rəyi ilə təsdiq edilir), “XƏSTƏLIKDIR, HƏRBI XIDMƏT DÖVRÜNDƏ ALINMIŞDIR“. “Hərbi qulluqçuların X3 sığortası haqqında” Azərbaycan Respublikasının ## ### 1997-ci il tarixli, ***-IQ nömrəli Qanununun 2.1.6-cı maddəsinə əsasən, sığorta hadisəsi dedikdə sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin ödənilməsi üçün əsas olan bu Qanunun 5-ci maddəsi ilə müəyyən edilən hal nəzərdə tutulur. Qanunun 5-ci maddəsində nəzərdə tutulan hallardan biri də maddənin ç) bəndində göstərilən hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edilməsidir. Bu zaman: - orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə - 80 faiz nisbətində; - orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə - 60 faiz nisbətində; - orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə - 40 faiz nisbətində sığorta ödənişləri verilir. Həmin Qanuna əsasən, sığorta ödənişi dedikdə isə sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq hüququ olan şəxsə sığortaçı tərəfindən ödənilən birdəfəlik pul vəsaiti nəzərdə tutulur. X14 Sisteminin Sosial Ödənişlər alt sistemində qevd olunan məlumatlara əsasən iddiaçı İddiaçı ilk dəfə əlillik ümumi xəstəlik səbəbindən ##.##.2025-ci il tarixində orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə 5 il müddətinə təyin edilmişdir. Iddiasının əlilliyi təkrar qiymətləndirilmiş, ##.##.2025-ci il tarixində hərbi xidmət dövrü ilə əlaqədar orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə 5 il müddətinə əlillik təvin edilmişdir. Qanunun 2.1.9-cu maddəsindən də aydın olduğu kimi sığorta ödənişinin verilməsi üçün Qanunda nəzərdə tutulan sığorta hadisəsi bas verərsə, sığorta ödənişinin verilməsi həyata keçirilir. Iddiaçıya münasibətdə nəzərdə tutulan sığorta hadisəsi 5-ci maddənin ç bəndində nəzərdə tutulduğundan iddiaçı ehtiyata buraxıldığı gündən hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üc il müddətində sığortaolunanın əlilliyi müəyyən edilməsi halıdır. Nəzərə alınmalıdır ki, iddiaçının hərbi xidmət dövrü ilə əlaqədar əlilliyi ehtiyata buraxıldıqdan 20 il sonra müəyyən edilmişdir. Göründüyü kimi, bu Qanunda nəzərdə tutulan üç il müddətin ötürülməsi anlamına gəlir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin (hakim Mehtiban Mahmudlu-Abbaszadə) ##.##.2026-cı tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddia rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya əlillik onun həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasından iyirimi il sonra, yəni ##.##.2025-ci il tarixdə təyin edilmişdir və yalnız bundan sonra iddiaçı cavabdeh orqana hazırkı iddia tələbi ilə müraciət etmişdir. Göründüyü kimi, iddiaçıya qanunvericilikdə nəzərdə tutulmuş üç müddət keçdikdən sonra əlillik təyin olunduğuna görə, ona sığorta ödənişi verilməsi mümkün deyildir. Məhkəmə bildirir ki, iş materiallarından müəyyən edilir ki, iddiaçı İddiaçı ilk dəfə əlillik ümumi xəstəlik səbəbindən ##.##.2025-ci il tarixdə orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə 5 il müddətinə təyin edilmişdir. Iddianın əlilliyi təkrar qiymətləndirilmiş, ##.##.2025-ci il tarixdə hərbi xidmət dövrü ilə əlaqədar orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə 5 il müddətinə əlillik təyin edilmişdir. Qeyd edilən hal isə yuxarıda sadalanan Qaydaların 5-ci maddəsinin “ç” bəndinə əsasən iddiaçıya birdəfəlik ödəmə edilməsini istisna edir. Iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətinin dəlillərini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırıb əlavə olaraq qeyd etmişdir ki, məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmır. Belə ki, ##.##.2025-ci il tarixdə “Ağciyərin qazanılma olmaması (sağ ağciyərin yuxarı və aşağı paylarının lobektomiyası cərahiyyə əməliyyatı olmuşdur). Böyrəyin böyrək ləyənindən başqa bədxassəli yenitörəməsi. Sol böyrəyin karsinoması, 1 mərhələ, T1N0M0” diaqnozu ilə ona 2-ci dərəcəli əlillik təyin edilmişdir. Həmin xəstəlik hərbi xidmət dövründə qazanılmışdır. Xəstəliyə görə ona ##.##.2030-cu ilə kimi əlillik təyin edilmişdir. X3 sığorta ödənişinin verilməsi üçün əlillik təyinindən dərhal sonra cavabdehə müraciət etmişdir. Bu zaman hər hansı bir iddia müddəti ötürülməmişdir. Məhkəmə MM-nin 384.0.3-cü maddəsini tətbiq etməli olduğu halda bunu etməmişdir. Iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh orqan apellyasiya şikayətinə qarşı etirazı iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmənin ##.##.2026-cı il tarixli protokol-qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində cavabdeh2 əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində cavabdeh2n Icbari Sığorta Məsələləri üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etirazı müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarnın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. TƏTBIQ EDILƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Hər kəsin sosial təminat hüququ vardır. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 71. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Hərbi qulluqçuların X3 sığortası haqqında” Azərbaycan Respublikasının 1997-ci il ## ### tarixli ***-IQ nömrəli Qanunu Maddə 5. Sığorta hadisələri və ödənişləri Aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş sığorta məbləğlərinin müvafiq faiz nisbətlərində verilir: ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə: - orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə - 80 faiz; - orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə - 60 faiz; - orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə - 40 faiz; Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, habelə prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı İddiaçı 1998-ci ildə Qobustan rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağrılmış və Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində hərbi xidmətdə olmuşdur. AR Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının verdiyi ##.##.2005-ci il tarixli “Xəstəlik haqqında şəhadətnaməyə” və MN HHKnin həkim mütəxəssisinin rəyinə görə xəstəlik diaqnozu “Hər iki ağciyərin yuxarı paylarının ocaqlı vərəmi infiltrasiya mərhələsində. KB(-) mənfi” kimi göstərilmişdir. Tibbi rəyə görə, “xəstəlik hərbi xidmət dövründə alınmışdır”. AR ƏƏSMN-nin tabeliyində Tibbi-Sosial Ekspert Komissiyasının ##.##.2025-ci il tarixli “sağlamlığın qiymətlənməsi” arayışına əsasən ##.##.2025-ci ildə “Ağciyərin qazanılma olmaması. Ağciyərin qazanılma olmaması (MOM ##.##.2025-ci il tarixdə sağ ağciyərin yuxarı və aşağı paylarının lobektomiyası cərahiyyə əməliyyatı olmuşdur). Böyrəyin, böyrək ləyənindən başqa bədxassəli yenitörəməsi, Sol böyrəyin karsinoması, 1 mərhələ. T1N0MÜ” diaqnozu ilə iddiaçıya ikinci dərəcəli əlillik verilmişdir (orqanizmin funksiyalarının pozulması faizi 75%-dir). Həmin arayışda əlilliyin səbəbi “Hərbi xidmət dövrü ilə əlaqədar” kimi göstərilib və əlillik müddəti ##.##.2030-cu ilə qədərdir. Yuxarıda qeyd edilən diaqnoz Milli Onkologiya Mərkəzi tərəfindən təsdiq edilmişdir. Həmçinin * №-li Sumqayıt şəhər Xəstəxanasının *** saylı çıxarış epIkrizinə və AR Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X5 rəyinə görə “X4 törəməsi” xəstəliyinin daşıyıcısıdır. Iddiaçı hərbi xidmət dövründə qazanılmış xəstəliyə görə dövlət icbari sığorta ödənişinin verilməsi xahişi ilə AR ƏƏSMN-nin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir. Iddiaçı həmin əlilliyə əsaslanaraq “Hərbi qulluqçuların X3 sığortası haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq sığorta ödənişinin verilməsini tələb etmişdir. Kollegiya qeyd edir ki, “Hərbi qulluqçuların X3 sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndinə əsasən sığorta hadisəsinin mövcud hesab edilməsi üçün əlillik hərbi xidmətdən ehtiyata və ya istefaya buraxıldığı gündən etibarən üç il müddətində müəyyən edilməlidir. Həmin norma imperativ xarakter daşıyır və sığorta ödənişinin verilməsi üçün zəruri hüquqi şərt kimi nəzərdə tutulmuşdur. Iş materiallarından görünür ki, iddiaçı hərbi xidmətdən buraxıldıqdan təxminən 20 il sonra, ilk dəfə ##.##.2025-ci il tarixdə əlilliyi müəyyən edilmiş, sonradan isə ##.##.2025-ci il tarixdə əlilliyin səbəbi “hərbi xidmət dövrü ilə əlaqədar” olaraq dəyişdirilmişdir. Yəni, iddiaçıya qanunla müəyyən edilmiş üç illik müddət keçdikdən sonra əlillik təyin olunmuşdur. Beləliklə, qanunla nəzərdə tutulmuş üç illik müddət ötürüldüyündən iddiaçının vəziyyəti sığorta hadisəsi kimi qiymətləndirilə bilməz. Bu hal cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtina etməsi üçün kifayət edən hüquqi əsas olmuşdur. Beləliklə, cavabdeh tərəfindən sığorta ödənişinin verilməsindən imtina edilməsi qanunvericiliyin tələblərinə uyğun olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal müəyyən edilməmişdir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına düzgün hüquqi qiymət verərək, cavabdeh inzibati orqanının imtinasını əsaslı hesab edərək, iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmişdir. Iddiaçının iddia tələbi və apellyasiya şikayətinin dəlilləri əsassızdır. Həmin dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün qanuni əsas ola bilməz. Bu səbəbdən apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa Insan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə ##.##.1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə ##.##.1982-ci il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Iddiaçının apellyasiya şikayəti rədd edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-652/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-652/2026
25.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver