Məhkəmə qərarları › İş №2-1(3-8)-653/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-653/2026

08.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-653/2026 08.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hacıyev Vahid Məcid oğlu (sədrlik edən və məruzəçi-hakim), Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı qarşı “Şamaxı rayonu, Muğanlı kəndi ərazisində yerləşən 0,2095 ha və 0,0904 ha torpaq sahəsi üzərində mülkiyyət hüququna xitam verilməsi və daşınmaz əmlakın dövlət reyestrində adına olan qeydiyyatın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(*-*)- ***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: Işin halları Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh ** saylı Şamaxı Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayonu, Muğanlı kəndi ərazisində yerləşən 0,2095 ha və 0,0904 ha torpaq sahəsi üzərində mülkiyyət hüququna xitam verilməsi və daşınmaz əmlakın dövlət reyestrində adına olan qeydiyyatın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən iddiaçıya məxsus olmuş Şamaxı rayonu, Muğanlı kəndi ərazisində yerləşən 0,2095 ha və 0,0904 ha torpaq sahəsi (cəmi 0,30 ha) əkin torpaq sahəsi 2013-cü ildə Nazirlər Kabinetinin Sərəncamına əsasən, Şamaxı Rayon Icra Hakimiyyəti tərəfindən dövlət ehtiyacları üçün iddiaçıdan alınmış və təyinatı dəyişdirilərək yaşayış massivi (hazırda Yeni Muğanlı kəndi adlanır) və 13 ilə yaxındır ki, orada sakinlər yaşayırlar. Torpağa görə müəyyən edilmiş kompensasiya məbləği iddiaçıya tam məbləğdə ödənilmişdir. Artıq həmin torpaqlar üzərində mülkiyyət, sərəncam və istifadə hüququ faktiki olaraq yoxdur. Lakin daşınmaz əmlakın dövlət reyestri xidmətində həmin torpaq hələ də iddiaçının adında qalır. Bu hal iddiaçı üçün bəzi hüquqi- texniki çətinliklər yaradır. Məsələn, torpaq adında qaldığına görə iddiaçıya işsizlik statusu verilmir və yaxud aztəminatlı ailə (4 azyaşlı övladı var) kimi ünvanlı dövlət sosial yardımı təyin edilmir, torpağa görə vergi hesablanır, hüquqi qeyri-müəyyənliyə və mülkiyyət hüququnun faktiki vəziyyətə uyğun gəlməməsinə səbəb olur və s.. Məsələ ilə bağlı torpağın dövlət ehtiyacları üçün iddiaçıdan alınması barədə razılaşmanın (müqavilənin) nüsxəsinin verilməsi barədə Şamaxı RIH-ə ərizə ilə müraciət etsə də, əhəmiyyəti olmamışdır. Həmin torpağın daşınmaz əmlakın dövlət reyestrində adına olan qeydiyyatının ləğv edilməsi ilə bağlı ** saylı Ərazi Idarəsinə müraciət etsə də, verilən cavabda həmin idarənin buna səlahiyyəti olmadığı bildirilmişdir. Bu səbəbdən də, məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Azərbaycan Respublikası Iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmrinə əsasən, “xxxx” publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, “xxxx” publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən, cavabdeh qismində Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi qəbul edilmişdir. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh ilə əvəz olunmasını xahiş etmişdir. Cavabdeh tərəfindən iddia tələbinə yazılı etiraz təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin (hakim Mehriban Mahmudlu-Abbaszadə) ##.##.2026-cı il tarixli *-*(*-*)-***/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, “iddiaçının qaldırdığı hazırkı iddia iddiaçının çatmaq istədiyi məqsədə nail olmaq üçün uğurlu iddia sayıla bilməz. Ona görə də, iddiaçının hazırkı iddiaya hüquqi marağı müəyyən edilmir və belə olan halda iddia mümkün sayıla bilməz. 20. Məhkəmə həmçinin iddiaçıya izah edir ki, iddiaçı hüquqi marağına çatmaq üçün ilkin olaraq, Şamaxı rayonu, Muğanlı kəndi ərazisində yerləşən 0,74 (1,04-0,30) ha torpaq sahəsinə mülkiyyət hüququna dair reyestrdən çıxarışın verilməsi ilə bağlı cavabdeh orqana müraciət edərək nail ola bilər”. Iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddiaya mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, məhkəmə tərəfindən torpaq sahəsinin qalan hissəsinə (0.7382 ha) reyestrdən çıxarış alınması izah edilmişdir. Halbuki, o, həmin çıxarışı çoxdan, yəni ##.##.2023-cü ildə almışdır (nömrə 2923000711). Lakin hüquqi məlumatsızlıqdan həmin çıxarışı ərizəyə əlavə etməmişdir. Məhkəmə iclası zamanı da həmin çıxarış iddiaçıda idi. Lakin məhkəmə həmin sənədin zəruri olduğunu ona bildirməmiş və tələb etməmişdir. Iddiaçı bildirir ki, həmin sənədi aldıqdan sonra da satılmış torpaq sahəsi reyestrdə hələ də onun adında qalır və ona hüquqi maneələr yaradır. Haızrkı iddianın qaldırılmasına zərurət də bu səbəbdən yaranmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Iddiaçı İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında iştirak etməmişlər. Iddiaçı məhkəməyə şifahi məlumat verərək, hazırkı iclasda iştirakının üzrlü səbəbdən mümkün olmamasını bildirmiş və iclasın onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Inzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi Maddə 2.2.3. Inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun ## ##### 2015-ci il tarixli Qərarı 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPMin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. … 4.1. IPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. ... 6.1. Iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. Iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarında olan sübutları araşdırıb və onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Iddiaçının hazırkı tələbi - kompensasiya ödənilməklə dövlət ehtiyacları üçün ondan 2013-cü ildə alınmış Şamaxı rayonu, Muğanlı kəndi ərazisində yerləşən 0,2095 ha və 0,0904 ha torpaq sahəsi üzərində mülkiyyət hüququna xitam verilməsi və daşınmaz əmlakın dövlət reyestrində adına olan qeydiyyatın ləğv edilməsindən ibarətdir. Iş materiallarına əsasən müəyyən edilir ki, JN-0031 KOD 41013028 seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən, Şamaxı Rayon Aqrar Islahat Komissiyasının ##.##.1997-ci il tarixli, ** nömrəli qərarı ilə 1,04 ha torpaq sahəsi Babaşov Babaş Ədil oğluna və ailə üzvlərinə ayrılmışdır. Şamaxı Rayon Icra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanlanan ## #### 2025-ci il tarixli *- **/*-***/**** nömrəli məktubda qeyd edilmişdir ki, 2012-ci ilin mart ayında Şamaxı rayonunda baş vermiş torpaq sürüşməsi nəticəsində Muğanlı kəndində 62 ailənin yaşayış evləri və həyətyanı torpaq sahələri yararsız vəziyyətə düşmüşdür. Dövlət tərəfindən aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları nümayəndələrinin iştirakı ilə yaradılan komissiyanın rəyinə əsasən sürüşmə zonasında olan yaşayış evlərinin təhlükəsiz əraziyə köçürülməsi məqsədəmüvafiq hesab olunmuş və bu məqsədlə Muğanlı kəndi ərazisində 14.65 hektar torpaq sahəsi ayrılmışdır. Ayrılan ərazinin 13.31 hektarı 81 ailənin xüsusi mülkiyyətində olan (mülkiyyətçilərin rəsmi razılıqları nəzərə alınmaqla) kənd təsərrüfatı təyinatlı pay torpağı, 1.34 hektarı isə bələdiyyə mülkiyyətindəki ümumi istifadədə olan torpaqdır. Pay torpaqlarının torpaq mülkiyyətçilərinə kompensasiya ödənilməsi təmin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2013-cü il tarixli Sərəncamı ilə kənd təsərrüfatı təyinatlı pay torpaqlarının təyinatı dəyişdirilərək, yaşayış məntəqələri kateqoriyasına keçirilmişdir. Şamaxı rayonu, Muğanlı kəndində və rayonun bir sıra kəndlərində (Günəşli (Saqiyan), Qaravəlli, Birinci Çaylı, Göylər) torpaq sürüşməsi nəticəsində yaşayış evləri və həyətyanı torpaq sahələri yararsız vəziyyətə düşmüş ailələr təhlükəsiz ərazidə inşa olunmuş mənzillərə köçürülmüşdür. Azərbaycan Respublikası Prezidentinin ## ##### 2022-ci il tarixli Fərmanının 1.1-ci bəndinə müvafiq olaraq istismarına icazə verilmiş fərdi yaşayış evlərinin məlumatları təqdim olunmuşdur. Şamaxı Rayon Icra Hakimiyyəti başçısının aparatının iddiaçıya ünvanladığı ##.##.2025-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2013-cü il tarixli **s nömrəli sərəncamına əsasən, 81 ailənin xüsusi mülkiyyətində olan ümumilikdə 14,49 ha əkin sahəsi mülkiyyətçilərin razılığı ilə, dəyəri ödənilməklə dövlət ehtiyacları üçün alınmış, təyinatı dəyişdirilmiş və həmin ərazidə torpaq sürüşməsi nəticəsində yaşayış yerlərini itirmiş ailələrin köçürülməsi məqsədilə yeni yaşayış massivi salınmışdır. Göründüyü kimi, iddiaçı mülkiyyətində olan 0,30 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınaraq kompensasiyasının ödənildiyini, həmin torpaq sahəsi üzərində faktiki olaraq hər hansı mülkiyyət hüququnu həyata keçirmədiyini, lakin daşınmaz əmlakın dövlət reyestrində həmin torpaq sahəsinin hələ də onun adına qeydiyyatda qaldığını bildirmişdir. Iddiaçı məhz bu qeydiyyatın ləğv edilməsini tələb etməklə faktiki vəziyyətin hüquqi vəziyyətə uyğunlaşdırılmasına nail olmağa çalışır. Həmin qeydiyyatın mövcudluğu iddiaçıya müəyyən sosial təminat hüquqlarından istifadə etməyə mane olur, eyni zamanda vergi öhdəliklərinin yaranmasına və hüquqi qeyri-müəyyənliyin davam etməsinə səbəb olur. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2015-ci il tarixli * nömrəli qərarının 6.1-ci və 6.2-ci bəndlərinə əsasən, iddiaçının hüquqi marağının mövcudluğu onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması nəticəsində nail olmasının mümkün olub-olmaması ilə müəyyən edilir. Başqa sözlə, hüquqi maraq o halda mövcud hesab edilir ki, iddia təmin edildiyi təqdirdə iddiaçının hüquqi vəziyyətində onun xeyrinə dəyişiklik baş versin. Hazırkı iş üzrə iddiaçı daşınmaz əmlakın dövlət reyestrində adına olan qeydiyyatın ləğv edilməsini tələb etməklə, satdığı və faktiki istifadəsində olmayan torpaq sahəsi ilə bağlı hüquqi vəziyyətin faktiki vəziyyətə uyğunlaşdırılmasını, habelə həmin qeydiyyatdan irəli gələn hüquqi nəticələrin aradan qaldırılmasını qarşıya məqsəd qoymuşdur. Buna görə də, iddiaçının qaldırdığı iddia onun çatmaq istədiyi məqsədə nail olmaq üçün əlverişli və uğurlu hüquqi müdafiə vasitəsi hesab edilir. Birinci instansiya məhkəməsinin iddiaçının əvvəlcə torpaq sahəsinin qalan hissəsinə dair reyestrdən çıxarış alınması barədə mövqeyi isə iddianın mümkünlüyünün deyil, zərurət olduqda mübahisənin mahiyyəti üzrə araşdırılması zamanı qiymətləndirilə biləcək hallara aiddir. Iddianın mümkünlüyü mərhələsində məhkəmə tərəfindən mübahisənin mahiyyəti üzrə həllini əvvəlcədən şərtləndirən nəticələrə gəlinməsi yolverilməzdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırkı iddia üzrə hüquqi marağı mövcuddur və onun göstərdiyi hallar hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasının mümkünlüyünü kifayət qədər əsaslandırır. Iddia tələbi təmin edildiyi təqdirdə iddiaçının adına mövcud qeydiyyatın ləğvi mümkün olacağından, onun çatmaq istədiyi məqsədə məhz hazırkı iddia vasitəsilə nail olunması mümkündür. Bu səbəbdən iddianın mümkün sayılmaması barədə nəticə qanuni və əsaslı hesab edilə bilməz. Bu baxımdan, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, hazırki iş mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi iddiaçıya məxsus olan torpaq sahəsinin dövlət ehtiyacları üçün alınmasını təsdiq edən sənədləri müvafiq sorğular verməklə Şamaxı rayon Icra Hakimiyyətindən (notariat ofisindən) əldə etməli və həmin sənədlərə hüququ qiymət verməklə, tam və hərtərəfli, obyektiv araşdırmanı təmin etməklə, işə mahiyyəti üzrə baxaraq qərar qəbul etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 68, 82, 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Iddiaçının apelyasiya şikayəti təmin edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(*-*)-***/**** nömrəli qərardadı ləğv edilsin. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı qarşı “Şamaxı rayonu, Muğanlı kəndi ərazisində yerləşən 0,2095 ha və 0,0904 ha torpaq sahəsi üzərində mülkiyyət hüququna xitam verilməsi və daşınmaz əmlakın dövlət reyestrində adına olan qeydiyyatın ləğv edilməsi” tələbinə dair inzibati iş mahiyyəti üzrə baxılması üçün Sumqayıt Inzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar