Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-654/2026 14.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “Cavabdeh iddiaçıdan tələb etdiyi 7% yəni 2100 manat icra xərcinin ləğv edilməsi” tələbinə dair nzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “Cavabdeh iddiaçıdan tələb etdiyi 7% yəni 2100 manat icra xərcinin ləğv edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarına əsasən iddia tələbi təmin edilməmişdir. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərardadına əsasən Üçüncü şəxs Qapalı Səhmdar Cəmiyyəti üçüncü şəxs qismində cəlb edilərək, icraat təzələnmişdir. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim Leyla Mirzəyeva) Iddiaçı İddiaçı ##.##.2026-cı il tarixində həmin qərardan apellyasiya şikayəti verərək, Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Iş materialları ilə müəyyən olunur ki, Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı iddiaçı İddiaçı elektron kabinetinə ##.##.2026-cı il tarixdə yerləşdirilmiş, iddiaçı həmin qərardan ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti vermişdir. Sumqayıt Inzibati Məhkəməsi iddiaçı İddiaçı hüquqi yardım göstərərək, iddiaçıya ## ##### 2026-cı il tarixdə məktub ünvanlayaraq bildirmişdir ki, apellyasiya şikayətinin verilməsi üçün üzürlü səbəbdən ötürülmüş prosessual müddətin bərpasına dair ərizə Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim edilə bilər. Bu baxımdan, apellyasiya şikayətinin mümkünlük məsələsinə baxılması qərara alınmış və ##.##.2026-cı il tarixə, saat 10:50-ə məhkəmə iclası təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı prosessual müddətin bərpa edilməsini və apellyasiya şikayətinin icraata qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə cavabdehin nümayənədəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, ötürülmüş prosessual müddət bərpa edilməməli, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin, şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun, həmçinin, apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri Inzibati Prosessual Məcəllənin 85.1-ci maddəsində məhkəmə qərardadının isə elan olunduğu gündən 30 gün müddətində inzibati məhkəmə vasitəsilə verilə bilməsi müəyyən olunur. Inzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Qətnamənin rəsmi qaydada verilməsi anlayışı Mülki Prosessual Məcəlləsinin 135.5-ci maddəsində müəyyən edilərək göstərilir ki, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Mülki Prosessual Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Iddiaçı məhkəmə iclasında izahat verərək, izahatında bildirmişdir ki, birinci instansiya məhkəməsinin yekun məhkəmə aktını almaq üçün bir neçə dəfə məhkəməyə müraciət etsə də, yekun məhkəmə aktını ala bilməmiş, məhkəmə aktının elektron məhkəmə kabinetinə yerləşdirilməsindən məlumatı olmamışdır. Bu əsasla o, apellyasiya şikayəti vermək üçün ötürülmüş prosessual müddətin üzrlü səbəbdən buraxıldığını qeyd edərək həmin müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatında qeyd etdiyi halları, iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, prosessual müddətin buraxılmasının üzrlü səbəblərdən baş verməsi ilə əlaqədar dəlillər və sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, iş materiallarından müəyyən olunur ki, Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ##.##.2026-cı il tarixində iddiaçının “Elektron məhkəmə” informasiya sistemində mövcud olan elektron kabinetinə yerləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.6-cı maddəsinə uyğun olaraq, “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmiş şəxslərə məhkəmə sənədlərinin həmin sistemdə yaradılmış elektron kabinetlərində yerləşdirilməsi həmin sənədlərin rəsmi qaydada təqdim olunması hesab edilir. Iş materiallarından həmçinin müəyyən edilir ki, iddiaçının “Elektron məhkəmə” informasiya sistemində elektron kabineti ##.##.2023-cü il tarixdən mövcuddur və iddiaçı həmin sistemdə aktiv istifadəçi kimi qeydiyyata alınmışdır. Bu səbəbdən də məhkəmə sənədinin ##.##.2026-ci il tarixində iddiaçının elektron kabinetinə yerləşdirilməsi həmin qərarın iddiaçıya rəsmi qaydada təqdim olunması kimi qiymətləndirilməlidir. Inzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən məhkəmə qərardadından apellyasiya şikayəti qərarın elan olunduğu və ya rəsmi qaydada təqdim edildiyi gündən 30 gün müddətində verilə bilər. Beləliklə, iş üzrə qərar ##.##.2026-cı il tarixində iddiaçının elektron kabinetinə yerləşdirildiyindən həmin tarixdən etibarən apellyasiya şikayəti vermək üçün nəzərdə tutulmuş 30 günlük müddət hesablanmalıdır. Bu halda iddiaçı tərəfindən apellyasiya şikayəti vermək üçün son tarix ##.##.2026-cı il olmuşdur. Lakin iş materiallarından görünür ki, iddiaçı tərəfindən apellyasiya şikayəti yalnız ##.##.2026-cı il tarixində verilmişdir. Beləliklə, qanunla müəyyən edilmiş prosessual müddət bitdikdən sonra təxminən 7 gün keçdikdən sonra apellyasiya şikayəti təqdim edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının elektron kabinetinin mövcud olması, həmin sistemdən aktiv istifadəçi kimi qeydiyyatda olması və məhkəmə sənədinin qanunvericiliyin tələblərinə uyğun olaraq elektron kabinetə yerləşdirilməsi şəraitində qərar barədə məlumat əldə edilməməsi prosessual müddətin buraxılması üçün üzrlü səbəb kimi qiymətləndirilə bilməz. Könül Nаmidаr qızı Qəribovаnın şikаyəti ilə əlаqədаr Azərbaycan Respublikası Ali Məhkəməsi MIÜMK-ın ## ###### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiyа Məhkəməsi Plenumunun 8 mаy 2008-ci il tаrixli qərаrındа göstərilmişdir ki, “qаnunlа nəzərdə tutulmuş prosessuаl müddətin bərpаsı üçün yаlnız elə səbəblər üzrlü hesаb edilə bilər ki, onlаrın mövcudluğu prosessuаl hüquqlаrа və vəzifələrə mаlik şəxsin irаdəsindən аsılı olmаsın, özü tərəfindən onlаrın dəf edilməsi imkаnlаrındаn kənаrа çıxsın, müvаfiq hərəkətin yerinə yetirilməsinə, mаneə törətsin və yа məhdudiyyət yаrаtsın”. “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbayan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2007-ci il tarixli qərarına əsasən qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan «res judicata» prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq, onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Avropa Məhkəməsi Avropa Insan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri Ispaniyaya qarşı iş üzrə 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiqini nəzərə almalıdırlar. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadından iddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddət bərpa edilməməli, apelyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. NƏTICƏVI HISSƏ: Şərh edilənlərə əsasən və Inzibati Prosessual Məcəllənin 80, 85, 86 və 89-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddət bərpa edilməsin. Apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (ünvan: ünvan 1 məhəllə) kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-654/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-654/2026
14.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver