Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-660/2026 25.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər X1 və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi, Iddiaçı İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində cavabdeh2n Icbari Sığorta Məsələləri üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində cavabdeh2n Icbari Sığorta Məsələləri üzrə Mərkəzi Filialına qarşı “hərbi xidmət dövründə xəstələnərək ordudan tərxis olunduğu üçün 11.000 manat dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı tarixli *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: Işin halları: Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair ##.##.2022-ci il tarixli məlumatdan görünür ki, ##.##.1999-cu il təvəllüdlü İddiaçı hərbi xidmət dövrü ilə əlaqədar “Dağınıq skleroz. Fiziki aktivliyin çatmamazlığı” diaqnozu ilə orqanizmin funksiyalarının 75% pozulmasına görə ##.##.2022-ci il tarixdə ikinci dərəcə əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə Idarəsi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli arayışdan görünür ki, sığortaolunan şəxs İddiaçı ##.##.2017-ci il tarixdən ##.##.2018-ci il tarixədək hərbi xidmətdə olmuş, hərbi xidmət dövründə əldə etdiyi xəstəlik nəticəsində ona ikinci dərəcəli əlillik təyin edilmişdir. Arayışda hadisənin alkoqol, narkotik və ya digər qadağan olunmuş maddələrin istifadəsi ilə əlaqədar baş vermədiyi, habelə hadisənin qəsdən törədilmiş cinayət və ya sığortaolunanın özünə qəsd etməsi nəticəsində baş verməsinə dair məlumatın olmadığı qeyd edilmişdir. Həmin arayış əsasında sığortaolunan üzrə 11.000 manat məbləğində dövlət icbari şəxsi sığorta ödənişinin hesablanması müəyyən edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş ##.##.2022-ci il tarixli ***** nömrəli Xəstəlik haqqında Şəhadətnamədə “Dağınıq skleroz. Somatogen mənşəli asteno-nevrotik təzahürlər” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun iddiaçıya ünvanladığı ## ### 2025-ci il tarixli *-**-*/*-M- ******/**** saylı məktubunda qeyd edilir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 1997-ci il ## ### tarixli ***-IQ nömrəli Qanununun 5-ci maddəsinin “ç” bəndinə əsasən sığortaolunanın hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyinin müəyyən edilməsi sığorta hadisəsi hesab olunur. Iddiaçının müraciəti araşdırılarkən məlum olmuşdur ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən tərtib olunmuş baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunmasına dair ##.##.2024-cü il tarixli *-**-**/*-****/**** nömrəli arayışa əsasən ##.##.2018-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılması və Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin məlumat bazasına əsasən hərbi xidmət dövrü ilə əlaqədar ##.##.2022-ci il tarixdə ikinci dərəcəli əlilliyi (orqanizmin funksiyalarının 75% pozulması) müəyyən olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, əlilliyin müəyyən olunma dövrü üç ildən artıq müddəti əhatə etdiyindən, sözügedən Qanunun 5-ci maddəsinin “ç” bəndinə əsasən sığorta ödənişinin verilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Birinci instansiya məhkəməsində icraat Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərbi xidmət dövründə xəstələnərək ordudan tərxis olunduğu üçün 11.000 manat dövlət icbari şəxsi sığorta ödənişinin verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, ##.##.2017-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayonu şöbəsi tərəfindən hərbi xidmətə çağırılmış və N nömrəli hərbi hissədə xidmətə başlamışdır. ##.##.2018-ci il tarixdə qəflətən bədəninin sağ ətraflarında zəiflik başlamışdır. ##.##.2018-ci il tarixdə briqadanın tibb məntəqəsinə aparılmış və orda iddiaçıya ilkin tibbi yardım olunmuşdur. ##.##.2018-ci tarixində N nömrəli hərbi hissəyə stasionar müayinə üçün göndərilmişdir. N nömrəli hərbi hissədə iddiaçıya “Sağtərəfli hemiparez” diaqnozu qoyulmuşdur və bundan sonra ixtisaslı müayinə və müalicə olunması məqsədi ilə iddiaçı sanitar avtomobillə SQ BKH-na göndərilmiş, ##.##.2018 - ##.##.2018-ci il tarixədək stasionar müalicə olunmuşdur. ##.##.2018-ci il tarixdə SQ BKH-nın şəhadətləndirilərək “Xəstəliklər cədvəlinin” 22b maddəsinin 11 qrafasına əsasən iddiaçıya “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” qərarı verilmişdir (əsas: **** nömrəli xəstəlik haqqında şəhadətnamə) ##.##.2018; ##.##.2019-cu il tarixində Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında Kranial MRT və baş beyinin MRT müayinəsi olunmuşdur. ##.##.2019-cu il tarixində OKI X6 Kranioserebral MRT müayinəsi olunmuşdur. ##.##.2022-ci il tarixində Bakı Sağlamlıq Mərkəzində Beyinin kontraslı MRT müayinəsində olmuşdur. ##.##.2022-ci il tarixində Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında iddiaçıya “G 35 Dağınıq skleroz” diaqnozu təyin edilmişdir (əsas: ***** nömrəli tibbi vərəqi). Iddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayonu şöbəsinin rəisi tərəfindən hərbi həkim komissiyasına göndərilmiş və MN BKH-nın psixiatrı və baş nevroluqu ilə konsultasiyada olmuşdur. Iddiaçı qeyd edilən xəstəliklə əlaqədar hərbi həkim komissiyasının ##.##.2022-ci il tarixli ***** nömrəli xəstəlik haqqında şəhadətnaməsinə əsasən həm dinc dövrdə, həmdə müharibə dövründə hərbi xidmətə yararsız hesab edilmiş və Tibbi Sosial Ekspert Komissiyasının ##.##.2022-ci il tarixli rəyi ilə iddiaçıya müddətsiz II dərəcəli əlillik təyin edilmişdir. Iddiaçı “hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası” haqqında Azərbaycan Respublikasının 1997-ci il ## ### tarixli ***- IQ nömrəli qanununa görə iddiaçı hərbi xidmət dövründə xəstələnərək xidmətə yararsız hesab edilərək evə buraxıldığı üçün iddiaçıya qeyd edilən qanunun tələbinə əsasən sığorta hadisəsi kimi qiymətləndirilərək sığorta ödənişi edilməlidir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddia ərizəsinə etirazında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il # ###### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş 1997-ci il ######un #-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi Qaydası'nın (bundan sonra - Qayda) 1.1-cı bəndinə əsasən, bu Qayda Fərmanın 4.1-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və birdəfəlik ödəmənin və sığorta ödənişlərinin verilməsi qaydasını müəyyən edir. Qaydanın 1.6-cı bəndinə əsasən birdəfəlik ödəmə bu Qaydanın 1.2.1-ci və ya 1.2.2- ci yarımbəndlərində nəzərdə tutulmuş səbəblərdən birinə əsasən müxtəlif vaxtlarda müəyyən edilmiş və ən yüksək məbləğdə təyinata əsas verən əlillik dərəcəsinə uyğun olaraq verilir. Qaydanın 3.1-cı bəndinə əsasən Fərmanın 1-ci hissəsinə uyğun olaraq birdəfəlik ödəmə almaq hüququ olan şəxslərə aşağıdakı məbləğlərdə birdəfəlik ödəmə təyin edilir: İ dərəcə əlilliyə görə - 8 800 manat; II dərəcə əlilliyə görə - 6 600 manat; Ill dərəcə əlilliyə görə - 4 400 manat; bu Qaydanın 1.2.5-ci yarımbəndində nəzərdə tutulan şəxslərə (vərəsələrə) - vəfat etmiş şəxsin əlillik dərəcəsinə uyğun olaraq bu Qaydanın 3.1.1 -3.1.3-cu yarımbəndlərində nəzərdə tutulan məbləğ nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən onlara çatası miras payı məbləğində. Iş üzrə icraat materiallarından aydın olur ki, iddiaçının 2018-ci ilin iyun ayında hərbi xidmət dövründə xəstələnməyi ilə əlaqədar ona təyin edilmiş ikinci dərəcəli əlilliyə görə dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi Fondun səlahiyyətlərinə aid deyil. Belə ki, "Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il ## ### tarixli **** nömrəli Fərmanının 2.7-ci və 2.8-ci hissəsinə görə dövlət icbari şəxsi sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2021-ci il ######ın #-dən əvvələ aid dövlət icbari şəxsi sığortası uzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişi Dövlət Sığorta Kommersiya Şirkəti (“xxxx’’ ASC) tərəfindən, sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2020-ci il ######ın ##-dən sonraya aid dövlət icbari şəxsi sığortası üzrə üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin həyata keçirilməsini 2022-ci il ######ın #-dən etibarən Fond təmin edir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 1997-ci il ## ### tarixli ***-IQ nömrəli Qanununun 5-ci maddəsinin “ç” bəndinə əsasən sığortaolunanın hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma. kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət və ya xəstəliklə əlaqədar üç il müddətində əlilliyinin müəyyən edilməsi sığorta hadisəsi hesab olunur. Bildirirlər ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən tərtib olunmuş baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunmasına dair ##.##.2024-cü il tarixli *-**-**/*-****/**** nömrəli arayışa əsasən iddiaçı ##.##.2018-ci il tarixində Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılıb və Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin məlumat bazasına əsasən hərbi xidmət dövrü ilə əlaqədar ##.##.2022-ci il tarixində ikinci dərəcəli əlilliyi (orqanizmin funksiyalarının 75% pozulması) müəyyən olunmuşdur. Odur ki, əlilliyin müəyyən olunması üç ildən artıq dövrü əhatə etdiyindən qeyd edilən Qanunun 5-ci maddəsinin “ç” bəndinə əsasən ona dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi mümkün deyil. Eyni zamanda qeyd edirlər ki, iddiaçı iddia ərizəsində sığorta ödənişinin məbləği kimi 11 000 manat olaraq qeyd etmişdir ki, hal-hazırkı mərhələdə həmin ödənişin də iddiaçıya ödənilməsi mümkün deyildir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunun 4.1-cı maddəsinə əsasən sığortaolunan on bir min manat məbləğində sığorta edilir Qanunun 5-ci maddəsinə əsasən, aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş sığorta məbləğlərinin müvafiq faiz nisbətlərində verilir sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə - 100 faiz; sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə - 100 faiz; sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) - 100 faiz. Hal-hazırda isə yuxarıda sadalanan hallardan heç biri mövcud olmadığından, sığorta ödənişinin iddiaçıya ödənilməsi üçün əsas yoxdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin (hakim Leyla Mirzəyeva) ##.##.2026-cı tarixli *-*(***)- ****/**** nömrəli qərarı ilə iddia rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya əlillik onun həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasından dörd il sonra, yəni ##.##.2022-ci il tarixdə təyin edilmişdir və yalnız bundan sonra iddiaçı cavabdeh orqana hazırki iddia tələbi ilə müraciət etmişdir. Göründüyü kimi, iddiaçıya qanunvericilikdə nəzərdə tutulmuş üç müddət keçdikdən sonra əlillik təyin olunduğuna görə, ona sığorta ödənişi verilməsi mümkün deyildir. Məhkəmə bildirir ki, iş materiallarından müəyyən edilir ki, Tibbi-Sosial ekspert komissiyası tərəfindən iddiaçıya əlillik dərəcəsinin təyin edilməsindən ##.##.2019, ##.##.2019, ##.##.2020 və ##.##.2022-ci il tarixlərdə imtina edilmişdir. Lakin, həmin tarixli imtina qərarları iddiaçı tərəfindən mübahisələndirilməmiş, qanuni qüvvəsini almışdır. Belə olan halda, iddiaçı ehtiyata buraxıldığı vaxtdan əlillik təyin edilməsi üçün müəyyən edilmiş 3 il müddət ötürülmüşdür. Bu səbəbdən də yuxarıda qeyd edilən qanunun normalarına əsasən iddiaçı iddia etdiyi məbləğdə sığorta ödənişinin ödənilməsi nəzərdə tutulmuş şəxslərin sırasına aid deyildir. Iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətinin dəlillərini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırıb əlavə olaraq qeyd etmişdir ki, məhkəmə ədalətli araşdırma aparmayaraq onun hüququnun bərpa olunmasın kömək etmək əvəzinə, sübutlara düzgün qiymət verməmiş və ədalətsiz məhkəmə qərarı çıxarmışdır. Cavabdeh təşkilat sığorta ödənişinin ödənilməsindən imtina etməsinə səbəb olaraq əlilliyin müəyyən olunan dövrü 3 ildən artıq müddəti əhatə etdiyini bildirir. Məhkəmə də cavabdeh orqanın qanunsuz imtinasını əsaslı hesab edir. Ordu sıralarından xəstəliyi ilə əlaqədar tərxis olunmuşdur. ##.##.2022-ci il tarixli xəstəlik haqqında şəhadətnamədə onun hansı tibb müəssisələrində müayinə-müalicə olunduğu qeyd edilmişdir və o, əlilliyin müəyyən olunması üçün dərhal müraciət etmişdir. 2018-ci ildən ##.##.2022-ci il tarixə kimi əlilliyin təyin edilməsi ilə əlaqədar müayinələrdə olmuşdur və ordu sıralarından tərxis olunduqdan sonra 3 il müddətində əlilliyin təyin edilməməsi onun təqsiri üzündən baş verməmişdir. O, təxris olunduğu gündən əlilliyin təyin olunması ilə bağlı müraciət etmişdir. Etdiyi müraciətlər 2018-ci dən 2022-ci ilin sonunadək davam etmişdir. 4 il ərzində saysız müayinələrdən keçmişdir, ona qarşı süründürməçiliyin olması onun günahı ucbatından baş verməmişdir. Bütün müraciətlərini vaxtında etsə də, dövlət orqanlarının laqeyidliyi və biganəliyi sayəsində 4 ildən sonra ona əlillik təyin olunmasına nail ola bilmişdir. Dövlət orqanlarının etdiyi səhvə görə vətəndaş məsuliyyət daşımır. Əgər müraciətlər etməsə, hazırkı qərarla razılaşardı. Hesab edir ki, xəstəliklə əlaqədar üç il müddətində əlilliyinin müəyyən edilməməsi onun deyil, dövlət orqanının səhvi və səhlənkarlığı ucbatından baş verib. Dövlət orqanının səhvinə görə əziyyət çəkməməli, öz hüquqlarından və müalicəsi üçün ehtiyacı olan sığorta pulunu almaqdan məhrum edilməməlidir. Digər tərəfdən cavabdeh orqan və məhkəmə qeyd edir ki, o, iddia ərizəsində 11.000 manat tələb etmişdir. O, 11.000 manatı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Maliyyə və büdcə Idarəsinin “Başvermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığorlaolunan hesab olunmasına dair” verdiyi ##.##.2024-cü il tarixli arayışına əsasən yazmışdır. Məhkəmə isə qeyd etdiyi kimi 11.000 manatı təmin etməsə də, II dərəcə əlilliyə görə - 6.600 manat sığorta ödənişinin ona ödənilməsi barədə qərar qəbul edə bilərdi. Lakin məhkəmə düzgün araşdırma aparmayaraq, illərdi etdiyi müraciətləri nəzərə almayaraq, əlillik dərəcəsinin təyin edilməsinin onun təqsiri ucbatından gecikdirilmədiyini nəzərə almayaraq cavabdehin istəyinə uyğun qərar qəbul etmişdir. Iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, iş üzrə icraat materiallarından aydın olur ki, iddiaçının 2018-ci ilin iyun ayında hərbi xidmət dövründə xəstələnməyi ilə əlaqədar ona təyin edilmiş ikinci dərəcəli əlilliyə görə dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi cavabdehin səlahiyyətlərinə aid deyil. Belə ki, “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il ## ### tarixli **** nömrəli Fərmanının 2.7-ci və 2.8-ci hissəsinə görə dövlət icbari şəxsi sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2021-ci il ######ın #-dən əvvələ aid dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişi Dövlət Sığorta Kommersiya Şirkəti (“xxxx” ASC) tərəfindən, sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2020-ci il ######ın ##-dən sonraya aid dövlət icbari şəxsi sığortası üzrə üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin həyata keçirilməsini 2022-ci il ######ın #-dən etibarən Fond təmin edir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 1997-ci il ## ### tarixli ***-IQ nömrəli Qanununun 5-ci maddəsinin “ç” bəndinə əsasən hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində əlilliyinin müəyyən edilməsi sığorta hadisəsi hesab olunur. Bildirilir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən tərtib olunmuş baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunmasına dair ##.##.2024-cü il tarixli *-**-**/*-****/**** nömrəli arayışa əsasən iddiaçı ##.##.2018-ci il tarixində Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılıb və Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin məlumat bazasına əsasən hərbi xidmət dövrü ilə əlaqədar ##.##.2022-ci il tarixində ikinci dərəcəli əlilliyi (orqanizmin funksiyalarının 75% pozulması) müəyyən olunmuşdur. Odur ki, əlilliyin müəyyən olunması üç ildən artıq dövrü əhatə etdiyindən qeyd edilən Qanunun 5-ci maddəsinin “ç” bəndinə əsasən ona dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi mümkün deyil. Eyni zamanda qeyd edirik ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Tibbi-Sosial ekspert komissiyası tərəfindən iddiaçıya əlillik dərəcəsinin təyin edilməsindən ##.##.2019, ##.##.2019, ##.##.2020 və ##.##.2022-ci il tarixlərində imtina edilmişdir. Lakin, həmin tarixli imtina qərarları İddiaçı tərəfindən mübahisələndirilməmiş, qanuni qüvvəsini almışdır. Belə olan halda, iddiaçı mübahisə üzrə tələb edilən 3 il müddəti ötürmüşdür. Bu səbəbdən də yuxarıda qeyd edilən qanunun normalarına əsasən İddiaçı iddia etdiyi məbləğdə sığorta ödənişinin ödənilməsi nəzərdə tutulmuş şəxslərin sırasına aid deyildir. Qeyd edilən hal isə yuxarıda sadalanan Qanunun 5-ci maddəsinin “ç” bəndinə əsasən İddiaçı birdəfəlik ödəmə edilməsini istisna edir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmənin ##.##.2026-cı il tarixli protokol-qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində cavabdeh2 əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində cavabdeh2n Icbari Sığorta Məsələləri üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etirazı müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarnın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. TƏTBIQ EDILƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Hər kəsin sosial təminat hüququ vardır. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 71. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 1997-ci il ## ### tarixli ***-IQ nömrəli Qanunu Maddə 5. Sığorta hadisələri və ödənişləri Aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş sığorta məbləğlərinin müvafiq faiz nisbətlərində verilir: ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə: - orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə - 80 faiz; - orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə - 60 faiz; - orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə - 40 faiz; Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, habelə prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı hərbi xidmət dövründə xəstələnməsi ilə əlaqədar ##.##.2018-ci ildə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, ona hərbi xidmətlə əlaqədar əlillik isə ##.##.2022-ci il tarixdə müəyyən edilmişdir. Iddiaçı həmin əlilliyə əsaslanaraq “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq sığorta ödənişinin verilməsini tələb etmişdir. Kollegiya qeyd edir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndinə əsasən sığorta hadisəsinin mövcud hesab edilməsi üçün əlillik hərbi xidmətdən ehtiyata və ya istefaya buraxıldığı gündən etibarən üç il müddətində müəyyən edilməlidir. Həmin norma imperativ xarakter daşıyır və sığorta ödənişinin verilməsi üçün zəruri hüquqi şərt kimi nəzərdə tutulmuşdur. Iş materiallarından görünür ki, iddiaçı ##.##.2018-ci il tarixdə ehtiyata buraxılmış, əlillik isə ona ##.##.2022-ci il tarixdə, yəni qanunla müəyyən edilmiş üç illik müddət keçdikdən sonra təyin olunmuşdur. Bu hal cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtina etməsi üçün kifayət edən hüquqi əsas olmuşdur. Kollegiya həmçinin nəzərə alır ki, iş materiallarında olan məlumatlara əsasən iddiaçıya müxtəlif tarixlərdə əlillik təyin edilməsindən imtina olunmuş, həmin inzibati qərarlar isə iddiaçı tərəfindən qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmişdir. Buna görə də həmin qərarlar hüquqi qüvvəsini saxlamışdır və hazırkı mübahisə çərçivəsində yenidən qiymətləndirilə bilməz. Apellyasiya şikayətinin dəlili iddiaçının xəstəliyinin hərbi xidmət dövründə yaranmasına istinad edilməsindən ibarət olmuşdur. Lakin bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, sığorta ödənişinin verilməsi üçün yalnız xəstəliyin hərbi xidmət dövründə yaranması kifayət etmir. Qanunvericilik əlilliyin müəyyən edilməsinin konkret müddət daxilində baş verməsini ayrıca şərt kimi müəyyən etmişdir. Bu şərtin mövcud olmaması isə iddiaçının tələb etdiyi ödənişi almaq hüququnu istisna edir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına düzgün hüquqi qiymət verərək, cavabdeh inzibati orqanının imtinasını əsaslı hesab edərək, iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmişdir. Iddiaçının iddia tələbi və apellyasiya şikayətinin dəlilləri əsassızdır. Həmin dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün qanuni əsas ola bilməz. Bu səbəbdən apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa Insan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə ##.##.1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə ##.##.1982-ci il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Iddiaçının apellyasiya şikayəti rədd edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-660/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-660/2026
25.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver