Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-661/2026 19.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası – Sədrlik edən və məruzəçi hakim Xəlilov Ramin Adilxan oğlu, Hakimlər Hacıyev Vahid Məcid oğlu və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, iddiaçı İddiaçı, onun vəkili-nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi nümayəndə1 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli arayışdan görünür ki, Sumqayıt şəhəri üzrə İcra idarəsində böyük icra məmuru vəzifəsində işləmiş İddiaçı 2018-2020-ci illər üzrə əmək haqqı aşağıdakı kimi olmuşdur: 48250,78 manat (qırx səkkiz min iki yüz əlli manat 78 qəpik). Qeyd: “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 18.3-cü və 40.1.10-cu maddələrinə müvafiq olaraq qulluqda olmanın son yaş həddinə çatdığı üçün pensiyaya çıxması ilə əlaqədar olaraq vəzifə maaşının 6 misli həcmində ödənilən müavinətdən başqa,hesablanmış əmək haqqından, büdcədən və xüsusi fonddan verilən-mükafatdan, məzuniyyət müavinəti, müalicə üçün müavinətdən, kompensasiyadan məcburi sosial sığorta tutulmuşdur.
2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli arayışdan görünür ki, Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru vəzifəsində işləmiş İddiaçı ##.##.2015-ci il tarixdən ##.##.2020-ci il tarixədək işlədiyi dövr ərzində əməkhaqqı ümumi hesablanmış məbləğ 64.823,27 (altmış dörd min səkkiz yüz iyirmi üç manat 27 qəpik) manat təşkil etmişdir.
3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, *-**-*/******/**** nömrəli məktubda qeyd olunur ki, İddiaçı pensiya işinə aid sənədlərdə ona Fondun Abşeron rayon şöbəsi tərəfindən # ###### 2010-cu il tarixindən ədliyyə orqanlarının əməkdaşı kimi yaşa görə (işləyən pensiyaçı) əmək pensiyası təyin edilib, ## ######## 2020-ci il tarixindən həmin orqandan xidmətdən azad olmağı ilə əlaqədar pensiyası ## ####### 2020-ci il tarixində yenidən hesablanıb. Adıçəkilən şəxsin Mərkəzi Filiala ## ####### 2022-ci il tarixində daxil olmuş müraciətinə əsasən təqdim etdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin ## ####### 2022-ci il tarixli */*** nömrəli arayışına uyğun olaraq onun əmək pensiyası 2022-ci ilin noyabr ayında yenidən hesablanaraq 1160,86 manatdan 1169,54 manata artırılıb. Belə ki, İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 520,00 manat, rütbə maaşı 127,00 manat, qulluq illərinə görə vəzifə və rütbə maaşının 50 faizi miqdarında əlavəsi 323,50 manat, məzuniyyətə çıxarkən verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan 161,75 manat müavinət, müalicə olunmaları üçün verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan 161,75 manat pul təminatı, mükafatlara görə əlavəsi 167,92 manat olmaqla orta aylıq əmək haqqısı 1461,92 manat təşkil etmişdir. Bununla əlaqədar adıçəkilən şəxsin əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.19.2-ci maddəsinə əsasən 35 il 9 gün qulluq illərinə uyğun olaraq orta aylıq əmək haqqısının (1461,92 manat) 80 faizi-1169,54 manat məbləğində müəyyan edilib. Eyni zamanda bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.30-cu maddəsinə əsasən, Qanunun 20-ci maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əmək haqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2000-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı”nın 31-ci abzasına (sonuncu) əsasən “istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya” orta əmək haqqı hesablanarkən nəzərə alınmayan ödəncdir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı ədiyyə orqanlarının sabiq xüsusi rütbəli əməkdaşı kimi əmək pensiyasının müəyyən edilməsi üçün orta aylıq əmək haqqısı hesablanarkən büdcədənkənar vəsaitlər hesabına ödənilmiş əlavələr və istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyanının nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildirilir ki, maddi yardımın # ###### 2023-cü il tarixindən pensiyanın tərkibinə daxil edilməsi və ümumilikdə pensiya məbləğinin indeksləşdirilməsi ilə əlaqədar İddiaçı əmək pensiyası 1475,61 manat, # ###### 2024-cü il tarixindən 1640,87 manat və # ###### 2025-ci il tarixindən isə 1773,78 manat məbləğində müəyyən edilərək onun müvafiq kart hesabına köçürülür.
4. İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona ödənilən büdcədən və xüsusi fonddan verilən mükafat, məzuniyyət müavinəti, müalicə üçün müavinət, kompensasiyadan məcburi sosial sığorta tutulmasını nəzərə alaraq əmək pensiyasının həmin ödənişlərə istinadən hərbi qulluqçu statusuna uyğun olaraq yenidən hesablanması, bu günədək hesablanmamış fərq məbləğinin ödənilməsi öhdəliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.30-cu maddəsi qüvvəyə mindiyi günədək Azərbaycan Respublikası Prezidentinin 2017-ci il ## ### tarixli **** nömrəli Fərmanına əsasən, vəzifə maaşına verilən əlavə (büdcədənkənar vəsait) nəzərə alınaraq, ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI a) Birinci instansiya məhkəməsində icraat
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı # ###### 2010-cu il tarixindən etibarən ədliyyə orqanlarının əməkdaşı kimi yaşa görə əmək pensiyası alır. Belə ki, hərbi xidmət dövrü də nəzərə alınmaqla, ümumilikdə 37 illik əmək stajı mövcuddur. İddiaçıya büdcədən və xüsusi fonddan verilən mükafatdan, məzuniyyət müavinətindən, müalicə üçün müavinətdən, kompensasiyadan məcburi sosial sığorta tutulmasına baxmayaraq, təyin olunmuş əmək pensiyasının məbləği hesablanarkən həmin ödənişlər nəzərə alınmamışdır. İddiaçı tərəfindən əmək pensiyasının yenidən hesablanması barədə ərizə ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edilmişdir. Aidiyyəti üzrə müraciətinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialında baxılmışdır. Belə ki, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ##.##.2025-ci il tarixli, *-**-*/*-B-*****/**** nömrəli cavab məktubu göndərilmiş və tələbi rədd edilmişdir. Belə ki, həmin cavab məktubunda qeyd olunmuşdur ki, ədliyyə orqanlarının sabiq xüsusi rütbəli əməkdaşı kimi əmək pensiyasının müəyyən edilməsi üçün orta aylıq əmək haqqı hesablanarkən büdcədənkənar vəsaitlər hesabına ödənilmiş əlavələr və istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyanın nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Buna görə də, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Əmək pensiyasının məbləğinin düzgün hesablanmaması konstitusion hüququnun pozulmasına gətirib çıxarır.
7. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, iddia tələbinin əsasları kimi qeyd olunmuşdur ki, iddiaçı İddiaçı büdcədən və xüsusi fonddan verilən mükafatdan, məzuniyyət müavinətindən, müalicə üçün müavinətdən, kompensasiyadan məcburi sosial sığorta tutulmasına baxmayaraq, təyin olunmuş əmək pensiyasının məbləği hesablanarkən həmin ödənişlər nəzərə alınmamışdır. Bildirilir ki, iddiaçı İddiaçı Fondun Abşeron rayon şöbəsi tərəfindən # ###### 2010-cu il tarixindən ədliyyə orqanlarının əməkdaşı kimi yaşa görə əmək təyin edilmiş, ## ######## 2020-ci il tarixindən həmin orqandan xidmətdən azad olunmağı ilə əlaqədar əmək pensiyası yenidən hesablanmışdır. Sonrakı artımlar və indeksləşdirmələr nəzərə alınmaqla hazırda İddiaçı əmək pensiyası 1773,78 manat təşkil edir. Eyni zamanda, bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.30-cu maddəsinə əsasən, Qanunun 20-ci maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əmək haqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2000-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı”nın 31-ci abzasına (sonuncu) əsasən “istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya” orta əmək haqqı hesablanarkən nəzərə alınmayan ödəncdir. Qeyd olunanları nəzərə alaraq, ədiyyə orqanlarının sabiq xüsusi rütbəli əməkdaşı kimi əmək pensiyasının müəyyən edilməsi üçün orta aylıq əməkhaqqı hesablanarkən büdcədənkənar vəsaitlər hesabına ödənilmiş əlavələr və istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyanın nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Analoji işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ##.##.2023-cü il tarixli, *-*(***)- ****/**** nömrəli ##.##.2020-ci il tarixli, *-*(***)-***/**** nömrəli ## ### 2022-ci il tarixli və *- *(***)-***/**** nömrəli # ##### 2024-cü il tarixli qərarlarında qeyd olunduğu kimi dövlət qulluğunda xidmət etmiş şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlərin nəzərə alınmaması qanunvericiliklə imperativ qaydada müəyyən edilmişdir. Belə ki, ## ###### 2018-ci il tarixli ****-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa yeni məzmunda 20.30-cu maddə əlavə edilmişdir. Həmin Qanun 2019-cu il ######ın #-dən qüvvəyə minmişdir.
8. Bundan başqa bildirilir ki, “Əmək pensiyaları haqqında” Qanunun: 4.1-ci maddəsinə əsasən, əmək pensiyasının yaşa, əlilliyə və ailə başçısını itirməyə görə növləri vardır; 4.2-ci maddəsinə əsasən, yaşa və əlilliyə görə əmək pensiyası sığorta və yığım hissələrindən ibarətdir; 6.2-ci maddəsinə əsasən, “əmək pensiyasının sığorta hissəsinin 1992-ci ilin ######ın #dək qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği, habelə bu Qanunun 20-ci maddəsində nəzərdə tutulan əlavələr, həmin əlavələrin indeksləşdirilməsi, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə 2022-ci ildə müəyyən etdiyi və 2023-cü il ######ın #-dən onların əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardım və həmin maddi yardımın bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilməsi nəticəsində yaranan xərclər dövlət büdcəsinin, digər bütün məbləğləri isə məcburi dövlət sosial sığortası vəsaitləri və sosial sığorta ehtiyatı hesabına maliyyələşdirilir”; 20.19.1-ci və 20.19.2-ci maddələrinə əsasən, ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 il və ya 15 ildən yuxarı qulluq etmiş ədliyə işçilərinə 15 ilə görə dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin əmək haqqının orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir.
9. Ədliyyə orqanlarının sabiq əməkdaşı kimi iddiaçıya yaşa görə əmək pensiyası təyin edilərkən pensiyanın sığorta hissəsinin müəyyən edilməsi zamanı işlədiyi bütün dövr ərzində ona ödənilmiş əmək haqlarından tutulmuş bütün məcburi dövlət sosial sığorta haqları nəzərə alınmışdır. Məlumat üçün bildirilir ki, iddiaçı İddiaçı yaşa görə əmək pensiyası ## ######## 2020ci il tarixindən həmin orqandan azad olmağı ilə əlaqədar yenidən hesablanmışdır. İddiaçının təqdim etdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin ## ####### 2022-ci il tarixli, */*** nömrəli arayışına əsasən, əmək pensiyası yenidən hesablanaraq, cari ayda 1160,86 manatdan 1169,54 manata artırılmış, həmçinin ##.##.2020-##.##.2022-ci il tarixləri arasındakı dövr üzrə ona ödənilməli olan 219,89 manat fərq məbləği müəyyən edilmişdir. Belə ki, vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 520,00 manat, rütbə maaşı 127,00 manat, qulluq illərinə görə vəzifə və rütbə maaşının 50 faizi miqdarında əlavə 323,50 manat, digər növ əlavələr 491,42 manat olmaqla orta aylıq əməkhaqqı 1461,92 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.19.2-ci maddəsinə əsasən, 35 il 9 gün qulluq stajına uyğun olaraq orta aylıq əməkhaqqının (1461,92 manat) 80 faizi-1169,54 manat məbləğində müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
10. Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.30-cu maddəsi qüvvəyə mindiyi günədək Azərbaycan Respublikası Prezidentinin 2017-ci il ## ### tarixli **** nömrəli Fərmanına əsasən, vəzifə maaşına verilən əlavə (büdcədənkənar vəsait) nəzərə alınaraq, iddiaçı İddiaçı təyin edilmiş əmək pensiyasının yenidən hesablanması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.
11. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, ##.##.2019-cu il tarixdən qüvvəyə minmiş qanunvericilikdə edilmiş əlavə iddiaçının həmin qanun əlavə edilənədək yaranmış hüquqi vəziyyətinin ağırlaşmasına səbəb ola bilən hallar iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Cavabdeh məhkəməyə təqdim etdiyi iddia ərizəsinə yazılı etirazında “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə istinad edərək bəzi gəlir növləri istisna olunmaqla məcburi dövlət sosial sığorta haqları əmək ödənişinin və gəlirlərin bütün növləri üzrə hesablandığını, istisna olunmuş bu gəlirlərə yeraltı işlərdə çalışan işçilərə verilən pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan digər məhsulların dəyəri və işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə verilən xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin dəyəri, aliment, tələbələrə, doktorantlara və magistrlərə müəssisə və təşkilatların hesabına ödənilən təqaüd, məcburi dövlət sosial sığorta haqları hesabına verilən sosial sığorta ödəmələrinin məbləğləri, dövlət büdcəsinin vəsaiti hesabına verilən dövlət təqaüdləri və dövlət müavinətlərinin aid olduğunu qeyd etmişdir.
12. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri
13. Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı İddiaçı təqdim etdiyi sənədlərin surətlərinə və Mərkəzləşdirilmiş Elektron İnformasiya X3 məlumatlara əsasən ona ##.##.2010-cu il tarixində “Əmək pensiyaları” haqqında Qanunun həmin dövr qüvvədə olan redaksiyasına uyğun 25 il qulluq stajına uyğun olaraq ədliyyə orqanlarında xidmət edən xüsusi rütbəli şəxs kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş ##.##.2022ci il tarixli */*** nömrəli arayışa əsasən İddiaçı 2019-2020-ci illər üzrə xidmət illəri əsasında orta aylıq əməkhaqqı 1461.92 manat məbləğində müəyyən edilmişdir. Pensiya işi materiallarında olan Mərkəzi Filial tərəfindən qəbul edilmiş *********** nömrəli ##.##.2022-ci il tarixli “əmək pensiyasının yenidən hesablanması” haqqında Qərarla İddiaçı aylıq 1169.54 manat əmək pensiyası hesablanmışdır. Pensiya işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli *-**-****-** nömrəli arayışda İddiaçı “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 18.3-cü və 40.1.10cu maddələrinə müvafiq olaraq qulluqda olmanın son yaş həddinə çatdığı üçün pensiyaya çıxması ilə əlaqədar olaraq vəzifə maaşının 6 misli həcmində ödənilən müavinətdən başqa hesablanmış əmək haqqından, büdcədən və xüsusi fonddan verilən mükafatdan, məzuniyyət müavinəti, müalicə üçün müavinətdən, kompensasiyadan məcburi sosial sığorta tutulduğu qeyd olunmuşdur. Konstitusiyada əksini tapan sosial təminat hüququ 38-ci maddənin III hissəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir. Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq, sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 1 dekabr 2010-cu il tarixli Qərarı) Əmək stajı pensiya təminatı sahəsində hüquq münasibətlərini əmələ gətirən hüquqi fakt kimi xüsusi əmək şəraiti ilə əlaqədar pensiya hüququnun əldə edilməsinin əsas hüquqi faktı qismində çıxış edir.
14. Məhkəmə qərarlarında qanunvericinin sosial təminat sistemi ilə bağlı qanunvericilikdə mülahizə sərbəstliyini tanımalı, onun bütün faktorları nəzərə alaraq formalaşdırdığı sistemə ziddiyyət təşkil edəcək tövsifdən və təfsirdən çəkinməli, qanunun ümumi məqsədlərini nəzərə almalıdır. İlk olaraq qeyd etmək lazımdır ki, ədliyyə orqanlarında əmək fəaliyyəti 3 formada həyata keçirilir: 1. hərbi qulluqçu (xüsusi rütbəli şəxs); 2. dövlət qulluqçusu; 3. əmək müqaviləsi əsasında əmək fəaliyəti. “Əmək pensiyaları” haqqında Qanunun 9 və 20-ci maddəsi rəhbər tutularaq ədliyyə, miqrasiya, fövqalədə hallar orqanlarında çalışan xüsusi rütbəli şəxslərə həm hərbi qulluqçu kimi (təminat xərcliyi əsasında), həm də xüsusi rütbəli şəxs kimi (orta aylıq əməkhaqqı əsasında) əmək pensiyası təyin edilir. Birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları yanlış tətbiq edilmiş, həmçinin işlə əlaqəsi olmayan maddi hüquq normaları tətbiq edilmişdir. Ümumən məhkəmə tərəfindən işin halları da düzgün müəyyən edilməmişdir. Belə ki, məhkəmə qərarında göstərir ki, “işin mübahisələndirilməyən hallarına görə iddiaçıya “Əmək pensiyları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci və 20.11.2-ci maddələrinə əsasən, dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 20.11.2ci maddəsinə əsasən, 35 il 09 gün dövlət qulluğu stajına uyğun olaraq orta aylıq əmək haqqının (1461,92 manat) 80 faizi–1169,54 manat məbləğində müəyyən edilmişdir.” Halbuki İddiaçı xüsusi rütbəli şəxs kimi “Əmək pensiyaları” haqqında Qanunun 9.7ci maddəsi əsasında (ədliyyə orqanlarında xidmət edən xüsusi rütbəli şəxs) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olmuş və qulluq stajına görə əlavə də həmin Qanunun 20.19-cu maddəsi əsasında müəyyən edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı, onun vəkilinümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdilər.
TƏTBİQ EDİLƏN HÜQUQ:
17. “Əmək pensiyaları haqqında” AR Qanununun 1-ci maddəsinə əsasən: - (1.0.1) əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Maddə 4. Əmək pensiyasının növləri və tərkibi 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. Maddə 20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il #######ın ##-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il #######ın ##-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); Maddə 37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır;
18. Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 22.2. Dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 20.30 (##.##.2019-cu il tarixdən qüvvədə olan redaksiyada). Bu maddədə nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. ## ### 2017-ci il tarixdən qüvvəyə minmiş (2020-ci il ## ### tarixli, **** nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ləğv edilmişdir) “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il ## ### tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirmək məqsədilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hesabına köçürülən vəsaitdən istifadə Qaydası”: 5.2. Əlavənin hesablanması üçün bu Qaydanın 3.1.2-ci yarımbəndində nəzərdə tutulan vəsait “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş məcburi dövlət sosial sığorta haqqı çıxıldıqdan sonra həmin ayda işçiləri (vakant ştat vahidləri və həmin ayda bu Qaydanın 5.7-ci bəndində nəzərdə tutulan səbəblərə görə işdə olmayan işçilər istisna olmaqla) arasında bölünür. Bu Qaydanın 5.9-cu bəndinə uyğun olaraq natamam vəzifə maaşına əlavə hesablandıqdan sonra qalıq qalan xüsusi vəsait növbəti ayda işçilər arasında bölünür. 5.4. Əlavə hər bir işçinin aylıq vəzifə maaşına və ya bu Qaydanın 5.9-cu bəndinə əsasən hesablanmış natamam vəzifə maaşına əmsal tətbiq edilməklə hesablanır. 6.1. Mükafatdan və aylıq vəzifə maaşına əlavədən gəlir vergisi və məcburi dövlət sosial sığorta haqqı Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tutulur. 6.2. Bu Qaydaya əsasən ödənilən mükafat və aylıq vəzifə maaşına əlavə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsində nəzərdə tutulan dövlət məvacibinə aid edilir.
19. “İnzibati icraat haqqında” Qanun: Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; ... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; ... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; ... Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. ... Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. ... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. ... Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. ... 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANIN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXIŞININ HƏDLƏRİ
21. Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
22. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir.
24. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir:
25. İşin mübahisələndirilməyən hallarına görə iddiaçıya “Əmək pensiyları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci və 20.11.2-ci maddələrinə əsasən, dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 20.11.2-ci maddəsinə əsasən, 35 il 09 gün dövlət qulluğu stajına uyğun olaraq orta aylıq əmək haqqının (1461,92 manat) 80 faizi – 1169,54 manat məbləğində müəyyən edilmişdir.
26. İddiaçı Qanunun 20.30-cu maddəsi qüvvəyə mindiyi günədək vəzifə maaşına verilən əlavə (büdcədənkənar vəsait) də nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanmasını tələb edir, lakin cavabdeh Qanununun 20.30-cu maddəsinə istinad edərək iddiaçının əmək pensiyasının yenidən hesablanmasından imtina etmişdir.
27. İddiaçı hazırda bununla razılaşmır və Qanunun 20.30-cu maddəsi qüvvəyə mindiyi günədək (##.##.2019-cu il) Azərbaycan Respublikası Prezidentinin 2017-ci il ## ### tarixli **** nömrəli Fərmanına əsasən vəzifə maaşına verilən əlavə (büdcədənkənar vəsait) nəzərə alınaraq təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasını xahiş edir.
28. Birinci instansiya məhkəməsi iddianı əsaslı hesab edərək iddianın təmin edillməsi nəticəsinə gəlsə də, məhkəmə kollegiyası həmin nəticə ilə razılaşmır və cavabdehin imtinasını qanuni hesab edir.
29. Belə ki, iş materiallarından müəyyən edilir ki, iddiaçı İddiaçı ədliyyə orqanlarında xüsusi rütbəli əməkdaş kimi yaşa görə ##.##.2010-cu ildə əmək pensiyası təyin edilmiş (işləyən pensiyaçı), ## ######## 2020-ci il tarixindən isə xidmətdən azad olunması ilə əlaqədar əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun olaraq yenidən hesablanmışdır. Sonradan təqdim edilmiş arayış əsasında onun pensiyası 2022-ci ilin noyabr ayında yenidən hesablanmış, orta aylıq əmək haqqısı 1461,92 manat müəyyən edilərək "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.19.2-ci maddəsinə uyğun olaraq həmin məbləğin 80 faizi həcmində pensiya təyin edilmiş, sonrakı illərdə isə qanunvericiliyə uyğun indeksləşdirilmişdir.
30. İddiaçının əsas dəlili ondan ibarətdir ki, büdcədən və xüsusi fonddan verilmiş mükafatlar, məzuniyyət müavinəti, müalicə üçün müavinət və digər ödənişlərdən məcburi dövlət sosial sığorta haqqı tutulduğuna görə həmin məbləğlər də pensiyanın hesablanmasında nəzərə alınmalıdır.
31. Məhkəmə kollegiyası bu mövqeni əsaslı hesab etmir.
32. Belə ki, iddiaçı yuxarıda qeyd edildiyi kimi ilk dəfə ##.##.2010-cu ildə əmək pensiyası təyin edilmişdir (işləyən pensiyaçı). Əmək Pensiyaları haqqında Qanunun 37-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları müəyyən edilmişdir. Həmin maddənin 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılması müəyyən edilmişdir. Yəni iddiaçıya ilk dəfə pensiya təyin edildikdən sonra onun pensiyasının yenidən hesablanması 6 ildən sonra yəni 2016-cı ildə yenidən hesablanmış və iş materiallarına əsasən verilmiş arayışlara əsasən iddiaçıya peniyasının yenidən hesablanması zamanı iddiada qeyd edildiyi əmək pensiyasına əlavələr hesablanmışdır. Lakin onun növbəti yenidən hesablanması isə növbəti 6 ildən sonra deyil, xidmətdən azad olunduğuna görə ## ######## 2020-ci ildə yenidən hesablanmmışdır. Lakin bu hesablama edilərkən isə artıq "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.30-cu maddəsi 2019-cü ildə əlavə edildiyindən (şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əmək haqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır) qanunun tətbiqində cavabdeh inzibati orqan tərəfindən a səhvliyə yol verilməmişdir.
33. Həmin norma imperativ xarakter daşıyır və pensiya təyin edən orqana həmin ödənişləri nəzərə almaq səlahiyyəti vermir.
34. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2000-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı"na əsasən istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya orta əmək haqqı hesablanarkən nəzərə alınmayan ödənişlər sırasına daxildir. Buna görə də həmin kompensasiyanın pensiyanın hesablanmasına daxil edilməməsi qanunvericiliyin tələblərinə uyğundur.
35. Məhkəmə hesab edir ki, sosial sığorta haqqının müəyyən ödənişlərdən tutulması həmin ödənişlərin avtomatik olaraq pensiyanın hesablanmasına daxil edilməsini şərtləndirmir. Pensiyanın hesablanmasına hansı ödənişlərin daxil ediləcəyi yalnız qanunla müəyyən edilir və sosial sığorta haqqının tutulması bu hüquqi rejimi dəyişmir.
36. Məhkəmə kollegiyası həmçinin Azərbaycan Respublikası Prezidentinin # ### 2017-ci il tarixli **** nömrəli Fərmanın hazırki mübahisəyə düzgün tətbiq edilməməsi üzrə qeyd edir ki, bu Fərman Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularına şamil edilmiş, hazırki iddiaçı isə bu kateqoriyalı şəxs olmamışdır
37. Odur ki, cavabdeh tərəfindən iddiaçının pensiyası qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun hesablanmış, sonradan təqdim olunmuş əməkhaqqı arayışı əsasında da yenidən hesablanaraq artırılmışdır. Məhkəməyə cavabdehin qanunun tələblərini pozmasını təsdiq edən mötəbər sübut təqdim edilməmişdir.
38. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2020-ci il tarixli 2-1(102)-1966/2020, ## ### 2022-ci il tarixli 2-1(102)-691/2022, ## ### 2023-cü il tarixli 2-1(102)-1162/2023 və # ##### 2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarlarında da hüquqi mövqe ifadə olunmuşdur ki, dövlət qulluğunda və xüsusi rütbəli xidmətdə olmuş şəxslərin pensiyası hesablanarkən büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlərin nəzərə alınması qanunvericiliyə ziddir. Məhkəmə həmin hüquqi mövqeni hazırkı iş üzrə də tətbiq edilməli hesab edir.
39. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın hərəkətləri qanunvericiliyin tələblərinə uyğundur, iddiaçının istinad etdiyi hallar isə pensiyanın yenidən hesablanması üçün hüquqi əsas yaratmır.
40. Birinci instansiya məhkəməsi isə işin sadalanan xüsusatları istiqamətində araşdırma aparmadan iddanı təmin etmişdir.
41. Odur ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir.
42. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.