Məhkəmə qərarları › İş №2-1(3-8)-667/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-667/2026

18.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-667/2026 18.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, Iddiaçı İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona ## ###### 2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, ona ## ###### 2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.1964-cü ildə Qubadlı rayonu, Dondarlı kəndində anadan olmuş, əmək fəaliyyətinə ##.##.1982-ci ildən, əmək kitabçasında göstərilən müxtəlif adda olan müəssisələrdə çalışmaqla başlamış və halhazırda “xxxx” MMC-də Istehsalat üzrə direktor müavini vəzifəsində çalışır. Onun Əmək fəaliyyəti aşağıdakı kimidir: 1) Qubadlı rayonunda Azərittifaqda 5 ay (fəhlə), 2) 2 il hərbi xidmət illəri 3) Azərsənayetikinti Birliyinin * nömrəli trestində 1986-1994-cü illər elektrik qaynaqçısı, 4) Azərkimyatikinti Trestinin * saylı idarəsində 1997-1998-ci illər elektrik qaynaqçısı, 5) “xxxx” MMC-də 2001-2020-ci illərdə elektrik qaynaqçısı və s vəzifələrdə, 6) 2021-ci ildən hal-hazıradək “xxxx” MMC-də işləyir. Onun əmək fəaliyyəti üzrə ümumi iş stajı 37 ildən çox, xüsusi iş stajı isə 12 il 10 ay 9 gün təşkil edir. Onun güzəştli şərtlərlə işlədiyi iş stajı Azərsənayetikinti Birliyinin * nömrəli trestində ##.##.1986-01.##.##.1994-cü illər (9 il), Azərkimyatikinti Trestinin * saylı idarəsində ##.##.1997-##.##.1998-ci illər (1 il 4 ay 27 gün) və “xxxx” MMC-də ##.##.2001##.##.2004-cü illərdə (2 il 5 ay 12 gün) elektrik qaynaqçısı peşəsində işləməyidir. “xxxx” MMC tərəfindən verilən *** nömrəli, ##.##.2025-ci il tarixli arayışdan görünür ki, MMC-də ##.##.2001- ##.##.2004-cü illərdə işlədiyi elektrik qaynaqçı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci bölməsində (ümumi peşələr bölməsində) qeyd olunan əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsinə uyğun peşədir. Yəni, bu peşələrin funksiyası, xarakteri, təyinatı eynidir. Iddiaçı ilk öncə cavabdehə müraciət etmişim, lakin cavabdeh təşkilat güzətli arayışın olmaması səbəbindən imtina etmişdir.Cavabdehin müvafiq məktubunu nəzərə alıb Azərsənayetikinti Birliyinin və Azərkimyatikinti Trestinin * saylı idarəsinin araşdırılması məqəsədilə həmin müəssisələrin mövcud olmadığını, yəni həmin müəssisədən arayış almağın mümkün olmadığı məlum olmuşdur. Lakin, “xxxx” MMC mövcud olduğundan həmin müəssisəyə müraciət etmiş və ona ##.##.2025-ci il tarixli arayış təqdim etmişlər.Həmin arayışdan görünür ki, müəssisədə işlədiyi elektrik qaynaqçısı peşəsi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci bölməsində (ümumi peşələr bölməsində) qeyd olunan əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsinə uyğun peşədir. Digər müəssisələrdə də işlədiyim vəzifə analoji vəzifə olub, ona uyğun inzibati icraat haqqında qanunun tələbləri tətbiq edilərək, onun pensiya hüququnun təmin edilməsi üçün cavabdehə ##.##.2025-ci ildə müraciət etsə də ona cavab verilməmiş və pensiya hüququ bərpa edilməmişdir. Cavabdehin hərəkətsizliyi səbəbindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri: Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçının iddia tələbi əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, cavabdehin ##.##.2025-ci il tarixli *-**-*/*-P-******/**** nömrəli məktubuna əsasən, iddiaçının qanunvericiliklə tələb olunan kifayət qədər güzəştli iş stajı olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsidən imtina edilmişdir...Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 2.2.1-ci yarımbəndinə və 4.1-ci bəndinə görə şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. Bununla əlaqədar olaraq, iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəvə və vəzifəyə uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu pesə itə güzəştli sərtiərlə vasa görə əmək pensiyası hüququ verən is, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu pesəvə görə gördüyü isin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) is yerinin arayışında dəqiq göstərilməlidir.Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional, vəzifənin eyniliyinin müəyyən olunmasından gedir.Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa, görə emək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın Ümumi peşələr bölməsində (35) əl ilə qaynaq aparan elektrik qaynaqçıları vəzifələri nəzərdə tutulub. Mərkəzi Filiala təqdim edilmiş “xxxx” MMCnin ## ####### 2025-ci il tarixli *** nömrəli arayışında iddiaçının “xxxxsutikintı” şirkətinin X1 obyektinin Bakı Poladəritmə zavodunda ##.##.2001-##.##.2004-cü il tarixləri arasındakı dövr ərzində elektrik qaynaqçısı vəzifəsində işlədiyi qeyd olunub. Lakin sözügedən arayışda elektrik qaynaqçısı vəzifəsində işlədiyi müddətdə əl ilə qaynaq aparıb aparmamağı barədə hər hansı məlumat qeyd olunmayıb.Buna görə də həmin dövrün güzəştli ış stajına aid olub-olmamasını müəyyən etmək mümkün deyil. Lakin, həmin dövr güzəştli iş stajına aid edilsə belə, 12 il 6 aydan az təşkil edəcək.Qeyd edilir ki, “əl ilə qaynaq aparan elektrik qaynaqçısı” vəzifəsi ile “elektrik qaynaqçısı” vəzifəsi arasında müəyyən fərqlər var. Belə ki, “əl ilə qaynaq aparan elektrik qaynaqçısı” vəzifəsi konkret olaraq əl ilə elektrik qövs qaynağı (adətən MMA - örtüklü elektrodla qaynaq) icra edən mütəxəssisi ifadə edir. Bu vəzifə icra edilən zaman qaynaq tamamilə əl ilə aparılır, örtüklü elektrodlardan istifadə olunur, avtomatik və yarımavtomatik qurğular istifadə edilmir, əsasən tikinti, montaj, təmir işlərində çalışır, dəqiqlik və ustalıq yüksək səviyyədə tələb olunur.“Elektrik qaynaqçısı” vəzifəsi metal məmulatların elektrik enerjisindən istifadə etməklə birləşdirilməsi, bərpası və möhkəmləndirilməsi işlərini yerinə yetirən ixtisaslı mütəxəssisi ifadə edir. Elektrik qaynaqçısı əi ile elektrik qövs qaynağı (MMA), yarımavtomatik qaynaq (MIG/MAG), avtomatik qaynaq, argon qaynağı (TIG) ilə aparıla bilər......Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı ## ###### 2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının müvafiq müəssisələrdə çalışdığı elektrik qaynaqçısı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahının 35-ci bölməsində nəzərdə tutulan müvafiq peşələrinə uyğundur. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI: a) Apellyasiya şikayətinin dəlilləri. Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia tələbinə etirazla eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və vəzifəyə uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Ümumi peşələr bölməsində (35) əl ilə qaynaq aparan elektrik qaynaqçıları vəzifələri nəzərdə tutulub. Mərkəzi Filiala təqdim edilmiş “xxxx” MMC-nin ## ####### 2025-ci il tarixli *** nömrəli arayışında iddiaçının“xxxx” şirkətinin X1 obyektinin Bakı Poladəritmə zavodunda ##.##.2001-##.##.2004-cü il tarixləri arasındakı dövr ərzində elektrik qaynaqçısı vəzifəsində işlədiyi qeyd olunub. Lakin sözügedən arayışda elektrik qaynaqçısı vəzifəsində işlədiyi müddətdə əl ilə qaynaq aparıb aparmamağı barədə hər hansı məlumat qeyd olunmayıb. Buna görə də həmin dövrün güzəştli iş stajına aid olub-olmamasını müəyyən etmək mümkün deyil. Lakin, həmin dövr güzəştli iş stajına aid edilsə belə, 12 il 6 aydan az təşkil edəcək. Bildiririk ki, iddiaçının Azərsənayetikinti Birliyinin * nömrəli trestində işlədiyi ##.##.1986-##.##.1994-cü illər (8 il), Azərkimyatikinti Trestinin * saylı idarəsində işlədiyi ##.##.1997-##.##.1998-ci illər (1 il 3 ay 28 gün) və “xxxx” MMC-də işlədiyi ##.##.2001-##.##.2004-cü illərin (2 il 4 ay 12 gün) hamısı staja daxil edilsə belə, iddiaçının güzəştli iş stajı 11 il 8 ay11 gün təşkil edəcək. Əlavə olaraq iş materiallarından görünür ki, iddiaçının Azərsənayetikinti Birliyinin * nömrəli trestində işlədiyi ##.##.1986-##.##.1994-cü illərə dair əməkhaqqı cədvəllərində 1988 və 1995-ci illər və 1994-cü ilin noyabr və dekabr aylarına dair əməkhaqqı cədvəllərində iddiaçının adına rast gəlinməmişdir. Belə olduğu təqdirdə iddiaçının Azərsənayetikinti Birliyinin * nömrəli trestində işlədiyi dövr 7 il 10 ay təşkil edəcəkdir. Həmçinin iddiaçının Azərkimyatikinti Trestinin * saylı idarəsində işlədiyi ##.##.1997-##.##.1998-ci illərə dair əməkhaqqı cədvəllərində 1997-ci ilin yanvar, fevral, mart, aprel, may və iyun aylarına dair və 1998-ci ilin mart, aprel, may, iyun, avqust, sentyabr, oktaybr, noyabr və dekabr aylarına dair əməkhaqqı cədvəllərində adına rast gəlinməmişdir. Belə olduğu təqdirdə iddiaçının Azərkimyatikinti Trestinin * saylı idarəsində işlədiyi dövr 9 ay təşkil edəcəkdir. Mübahisəli dövr staja daxil edilməsə, iddiaçının güzəştli iş stajı 8 il 7 ay təşkil edəcəkdir. Hətta sözügedən mübahisəli dövr daxil edilsə belə iddiaçının güzəştli iş stajı 10 il 11 ay12 gün təşkil edəcəkdir. Hər bir halda iddiaçının güzəştli iş stajı 12 il 6 aydan azdır. Qeyd etmək istərdik ki, “əl ilə qaynaq aparan elektrik qaynaqçısı” vəzifəsi ilə “elektrik qaynaqçısı” vəzifəsi arasında müəyyən fərqlər var. Belə ki, “əl ilə qaynaq aparan elektrik qaynaqçısı” vəzifəsi konkret olaraq əl ilə elektrik qövs qaynağı (adətən MMA – örtüklü elektrodla qaynaq) icra edən mütəxəssisi ifadə edir. Bu vəzifə icra edilən zaman qaynaq tamamilə əl ilə aparılır, örtüklü elektrodlardan istifadə olunur, avtomatik və yarımavtomatik qurğular istifadə edilmir, əsasən tikinti, montaj, təmir işlərində çalışır, dəqiqlik və ustalıq yüksək səviyyədə tələb olunur. “Elektrik qaynaqçısı” vəzifəsi metal məmulatların elektrik enerjisindən istifadə etməklə birləşdirilməsi, bərpası və möhkəmləndirilməsi işlərini yerinə yetirən ixtisaslı mütəxəssisi ifadə edir. Elektrik qaynaqçısı əl ilə elektrik qövs qaynağı (MMA), yarımavtomatik qaynaq (MIG/MAG), avtomatik qaynaq, argon qaynağı (TIG) ilə aparıla bilər.Qaynaq üsulu iş yerindən və avadanlıqdan asılı olaraq seçilir. “Əl ilə qaynaq aparan elektrik qaynaqçısı” vəzifəsindən fərqli olaraq “elektrik qaynaqçısı” vəzifəsində qaynaq prosesi əl ilə, yarımavtomatik və ya avtomatik qaydada icra oluna bilər. Əl ilə qaynaq aparan elektrik qaynaqçısı ilə elektrik qaynaqçısı arasında təhlükəlilik baxımından əsas fərq ondan ibarətdir ki, əl ilə qaynaq aparan elektrik qaynaqçısı qaynaq prosesini tamamilə birbaşa əl əməyilə və qaynaq qövsünə çox yaxın məsafədə icra edir. Bu zaman qaynaqçı ultrabənövşəyi və infraqırmızı şüalanmaya daha çox məruz qalır, qaynaq tüstüsü və metal buxarlarını birbaşa tənəffüs edir, həmçinin elektrodu əlində saxladığı üçün elektrik cərəyanı vurması riski daha yüksək olur. Qığılcımlar və ərimiş metal hissəcikləri birbaşa qaynaqçının üzərinə düşdüyündən yanıq və mexaniki xəsarət ehtimalı da artır. Bundan əlavə, əl ilə qaynaq çox vaxt dar, əlverişsiz və gərgin iş mövqelərində aparıldığından fiziki yüklənmə və dayaq-hərəkət aparatına düşən yük daha çox olur. Elektrik qaynaqçısı isə iş yerindən və istifadə olunan texnologiyadan asılı olaraq qaynaq prosesini yarımavtomatik və ya avtomatik avadanlıqlar vasitəsilə yerinə yetirə bilər. Bu hallarda qaynaqçı qaynaq qövsündən nisbətən uzaqda olur, qaynaq prosesi daha stabil gedir və zərərli qazlar və tüstü daha az miqdarda ayrılır. Avadanlıqların qoruyucu mexanizmləri, avtomatik maskalar və məsafəli idarəetmə elektrik cərəyanı, şüalanma və yanıq risklərini müəyyən qədər azaldır. Fiziki yük də əsasən avadanlıq tərəfindən qarşılandığı üçün sağlamlıq üçün təhlükə səviyyəsi əl ilə qaynaq aparan elektrik qaynaqçısına nisbətən daha aşağı olur. Nəticə etibarilə, təhlükəlilik baxımından əl ilə qaynaq aparan elektrik qaynaqçısı daha yüksək risk qrupuna daxildir və bu vəzifə adətən ağır və zərərli əmək şəraiti kimi qiymətləndirilir. Elektrik qaynaqçısında isə təhlükə səviyyəsi istifadə olunan qaynaq üsulundan və iş şəraitindən asılı olaraq dəyişir və bir çox hallarda nisbətən daha az olur. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bu səbəbdən, iddiaçı öz iddiasını müvafiq sənədlərlə sübuta yetirə bilmədiyindən qanunvericliyin yuxarıda qeyd edilən normalarının tələbləri rəhbər tutulmaqla iddia tələbi əsassız və qanunazidd hesab edilərək təmin edilməməlidir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBIQ EDILƏN HÜQUQ. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... III. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. .... 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. Işçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri

1. Işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Işçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

“Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: 13.1-ci maddə b) bəndinə əsasən: əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan * nömrəli siyahı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. * nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. ## #### 1997-ci il tarixli ***-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il ######un #-dən başlayaraq 2000-ci il ######un #-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: 3.1-ci bənd. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi ##.##.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2-ci bənd. 2006-cı il ######ın #-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; (-).

"Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" (Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmişdir):

“Inzibati icraat haqqında” Qanun: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

Inzibati Prosessual Məcəllə: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI: Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtinası təşkil edir. Iddiaçının hüquqi marağı güzəştli şərtlərlə yaşa əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Yuxarıda göstərilən normaların təhlilindən görünür ki, güzəştli şərtlərlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı ##.##.2006-cı il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il ######un #-dən başlayaraq 2000-ci il ######un #-dək hər il altı ay artırılmaqla), ##.##.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (## #### 2017-ci il tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). ##.##.2006-cı il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş və iş stajı; ##.##.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi: 1) yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə azı 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); ##.##.2017-ci ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi: yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə azı 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı” (bundan sonra * nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Qanunvericilik normalarına görə, hazırkı mübahisəyə münasibətdə şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs müvafiq yaşa çatmalı, 25 ildən çox ümumi iş stajına, o cümlədən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə ən azı 12 il 6 ay xüsusi iş stajına malik olmalıdır. Işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı İddiaçı ##.##.1964-cü il təvəllüdlü olmaqla, 60 yaşı ##.##.2024-cü il tarixdə tamam olmuş, bununla da qanunla tələb olunan pensiya yaş həddi ilə bağlı şərt ödənilmişdir. Həmçinin cavabdeh inzibati orqan tərəfindən iddiaçının ümumi iş stajı mübahisələndirilməmiş, yalnız güzəştli iş stajına malik olmaması halına istinad edilmişdir. Cavabdeh orqan tərəfindən mübahisələndirilməsə də, məhkəmə araşdırması zamanı iddiaçıya məxsus əmək kitabçasının surəti və iş materiallarında olan digər sənədlər ilə iddiaçının tələb olunan 25 ildən artıq iş stajına malik olması müəyyən olunmuşdur. Kollegiya xüsusi iş stajı məsələsi ilə bağlı qeyd edir ki, mübahisənin əsasını iddiaçının Azərsənayetikinti Birliyinin * nömrəli trestində 1986–1994-cü illərdə işlədiyi dövrün habelə əmək kitabçası ilə təsdiqlənən 1994-1997-ci illərdə həmin təşkilat sistemi daxilində davam edən əmək fəaliyyətinin güzəştli staja daxil edilib-edilməməsi təşkil edir. Cavabdeh həmin dövr üzrə əməkhaqqı sənədlərinin ayrı-ayrı illər və aylar üçün tam olmamasına istinad etsə də, belə natamamlıq əmək münasibətlərinin və ya xüsusi xarakterli əmək funksiyasının mövcud olmadığını öz-özlüyündə təsdiq etmir. Iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialının arxiv arayışları, əməkhaqqı cədvəlləri və əmrin surəti ilə müəyyən edilir ki, iddiaçı # ##### 1986-cı il tarixdən Azərsənayetikinti Birliyinin * nömrəli trestinin armatur sexinə 3-cü dərəcəli armaturçu-qaynaqçı vəzifəsinə qəbul edilmişdir. Bu sənədlər iddiaçının iş yerini, peşəsini, ixtisas dərəcəsini və onun bilavasitə istehsalatda qaynaq işi üzrə çalışdığını təsdiq edir. Həmçinin əməkhaqqı cədvəlləri həmin dövrdə əmək münasibətlərinin mövcudluğunu əlavə olaraq təsdiqləyən sübutlardır. Kollegiya qeyd edir ki, arxiv sənədində göstərilən “armaturçu-qaynaqçı” vəzifəsi iddiaçının armatur sexində bilavasitə qaynaq işlərini yerinə yetirən fəhlə kimi çalışdığını ifadə edir. Vəzifə adında struktur bölmənin göstərilməsi görülən işin peşə xarakterini dəyişdirmir, əksinə, iddiaçının istehsalat sahəsində qaynaqçı ixtisası üzrə əmək funksiyasını yerinə yetirdiyini təsdiq edir. Əmək kitabçasının 10, 11 və ** saylı qeydlərindən görünür ki, ## ###### 1994-cü ildə trestin ləğvi ilə əlaqədar iddiaçının eyni təşkilat sistemi daxilində UPTK-yə keçirilməsi rəsmiləşdirilmiş, sonrakı qeyd isə əmək münasibətlərinin 1997-ci ilədək davam etdiyini göstərmişdir. Bu qeydlər iddiaçının əmək fəaliyyətində fasilə yarandığını deyil, təşkilati dəyişiklik nəticəsində iş yerinin rəsmiləşdirildiyini göstərir. Həmin qeydlərdə iddiaçının qaynaqçı peşəsi ilə əlaqəsi olmayan başqa əmək funksiyasına keçirilməsi barədə məlumat yoxdur. 1994–1997-ci illər üçün ayrıca arxiv arayışının təqdim edilməməsi əmək kitabçasında işəgötürən tərəfindən edilmiş və möhürlə təsdiqlənmiş qeydlərin sübutedici əhəmiyyətini aradan qaldırmır. Əksinə, 1986–1994-cü illər üzrə arxiv əmri və əməkhaqqı cədvəlləri iddiaçının “armaturçu-qaynaqçı” kimi işlədiyini, ## #### 1997-ci il tarixli arxiv əmri və əməkhaqqı məlumatları isə onun 6-cı dərəcəli elektrik qaynaqçısı kimi işə qəbul edildiyini təsdiq edir. Bu sübutların ardıcıllığı iddiaçının 1994–1997-ci illərdəki əmək fəaliyyətinin də qaynaqçı peşəsi üzrə davamlı xarakter daşıdığını göstərir. Cavabdeh isə həmin aralıqda iddiaçının başqa peşə və ya güzəştli şərtlərə aid olmayan əmək funksiyası yerinə yetirdiyini təsdiqləyən hər hansı sübut təqdim etməmişdir. Iş materiallarında olan sonrakı dövrlərə aid sənədlər də qeyd edilən halı təsdiq edir. Belə ki, arxiv məlumatlarında iddiaçının 1997–1998-ci illərdə 6-cı dərəcəli elektrik qaynaqçısı kimi işlədiyi, “xxxx” MMC-nin ## ###### 2026-cı il tarixli məlumatında isə onun 2001–2004-cü illərdə istehsalat prosesində birbaşa əl ilə elektrik qaynaq işlərini yerinə yetirdiyi göstərilmişdir. Həmin sübutlar iddiaçının əmək fəaliyyətinin müxtəlif dövrlərdə qaynaqçı peşəsi üzrə davam etdiyini və peşə funksiyasının mahiyyət etibarilə eyni sahəyə aid olduğunu göstərir. Bu baxımdan, struktur bölməsinin, obyektin və ya müəssisənin dəyişməsi özlüyündə iddiaçının yerinə yetirdiyi əmək funksiyasının dəyişməsi kimi qiymətləndirilə bilməz. Göründüyü kimi cavabdehin “elektrik qaynaqçısı” adının ümumi xarakter daşıya biləcəyinə, qaynaq işinin avtomatik və ya yarımavtomatik üsulla aparıla biləcəyinə dair mülahizələri hazırkı iş üzrə arxiv əmri, əmək kitabçasındakı fasiləsizliyi göstərən qeydlər və işəgötürənin təqdim etdiyi konkret məlumatların məzmununu təkzib etmir. Cavabdeh iddiaçının 1986–1997-ci illərdə qaynaqçı funksiyasını faktiki yerinə yetirmədiyini, yaxud avtomatik və ya yarımavtomatik qaynaq işi ilə məşğul olduğunu göstərən hər hansı sübut təqdim etməmişdir. Rəsmi arxiv sənədlərinin və əmək kitabçasındakı rəsmi qeydlərin məzmunu yalnız ehtimallarla aradan qaldırıla bilməz. Beləliklə, iddiaçının 0# ##### 1986-cı ildən ## ###### 1994-cü ilədək Azərsənayetikinti Birliyinin * nömrəli trestində qaynaqçı peşəsi üzrə işlədiyi dövr, ## ###### 1994-cü ildən ## #### 1997-ci ilədək əmək kitabçası ilə təsdiqlənən fasiləsiz əmək fəaliyyəti dövrü, ## #### 1997-ci ildən ## ####### 1998-ci ilədək Azərkimyatikinti Trestinin * saylı idarəsində elektrik qaynaqçısı kimi işlədiyi dövr və “xxxx” MMC-də ## ####### 2001-ci ildən ## ###### 2004-cü ilədək faktiki əl ilə elektrik qaynaq işlərini yerinə yetirdiyi dövr sübutların məcmusu ilə güzəştli iş stajına daxil edilməlidir. Həmin dövrlər, o cümlədən 1994–1997-ci illər üzrə əmək kitabçası ilə təsdiqlənən davamlı iş dövrü nəzərə alındıqda, iddiaçının xüsusi iş stajı qanunla tələb olunan 12 il 6 aydan az olmur. Buna görə də, cavabdehin fərqli hesablaması və göstərilən dövrləri stajdan istisna etməsi əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Kollegiya əlavə olaraq qeyd edir ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. Inzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Belə ki, “Inzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qanunvericiliyin tələb etdiyi qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinin tələblərinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli araşdırılması və iş üzrə obyektiv qanunauyğun qərar qəbul edilməsi məqsədilə müvafiq sorğular edilmişdir. Həmçinin nəzərə almaq lazımdır ki, “Inzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır. Eyni zamanda ## #### 2022-ci il tarixdən etibarən qüvvəyə minmiş yeni qanunvericiliyə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün artıq pensiya kapitalının mövcudluğu tələb olunmur. Bu dəyişiklik əvvəlki qaydalarda pensiya hüququnun təyin edilməsi üçün tələb olunan pensiya kapitalının müəyyən bir həddə çatması şərtini aradan qaldırır. Beləliklə, iddiaçının pensiya hüququnun təmin olunmasında əlavə bir maneə yoxdur. Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 60 yaşına çatması, 25 ildən artıq ümumi iş stajına malik olması və iş materialları ilə təsdiq edilən mübahisəli dövrlər də nəzərə alınmaqla 12 il 6 aydan az olmayan xüsusi iş stajının mövcudluğu təsdiq olunur. Buna görə də iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə tələb olunan şərtlər mövcuddur. Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı apellyasiya şikayətrinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTICƏVI HISSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar