Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-67/2026 09.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Quliyev Ismayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X6 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili vəkil3, cavabdehin nümayəndəsi X4, üçüncü şəxslərin vəkili və nümayəndəsi vəkil1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Sumqayıt Ərazi Idarəsinə (Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə) qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarış, plan və ölçü sənədinin verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Sumqayıt Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Sumqayıt Şəhər Icraiyyə Komitəsinin Bağlar Təsərrüfatının ## #### 1988-ci il tarixli, ** saylı protokolu əsasında ona ayrılmış 0,12 ha torpaq sahəsinin və tikintinin üzərindəki hüquqların dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddiaçı tərəf daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Sumqayıt şəhər Icraiyyə Komitəsinin Bağlar Təsərrüfatının ## #### 1988-ci il tarixli, ** saylı protokolu əsasında ona ayrılmış Sumqayıt şəhəri, Novxanı B-3808 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin faktiki yerləşmə vəziyyətinə uyğun olaraq iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə Üçüncü şəxs üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli, *-*(*-*)-**/**** nömrəli qərardadı ilə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat Iddia tələbi onunla əsaslandırılır ki, Abşeron rayon Məmmədli bələdiyyəsinin ## ###### 2007-ci il tarixli qərarı ilə mübahisələndirilən torpaq sahəsi iddiaçıya # ###### 1990-cı il tarixdə Sumqayıt şəhər Soveti Icraiyyə Komitəsinin Bağlar Təsərrüfatı Idarəsi tərəfindən bağlanmış müqavilə əsasında verilmişdir. Həmin sahəni hasarlamış, içərisində evi də mövcuddur. Həmin vaxt bələdiyyə olmadığından, iddiaçıya məxsus sənədlərin bələdiyyə arxivində olması mümkün deyil. Bağ sahəsi hal-hazırda da mövcuddur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək onunla əsaslandırmışdır ki, inventarlaşdırma və ölçmə işlərinin yerinə yetirilməsi ilə əlaqədar idarənin mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilməsinə şərait yaradılmamışdır. Əlavə olaraq bildirilmişdir ki, sözügedən torpaq sahəsinə dair Sumqayıt şəhər Bağlar təsərrüfatı idarəsi tərəfindən hüquq müəyyənedici sənəd (bağ sahəsinin uzunmüddətli icarəyə verilməsi barədə icarə müqaviləsi) verilsə də, bağ sahəsi ayrılarkən onun sərhəd ölçülərini və yerini müəyyən edən texniki sənəd (torpaq sahəsinin planı və ölçüsü, mövqe sxemi, ayrıc aktı və s.) tərtib olunmamış, həmçinin Sumqayıt bələdiyyəsi tərəfindən idarənin arxiv saxlancına təhvil verilmiş arxiv məlumatlarında sözügedən texniki sənəd aşkar olunmamışdır. Torpaq sahəsinin naturada sərhədlərinin müəyyən edilməsi ilə bağlı “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nə uyğun olaraq adıçəkilən müvafiq qurumların iştirakı ilə yerində mərzçəkmə işləri aparılmaqla torpaq sahəsinin mərzçəkmə planının tərtib olunduqdan sonra sözügedən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məsələsinə qanunamüvafiq qaydada baxılacaqdır. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi üçün” # ###### 1990-cı il tarixli, **** nömrəli müqavilədən görünür ki, icraiyyə komitəsi bağ sahələrinin verilməsi üzrə komissiyasının ## ####### 1988-ci il tarixli, ** nömrəli protokoluna əsasən İddiaçı Novxanı qəsəbəsində 0,12 ha B-**** nömrəli bağ sahəsi icarəyə verilmişdir. Azərbaycan Respublikası Mənzil Kommunal Təsərrüfatı Komitəsi Sumqayıt Şəhər Kommunal Təsərrüfatı Istehsalat Birliyinin 212 inventar nömrəli B-**** nömrəli bağ sahəsinə dair İddiaçı adına tərtib edilmiş “Vətəndaşların istifadəsində olan bağ təsərrüfatının texniki pasportu”nda torpaq sahəsinin ümumi ölçüsü 1.200 kv.m olaraq göstərilmişdir. Azərbaycan Respublikası Sumqayıt bələdiyyəsinin ## ######## 2024-cü il tarixli, **** nömrəli məktubundan görünür ki, Sumqayıt bələdiyyəsində Sumqayıt şəhəri, “Novxanı bağları” massivində yerləşən B-**** saylı bağ sahəsinin X2 ayrılması barədə hər hansı məlumat mövcud deyildir. Eyni zamanda qeyd edilmişdir ki, Sumqayıt Şəhər Icra Hakimiyyətinin ləğv edilmiş Bağ Təsərrüfatı sahəsinin arxiv sənədləri,o cümlədən bağ sahələrinin icarə müqavilələri və həmin müqavilələrin bağlanılmasına əsas olmuş sənədlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin * saylı Sumqayıt Ərazi Idarəsinə təhvil verilmişdir. Bu səbəbdən Sumqayıt şəhəri, “Novxanı bağları” massivində yerləşən bağ torpaqlarına dair arxiv məlumatları “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi * saylı Sumqayıt Ərazi Idarəsində saxlanıldığından, sorğuda göstərilən bağ sahəsi ilə bağlı məlumatların və müvafiq sənədlərin məhkəməyə təqdim edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialının ## ######## 2024cü il tarixli, *-**-DA-**F/*-***/*-**** nömrəli məktubu ilə Sumqayıt şəhər X8 Icraiyyə Komitəsinin ## ####### 1988-ci il tarixli, ** saylı iclas protokolunun 3.*** nömrəli qərarından çıxarış qoşma şəklində göndərilmişdir. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ## ##### 2025-ci il tarixli, *-**-*-**/*-****/**** nömrəli məktubundan görünür ki, Novxanı bağ massivi, B-3808 ünvanında yerləşən torpaq sahəsi Sumqayıt şəhərinin inzibati ərazisinin hüdudları daxilində yerləşir. # #### 2025-ci il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”ndan görünür ki, torpaq sahəsinin ölçüsü hüquq müəyyənedici sənəd üzrə və faktiki 0,12 ha olaraq göstərilmişdir. Qeyd edilmişdir ki, torpaq sahəsi yerüstü kommunikasiya xətlərinin mühafizə zolağına düşmür. Torpaq sahəsində tikinti altı sahəsi 105 kv.m olan yaşayış evi və tikinti altı sahəsi 15 kv.m olan köməkçi tikili mövcuddur. Torpaq sahəsi hər hansısa qonşu torpaq sahəsi ilə üst-üstə düşmür. Torpaq sahəsinin başqa vətəndaşlar tərəfindən zəbt edildiyi aşkarlanmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Üçüncü şəxs birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin vəkili və nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir TƏTBIQ EDILƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Maddə 25. İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. .... III. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Insan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. IV. Heç kəsə bu maddənin III hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). “Inzibati icraat haqqında” Qanun: Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Inzibati Prosessual Məcəllə: Maddə 12. Işin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı Sumqayıt şəhər Icraiyyə Komitəsinin Bağlar Təsərrüfatının ## #### 1988-ci il tarixli, ** saylı protokolu əsasında ona ayrılmış Sumqayıt şəhəri, Novxanı B-3808 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin faktiki yerləşmə vəziyyətinə uyğun olaraq iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşmaqla aşağıdakıları qeyd edir. Iş materiallarından göründüyü kimi iddia tələbinin əsası ondan ibarətdir ki, Sumqayıt şəhər Icraiyyə Komitəsinin Bağlar Təsərrüfatının ## #### 1988-ci il tarixli, ** saylı protokolu əsasında B-**** saylı bağ torpaq sahəsi iddiaçıya ayrılmış, həmin ərazinin iddiaçıya ayrılmasına dair müvafiq sənədlərin mövcud olduğuna baxmayaraq, cavabdeh orqan tərəfindən mülkiyyət hüquqlarının qeydiyyata alınmasından əsassız olaraq imtina edilmişdir. Cavabdehin etirazı isə ondan ibarətdir ki, torpaq sahəsinə dair Sumqayıt şəhər Bağlar təsərrüfatı idarəsi tərəfindən hüquq müəyyənedici sənəd verilsə də, bağ sahəsi ayrılarkən onun sərhəd ölçülərini və yerini müəyyən edən texniki sənəd (torpaq sahəsinin planı və ölçüsü, mövqe sxemi, ayrıc aktı və s.) tərtib olunmamış, həmçinin Sumqayıt bələdiyyəsi tərəfindən idarənin arxiv saxlancına təhvil verilmiş arxiv məlumatlarında sözügedən texniki sənəd aşkar olunmamışdır. Cavabdeh inzibati orqan tərəfindən apellyasiya şikayəti verilməsədə iddianın əsaslılığı baxımından məhkəmə kollegiyası aşagıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın dəlillərini əsassız hesab etməklə qeyd edir ki, iddiaçıya məxsus hüquq müəyyənedici sənədlərin mötəbərliyi birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir. Iş materiallarına əlavə olunmuş “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi üçün” # ###### 1990-cı il tarixli, **** nömrəli müqavilə ilə Sumqayıt şəhər X8 Icraiyyə Komitəsinin ## ####### 1988-ci il tarixli, ** saylı qərarı əsasında iddiaçıya 0,12 ha torpaq sahəsi ayrılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən sorğu edilməklə Sumqayıt şəhər X8 Icraiyyə Komitəsinin qərarının mövcudluğu Dövlət Arxivinin Sumqayıt Filialının göndərdiyi sənədlər ilə öz təsdiqini tapmışdır. Cavabdeh tərəfindən etiraz dəlili olaraq torpaq sahəsinin sərhəd ölçülərini və yerini müəyyən edən texniki sənədin olmadığı bildirilsə də, işə əlavə edilmiş ## ####### 1995-ci ildə Mənzil Kommunal Təsərrüfatı Komitəsi Sumqayıt Şəhər Kommunal Təsərrüfatı Istehsalat Birliyi tərəfindən tərtib edilmiş 212 inventar nömrəli texniki pasport ilə torpaq sahəsinin ölçüləri və planı göstərilmişdir. Eləcə də birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq cavabdeh tərəfindən təqdim edilmiş müayinə aktından görünür ki, mübahisələndirilən torpaq sahəsi faktiki olaraq 0,12 ha təşkil edir, yerüstü kommunikasiya xətlərinin mühafizə zolağına, hər hansı qonşu torpaq sahəsi ilə üst-üstə düşmür. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli torpaq sahəsinin üçüncü şəxslərin istifadəsndə olması işin mübahisəsiz halıdır və üçüncü şəxslərin torpaq sahəsinin iddiaçıdan almasını bildiməsidə mübahisəli torpaq sahəsinin iddiaçıya ayrılmış torpaq sahəsi olmasının sübutu kimi qiymətləndirilməlidir. Mübahisə predmeti olan torpaq sahəsi Üçüncü şəxs faktiki istifadəsində olması səbindən Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə Üçüncü şəxs üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Üçüncü şəxs tərfindən məhkəməyə təqdim edilmiş “Bağ sahəsinin uzunmüddətli istifadəyə verilməsi haqqında” ## ###### 2004-cü il tarixli, **** nömrəli müqavilənin sürətindən görünür ki, Qurd dərəsi 3808B ünvanında yerləşən ümumi sahəsi 1200 kv.m torpaq sahəsi İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs istifadəsinə verilmişdir. Apellyasiya instansiyasında icraat zamanı üçüncü şəxs Üçüncü şəxs vəkili və nümayəndəsi vəsatət təqdim edərək, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs üçüncü şəxs qismində icraata cəlb edilməsini xahiş etmiş və bildirmişdir ki, bağ torpaq sahəsi Üçüncü şəxs oğlu İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs adına rəsmiləşdirilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli, *-*(*-*)-**/**** nömrəli qərardadı ilə vəsatət təmin edilmiş, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Eləcə də müvafiq sorğular ünvanlanmaqla aşağıdakı məlumat əldə edilmişdir. Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən ünvanlanan ## #### 2026-cı il tarixli, *-**-DA-**F/*-**-**** nömrəli məktubdan görünür ki, ## ###### 2004-cü il tarixli, **** saylı “Bağ sahəsinin uzunmüddətli istifadəyə verilməsi haqqında” müqavilə Dövlət Arxivinin Sumqayıt filialına dövlət mühafizəsinə təhvil verilmədiyindən İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs torpaq sahəsi ayrılması barəsində məlumat vermək mümkün olmamışdır. Eyni zamanda üçüncü şəxs müqavilənin sürətini məhkəməyə təqdim etmiş, iddiaçıya məxsus bağ sahəsinin təkrar üçüncü şəxsə ayrılması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Göründüyü kimi üçüncü şəxs apellyasiya şikayətinin dəlillərində iddiaçıya məxsus hüquq müəyyənedici sənədlərin mötəbər olmamasına istinad etsə də, iddiaçının sənədlərinin mötəbərliyi birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmiş, bunun əksinə olaraq üçüncü şəxsə məxsus hüquq müəyyənedici sənədlərin mötəbərliyi və hazrkı iddianın təmin edilməməsinə əsas kimi çıxış etməsi öz təsdiqini tapmamışdır. Nəzərə almaq lazımdır ki, iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsində təsbit olunmuş hüquqmüəyyənedici sənədə – “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi üçün” # ###### 1990-cı il tarixli, **** nömrəli müqaviləyə əsaslanır. Analoji norma Mülki Məcəllənin 139-1.1.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Bu mənada məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənəd əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “Inzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırkı mübahisəli torpaq sahəsidə daxil olmaqla üçüncü şəxslərin faktiki istifadəsində olan 0,24 ha torpaq sahəsi ilə bağlı iddiaçı üçüncü şəxslər arasında mübahisə vardır. Məhkəmə kollegiyası iddiaçı və üçüncü şəxslər arasındakı münasibətlərin mülki hüquq münasibətləri olduğunu bildirərək qeyd edir ki, bu hallar inzibati məhkəmə icraatının araşdırmasına daxil deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati- Iqtisadi Kollegiyasının # ###### 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ## ####### 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil. Qeyd edilənlər nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişfir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTICƏVI HISSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.