Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-671/2026 02.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi, Iddiaçı İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh2 qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum şəxsə məxsus olması barədə yeni arayışın verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: IŞIN HALLARI Reyestr nömrəsi *****, inventar nömrəsi 111 olan qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Abşeron rayon XDS Icraiyyə Komitəsinin ##.##.1988-ci il tarixli **/** saylı qərarı ilə ünvan 1 ünvanda yerləşən yaşayış evi X1 adına qeydə alınmışdır. ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə dair reyestr nömrəsi 308013121402-*****, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən arayış iş materiallarına əlavə edilmişdir. Iyul 1988-ci il tarixli, reyestr nömrəsi *****, inventar nömrəsi 111 olan texniki pasport məhkəməyə təqdim edilmişdir. Abşeron rayon * saylı notariat ofisinin ##.##.2024-cü il tarixli, **** saylı məktubuna əsasən ##.##.2007-ci ildə vəfat etmiş X2 (doğum: ##.##.1941) miras qalmış əmlak üzrə vərəsəlik hüququ haqda şəhadətnamə verilməsinə dair İddiaçı müraciət etmişdir. ## #### 2025-ci il tarixli müayinə aktında torpaq sahəsinin sənəd üzrə 0.1 ha, faktiki 02772 ha olduğu qeyd edilmişdir. Torpaq sahəsinin planı iş materiallarına əlavə edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq cavabdeh2n * saylı Abşeron Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, DWG və DBF vahid elektron baza məlumatlarında mübahisə predmeti olan torpaq sahəsi barədə məlumat aşkarlanmamışdır. Müraciətdə qeyd olunan torpaq sahəsinə dair müayinə aktının surəti, ortofoto görüntüsü, 308013121402-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə əsas olmuş sənədlərin, ***** reyestr nömrəli, 111 inventar nömrəli qeydiyyat vəsiqəsinin, texniki pasportunun, JN-**** nömrəli dövlət aktının surəti təqdim edilir. JN**** nömrəli dövlət aktının verilməsinə əsasə olmuş sənədlərin sürəti üçün “xxxx” MMC-yə müraciət olunması məqsədəuyğun hesab edilir. Məhkəmə sorğusuna cavab olaraq cavabdeh2n * saylı Abşeron Ərazi Idarəsinin ## ###### 2026-cı il tarixli 3-21-3- **/*-***/**** saylı məktubunda qeyd edilmişdir ki, ***** reyestr nömrəli, 111 inventar nömrəli qeydiyyat vəsiqəsinin və texniki pasportun verilməsinə əsas olmuş Abşeron rayonu XDS Icraiyyə Komitəsinin ##.##.1988-ci il tarixli **/** nömrəli qərarı arxivdə aşkar edilməmişdir. Fərdi yaşayış evinə dair hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən 308013121402-***** reyestr nömrəli arayış X2 adına verilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Abşeron rayon Dövlət Arxivinin ##.##.2026-cı il tarixli məktubu ilə Abşeron rayon Aqrar Islahat Komissiyasının ##.##.1999-cu il tarixli ** saylı qərarının və Abşeron rayon XDS Icraiyyə Komitəsinin ##.##.1988-ci il tarixli **/** saylı qərarının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. BIRINCI INSTANSIYA MƏHKƏMƏSINDƏ ICRAAT Iddiaçı İddiaçı, X2 adına verilmiş hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən ##.##.2025-ci il tarixli arayışda torpaq sahəsinin ölçüsünün 0.22 ha qeyd edilərək yeni arayışın verilməsini xahiş etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X8 Mülkiyyət Hüquqlarının qeydiyyatı və Şəhərsalma Kadastrı Idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsindən görünür ki, verilir Abşeron rayonu X8, Mülkiyyət hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı idarəsi tərəfindən ondan ötrü ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən yaşayış sahəsi 47.2 kv.m köməkçi sahəsi 36.0 kv.m 2 otaqdan ibarət yaşayış evi X1 adına mülkiyyət hüququ əsasında Abşeron rayonu XDS icraiyyə komitəsinin ## ###### 1988-ci il tarixli, 08/08 nömrə ilə qeydə alınmışdır, ***** nömrə ilə *** nömrəli inventar işidir. Fərdi mənzil sahibinin yaşayış binası üçün verilmiş inventar nömrəsi 111, qeydiyyat nömrəsi ***** olan texniki pasportan görünür ki, X1 məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi sənədlərə görə 2200 kv.m, faktiki 2553 kv.m. dən ibarətdir. Abşeron rayon * saylı notariat ofisinin xüsusi notariusu B.S.IsIamov tərəfindən verilmiş məktubdan görünür ki, ##.##.2007-ci ildə vəfat etmiş X2 miras qalmış fərdi yaşayış evinə, mənzilə, torpaq sahəsinə dair qanun üzrə vərəsəlik hüququ haqda şəhadətnamə verilməsinə dair İddiaçı müraciəti, miras qoyanla qohumluq əlaqəsini təsdiq edən sənədlər, mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında vərəsələrin dairəsi müəyyən edilmiş və vərəsəlik işi açılmışdır. İddiaçı zəruri olan sənədləri toplayıb cavabdehə müraciət edərək fərdi yaşayış evinin və üzərində yerləşən torpaq sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxs X2 məxsus olmasına dair arayışın verilməsini xahiş etmişdir. Cavabdeh * saylı Abşeron Ərazi Idarəsi tərəindən ##.##.2025-ci il tarixdə verilmiş fərdi yaşayış evinə dair texniki pasportan və arayışdan görünür ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi 1000 kv.m göstərilmişdir. Iddiaçı İddiaçı torpar sahəsinin azaldılmasına etiraz edərək yenidən cavabdeh quruma müraciət etmişdir. Lakin cavabdehə elədiyi haqlı müraciəti təmin edilməmişdir. Belə ki, cavabdeh idarə imtina məktubunda qeyd etmişdir ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ## #### 2025-ci il tarixli müraciətə baxılmış və DT və XK-nın Abşeron rayon şöbəsinin JN-**** nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində artıq bir dəfə rəsmiləşdirilməsi səbəbindən imtina edilmişdir. Imtina məktubu iddiaçı tərəfə ##.##.2025-ci il tarixdə təqdim edilmişdir. Bundan sonra İddiaçı hüquqlarının bərpası üçün məhkəməyə müraciə etmək qərarına gəlmişdir. Işin faktiki halları ondan ibarətdir ki, həqiqətən də, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi faktiki olaraq 2553 kv.metrdir. Bu 1988-ci ildə verilmiş yuxarıda qeyd etdiyi sənədlə əsasında da təsdiq olunur və həmin sənədlər cavabdehin arxivində də mövcuddur. Fərdi yaşayış və torpaq sahəsi 40 ilə yaxındır ki, iddiaçı tərəfin istifadəsindədir. Cavabdehin torpaq sahəsini azaldılması qanunsuzdur. Hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddia təmin edilməlidir. CAVABDEHIN IDDIA TƏLƏBINƏ DAIR ETIRAZININ DƏLILLƏRI Cavabdeh iddia tələbinə dair yazılı etirazı imtina bildirişi ilə eyni məzmunda əsaslandırmışdır. BIRINCI INSTANSIYA MƏHKƏMƏSININ GƏLDIYI NƏTICƏ Sumqayıt Inzibati Məhkəməsinin (hakim Aynur Axundova) ##.##.2026-cı il tarixli, 2- 1(118)-6401/2025nömrəli qərarı ilə iddia təmin edilmiş, X2 adına verilmiş hüququn ölmüş şəxsə məxsus olması haqqında 308013121402-***** reyestr nömrəli, ##.##.2025-ci il qeydiyyat tarixli dövlət reyestrindən arayışda torpaq sahəsinin ölçüsünün 0.22 ha qeyd edilərək yeni arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh2 həvalə edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş texniki pasportdan görünür ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sənəd üzrə ölçüsü 0.22 ha qeyd edilmişdir. Lakin ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə dair reyestr nömrəsi 308013121402-*****, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi ##.##.2025-ci il olan daşınmaz əmlakın dövlət reyestrindən arayışda torpaq sahəsinin ölçüsü 0.1 ha olaraq qeyd edilmişdir. JN-1396A KOD ******** saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin verilmə tarixi ## ###### 2006-cı il qeyd edildiyi halda, iş materiallarından görünür ki, texniki pasport iyul 1988-ci ildə tərtib edilmişdir. Bu halda texniki pasport hüququn qeydə alınması üçün əsas təşkil edir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etiraza uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, mübahisəli torpaq sahəsinin ölçüsü 0.2082 ha təşkil etsə də, Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarında 0.22 ha torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınmalı olduğu qeyd edilmişdir. Qeyd olunan məsələ barədə Sumqayıt Inzibati Məhkəməsinə məlumat verilmiş, müvafiq müayinə aktı və ortofoto görüntü təqdim edilmişdir. APELLYASIYA ŞIKAYƏTINƏ QARŞI ETIRAZIN DƏLILLƏRI Iddiaçı tərəf apellyasiya şikayətinə qarşı etirazında qeyd edir ki, cavabdeh apellyasiya şikayətini iki halla əsaslandırmışdır. Birincisi qeyd edilir ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin JN-**** nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə rəsmiləşdirilmişdir və orada torpaq sahəsi 0.10 ha qeyd edilmişdir. Bununla bağlı qeyd edirlər ki, iş materiallarında olan 1988-ci ilə aid texniki pasportdan görünür ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sənəd üzrə ölçüsü 0.22 ha qeyd edilmişdir. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.4-cü bəndində yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il ######ın #-dək tərtib olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda) hüquqların əldə edilməsini təsdiq edən sənədlərə aid edilmişdir. Birinci instansiya məhkəməsi tam qanuni olaraq qeyd etmişdir ki, JN-1396A KOD ******** saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin verilmə tarixi ## ###### 2006-cı il qeyd edildiyi halda, iş materiallarından görünür ki, texniki pasport iyul 1988ci ildə tərtib edilmişdir. Bu halda texniki pasport hüququn qeydə alınması üçün əsas təşkil edir. Apellyasiya şikayətində əlavə olaraq qeyd edirik ki, mübahisəli torpaq sahəsinin ölçüsü 0.2082 ha təşkil edir. Lakin cavabdehin bu arqumentidə əsassızdır. Belə ki, ## #### 2025-ci il tarixli müayinə aktında torpaq sahəsinin faktiki 02772 ha olduğu qeyd edilmişdir. Torpaq sahəsinin planı iş materiallarına əlavə edilmişdir. Göründüyü kimi və iş materiallarına əsasən birinci instansiya məhkəməsinin iddia əsaslı hesab etməsi tam qanunidir və apellyasiya şikayətinin təmin edilməsi üçün heç bir əsas yoxdur. MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı, onun nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBIQ EDILƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “Insan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının * saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Konstitusiya Məhkəməsinin mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli qərarı). Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Mülki Məcəllənin 139-1.1.5-ci maddəsinə əsasən 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il ####un #-dək HYPERLINK "https://e-qanun.az/framework/23986" \o "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər Icra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları" \t "_blank" müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 16. Dövlət reyestrində düzəlişlər 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. 16.1-1. Bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. 16.3. Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 16.4. Bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. 16.5. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12. 1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 24.1 Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.3 Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3 Inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi iddiaçı X2 adına verilmiş hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən ##.##.2025-ci il tarixli arayışda torpaq sahəsinin ölçüsünün 0.22 ha qeyd edilərək yeni arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, aparılan araşdırma zamanı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin JN-**** nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə rəsmiləşdirildiyi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Işin müəyyən edilmiş hallarından görünür ki, reyestr nömrəsi *****, inventar nömrəsi 111 olan qeydiyyat vəsiqəsinə əsasən Abşeron rayonu Novxanı kəndində yerləşən yaşayış evi X2 adına qeydə alınmışdır. Həmçinin iş materiallarına əlavə edilmiş 1988-ci il tarixli texniki pasportdan görünür ki, həmin yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sənəd üzrə ölçüsü 0,22 ha təşkil etmişdir. Lakin ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə dair reyestr nömrəsi 308013121402- *****, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi ##.##.2025-ci il olan daşınmaz əmlakın dövlət reyestrindən arayışda torpaq sahəsinin ölçüsü 0.1 ha olaraq qeyd edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə əsas mübahisə dövlət reyestrindən verilmiş arayışda torpaq sahəsinin ölçüsünün 0,10 ha göstərilməsinin qanuniliyinin müəyyən edilməsindən ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsindən əvvəl yaranmış hüquqların tanınması ilə bağlı normativ tənzimləmə nəzərə alınmaqla, 2001-ci il ######ın #-dək verilmiş və torpaq sahəsinin ölçüsünü özündə əks etdirən texniki pasportlar hüququn əldə edilməsini təsdiq edən sənədlər hesab edilir. Iş materiallarında olan texniki pasport məhz belə sənədlərdən biridir və həmin sənəddə torpaq sahəsinin ölçüsü 0,22 ha olaraq göstərilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq həmin texniki pasportu mübahisə predmeti üzrə əsas sübut kimi qəbul etmişdir. Çünki həmin sənəd qanunvericiliyin tələblərinə uyğun qaydada verilmiş, etibarsız hesab edilməmiş, onun saxtalığını və ya hüquqi qüvvəsini itirməsini təsdiq edən hər hansı sübut təqdim olunmamışdır. Cavabdeh inzibati orqan apellyasiya şikayətində torpaq sahəsinin sonradan JN-**** nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında rəsmiləşdirildiyini göstərsə də, həmin dəlil torpaq sahəsinin faktiki və hüquqi ölçüsünün 0,10 ha olduğunu təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Iş materiallarından görünür ki, sözügedən şəhadətnamə 2006-cı ildə verilmiş, texniki pasport isə daha əvvəl – 1988-ci ildə tərtib edilmişdir. Bundan başqa, cavabdeh tərəfindən torpaq sahəsinin ölçüsünün hansı hüquqi və faktiki əsaslarla 0,22 ha-dan 0,10 ha-a azaldılmasını təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Kollegiya hesab edir ki, inzibati orqan öz qərar və hərəkətlərinin qanuniliyini sübut etmək vəzifəsini daşıdığı halda, hazırkı iş üzrə həmin vəzifəni yerinə yetirməmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş izahatlar dövlət reyestrində aparılmış qeydiyyatın düzgünlüyünü təsdiq etmək üçün kifayət etmir və texniki pasportda əks olunan məlumatları təkzib etmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 16-cı maddəsinə əsasən dövlət reyestrində hüquqların qeydiyyatı zamanı buraxılmış texniki səhvlər aradan qaldırılmalı, reyestr məlumatları həqiqi hüquqi vəziyyətə uyğunlaşdırılmalıdır. Həmin Qanunun 16.3-cü maddəsinə görə dövlət reyestrinin məzmunu həqiqi hüquqi vəziyyətə uyğun olmadıqda maraqlı şəxs qeyddə düzəliş edilməsini tələb etmək hüququna malikdir. Iş üzrə toplanmış sübutlar torpaq sahəsinin ölçüsünün ilkin hüquqmüəyyənedici sənədlərdə 0,22 ha göstərildiyini, dövlət reyestrindən verilmiş arayışda isə həmin göstəricinin 0,10 ha kimi əks etdirildiyini təsdiq edir. Cavabdeh tərəfindən bu fərqin yaranmasının hüquqi əsasları sübuta yetirilmədiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin dövlət reyestrində əks olunmuş məlumatın həqiqi hüquqi vəziyyətə uyğun gəlməməsi barədə nəticəsini əsaslı hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə Mülki Məcəllənin 140-cı maddəsinə istinadla reyestrin həqiqiliyi və tamlığı prezumpsiyası əsas götürülməklə mərhumun adına verilmiş qeydiyyat vəsiqəsinin və texniki pasportunun mötəbərliyi və onun əsasında hüququn qeydə alınmalı olduğu təsdiq edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5-ci maddəsi, Mülki Məcəllənin 139-1.1.5-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin ## ##### 2022-ci il tarixli **** nömrəli Fərmanı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum şəxsə məxsus olması barədə yeni arayış verilməsinin qanuni əsaslarını təşkil edir. Çünki, Azərbaycan Respublikası Prezidentinin ##.##.2015-ci il tarixli *** saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.4-cü maddəsinə əsasən isə torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən ##.##.2001-ci il tarixədək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) əsas hesab olunur. Azərbaycan Respublikası Prezidentinin ##.##.2015-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısına Azərbaycan Respublikası Prezidentinin ## ##### 2022-ci il tarixli **** nömrəli Fərmanı ilə əlavə edilmiş 2.7-ci bəndinə əsasən yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il ######ın #-dək verilmiş qərar daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsi üçün əsas hesab edilmişdir. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il ## ###### tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il ## ###### tarixli, §49 Qərarlar). “Inzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdehin apellyasiya şikayəti rədd edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-671/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-671/2026
02.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver