Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-674/2026 23.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, İddiaçı İsmayılova Hicran Müqabil qızının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnə qarşı “əlilliyin müəyyən olunması barədə qərarın dəyişdirilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI: İddiaçı İsmayılova Hicran Müqabil qızı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, ona ##.##.2024-cü il tarixdən orqanizm funksiyalarının 61-80% pozulmasına görə əlilliyin yenidən təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona ##.##.2025-ci il tarixli qərarla orqanizm funksiyalarının 50% pozulmasına görə iki il müddətinə əlilliyin təyin edilməsi barədə cavabdeh orqanın qərarının dəyişdirilərək, orqanizm funksiyalarının 65-80% pozulmasına görə iki il müddətinə (##.##.2025-ci il tarixindən ##.##.2027-ci il tarixədək) əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL OLUNMUŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, o, uzun illərdi "xxxx" X1 Sumqayıt * nömrəli şəhər xəstəxananın doğuş şöbəsinin tibb bacısı vəzifəsində işləyir. Sumqayıt İnzibati Məhkəməsinə müraciət etməkdə məqsədi məhkəməyə uzun illərdi əziyyət çəkdiyi xəstəlik barəsində məlumat verərək qanunsuz və əsassız yerə təyin olunmamış 2-ci dərəcəli əlilliyinin yenidən bərpa edilməsi öhdəliyini cavabdeh orqanın üzərinə qoyulmasından ibarətdir. Belə ki, 2016-cı il tarixdə səhhətində baş verən ciddi dəyişiklikdən sonra demək olar ki, əmək qabilliyətinin çox hissəsini itirmişdir. Azərbaycanda bu xəstəliyi ilə bağlı bir çox yerlərə müraciət etsə də, dəqiq diaqnoz qoyulmasında çətinlik çəkirdilər. Bir müddətdən sonra xəstəliyinin nədən ibarət olması müəyyən edilərək müalicələrə başlamışdır. 2017-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək əlillik dərəcəsinin verilməsini xahiş etmişdir. Bir çox əsassız imtinalardan sonra nəhayət ##.##.2017-ci il tarixdə xəstəliyi ilə bağlı "Digər nekrozlaşan vaskulopatiyalar, Sistem vaskulit hiper həssas anqiit yarımkəskin gediş. Orta və xırda damarların nekrotik zədələnməsi ilə Patoloji sınıq olmadan osteoporoz, Qlükokortikoidli osteoparoz.Aşağı ətrafın mononevropatiyaları, .(Xroniki) (periferik) venoz çatmamazhq, Xroniki venoz çatmamazlıq 2-ci dərəcə.Aşağı - ətraf venalarının vakrikoz genəlməsi, .Xronik nefritik sindrom, Xroniki qlomerulo nefrit Böyrək daşı xəstəliyi ,Qastrit və duodenit, Steroidə bağlı qastropatiya” diaqnozu qoyulmuş və 2-ci qrup əllilik müəyyən olunaraq 5 illik müddətinə 2-ci dərəcəli əlillik verdilər. Bu 5 (beş) il ərzidə əlilliyinə görə təyin olunmuş müavinəti vaxtı -vaxtında alırdı və bununla yanaşı 2 növbəli iş rejimindən 1 növbəli iş rejiminə keçirilmişdir. Təəssüflər olsun ki, növbəti 5 (beş) illik müddətinə 2-ci qrup-əlilliyin verilməsindən əsassız yerə imtina edilərək konstitusion hüquqlarını kobud şəkildə pozaraq qanunun tələblərini nəzərə almamışlar. Belə ki, ilk dəfə olaraq əlillik dərəcəsini müəyyən etməyərək geri qaytarılma səbəblərini aşağıdakı kimi qeyd elmişlər: “Sığortaedəniniz (işlədiyiniz müəssisə) tərəfindən göndərilmiş sizin müavinətlə bağlı haqqhesab cədvəlində və sənədlərdə qanunvericiliyin tələbləri baxımından uyğunsuzluqlar aşkar edildiyindən müvafiq düzəlişlərin olunub yenidən göndərilməsi üçün səbəbləri qeyd edilməklə sığortaçı tərəfindən sığortaedəninizə geri qaytarılmışdır. Geri qaytarılma səbəbləri barədə ətraflı məlumat almaq və sizin müavinətlə bağlı haqq-hesab cədvəlinizdə və sənədlərdə mümkün qısa müddət ərzində miivafıq düzəlişlərin edilib yenidən göndərilməsi üçün aidiyyəti üzrə sığortaedəninizin məsul şəxslərinə müraciət etməyinizi sizdən xahiş edirik. Sığortaedəniniz tərəfindən müvafiq düzəlişlər edilib göndəriləcəyi halda müavinətlə bağlı haqq-hesab cədvəlinizə və sənədlərə aidiyyəti üzrə yenidən baxılacaqdır. Xahiş edirik nəzərə alasınız”. Daha sonra sığortaedən tərəfindən müvafiq düzəlişlər edilərək yenidən göndərilmişdir. Bundan sonra səbəblərini bildirərək əlillik dərəcəsinin yenidən verilməsindən əsassız yerə imtina etmişlər. İmtinada qeyd olunanlar: “Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: Həyat fəaliyyəti kateqoriyalarının məhdudlaşma dərəcəsi və amillər üzrə dəyərləndirmə xəstənin vəziyyətinə adekvat deyil. Klinik-instrumental və laborator müayinələr arasında uyğunsuzluq qeyd olunur” bəhanələrini gətirərək tam əsassız imtina səbəblərini göstərmişlər. Vəziyyətin belə olduğunu gördükdə online növbə götürərək cavabdeh orqana əyani baxışa getmişdir. Özü ilə bərabər 2016-cı ildən halhazırki dövrədək aldığı müalicə və.s sənədləri də aparmışdır ki, ən azından sənədlərə baxaraq imtinalarının əsassız olduğunu görələr. Təəssüflər olsun ki, heç bir sənədə baxmayaraq sadəcə radioloqun qəbulu ilə kifayətlənərək yenidən əlilliyin verilməsinin imkansız olduğunu bildirdilər. İddia ərizəsinə əlavə etdiyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi (2017-ci il) vərəqəsindən də göründüyü kimi iddiaçıya ilk dəfə 2-ci dərəcəli əlillik ##.##.2017-ci il tarixdə təyin edilmiş və sözügedən vərəqədə xəstəliyi ilə bağlı az öncə yuxarıda qeyd etdiyi diaqnoz qeyd edilmişdir. Bundan başqa e-sosial elektron kabinetdən çıxarış etdiyi arayışlardan da göründüyü kimi qeyd etdiyi hallar öz təsdiqini tapır. Bundan başqa iddia ərizəsinə əlavə etdiyi 2018, 2019, 2021 və 2022-ci illəri əhatə edən xəstənin ambulator stasionar kartından çıxarışdan da göründüyü kimi tam diaqnoz (əsas, ağırlaşma, yanaşı gedən) əsas: sistem vaskulit. xırda və orta damarların zədələnməsi ilə yarım kəskin gedişli nekrotik forma, yanaşı: hipertoniya xəstəliyi 2-ci mərhələ, əlavə risk 3. Şəkərli diabet tip 2 orta ağır forma. Xroniki, qeyd edilib. Bundan başqa Sumqayıt şəhər * saylı polikilinikanın əmək qabiliyyətinin olmaması dair 2020-ci il vərəqəsindən, Sumqayıt şəhər 2-nömrəli xəstəxananın əmək qabiliyyətinin olmaması dair 2021-ci il vərəqəsindən, * nömrəli SŞX-nın poliklinika şöbəsinin əmək qabiliyyətinin olmaması dair 2022-ci il vərəqəsindən və Sumqayıt şəhər * №-li xəstəxananın əmək qabiliyyətinin olmaması dair 2022-ci il vərəqəsindən də göründüyü kimi müəyyən müddətlərdə əmək qabilliyəti olmadığına görə işdən azad edilmişdir. Bundan başqa “xxxx” MMC-nin ##.##.2022-ci il tarixdə EMG raporunun nəticə hissəsində: əldə olunan elektrofizioloji göstəricilər sensor-motor aksonal polinevropatiya ilə uyğundur və əlavə olaraq sağ median sinirin bilək bölgəsində (karpal tunel) xəfif-orta dərəcədə sıxışması görülmüşdür qeyd olunur. Bundan başqa akademik M.A. Topçubaşov adına X5 PHŞ-in həkim X7 Doppler Müayinəsinin nəticəsinə əsasən hər iki aşağı ətrafda yumşaq toxmalar- həddən artıq ödəmlidir təyin olunur. Bundan başqa Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan (xəstəlik kartından) Çıxarış vərəqəsində xəstəliyin başlanma taixi 2016-cı il qeyd edilmiş. xəstəliyin nəticəsi isə: Diaqnoz: Şəkərli Diabet tip2 El 1.7. Diabetik angiopatiya. Diabetik polineyropatiya. Fəqərələrarası disk zədələnməsi radikulopatiya ilə. OU-Presbiopiya. Sistem nekrozlaşan toksiki alergik vaskulit. yüksək gedişli.A/ətralin xroniki venoz çatışmamazlığı, aşağı ətrafın angiopatiyası, trofık yaralar qeyd olunmaqla xəstəliyin gedişi Xroniki olaraq bildirilmişdir. Bundan başqa ##.##.2022-ci il tarixdə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi" X1 "xxxx" X1 X6 Vərəqəsi nömrə 13157-də diaqnoz bu formada qeyd edilmişdir: М31.0. sistemli nekrozlaşan toksiki allergik vaskulit. Aşağı ətrafların da angiobatiyası. Trofiki yaralar. Sonda yenə də yaşadığı ünvanda həkim nəzarətinə göndərildi. Həmçinin sistem şəkildə irəliləyən xəstəliyi yeni problemlərin yaranması ilə müşahidə olunur. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Həkim-Mütəxəssisə. Yardımçı-Diaqnostik Şöbəyə (kabinetə) Göndəriş (müayinə və müalicə üçün) vərəqəsindən də göründüyü kimi (göndərilən müəssisə Sumqayıt Onkoloji Xəstəxana) XBT-10 ÜZRƏ KOD “Burun dərisinin törəməsi” diaqnozu qoyulmuşdur. Bu anda ortaya sual çıxır ki, necə ola bilər bu cür ağır vəziyyətdə olan birisinin əlilliyi təyin olunmaya bilər? Hansı ki, komissiya bu xəstəliklərə baxan həkim revmatoloqun nəzarəti ilə müayinə etsəydi vəziyyətin necə ağır olduğunu bilərdi və əssasız imtinanı vermədən öncə bir qədər fikirləşərdi. Həmçinin 2016-cı ildən hazırki dövrədək nəzarətində olduğu həkimin qeydləri çoxsaylı müayinələrin nəticəsi necə ola bilər ki, komissiya tərəfindən heçə sayıla bilər? Görünür bu məsələ onları heç maraqlandırmamışdır. Bundan başqa iddia ərizəsinə əlavə etdiyi X10 Mərkəzinin X6 vərəqəsindən çıxarışda da iddiaçının xəstəliyi barəsində qeydlər aparılmış və orada qeyd edilən dərmanlar müalicədə istifadəsi məsləhət görülmüşdür. Hər bir tibb işçisi bu siyahıda qeyd edilən dərmanların necə ağır və çətin müalicə olunan xəstəliklərdə istifadə olunduğunu bilir. Həmçinin onu da qeyd edir ki, sözügedən vərəqədə müalicə üçün qeyd olunan dərmanlar yalnız həkim resepti ilə satılır. Bu da öz növbəsində bir daha təsdiq edir ki, iddiaçının xəstəliyi sıradan bir xəstəlik deyil. Onu da qeyd edir ki, sözügedən klinikada həkim alqoloqun müalicəsində olmuşdur və ayağında olan kəskin ağrılardan dolayı ayaqlarına iynələr vurulmuşdur. Bu halı təsdiq edəcək həkimin müalicə və məsləhət vərəqəsini ərizəsinə qoşma etmişdir. Həmçinin səhhətində yaranmış bu ağır vəziyyətlə əlaqədar ##.##.2021-ci il tarixdə tibb elmləri doktoru professor Sahib Musayevin qəbulunda da olmuşdur. Qeyd olunan xəstəliyi ilə bağlı professor da müvafiq sənəd vermiş və həmin sənədi ərizəyə qoşma etmişdir. Yuxarıda qeyd olunan hallarla bağlı ##.##.2023-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir və sözügedən məhkəmənin *-*(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin olunaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh X1 ##.##.2022-ci il tarixindən ##.##.2024-cü il tarixədək orqanizmin funksiyalarının 35%-nin pozulmasına görə əlilliyin təyin edilməsi barədə ##.##.2023-cü il tarixli *******0012 saylı qərarı dəyişdirilmiş və iddiaçı İsmayılova Hicran Müqabil qızına (##.##.2022-ci il tarixdən ##.##.2024-cü il tarixədək) orqanizm funksiyalarının 61-80% pozulmasına görə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında «xxxx» X1 üzərinə vəzifə olaraq qoyulmuşdur. Bundan başqa iddia ərizəsinə əlavə olunan “xxxx" X1 Sumqayıt * nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsi tərəfindən tərtib olunan forma 88-dən də göründüyü kimi əlilliyin yenidən təyin olunması ilə bağlı müraciət olunmuş təəssüflər olsun ki, bu günə qədər də cavabdeh orqan tərəfindən imtina ilə bağlı bir məlumat, qərar-verilmədiyindən odur ki, məcbur qalıb məhkəməyə müraciət etmişdir. Bundan başqa *-*(***)-***/**** saylı işdə müəyyən olunan hallardan aydın olur ki, iddiaçının xəstəliyi xronikidir, hər iki aşağı ətraf damarlarının xroniki venoz çatmamazlığı var və remissiya fazasında olsa belə kəskinləşərsə yenidən müalicəyə cəlb edilə bilər. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri: Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, vətəndaşa dair tibb müəssisəsinin ##.##.2025-ci il tarixli göndərişi Tibbi sosial ekspert komissiyası tərəfindən ##.##.2025-ci il tarixində qiymətləndirilmiş və göndərişin natamam doldurulması qərarı verilərək tibb müəssisəsinə geri qaytarılmışdır. Səbəb: OFP %-ni müəyyən etmək üçün instrumental müayinə nəticəsi yetərli deyil, Dəqiqləşdirilsin. Lakin tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilməmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: ##.##.2017-ci il tarixli müayinə məlumatında İsmayılova Hicran Müqabil qızına digər nekrozlaşan vaskulopatiyalar, sistem vaskulit hiper həssas anqiit yarımkəskin gediş, orta və xırda damarların nekrotik zədələnməsi ilə pataloji sınıq olmadan osteoparoz, qlükokartikiodli osteoparoz, aşağı ətrafın mananevrapatiyaları, xroniki periferik venoz çatışmazlıq 2-ci dərəcə, aşağı ətraf venalarının vakrikoz genəlməsi, xronik nefritik sindrom, xroniki qlomerulo nefrit, böyrək daşı xəstəliyi, qastrit və duodenit, steroidə bağlı qastropatiya diaqnozu ilə ##.##.2022-ci il tarixədək ümumi xəstəlik səbəbilə ikinci dərəcə əlilliyin təyin edildiyi qeyd edilmişdir. ##.##.2023-cü il tarixli qiymətləndirmə məlumatlarına əsasən İsmayılova Hicran Müqabil qızına M31.0 Hiperhəssas angiit, sistemli nekrozlaşan toksiki allergik vaskulit, E11.5 insulindən asılı olmayan şəkərli diabet, periferik qan dövranının pozğunluğu ilə, aşağıı ətrafların diabetik angiopatiyası, aşağı ətraflarda trofiki yaralar diaqnozu ilə 2 il müddətinə orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə əlillik təyin edilmişdir. ##.##.2025-ci il tarixli P00255325KİY saylı Forma 88 arayışında TSEK-ə göndəriş zamanı diaqnoz müəyyən edilmişdi. ##.##.2025-ci il tarixli Forma 088 arayışında TSEK-ə göndəriş zamanı diaqnoz müəyyən edilmişdir: Əsas diaqnoz: M31.0 --Hiperhəssas angiit, Hiperhəssas angiit, Sistemli nekrozlaşan toksiki allergik vaskulit (hiperhəssas angiit) aşağı ətrafların damarların angiopatiyası, yüksək aktivliklə, daimi ağrı sindromu , yeriş və hərəkətin məhdudlaşması və çətinləşməsi ilə; Ağırlaşma 179.2*- Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən perlferlk angiopatlya, Başqa rubrikalarda təsnif edilən xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya, G63.2* Diabetik polinevropatiya (E10- 14 ümumi dördüncü .4 işarəsi ilə), Xəstəliklərdə diabetik polineyropatiya (E10-E14 ümumi dördüncü .4 işarəsi ilə), Aşağı ətrafların diabetik polineyropatiyası.Bilək nahiyyəsində bilateral olaraq median sinirin yüngül dərəcə sıxışması karpal tunel sindromu., R52.2 Digər daimi ağrı, Digər daimi ağrı sindromu, R26.8 Hərəkətin və yerişin digər ve dəqlqləşdlrllməmlş pozulmaları, Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, yeriş və hərəkətin çətinləşməsi və məhdudlaşması. İsmayılova Hicran Müqabil qızının “Sağlamlıq vəziyyətinin təyininə dair” tərtib edilmiş T **/**** saylı ekspert rəyində qeyd edilmişdir ki, vətəndaş H.M.İsmayılovanın əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “М31.0- hiperhəssas angiit, sistemli nekrozlaşan toksiki allergik vaskulit, E11.5-insulindən asılı olmayan şəkərli diabet, periferik qan dövranının pozğunluğu ilə, aşağı ətrafların diabetik angiopatiyası, aşağı ətraflarda trofiki yaraları” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı kliniki, instrumental müayinələrin nəticələri və özünün əyani müayinəsi əsasında müəyyən edilmişdir. Qeyd edilən xəstəliklər şəxsin əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişiklərlə öz təsdiqini tapdığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli №*** saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamədə göstərilən xəstəliklərin əhatə dairəsinə dairəsinə düşür və “Əlilliyin müəyyən olunması meyarları”nın 11.2.7-ci bəndinə əsasən ##.##.2023-cü il tarixdə ümumi xəstəliklə əlaqədar 2 il müddətinə (35%) III qrup əlillik təyinatı düzgün olunmuşdur. 2.3. Vətəndaş H.M.İsmayılova barəsində müvafiq tibb müəssisəsinin verdiyi göndərişdə göstərilən patofunksional dəyişikliklər özünün əyani müayinəsi zamanı da aşkar edilmişdir. İsmayılova Hicran Müqabil qızının “Sağlamlıq vəziyyətinin təyininə dair” tərtib edilmiş T ***/**** saylı ekspert rəyində qeyd edilmişdir ki, Vətəndaş H.M.İsmayılovanın əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən Əsas xəstəlik: М31.0-hiperhəssas angiit, sistemli nekrozlaşan toksiki allergik vaskulit. Ağırlaşma: 187.2-xroniki (periferik) venoz çatmamazlıq. hər iki aşağı ətraf damarlarının xroniki venoz çatmamazlığı, E 11.5insulindən asılı olmayan şəkərli diabet, periferik qan dövranının pozğunluğu ilə. aşağı ətrafların diabetik angiopatiyası, aşağı ətraflarda trofiki yaralar. Yanaşı xəstəlikləri E 11.4insulindən asılı olmayan şəkərli diabet, nevroloji ağırlaşmalarla, polineyropatiya, E 11.7insulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet II tip orta ağır forma, E 11.3insulindən asıl olmayan şəkərli diabet, gözlərin zədələnməsi ilə, OUçoxsaylı ağırlaşmalarla, diabetik angiopatiya. VizOU-0,4k\ilə+1,0D=1.0, 110-essensial (birincili) hipertenziya II dərəcə, arterial hipertenziya II dərəcə, əlavə risk III” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı kliniki müayinələrin nəticələri və özünün əyani müayinəsi əsasında müəyyən edilmişdir. O. hazırda da qeyd edilən xəstəliklərdən əziyyət çəkir. Vətəndaş H.M.İsmayılovanın əziyyət çəkdiyi Əsas diaqnoz olan Hiperhəssas angiit, sistemləşən nekrozlaşan toksiki allergik vaskulit” (XBT kodu M 31.0) xəstəliyi “Şəkərli diabet çoxsaylı fəsadlarla” (XBT kodu E 11.4) xəstəliyinin yaranmasına səbəb ola bilməzdi. Belə ki, hər biri ayrı-ayrı nozoloji xəstəlik vahidləridir və hərbirinin yaranma səbəbləri müxtəlifdir. ##.##.2025-ci il tarixli *******0015 saylı qərarla əlillik təyinindən imtina edilmişdir. Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, H.İsmayılovaya ##.##.2025-ci il tarixindən ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 50 faiz pozulmasına görə 2 (iki) il müddətinə (##.##.2027-ci il tarixinədək) əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. İsmayılova Hicran Müqabil qızına dair tibbi-sosial ekspertiza sənədlərinin surəti təqdim olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, İsmayılova Hicran Müqabil qızına ##.##.2025-ci il tarixli qərarla orqanizm funksiyalarının 50 faiz pozulmasına görə iki il müddətinə əlilliyin təyin edilməsi barədə cavabdeh orqanın qərarı dəyişdirilərək, orqanizm funksiyalarının 80 faiz pozulmasına görə iki il müddətinə (##.##.2025-ci il tarixindən ##.##.2027-cü il tarixədək) əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Aynur Axundova). Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI: a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işi ümumiyyətlə araşdırmayaraq, cavabdeh olaraq etirazlarını belə təhrif edərək, guya etirazları şəxsin əlil olmasını təsdiq edirmiş kimi, həmçinin işə baxarkən işi lazımi qaydada araşdırmayaraq sırf ekspert rəyinə əsasən vətəndaşda qeyd edilən diaqnozun olması səbəbindən vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Ekspert rəyi ilə şəxsin əlil olmasına qənaətinə gəlindiyi təqdirdə xxxx tərəfindən əlilliyin qiymətləndirilməsi və təyin edilməsinə ehtiyac qalmazdı. Bu isə işin nəticələrinin “Ümumi xəstəlik səbəbindən 2 (iki) il müddətinə orqanizmin funksiyalarının 35% (otuz beş faiz) pozulması” barədə qərar iddiaçının forma ** nömrəli arayışı əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X11-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin bildirilir ki, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Məhkəmənin nəzərinə çatdırılır ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Göndərişdə qeyd olunan diaqnoz “Ümumi xəstəlik səbəbindən 2 (iki) il müddətinə orqanizmin funksiyalarının 35% (otuz beş faiz) pozulması” halında məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskression səlahiyyətinə əsassız müdaxilə etmişdir. b) İddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz ünvanlayaraq onunla əsaslandırmışdır ki, cavabdeh orqan formal apellyasiya şikayəti verərək işi əsassız yerə uzatmışdır. Şikayətə isə formal şikayət olduğunu deməyə əsas verən Ali Məhkəmənin qərarıdı. Belə ki, eyni tərəflərin iştirakı ilə keçirilmiş işdə Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarının nəticə hissəsində qeyd olunur: İsmayılova Hicran Müqabil qızına orqanizm funksiyalarının 35% pozulmasına görə ikiil müddətinə əlilliyin təyin edilməsi barədə cavabdeh orqanın ## ###### 2023-cü il tarixliqərarının dəyişdirilərək, orqanizm funksiyalarının 65-80% pozulmasına görə iki ilmüddətinə (##.##.2022-ci il tarixindən ##.##.2024-cü il tarixədək) əlilliyin təyin edilməsiöhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial MüdafiəsiNazirliyinin tabeliyində xxxx publikhüquqi şəxsinin üzərinə qoyulsun. Daha sonra cavabdeh orqan bu qərardan kassasiya şikayət vermişdir. Ali Məhkəmənin hakimi Elşanə Vəliyevanın icraatında olan *-*(*-*)-***/**** saylı inzibati iş üzrə yekun məhkəmə qərarı çıxarılmışdır. (qərar sistemə yerləşdirilmədiyindən təqdim etmək mümkün olmamışdır) Nəticəcavabdeh orqan tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmədən, qərar isə dəyişdirilmədən saxlanılmışdır. Qısacası xəstəlik olduğu kimi qalır, xəstənin vəziyyətində dəyişən heçnə yoxdur. b) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ OLUNAN HÜQUQ: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi (-) 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. (-) 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-) 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. (-) Azərbaycan Respublikası Prezidentinin ## #### 2015-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”
3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: (-) 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək; (-)
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”
1. Ümumi müddəalar (-) 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.
3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası (-) 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. (-)
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. (-) Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. (-) Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
İnzibati Prosessual Məcəllə: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının hüquqi marağı ##.##.2025-ci il tarixli qərarla orqanizm funksiyalarının 50% pozulmasına görə iki il müddətinə əlilliyin təyin edilməsi barədə cavabdeh orqanın qərarının dəyişdirilərək, orqanizm funksiyalarının 65-80% pozulmasına görə iki il müddətinə (##.##.2025-ci il tarixindən ##.##.2027-ci il tarixədək) əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. İşdən görünür ki, iddiaçıya ilk dəfə ##.##.2017-ci il tarixində beş il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlillik müddəti bitdikdən sonra iddiaçıya Tibbi Sosial Ekspert Komissiyasına göndərilməsi üçün xxxx tərəfindən ##.##.2023-cü il tarixli, K********GDR nömrəli göndəriş verilmişdir. Həmin göndərişə əsasən, TSEK-ə göndəriş zamanı iddiaçının əsas diaqnozu – M31.0 “Hiperhəssas angiit, sistemli nekrozlaşan toksiki allergik vaskulit”, ağırlaşmaları: I87.2 “(Xroniki) (periferik) venoz çatmamazlıq, hər iki aşağı ətraf damarların xroniki venoz çatmamazlığı”, E11.5 “İnsulindən asılı olmayan şəkərli diabet, Periferik qan dövranının pozğunluğu ilə., Aşağı ətrafların diabetik angiopatiyası, aşağı ətraflarda trofiki yaralar”, yanaşı xəstəlikləri: E11.4 “İnsulindən asılı olmayan şəkərli diabet, Nevroloyi ağırlaşmalarla, diabetik polineyropatiya”, E11.7 “İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, şəkərli diabet II Tip orta ağır forma”, E11.3 “İnsulindən asılı olmayan şəkərli diabet, Gözlərin zədələnməsi ilə., OU- X8 OU-0.4 k/ilə + 1.0D = 1.0”, L57.0 “Aktinik (fotokimyəvi) keratoz, Aktinik Keratoz”, I10 “Essensial [birincili] hipertenziya, Arterial Hipertenziya II dərəcə, əlavə risk III (Yüksək)”, M17.0 “Birincili ikitərəfli qonartroz, ikitərəfli qonartroz. İ-II Dərəcə Rentgenoloji dövr” olaraq qeyd edilmişdir. Həmin göndəriş cavabdeh tərəfindən qiymətləndirilmiş, iddiaçıya ## ###### 2023cü il tarixində ümumi xəstəlik səbəbi ilə orqanizm funksiyalarının 35% pozulması ilə iki il müddətinə əlillik təyin edilmişdir. İddiaçı bununla razılaşmayaraq ona ##.##.2022-ci il tarixindən ##.##.2024-cü il tarixədək orqanizmin funksiyalarının 35%-nin pozulmasına görə əlilliyin təyin edilməsi barədə inzibati orqanın ##.##.2023-cü il tarixli *******0012 saylı qərarının dəyişdirilərək, ona həmin dövrdə (##.##.2022-ci il tarixdən ##.##.2024-cü il tarixədək) orqanizm funksiyalarının 61-80% pozulmasına görə əlilliyin təyin edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh X1 ##.##.2022-ci il tarixindən ##.##.2024-cü il tarixədək orqanizmin funksiyalarının 35%-nin pozulmasına görə əlilliyin təyin edilməsi barədə ##.##.2023-cü il tarixli *******0012 saylı qərarı dəyişdirilmiş, iddiaçı İsmayılova Hicran Müqabil qızına (##.##.2022-ci il tarixdən ##.##.2024-cü il tarixədək) orqanizm funksiyalarının 61-80% pozulmasına görə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh X1 üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmiş, İsmayılova Hicran Müqabil qızına orqanizm funksiyalarının 35% pozulmasına görə iki il müddətinə əlilliyin təyin edilməsi barədə cavabdeh orqanın ## ###### 2023-cü il tarixli qərarının dəyişdirilərək, orqanizm funksiyalarının 65-80% pozulmasına görə iki il müddətinə (##.##.2022-ci il tarixindən ##.##.2024-cü il tarixədək) əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh üzərinə qoyulması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edildikdən sonra iddiaçı ## ###### 2025-ci il tarixdə iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək ona ##.##.2024-cü il tarixdən orqanizm funksiyalarının 61-80% pozulmasına görə əlilliyin yenidən təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Belə ki, iddiaçıya Tibbi Sosial Ekspert Komissiyasına göndərilməsi üçün xxxx tərəfindən ##.##.2025-ci il tarixli, P00255325KİY nömrəli göndəriş verilmişdir. Həmin göndərişə əsasən, TSEK-ə göndəriş zamanı iddiaçının əsas diaqnozu – M31.0 “Hiperhəssas angiit, sistemli nekrozlaşan toksiki allergik vaskulit (hiperhəssas angiit), aşağı ətrafların damarların angiopatiyası, yüksək aktivliklə, daimi ağrı sindromu, yeriş və hərəkətin məhdudlaşması və çətinləşməsi ilə”, ağırlaşmaları: R26.8 “Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları”, I79.2* “Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya”,R52.2 “Digər daimi ağrı sindromu”, G63.2* “Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü .4 işarəsi ilə), Xəstəliklərdə diabetik polineyropatiya (E10-E14 ümumi dördüncü .4 işarəsi ilə), Aşağı ətrafların diabetik polineyropatiyası. Bilək nahiyyəsində bilateral olaraq median sinirin yüngül dərəcə sıxışması karpal tunel sindromu.”, yanaşı xəstəlikləri: E11.7 “İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, şəkərli diabet 2 insulin tələbi çoxsaylı ağırlaşmalar ilə”, I11 “Ürəyin hipertenziv xəstəliyi [başlıca olaraq ürəyin zədələnməsi ilə gedən hipertoniya xəstəliyi], Arterial hipertensiya 2-ci dərəcə risk 4 (çox yüksək)” olaraq qeyd edilmişdir. Həmin göndəriş cavabdeh tərəfindən qiymətləndirilmiş, ## #### 2025-ci il tarixli qərar əsasında ”göndərişin natamam doldurulması” əsası ilə iddiaçıya əlillik təyin edilməsindən imtina olunmuşdur. Birinci instansiya məhkəməsində icraat zamanı Sumqayıt İnzibati Məhkəməsinin *- *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərardadı ilə iddiaçı İsmayılova Hicran Müqabil qızının Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnə dəvət edilərək əyani (instrumental) müayinəsinin aparılması üçün cavabdehə 20 gün müddət təyin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnin ## ###### 2025-ci il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubundan görünür ki, təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, H.İsmayılovaya ##.##.2025-ci il tarixindən ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 50 faiz pozulmasına görə 2 (iki) il müddətinə (##.##.2027-ci il tarixinədək) əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona ##.##.2025-ci il tarixli qərarla orqanizm funksiyalarının 50% pozulmasına görə iki il müddətinə əlilliyin təyin edilməsi barədə cavabdeh orqanın qərarının dəyişdirilərək, orqanizm funksiyalarının 65-80% pozulmasına görə iki il müddətinə (##.##.2025-ci il tarixindən ##.##.2027-ci il tarixədək) əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş İsmayılova Hicran Müqabil qızının “Sağlamlıq vəziyyətinin təyininə dair” Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi X1 tərəfindən tərtib edilmiş ## ####### 2025-ci il tarixli, T***/**** nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, H.M.İsmayılovanın əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “Əsas xəstəlik: М31.O-hiperhəssas angiit, sistemli nekrozlaşan toksiki allergik vaskulit. Ağırlaşma: I87.2-xroniki (periferik) venoz çatmamazlıq, hər iki aşağı ətraf damarlarının xroniki venoz çatmamazlığı, E11.5-insulindən asılı olmayan şəkərli diabet, periferik qan dövranının pozğunluğu ilə, aşağı ətrafların diabetik angiopatiyası, aşağı ətraflarda trofiki yaralar. Yanaşı xəstəliklər: E11.4-insulindən asılı olmayan şəkərli diabet, nevroloji ağırlaşmalarla, polineyropatiya, E11.7-insulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet II tip orta ağır forma, E11.3insulindən asıl olmayan şəkərli diabet, gözlərin zədələnməsi ilə, OU-çoxsaylı ağırlaşmalarla, diabetik angiopatiya, VizOU-0,4k\ilə+l,0D=1,0, I10-essensial (birincili) hipertenziya II dərəcə, arterial hipertenziya II dərəcə, əlavə risk III diaqnozu şəxsin stasionarda müalicəsi zamanı kliniki müayinələrin nəticələri və özünün əyani müayinəsi əsasında müəyyən edilmişdir. O, hazırda da qeyd edilən xəstəliklərdən əziyyət çəkir. H.M.İsmayılovanın əziyyət çəkdiyi Əsas diaqnoz olan “Hiperhəssas angiit, sistemləşən nekrozlaşan toksiki allergik vaskulit” (XBT kodu М31.0) xəstəliyi “Şəkərli diabet çoxsaylı fəsadlarla” (XBT kodu E11.4) xəstəliyinin yaranmasına səbəb ola bilməzdi. Belə ki, hər biri ayrı-ayrı nozoloji xəstəlik vahidləridir və hər birinin yaranma səbəbləri müxtəlifdir. Məhkəmə kollegiyası iş materiallarını, tibbi sənədləri, ekspert rəyini və qanuni qüvvəyə minmiş məhkəmə aktlarını birlikdə və qarşılıqlı əlaqədə qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə də düzgün olmuşdur. İş materiallarından müəyyən olunur ki, iddiaçıya uzun illər ərzində yuxarıda istinad olunan xəstəliklər səbəbindən əlillik təyin edilmişdir. Daha əvvəlki məhkəmə araşdırması nəticəsində Sumqayıt Apellyasiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)- ***/**** nömrəli qərarı ilə iddiaçıya ##.##.2022-ci il tarixindən ##.##.2024-cü il tarixinədək orqanizm funksiyalarının 65-80 faiz pozulmasına görə əlillik təyin edilməsinin zəruriliyi müəyyən edilmiş, həmin qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin ## #### 2026cı il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, iddiaçının qeyd edilən xəstəliklərinin ağırlıq dərəcəsi və onların yaratdığı funksional məhdudiyyətlərin səviyyəsi məhkəmə araşdırması nəticəsində təsdiq edilmişdir. Kollegiya hesab edir ki, həmin məhkəmə qərarları hazırkı mübahisə üçün mühüm hüquqi əhəmiyyət daşıyır. Belə ki, əvvəlki iş üzrə məhkəmələr geniş tibbi araşdırma apararaq iddiaçıya məhz orqanizm funksiyalarının 65-80 faiz pozulması ilə əlillik təyin edilməli olduğu qərarına gəlmişlər. Hazırkı işdə isə həmin dövr başa çatdıqdan dərhal sonra, yəni ##.##.2025-ci il tarixindən sonrakı dövr qiymətləndirilir. Bu halda funksional pozuntu faizinin əhəmiyyətli dərəcədə azaldılması yalnız iddiaçının sağlamlıq vəziyyətində müsbət dəyişikliklərin mövcudluğu ilə əsaslandırıla bilər. Hazırkı mübahisənin predmeti olan dövrdə iddiaçıya verilmiş ##.##.2025-ci il tarixli göndərişdən isə görünən odur ki, əvvəlki dövrdə mövcud olmuş əsas xəstəlik və onun ağırlaşmaları aradan qalxmamış, əksinə, davam etmişdir. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi tərəfindən verilmiş ## ####### 2025-ci il tarixli T***/**** nömrəli ekspert rəyi ilə iddiaçının əvvəlki dövrlərdə müəyyən edilmiş xəstəliklərdən hazırda da əziyyət çəkməsi təsdiq olunmuşdur. Ekspert rəyi iş üzrə mövcud digər tibbi sənədlərlə uzlaşır və həmin sənədlərin həqiqiliyini təsdiq edir. Kollegiya əlavə olaraq qeyd edir ki, iş materiallarında iddiaçının sağlamlıq vəziyyətində əvvəlki məhkəmə qərarı ilə müəyyən edilmiş 65-80 faiz funksional pozuntu səviyyəsindən əhəmiyyətli yaxşılaşma baş verməsini təsdiq edən hər hansı mötəbər tibbi sübut mövcud deyildir. Belə olan halda, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə iddiaçıya orqanizm funksiyalarının 65-80 faiz pozulması ilə əlillik müəyyən edilməsinə baxmayaraq, həmin xəstəliklərin aradan qalxması və ya əhəmiyyətli geriləməsi sübuta yetirilmədən cavabdeh tərəfindən sonrakı dövr üçün orqanizm funksiyalarının yalnız 50 faiz pozulmasının müəyyən edilməsi tibbi sənədlərlə təsdiq olunmur və inzibati orqanın gəldiyi nəticə işin faktiki hallarına uyğun hesab edilə bilməz. Kollegiya əlavə olaraq cavabdehin apellyasiya şikayətinin dəlillərinə də münasibət bildirməyi zəruri hesab edir. Cavabdeh inzibati orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Göndərişdə qeyd olunan diaqnoz “Ümumi xəstəlik səbəbindən 2 (iki) il müddətinə orqanizmin funksiyalarının 35% (otuz beş faiz) pozulması” halında məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskression səlahiyyətinə əsassız müdaxilə etmişdir. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Belə ki, İPM-in 74cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3). Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.