Məhkəmə qərarları › İş №2-1(3-8)-675/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-675/2026

01.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-675/2026 01.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi, Iddiaçı İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil/Nümayəndə, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: IŞIN HALLARI Iddiaçı ##.##.1965-ci il təvəllüdlüdür. Iddiaçıya məxsus əmək kitabçasına əsasən, ##.##.1981-ci ildən ##.##.1984-cü ilədək təhsil almış, ##.##.1984-cü ildən ##.##.1986-cı ilədək həqiqi hərbi xidmət keçmiş, ##.##.1986-cı ildən ##.##.1987-ci ilədək 3-cü dərəcəli qaynaqçı vəzifəsində çalışmış, ##.##.1987-ci ildən ##.##.1988-ci ilədək 4-cü dərəcəli qaynaqçı vəzifəsində çalışmış, ##.##.1988-ci ildən ##.##.1988-ci ilədək 5-ci dərəcəli qaynaqçı vəzifəsində çalışmış, ##.##.1988-ci ildən ##.##.2006-cı il ilədək 3-cü dərəcəli çilingər vəzifəsində çalışmış, ##.##.2007-ci il ildən ##.##.2009-cu ilədək 3-cü dərəcəli qaynaqçı vəzifəsində çalışmış, ##.##.2009-cu ildən ##.##.2023-cü ilədək 6-cı dərəcəli qaynaqçı vəzifəsində çalışmış, ##.##.2023-cü ildən ##.##.2024-cü ilədək mexanizator və yol fəhləsi vəzifəsində çalışmış, ##.##.2024-cü ildən ##.##.2024-cü ilədək mexanizator vəzifəsində çalışmışdır. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ##.##.2025-ci il tarixli *-**-***-S-******/**** nömrəli məktubundan görünür ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi ##.##.1984-cü il AT-İ № ******* nömrəli əmək kitabçasında ##.##.1988- ##.##.2006-cı il tarixləri arasındakı dövr ərzində Xudat-Kənd nəqliyyat ATSC-də işlədiyi qeyd olunub. Araşdırma zamanı ##.##.2006-##.##.2006-cı il tarixləri arasındakı dövr üzrə ödənilməli məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabın sığorta hissəsində qeydə alınmadığı müəyyən edilib. Buna görə də ##.##.1988-##.##.2005-ci il tarixləri arasındakı dövr üzrə həmin müəssisədə işləməsinə dair əsaslı şübhələr yaranıb. Bununla bağlı iş stajının dəqiqləşdirilməsi məqsədilə aidiyyəti üzrə sorğu göndərilib, sorğuya cavab olaraq Xaçmaz Rayon Dövlət Arxivinin ##.##.2025-ci il tarixli N*-**-**RA/*-***-**/**** nömrəli arayışında həmin müəssisənin arxiv sənədlərinin arxivə təhvil verilmədiyi bildirilib. Bu səbəbdən də ##.##.1988-##.##.2006-cı il tarixləri arasındakı dövrün iş stajına daxil edilməsi mümkün olmamışdır. Göstərilən səbəblərdən də ümumi iş stajı 25 ildən az (24 il 2 ay 7 gün (##.##.1981-##.##.1984-cü il, ##.##.1984-##.##.1986-cı il, ##.##.1986-##.##.1987-ci il, ##.##.1987-##.##.1988-ci il, ##.##.1988-##.##.1988-ci il tarixləri arasındakı dövrlar və ##.##.2006-cı il tarixdən sonra 17 il 7 ay )) təşkil edir. Eyni zamanda bildirilir ki, təqdim edilən "xxxx" xxxx MMC-nin iddiaçıya dair arayışında ##.##.2007-##.##.2009-cu il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə qaynaqçı peşəsində işlədiyi qeyd olunub, lakin həmin arayışda qaynaq işlərini əl ilə yerinə yetirdiyi qeyd olunsa da, işlədiyi müddətdə elektrik və ya qaz qaynaqçısı olub-olmaması barədə hər hansı məlumat göstərilməyib. Həmçinin “xxxx” xxxx MMC-nin iddiaçıya dair arayışında ##.##.2009- ##.##.2023-cü il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisədə qaynaqçı peşəsində işlədiyi qeyd olunsa da, araşdırma zamanı “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) əmək müqaviləsində həmin dövr ərzində qreyderçi vəzifəsində işlədiyi göstərilib. Bu səbəbdən qeyd edilən dövrlər güzəştli iş stajına daxil edilməmişdir. Bundan başqa, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyi, hazırda fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 46080,00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının cəmi 30781,41 manat təşkil etdiyi və güzəştli şartlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün olmadığı bildirilmişdir. xxxx «xxxx» MMC tərəfindən verilmiş * nömrəli Əlavə olan arayışdan görünür ki, İddiaçı Xaçmaz sahəsi üzrə ##.##.2009 - ##.##.2013-cü il tarixlərində qaynaqçı, ##.##.2013 - ##.##.2023-cü il tarixlərində isə qreyderçi və habelə qaynaqçı vəzifələrində çalışdığı, işlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajının 14 il 5 ay 15 gün təşkil etdiyi qeyd olunmuşdur. Iddiaçının işlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri qaynaq işlərinin əl ilə yerinə yetirilməsindən ibarət olmuş, bu barədə əmək haqqına əlavələr almışdır və bu göstərici Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 19-cu hissəsinə (bəndinə) uyğundur. xxxx «xxxx» MMC tərəfindən verilmiş * nömrəli Əlavə olan Arayışdan görünür ki, İddiaçı «xxxx» MMC-də qaynaqçı vəzifəsində ##.##.2007-##.##.2009-cu il tarixləri arasındakı dövr ərzində işlədiyi, işlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajının 2 il 2 ay 15 gün təşkil etdiyi qeyd olunmuşdur. Iddiaçının işlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri - qaynaq işlərinin əl ilə yerinə yetirilməsindən ibarət olduğu, əmək haqqına əlavələr aldığı göstərilmiş və bu göstərici Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının müvafiq bəndinə uyğunlaşdırılmışdır. xxxx «xxxx» MMC-nin ## #### 2026-cı il tarixli, **-*/*-**-**/**** nömrəli sorğuya cavab məktubundan görünür ki, 2007-2009-cu illər dövrü ərzində indiki Quba rayonu «xxxx» MMCnin Quba rayonu «xxxx» MMC kimi fəaliyyət göstərdiyi üçün vətəndaş İddiaçı həmin idarədə işləməsinə dair müəssisədə heç bir sənədin mövcud olmadığı bildirilmişdir. xxxx «xxxx» MMC-nin ##.##.2026-cı il tarixli **-*/*-***-**/**** nömrəli sorğuya cavab məktubundan görünür ki, İddiaçı həqiqətən 05 §* №-li əmrlə ##.##.2007-ci il tarixdən * saylı Yol Istismar Idarəsinə III dərəcəli qaynaqçı qəbul edildiyi, ** №-li əmrlə ##.##.2009-cu il tarixdən öz xahişi ilə işdən azad edildiyi bildirilmişdir. Iddiaçı ##.##.2023-cü il tarixdən 11-1/3-1-***/**** №-li əmrlə «xxxx» MMC-yə 1 (bir) ay müddətinə mexanizator qəbul edilmiş, ##.##.2023-cü il tarixdən 11-1/3-1-***/**** №-li əmrlə əmək müqaviləsinin müddəti 2 (iki) ay uzadılmış, ##.##.2023-cü il tarixdən 11-1/3-1-***/**** №li əmrlə yol fəhləsi vəzifəsinə keçirilmiş və ##.##.2024-cü il tarixdən 11-1/3-1-***/**** №-li əmrlə öz xahişi ilə işdən azad edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, göstərilən idarə, yəni * saylı Yol Istismar Idarəsi hal-hazırda «xxxx» MMC adlanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şartlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» 35-ci bölümündə «Ümumi peşələrdə» «əl ilə qaynaq aparan elektrik qaynaqçıları» qeyd olunmuşdur. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI Birinci instansiya məhkəməsində icraat Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialın güzəştli şərtlərlə pensiya təminatından imtinasını qanunsuz hesab edilməsi, həmin orqanın üzərinə güzəştli şərtlərlə pensiya təyin edilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona ##.##.2025-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını və ##.##.2025-ci il tarixdən hesablanan pensiyanın ümumi məbləğinin ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.1965-ci ildə anadan olmuş, ailəsi ilə birlikdə Xaçmaz rayonu Hacıisaoba kəndində yaşayır. Iddiaçı güzəştli şərtlərlə pensiya təyinatı üçün DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala müraciət etmişəm. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının ##.##.2025-ci il tarixli *-**-*/*-S- ******/**** saylı imtina məktubu ilə iddiaçıya güzəştli şərtlərlə pensiya təyinatından imtina edilmişdir. Iddiaçı hesab edir ki, cavabdehin iddiaçıya güzəştli şərtlərlə pensiya təyinatından imtinası tamamilə əsassızdır. Cavabdehin imtinasında göstərilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına daxil olmuş müraciətə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Bildirilir ki, “Əmək pensiya haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi zəruri və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Siyahı üzrə müəyyən edilir. Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın ümumi peşələr bölməsində (35) qaz qaynaqçıları və əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşələri nəzərdə tutulub. Eyni zamanda, bildirilir ki, təqdim edilən “xxxx” xxxx MMC-nin arayışında ##.##.2007-##.##.2009-cu il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisə qaynaqçı peşəsində işlədiyi qeyd olunub, lakin həmin arayışda qaynaq işlərin əl ilə yerinə yetirdiyi qeyd olunsa da, işlədiyi müddətdə elektrik və ya qaz qaynaqçısı olub-olmadığı barədə hər hansı məlumat göstərilməyib. Həmçinin “xxxx” xxxx MMC-nin ##.##.2009- ##.##.2023-cü il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisə qaynaqçı peşəsində işlədiyi qeyd olunub. Lakin araşdırma zamanı “Əmək və Məşğulluq” alt sistemində (ƏMAS) əmək müqavilədə həmin dövr ərzində qreyderçi vəzifəsində işlədiyi göstərilib. Göründüyü kimi, təqdim edilən sənədlərdə qeyd olunan məlumatlada uyğunsuzluq var. Buna görə də, qeyd edilən dövrləri güzəştli iş stajınına daxil etmək mümkün deyil. Bu səbəbdən də, güzəştli iş stajı yoxdur. Qeyd edilənləri nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Cavabdehin imtina məktubunun özündə də göstərilir ki, Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın ümumi peşələr bölməsində (35) qaz qaynaqçıları və əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşələri nəzərdə tutulmuşdur. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na * nömrəli əlavəyə müvafiq olaraq işlədiyim xxxx MMC-nin verdiyi şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışlarda göstərilir ki, ##.##.2007-##.##.2009-cu il tarixlərində qeyd olunan MMC-də qaynaqçı işləməklə sosial sığorta stajım 2 il 6 ay 15 gün və ##.##.2009-##.##.2013, ##.##.2013-##.##.2023-cü il tarixlərində isə qaynaqçı (qreyderçi həvalə edilib qaynaqçı) işləməklə sosial sığorta stajı 14 il 5 ay 15 gün təşkil edir. Cavabdehin iddia tələbinə yazılı etirazında göstərilmişdir ki, iş materiallarına əsasən iddiaçı İddiaçı Mərkəzi Filiala müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin Mərkəzi Filiala təqdim etdiyi ##.##.1984-cü il tarixli AT-İ ******* nömrəli əmək kitabçası və “xxxx” * nömrəli Yol Istismarı MMC-nin arayışına əsasən iddiaçının ümumi stajı qanunla tələb olunan həddən az təşkil etdiyi və güzəştli iş stajı olmadığı üçün ona əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7- ci maddəsinə əsasən, 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Maddələrin məzmunundan da göründüyü kimi şəxsin, işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt işlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair # ###### 2010-cu il tarixli Qərarı). Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsı belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Qeyd olunmalıdır ki, ##.##.2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na * nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 159-cu maddəsinin 1-ci hissəsinə əsasən, əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) müəyyən edilməsi həmin iş yerlərində, peşələrdə və vəzifələr işləmiş şəxslərə münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin tətbiqi üçün özüözlüyündə əsas vermir. Qeyd olunduğu kimi güzəştli iş stajına dair arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla (məsələn, eyni müəssisədə, eyni əmək şəraitində həmin vəzifəni icra etmiş və ya icra edən digər şəxslərin təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrlə işlədiklərinə dair məlumatlar, həmin işlərın icrası məqsədləri üçün müəssisəyə daxil olan (alınan, tədarük edilən) və tətbiq edilən boyaq materiallarının və onların qatqılarının kimyəvi tərkibi barədə tədarükçünün məlumatları, şahidlərin ifadələri və s.) iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın ümumi peşələr bölməsində (35) qaz qaynaqçıları və əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşələri nəzərdə tutulmuşdur. Bildirilir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi ##.##.1984-cü il AТ-l ******* nömrəli əmək kitabçasında ##.##.1988-##.##.2006-cı il tarixləri arasındakı dövr ərzində Xudat- Kənd nəqliyyat ATSC-də işlədiyi qeyd olunmuşdur. Araşdırma zamanı ##.##.2006- ##.##.2006-cı il tarixləri arasındakı dövr üzrə ödənilməli məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabının sığorta hissəsində qeydə alınmadığı müəyyən edilmişdir. Buna görə də ##.##.1988-##.##.2005-ci il tarixləri arasındakı dövr üzrə həmin müəssisədə işləməsinə dair əsaslı şübhələr yaranmışdır. Bununla bağlı iş stajının dəqiqləşdirilməsi məqsədilə aidiyyəti üzrə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq Xaçmaz Rayon Dövlət Arxivinin ##.##.2025-ci il tarixli N*-**-**RA/*-***-**/**** nömrəli arayışında həmin müəssisənin arxiv sənədlərinin adıçəkilən arxivə təhvil verilmədiyi bildirilmişdir. Bu səbəbdən də ##.##.1988- ##.##.2006-cı il tarixləri arasındakı dövrün iş stajına daxil edilməsi mümkün olmamışdır. Göstərilən səbəblərdən də ümumi iş stajı 25 ildən az (24 il 2 ay 7 gün gün (##.##.1981- ##.##.1984-cü il, ##.##.1984-##.##.1986-cı il, ##.##.1986-##.##.1987-ci il, ##.##.1987- ##.##.1988-ci il, ##.##.1988-##.##.1988-ci il tarixləri arasındakı dövrlər və ##.##.2006-ci il tarixindən sonra 17 il 7 ay )) təşkil edir. Eyni zamanda, bildirilir ki, iddiaçının təqdim etdiyi “xxxx” xxxx MMC-nin arayışında ##.##.2007-##.##.2009-cu il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə qaynaqçı peşəsində işlədiyi qeyd olunmuşdur. Lakin həmin arayışda qaynaq işlərini əl ilə yerinə yetirdiyi qeyd olunsa da, işlədiyi müddətdə elektrik və ya qaz qaynaqçısı olub-olmamağı barədə hər hansı məlumat göstərilməmişdir. Həmçinin, “xxxx” xxxx MMC-nin arayışında ##.##.2009-##.##.2023-cü il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisədə qaynaqçı peşəsində işlədiyi qeyd olunmuşdur. Lakin araşdırma zamanı “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) əmək müqaviləsində həmin dövr ərzində qreyderçi vəzifəsində işlədiyi göstərilmişdir. Göründüyü kimi, təqdim etdiyi sənədlərdə iddiaçıya dair qeyd olunan məlumatlarda uyğunsuzluq var. Buna görə də qeyd edilən dövrləri güzəştli iş stajına daxil etmək mümkün deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Bundan başqa, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 46080,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 30781,41 manat təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin (hakim Mehriban Mahmudlu-Abbaszadə) ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçı İddiaçı hüququnun yarandığı vaxtdan, yəni 60 yaşının tamam olduğu ##.##.2025-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması, iddiaçı İddiaçı ##.##.2025-ci il tarixdən hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin yanaşması siyahıda qeyd edilənlərə formal yanaşma olmaqla iddiaçının pensiya hüququnun məhdudlaşması ilə nəticələnmişdir. 19. Məhkəmə qeyd edir ki, siyahıda qeyd edilmiş peşənin sözbəsöz uyğunluğu deyil, iddiaçının işlədiyi işin xarakteri, görülən işin xüsusiyyətləri nəzərə alınaraq zərərli və ya ağır iş olması müəyyən edilməklə məsələyə qiymət verilməlidir. 20.Burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına və izahlı arayışlara əsasən müəyyən edilməlidir. Cavabdeh isə göstərilən istiqamətlərdə araşdırma aparmamış, iddiaçının çalışdığı bütün peşələrin xarakteri nəzərə alındıqda həmin peşələrin Nazirlər Kabinetinin qərarındakı Siyahıda təsbit olunmuş peşələrə uyğun olub-olmadığını düzgün müəyyən etməmişdir. 21. Belə ki, inzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmağa və nəzərə almağa borcludur. 22. Odur ki, İddiaçı 60 yaşının tamam olduğu ##.##.2025-ci ilədək əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı mövcuddur. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kolegiyasının iclasında iştirak etmiş cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kolegiyasının iclasında iştirak etmiş iddiaçı İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil/Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. TƏTBIQ EDILƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. III. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra - Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (IPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (IPM-in 85.2 və 85.3cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iddia rədd olunmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı ona 60 yaşdan, yəni ##.##.2025-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə yönəlmişdir. Işin mübahisəli halı ondan ibarətdir ki, iddiaçının 25 illik ümumi iş stajının və güzəştli iş stajı hesab etdiyi dövrlər üzrə müəssisələrin təqdim etdiyi sənədlər və ƏMAS altsistemindəki məlumatlar ziddiyyətli olması həmçinin, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı (30781,41 manat) qanunla tələb olunan minimum həddən (46080,00 manat) aşağı olmasıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən, sonuncu iş yerindən asılı olmayaraq, xüsusilə zərərli və ağır əmək şəraitində çalışan sığortaolunanların müvafiq icra hakimiyyəti organının təsdiq etdiyi siyahılara uyğun dərəcələr üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin hüququn yaranması üçün şəxsin həm tələb olunan güzəştli iş stajına, həm ümumi iş stajına, həm də fərdi hesabında kifayət qədər pensiya kapitalına və ya minimum pensiya təminatına malik olması qanunvericiliyin imperativ tələbidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının əmək kitabçasında göstərilən dövrdə Xudat-Kənd nəqliyyat ATSC-də çalışması ilə bağlı şübhələri aydınlaşdırmaq üçün göndərilmiş sorğuya cavab olaraq Xaçmaz Rayon Dövlət Arxivinin ##.##.2025-ci il tarixli N*-**-**RA/*-***-**/**** nömrəli arayışı ilə təsdiq edilmişdir ki, həmin müəssisənin arxiv sənədləri arxivə təhvil verilməmişdir. Həmçinin ##.##.2006-##.##.2006-cı illər dövründə məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabda qeydə alınmaması və iş faktının arxiv sənədləri ilə təsdiqlənməməsi səbəbindən bu dövrün staja daxil edilməməsi qanunamüvafiqdir. Nəticədə iddiaçının ümumi iş stajı tələb olunan 25 ildən az - cəmi 24 il 2 ay 7 gün təşkil edir. Daha sonra, xxxx «xxxx» MMC-nin ##.##.2026-cı il tarixli **-*/*-**-**/**** nömrəli məktubundan görünür ki, 2007-2009-cu illər dövrü ərzində indiki Quba rayonu «xxxx» MMCnin Quba rayonu «xxxx» MMC kimi fəaliyyət göstərdiyi üçün vətəndaş İddiaçı həmin idarədə işləməsinə dair müəssisədə heç bir sənədin mövcud olmadığı bildirilmişdir. Bundan başqa, «xxxx» MMC-nin ## #### 2026-cı il tarixli **-*/*-***-**/**** nömrəli cavab məktubuna əsasən iddiaçının ##.##.2007-ci il tarixdən * saylı Yol Istismar Idarəsinə III dərəcəli qaynaqçı qəbul edildiyi, ##.##.2009-cu il tarixdən öz xahişi ilə işdən azad edildiyi bildirilmişdir. Həmçinin iddiaçı ##.##.2023-cü il tarixdən mexanizator qəbul edilmiş, ##.##.2023-cü il tarixdən yol fəhləsi vəzifəsinə keçirilmiş və ##.##.2024-cü il tarixdən işdən azad edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci bölümünə əsasən güzəştli pensiya hüququ yalnız «əl ilə qaynaq aparan elektrik qaynaqçıları»na şamil edilir, iddiaçının məhz əl ilə elektrik qaynağı işlərini icra etməsini şübhəsiz sübut edən ilkin sənədlər mövcud deyildir. Həmçinin, «xxxx» MMC-nin ## #### 2026-cı il tarixli, **/*-***-**/**** nömrəli məktubundan müəyyən edilir ki, iddiaçı ##.##.2009-cu il tarixli **/k saylı əmrlə elektrik qaynaqçısı vəzifəsinə qəbul edilsə də, ##.##.2013-cü il tarixdən ərizəsinə əsasən qreyderçi vəzifəsinə keçirilmiş və ##.##.2023-cü il tarixədək bu vəzifədə çalışmışdır. Dövriyyədə olan «Əmək və Məşğulluq» altsistemində (ƏMAS) də iddiaçının həmin dövr ərzində qreyderçi vəzifəsində işlədiyi təsbit olunmuşdur. Qreyderçi vəzifəsi isə güzəştli pensiya hüququ verən zərərli və ağır peşələr siyahısına daxil deyildir. Bununla yanaşı, «Əmək pensiyaları haqqında» Qanunun tələblərinə görə sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı minimum pensiya təminatına imkan verməlidir. Hazırki iş üzrə iddiaçının fərdi hesabında tələb olunan minimum pensiya kapitalı 46080,00 manat olduğu halda, faktiki olaraq cəmi 30781,41 manat kapital qeydə alınmışdır ki, bu da qanunla müəyyən edilmiş həddən xeyli aşağıdır. Beləliklə, məhkəmə araşdırması zamanı əldə edilmiş sorğuya cavab məktubları və rəsmi sənədlər iddiaçının ümumi iş stajının (25 il), güzəştli iş stajının, həmçinin fərdi hesabındakı pensiya kapitalının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab vermədiyini sübut edir. Birinci instansiya məhkəməsi isə işin sadalanan xüsusatları istiqamətində tam və hərtərəfli araşdırma aparmadan, yəni iddiaçının ümumi 25 il və güzəştli iş stajının 12 il 6 aydan az olmasına əhəmiyyət verməmiş, əsassız olaraq iddanı təmin etmişdir. Odur ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar