Məhkəmə qərarları › İş №2-1(3-8)-677/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-677/2026

02.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-677/2026 02.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hacıyev Vahid Məcid oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, X4 qızının katibliyi, Iddiaçı İddiaçı vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “güzəştli şərtlətlə yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: IŞIN HALLARI Iddiaçı ##.##.1965-ci il təvəllüdlüdür, 1983-1985-ci illərdə hərbi xidmətdə olmuşdur. Cavabdehin ##.##.2025-ci il tarixli imtina məktubundan görünür ki, Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunan məlumatlara əsasən güzəştli iş stajı 12 il 6 aydan az (9 il 5 ay 10 gün (##.##.1985-##.##.1995-ci il tarixləri arasındakı dövr) təşkil edir. # ######## 1985-ci il tarixli ******* nömrəli əmək kitabçasında onun ##.##.1995-##.##.2006-cı il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də işlədiyi qeyd olunub. Araşdırma zamanı əmək kitabçasının 8-11-ci səhifələrində göstərilən məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranıb. Belə ki, sözügedən səhifələrin 14-cü qeydində müvafiq olaraq sözlərin yazılışında qarışıq olaraq kiril və latın qrafikalı hərflərdən istifadə olunduğu, həmçinin 2006-cı il üzrə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları üzrə pensiya sığorta kapitalının fərdi şəxsi hesabının sığorta hissəsində öz əksini tapmadığı müəyyən edilib. Bu səbəbdən ##.##.1995-ci ildən ##.##.2006-cı ilədək (latın və kiril qrafikalı əlifbadan istifadə edilməsi səbəbindən) olan dövrün doldurulma qaydası pozulduğu üçün həmin dövrün onun sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Buna görə də ümumi iş stajı 25 ildən az, yəni 14 il 8 ay 27 gün (##.##.1980-##.##.1983-cü il, ##.##.1983-##.##.1985-ci il və ##.##.1985-##.##.1995-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Bundan başqa, fərdi hesabıınn sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Belə ki, fərdi hesabının sığorta hissəsində isə qeydə alınan pensiya kapitalı cəmi 15180,09 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat Iddiaçı İddiaçı ona 57 yaşının tamam olduğu ##.##.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 32.1-1-ci maddəsinə əsasən pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ##.##.1965-ci ildə anadan olmuşdur. ##.##.1983-cü ildə hərbi xidmətə çağırılmışdır. ##.##.1985-ci ildə hərbi xidmətdən qayıtmışdır. 1980-1983-cü illərdə Sumqayıt şəhər ** №-li TPM-də elektrik-qaz qaynaqçısı peşəsi üzrə oxumuşdur. ##.##.1985-ci ildən ##.##.1995-ci ilədək BTZ-də elektrik-qaz qaynaqçısı peşəsində, ##.##.1995-ci ildən ##.##.2006-cı ilə kimi «xxxx» SC-nin * saylı Müəssisəsində elektrik qaynaqçısı peşəsində işləmişdir. Ümumi stajı 26 ilə yaxın olmaqla pensiyaya çıxmaq hüququ verən iş stajı olduğu üçün 60 yaşda əmək pensiyasına çıxmaq hüququ verir. Müvafiq sənədləri toplamaqla ## #### 2025-ci ildə cavabdeh təşkilata müraciət etmiş, lakin ## #### 2025-ci il tarixli məktubunda cavabdeh ona güzəştli iş stajının 9 il 5 ay (1985-1995-ci il tarixlər arasında) olduğunu göstərərək əmək pensiyasının təyin edilməsinin mümkün olmadığını bildirmişdir. Cavabdehin bu imtinası ilə razılaşmır və bildirmək istəyir ki, ##.##.1985-ci ildən ##.##.2006-cı ilədək işləmiş və bu peşə güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verir. Əlavə olaraq bildirir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası-bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin qanunun 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi gündən bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Qarşı tərəf ona pensiya təminatından imtina edərkən bunu sosial kapitalının az olması ilə əlaqələndirmiş, halbuki, onun göstərdiyi məbləğ hansı mənbədən götürülməyini ona aydın deyildir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçı İddiaçı ##.##.2025-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdeh inzibati orqana müraciət etmişdir. Mərkəzi Filial tərəfindən iddiaçı İddiaçı müaciəti üzrə ##.##.2025-ci il tarixli *-**-*/*-A-******/**** nömrəli imtina məktubu ünvanlanmışdır. İddiaçı ünvanlanan imtina məktubunda qeyd olunmuşdur ki, onun qanunvericiliklə tələb olunan ümumi 25 il sosial sığorta stajı, güzəştli 12 il 6 ay sığorta stajı və fərdi hesabın sığorta hissəsində kifayət qədər pensiya kapitalının olmaması səbəbindən yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilə'in və azı 10 il çalışmış qadınların bu Qanunun 7- cı maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. ##.##.2020-ci il tarixdən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxıl edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1 1-ci maddəsinə uyğun olaraq 2019-cu il ######ın #-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin # #### tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il ######ın #- dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaoiunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin ## ### 2020-ci il tarixli Plenum qərarında qeyd edilir ki, dövlətin pensiya təminatı sistemi sosial həmrəylik və sosial sığorta prinsipləri əsasında fəaliyyət göstərir. Əmək pensiyaları haqqında qanunvericiliyin əsas məqsədi pensiya təminatı sistemində bu prinsiplərin qorunmasında, qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında tarazlaşdırma mexanizminin formalaşdırılmasında ifadə olunur. Bu sahədə aparılan islahat tədbirləri sığortaolunana münasibətdə ədalətliliyin gözlənilməsinə yönəlmişdir. Eyni zamanda həmin qərarda sosial sığorta haqlarının ödənildiyi vəsaitlərin pensiya hesablanması zamanı nəzərə alındığı, məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının pensiya təyin edilərkən nəzərə alınmasının qanunvericiliyin tələblərinə uyğun olmadığı vurğulanır. Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növündən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ##### 2022-i il tarixli *** nömrəli Qərarının 4.1 -ci bəndində göstərilmişdir ki, ##.##.2006-cı il tarixədək olan dövr üzrə “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aKtlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən həmin dövr sığorta stajı kimi nəzərə alınır. Iş materiallarında olan AZE ****** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı İddiaçı ##.##.1965-ci il təvəllüdüdür. Iş materiallarında olan H3 ******* nömrəli hərbi biletin surətinə əsasən iddiaçı 1983-cü ildən 1985-ci ilədək hərbi xidmətdə olmuşdur. Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamə haqqında ##.##.1992-ci il tarixli *** №-li qərarının 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. "Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə ## ###### 1991-ci il tarixli Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının qərarı qəbul olunan tarixədək Azərbaycan ərazisində "Azərbaycan əlifbasının latından rus əlifbasına keçirilməsi haqqında" ## #### 1939-cu il tarixli Azərbaycan SSR-in Qanunu qüvvədə olmuşdur. Həmin Qanuna əsasən 1991-ci il tarixədək Azərbaycan ərazisində rus əlifbasından istifadə olunurdu. "Işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən onun əmək kitabçasının surətində qeyd edilmiş ##.##.1995-cl II tarixdən ##.##.2006-cı il tarixədək (latın və kiril qrafikalı əlifbadan istifadə edilməsi səbəbindən) olan dövrün doldurulma qaydası pozulduğu üçün həmin dövrün onun sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Bundan başqa ##.##.2006-cı il tarixdən sonrakı işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsinə məcburi dövlət sosial sığortasının ödənməməsi də iddiaçının həmin dövrdə həqiqətən orada işləyidıyini şübhə altına salır. Bildiririk ki, sözügedən dövrlər üzrə onun əmək fəaliyyətini təsdiq edən zəruri sənədlər (əməkhaqqı cədvəlləri və əmr kitablarından çıxarış) yaşayış yeri üzrə Fondun müvafiq qurumuna təqdim edildikdən sonra iddiaçı İddiaçı təkrar müraciəti əsasında sığorta stajına daxil edilməsinə baxıla bilər. Cavabdeh inzibati orqan tərəfindən iddiaçı İddiaçı ünvanlanan ##.##.2025-ci il tarixli *-**-*/*-A-******/**** nömrəli imtina məktubunda qeyd olunmuşdur ki, təqdim edilən sənədlərin surətlərində və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən onun sığorta stajı 14 il 8 ay 27 gün, güzəştli sığorta stajı isə 9 il 5 ay 10 gün təşkil edir. Fərdi hesabının sığorta hissəsində isə qeydə alınan pensiya kapitalı cəmi 15180,09 manat təşkil edir. Beləliklə iddiaçının mübahisələrıdirilməyən 14 il 8 ay 27 gün iş stajı və 9 il 5 ay 10 gün güzəştli iş stajı var. Mübahisələndirilən dövrə isə ##.##.1995-##.##.2006-cı il tarixləri arasındakı dövr aiddir. Qeyd olunanları nəzərə alaraq bild ririk ki, iddiaçı İddiaçı ümumi sığorta stajı və güzəştli sığorta stajı qanunla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (ümumi 25 ildən, güzəştli 12 il 6 aydan) az olduğuna görə) ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilməmişdir. Qanunvericilikdə əmək kitabçasının doldurulma qaydasının pozulmasında işçinin təqsirinin olmaması əmək kitabçasının mötəbər olduğu anlamına gəlmədiyindən qeyd olunan dövrlər iddiaçı Abbasovun iş stajına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir. Diqqətəlayiq hallardan biri də budur ki, “Inzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Bu normada qanunverici bütün sənədləri və dəlilləri deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1996-cı il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarına uyğun formada tərtib edilmiş sənədləri və dəlilləri nəzərdə tutmuşdur. Hazırki iş üzrə iddiaçının əmək kitabçası sözügedən qaydalara mütənasib olmadığından “Inzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinin təsir dairəsinə düşmür. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2020-ci il tarixli icmal məktubuna əsasən məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olubolmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbatı aktın qəbul edilməsim, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməii və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət vemıəlidırilər. Nəticə etibarilə nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apellyasiya şikayətinin dəlilərindən asılı olmayaraq, hər bir halda iddiaçının qanunla tələb olunar ümumi və xüsusi iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir. Formalaşmış təcrübəyə əsasən 2006-cı il # ###### tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilməli olması şərti, iddiaçının da öz tələbinin əsası kimi onun adına tərtib olunmuş əmək kitabçasındakı məlumatlara əsaslanması nəzərə alındıqda, əmək kitabçasındakı məlumatların mötəbərliyi özü-özlüyündə şübhə doğurmamalı, əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir (Azərbaycan Respulikasının Ali Məhkəməsinin ##.## 2024-cü il *-*(***)-***/**** nömrəli qərarı). Istinad olunan qanunvericilik normalarının tələbləri və işin faktiki hallarına əsasən iddiaçının ümumi və güzəştli iş stajı qanunvericiliyin tələbindən az olduğu üçün və fərdi hesabının sığorta hissəsində qanunvericiliklə tələb olunan minimum pensiya kapitalı olmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilməmişdir. Cavabdeh etirazında əlavəsində qeyd edir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: Iddiaçı İddiaçı ##.##.2025-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdeh inzibati orqana müraciət etmişdir. Mərkəzi Filial tərəfindən iddiaçı İddiaçı müraciəti üzrə ##.##.2025-ci il tarixli 3-17- */*-A-******/**** nömrəli imtina məktubu ünvanlanmışdır. Iddiaçı İddiaçı ünvanlanan imtina məktubunda qeyd olunmuşdur ki, onun qanunvericiliklə tələb olunan ümumi 25 il sosial sığorta stajı, güzəştli 12 il 6 ay sığorta stajı və fərdi hesabın sığorta hissəsində kifayət qədər pensiya kapitalının olmaması səbəbindən yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Belə ki, məhkəmə prosesi gedişində iddiaçının ##.##.1995-ci il tarixindən ##.##.2006-cı il tarixinədək “xxxx” Səhmdar Cəmiyyətinin * saylı müəssisəsində işlədiyinə dair məhkəməyə ##.##.2026cı il tarixli **/** nömrəli arayış təqdim edilmişdir. Mərkəzi Fililala təqdim edilən, X1 dair # ######## 1985- ci il tarixli ******* nömrəli əmək kitabçasında onun ##.##.1995-##.##.2006-cı il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də işlədiyi qeyd olunub. Araşdırma zamanı sözügedən əmək kitabçasının 8-11-ci səhifələrində göstərilən məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranıb. Belə ki, sözügedən səhifələrin 14-cü qeydində müvafiq olaraq sözlərin yazılışında qarışıq olaraq kiril və latın qrafikalı hərflərdən istifadə olunduğu, həmçinin 2006cı il üzrə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları üzrə pensiya sığorta kapitalının fərdi şəxsi hesabının sığorta hissəsində öz əksini tapmadığı müəyyən edilib. Eyni zamanda Mərkəzi Filialın əməkdaşları tərəfindən, "xxxx” ASCnin * nömrəli müssisəsinin arxiv sənədlərinin saxlanıldığı "xxxx" ASC-nin binasında yoxlama keçirilib. Yoxlama zamanı 1996cı ilə qədər mövcud olan əmr kitablarının saxlanma şəraitinə və əvvəlki illərə aid olduğuna görə rənginin saraldığı, həmçinin surğuclanaraq tikildiyi, lakin 2001, 2002, 2003, 2004, 2005ci illərə dair əmr kitablarının və əmək haqqı cədvəllərinin isə yeni, yəni köhnəlməmiş ağ rəngli vərəqlərdə yazılmaqla açıq halda surğuclanmadan yeni qovluqda toplandığı müəyyən edilib. Belə ki, həmin sənədlərin vətəndaşların iş stajlarının artırılması və güzəştli şərtlərlə pensiya hüququnun yaradılması məqsədilə sonradan tərtib edildiyinə dair əsaslı şübhələr yaranıb. X5 aidiyyəti əməkdaşları və "xxxx" ASC-nin * nömrəli müəssisəsinin rəisi X6 tərəfindən daha əvvəl ##.##.2021-ci il tarixli tərtib olunmuş birgə Aktda da sözügedən müəssisənin istesalat həcmi azaldığından 1994-cü ildən sonra işləmədiyi qeyd olunub. Iddiaçı isə həmin müəssisədə ##.##.1995-ci II tarixindən (##.##.2006-cı il tarixinədək işlədiyini iddia edir. 1994cü ildən sonra artıq işləməyən bu müəssisədə iddiaçının işləməyi göründüyü kimi mümkünsüzdür. Həmçinin əmək kitabçasının doldurulma qaydalasının pozulması və iddiaçının 2006-cı il üzrə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları üzrə pensiya sığorta kapitalının fərdi şəxsi hesabının sığorta hissəsində öz əksini tapmaması da bir daha Mərkəzi Filiahn imtinasının əsaslı olduğunu sübut edir. Əlavə olaraq, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olmuş ##.##.2025-ci il tarixli *-*-***/*******/**** nömrəli məktubda əmək kitabçasında "xxxx" ASC-nin * nömrəli müəssisəsində işlədikləri qeyd olunmuş 3 şəxsin əmək kitabçalarının, əmək haqqı arayışlarının və digər növ arayışların saxta olması faktı təsdiqlənib. Baş Prokurorluqdan daxil olan məktubda qeyd olunmuşdur ki, X6 (yuxarıda qeyd olunan birgə Aktda “xxxx” ASC-nin direktoru kimi həmin müəssisənin 1994cü il tarixdən işləmədiyini təsdiq edən şəxs) saxta əmək kitabçası və ‘xxxx” ASC-nin * №-li müəssisəsinin adından saxta əmək haqqı arayışı, X2 ##.##.1984-##.##.1996-cı il tarixləri arasındakı dövr ərzində “xxxx” SC-nin * №-li müəssisəsinin adından saxta arayış, X3 ##.##.2006-cı il tarixinədək “xxxx” SC-nin adından saxta arayış və digər şəxslərə müxtəlif saxta sənədlər əsasında güzəştli şərtlərlə pensiya təyin olunması, pensiyanın yenidın hesablanması müxtəlif sahələrdə işləmələri, həmçinin əlillik təyin edilməsi faktlarının təsdiq olunmasına dair müxtəlif məhkəmə instansiyalarının qanuni qüvvəyə minmiş məhkəmə qərarları və qətnamələri mövcuddur. Həm "xxxx" ASC-nin * nömrəli müssisəsəsində keçirilən yoxlamada həmin müəssisədə olan sənədlərin vətəndaşların iş stajlarının artırılması və güzəştli şərtlərlə pensiya hüququnun yaradılması məqsədilə sonradan tərtib edildiyinə dair əsaslı şübhələr olması, həm həmin müəssisənin direktorunun həmin müəssisənin öz fəaliyyətini 1994-cü ildən dayandırdığını təsdiq etməsi, həm də adı çəkilən direktorla birlikdə 3 şəxsin "xxxx" ASC-nin * nömrəli müəssisəsində işlədikləri əmək kitabçalarının, əmək haqqı arayışlarının və digər növ arayışların saxta olması faktı iddiaçının həmin müəssisədə işləməsi məsələsini kifayət qədər şübhə altına alır. Beləliklə yuxarıda qeyd olunan faktlarla sübut olunur ki, iddiaçının iddia etdiyi illərdə həmin müəssisədə işləməsi tamamilə həqiqətdən uzaqdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin (hakim Aynur Axundova) ##.##.2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 57 yaşın tamam olduğu ##.##.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 32.1-1-ci maddəsinə əsasən pensiyanın ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə vəzifə olaraq qoyulmuşdur. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “xxxx” Səhmdar Cəmiyyətinin * nömrəli müəssisəsinin **/** saylı arayışında qeyd edilmişdir ki, İddiaçı ##.##.1995-ci ildən ##.##.2006-cı ilədək “xxxx” SC-nin * saylı müəssisəsində elektrik qaynaqçısı peşəsində şləmişdir. Bu peşə ##.##.1993-cü il Nazirlər Kabinetinin qərarının * №-li siyahısının 2320000a- 19906 şifrə kodu üzrə güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verir. xxxx Səhmdar Cəmiyyətinin * nömrəli müəssisəsinin ## ###### 2026-cı il tarixli **/** saylı arayışında qeyd edilmişdir ki, X1 ondan ötrü ki, o, həqiqətən ##.##.1995-ci il tarixdən **k nömrəli əmrlə 4-cü dərəcəli əl ilə elektrik qaynaqçısı işinə qəbul olunmuş, ##.##.2006-cı il tarixdə *k nömrəli əmrlə öz xahişi ilə işdən azad olunmuşdur. Işlədiyi müddətdə öz hesabına məzuniyyətdə olmamışdır. Beləliklə, qeyd edilən dövrlər nəzərə alınan zaman iddiaçının 25 il ümumi iş stajı və 12 il 6 ay güzəştli iş stajı tamamlanmış olur. Istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın ##.##.2006-cı il tarixədək olan sosial sığorta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə əmək kitabçasında olan qeydlər hər hansı şübhə doğurmamışdır. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçının əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında göstərilən qeydlər mötəbər hesab olunur. Beləliklə, iddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etməkdə haqlı olmuşdur. (ümumi iş stajı: ##.##.1980-##.##.1983-cü il, ##.##.1983- ##.##.1985-ci il, ##.##.1985-##.##.1995-ci il, ##.##.1995-##.##.2005-ci il tarixləri, cəmi: 25 il 15 gün, güzəştl iş stajı: ##.##.1985-##.##.1995-ci il və ##.##.1995-##.##.2005-ci il tarixləri) Cavabdeh imtinasının əsası kimi xxxx ASC-nin * nömrəli müəssisəsinin rəisi X10 tərəfindən ##.##.2021-ci il tarixli tərtib olunmuş birgə aktda əsaslanaraq müəssisənin istehsal həcmi azaldığından 1994-cü ildən sonra işləmədiyini bildirsə də, qeyd edilən halı təsdiq edəcək hər hansı sübut, dəlil məhkəməyə təqdim edilmədiyindən məhkəmə qeyd edilən aktı əsaslı sübut kimi qəbul etmir. Belə ki, qeyd edilən müəssisə ilə bağlı oxşar digər işdə məhkəmə araşdırması zamanı təqdim edilmiş * saylı Ərazi Vergilər Baş Idarəsinin ##.##.2022-ci il tarixli məktubu ilə müəyyən edilir ki, xxxx ASC-nin ##.##.2006-##.##.2011-ci il tarixədək vergilər üzrə dövriyyəsi 5.161.668,06 olmuş, ##.##.2012-ci il tarixdən ##.##.2021-ci il tarixədək dövriyyəsi olmamışdır. ##.##.2000-##.##.2005-ci illər üzrə bəyənnamə və ödəniş məlumatlarının saxlanma müddətləri bitdiyi üçün sənədlər məhv edildiyindən müvafiq dövr üçün məlumatların verilməsi mümkün olmamışdır. Bundan əlavə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ##.##.2025-ci il tarixli cinayət işinin icraatına hissəvi xitam verilməsi haqqında qərarda İddiaçı barəsində hər hansı araşdırma aparılması və ya istintaqa təqsirləndirilən şəxs qismində cəlb edilməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə Iş üzrə Mərkəzi Fililalı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə Iş üzrə Mərkəzi Fililalının apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etiraza uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kolegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kolegiyasının iclasında iştirak etmiş iddiaçının vəkili apellyasiya şikayətinə etiraz edərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (IPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (IPM-in 85.2 və 85.3cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci bəndində qeyd olunur ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya * nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən. xxxx Səhmdar Cəmiyyətinin * nömrəli müəssisəsinin **/** saylı arayışında qeyd edilmişdir ki, İddiaçı ##.##.1995-ci ildən ##.##.2006- cı ilədək xxxx SC-nin * saylı müəssisəsində elektrik qaynaqçısı peşəsində işləmişdir. Bu peşə ##.##.1993-cü il Nazirlər Kabinetinin qərarının * №-li siyahısının 2320000a-19906 şifrə kodu üzrə güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verir. xxxx Səhmdar Cəmiyyətinin * nömrəli müəssisəsinin ## ###### 2026- cı il tarixli **/** saylı arayışında qeyd edilmişdir ki, X1 ondan ötrü ki, o, həqiqətən ##.##.1995-ci il tarixdən **k nömrəli əmrlə 4-cü dərəcəli əl ilə elektrik qaynaqçısı işinə qəbul olunmuş, ##.##.2006-cı il tarixdə *k nömrəli əmrlə öz xahişi ilə işdən azad olunmuşdur. Işlədiyi müddətdə öz hesabına məzuniyyətdə olmamışdır. Beləliklə, qeyd edilən dövrlər nəzərə alınan zaman iddiaçının 25 il ümumi iş stajı və 12 il 6 ay güzəştli iş stajı tamamlanmış olur. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən:

7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1- ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin “b” bəndinə əsasən: əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan * nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; ## #### 1997-ci il tarixli ***-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № *, maddə 453) ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il ######un #-dən başlayaraq 2000-ci il ######un #-dək hər il altı ay artırılır. Qanunvericiliyin tələbinə görə iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün şərtlər: yaş həddi 57; ümumi iş stajı 25 il, xüsusi iş stajı isə 12 il 6 ay tələb olunur. Istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın ##.##.2006-cı il tarixədək olan sosial sığorta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə əmək kitabçasında olan qeydlər hər hansı şübhə doğurmamışdır. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında göstərilən qeydlər mötəbər hesab olunur. Iddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etməkdə haqlı olmuşdur. (ümumi iş stajı: ##.##.1980-##.##.1983-cü il, ##.##.1983- ##.##.1985-ci il, ##.##.1985-##.##.1995-ci il, ##.##.1995-##.##.2005-ci il tarixləri, cəmi: 25 il 15 gün, güzəştl iş stajı: ##.##.1985-##.##.1995-ci il və ##.##.1995- ##.##.2005-ci il tarixləri) Cavabdeh imtinasının əsası kimi xxxx ASC-nin * nömrəli müəssisəsinin rəisi X6 tərəfindən ##.##.2021-ci il tarixli tərtib olunmuş birgə aktda əsaslanaraq müəssisənin istehsal həcmi azaldığından 1994-cü ildən sonra işləmədiyini bildirsə də, qeyd edilən halı təsdiq edəcək hər hansı sübut, dəlil məhkəməyə təqdim edilmədiyindən məhkəmə qeyd edilən aktı əsaslı sübut kimi qəbul etmir. Belə ki, qeyd edilən müəssisə ilə bağlı oxşar digər işdə məhkəmə araşdırması zamanı təqdim edilmiş * saylı Ərazi Vergilər Baş Idarəsinin ##.##.2022-ci il tarixli məktubu ilə müəyyən edilir ki, xxxx ASC-nin ##.##.2006-##.##.2011-ci il tarixədək vergilər üzrə dövriyyəsi 5.161.668,06 olmuş, ##.##.2012-ci il tarixdən ##.##.2021-ci il tarixədək dövriyyəsi olmamışdır. ##.##.2000-##.##.2005-ci illər üzrə bəyənnamə və ödəniş məlumatlarının saxlanma müddətləri bitdiyi üçün sənədlər məhv edildiyindən müvafiq dövr üçün məlumatların verilməsi mümkün olmamışdır. Bundan əlavə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ##.##.2025-ci il tarixli cinayət işinin icraatına hissəvi xitam verilməsi haqqında qərarda İddiaçı barəsində hər hansı araşdırma aparılması və ya istintaqa təqsirləndirilən şəxs qismində cəlb edilməsi müəyyən edilməmişdir. Əmək Pensiyaları haqqında Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı İddiaçı 57 yaşın tamam olduğu ##.##.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmalı və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 32.1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla pensiya ödənişi həyata keçirilməlidir. Kollegiya nəzərə alır ki, cinayət işi üzrə araşdırmanın aparılması və ya ayrı-ayrı şəxslər barəsində saxta sənədlərdən istifadə faktlarının müəyyən edilməsi özlüyündə iddiaçının təqdim etdiyi sənədlərin etibarsızlığı barədə prezumpsiya yaratmır. Buna görə də cavabdehin həmin cinayət işinə istinad etməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticənin səhv olduğunu göstərən əsaslı dəlil kimi qiymətləndirilə bilməz. Göründüyü kimi, indiki halda iddiaçının qeyd edilən dövrlərdə həmin müəssisədə işləməsi halı məhz işəgötürən tərəfindən təqdim edilmiş arayış, əmək kitabçasında olan qeydlər əsasında öz təsdiqini tapmışdır. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtina və apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan hallara əsaslanaraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdehin apellyasiya şikayəti rədd edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar