Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-679/2026 02.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi, Iddiaçının nümayəndəsi X3 iştirakı ilə, Iddiaçı Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Idarəsinin cavabdeh Cavabdeh qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI
1. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş X1 Idarəsi Qeydiyyat-Imtahan Idarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən "SEAT IBIZA" markalı **-NJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ##.##.2021-ci il tarixdən cavabdeh Cavabdeh adında qeydiyyatdadır.
2. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Idarəsinin ##.##.2025-ci il tarixli, *********** nömrəli “Əmlakın siyahıya alınması haqqında” qərarı ilə Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən cavabdeh Cavabdeh məxsus əmlakın (“SEAT IBIZA” markalı **-NJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi) siyahıya alınması qərara alınmış və bu barədə ##.##.2025-ci il tarixli, *********** nömrəli protokol tərtib edilmişdir.
3. Cavabdehin əmlakının siyahıya alındığı vaxtdan 30 gün müddətində məcburi dövlət sosial sığorta haqqı üzrə borcunu tam ödəmədiyi təqdirdə siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə iddiaçı vergi orqanı tərəfindən cavabdehə ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir.
4. Iddiaçı Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Idarəsi cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, cavabdehin ##.##.2025-ci il tarixinə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 1.137,73 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 10.500,00 manat məbləğində siyahıya alınmış əmlakının (“SEAT IBIZA” markalı, **- NJ-*** dövlət qeydiyyat nişanlı 1 ədəd avtonəqliyyat vasitəsi) satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a) Birinci instansiya məhkəməsində icraat
5. Iddia tələbi hazırkı qərarın 1-4-cü bəndində qeyd olunanlarla eyni məzmunda əsaslandırılmış və əlavə olaraq bildirmişdir ki, cavabdehin ##.##.2025-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafıə Fonduna 1137,73 manat ödənilməmiş borcu qalmışdır.
6. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Cavabdeh Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 1137,73 manat borcu olduğuna görə, 10500,0 manat məbləğində siyahıya alınmış əmlakı - 1 ədəd, “SEAT IBIZA” markalı **-NJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin satılması, göstərilən daşınar əmlakın satılmasından əldə edilmiş məbləğdən cavabdehin yuxarıda göstərilən məbləğdə borcu tutularaq dövlət büdcəsinə ödənilməsi, satışdan artıq qalan məbləğin cavabdehə qaytarılması qərara alınmışdır (hakim Mehriban Mahmudlu-Abbaszadə).
7. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, əmlakın siyahıya alındığı tarixə cavabdehin Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş borcunun mövcud olması iş materialları ilə təsdiq edilir. Borcun cavabdeh tərəfindən mübahisələndirilməməsi həmin borcun hazırda qüvvədə olduğunu və onun ödənilməsinin təminatı kimi cavabdehin əmlakına yönəldilə biləcəyini göstərir. Dövlət Vergi Xidmətinin internet vergi portalından əldə edilmiş məlumatlardan da cavabdehin ödənilməmiş borcunun mövcud olduğu müəyyən edilir. Qanunvericiliyin tələblərinə görə, borcun ödənilməsini təmin etmək məqsədilə yalnız borclunun mülkiyyətində olan əmlak siyahıya alına və satıla bilər. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş X1 Idarəsinin ##.##.2026-cı il tarixli məktubuna əlavə edilmiş çıxarışdan görünür ki, "Seat Ibiza" markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ##.##.2021-ci il tarixdən Cavabdeh adına qeydiyyatdadır. Belə olan halda, cavabdeh borcunu tam ödəmədiyindən, iddiaçı həmin borcun cavabdehin mülkiyyətində olan əmlak hesabına ödənilməsinin təmin edilməsini tələb etməkdə haqlıdır.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh apellyasiya şikayətini əsaslandırmışdır ki, qanunla müəyyən edilmiş vergi və cərimə borclarını vaxtında ödəmişdir. Hesab edir ki, vergi borcu və maliyyə sanksiyaları düzgün hesablanmamışdır. Birinci instansiya məhkəməsi isə işin bu hallarını nəzərə almadan iddianı təmin etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, cavabdeh borcu ödədiyini bildirsə də, hazırda onun 1.137,73 manat borcu mövcuddur; həmin məbləğin 948,22 manatı əsas borc, 189,51 manatı isə faiz borcudur. Iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
11. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmiş və gəlməməyin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Inzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ:
12. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə tənzimlənən münasibətlər 1.4. Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Maddə 16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək - vergi ödəyicisinin vəzifəsidir. Maddə 23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.15-1. hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək; ... Maddə 89. Əmlakın siyahıya alınması 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. ... 89.5. Yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. 89.6. Əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir: nağd pul vəsaitləri; bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair); hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər; istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; inventarizasiya aparılmaqla digər əmlak. 89.7. Əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Qərarda vergi ödəyicisinin adı və əmlakın yerləşdiyi ünvan göstərilməlidir. 89.8. Əmlakın siyahıya alınması vergi ödəyicisinin, habelə müşahidəçilərin və zəruri hallarda mütəxəssislərin iştirakı ilə vergi orqanı tərəfindən həyata keçirilir. Əmlakın siyahıya alınmasını həyata keçirən vergi orqanı vergi ödəyicisinin (onun qanuni və (və ya) səlahiyyətli nümayəndəsinin) əmlakın siyahıya alınması prosesində iştirak etməsinə icazə verməməyə səlahiyyətli deyildir. Əmlakın siyahıya alınması prosesində müşahidəçilərə, mütəxəssis kimi iştirak edən şəxslərə, həmçinin, vergi ödəyicisinə (onun nümayəndəsinə) onların hüquq və vəzifələri izah edilməlidir. 89.10. Siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə (dövlət reyestri aparılan daşınar və daşınmaz əmlakın reyestr məlumatlarına əsasən siyahıya alınması halı istisna olmaqla) protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir. 89.14.1. Siyahıya alınmış mallar vergi ödəyicisində və ya onun razılığı ilə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müəyyən edilən yerlərdə məsul saxlamaya qoyulur. ... Maddə 90. Vergi ödəyicisinin əmlakı hesabına verginin tutulması qaydası 90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. ... 90.4. Əmlakın satılmasından əldə edilən məbləğlər əvvəlcə tənbeh tədbirinin yönəldilməsi və əmlakın satışı üzrə xərclərin, sonra isə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borcların ödənilməsinə yönəldilir.
13. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11. Qanunçuluq prinsipi 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. ... Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. ... Maddə 24. Işin hallarının obyektiv araşdırılması 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. ...
14. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 14. Sübut etmə vəzifəsi Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. Inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI
15. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.
16. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
17. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
18. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir:
19. Işin yuxarıda qeyd olunan hallarından göründüyü kimi, vergi orqanının “Əmlakın siyahıya alınması haqqında” qərarı ilə cavabdehin ##.##.2025-ci il tarixinə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 1.137,73 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədilə ona məxsus 10.500,00 manat dəyərində olan “SEAT IBIZA” markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi siyahıya alınmışdır.
20. Hazırda iddiaçının tələbi cavabdehə məxsus siyahıya alınmış həmin əmlakın satılmasına dair qərar qəbul edilməsi barədədir.
21. Birinci instansiya məhkəməsi cavabdehin Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş borcunun mövcudluğunu, həmin borcun ödənilməsi üçün qanunla müəyyən edilmiş 30 günlük müddətin keçməsinə baxmayaraq öhdəliyin icra edilmədiyini və siyahıya alınmış əmlakın cavabdehin mülkiyyətində olduğunu nəzərə alaraq iddiaçının siyahıya alınmış əmlakın satılması barədə tələbini qanuni və əsaslı hesab etmiş, bu əsasla iddianı təmin etmişdir.
22. Məhkəmə kollegiyası işə baxan məhkəmənin hüquqi mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir:
23. Nəzərə almaq lazımdır ki, siyahıya alınmış əmlakın məhkəmə qaydasında qəbul edilən qərar əsasında satılması imkanı vergi borclarının, eləcə də məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqı borclarının müvafiq büdcə və fondlara ödənilməsinin siyahıya alınma mərhələsindən sonra gələn təminat üsulu kimi çıxış edir. Qanunvericilikdə bu hüquqi imkandan istifadə edilməsinin qayda və şərtləri dəqiq tənzimlənmişdir. Buna görə, əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində müvafiq öhdəlik yerinə yetirilmədikdə, vergi orqanı həmin borcun ödənilməsinin təmin olunması məqsədilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər.
24. Yəni, vergi orqanı tərəfindən belə iddia verilənədək siyahıya alınma barədə qərar qəbul edilməli, həmin qərarın qəbul edilməsindən 30 gün keçməsinə baxmayaraq büdcə qarşısında olan öhdəlik yenə də yerinə yetirilməmiş olmalıdır.
25. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının bu kateqoriya işlər üzrə müvafiq qərarlarında (2-1(102)-2442/2024, 2-1(102)-1028/2025 və *- *(***)-****/**** nömrəli və s.) formalaşdırılmış məhkəmə təcrübəsinə görə bir qayda olaraq, büdcə qarşısında öhdəlik davam etdiyi müddət ərzində öhdəliyin həcmindən asılı olmayaraq siyahıya alınmış əmlakın satılması əsaslı hesab olunmalıdır. Belə yanaşma, ödəyicinin siyahıya alınmış yeganə əmlakının olduğu hallara da aiddir. Lakin ayrı-ayrı işin halları mütənasiblik və ədalətlilik prinsipləri baxımından xüsusi yanaşmanı da tələb edə bilər. Məhkəmə məhz xüsusi hallardan çıxış etməklə və həmin xüsusi halları sözügedən prinsiplərin tələbləri ilə əlaqələndirməklə siyahıya alınmış əmlakın satılmasından imtina barədə qərar da qəbul edə bilər. Belə hallar o zaman yol verilən ola bilər ki, ödəyicinin nəzərə alınmalı olan ciddi diqqətəlayiq maraqları mövcud olsun. Eyni zamanda nəzərə alınmalıdır ki, “Inzibati icraat haqqında” Qanunun 81.4-cü maddəsinə görə, maraqlı şəxs inzibati aktı onun üçün daha əlverişli olan qanuni üsul və vasitələrlə icra etməyə haqlıdır. Beləliklə, məhkəmə sözügedən qaydada davranmaq üçün əsasların mövcud olubolmadığı məsələsini həll edərkən bir sıra meyarlar baxımından qiymətləndirmə aparmalıdır. Ilk növbədə, aşağıdakı məsələlərin aydınlaşdırılması və qiymətləndirilməsi təmin olunmalıdır: borcun məbləği və ödənilməməsinin müddəti; ödənilməmənin səbəbləri; ödəyicinin büdcə öhdəliklərini yerinə yetirməyə yönəlmiş davranışlarına məcmu halda qiymət verildikdə, onun vicdanlı hesab edilməsinin mümkünlüyü; satılmalı olan əmlakın təyinatı, həmin əmlakın gələcəkdə ödəməni həyata keçirməyə imkan verən sahibkarlıq fəaliyyətində istifadəsinin mümkünlüyü; əmlakın satılmasının ödəyicinin şəxsi, ailə və sahibkarlıq fəaliyyətində yaradacağı diqqətə alınmalı olan mümkün nəticələr; ödəyicinin bildirdiyi diqqətəlayiq maraqların, eləcə də icranı onun üçün daha əlverişli üsul və vasitələrlə təmin etməyə dair təklifinin mövcudluğu; vergi orqanının sərgilədiyi diqqətə alınmalı olan davranışlar və s.
26. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq iddiaçı vergi orqanının ## ###### 2026-cı il tarixli, *-**-*-**/*-****/**** nömrəli məktubundan görünür ki, ##.##.2025-ci il tarixli, *********** nömrəli “Əmlakın siyahıya alınması haqqında” qərarla cavabdehin Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 1.137,73 manat borcu mövcud olmuşdur.
27. Cavabdeh apellyasiya şikayətində ödənilməmiş məcburi dövlət sosial sığorta haqqı üzrə borcunun olmadığını bildirmişdir.
28. Bu baxımdan, apellyasiya icraatı zamanı məhkəmə kollegiyası tərəfindən həm şikayətin qeyd olunan dəlili, həm də bu kateqoriyadan olan işlərdə yuxarıda göstərilən meyarlar baxımından borcun ödənilib-ödənilmədiyi, əmlakın satılması tələbinin mütənasib olub-olmadığı araşdırılmış və qiymətləndirilmişdir.
29. Belə ki, məhkəmənin sorğusuna cavab olaraq iddiaçı vergi orqanının ## #### 2026cı il tarixli, *-**-*-**/*-P-**-**/**** nömrəli məktubundan da cavabdehin DSMF-yə ödənilməmiş 1.137,73 manat borcu olduğu, həmin məbləğin 948,22 manatının əsas borcdan, 189,51 manatının isə faiz borcundan ibarət olduğu müəyyən edilir.
30. Göründüyü kimi, cavabdeh apellyasiya şikayətində ödənilməmiş borcunun olmadığını bildirsə də, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, əmlakın siyahıya alındığı tarixdən mövcud olan borcun ödənilməsi istiqamətində hər hansı real davranış həyata keçirilməmiş, borc hazırkı tarixədək ödənilməmiş qalmışdır. Cavabdeh həmin borcun ödənilməməsinin üzrlü səbəblərini göstərməmiş, borcun daha az müdaxilə yaradan üsulla ödənilməsi barədə təklif verməmiş, habelə siyahıya alınmış əmlakın satılmasının onun şəxsi, ailə və ya sahibkarlıq fəaliyyəti baxımından xüsusi diqqətəlayiq nəticələr doğuracağını təsdiq edən sübut təqdim etməmişdir.
31. Kollegiya onu da nəzərə alır ki, siyahıya alınmış əmlakın dəyəri borcun məbləğindən artıq olsa da, mübahisəli nəqliyyat vasitəsi bölünməz daşınar əmlakdır və qanunvericilik əmlakın satılmasından əldə edilən məbləğin əvvəlcə əmlakın satışı üzrə xərclərə, sonra isə borcun ödənilməsinə yönəldilməsini, artıq qalan hissənin isə borcluya qaytarılmasını nəzərdə tutur. Bu baxımdan, borcun davam etməsi, cavabdeh tərəfindən alternativ icra üsulunun təklif edilməməsi və xüsusi diqqətəlayiq maraqların müəyyən olunmaması nəzərə alınmaqla, siyahıya alınmış əmlakın satılması tələbi mütənasib hesab edilməlidir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbi qanuni və əsaslıdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.