Məhkəmə qərarları › İş №2-1(3-8)-681/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-681/2026

25.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-681/2026 25.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur Ikram oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, iddiaçı İddiaçı, cavabdeh Cavabdeh nümayəndəsi X1 iştiraklkarı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsinə əsasən, kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinin subyektinin hərbi qulluqçusu kimi həyatı və sağlamlığı qanunla təsbit olunmuş 5 (beş) illik pul təminatı məbləğində sığorta edilmədiyinə görə 50920 manat məbləğində dəymiş maddi ziyanın cavabdeh tərəfindən ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı Cavabdeh R rütbəli ehtiyatda olan zabiti və üçüncü dərəcəli müharibə əlilidir. Belə ki, ## ###### 2001ci il tarixindən ## ###### 2024-cü il tarixinədək Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçmişdir. Onu da xüsusilə qeyd edir ki, ## #### 2006-ci il tarixindən ## ###### 2024-cü il tarixədək Müdafiə nazirinin müvafiq nömrəli əmrinə əsasən, “Kəşfiyyat və Əks-kəşfiyyat Fəaliyyətinin” hərbi qulluqçusu olaraq 18 (on səkkiz) il xüsusi təyinatlı hərbi hissədə xidmət keçmişdir. Son nəticədə Müdafiə Nazirinin ## ####### 2023-cü il tarixli, **** nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “V” bəndinə (xəstəliyə görə) əsasən kəşfiyyat subyektinin əməkdaşı olaraq ordu sıralarından tərxis olunmuşdur. Hazırda isə Dövlət Tibbi-Sosial Ekspert Komissiyasının ##.##.2025-ci il tarixli Qərarı ilə üçüncü dərəcəli müharibə əlili və kəşfiyyat subyektinin əməkdaşı kimi qeydiyyatdadır. Azərbaycan Respublikasının “Kəşfiyyat və Əks-kəşfiyyat Fəaliyyəti” haqqında Qanunun 20.11-ci maddəsinə əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik pul təminatı məbləğində sığorta edilirlər. Bütün bunlara baxmayaraq, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə Idarəsi tərəfindən 11000 manat məbləğində sığorta olunduğu üçün, Dövlət Sığorta Şirkəti tərəfindən digər hərbi qulluqçular kimi iddiaçıya, cəmi 4400 manat məbləğində sığorta haqqı ödənilmişdir. Əslində isə kəşfiyyat subyektinin hərbi qulluqçusu olaraq, 5 illik pul təminatı məbləğində sığorta olunmalı idi. Sığorta hadisəsi kimi də üçüncü dərəcəli əlillik qazandığına görə, 5 illik pul təminatının 40 faizi miqdarında sığorta ödənişi ödənilməli idi. Belə ki, Müdafiə nazirliyinin maliyyə və büdcə idarəsində kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin hərbi qulluqçusu olmağı barəsində dəqiq məlumatların olmasına baxmayaraq, iddiaçı, digər hərbi qulluqçular kimi 11000 manat miqdarında sığorta edilmişdir. Bu da “Kəşfiyyat və Əks-kəşfiyyat Fəaliyyəti haqqında” Qanunun 20.11-ci maddəsinə tamamilə ziddir. Hörmətli məhkəməni məlumatlandırır ki, nəticə etibarı ilə Müdafiə nazirliyi tərəfindən 5 illik pul təminatı məbləğində (aylıq pul təminatı 2305 manat X 60 ay= 138300 manat) 138300 manat miqdarında sığorta olunmadığı və yekun mərhələdə isə sığorta hadisəsi olaraq 3cü qrup müharibə əlilliyi qazanılan zaman dövlət sığorta şirkəti tərəfindən iddiaçıya, 5 illik pul təminatının 40 faizi miqdarında, 4400 manat aldığı sığorta pulu çıxılmaqla (138300 manat X 40 faiz = 55320 manat - 4400 manat=50920) 50920 manat sığorta ödənişi ödənilməmişdir. Bu da Azərbaycan Respublikası Qanunvericiliyindən irəli gələn hüquqlarının kobud şəkildə pozulması deməkdir. Bu günə kimi də dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı heç bir ödəniş olunmamışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri: Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, Cavabdeh Hərbi xidmət edən hərbiqulluqçular “Hərbiqulluqçuların dövlət icbari şəxsi sığortası haqqında ”##.##.1997ci il tarixli ***-IQ nömrəli Azərbaycan Respublikası Qanununa uyğun olaraq sığortalanırlar. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2-ci yarımbəndində nəzərdə tutulan “xxxx” dedikdə, ##.##.2022-ci il tarixədək Dövlət Kommersiya Sığorta Şirkəti, həmin tarixdən sonra isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu nəzərdə tutulur. Hərbi qulluqçulara sığorta ödənişi qeyd edilən orqanlar tərəfindən həyata keçirilir. Hərbi qulluqçuların sığortalanması aşağıda qeyd olunan normativ hüquqi aktlar ilə tənzimlənir:

1. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 296- IQ nömrəli ##.##.1997-ci il tarixli Qanunu.

2. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə # ###### 2021-ci il tarixli ***- VIQD nömrəli Qanunu. # ###### 2021-ci il tarixli Qanunda göstərilmişdir: 2.1.Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 2.1.3-cü yarımbənd: “sığortaolunan - barəsində sığorta fəaliyyəti həyata keçirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əks-kəşfiyyat subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər; Maddə 4: Sığorta məbləğinin və sığorta haqqının miqdarı: 1.Sığortaolunan on bir min manat məbləğində sığorta edilir. 4.2.Sığorta haqqı bu Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Həmin Qanunun 4-cü maddəsində sığorta şirkətinə hər bir hərbi qulluqçu üçün ödənilməli olan sığorta məbləği, 5-ci maddəsində isə sığorta hadisələri və qruplar üzrə sığorta ödənişlərinin məbləği göstərilmişdir. Bu qanunun tələblərinə uyğun olaraq sığorta hadisəsi baş verdikdə, hərbi qulluqçulara, o cümlədən kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin əməkdaşlarına sığorta ödənişləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (##.##.2022-ci ilə qədər Dövlət Kommersiya Sığorta Şirkəti) tərəfindən aparılır. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanununun tələblərinə uyğun olaraq ##.##.2022-ci ilə qədər Dövlət Kommersiya Sığorta Şirkəti, sonra isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ilə Müdafiə Nazirliyi arasında hər il müqavilələr bağlanmış və bu qurumlara hərbi qulluqçuların (kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin əməkdaşları daxil olmaqla) ümumi sayına uyğun olaraq sığorta haqqı köçürülmüşdür və hal-hazırda köçürülür. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2023-cü il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların və sığortalıların xxxxda uçotu, habelə sığortalılar tərəfindən dövlət icbari şəxsi sığorta haqlarının hesablanması, xxxxya ödənilməsi, ödənilməsinə nəzarət və artıq ödənilmiş dövlət icbari şəxsi sığorta haqlarının qaytarılması Qaydası”nın 7.1.3-cü yarımbəndində Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər və mülki müdafiə qüvvələrinin şəxsi heyəti üzrə sığorta haqları on bir min manat sığorta məbləğinin 1 (bir) faizi miqdarında müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq bildirilir ki, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşları, “Kəşfiyyat vəəkskəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının ##.##.2004-cü il tarixli ***-IIQ nömrəli Qanununun 20.11-ci maddəsi ilə deyil, “Hərbi qulluqçularındövləticbarişəxsisığortasıhaqqında”AzərbaycanRespublikasının##.##.1997 ci il tarixli 296-IQ Qanunu (sonradan edilmiş dəyişikliklər nəzərə alınmaqla) və Nazirlər Kabinetinin ##.##.2023-cü il tarixli ** nömrəli Qərarı ilə sığorta olunurlar. Qeyd edilən normaların məzmunundan aydın olur ki, iddiaçı X2 münasibətdə “Kəşfiyyat vəəkskəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının ***-IIQ nömrəli Qanunu tətbiq edilə bilməzdi. Belə ki, sözügedən Qanun 2004-cü ildə qəbul olunsa da, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə ***-VIQD nömrəli Qanun # ###### 2021-ci il tarixdə qəbul edilmişdir. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikası Konstitusiya Qanununun 10.5-ci maddəsinə əsasən yeni normativ hüquqi akt, eyni məsələ üzrə həmin dövlət orqanı tərəfindən əvvəllər qəbul edilmiş normativ hüquqi akta münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir. Göründüyü kimi, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik yeni (sonra) qəbul olunduğundan daha üstün hüquqi qüvvəyə malikdir. Əlavə olaraq bildirilir ki, Müdafiə Nazirliyi icra orqanı olaraq qəbul olunmuş Qanunların və Qərarların icraçısıdır. Yuxarıda qeyd edilən normativ-hüquqi aktlar müvafiq səlahiyyətli orqanlar tərəfindən qəbul edilmişdir və onların Müdafiə Nazirliyi tərəfindən başqa formada təfsil və icra edilməsi qanunauyğun deyildir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, Müdafiə Nazirliyi tərəfindən mövcud qanunvericiliyə uyğun olaraq iddiaçının hüquqları pozulmamış, o, Azərbaycan Ordusunun digər kəşfiyyat və əks-kəşfiyyat subyektləri kimi 11000 manat məbləğində müvafiq qaydada sığortalanmışdır. Bildirilir ki, “Kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının ***-IIQ nömrəli ##.##.2004-cü il tarixli Qanununda əsas məqsəd kimi kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsi ilə bağlı hüquqi münasibətləri tənzimlənməsi, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin tətbiqində hüquqi təminatlar sistemini müəyyən edilməsi nəzərdə tutulsada qanun lahiyəsində kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarının sosial müdafiəsi də daxil edilmişdir (maddə 20). Həmin maddənin 20.5, 20.6, 20.8, 20.9, 20.10 və 20.12 bəndlərində qeyd olunan tədbirlərin həyata keçirilməsi müvafiq icra hakimiyyəti orqanınlarına həvalə edilmişdir. Həmin qanunun 20.11ci bəndində (“Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik pul təminatı məbləğində sığorta edilir”) subyektlərin əməkdaşlarına 5 illik pul təminatı sığortası nəzərdə tutulmuş lakin icrasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı təyin edilməmiş və icra mexanizmi işlənilməmişdir. Bu səbəbdən də kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları göstərilən qanunun tələbləri ilə deyil “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununa uyğun sığorta edilirlər. Eyni zamanda, bildirilir ki, bu sahə üzrə aparıcı (əsas) təşkilatlar olan Dövlət Təhlükəsizlik Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçuları da “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunu ilə deyil “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunu ilə sığortalanırlar. Qanunun 20.11-ci maddəsinin icra mexanizminin olmaması səbəbindən qeyd edilən Qanunun qəbul edildiyi vaxtdan (##.##.2004) halhazırki dövrə qədər kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin heç bir əməkdaşına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (##.##.2022-ci ilə qədər Dövlət Kommersiya Sığorta Şirkəti) tərəfindən sözügedən 20.11ci maddəyə uyğunsığorta pulu ödənilməmişdir. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarından iddia tələbində qeyd olunan sığorta üçün heçbir tutulma edilmir. Bu qanunun tələblərinə uyğun olaraq sığorta hadisəsi baş verdikdə, hərbi qulluqçulara, o cümlədən kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin əməkdaşlarına sığorta ödənişləri Müdafiə Nazirliyi tərəfindən deyil Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DövlətSosial Müdafiə Fondu (##.##.2022-ci ilə qədər Dövlət Kommersiya Sığorta Şirkəti) tərəfindən aparılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsində (Əsl olmayan tərəfin əvəz edilməsi) qeyd edilmişdir: 54.1. Iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Azərbaycan Respublikasının IPM-nin 45.5.1. maddəsində qeyd edilmişdir: iddia ilə Bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. Əlavə olaraq bildirilir ki, eyni məzmunlu iddia tələbinə dair dəfələrlə Bakı Inzibati, Apellyasiya məhkəmələri və Ali Məhkəmənin Inzibati Kollegiyası tərəfindən baxılmış və rədd qərarı verilmişdir. (1.X4 tələbinə dair 2-1(112)- 10959/2023 №li ##.##.2023- cü il tarıxıi Bakı Inzibati Məhkəməsinin Qərarı, ##.##.2024cü il tarixli 2-1 (102)-2210/2024 №li Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Qərarı. 2. X7 tələbinə dair ##.##.2023-cü il tarixli *-*(***)****/**** saylı Bakı Inzibati Məhkəməsinin , ##.##.2024-cü il tarixli 2-1 (103)-210/2024 №li Bakı Apellyasiya Məhkəməsinin Qərarları

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Mehriban Mahmudlu-Abbaszadə). Iddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI: a) Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmaqla əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçı qismində onun deyil, X2 adlı tamamilə başqa bir şəxsin adını və ona aid xidmət məlumatlarını qərarda qeyd etməklə, çıxardığı nəticələrin məhz onun işinin hallarına uyğun gəlmədiyini sübut etmişdir. Həmçinin, məhkəmə onun kəşfiyyat subyekti olduğunu bilsə də, qərarın nəticə hissəsində bu faktı nəzərə almayaraq, onu adi hərbi qulluqçular üçün nəzərdə tutulan ümumi norma ilə qiymətləndirmişdir ki, bu da işin real halları ilə hüquqi nəticə arasında ciddi uyğunsuzluq yaradır. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının tamamilə ləğv edilməsini, iddia tələbinin tam təmin olunaraq, kəşfiyyat subyektinin hərbi qulluqçusu kimi ona çatmalı olan sığorta ödənişi ilə faktiki ödənilmiş məbləğ arasındakı 50.920 manat maddi ziyanın cavabdehlərdən (Müdafiə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) müştərək qaydada tutularaq ona ödənilməsi barədə yeni qərar çıxarılmasını xahiş edir.

b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi.

TƏTBIQ EDILƏN HÜQUQ.

“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu: Qanunun preambulasına görə, bu Qanun hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək məqsədilə onların həyatının və həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində münasibətləri tənzimləyir. Maddə 2.1.2. xxxx - bu Qanunla müəyyən edilmiş qaydada dövlət icbari şəxsi sığorta üzrə fəaliyyəti həyata keçirən və sığorta vəsaitlərini idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) hesab olunur. Maddə 2.1.3. Sığortaolunan - barəsində sığorta fəaliyyəti həyata keçirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilərdir. Maddə 2.1.4. Sığortalı - sığortaolunan üçün sığorta haqqı ödəyən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və Azərbaycan Respublikasının Hərbi Prokurorluğudur. Maddə 4.1. Sığortaolunan on bir min manat məbləğində sığorta edilir. Maddə 4.2. Sığorta haqqı bu Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Maddə 5-in “ç” bəndinə əsasən, həqiqi hərbi xidmət dövründə alınmış xəsarət və ya xəstəliklə əlaqədar sığortaolunanın əlilliyi müəyyən edildikdə sığorta ödənişi sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə 80 faiz, 61-80 faiz pozulmasına görə 60 faiz, 31-60 faiz pozulmasına görə 40 faiz. Maddə 11. Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası ilə əlaqədar mübahisələr Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada, o cümlədən məhkəmə qaydasında həll edilir.

“Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri - Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən xüsusi xidmət orqanlarıdır. Maddə 20.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçularının sosial müdafiəsi “HYPERLINK "http://e-qanun.az/framework/6998" \o "Azərbaycan Respublikasının 25 dekabr 1991-ci il tarixli 36 nömrəli Qanunu"Hərbi qulluqçuların statusu haqqında”, “HYPERLINK "http://e-qanun.az/framework/11566" \o "Azərbaycan Respublikasının 2006-cı il 7 fevral tarixli 54-IIIQ nömrəli Qanunu"Əmək pensiyaları haqqında”, “HYPERLINK "https://e-qanun.az/framework/2938" \o "Azərbaycan Respublikasının 28 oktyabr 1999-cu il tarixli 728-IQ nömrəli Qanunu"Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunları, bu qanunla və digər qanunvericilik aktları ilə müəyyən edilir. Maddə 20.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının pul təminatı (təminat xərcliyi) vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, üstəlik verilən pul təminatının digər növlərindən, kompensasiyalardan və müavinətlərdən ibarətdir. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin rəhbəri həmin subyektin hərbi qulluqçularına bu qanuna və xidmətin xüsusiyyətləri nəzərə alınmaqla digər qanunvericilik aktlarına əsasən üstəlik verilən pul təminatı növlərinin normalarını və ödəniş qaydalarını müəyyən edir. Maddə 20.11. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik pul təminatı məbləğində sığorta edilir.

“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu: Maddə 10.4. Eyni normativ hüquqi aktda ümumi və xüsusi normalar arasında ziddiyyət mövcud olduqda xüsusi norma tətbiq edilir. Maddə 10.5. Yeni normativ hüquqi akt eyni məsələ üzrə həmin dövlət orqanı tərəfindən əvvəllər qəbul edilmiş normativ hüquqi akta münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir. Maddə 10.6. Eyni münasibətlər bir neçə norma ilə tənzimlənirsə və həmin normaları eyni vaxtda tətbiq etmək mümkündürsə, bu, normativ hüquqi aktların kolliziyası hesab edilmir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

“Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13.2. Inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

Inzibati Prosessual Məcəllə: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI: Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini iddiaçının kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin hərbi qulluqçusu kimi “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsinə əsasən 5 illik pul təminatı məbləğində sığorta edilməli olduğu halda onun “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunu üzrə 11.000 manat sığorta məbləği əsasında sığortalanması səbəbindən əlavə 50.920 manat maddi ziyanın cavabdeh tərəfindən ödənilməli olub-olmaması təşkil edir. Işin mübahisəsiz hallarına görə, iddiaçı İddiaçı Cavabdeh hərbi qulluqçusu olmuş, uzun müddət kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti ilə bağlı vəzifələr üzrə xidmət keçmiş, Müdafiə nazirinin ## ####### 2023-cü il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə əsasən xəstəliyə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və sonradan ona üçüncü dərəcəli müharibə əlilliyi müəyyən edilmişdir. Iş materiallarından həmçinin görünür ki, iddiaçıya hərbi qulluqçular üçün dövlət icbari şəxsi sığorta mexanizmi üzrə 11.000 manat sığorta məbləğinin 40 faizi həcmində 4.400 manat sığorta ödənişi verilmişdir. Iddiaçının əsas dəlili ondan ibarətdir ki, o, sıravi qaydada “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanun üzrə deyil, xüsusi olaraq “Kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti haqqında” Qanunun 20.11-ci maddəsi üzrə 5 illik pul təminatı məbləğində sığorta edilməli idi. Iddiaçı həmin 5 illik pul təminatının 40 faizini hesablayaraq, faktiki aldığı 4.400 manat sığorta ödənişini çıxmaqla 50.920 manatın maddi ziyan kimi cavabdehdən tutulmasını tələb edir. Kollegiya qeyd edir ki, mübahisəli münasibətin hüquqi təbiəti dövlət icbari şəxsi sığorta münasibətidir. Bu münasibət üzrə sığortaolunan şəxslərin dairəsini, xxxxnı, sığortalını, sığorta məbləğini, sığorta haqqını, sığorta hadisələrini, sığorta ödənişinin faiz nisbətlərini və ödənişin həyata keçirilməsi qaydasını birbaşa “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu tənzimləyir. Həmin Qanunun 2.1.3-cü maddəsində kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində hərbi xidmətdə olan şəxslər açıq şəkildə “sığortaolunan” şəxslərin dairəsinə daxil edilmiş, 4.1ci maddəsində isə bu şəxslərin 11.000 manat məbləğində sığorta edilməsi müəyyən olunmuşdur. Bu baxımdan, iddiaçının kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin hərbi qulluqçusu olması onun ümumiyyətlə sığorta təminatından kənar qalması deyil, əksinə, qüvvədə olan qanunvericilik bu kateqoriyaya aid hərbi qulluqçuları da dövlət icbari şəxsi sığorta sisteminə daxil etmişdir. Fərq ondan ibarətdir ki, iddiaçının istinad etdiyi 5 illik pul təminatı məbləği üzrə xüsusi sığorta mexanizminin həyata keçirilməsi üçün qanunvericilikdə ayrıca xxxx, sığortalı, sığorta haqqı, sığorta hadisəsi, əlillik dərəcələri üzrə faiz bölgüsü, sənədləşmə və ödəniş qaydası müəyyən edilməmişdir. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunun 20.11-ci maddəsində kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının həyatı və sağlamlığının dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik pul təminatı məbləğində sığorta edilməsi göstərilsə də, həmin maddə sığorta ödənişinin yaranması və ödənilməsi üçün zəruri olan bütün elementləri özündə ehtiva etmir. Maddədə sığorta hadisələrinin dairəsi, əlillik dərəcələrinə görə faiz nisbətləri, sığorta haqqının hansı miqdarda və hansı qaydada ödənilməsi, xxxx qismində hansı qurumun çıxış etməsi və ödənişin həyata keçirilməsi proseduru nəzərdə tutulmamışdır. Iddiaçının iddia ərizəsində, apellyasiya şikayətində olan hesablaması da göstərir ki, tələb edilən 40 faiz nisbəti “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunun 20.11ci maddəsinin özündən deyil, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 5-ci maddəsinin “ç” bəndində müəyyən edilmiş əlillik üzrə faiz nisbətlərindən götürülmüşdür. Bu hal Qanunun 20.11-ci maddəsinin müstəqil və tam sığorta ödənişi mexanizmi yaratmadığını iddiaçının özünün də qəbul etdiyini, tələbini formalaşdırmaq üçün məhz dövlət icbari şəxsi sığorta haqqında xüsusi qanunun ödəniş meyarlarına istinad etdiyi görünür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası oxşar hüquqi və faktiki hallara malik iş üzrə ## ###### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarında bu məsələ üzrə hüquqi mövqeyini ifadə etmişdir. Həmin mövqeyə görə, kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunun 20.11-ci maddəsi əsasında deyil, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanuna uyğun sığorta edilirlər. Həmin maddədə nəzərdə tutulan sığorta məbləğinin həyata keçirilməsi mexanizmi hər hansı normativ hüquqi aktla müəyyən edilmədiyindən, Müdafiə Nazirliyi tərəfindən hərbi qulluqçunun 11.000 manat məbləğində sığortalanması qanunsuz hərəkət kimi qiymətləndirilə bilməz. Ali Məhkəmənin həmin qərarında xüsusi olaraq qeyd edilmişdir ki, “Kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti haqqında” Qanunun 20.11-ci maddəsində sığortaedən tərəfindən ödənilməli olan sığorta haqqı, sığorta hadisəsi və qruplar üzrə sığorta ödənişlərinin miqdarı göstərilməmişdir. Buna görə də kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarının sığortalanması qüvvədə olan dövlət icbari şəxsi sığorta qanunvericiliyinə uyğun həyata keçirilir. Həmin hüquqi mövqe hazırkı işdə də tətbiq edilə bilən vahid məhkəmə təcrübəsi baxımından əhəmiyyətlidir. Bundan əlavə, Ali Məhkəmənin Mülki Kollegiyasının ## ### 2023-cü il tarixli, *(***)- ***/**** nömrəli qərarında göstərilmişdir ki, sığorta, o cümlədən icbari sığorta münasibətləri müqaviləyə əsaslanır və “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunda nəzərdə tutulan həddə sığorta müqaviləsi mövcud olmadıqda, xxxxdan həmin qanun əsasında sığorta ödənişinin tələb edilməsinə hüquqi əsas yaranmır. Hazırkı işdə də materiallardan görünür ki, sığorta münasibəti “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanun üzrə formalaşmış və ödəniş də həmin mexanizm üzrə aparılmışdır. Məhkəmə kollegiyası “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 10.4-10.6-cı maddələrini nəzərə alaraq hesab edir ki, hazırkı işdə iddiaçının irəli sürdüyü kimi bir normanın mexaniki qaydada digər normanı tam istisna etməsindən söhbət getmir. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının sosial müdafiəsi müxtəlif qanunvericilik aktları ilə müəyyən edilə bilər. Lakin məhz dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi məsələsində sığorta münasibətlərinin bütün mühüm elementlərini müəyyən edən və kəşfiyyat subyektlərində xidmət edən şəxsləri də əhatə edən qanun “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanundur. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, Müdafiə Nazirliyi icra hakimiyyəti orqanı kimi qüvvədə olan normativ hüquqi aktlar əsasında hərəkət etməli, qanunvericilikdə nəzərdə tutulmayan sığorta məbləği, sığorta haqqı və ödəniş mexanizmini özü müəyyən etməməlidir. Məhkəmə də mübahisənin həlli zamanı qanunvericiliyin boşluğunu inzibati orqanın üzərinə əlavə maliyyə öhdəliyi qoymaqla doldura bilməz. Belə bir öhdəliyin yaranması yalnız qanunda və ya qanuna əsaslanan müvafiq normativ hüquqi aktda açıq mexanizm müəyyən edildiyi halda mümkündür. Iddiaçının apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarında başqa şəxsin adının qeyd olunması barədə dəlilinə münasibətdə kollegiya qeyd edir ki, qərarın bəzi hissələrində başqa şəxsin adı ilə bağlı texniki xarakterli yanlışlığa yol verilməsi məhkəmə aktının tərtibat qüsuru kimi qiymətləndirilə bilər. Lakin həmin qüsur hazırkı iş üzrə müəyyən edilmiş əsas faktları, yəni iddiaçının xidmət keçməsi, kəşfiyyat subyekti ilə əlaqəsi, əlilliyinin müəyyən edilməsi, 4.400 manat sığorta ödənişi alması və tələb etdiyi məbləğin hesablanmasını şübhə altına almır. Apellyasiya instansiyası məhkəməsi işi hüquqi və faktiki məsələlər üzrə tam həcmdə yenidən yoxladığından, qeyd olunan texniki qüsur birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas yaratmır. Apellyasiya şikayətində məbləğin Cavabdeh və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müştərək qaydada ödənilməli olması barədə irəli sürülmüş tələbə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddia tələbi birinci instansiya məhkəməsində yalnız cavabdeh Cavabdeh qarşı qaldırılmışdır. Iddiaçı məhkəməyə müraciət edərkən tələbini məhz Müdafiə Nazirliyinə qarşı yönəltmiş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini cavabdeh kimi göstərməmiş və həmin nazirliyə qarşı müstəqil iddia tələbi irəli sürməmişdir. Apellyasiya məhkəməsinin baxışı da iddiaçının müəyyən etdiyi iddia predmeti və cavabdeh subyekti çərçivəsində aparılmışdır. Bu baxımdan, apellyasiya şikayətində sonradan ödənişin digər dövlət orqanı ilə birlikdə, yəni müştərək qaydada həyata keçirilməli olması barədə göstərilən dəlil hazırkı iş üzrə iddia tələbinin hüdudlarından kənara çıxır və həmin dəlilin qəbul edilməsi üçün prosessual əsas mövcud deyildir. Bundan əlavə, işin mahiyyəti üzrə də “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunun 20.11-ci maddəsi əsasında iddiaçıya əlavə sığorta ödənişinin verilməsi üçün hüquqi əsas müəyyən edilməmişdir. Belə olan halda, məbləğin Müdafiə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müştərək qaydada ödənilməli olması barədə apellyasiya şikayətində göstərilən dəlil əsaslı hesab edilə bilməz. Kollegiya qeyd edir ki, Dəymiş maddi ziyanın ödənilməsi tələbinin təmin edilməsi üçün inzibati orqanın qanunsuz hərəkəti və ya hərəkətsizliyi, ziyanın mövcudluğu və həmin qanunsuz davranışla ziyan arasında səbəbli əlaqə sübut olunmalıdır. Hazırkı işdə isə Müdafiə Nazirliyinin iddiaçını qüvvədə olan dövlət icbari şəxsi sığorta qanunvericiliyinə uyğun olaraq sığorta etdirməsi müəyyən olunur. Bu hərəkət qanunsuz sayılmadığından, cavabdehin qanunsuz davranışı nəticəsində iddiaçıya maddi ziyan vurulması barədə nəticəyə gəlmək üçün hüquqi əsas yoxdur. Belə olan təqdirdə kollegiya hesab edir ki, cavabdehin iddiaçıya “Kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti haqqında” Qanunun 20.11-ci maddəsinə əsasən 5 illik pul təminatından hesablanan əlavə məbləğin ödənilməsindən imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır. Cavabdehin mövqeyi mövcud inzibati praktikaya, qüvvədə olan sığorta qanunvericiliyinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda qeyd olunan hüquqi mövqelərinə uyğundur. Beləliklə, işin qeyd olunan xüsusatlarına əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Odur ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTICƏVI HISSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar