Məhkəmə qərarları › İş №2-1(3-8)-682/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-682/2026

08.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-682/2026 08.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hacıyev Vahid Məcid oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, X4 qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh X1rşı “qərarın ləğv edilməsi və əlilliyin müəyyən edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: IŞIN HALLARI: ##.##.2021-ci il tarixli **** nömrəli X9dən görünür ki, diaqnoz və xəstəliyin səbəbli əlaqəsi “xəstəlikdir, xidmət dövründə alınmışdır” qeyd edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş TSEK müayinələri altsistemindən çıxarışdan görünür ki, ##.##.2024-cü il tarixdə iddiaçıya orqanizm funksiyalarının 40 faiz pozulmasına görə 1 il müddətinə əlillik təyin olunmuşdur. Cavabdeh tərəfindən təqdim edilmiş TSEK müayinələri altsistemindən çıxarışdan görünür ki, iddiaçıya ##.##.2025-ci il tarixdə əlillik təyin edilməkdən imtina edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X1 ##.##.2025-ci il tarixli, T ***/**** saylı ekspert rəyində ekspertlər belə nəticəyə gəlmişdir ki, vətəndaş İddiaçı "Sumqayıt Tibb Mərkəzi”ndə 25.09-##.##.2025-ci il tarixlərində XBT-10 kodu üzrə “186.1 xayalıq venalarının varikoz genəlməsi, E11.8 - insulindən asılı olmayan şəkərli diabet, dəqiqləşdirilməmiş ağırlaşmalarla" klinik diaqnozu ilə müayinə və müalicədə olmuşdur. - Vətəndaş İddiaçı ##.##.2023-cü il tarixdə Akademik M.A.Topçubaşov adına "X5"ndə müayinə olunarkən ona "179.2 - aşağı ətrafların diabetik angiopatiyası, xroniki işemiya II dərəcə, E11-şəkərli diabet II st. tip ağır forma" diaqnozu qoyulmuşdur. -Vətəndaş İddiaçı ##.##.2025-ci il tarixdə Akademik C.Abdullayev adına "X15 aparılmış müayinələrdən (EKQ, ExoKQ və əyani) sonra "I20.8-ÜIX, stabil gərginlik stenokardiyası III fs., I11.0 - arterial hipertoniya III dərəcə, E11.7 - insulindən asılı olmayan şəkərli diabet II tip çoxsaylı ağırlaşmalarla (insulin tələbli) dekompensasiya mərhələsi, I50.0-xroniki ürək çatışmazlığı II fs. (LVEF-48%). O, hazırda da yuxarıda qeyd edilmiş bütün xəstəliklərdən əziyyət çəkir. Iş materiallarında onun toksiki ensefalopatiya xəstəliyindən əziyyət çəkməsi barədə tibbi sənəd olmadığından hazırda həmin xəstəlikdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmadı. Vətəndaş İddiaçı adına Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Həkim Ekspertiza komissiyası tərəfindən tərtib edilmiş ##.##.2021-ci il tarixli, **** nömrəli "X9"dən görünür ki, onda müəyyən edilmiş “Insulin tələbli şəkərli diabet, II (ikinci) tip, orta ağır forma, subkompensasiya mərhələsində, preproliferativ diabetik retinopatiya, diabetik ensefalopatiya, diabetik polinevropatiya, ürəyin işemik xəstəliyi, gərginlik stenokardiyası, II (ikinci) funksional sinif, aorta və tac arteriyaların aterosklerozu, ürək çatışmazlığı II (ikinci) funksional sinif, hipertoniya xəstəliyi II (ikinci) mərhələ, xroniki eritematoz qastrit remissiya mərhələsində, hər iki gözün sadə miopik astiqmatizmi, Em/M- 2,25 D" diaqnozlu xəstəliyin səbəb əlaqəsi "Xəstəlikdir, xidmət dövründə alınmışdır". Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin təyin edilməsi tələbinə dair iddiası təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ## ##### 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamışdır. Sonuncu dəfə TSEK-ə göndərilməsi üçün Sumqayıt Tibb Mərkəzi tərəfindən ##.##.2025-ci il tarixli B********DCT nömrəli göndəriş (Forma 088) verilmişdir. Həmin göndərişə əsasən TSEK-ə göndəriş zamanı əsas diaqnozu: E11.7 – insulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla şəkərli diabet II tip, dekompensasiya mərhələsi (insulin tələbli), ağırlaşmaları: G92 – toksiki ensefalopatiya, diabetik ensefalopatiya, kəkələmə, I79.2 – digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya, aşağı ətrafların diabetik angiopatiyası III, G63.2 Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü .4 işarəsi ilə), yanaşı xəstəlikləri: I50.0 – Durğunluq ürək çatmamazlığı, xroniki ürək çatışmazlığı II Fs. (AF-48%), I20.8 – Stenokardiyanın digər formaları, ÜIX stabil gərginlik stenokardiyası III, I10 – essential (birincili) hipertenziya, essential hipertenziya III dərəcə qeyd edilmişdir. Həmin göndəriş əsasında iddiaçının əlilliyi cavabdeh tərəfindən ##.##.2025-ci il tarixdə qiymətləndirilərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə ##.##.2025-ci il tarixli qərar qəbul edilmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI Birinci instansiya məhkəməsində icraat Iddiaçı İddiaçı cavabdeh Cavabdeh X1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona əlillik dərəcəsini düzgün müəyyən etməklə hüququn yarandığı ##.##.2021-ci il tarixdən müddətsiz olaraq əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnin ## ##### 2025-ci il tarixli qərarın ləğv edilməsi və iddiaçıya ## ##### 2025-ci il tarixdən hərbi xidmət dövrü ilə əlaqədar orqanizm funksiyalarının 65- 80% pozulmasına görə müddətsiz əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.1983-сü il tаriхdə anadan olmuşdur. 2013-cü ildən ##.##.2021-ci ildə təxris оlunanadək AR FHN-nin Sumqayıt Yanğından Mühafizə Xidmətində уаnğınsöndürən vəzifəsində xidmət еtmiş, ##.##.2021-ci ildə iş saatında xidməti vəzifəsini уеrinə уеtirərkən komaya düşmüş və хəstəxanaya aparılmışdır. Нəmin gündən mütəmadi və fasiləsiz stasionar və ambulator müalicələr almışdır. Мüalicənin 6-cı ayı tamam olandan sоnrа саvabdehə iddiaçıya əlillik təуin edilməsi üçün bir neçə dəfə göndəriş verilmiş, əуаni komissiyadan keçmişdir, Lakin cavabdeh iddiaçıya əlillik təyin edilməsindən əsassız imtina etmişdir. Iddiaçı bu imtinadan nаrаzı qaldığı üçün məhkəməуə mürасiət еtmişdir. Sumqaylt Inzibati Məhkəməsinin 08.09.202Зсü il tarixli, *-*(***)-****/**** saylı qəгаrı ilə iddia tələbi təmiп edilmiş və iddiaçıya əllliуiп təmin edilməsi öhdəliуi саvаbdehə həvalə edilmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya və kassasiya şikауətləri təmin edilməmiş və qərar qüvvədə saxlanılmışdır. Мəhkəmə qərarlarından sоnrа iddiaçıya ##.##.2024-cü il tarixdən orqanizm funksiyaların 40% pozulması səbəbi ilə lll dərəcəli əlillik 1 il müddətinə təyin edilmişdir. З1.01.2025-ci il tarixdən ona əlilliуə görə pensiyanın vеrilməsi dayandırılmış və o ##.##.2025-ci il tarixdə уеnidən müауinəуə dəvət edilmişdir. Cavabdeh оrqаn qüvvədə оlаn məhkəmə qərаrlаrını уеnidən heçə sауаrаq bürokratik özbaşınalıqları ilə dövlətin adından çıxarılmış məhkəmə qərаrlаrının nəticə hissəsini dəyişdirərək iddiaçıya уеnidən imtina vermişdir. Оnа görə də yenidən məhkəməуə müraciət etmək məcburiyyətində qalmışdır. Iddiaçı S.Abdullayev adına X15, Fövqaladə Наllаг Nazirliyi Tibb Хidmətinin Tibb Mərkəzi, Bakı Respublika Endokrinoloji Мərkəzi, Silahlı Qüvvələrin Ваş Klinik Hospitalı, X6 adına Milli Oftomalogiya Мərkəzi, Аkаdеmik M.Topçubaşov adına Elmi Сərrаhiууə Mərkəzi РНŞ və s. хəstəхаnаlаrdа müayinə və müаliсələr almışdır. Müalicələrdən sоnrа vəziyyətində dəyişikliklər olmamış, əksinə vəziууəti ağırlaşmışdır. Iddiaçı hal-hazırda şəkərli diabet, 2 tip ağır formalı insulin tələbli. Dekorpensasiya mərhələsi, çoxsaylı аğırlaşmа, ürək prolapsı 1, Аğırlaşmаlаr: Periferik qan dövranının pozğunluğu ilə, aşağı ətrаflаrın diabetik angiopatiyası 3, hiреrtоniуа 3, diabetik polinevropatiya, diabetik ensifolapiya, diabetik retinopatiya va s. Yanaşı хəstəliklər: düyünlü zob, Asteno nevrotik sindrom, Trifazik axım, URX gərginlik Stenokardiyası 3, Durğunluq ürək çatmamazlığı 2, Хrоniki ürək çatmamazlığı, LVEF-48%, Astiqmatizm, ОU-Мürəkkəb Miopik Astiqmatizm və s. хəstəliklərdən əziyyət çəkir. Наbelə sağ əlin bаrmаqlаrı qıc olmuş, bükülmür, sağ baldırda gərginlik əmələ gələrək hərəkəti məhdudlaşmışdıг. Iddiaçı bildirir ki, o yеriуən zaman ахsayır və danışıq qabiliyyəti tam оlаrаq pozulmuşdur. Cavabdehin bu qədər рrоblеmlərin qarşılığında iddiaçının əlilliyini, sağlamlıq imkanlarını 40 % məhdudlaşmasını göstərməsi qanuna ziddir. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək bildirmişdir ki, İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Həkim Ekspertiza komissiyası tərəfindən ##.##.2022-ci il tarixli **** nömrəli X9 verilmişdir. Həmin şəhadətnamədə “Insulin tələbli şəkərli diabet, II (ikinci) tip, orta ağır forma, subkompensasiya mərhələsində. Preproliferativ diabetik retinopatiya. Diabetik ensefalopatiya. Diabetik polineyropatiya. Ürəyin işemik xəstəliyi. Gərginlik stenokardiyası, II (ikinci) funksional sinif. Aorta və tac arteriyaların aterosklerozu. Ürək çatışmazlığı, II (ikinci) funksional sinif. Hipertoniya xəstəliyi, II (ikinci) mərhələ. Xroniki eritematoz qastrit, remissiya mərhələsində. Hər iki gözün sadə miopik astiqmatizmi, Em/M-2.25 D” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd edilir ki, vətəndaş ##.##.2024-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı nitqində kəkələmə müşahidə olunmuş, insulindən asılı şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyini, xidmət vaxtı komaya düşdüyünü bildirmiş, sağ ətraflarında narahatlıqdan şikayətlənmişdir. Anamnezində qardaşının şəhid olduğunu qeyd etmişdir. Müayinə zamanı arterial təzyiqi 160/100 mm.cv.st olmuş, sağ bud nahiyəsini bintlə sıxdığı izlənmiş, diaqnozlarda polineyropatiya və insulin tələbli şəkərli diabet qeyd edilsə də, refleksləri canlı alınmış, nevroloji pozuntu əlamətləri müşahidə edilməmişdir. Baxış zamanı hər iki aşağı ətrafda tük örtüyü saxlanılmış, hər iki aşağı ətrafda ön və arxa qamış arteriyaları üzərində dolğun nəbz hiss edilmiş, sağ budunu sıxdığı üçün sağ baldırda şişkinlik qeyd edilmiş, lakin əlillik təyinatına əsas verə biləcək patologiya aşkar edilməmişdir” kimi qeyd olunmuş, “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı nitqində kəkələmə nümayiş etdirmiş, ağızda quruluq hissindən, yüksək arterial təzyiqdən şikayətlənmişdir. Anamnestik məlumatlarında “Insulin”dən asılı şəkərli diabet xəstəliyindən və ürək çatışmazlığından əziyyət çəkdiyini, işemik insult keçirdiyini bildirmişdir. 2021-ci ildən özünü xəstə hesab etdiyini, komaya düşdüyünü, kəkələməsinin həmin vaxtdan etibarən yarandığını qeyd etmişdir. Medikamentoz preparatlardan “Diabzid”, “Lantus”, “Amlessa”, “Valeriana” və s. qəbul etdiyini bildirmişdir. Baxış zamanı hər iki topuq nahiyəsi və ayaqarxasında nəbz qeyd edilmiş, soltərəfli flebektomiyanın çapığı izlənilmiş, hərəkətləri sərbəst olmuşdur. Müayinə zamanı arterial təzyiqi 180/100 mm müəyyənləşdirilmişdir. Nevroloji stastus: Müayinə zamanı vətəndaşın həyəcanlı və gərgin olması müşahidə edilmişdir. Vətər refleksləri orta canlı alınmış, əzələ tonusu normal olmuş, patoloji reflekslər aşkarlanmamışdır. Ətraflarda atrofiya, hipotrofiya, parez qeyd edilməmiş, yeriş zamanı bir qədər axsama müşahidə edilmişdir. Əl barmaqlarında açma, bükmə, yaxınlaşdırma, uzaqlaşdırma hərəkətlərini icra etmiş, III, IV barmaqların orta-distal falanqa səviyyəsində bir qədər deformasiya müşahidə edilmişdir. Hazırda əlillik təyinatına əsas verə biləcək nevroloji ağırlaşma müşahidə edilməmişdir. Psixi status: Simulyativ davranış sərgiləyərək kəkələməyə çalışmış, emosional labil şəxs kimi dəyərləndirilmişdir. Vətəndaş yalnız son illərə aid tibbi sənədlər təqdim etmişdir. Hal-hazırda əlilik təyinatına əsas verə biləcək psixi pozuntular aşkarlanmamışdır. Sumqayıt Şəhər Psixiatriya Xəstəxanasının ##.##.2022-ci il tarixli ***/**** nömrəli Tibbi rəyində diaqnoz “Hal-hazırda psixi xəstəlik əlamətləri aşkar olunmadı” kimi qeyd edilmişdir. Sumqayıt Hospitalın ##.##.2022-ci il tarixli EMG müayinəsinin nəticəsi “Əldə olunan elektrofizioloji göstəricilər qalın lif polineyropatiyanı düşündürməklə bərabər bu EMG incə lif polineyropatiyasını inkar etmir” kimi qeyd edilmişdir. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının ##.##.2023-##.##.2023-cü il tarixli ****** nömrəli Çıxarışında diaqnoz “Şəkərli diabet, tip 2, ağır dekompensasiya mərhələsi. OU-Diabetik retinopatiya. Diabetik polineyropatiya. Diabetik poliensefalopatiya. Aşağı ətrafın diabetik neyropatiyası. Mürəkkəb miopik astiqmatizm. Stabil gərginlik stenokardiyası, III fs. Arterial hipertenziya, III dərəcə. Ürək çatışmazlığı, II fs.” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Akademik C.Abdullayev adına X15 ##.##.2025-ci il tarixli müayinəsinin nəticəsi “ÜIX. Stabil gərginlik stenokardiyası III F.S. Arterial hipertoniya III dərəcə. Insulindən asılı olmayan Şəkərli Diabet tip 2. Insulintələbli. Çoxsaylı ağırlaşmalarla. Dekompensasiya mərhələsi. Xroniki ürək çatmamazlığı II F.S. (LVEF-48%)” kimi qeyd edilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. Sumqayıt Tibb Mərkəzinin ##.##.2025-ci il tarixli EMQ müayinəsinin nəticəsi “Sinir keçiricilik testindən əldə olunan elektrofizioloji göstəricilər normal sərhədlər daxilindədir. Qalın lif polineyropatiyası inkar olunsa da, incə lif polineyropatiyası inkar olunmur” kimi qeyd edilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da ##.##.2025-ci il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “Müayinə sinus taxikardiyası fonunda aparıldı (HR=109). Sol mədəciyin sistoladiastolik boşluq ölçüləri böyüməyib, sistolik funksiyası (LVEF=61%) pozulmayıb. Sol qulaqcıq və sağ boşluqlar normaldır. IVS və IAS tamdır. IAs anevrizmatik formadadır (sağdan sola deviasiya). Seqmentar divar hərəkət qüsuru qeyd edilmir. Aorta kökü və qapaqları, digər qapaq aparatı normaldır. Sol mədəciyin diastolik disfunksiyası relaksativ tip. Perikard səhifələrinin sol mədəciyin posterior divarının arxasında sistola 1.8 mm genişlənməsi izlənilir (Perikardial maye minimal). PDA, ASD, VSD yoxdur. Rəngli Doppler EXO-KQ-də min TÇ qeyd edilir” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERAda ##.##.2025-ci il tarixli Aşağı ətraf arteriyalarının dopplerografiyası müayinəsinin nəticəsi “Magistral arteriyaların aterosklerozu, hemodinamik əhəmiyyətli daralmalar izlənilmir” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. X6 adına Milli Oftalmologiya Mərkəzinin ##.##.2025-ci il tarixli **** nömrəli Tibbi rəyində diaqnoz “VIS Ou=0,3 k/i 0,8 (onda səkkiz). OU- Astiqmatizm” kimi qeyd olunmuşdur. ƏƏSMN tabeliyində DTSERA-da ##.##.2025-ci il tarixli Oftalmoloq müayinəsinin nəticəsi “OU-mürəkkəb miopik astiqmatizm. VIS OD=0.1 k/i 0.6, VIS OS=0.2 k/i 0.8” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Beləliklə, aparılan anamnestik, obyektiv və instrumental müayinələrin nəticələrinə əsasən hazırda əlillik təyinatına əsas verə biləcək psixoproduktiv psixosimptomatika, nevroloji defisit və patofunksional pozuntular aşkarlanmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, IV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbisosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı- ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin (hakim - Qəşəm Məmmədli) ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnin əlilliyin təyin olunmasından imtina edilməsi barədə ## ##### 2025-ci il tarixli qərarı ləğv edilmiş, iddiaçı İddiaçı ## ##### 2025-ci il tarixdən hərbi xidmət dövrü ilə əlaqədar orqanizmin funksiyalarının 40 faiz pozulmasına görə 1 il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh X1 üzərinə qoyulmuşdur. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə aşağıdakı kimi öz əksini tapmışdır: 11.2.5. şəkərli diabet periferik qan dövranının pozulması ilə (diabetik angiopatiya, qanqrena) – E10-E14. Qiymətləndirmə 11.2.5.1. diabetik makroangiopatiya hər iki aşağı ətrafda, XAÇ II mərhələ - 40 faiz, 1 il. Göründüyü kimi iddiaçıya əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Cavabdeh inzibati orqan iddiaçının müraciətinə baxılan zaman əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğuna baxmayaraq, bunu etməmişdir, öz təşəbbüsü ilə əlavə sübutlar toplamamışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, analoji işlərdə məhkəmənin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliklərin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Göndərişdə qeyd olunan diaqnoz “Diaqnoz əlillik əlaməti təyin etməməsi” halında məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın təqdim olunmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında məhkəmə-tibbi eksperti X8 onlayn qaydada izahat verərək bildirmişdir ki, iddiaçıda makroangiopatiya mövcuddur. Bu xəstəlik iri qan damarlarının zədələnməsi ilə xarakterizə olunur və xroniki arterial patologiyaların inkişafına səbəb olur. Damarlarda yaranmış patoloji dəyişikliklər həmin damarların qanla təmin etdiyi orqanların funksiyalarına da mənfi təsir göstərir. Xəstəliyin gedişi 2–3-cü mərhələyə uyğundur. TƏTBIQ EDILƏN HÜQUQ: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. ... 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ... 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra - Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: ... 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: ... 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; ... 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “ HYPERLINK "https://e-qanun.az/framework/49623" \l ":~:text=t%C9%99sdiq%20edilmi%C5%9Fdir.- ,%C6%8Flilliyin%20m%C3%BC%C9%99yy%C9%99n%20olunmas%C4%B1%20meyarl ar%C4%B1,-1.%20%C3%9Cmumi%20m%C3%BCdd%C9%99alar" \o "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı" \t "_blank" Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və HYPERLINK "https://eqanun.az/framework/44232" \l "%C9%99lav%C9%99" \t "_top" “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri” nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası: 1.3. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini Idarəetmə Birliyinin rəsmi internet saytında yerləşdirilir. 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; ... 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimihəkim-məsləhət komissiyasına müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən, xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (IPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (IPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, habelə prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Işdən görünür ki, cavabdeh tərəfindən iddiaçının əlilliyi ##.##.2025-ci il tarixdə qiymətləndirilərək ona “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə imtina cavabı verilmişdir. Həmin qərar ##.##.2025-ci il tarixdə alt sistemə daxil edilmişdir. Iddiaçı verilən imtina ilə razılaşmayaraq, cavabdehin ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsi və ona əlillik dərəcəsinin təyin edilməsi tələbi ilə 30 gün ərzində ##.##.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Iş materiallarından müəyyən olunur ki, iddiaçıya əvvəllər orqanizm funksiyalarının 40 faiz pozulmasına görə əlillik təyin edilmiş, əlillik müddəti başa çatdıqdan sonra onun sağlamlıq vəziyyətinin yenidən qiymətləndirilməsi aparılmışdır. Cavabdehin ##.##.2025-ci il tarixli qərarı ilə iddiaçıya diaqnozun əlillik əlaməti təyin etməməsi əsas gətirilərək əlilliyin müəyyən edilməsindən imtina olunmuşdur. Birinci instansiya məhkəməsində icraat zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xxxx publik hüquqi şəxs tərəfindən iddiaçının əyani müayinəsi keçirilərək ##.##.2025-ci il tarixli T***/**** nömrəli ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən vətəndaş İddiaçı "Sumqayıt Tibb Mərkəzi”ndə 25.09-##.##.2025-ci il tarixlərində XBT-10 kodu üzrə “186.1-xayalıq venalarının varikoz genəlməsi, E11.8-insulindən asılı olmayan şəkərli diabet, dəqiqləşdirilməmiş ağırlaşmalarla" klinik diaqnozu ilə müayinə və müalicədə olmuşdur. - Vətəndaş İddiaçı ##.##.2023-cü il tarixdə Akademik M.A.Topçubaşov adına "ElmiCərrahiyyə Mərkəzi"ndə müayinə olunarkən ona "179.2-aşağı ətrafların diabetik angiopatiyası, xroniki işemiya II dərəcə, E11-şəkərli diabet II st. tip ağır forma" diaqnozu qoyulmuşdur. -Vətəndaş İddiaçı ##.##.2025-ci il tarixdə Akademik C.Abdullayev adına "X15 aparılmış müayinələrdən (EKQ, ExoKQ və əyani) sonra "I20.8-ÜIX, stabil gərginlik stenokardiyası III fs., I11.0- arterial hipertoniya III dərəcə, E11.7-insulindən asılı olmayan şəkərli diabet II tip çoxsaylı ağırlaşmalarla (insulin tələbli) dekompensasiya mərhələsi, I50.0xroniki ürək çatışmazlığı II fs. (LVEF-48%). O, hazırda da yuxarıda qeyd edilmiş bütün xəstəliklərdən əziyyət çəkir. Iş materiallarında onun toksiki ensefalopatiya xəstəliyindən əziyyət çəkməsi barədə tibbi sənəd olmadığından hazırda həmin xəstəlikdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmadı. Vətəndaş İddiaçı adına Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Həkim Ekspertiza komissiyası tərəfindən tərtib edilmiş ##.##.2021-ci il tarixli, **** nömrəli "X9"dən görünür ki, onda müəyyən edilmiş “Insulin tələbli şəkərli diabet, II (ikinci) tip, orta ağır forma, subkompensasiya mərhələsində, preproliferativ diabetik retinopatiya, diabetik ensefalopatiya, diabetik polinevropatiya, ürəyin işemik xəstəliyi, gərginlik stenokardiyası, II (ikinci) funksional sinif, aorta və tac arteriyaların aterosklerozu, ürək çatışmazlığı II (ikinci) funksional sinif, hipertoniya xəstəliyi II (ikinci) mərhələ, xroniki eritematoz qastrit remissiya mərhələsində, hər iki gözün sadə miopik astiqmatizmi, Em/M-2,25 D" diaqnozlu xəstəliyin səbəb əlaqəsi "Xəstəlikdir, xidmət dövründə alınmışdır". Göründüyü kimi, birinci instansiya məhkəməsində işə baxılarkən mübahisənin düzgün həlli üçün xüsusi bilik tələb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və müvafiq ekspert rəyi ilə iddiaçının şəkərli diabetin çoxsaylı ağırlaşmaları, diabetik angiopatiya, ürəyin işemik xəstəliyi, stabil gərginlik stenokardiyası, arterial hipertoniya və xroniki ürək çatışmazlığı kimi xəstəliklərdən əziyyət çəkməsi, habelə həmin xəstəliklərin hazırda da davam etməsi təsdiq edilmişdir. Məhkəmə kollegiyasının iclasında onlayn qaydada dindirilmiş ekspert rəydə göstərilənləri təsdiq etmişdir. Kollegiya qeyd edir ki, cavabdeh iddiaçıya qoyulmuş diaqnozların əlillik əlaməti təyin etmədiyini göstərsə də, məhkəmə-tibbi ekspertizasının rəyi, iş materiallarında olan tibbi sənədlər, eləcə də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Həkim Ekspertiza Komissiyası tərəfindən verilmiş ##.##.2021-ci il tarixli, **** nömrəli X9 iddiaçıda şəkərli diabetin ağırlaşmaları nəticəsində davamlı funksional pozuntuların mövcud olduğunu təsdiq edir. Bundan əlavə, ekspert rəyində iddiaçıya ##.##.2023-cü il tarixdə aşağı ətrafların diabetik angiopatiyası, xroniki işemiya II dərəcə diaqnozunun qoyulduğu müəyyən edilmişdir. Kollegiya qeyd edir ki, cavabdeh iddiaçıya qoyulmuş diaqnozun əlillik əlaməti təyin etmədiyini qeyd etsə də, tibb müəssisəsi tərəfindən iddiaçı barəsində tərtib edilmiş B********DCT nömrəli göndəriş, məhkəmə-tibbi ekspertizasının rəyinin qarşılıqlı təhlilindən müəyyən edilir ki, hazırda iddiaçıda göndərişdə göstərilən xəstəlik aşkar edilir. Belə ki, E10-E14 kodlu xəstəlik isə AR Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın “Endokrin sistemin xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozuntuları” bölməsinin 11.2.5-ci bəndinə əsasən, yəni şəkərli diabet periferik qan dövranının pozulması ilə (diabetik angiopatiya, qanqrena) orqanizmin funksiyalarının pozulmasına görə əlilliyin təyin edilməsinə əsas verən xəstəliklərə aiddir. “Əlilliyin müəyyən olunması meyarları”nın həmin bəndindən görünür ki, E10-E14 kodlu xəstəlik: - diabetik makroangiopatiya hər iki aşağı ətrafda, XAÇ II mərhələ olduqda orqanizmin funksiyalarının 40 faiz pozulmasına görə 1 il müddətinə əlilliyin təyin edilməsinə əsas verir. Beləliklə, qeyd olunanlara əsasən iddiaçıda E10-E14 xəstəliyin “Əlilliyin müəyyən olunması meyarları” nın 11.2.5-ci bəndində qeyd olunduğu kimi - diabetik makroangiopatiya hər iki aşağı ətrafda, XAÇ II mərhələ olduqda şəklində patofunksional əlamətlərlə müşahidə edildiyi müəyyən edilir. Cavabdeh apellyasiya şikayətinin dəlillərində əlavə olaraq bildirmişdir ki, məhkəmə xüsusi bilik tələb edən sahədə qərar çıxararaq cavabdehin diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “Inzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən, diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni, əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bu mənada, apellyasiya şikayətinin həmin dəlili əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir. Beləliklə, işin qeyd edilən hallarına əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti rədd edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar