Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-683/2026 04.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi, əvvəlki pensiya məbləğinin bərpa edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, iddiaçıya hüququ yaranan andan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra birinci instansiya məhkəməsində iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehin əmək pensiyasının yenidən hesablanması haqqında ##.##.2024-cü il tarixli qərarın ləğv edilməsi və iddiaçının əvvəlki pensiya məbləğinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.1954-cü ildə anadan olmuş, ## ###### 2019-cu ildə dövlətin pensiya təyinatı üçün müəyyən etdiyi 65 yaşı tamam olmuşdur. Iddiaçı ona bu hüququ yaranan andan pensiya teyin edilməli olduğunu bildirir. Iddiaçı ## ###### 2021-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilməsi üçün müraciət etmiş, pensiya təyinatı üçün lazım olan 25 il sosial sığorta stajı sənədlərində problem olduğu üçün ona yaşa görə əmək pensiyası təyin edilməsinə imtina edilmişdir və o 2022-ci ildə məhkəməyə müraciət edib pensiya təyinatını tələb etmişdir. Məhkəmə gedişatında cavabdeh təşkilat iddiaçının sığorta stajının hesablanmasında səhvə yol verdiklərini etiraf edib ona müraciət etdiyi ## ###### 2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edib pensiya kartını təqdim etmişdirlər. Lakin iddiaçının yaşa görə əmək pensiyası təyinatı ## ###### 2019-cu il tarixdən yaranmışdır və ## ###### 2019-cu il tarixdən ## ###### 2021-ci il tarixə kimi dövrün pensiyası ona ödənilməmişdir. Iddiaçı bildirir ki, hüququ yaranan vaxtdan pensiyasının hesablanıb ödənilməməsi üçün cavabdeh təşkilat ona pensiya hüququnun ##.##.2022-ci il tarixindən yarandığından pensiya hüququ həmin tarixdən hesablanır cavabını verərək pensiya fərqini ödəməkdən imtina etmişdir. Ona görə də pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri: Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçı İddiaçı ##.##.2018-ci il tarixində pensiya yaşına çatmasına baxmayaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə uyğun olaraq 25 il sığorta stajı ##.##.2022-ci il tarixində tamam olması səbəbindən həmin tarixdən ona yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı təqdim etdiyi Azərbaycan Texniki Universitetinin ##.##.2021- ci il tarixli ***-*** nömrəli arxiv arayışının surətinə əsasən ##.##.1973-cü il tarixindən ##.##.1976-cı il tarixinədək, ##.##.1977-ci il tarixindən ##.##.1980-ci il tarixinədək təhsil aldığı müddət, Fondun * saylı Quba-Xaçmaz regional filialının ##.##.2022-ci il tarixli aktına əsasən ##.##.1970-ci il tarixindən ##.##.1970-ci il tarixinədək, ##.##.1971 -ci il tarixindən ##.##.1972-ci il tarixinədək, ##.##.1976-cı il tarixindən ##.##.1976-cı il tarixinədək, ##.##.1977-ci il tarixindən ##.##.1977-ci il tarixinədək, Fondun * saylı Quba-Xaçmaz regional filialının ##.##.2024-cü il tarixli aktına əsasən ##.##.1980-ci il tarixindən ##.##.1981-ci il tarixinədək, ##.##.1981-ci il tarixindən ##.##.1981-ci il tarixinədək, ##.##.1981-ci il tarixindən ##.##.1996-cı il tarixinədək əmək fəaliyyəti dövrləri, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsisteminə əsasən ##.##.2019-cu il tarixindən ##.##.2020-ci il tarixinədək, ##.##.2021-ci il tarixindən ##.##.2021-ci il tarixinədək, ##.##.2021-ci il tarixindən ##.##.2022-ci il tarixinədək olan dövrlər nəzərə alınmaqla mübahisələndirilməyən sığorta stajı 25 il təşkil edir. Fondun * saylı Quba-Xaçmaz regional filialının X2 Filialı ilə birgə tərtib etdiyi ##.##.2024-cü il tarixli aktına əsasən ##.##.1980-ci il tarixindən ##.##.1996-cı il tarixinədək Quba rayonu H.Zərdabi adına sovxozda 1981-ci ilin yanvar, fevral, mart, aprel, sentyabr, oktyabr aylarının əməkhaqqı cədvəllərində iddiaçının soyadında (Qəribov Nurəddin qeyd edilmişdir) uyğunsuzluq qeyd olunduğundan həmin aylar sığorta stajına daxil edilməmişdir. Mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar, iddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğunun araşdırılması ilə bağlı “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati icraat başlanmışdır. Həmin inzibati icraatın gedişində iddiaçının pensiya hüququna yenidən baxılması zamanı ona artıq pensiya məbləğinin ödənildiyi müəyyən edilmişdir. Həmçinin iddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu araşdırılmış və iddiaçıya təyin edilmiş pensiya dayandırılmışdır. Xidməti yoxlama nəticəsində məlum olmuşdur ki, İddiaçı ##.##.2022-ci il tarixli müraciətinə əsasən yaşa görə əmək pensiyası hüququ ##.##.2022ci il tarixində yarandığı halda (25 il sığorta stajının tamam olduğu tarix) ona ##.##.2021-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Nəticədə adıçəkilən şəxsin əmək pensiyasının məbləğində ##.##.2021-ci il tarixindən ##.##.2024-cü il tarixinədək artıqödəmə aşkar edilmişdir. Əlavə olaraq cavabdeh bildirir ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində İddiaçı əmək pensiyasından artıq ödənilmiş vəsaitin tutulması barədə məlumat aşkar edilməmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Azərbaycan Respublikası Xaçmaz rayon Dövlət arxivinin ##.##.2012-ci il tarixli, ***/* nömrəli arxiv arayışında qeyd edilmişdir ki, ##.##.1971-ci il tarixli, *** nömrəli əmrə əsasən İddiaçı ** nömrəli briqdaya fəhlə qəbul edilmişdir. ##.##.1972-ci il tarixli, *** nömrəli əmrə əsasən İddiaçı oxumağa getdiyi üçün işdən azad edilmişdir. ##.##.1976-cı il tarixli, ** nömrəli əmrə əsasən İddiaçı * nömrəli briqadaya fəhlə qəbul edilmişdir. Azərbaycan Respublikası Təhsil nazirliyi Azərbaycan Texniki Universitetinin ##.##.2024-cü il tarixli, ***-*** nömrəli arxiv arayışına əsasən İddiaçı ##.##.1973-cü il tarixli əmrə əsasən Ç.Ildırım adına Azərbayca Politexnik Institunun “Mexanika” fakültəsinin əyani şöbəsinə qəbul olmuşdur. **-U nömrəli ##.##.1976-cı il tarixli əmrə əsasən, Institun tələbələri sırasından xaric edilmişdir. ***-U nömrəli ##.##.1977-ci il tarixli əmrə əsasən, ##.##.1977-ci il tarixindən Institutun tələbələri sırasına bərpa olmuşdur. **- U saylı ##.##.1980-ci il tarixli əmrə əsasən, İddiaçı Ç.Ildırım adına Azərbaycan Politexnik Institunun “Soyuducu və kompressor maşınları və qurğuları” ixtisası üzrə əyani olaraq kursu bitirerək, ona EBN ****** saylı mühəndis-mexanik diplomu verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun * saylı regional ərazi filialı tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2021-ci il tarixli, *********** nömrəli məktubda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2.1 və 3.2.2 bəndinə əsasən iddiaçının 2006-cı ilədək olan ümumi sığorta stajını müəyyən etmək mümkün olmamışdır. 2006-cı ilədək ümumi sığorta stajı əmək kitabçası, hərbi bilet və əyani təhsil alması barədə sənədin təqdim edildiyi halda müəyyən etmək olur. Təqdim edilən sənədlərə əsasən əmək pensiyası təyin etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında ##.##.2024-cü il tarixli qərarına əsasən pensiya məbləği yenidən hesablanaraq iddiaçıya ##.##.2024-cü il tarixdən 311,36 manat məbləğində pensiya təyin edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında ## #### 2024-cü il tarixli qərarı ləğv edilməsi, iddiaçı İddiaçı əvvəlki pensiya məbləğinin bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulası qərara alınmışdır (hakim Qəşəm Məmmədli). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı vaxtdan 1 (bir) ildən çox müddət keçdiyindən və səhv hesablamaya səbəb olan hal elə həmin vaxt pensiya təyin edən orqana məlum olduğundan, eləcə də məlum olma halını digər bir tarix kimi müəyyən etmək üçün cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, habelə qərarın ləğv edilməsi üçün “Inzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar olmadığından, cavabdeh inzibati orqanın əvvəllər qəbul etdiyi qərarı dəyişdirməsi qanuni sayıla bilməz. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI: a) Apellyasiya şikayətinin dəlilləri. Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia tələbinə etirazla eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, işin araşdırlması zamanı müəyyən edilmişdir ki, iddiaçı İddiaçı ##.##.2018-ci il tarixində pensiya yaşına çatmasına baxmayaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə uyğun olaraq 25 il sığorta stajı ##.##.2022-ci il tarixində tamam olması səbəbindən həmin tarixdən ona yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı təqdim etdiyi Azərbaycan Texniki Universitetinin ##.##.2021- ci il tarixli ***-*** nömrəli arxiv arayışının surətinə əsasən ##.##.1973-cü il tarixindən ##.##.1976-cı il tarixinədək, ##.##.1977-ci il tarixindən ##.##.1980- ci il tarixinədək təhsil aldığı müddət, Fondun * saylı Quba- Xaçmaz regional filialının ##.##.2022-ci il tarixli aktına əsasən ##.##.1970-ci il tarixindən ##.##.1970-ci il tarixinədək, ##.##.1971-ci il tarixindən ##.##.1972-ci il tarixinədək, ##.##.1976-cı il tarixindən ##.##.1976-cı il tarixinədək, ##.##.1977-ci il tarixindən ##.##.1977-ci il tarixinədək, Fondun * saylı QubaXaçmaz regional filialının ##.##.2024-cü il tarixli aktına əsasən ##.##.1980-ci il tarixindən ##.##.1981-ci il tarixinədək, ##.##.1981-ci il tarixindən ##.##.1981-ci il tarixinədək, ##.##.1981-ci il tarixindən ##.##.1996-cı il tarixinədək əmək fəaliyyəti dövrləri, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsisteminə əsasən ##.##.2019-cu il tarixindən ##.##.2020-ci il tarixinədək, ##.##.2021-ci il tarixindən ##.##.2021- ci il tarixinədək, ##.##.2021-ci il tarixindən ##.##.2022-ci il tarixinədək olan dövrlər nəzərə alınmaqla mübahisələndirilməyən sığorta stajı 25 il təşkil edir. Fondun * saylı Quba-Xaçmaz regional filialının X2 Filialı ilə birgə tərtib etdiyi ##.##.2024-cü il tarixli aktına əsasən ##.##.1980-ci il tarixindən ##.##.1996-cı il tarixinədək Quba rayonu H.Zərdabi adına sovxozda 1981-ci ilin yanvar, fevral, mart, aprel, sentyabr, oktyabr aylarının əməkhaqqı cədvəllərində iddiaçının soyadında (Qəribov Nurəddin qeyd edilmişdir) uyğunsuzluq qeyd olunduğundan həmin aylar sığorta stajına daxil edilməmişdir. Məhkəmə işə yalnız formal cəhətdən yanaşaraq iş üzrə Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinin tələblərini pozaraq proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olmasına baxmayaraq, prosessual pozuntuya yol vermiş, mübahisəli hala dair öz xidməti vəzifəsinə görə sorğular verilməmiş, yalnız əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı vaxtdan 1 (bir) ildən çox müddət keçdiyinə istinad edərək iddia tələbini heç bir araşdırma aparmadan, mübahisəli halın aydınlaşdırılması məqsədilə müvafiq qurumlara sorğular vermədən təmin etmişdir. Mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3- cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar, iddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğunun araşdırılması ilə bağlı “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən barənizdə inzibati icraat başlanmışdır. Həmin inzibati icraatın gedişində iddiaçının pensiya hüququna yenidən baxılması zamanı ona artıq pensiya məbləğinin ödənildiyi müəyyən edilmişdir. Həmçinin iddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu araşdırılmış və iddiaçıya təyin edilmiş pensiya dayandırılmışdır. Xidməti yoxlama nəticəsində məlum olmuşdur ki, İddiaçı ##.##.2022- ci il tarixli müraciətinə əsasən yaşa görə əmək pensiyası hüququ ##.##.2022-ci il tarixində yarandığı halda (25 il sığorta stajının tamam olduğu tarix) ona ##.##.2021-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Nəticədə adıçəkilən şəxsin əmək pensiyasının məbləğində ##.##.2021-ci il tarixindən ##.##.2024-cü il tarixinədək artıqödəmə aşkar edilmişdir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində İddiaçı əmək pensiyasından artıqödənilmiş vəsaitin tutulması barədə məlumat aşkar edilməmişdir. Formal (prosessual) hüquqi tələblərin pozulmasına görə inzibati akt o zaman ləğv olunmalıdır ki, həmin pozuntu qərara təsir etsin, yəni həmin tələblərə riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin. Odur ki, maddi hüquq normaları cəhətdən şəxslərə pensiya təyinatı düzgün aparılmadığı və ya düzgün hesablanmadığı hallarda inzibati orqanın yenidən hesablama barədə mübahisələndirilən qərarları formal tələblərin (prosessual) gözlənilməməsi əsası ilə ləğv edilə bilməz. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərar qəbul etmək üçün zəruri olan bütün faktiki hallar müəyyən olunmamış qalmışdır. Iş üzrə zəruri olan bütün faktiki hallar müəyyən olunmadan və həmin hallar tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymətləndirilmədən qəbul edilmiş məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin lazımi qaydada qəbul edilmiş qanunauyğun aktı kimi qəbul etməyə imkan vermir. Qeyd etdiyim xüsusatlar özü-özlüyündə prosessual hüquq normalarının pozulması, həmçinin düzgün tətbiq edilməməsini ehtiva edərək, qanunsuz və əsassız qərar qəbul edilməsinə gətirib çıxarmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBIQ EDILƏN HÜQUQ. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... III. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. Inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. ... Maddə 14. Diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydası 14.1. Inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 21. Inzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. ... Maddə 24. Işin hallarının obyektiv araşdırılması 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 35. Inzibati icraatın təzələnməsi ilə bağlı təkrar ərizə ilə müraciət etmək üçün əsaslar 35.1. Maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: 35.1.1. inzibati aktın qəbul olunması üçün əsas olmuş faktiki və ya hüquqi hallar maraqlı şəxsin xeyrinə dəyişdikdə; 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda; 35.1.3. inzibati aktın aldatma, hədə-qorxu və ya digər qanunsuz hərəkətlər nəticəsində qəbul edildiyi və ya inzibati orqanı təmsil edən şəxsin icraatın gedişatında cinayət törətdiyi qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən olunduqda. 35.2. Bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati orqan təkrar ərizəni yoxlamağa və ərizə ilə bağlı müvafiq qərar qəbul etməyə borcludur. 35.3. Ərizə yalnız o halda qəbul edilir ki, maraqlı şəxs icraatı təzələmək üçün bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş bu və ya digər əsasın əvvəlki icraat zamanı təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 35.4. Ərizə 3 ay müddətində təqdim olunmalıdır. Müddətin axımı icraatı təzələmək üçün əsas olan halların maraqlı şəxsə məlum olduğu gündən başlanır. 35.5. Inzibati icraatı təzələmək üçün təkrar ərizə ilə müraciət etmək imkanı verən əsaslar ərizədə qeyd olunmalıdır. Həmin əsaslar ərizədə qeyd olunmadığı halda inzibati orqan ərizənin baxılmamış saxlanılması haqqında inzibati akt qəbul edir. Maddə 64. Inzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. Inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. Inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. Inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.[26] 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. Səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. Inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.9. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 67.10. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 67.11. Maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Işin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI:
Məhkəmə kollegiyası tərəfin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir. Işin müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı İddiaçı əvvəlcə ##.##.1970-ci il tarixindən ##.##.1980-ci il tarixinədək Xaçmaz rayon * saylı sovxozunda və ##.##.1980-ci il tarixindən ##.##.1996-cı il tarixinədək Quba rayonu H.Zərdabi adına sovxozda işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmə icraatı gedişində cavabdeh inzibati orqan tərəfindən ##.##.2022ci il tarixli qərarla iddiaçı İddiaçı yaşa görə əmək pensiyası təyin edilmiş, tərəflər arasında həmin mübahisə öz həllini tapdığından Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Iddiaçıya pensiya təyin edilərkən onun ##.##.1980-ci il tarixindən ##.##.1996-cı il tarixinədək Quba rayonu H.Zərdabi adına sovxozda işlədiyi müddət sosial sığorta stajına daxil edilmişdir. Sonradan cavabdeh tərəfindən ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında ##.##.2024-cü il tarixli qərar qəbul edilmiş, iddiaçının pensiya məbləği yenidən hesablanmış və ##.##.2024-cü il tarixdən 311,36 manat məbləğində müəyyən edilmişdir. Cavabdehin mövqeyinə görə, Fondun * saylı Quba-Xaçmaz regional filialının X2 filialı ilə birgə tərtib etdiyi akt əsasında 1981-ci ilin yanvar, fevral, mart, aprel, sentyabr və oktyabr aylarının əməkhaqqı cədvəllərində iddiaçının soyadında uyğunsuzluq olduğu, həmin cədvəllərdə “Qəribov Nurəddin” qeyd edildiyi üçün həmin aylar sosial sığorta stajına daxil edilməmişdir. Cavabdeh həmçinin iddiaçının ##.##.2022-ci il tarixli müraciətinə əsasən yaşa görə əmək pensiyası hüququnun ##.##.2022-ci il tarixində yarandığını, buna baxmayaraq ona ##.##.2021-ci il tarixindən pensiya təyin edildiyini və ##.##.2021-ci il tarixindən ##.##.2024-cü il tarixinədək artıqödəmə yarandığını bildirmişdir. Hazırda iddiaçı cavabdehin ##.##.2024-cü il tarixli qərarının ləğv edilməsini və əvvəlki pensiya məbləğinin bərpa olunmasını tələb edir. Məhkəmə kollegiyası ilk növbədə cavabdehin 1981-ci ilin ayrı-ayrı ayları üzrə əməkhaqqı cədvəllərində iddiaçının soyadının guya “Qəribov Nurəddin” kimi göstərilməsi barədə dəlilinə münasibət bildirməyi zəruri hesab edir. Kollegiya qeyd edir ki, cavabdehin həmin dəlili iş materiallarında olan arxiv sənədinin məzmunu ilə tam uyğunluq təşkil etmir. Belə ki, cavabdeh əməkhaqqı cədvəllərində iddiaçının soyadının “Qəribov” kimi qeyd olunduğunu bildirsə də, həmin qeydin rus/kiril əlifbası ilə yazılışına diqqət yetirildikdə orada “xxxx” ifadəsinin əks olunduğu görünür. Bu yazılış isə Azərbaycan dilinə birbaşa “Qəribov Nurəddin” kimi deyil, “Qabibov Nurəddin” kimi oxunur. Başqa sözlə, cavabdehin istinad etdiyi sənəddə “Qəribov” soyadının mövcud olması barədə nəticə həmin sənədin məzmunundan aydın və birmənalı şəkildə irəli gəlmir. Bu baxımdan, cavabdehin arxiv qeydini “Qəribov Nurəddin” kimi təqdim etməsi həmin qeydin məzmununun düzgün qiymətləndirilməməsi ilə bağlıdır. Çünki “Qəribov” soyadının rus/kiril əlifbası ilə ifadəsi ilə “Габибов” yazılışı eyni deyildir. “Габибов” yazılışında “r” səsini ifadə edən hərf və ya səs mövcud deyil. Bu yazılış fonetik baxımdan “Qəribov” deyil, “Qabibov” formasına uyğundur. Buna görə də cavabdehin həmin qeydi “Qəribov” kimi qəbul etməsi mübahisəli arxiv məlumatının məzmununa uyğun olmayan yanaşma kimi qiymətləndirilməlidir. Kollegiya həmçinin nəzərə alır ki, mübahisəli dövr sovet dövrünə aid olmaqla, həmin illərdə əməkhaqqı və kadr uçotu sənədləri əsasən rus dili və kiril əlifbası ilə aparılmışdır. Azərbaycan dilində olan ad və soyadların rus/kiril əlifbası ilə yazılması zamanı isə həmin ad və soyadlar hər zaman Azərbaycan dilindəki fonetik tərkibə tam uyğun şəkildə deyil, rus dilinin qrafik və fonetik imkanlarına uyğunlaşdırılmış formada əks etdirilmişdir. Xüsusilə qeyd olunmalıdır ki, Azərbaycan dilindəki “h” və “ə” səsləri rus əlifbasında eyni qrafik qarşılığa malik deyildir. Başqa sözlə, rus əlifbasında Azərbaycan dilində işlənən “h” hərfini və “ə” səsini olduğu kimi ifadə edən ayrıca hərf yoxdur. Bu səbəbdən həmin dövrə aid sənədlərdə “Həbibov” kimi soyadların rus/kiril əlifbası ilə yazılması zamanı soyadın əvvəlindəki “H” səsinin “Г” hərfi ilə, “ə” səsinin isə rus dilinin imkanlarına uyğun olaraq “а” səsinə yaxın formada verilməsi mümkündür. Bu hal sənəddə göstərilən şəxsin başqa şəxs olması mənasına gəlmir, sadəcə həmin dövrün yazı xüsusiyyətlərindən irəli gələn fərq kimi qiymətləndirilməlidir. Bir sözlə, sənəddə iddiaçının soyadının rus/kiril əlifbası ilə “Габибов” kimi göstərilməsi iddiaçının İddiaçı olması və həmin müəssisədə işləməsi faktını təkzib etmir. Əksinə, mübahisəli dövrün sovet dövrünə aid olması, həmin illərdə əməkhaqqı və kadr uçotu sənədlərinin rus dili və kiril əlifbası əsasında aparılması, habelə Azərbaycan dilində olan ad və soyadların rus dilinə uyğunlaşdırılaraq yazılması halları nəzərə alındıqda, “Həbibov” soyadının rus/kiril əlifbasında “Габибов” kimi əks etdirilməsi həmin dövrün sənədləşmə təcrübəsi baxımından ağlabatan və izah edilə bilən haldır. Bundan başqa, iş materiallarında mübahisəli əməkhaqqı cədvəllərinin iddiaçı tərəfindən tərtib edildiyini, iddiaçının həmin sənədlərin məzmununa təsir etmək imkanına malik olduğunu, yaxud sonradan həmin sənədlərdə hər hansı dəyişiklik etdiyini təsdiq edən sübut yoxdur. Belə olan halda həmin sənədlərdəki rus/kiril əlifbası ilə yazılış xüsusiyyəti iddiaçının iradəsindən və davranışından asılı olmayan hal kimi qiymətləndirilməlidir. Iddiaçının özündən asılı olmayan arxiv yazılışı onun sosial təminat hüququnun məhdudlaşdırılması üçün əsas götürülə bilməz. Kollegiya onu da nəzərə alır ki, cavabdeh inzibati orqan əməkhaqqı cədvəllərində rus/kiril əlifbası ilə “xxxx” kimi qeyd edilmiş şəxsin iddiaçıdan başqa şəxs olduğunu sübut etməmişdir. Işdə həmin dövrdə Quba rayonu H.Zərdabi adına sovxozda eyni adla, lakin başqa soyadla və ya başqa şəxsiyyət məlumatları ilə işləyən digər bir şəxsin mövcudluğunu təsdiq edən hər hansı sənəd yoxdur. Cavabdeh yalnız yazılış fərqinə istinad etmiş, lakin bu fərqin real olaraq başqa şəxsə aidiyyəti göstərdiyini təsdiq edən mötəbər sübut təqdim etməmişdir. Eyni zamanda cavabdeh iddiaçının pensiya təyinatına nail olmaq üçün saxta və ya təhrif olunmuş sənəd təqdim etdiyini, yaxud pensiya təyinatı zamanı inzibati orqanı aldatdığını da sübut etməmişdir. Halbuki mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati aktı qəbul etmiş cavabdeh inzibati orqanın üzərinə düşür. Yalnız ehtimal xarakterli yazılış fərqinə əsaslanmaqla şəxsin uzun illər əvvəlki əmək fəaliyyətinin inkar edilməsi və bunun nəticəsində onun pensiya məbləğinin azaldılması hüquqi müəyyənlik, etimadın qorunması və sosial təminat hüququ baxımından əsaslı hesab oluna bilməz. Əksinə, iş materiallarından görünür ki, iddiaçının Quba rayonu H.Zərdabi adına sovxozda işləməsi əvvəlki pensiya təyinatı zamanı cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş, həmin dövr sosial sığorta stajına daxil edilmiş və məhz bunun nəticəsində iddiaçıya yaşa görə əmək pensiyası təyin olunmuşdur. Cavabdehin sonradan eyni arxiv sənədlərindəki rus/kiril əlifbası ilə yazılış xüsusiyyətinə fərqli qiymət verərək əvvəllər qəbul etdiyi nəticədən imtina etməsi, həmin yazılışın iddiaçının şəxsiyyəti və əmək fəaliyyəti ilə bağlı digər sübutlarla əlaqəli şəkildə hərtərəfli araşdırılmadan hüquqi nəticə yaratması əsaslı sayıla bilməz. Beləliklə, kollegiya hesab edir ki, cavabdehin əməkhaqqı cədvəllərində iddiaçının soyadının “Qəribov” kimi göstərilməsi barədə dəlili əsassızdır. Həmin sənəddəki yazılış rus/kiril əlifbası ilə “xxxx” formasındadır və bu yazılış “Qəribov” kimi deyil, “Qabibov” kimi oxunur. “Həbibov” soyadında olan “h” və “ə” səslərinin rus əlifbasında eyni qrafik qarşılığının olmaması nəzərə alındıqda, həmin soyadın “Габибов” kimi yazılması mübahisəli dövrün sənədləşmə qaydaları baxımından izah edilən haldır və iddiaçının İddiaçı olması, eləcə də həmin dövrdə işləməsi faktını təkzib edən hal kimi qiymətləndirilə bilməz. Bu səbəbdən, əməkhaqqı cədvəllərində rus/kiril əlifbası ilə “xxxx” kimi yazılışın mövcudluğu təkbaşına iddiaçının sosial sığorta stajının azaldılmasına, habelə əvvəlki pensiya məbləğinin aşağı salınmasına əsas vermir. Bununla belə, hətta cavabdehin istinad etdiyi yazılış uyğunsuzluğu nəzəri olaraq pensiya təyinatına yenidən baxılması üçün araşdırılmalı hal kimi qəbul edilsə belə, belə hal qüvvədə olan əlverişli inzibati aktın qanunla müəyyən edilmiş prosedurlar və müddətlər nəzərə alınmadan dəyişdirilməsinə hüquqi əsas yaratmır. Belə ki, cavabdeh pensiyanın yenidən hesablanılması məsələsini həll edərkən eyni zamanda həm “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq normalarını, həm də “Inzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı imperativ tələblərini nəzərə almağa borcludur. “Inzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə əsasən, inzibati akt ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə məlumat verildiyi andan hüquqi qüvvəyə minir və qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə və ya başqa əsasla qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır. Buna görə də iddiaçıya pensiya təyin edilməsinə dair əvvəlki inzibati akt qüvvədə olduğu müddətdə cavabdeh həmin aktdan irəli gələn hüquqi nəticələri sadəcə daxili araşdırma və ya xidməti yoxlama nəticəsinə istinadla aradan qaldıra bilməzdi. Qanunsuz olduğu güman edilən əlverişli inzibati aktın ləğvi və ya dəyişdirilməsi “Inzibati icraat haqqında” Qanunun 67-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində mümkündür. Inzibati orqan belə hallarda əvvəlki qərarın ləğvi və ya dəyişdirilməsi üçün əsasların mövcudluğunu müəyyən etməli, maraqlı şəxsi icraata cəlb etməli, onun dinlənilmə hüququnu təmin etməli, şəxsin etimad hüququna qiymət verməli və yalnız bundan sonra əsaslandırılmış inzibati akt qəbul etməlidir. Hazırkı iş üzrə cavabdeh tərəfindən iddiaçının xeyrinə olan halların, o cümlədən əvvəlki məhkəmə işi zamanı mübahisənin cavabdehin özü tərəfindən pensiya təyin edilməsi ilə həll olunmasının, 1980-1996-cı illər üzrə stajın əvvəllər qəbul edilməsinin, arxiv sənədlərindəki yazılış fərqinin xarakterinin və həmin fərqin iddiaçının şəxsiyyəti ilə bağlı digər məlumatlara təsirinin hərtərəfli araşdırıldığı iş materialları ilə təsdiq olunmur. Eyni zamanda cavabdeh tərəfindən iddiaçının aldatma, rüşvət, hədə-qorxu və ya digər qanunsuz hərəkətlər nəticəsində pensiya təyinatına nail olması, yaxud səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədləri təqdim etməsi sübuta yetirilməmişdir. Bu baxımdan, iş üzrə “Inzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində şəxsin etimad hüququna istinad etməsini istisna edən hallar müəyyən olunmur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, “Inzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Bu norma hüquqi müəyyənlik, sabitlik və şəxsin dövlət orqanlarının qəbul etdiyi əlverişli inzibati aktlara etimadının qorunması məqsədi daşıyır. Müddətin axımının başlanğıcı inzibati orqanın həmin halı faktiki olaraq bildiyi və ya müvafiq idarəçilik qaydaları baxımından bilməli olduğu vaxtla müəyyən edilir. Pensiya təyin edən orqan şəxsin pensiya hüququnu müəyyən edərkən təqdim edilmiş əmək kitabçası, arxiv arayışları, aktlar, təhsil və əmək fəaliyyəti barədə sənədlər üzrə yoxlama aparmalı olduğundan, həmin sənədlərdəki uyğunsuzluqları da pensiya təyinatı zamanı bilməli və qiymətləndirməli idi. Hazırkı işdə cavabdehin istinad etdiyi əsas hallar, yəni 1981-ci ilin ayrı-ayrı ayları üzrə əməkhaqqı cədvəllərində soyadın fərqli yazılması və 25 il sosial sığorta stajının tamamlanma tarixinin başqa cür hesablanması iddiaçıya pensiya təyin olunarkən araşdırılmalı olan eyni sənədlərdən və eyni pensiya işi materiallarından irəli gəlir. Cavabdeh həmin halların məhz ##.##.2024-cü il tarixli qərardan əvvəlki 1 il ərzində ilk dəfə aşkar edildiyini təsdiq edən mötəbər sübut təqdim etməmişdir. Əksinə, işin hallarından görünür ki, iddiaçının həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi barədə əvvəlki mübahisə 2022-ci ildə məhkəmə icraatının predmeti olmuş, cavabdeh də həmin icraat gedişində ##.##.2022-ci il tarixli qərarla iddiaçıya pensiya təyin etmişdir. Bu halda cavabdehin sözügedən əmək fəaliyyəti dövrləri, arxiv sənədləri və staj hesablaması ilə bağlı məlumatları ən gec həmin tarixdə bildiyi və ya bilməli olduğu qəbul edilməlidir. ##.##.2022-ci il tarixli pensiya təyinatından ##.##.2024-cü il tarixli yenidən hesablama qərarınadək 1 ildən artıq müddət keçmişdir. Cavabdeh bu müddətin niyə 67.12-ci maddə baxımından ötürülməmiş hesab edilməli olduğunu, yaxud həmin müddətin axımının daha gec tarixdən başlanmasını əsaslandıran konkret sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, cavabdehin istinad etdiyi Fondun * saylı Quba- Xaçmaz regional filialının X2 Filialı ilə birgə tərtib etdiyi akt ##.##.2024-cü il tarixlidir. Halbuki mübahisələndirilən ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında qərar ##.##.2024-cü il tarixində qəbul edilmişdir. Belə olan halda, ##.##.2024-cü il tarixli aktın ##.##.2024-cü il tarixli qərarın qəbuluna əsas olmuş yeni hal kimi qiymətləndirilməsi mümkün deyildir. Bu hal cavabdehin qərarın qəbuluna səbəb olmuş halların ona məhz nə vaxt məlum olması barədə mövqeyinin ziddiyyətli və kifayət qədər əsaslandırılmamış olduğunu göstərir. Qanunvericinin 1 illik müddət müəyyən etməkdə məqsədi inzibati orqanın əlverişli inzibati aktları qeyri-müəyyən müddət ərzində davamlı təftiş etməsinin qarşısını almaqdır. Əks yanaşma pensiya kimi davamlı sosial təminat ödənişlərinə güvənərək həyat şəraitini planlaşdıran şəxsin hüquqi vəziyyətini qeyri-müəyyən vəziyyətdə qoyar və etimad hüququnu zədələyərdi. Inzibati orqanın öz fəaliyyət sahəsinə aid sənədləri vaxtında və lazımi qaydada yoxlamaması, yaxud əvvəlki icraat zamanı qiymətləndirməli olduğu halları sonradan təkrar araşdırması nəticəsində yaranan risk iddiaçının üzərinə qoyula bilməz. Dövlət orqanının mümkün səhvi, “Inzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş istisna hallar sübuta yetirilmədiyi müddətdə, vicdanlı şəxsin etimadının pozulması hesabına aradan qaldırıla bilməz. Bu baxımdan, cavabdehin artıqödəmə yarandığı barədə dəlili də mübahisələndirilən qərarın qanuniliyini təsdiq etmir. Artıqödəmənin mövcudluğu iddia edildiyi halda belə, cavabdeh əvvəlki əlverişli inzibati aktın dəyişdirilməsi üçün “Inzibati icraat haqqında” Qanunun 67-ci maddəsində nəzərdə tutulmuş prosedur, etimad və müddət şərtlərinə əməl etməli idi. Beləliklə, iş materialları ilə cavabdehin ##.##.2024-cü il tarixli qərarı qəbul edərkən iddiaçının əmək fəaliyyəti barədə arxiv sənədlərindəki yazılış fərqini hərtərəfli araşdırması, həmin fərqin iddiaçının işləməsini təkzib etdiyini sübut etməsi, eləcə də əvvəlki əlverişli inzibati aktın dəyişdirilməsini şərtləndirən halların ona qərarın qəbulundan əvvəlki 1 il ərzində məlum olduğunu əsaslandırması təsdiq edilmir. Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı apellyasiya şikayətrinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTICƏVI HISSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.