Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-684/2026 08.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hacıyev Vahid Məcid oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, X6 qızının katibliyi, Iddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh X2 (Quba rayon Mərkəzi Xəstəxanası üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “qərarın ləğv edilməsi və əlilliyin müəyyən edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)- ****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: IŞIN HALLARI: TSEK müayinələri altsistemindən çıxarışlardan görünür ki, ##.##.2014-cü il tarixdə iddiaçıya bir il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. ##.##.2015-ci il tarixdə iddiaçıya bir il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. ##.##.2016-cı il tarixdə iddiaçıya beş il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. ##.##.2022-ci il tarixdə iddiaçıya ikinci dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində xxxxnin ##.##.2022-ci il tarixli *********** nömrəli qərarına əsasən İddiaçı əlillik təyin edilməsindən imtina edilmişdir. TSEK müayinələri altsistemindən çıxarışlardan görünür ki, ##.##.2024-cü il tarixdə iddiaçıya əlillik təyin edilməsindən imtina edilmişdir. ##.##.2024-cü il tarixdə iddiaçıya göndərişin natamam doldurulması səbəbindən əlillik təyin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X2 ##.##.2025-ci il tarixli T***/**** nömrəli ekspert rəyində ekspertlər belə nəticəyə gəlmişdir ki, Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı “Quba rayon mərkəzi xəstəxanasf’nda tərtib edilmiş ##.##.2024-cü il tarixli, R********XSP №-li, Forma 88 göndərişdə XBT10 kodu ilə qeyd edilən “Əsas diaqnoz: I83.9 - aşağı ətraf venalarının xora və ya iltihabı proses müşahidə olunmadan varikoz genəlməsi, aşağı ətrafların varikoz xəstəliyi, hər iki böyük dəri altı venalarının varikozu. Ağırlaşma: I87.2 - (xroniki) (periferik) venoz çatmamazlıq, III xroniki venoz xəstəlik, baldır art-vena stenozu. Yanaşı xəstəliklər: I70.2 - ətraf arteriyalarının aterosklerozu, II dərəcə xroniki işemiya, ateroskleroz” diaqnoz ona stasionarda anamnestik, klinik və laborator instrumental müayinələrin əsasında müəyyən edilmişdir. Əsas xəstəlik ağırlaşdığından xroniki hala keçmiş və bu səbəbdən də onun həmin xəstəliklərdən əziyyət çəkməsini hazırda da inkar etmək mümkün deyildir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini Idarəetmə X4 Şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs tərəfindən ünvanlanmış ##.##.2025-ci il tarixli məktubda qeyd edilir ki, 2022-ci ildən etibarən əvvəlki elektron sistem fəaliyyətini dayandırdığı üçün həmin sistemə daxil olmaq mümkün deyildir. Bu səbəbdən 2022-ci ilədək olan dövrə aid elektron məlumatlara baxmaq imkanı yoxdur. Hazırda qüvvədə olan sistem üzrə vətəndaş İddiaçı barəsində aparılmış axtarış nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən sonuncu qiymətləndirmə ##.##.2022-ci il tarixdə aparılmış və əlilliyin təyin edilməsindən imtina olunmuşdur (sistemə işlənilmiş Forma 88 sənədləri həmin dövrdə vətəndaşın ambulator kitabçasına tikilmişdir). Imtinanın səbəbi təqdim olunan diaqnoz və ağırlaşmaların əlilliyin müəyyən edilməsi meyarlarına uyğun gəlməməsi olmuşdur. E-təbib elektron sistemində aparılmış yoxlama zamanı vətəndaşın əlilliyin təyin edilməsi ilə bağlı növbəti müraciətinin qeydə alınmadığı müəyyən edilmişdir. Vətəndaş haqqında tibbi məlumatlar onun ambulator kitabçasında əks olunurdu. Lakin ambulator kitabça vətəndaşa təqdim edilmiş və geri qaytarılmamışdır. Bu səbəbdən tələb olunan sənədlərin təqdim edilməsi mümkün deyildir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində xxxx tərəfindən ünvanlanmış ##.##.2025-ci il tarixli məktuba İddiaçı dair tibbi-sosial ekspertiza sənədlərinin surəti əlavə olunmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini Idarəetmə X4 Şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs tərəfindən ünvanlanmış ##.##.2025-ci il tarixli məktuba iddiaçı barəsində cavabdeh Quba rayon Mərkəzi Xəstəxanası tərəfindən xxxxnə göndərilmiş 2021-2024-cü illər üzrə Forma 88 sənədlərinin ekran görüntüləri əlavə olunmuşdur. Sonuncu dəfə TSEK-ə göndərilməsi üçün iddiaçıya Quba Rayon Mərkəzi Xəstəxanası tərəfindən ##.##.2024-cü il tarixli R********XSP nömrəli göndəriş (Forma 088) verilmişdir. Həmin göndərişə əsasən TSEK-ə göndəriş zamanı əsas diaqnozu: I83.9-aşağı ətraf venalarının xora və ya iltihabı proses müşahidə olunmadan varikoz genəlməsi, aşağı ətrafların varikoz xəstəliyi, hər iki böyük dəri altı venalarının varikozu. ağırlaşma: I87.2- (xroniki) (periferik) venoz çatmamazlıq, III xroniki venoz xəstəlik, baldır art-vena stenozu. yanaşı xəstəliklər: I70.2-ətraf arteriyalarının aterosklerozu, II dərəcə xroniki işemiya, ateroskleroz” qeyd edilmişdir. Həmin göndəriş əsasında iddiaçının əlilliyi cavabdeh tərəfindən ##.##.2024-cü il tarixdə qiymətləndirilərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən “Göndərişin natamam doldurulması barədə” ##.##.2024-cü il tarixli qərar qəbul edilmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI Birinci instansiya məhkəməsində icraat Iddiaçı İddiaçı cavabdeh Cavabdeh X2rşı “qərarın ləğv edilməsi və əlilliyin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının 1995-ci ildən 2021-ci ilədək olan müddətdə 26 il Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə 2-ci dərəcəli əlilliyi nəzərə alınaraq ona müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xxxxnin ##.##.2024-cü il tarixli qərarın ləğv edilməsi və iddiaçıya ##.##.2024-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar orqanizm funksiyalarının 35-60% pozulmasına görə bir il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.1969-cu ildə anadan olmuş və Qarabağ döyüşlərində 1993-cü ilin dekabr ayının 27-də aldığım güllə yarasından sonra hərbi xidmətə yararsız hesab olunaraq təxris edilmişdir. Iddiaçının aldığı xəsarəylərlə bağlı 1995ci ildən 2-ci dərəcəli əlillik təyin olunmuş və bu xəsarətin səbəbi kimi Azərbaycan Respublukasının ərazi bütövlüyü ilə əlaqədar qeyd olunmuşdur. Iddiaçıya əlillik aşağıdakı diaqnoz əsasında təyin edilmişdir: dizaltı arteriyanın travması, hər iki aşağı ətrafın güllə yaralanmasının nəticələri, sağ dizaltı arteriyanın postravmatik apevrizmasına görə avtonevoplastikası, sağ dizaltı arteriyanın əməliyyatdan sonrakı vəziyyəti, aşağı ətraf arteriyasının emboliya və trombozu, tobiteriyasiya üsən trambanqit, (Buerqer xəstəliyi) stenokardiyanın digər formaları. Iddiaçıya sonuncu dəfə 2016-cı ildə 5 illik müddətə əlilllik dərəcəsi təyin olunmuş və əlillik müddəti başa çatandan sonra o, tibb müəssisəsinə müraciət edərək yeni tibbi göndərişin verilməsinə nail olmuşdur. Lakin cavabdeh orqan iddiaçının 26 il 2-ci dərəcəli əlil kimi pensiya almasına baxmayaraq hər dəfə bir səbəb gətirməklə ona müddətsiz əlilliyin təyin edilməsindən imtina etmişdir. Sonuncu dəfə ##.##.2024-cü il tarixdə cavabdeh tibbi göndərişi geri qaytarmış və bunu göndərişin natamam doldurulması ilə əsaslandırmışdır. Cavabdehin imtinası tam əsassızdır, belə ki, cavabdeh orqan 2016-cı ildən iddiaçıya əlillik dərəcəsini 5 illik deyil, müddətsiz təyin etməli olduğu halda bunu etməmiş və indidə bu səhvi düzəltmək və iddiaçıya əlilliyin müddətsiz təyin etmək əvəzinə artıq 3 ildir ki, onun barəsində olan tibbi göndərişi geri qaytarır, halbuki cavabdeh iddiaçının hüquqlarını pozmuş və bu pozuntunu aradan qaldırmaq əvəzinə ona qarşı bu hərəkətləri bu gün də davam etdirir. Iddiaçı belə hesab edir ki, cavabdehin hərəkəti qanunsuz hesab edilməli və ona müddətsiz əlilliyin təyin olunması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək bildirmişdir ki, Quba rayon sakini ##.##.1969-ci il təvəllüdlü İddiaçı (FIN:*******) əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir(unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.1994-cü il tarixli *** nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Sol budun və baldırın orta 1/3-nin sağ baldırın orta 1/3-nin yumşaq toxumalarının dəlib-keçən odlu silah güllə yaralanması nəticəsində sağ dizaltı arteriyanın və venaın zədələnməsi. Sağ dizaltı yalançı anavrizmasının partalamasından sonrakı vəziyyət, rekonstruksiyası, autovenoztransplantasiyadan və tromboektomiyadan sonrakı vəziyyət” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı aşağı ətrafda sol budun, sol baldırın yuxarı 1/3-də, sağ baldırın yuxarı və orta 1/3- ni əhatə edən 15 sm x4 sm ölçüdə toxuma defekti ilə çapıqlar izlənilmiş, sol budun yuxarı 1/3-də 10 sm, sağ baldırın tış və arxa səthində 20-25 sm ölşüdə əməliyyat çapıqları izlənilmiş, hər iki ayaqarxasında nəbz dolğun əllənmiş, hərəki sınaqları normal icra etmiş, əlillik təyinatına əsas verən patofunksional pozuntu və hərəki məhdudiyyət aşkar edilməmişdir. Təqdim edilmiş Azərbaycan Respublikası Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini Idarərtmə Birliyi” (TƏBIB) X7 ##.##.2022-##.##.2022-ci il tarixli Çıxarışda diaqnoz “Aşağı ətrafların varikoz xəstəliyi. Hər iki böyük dizaltı venanın varikozu. II (ikinci) dərəcəli xroniki venoz çatışmazlıq. Ateroskleroz. Baldır arteriyasının stenozu. II (ikinci) dərəcəli xroniki işemiya” kimi qeyd olunmuşdur. ƏƏSMN tabeliyində DTSERA-da ##.##.2022-ci il tarixdə Transtorakal Exokardioqrafiya müayinəsi aparılmış, nəticəsi “Aorta sərtləşib. Çıxan aorta (3,7sm) və aorta kökü (3,7sm) cüzi genişləniblər. Sağ qulaqcığın cüzi genişlənməsi (19sm2). Sol mədəciyin sistola-diastolik ölçüləri böyüməyib, diastolik funksiya relaksativ tipdə pozulub, seqmentar divar hərəkət pozğunluğu qeyd olunmur, sistolik funksiya azalmayıb (LVEF=58%). Aortal və Mitral qapaqlar cüzi fibrotikdir. Min TR. Min MR. Min AR. Perikard təmizdir” kimi müəyyənləşdirilmiş, ƏƏSMN tabeliyində DTSERA ##.##.2022-ci il tarixli Aşağı ətraf arteriyaların dopplerografiyası müayinəsi aparılmış, nəticə “Trifazik axımlar” kimi müəyyənləşdirilmişdir. Anamnestik məlumatlarda, obyektiv və instrumental müayinələrin nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2015-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Məhkəmənin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadına əsasən Quba rayon Mərkəzi Xəstəxanası hazırkı iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin (hakim - Qəşəm Məmmədli) ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnin ## ###### 2024-cü il tarixli qərarı ləğv edilmiş, iddiaçı İddiaçı ## ###### 2024-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar orqanizm funksiyalarının 35-60 faiz pozulmasına görə bir il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh X2 üzərinə qoyulmuşdur. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə aşağıdakı kimi öz əksini tapmışdır: 2.6.1. ateroskleroz - I70. Qiymətləndirmə: 2.6.1.1 IIB dərəcəli işemiya, seqmentar okklüziya və ya stenozun (65%-dən çox) mövcudluğu ilə, ABI 0,75-0,50 aralığında olduqda. Göründüyü kimi, iddiaçıya əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Cavabdeh inzibati orqan iddiaçının müraciətinə baxılan zaman əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğuna baxmayaraq, bunu etməmişdir, öz təşəbbüsü ilə əlavə sübutlar toplamamışdır. Məhkəmə cavabdeh inzibati orqan tərəfindən göndərişin natamam doldurulması barədə qərar qəbul edilməsinə münasibətdə qeyd edir ki, cavabdeh tərəfindən qəbul edilmiş mübahisələndirilən qərarda natamamlıq və yanlışlığın nədə təzahür etməsi tam dəqiqliklə göstərilmir. Eyni zamanda cavabdeh inzibati orqan göndərişlə bağlı natamam məlumatların tamamlanmasını, eləcə də yol verildiyi bildirilən yanlışlığın aradan qaldırılmasını təmin etmək məqsədi ilə aidiyyəti quruma müraciət etməli və müvafiq məlumatların təqdim olunmasını tələb etməli idi. Lakin cavabdeh tərəfindən qeyd olunanlara əməl edilmədən göndərişin natamam dolduruması barədə qərar qəbul edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, analoji işlərdə məhkəmənin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliklərin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Göndərişdə qeyd olunan diaqnoz “Göndərişin natamam doldurulması” halında məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın təqdim olunmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə üçüncü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBIQ EDILƏN HÜQUQ: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. ... 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ... 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra - Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: ... 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: ... 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; ... 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “ HYPERLINK "https://e-qanun.az/framework/49623" \l ":~:text=t%C9%99sdiq%20edilmi%C5%9Fdir.- ,%C6%8Flilliyin%20m%C3%BC%C9%99yy%C9%99n%20olunmas%C4%B1%20meyarl ar%C4%B1,-1.%20%C3%9Cmumi%20m%C3%BCdd%C9%99alar" \o "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı" \t "_blank" Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və HYPERLINK "https://eqanun.az/framework/44232" \l "%C9%99lav%C9%99" \t "_top" “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri” nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası: 1.3. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini Idarəetmə Birliyinin rəsmi internet saytında yerləşdirilir. 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; ... 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimihəkim-məsləhət komissiyasına müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən, xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (IPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (IPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, habelə prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Işdən görünür ki, cavabdeh tərəfindən iddiaçının əlilliyi ##.##.2024-cü il tarixdə qiymətləndirilərək ona “göndərişin natamam doldurulması” barədə imtina cavabı verilmişdir. Cavabdeh orqanın imtina qərarı barədə ##.##.2024-cü il tarixdə iddiaçının mobil telefon nömrəsinə SMS göndərmişdir. Iddiaçı verilən imtina ilə razılaşmayaraq, cavabdehin ##.##.2024-cü il tarixli qərarının ləğv edilməsi və ona əlillik dərəcəsinin təyin edilməsi tələbi ilə 30 gün ərzində ##.##.2024cü il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə müraciət etmişdir. Iş materiallarından müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı aldığı hərbi travma ilə əlaqədar uzun illər ərzində əlilliyi olan şəxs kimi tanınmış, ona müxtəlif dövrlərdə əlillik təyin edilmişdir. Sonuncu dəfə əlilliyin qiymətləndirilməsi ilə bağlı təqdim edilmiş tibbi-sosial ekspertiza göndərişi əsasında cavabdeh inzibati orqan tərəfindən ## ###### 2024-cü il tarixdə göndərişin natamam doldurulduğu əsas gətirilərək əlilliyin müəyyən edilməsindən imtina olunmuşdur. Birinci instansiya məhkəməsində icraat zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xxxx publik hüquqi şəxs tərəfindən iddiaçının əyani müayinəsi keçirilərək ##.##.2025-ci il tarixli T***/**** nömrəli ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı “Quba rayon mərkəzi xəstəxanasf’nda tərtib edilmiş ##.##.2024-cü il tarixli, R********XSP №-li, Forma 88 göndərişdə XBT10 kodu ilə qeyd edilən “Əsas diaqnoz: I83.9aşağı ətraf venalarının xora və ya iltihabı proses müşahidə olunmadan varikoz genəlməsi, aşağı ətrafların varikoz xəstəliyi, hər iki böyük dəri altı venalarının varikozu. Ağırlaşma: I87.2- (xroniki) (periferik) venoz çatmamazlıq, III xroniki venoz xəstəlik, baldır art-vena stenozu. Yanaşı xəstəliklər: I70.2-ətraf arteriyalarının aterosklerozu, II dərəcə xroniki işemiya, ateroskleroz” diaqnoz ona stasionarda anamnestik, klinik və laborator instrumental müayinələrin əsasında müəyyən edilmişdir. Əsas xəstəlik ağırlaşdığından xroniki hala keçmiş və bu səbəbdən də onun həmin xəstəliklərdən əziyyət çəkməsini hazırda da inkar etmək mümkün deyildir. Kollegiya qeyd edir ki, cavabdeh iddiaçıya qoyulmuş diaqnozun əlillik əlaməti təyin etmədiyini qeyd etsə də, tibb müəssisəsi tərəfindən iddiaçı barəsində tərtib edilmiş R********XSP nömrəli göndəriş, məhkəmə-tibbi ekspertizasının rəyinin qarşılıqlı təhlilindən müəyyən edilir ki, hazırda iddiaçıda göndərişdə göstərilən xəstəlik aşkar edilir. Belə ki, I70 kodlu xəstəlik isə AR Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın Qan dövranı sisteminin xəstəlikləri” bölməsinin 2.6.1.1-ci bəndinə əsasən orqanizmin funksiyalarının pozulmasına görə əlilliyin təyin edilməsinə əsas verən xəstəliklərə aiddir. “Əlilliyin müəyyən olunması meyarları”nın həmin bəndindən görünür ki, I70 kodlu xəstəlik: - IIB dərəcəli işemiya, seqmentar okklüziya və ya stenozun (65%-dən çox) mövcudluğu ilə, ABI 0,75-0,50 aralığında olduqda orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə 1 il müddətinə əlilliyin təyin edilməsinə əsas verir. Beləliklə, qeyd olunanlara əsasən iddiaçıda I70 xəstəliyin “Əlilliyin müəyyən olunması meyarları” nın 2.6.1.1-ci bəndində qeyd olunduğu kimi - IIB dərəcəli işemiya, seqmentar okklüziya və ya stenozun (65%-dən çox) mövcudluğu ilə, ABI 0,75-0,50 aralığında olduqda kimi patofunksional əlamətlərlə müşahidə edildiyi müəyyən edilir. Cavabdeh apellyasiya şikayətinin dəlillərində əlavə olaraq bildirmişdir ki, məhkəmə xüsusi bilik tələb edən sahədə qərar çıxararaq cavabdehin diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “Inzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən, diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni, əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bu mənada, apellyasiya şikayətinin həmin dəlili əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”nın 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, tibbi-sosial ekspert komissiyası bu barədə altsistemdə müvafiq qeyd aparmaqla bildirişi göndərişi rəsmiləşdirmiş komissiyaya göndərməlidir. Həmin norma göndərişdə çatışmazlıq aşkar edildiyi halda əlilliyin müəyyən edilməsindən imtina edilməsini deyil, çatışmazlıqların aradan qaldırılması üçün aidiyyəti tibb müəssisəsi ilə qarşılıqlı fəaliyyət göstərilməsini nəzərdə tutur. Iş materiallarında cavabdeh inzibati orqan tərəfindən göndərişdə hansı konkret məlumatların natamam və ya yanlış göstərildiyinin əsaslandırıldığına, eləcə də həmin çatışmazlıqların aradan qaldırılması məqsədilə göndərişi tərtib etmiş tibb müəssisəsinə müraciət edildiyinə dair sübutlar mövcud deyildir. Cavabdeh yalnız ümumi xarakterli istinadla kifayətlənmiş, natamamlığın mahiyyətini açıqlamamışdır. Bu isə inzibati aktın əsaslandırılması və qanunilik tələblərinə uyğun hesab edilə bilməz. Beləliklə, işin qeyd edilən hallarına əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti rədd edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-684/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-684/2026
08.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver