Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-685/2026 18.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Mənsimova Ayan Mürşüd qızının katibliyi, iddiaçı Səlimov İnqilab İmran oğlunun, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi nümayəndə1 iştirakı ilə, İddiaçı Səlimov İnqilab İmran oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI: İddiaçı Səlimov İnqilab İmran oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, ##.##.1993-cü il tarixindən ##.##.1997-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmamış pensiya kapitalı əsasında əmək pensiyasının yenidən hesablanması və yenidən hesablama nəticəsində yaranmış fərq məbləğinin əvvəlki dövrlərdə daxil olmaqla ##.##.2023-cü il tarixdən hesablanıb ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ## ###### 1993-cü il tarixdən ## ###### 1997-ci il tarixədək olan dövrlərin dövlət sosial sığorta stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, ona avtomatlaşdırılmış qaydada ##.##.2023 cü ildə pensiya təyin olunub. Lakin ##.##.1993-cü il tarixindən ##.##.1997cü il tarixinədək əmək fəaliyyət dövrü nəzərə alınmamışdır. Cavabdehə müraciət etmişdir, imtinanın əsası həmin dövrlərdə işlədiyi yerin işğal zonası sayılmasıdır. Dövlət Arxivi erməni millətçiləri tərəfindən məhv edildiyi halda, iddiaçının həmin dövrdəki əmək fəaliyyəti üzrə hər hansı arxiv məlumatının əldə olunması mümkünsüzdür. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçı İ.Səlimov tərəfindən təqdim edilən sənədlərin surətində qeyd olunmuş məlumatlara əsasən əmək fəaliyyəti dövrü, o cümlədən ##.##.1977-ci il tarixindən ##.##.1979-cu il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla ##.##.2006-cı il tarixinə kimi faktiki sığorta stajı 24 il 2 ay 22 gün olduğu halda, iddiaçıya Qanunun 22-1.1-ci maddəsinin tələblərinə əsasən 25 il sığorta stajı nəzərə alınmışdır. Həmçinin bildirilir ki, iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş ##.##.1993-cü il tarixindən ##.##.1997-ci il tarixinədək Xələc kənd orta məktəbində əmək fəaliyyəti dövrü 2020-ci ilə qədər işğal zonası sayılan ərazidə olduğundan sözügedən dövrün sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: “xxxx” MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli arayışdan görünür ki, Arayış verilir ##.##.1958-ci il təvəllüdlü Səlimov İnqilab İmran oğluna, ondan ötrü ki o, həqiqətən keçmiş “Sumqayıt İEM-2”-də: ##.##.1975-ci il tarixdən ##.##.1977-ci il tarixədək (Əmr № ***-ji) Elektrik sexində elektrik montyoru; ##.##.1979-cu il (Əmr № *** k) tarixdən ##.##.1979-cu il tarixədək (Əmr № ***-k) Elektrik sexində elektrik montyoru vəzifəsində zərərli iş şəratində işləmişdir. İ.İ.Səlimovun müəssisədə zərərli iş şəraitindəki əmək stajı 1 il 6 ay 2 gün təşkil edir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** saylı Qərarı ilə təsdiq edilmiş 24-cü bölməsinin a bəndinə əsasən (qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri) güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. “xxxx” ASC-nin ##.##.2002-ci il tarixli 13 №li əmrinə əsasən “Sumqayıt İEM-2” hüquqi şəxs kimi ləğv edilmişdir. “xxxx” ASC-nin ##.##.2002-ci il tarixli 43 №li əmrinə əsasən yeni hüquqi şəxs “Sumqayıt İEM-1-2” MMC yaranmışdır. “xxxx” ASC-nin ##.##.2004-cü il tarixli 52 № li əmrinə əsasən “Sumqayıt İEM-1-2” MMC “Sumqayıt İstilik Elektrik Mərkəzi” MMC adlandırılmışdır. “xxxx” ASC-nin ##.##.2006-cı il tarixli AÜ/*** saylı əmrinə əsasən “Sumqayıt İstilik Elektrik Mərkəzi” MMC “xxxx” MMC adlandırılmışdır. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı rayon şöbəsi tərəfindən verilmiş *** nömrəli, ##.##.2025-ci il tarixli arayışdan görünür ki, 1958-ci il təvəllüdlü Səlimov İnqilab İmran oğlu ##.##.1977-ci il tarixdən ##.##.1979-cu il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. xxxx Azərbaycan Boru Yayma Zavodu tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, AZB **/*** saylı arxiv arayışından görünür ki, “xxxx“ ASC-nin arxiv sənədlərinə əsasən, ##.##.1958-ci il təvəllüdlü Səlimov İnqilab İmran oğlu ##.##.1979-cu il tarixində Azərbaycan Boruyayma zavodunun Boruyayma sexində metal hazırlama sahəsinə 3-cü dərəcəli presləyici-kəsici peşəsinə işə qəbul edilmişdir. Əmr M 430, ##.##.1979-cu il. ##.##.1981-ci il tarixində Azərbaycan SSR Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. Əmr № **, ##.##.1981-ci il İşlədiyi müddətdə ödənişsiz məzuniyyətdə olmamışdır. Əsas: “xxxx” ASC-nin arxiv sənədləri. “xxxx“ Dövlət Şirkətinin sərəncamına əsasən ##.##.1993-cü ildə Azərbaycan Boruyayma zavodunun bazasında “xxxx“ İstehsalat Birliyi yaradılmışdır. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin *** saylı ##.##.1998-ci il tarixli sərəncamı ilə ##.##.1998-ci il tarixdə “xxxx“ İstehsalat Birliyinin bazasında “xxxx” ASC yaradılmışdır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X2 Zəngəzur Regional Təhsil İdarəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, *-**- **/*-**/**** saylı arayışdan görünür ki, Səlimov İnqilab İmran oğlu 1993-cü il tarixdə rayonun işğalından əvvəl pedaqoji sahədə işləməsi haqqında dövlət sənədləri, işğal dövründə Qubadlı rayonunda qalmış və hal-hazırda Şərqi Zəngəzur Regional Təhsil İdarəsində onun işləməsi barədə heç bir təsdiqləyici arxiv sənədi yoxdur. İşğal dövründən sonra isə vətəndaşın müraciətinə uyğun olaraq araşdırma aparılmışdır. Məlum olmuşdur ki, vətəndaş ## #### 1994-cü il tarixdə 83 §* nömrəli , yaranmış vəziyyətlə bağlı ixtisaslı müəllim çatışmadığı üçün məktəb direktorlarına ixtisası üzrə əlavə dərs saatları tədris etmələrinə icazə verilən əmrə əsasən Qubadlı rayon B.Əsgərov adına Xələc kənd tam orta məktəbində 7 saat biologiya dərsi aparmışdır. ## ###### 1997-ci il tarixdə *** nömrəli əmrlə məktəb fəaliyyət göstərmədiyi üçün direktor vəzifəsindən azad edilmiş və Qubadlı rayon Təhsil şöbəsi yanında Təsərrüfat istismar qrupuna rəis vəzifəsinə təyin olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçı Səlimov İnqilab İmran oğlunun ## ###### 1993-cü il tarixdən ## ###### 1997-ci il tarixədək işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır (hakim Mehriban Mahmudlu-Abbaszadə). Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia tələbinə etiraz ilə eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X2 Zəngəzur Regional Təhsil İdarəsi tərəfindən iddiaçı İ.Səlimova verilmiş ##.##.2026-cı il tarixli *-**- **/*-**/**** nömrəli arayışda qeyd olunmuşdur ki, Səlimov İnqilab İmran oğlu 1993-cü il tarixdə rayonun işğalından əvvəl pedaqoji sahədə işləməsi haqqında dövlət sənədləri, işğal dövründə Qubadlı rayonunda qalmış və hal-hazırda Şərqi Zəngəzur Regional Təhsil İdarəsində onun işləməsi barədə heç bir təsdiqləyici arxiv sənədi yoxdur. İşğal dövründən sonra isə vətəndaşın müraciətinə uyğun olaraq araşdırma aparılmışdır. Məlum olmuşdur ki, vətəndaş ## #### 1994-cü il tarixdə 83 §* nömrəli, yaranmış vəziyyətlə bağlı ixtisaslı müəllim çatışmadığı üçün məktəb direktorlarına ixtisası üzrə əlavə dərs saatları tədris etmələrinə icazə verilən əmrə əsasən Qubadlı rayon B.Əsgərov adına Xələc kənd tam orta məktəbində 7 saat biologiya dərsi aparmışdır. ## ###### 1997-ci il tarixdə *** nömrəli əmrlə məktəb fəaliyyət göstərmədiyi üçün direktor vəzifəsindən azad edilmiş və Qubadlı rayon Təhsil şöbəsi yanında Təsərrüfat istismar qrupuna rəis vəzifəsinə təyin olunmuşdur. Göründüyü kimi Təhsil İdarəsinin məktubunda # #### 1994-cü il tarixdə 83 §* nömrəli əmrə istinad olunmuş, eyni zamanda iddiaçının əmək fəaliyyəti ilə bağlı məlumat qeyd olunsa da, bununla belə, arayışa sözügedən məlumatların təqdim edilməsinə əsas olan sənədlər (əmrlər kitabından çıxarış və.s) əlavə edilməmişdir. Birinci instansiya məhkəməsi qeyd olunan məsələləri araşdırmamış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirmədən əsassız olaraq iddianı təmin etmişdir. Buna görə də hesab edilir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə işin faktiki halları baxımdan əsassız olduğundan iddia təmin olunmamalıdır. b) Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... III. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: ... 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il ######ın #-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) .... Maddə 32.1-1 Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: v) hərbi (alternativ) xidmət… ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; .... Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. 1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. “İnzibati icraat haqqında” Qanun: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANIN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXIŞININ HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hazırki iş üzrə iddiaçının hüquqi marağı ## ###### 1993-cü il tarixdən ## ###### 1997-ci il tarixədək olan dövrlərin sosial sığorta stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanmasına nail olmaqdan ibarətdir. Cavabdeh inzibati orqan iddiaçının ##.##.1993-cü il tarixindən ##.##.1997-ci il tarixinədək Xələc kənd orta məktəbində əmək fəaliyyəti dövrünün 2020-ci ilə qədər işğal zonası sayılan ərazidə olduğundan sözügedən dövrün sığorta stajına daxil edilməsinin mümkün olmamasına istinad etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır və dövlət bu hüququn həyata keçirilməsini təmin edir. Sosial təminat hüququnun təmin olunması dövlətin sosial siyasətinin mühüm istiqamətlərindən biri olmaqla yanaşı, inzibati orqanların fəaliyyətində vətəndaşların sosial hüquqlarının qorunmasına yönəlmiş qərarların qəbul edilməsini tələb edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş yaş həddinə çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, belə imkan olmadıqda isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ yaranır. Belə ki, iddiaçının əmək fəaliyyətinin baş verdiyi dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə əsasən iş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli *** saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin müddəalarına əsasən də əmək stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır və yalnız əmək kitabçası olmadıqda və ya bu kitabçada müvafiq qeydlər olmadıqda digər sənədlərdən istifadə olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1996-cı il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları”na əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən də işçinin əmək fəaliyyəti haqqında əsas sənəd əmək kitabçasıdır. Habelə, hazırda qüvvədə olan “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1 və 4.1.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı 2006-cı il ######ın #-dək olan dövr üzrə nəzərə alınan sosial sığorta stajı “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə, mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir. Kollegiya hesab edir ki, "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 69-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1992-ci il tarixli *** saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə əsasən əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçalarına yalnız o halda zərurət yaranırdı ki, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmasın. Bundan başqa, kollegiya qeyd edir ki, adı çəkilən Əsasnamədə əmək kitabçasında olan məlumatların mütləq başqa sənədlərlə təsdiq olunması, əks halda əmək kitabçasının sübut kimi qəbul edilməməsi barədə göstəriş yoxdur. Əsasnamənin 25-ci bəndində tələb olunur ki, əmək kitabçasında olan qeydlər, həmin əmək kitabçasının doldurulma gününə qüvvədə olan idarə, müəssisə və təşkilatlarda əmək kitabçalarının doldurulma qaydaları barədə təlimatın tələblərinə müvafiq olaraq aparılmalıdır. Əgər əmək kitabçasında və digər sənədlərdə aparılan qeydlər müəyyən edilmiş qaydalara tam riayət edilməklə aparılmamışsa, bu halda onların əmək stajının təsdiqi üçün əsas kimi qəbul edilməsinin mümkünlüyü məsələsini pensiya təyin edən orqan həll edir. Baxılan işdə iddiaçının əmək kitabçasında, əmək kitabçalarının doldurulma qaydalarına uyğun olaraq onu vermiş müəssisə, hansı vaxtda, hansı vəzifələrdə işləməsi, işə təyin olunması və azad edilməsi, əmrlərin tarixləri və nömrələri ardıcıl olaraq göstərilmiş, səlahiyyətli şəxslər tərəfindən imzalanmış və işlədiyi müəssisələrin möhürləri ilə təsdiqlənmişdir. Həmçinin nəzərə alınmalıdır ki, hazırda qüvvədə olan pensiya qanunvericliyi də, əmək kitabçasını stajın müəyyən olunması üçün sübut kimi qəbul edir. Normativ hüquqi aktların sistemli təhlilindən görünür ki, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd olmaqla həmin sənəddə aparılmış qeydlər iş stajının müəyyən edilməsi üçün əsas sübut hesab edilir. Kollegiya qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlər və dəlillər onların həqiqətə uyğun olmadığı sübuta yetirilmədikdə mötəbər hesab olunur. Hazırkı iş üzrə iddiaçının əmək kitabçasında olan məlumatların həqiqətə uyğun olmadığını göstərən hər hansı sübut cavabdeh inzibati orqan tərəfindən təqdim edilməmişdir. Bu səbəbdən həmin sənəddə göstərilən məlumatlar mötəbər sübut kimi qəbul edilməli və iddiaçının sosial sığorta stajı müəyyən edilərkən nəzərə alınmalıdır. İddiaçının iş fəaliyyətini təsdiq edən IT-İ seriyalı ******* nömrəli əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Eləcə də iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X2 Zəngəzur Regional Təhsil İdarəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, *-**-**/*-**/**** saylı arayışdan görünür ki, Səlimov İnqilab İmran oğlunun 1993-cü il tarixdə rayonun işğalından əvvəl pedaqoji sahədə işləməsi haqqında dövlət sənədləri, işğal dövründə Qubadlı rayonunda qalmış və hal-hazırda Şərqi Zəngəzur Regional Təhsil İdarəsində onun işləməsi barədə heç bir təsdiqləyici arxiv sənədi yoxdur. İşğal dövründən sonra isə vətəndaşın müraciətinə uyğun olaraq araşdırma aparılmışdır. Məlum olmuşdur ki, vətəndaş ## #### 1994-cü il tarixdə 83 §* nömrəli, yaranmış vəziyyətlə bağlı ixtisaslı müəllim çatışmadığı üçün məktəb direktorlarına ixtisası üzrə əlavə dərs saatları tədris etmələrinə icazə verilən əmrə əsasən Qubadlı rayon B.Əsgərov adına Xələc kənd tam orta məktəbində 7 saat biologiya dərsi aparmışdır. ## ###### 1997-ci il tarixdə *** nömrəli əmrlə məktəb fəaliyyət göstərmədiyi üçün direktor vəzifəsindən azad edilmiş və Qubadlı rayon Təhsil şöbəsi yanında Təsərrüfat istismar qrupuna rəis vəzifəsinə təyin olunmuşdur. Kollegiya qeyd edir ki, iddiaçının mübahisələndirilən dövrlərdə əmək fəaliyyəti ilə məşğul olması əmək kitabçası ilə öz təsdiqini tapmışdır. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının ##.##.1993-cü il tarixindən ##.##.1997-ci il tarixinədək Xələc kənd orta məktəbində əmək fəaliyyəti dövrü 2020-ci ilə qədər işğal zonası sayılan ərazidə olduğundan sözügedən dövrün sığorta stajına daxil edilməsinin mümkün olmamasına istinad olunmuşdur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əlavə olaraq hesab edir ki, iddiaçının məsuliyyət sferasına aid olmadığı və təqsirkar davranışına bağlı olmadığı hallarda, onun əmək kitabçasında qeyd edilən iş stajının cavabdeh tərəfindən yoxlanılmasının bu və ya digər səbəbdən mümkün olmaması, xüsusən də hazırkı mübahisəyə münasibətdə iddiaçının əmək fəaliyyətinin müəyyən dövrünün Qubadlı rayonunun işğal altında olduğu dövrə təsadüf etməsi iddiaçının təqsiri ilə bağlı olmayan hal kimi nəzərə alındıqda, iddiaçının hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz. Kollegiya qeyd edir ki, cavabdeh inzibati orqanın iddiaçının pensiyasını yenidən hesablamaqdan imtina edərək irəli sürdüyü dəlillər iddiaçının məsuliyyət daşıdığı məsələ olmamaqla onun sosial təminat hüququnun əsassız məhdudlaşdırılmasına səbəb olmamalıdır. Belə ki, sözügedən sənədlərin düzgün tərtib edilməsi və arxivə təhvil verilməsi səlahiyyətli inzibati orqanların məsuliyyət daşıdığı məsələdir. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən istinad olunan dəlillər iddiaçı ilə çalışdığı müəssisə arasındakı əmək münasibətlərinin mövcudluğunu istisna edən hal kimi qiymətləndirilə bilməz. İddiaçının qeyd olunan dövrlərdə işləməsi barədə əmək kitabçasında məlumatlar mövcud olduğundan, həmin məlumatların mötəbərliyi şübhə doğurmadığından, həmçinin cavabdeh tərəfindən iddiaçının sözügedən müəssisədə işləməsini təkzib edən sübutlar təqdim edilmədiyindən, həmin dövrlər iddiaçının əmək stajına daxil edilməlidir. Göründüyü kimi iddiaçıya münasibətdə cavabdehin mübahisələndirdiyi dövrlər barədə qeydlər əmək kitabçasında öz əksini tapmışdır. Cavabdeh tərəfindən isə həmin sənədlərdə əks olunmuş məlumatların mötəbərliliyini şübhə altına alan heç bir dəlil məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin mübahisələndirdiyi həmin dövrlər iddiaçıya münasibətdə sosial sığorta stajına daxil edilməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçının qeyd olunan dövrlərdə iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Beləliklə də, kollegiya hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən ## ###### 1993-cü il tarixdən ## ###### 1997-ci il tarixinədək dövrlər iddiaçının sığorta stajına daxil edilməlidir. Həmçinin yuxarıda qeyd olunduğu kimi cavabdeh tərəfindən həmin sənədlərdə əks olunmuş məlumatların mötəbərliliyini şübhə altına alan heç bir dəlil məhkəməyə təqdim edilməmişdir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə cavabdeh inzibati orqanın imtinası əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.