Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-687/2026 17.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hacıyev Vahid Məcid oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026cı il tarixli e-*-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: IŞIN HALLARI “Azərkimya” Istehsalah Birliyi “Etilen-Polietilen” zavodu tərəfindən verilmiş *** nömrəli, ##.##.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı ## #### 2000-ci il tarixdən ## #### 2010cu il tarixədək Sumqayıt “Sintezkauçuk” zavodunun BT və SH Izolyasiya sexlərində, buxar, su təchizatı, hazırlığı və kanalizasiya sexinin izolyasiya sahəsində izoləedici (antikorroziya tərkiblərinin işçiləri) peşəsində işləmişdir.Təqdim edilən cədvəldə xüsusi ağır zərərli sexlər üzrə işlədiyi iş günləri qeyd edilmişdir. Azərkimya” Istehsalah Birliyi “Etilen-Polietilen” zavodu tərəfindən verilmiş *** nömrəli, ##.##.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı ## ###### 1984-cü il tarixdən ## ###### 1985-ci il tarixədək tam iş günü Sumqayıt “Sintezkauçuk” zavodunun Butilkauçuk istehsalatının П-7 sexində aparatçı peşəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli qərarının VIII bölməsinin 1080A010 şifrinə əsasən (sintetik, kauçuklar) istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. Azərkimya” Istehsalah Birliyi “Etilen-Polietilen” zavodu tərəfindən verilmiş ** nömrəli, ##.##.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı Sumqayıt “Sintezkauçuk” zavodunda işlədiyi müddətdə aşağıda göstərilən tarixlərdə sosial və ödənişsiz məzuniyyətdə olmuşdur. ##.##.2000-##.##.2001, ##.##.2002-##.##.2003, ##.##.2008-##.##.2008, ##.##.2008 - 1 gün. “Azərkimya” Istehsalah Birliyi “Etilen-Polietilen” zavodu tərəfindən verilmiş **/**-** nömrəli, ##.##.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı ## #### 2010-cu il tarixdən ## ###### 2011-ci il tarixinə kimi tam iş günü “Azərikimya” Istehsalat Birliyinin ** saylı Təmir-tikinti sahəsində izolyasiyaçı-örtükçü peşəsində işləyib. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** saylı qərarının 29-cu bölməsinin a bəndinə əsasən (izolyasiyaçılar-plyonkaçılar) güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. Birinci instansiya məhkəməsində icraat Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə, ona 55 yaşının tamamında, ##.##.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıya 59 yaşının tamam olduğu ##.##.2025-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh orqan - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı özünün 3-17-1/2-Y-******/**** №-li ##.##.2025-ci il tarixli məktub ilə iddiaçıya güzəştli şərtlərlə əmək pensiya təyin olunmasından imtina edərək, sənədləri “DOST xidmət”i vasitəsi ilə geri qaytarılmışdır. Cavabdeh orqan imtinaya əsas kimi, güzəştli staja dair “Azərikimya” IB-nin “Etilen-Polietilen zavodu”nun ona verdiyi arayışlarda ##.##.2000-##.##.2010-ci il tarixləri arasındakı dövr ərzində Buxar təchizatı və su hazırlığı sexində, izolyasiya sexində və buxar, su təchizatı hazırlığı və kanalizasiya sexinin izolyasiya sahəsində izoləedici vəzifəsində işlədiyinin qeyd olunduğu, işlədiyi sahənin AR Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsi nəzərdə tutulmadığı, bu səbəbdən də güzəştli iş stajının olmaması ilə əsaslandırmışdır. Cavabdeh orqanın imtina cavabı ilə razı deyil. Iddiaçı İddiaçı ##.##.1966-cı ildə anadan olmuş, hazırda 59 yaşı var. Qeyd edir ki, ömür boyu əmək fəaliyyəti - kimyaçılar şəhəri sayılan Sumqayıtda kimya istehsalında zərərli istehsalat sahəsisayılan bir müəssisədə çalışmağı ilə bağlıdır. Belə ki, iddiaçı ##.##.1983-ci il tarixdən ##.##.1984-ci il tarixə kimi Sumqayıt şəhər ** №-li X2 Məktəbində peşə təhsili almış və “geniş profilli apparatçı” ixtisasına yiyələnmiş, Sumqayıt ”SK” zavodunda işə düzələrək, ##.##.1984-cü il tarixdən zavodun butilkauçuk və izobutilen istehsalatlarında aparatçı, ##.##.1985-##.##.1988-ci illərdə izobutelen istehsalında aparatçı, ##.##.1988-ci tarixdən “Sintezkauçuk” zavodunda elektorsexdə aparatçı, ##.##.1988-ci tarixdən J-66 sexində qazovşik, ##.##.1989-cu tarixdən “SK” zavodunun buxar təchizatı sexində qazovşik, ##.##.1994-ci il tarixdən həmin sexdə növbə ustası, ##.##.1998-ci il tarixdən həmin sexdə izolyasiya sahəsinin rəisi, ##.##.2000-ci il tarixdən buxar təchizatı və CH sexində izoləedici, ##.##.2005-ci il tarixdən izolyasiya sexində izoləedici, ##.##.2005-ci il tarixdən buxar sutəchizatı hazırlığı və kanalizasiya sexinin izolyasiya sexində izoləedici işləmişdir. Işlədiyi müəssisə Azərbaycan Respublikası Prezidentinin ##.##.2010-ci il tarixli sərəncamı ilə SOCAR-ın tabeliyinə keçmiş və onun bazasında “Azərikimya” IB-nin “TəmirTikinti” Idarəsi yaranmış və o ##.##.2010-cu il tarixdən həmin idarənin * saylı təmir tikinti sahəsində izolyasiya örtükçüsü, ##.##.2011-ci il tarixdən izoyasiya sahəsinə usta vəzifəsində işləmişdir. ##.##.2012-ci il tarixdən iddiaçı * saylı izolasiya sahəsinə usta vəzifəsinə keçirilmiş və hazırki dövrə kimi də həmin vəzifədə işini davam etdirir. Cavabdeh orqan imtinaya əsas kimi, güzəştli staja dair “Azərikimya” IB-nin “Etilen-Polietilen Zavodu”nun ona verdiyi ##.##.2021-ci il tarixli 214, 215, 216 və *** №-li arayışlarda ##.##.2000- ##.##.2010-ci il tarixləri arasındakı dövr ərzində buxar təchizatı və su hazırlığı sexində, izolyasiya sexində və buxar, su təchizatı hazırlığı və kanalizasiya sexinin izolyasiya sahəsində izoləedici vəzifəsində işlədiyinin qeyd olunduğu, işlədiyi sahənin AR Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsi nəzərdə tutulmadığı, bu səbəbdən də güzəştli iş stajımın olmaması ilə əsaslandırmışdır. Halbuki, zərərli istehsalat sahəsində çalışmağı ilə bağlı və istehsalatda güzəştli şərtlərlə pensiya təyin etmək hüquq verən arayışları cavabdeh təşkilata təqdim etmişdir. Bu güzəştli arayışların müddəti ##.##.1984-cü il tarixdən başlayır və ##.##.2010-ci il tarixin sonunda bitir, yəni bütün bu dövr cəmi 26 ilə yaxın müddət edir. Həmin arayışlarda işlədiyi peşənin (vəzifənin) güzəştli pensiya hüququ verən, ilkin dövrlərə münasibətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli 320№-li Qərarının VIII bölməsinin 1-ci bəndinin 1080A010 koduna əsasən * saylı siyahı üzrə güzəştli şərtlərlə pensiya hüququnun yaranmasını təsdiq edir, 2006-ci ildən sonrakı illərə münasibətdə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, 12 №- li Qərarı ilə təsiq edilmiş Siyahının 29-cu bölməsinin “a” bəndinə müəyyən ediliş sahənin və vəzifənin xüsusyətləri ilə eyniliyi qeyd edilir. Onu da qeyd edir ki, iddiaçı ilkin olaraq 2021-ci ilin iyun ayında (55 yaşının tamamında) cavabdeh orqana güzəştli şərtlərlə əmək pensiya təyin olunması ilə bağlı müraciət etmiş və cavabdeh orqan özünün ##.##.2021-ci il tarixli *********** №-li məktub ilə güzəştli şərtlərlə əmək pensiya təyin olunmasından imtina edərək sənədləri geri qaytarmışdır. Həmin məktubda, imtinaya əsas kimi, “fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyi” bildirilmişdir. Cavabdeh orqana görə, həmin vaxt əmək pensiyası təyinatı üçün pensiya kapitalının aşağı həddi iddiaçıya münasibətdə 46400,00 manat tələb olunduğu halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının cəmi 40497,10 manat təşkil etmişdir. Qeyd edir ki, cavabdeh orqan qərəzli olaraq iddiaçının fərdi sığorta hesabında olan pensiya kapitalını qəsdən azaldır və belə bir sual yaranır ki, necə ola bilər ki, ömür boyu ictimai faydalı iş ilə məşğul olasan, əmək haqqı alasan, lakin bu illər ərzində tutulan məcburi ödəmələr hesabına lazımı pensiya kapitalın yığılmasın. Belə ki, cavabdeh iddiaçının pensiya kapitalının 1983-2006-cı illər arasındakı əmək stajı dövrün hesabatını aparmamış, yalnız 2006-cı ildən sonrakı olan sosial sığorta dövrün hesabatını aparmış, eləcə də həmin dövrü qanunda nəzərdə tutulmuş qaydada indeksasiya etməmişdir. Belə olan halda cavabdeh orqan fərdi hesabın sığorta hissəsində elə birə alınmalı olan pensiya kapitalının hansı qaydada hesablama aparmasına dair ətrafli açıqlama verməlidir. Iddiaçı hesab edir ki, tam və düzgün hesablama aparılarsa, əmək pensiyasının pensiya təminatı üçün fərdi hesabımın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı təyinat aparılması üçün kifayətedici səviyyədə olar. Belə ki, 2025-ci ilin mart ayına olan iddiaçının fərdi (2006-2025 mart) sığorta hesabında 45029,51 manat pensiya kapitalı mövcuddur. Bu kapitalın üzərinə 1983-2006-cı illər arasındakı dövrdəki pensiya kapitalını da gəlsə, onda xeyli pensiya kapitalının yığıldığını görünər. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il ######ın #-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi şəxsi hesablarında nəzərə alınır. Iddiaçı zərərli işdə işlədiyi zaman, onun kimi eyni ilə eyni ixtisas və peşə üzrə işləyən qadın işçilərin güzəştli şərtlərlə pensiyaya çıxmalarını görmüş və ümid edirdi ki, onlar kimi zərərli işdə çalışmaq ilə nəzərdə tutulan ümumi və zərərli iş stajını (sığorta stajını) toplamaqla gələcəkdə güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququnu reallaşdıracaq. Qeyd edir ki, inzibati orqanın tətbiq etdiyi “imtina tendensiyası” əvvəllər mövcud olmamış, yalnız son illlərdə özünü biruzə vermişdir. Belə ki, iddiaçının kimi eyni ilə eyni ixtisas və peşə üzrə işləyən işçilər güzəştli şərtlərlə pensiyaya çıxmasına imtina edən cavabdeh orqan ilə razılaşmayan yüzlərlə işçilər, məhkəmə qaydasında öz hüquqlarının müdafiəsinə qalxmış və buna nail olmuşdurlar. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçının əmək fəaliyyəti ##.##.1983-cü il tarixdən başlayaraq hazırki dövrə kimi davam edir, ümumilikdə iş stajı 41 ildən çoxdur, bunlardan da zərərli sahədə güzəştli pensiya hüququ verən peşədə çalışmaq illəri 25 ildir, 1984-cü ilin avqustundan - ##.##.2010-cu ilin iyul ayınadək. Beləliklə, zərərli sahədə güzəştli pensiya hüququ verən peşədə çalışmaqla tələb olunan 20 il ümumi iş stajının qarşılığında iddiaçı 21 il 03 ay ümumi iş stajına, tələb olunan 10 il zərərli sahədə iş stajının qarşılığında isə 19 il 10 ay iş staja malik olmaqla 55 yaşın tamamında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququm yaranmışdır. Daha sonra, iddia tələbinə açıqlama təqdim edərək bildirmişdir ki, iş üzrə məhkəmənin ##.##.2026-cı il tarixli iclasında cavabdeh tərəf bəyan etmişdir ki, iddiaçının işlədiyi zərərli sahəyə dair ##.##.2000-ci il tarixdən başlayaraq ##.##.2010-cu il tarixədək dövr üzrə təqdim etdiyi cəmi 4 güzəştli arayış üzrə toplam olaraq 10 il 1 ay qazanılmış güzəştli iş stajı vardır kı, həmən arayışlarda iddiaçının ##.##.2000 - ##.##.2001-ci il dövr ərzində 7 ay 12 gün; ##.##.2002 - ##.##.2003-ci il dövr ərzində 9 ay 18 gün analiq məzuniyyətində olduğu göstərilir. Ümumilikdə isə 01 (bir) il 05 (beş) ay analıq məzuniyyətində olduğunuu nəzərə alaraq, analıq dövrü müddətinin iddiaçının güzəştli iş stajına deyil, yalnız ümumi iş stajını hesablandığnı nəzərə aldıqda, iddiaçı nəzərdə tutulmuş 10 il zərərli iş stajı müddətini toplaya bilmir. 10 il 1 ay - 1 il 5 ay = 8 il 6 ay. Beləliklə, cavabdeh tərəf bu arqumenti bəyan etməklə iddiaçının nəzərdə tutulmuş güzəştli iş stajını toplaya bilməməsi səbəbini əsas gətirməklə məhkəmənin diqqətini yanlış tərəfə yönəltmək istəyir. Iddiaçı tərəf olaraq bəyan edir ki, iddiaçının güzəştli iş stajı yalnız ##.##.2000-##.##.2010-cu il tarixədək olan dövr üzrə məhdudlaşmır. Belə ki, iş materiallarına əlavə edilmiş “Azərikimya” IB-nin “Etilen-polietilen” zavodunun digər güzəştli arayışlardan görünür ki, iddiaçı ##.##.1984-ci ildən ##.##.1988-ci il tarixədək dövr üzrə butil kauçuk və izobuliten istehsalat sahəsində “aparatçı” peşəsində işləmişdir və göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli *** №-li Qərarının VIII bölməsinin 1-ci bəndinin 1080A010 koduna əsasən, * saylı siyahı üzrə güzəştli şərtlərlə pensiya hüququ verir. Həmin dövrün zərərli iş stajının müddəti - 3 il 5 ay 8 gün təşkil edir. Bundan başqa iş materiallarına əlavə edilmiş “Azərikimya”IB-nin “Təmir-Tikinti” Idarəsinin güzəştli arayışından görünür ki, iddiaçı ##.##.2010-ci ildən ##.##.2011-ci il tarixədək dövr üzrə tam iş günü “Azərikimya” IB-nin ** saylı təmir-tikinti sahəsində izolyasiyaçı-örtükçü peşəsində işləmişdir və göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** №-li Qərarının 29-cu bölməsinin 1-ci bəndinin “a” bəndinə əsasən (izolyasiyaçılarplyonkaçılar) güzəştli şərtlərlə pensiya hüququ verir. Həmin dövrün zərərli iş stajının müddəti - 6 ay 18 gün təşkil edir. Beləliklə, iddiaçının 09.06.200-##.##.2010-cu il tarixədək dövr üzrə zərərli iş stajının müddəti - 8 il 6 ay; ##.##.1984-ci ildən ##.##.1988-ci il tarixədək dövr üzrə 3 il 5 ay 8 gün; ##.##.2010-ci ildən ##.##.2011-ci il tarixədək dövr üzrə 6 ay 18 gün təşkil edir. Ümumilikdə isə güzəştli (zərərli) iş stajı müddəti (nəzərdə tutulmuş 10 il əvəzinə) toplam olaraq 12 il 7 ay 26 gün təşkil edir. Bu iş üzrə məhkəmənin keçən iclaslarında da müəyyən edilmişdir ki, iddiaçının işlədiyi izoləedici peşəsi - Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli 12 №- li Qərarının 29-cu bölməsinin 1-ci bəndinin “a” bəndinə əsasən (izolyasiyaçılar-plyonkaçılar) güzəştli şərtlərlə pensiya hüququ verən peşəyə aiddir və bu hissədə cavabdeh orqan tərəfindən mübahisələndirmə yoxdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 ilini çalışmış qadınların Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 64 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsinin tələblərinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Siyahı üzrə müəyyən edilir. Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsi (29) nəzərdə tutulmuşdur. Iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən “Azərikimya” IB-nin “Etilen-Polietilen Zavodu”-nun ona dair # #### 2021 -ci il tarixli 214, 215, 216 və *** nömrəli arayışlarında ##.##.2000- ##.##.2010-cu il tarixləri arasındakı dövr ərzində Buxar təchizatı və su hazırlığı sexində, Izolyasiya sexində və Buxar, su təchizatı hazırlığı və kanalizasiya sexinin izolyasiya sahəsində izoləedici vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi müəssisənin fəaliyyət sahəsi sözügedən arayışda istinad olunan, yuxarıda qeyd olunan bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsinə aid deyil. Bu səbəbdən də iddiaçı İddiaçı güzəştli iş stajı yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 2.2.1-ci yarımbəndinə və 4.1-ci bəndinə əsasən, xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filiala təqdim olunmalı sənədlərdən güzoştli arayışın olması zəruridir. Göründüyü kimi, qanunvericilklə birbaşa olaraq şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan güzəştli stajı yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin xüsusi formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Analoji iş üzrə Ali Məhkəmənin ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarında qeyd olunan hüquqi mövqeyə əsasən məhkəmə kollegiyası nəzərə almışdır ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün iddiaçı güzəştli şərtlə pensiya hüququ verən işdəçalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Iş yerindən əldəedilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi Siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə kollegiyası, həmçinin oxşar mübahisələrlə bağlı Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə uyğun olaraq qeyd edir ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları heç də həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımırlar. Odur ki, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyibişləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır (2-1(102)-1410/2021, 2-1(102)-131/2022, 2- 1(102)-****/**** №-li işlər üzrə qərarlar). Nəticədə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin iddianın təmin edilməsinə dair qərarı ləğv edilmişdir. Bundan başqa “N.Əbilovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işəaid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Daha sonra, cavabdehin nümayəndəsi etiraza əlavə təqdim edərək bildirmişdir ki, iddiaçı məhkəmə iclasında iddia tələbini dəqiqləşdirərək ona ##.##.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Qeyd olunan tələbə münasibətdə bildirilir ki, ##.##.2022-ci il tarixdə iddiaçının yaş tələbi ödənilmir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin ##.##.2022-ci il tarixdən hazıradək olan redaksiyasının qadınlara münasibətdə mövcud olan tələbləri və onların hazırkı işə tətbiqi: Yaş tələbi (##.##.2022-dən etibarən 57.6 yaş hər il 6 ay artırılmaqla), ümumi staj (25 il), güzəştli staj (10 il). Göstərilən redaksiyaya münasibətdə iddiaçı yaş tələbini ödəmir. Eyni zamanda, iddiaçının ##.##.2022-ci il tarixdə 56 yaşı olmaqla iddia tələbində həmin dövrdən pensiya təyin edilməsini xahiş etsə də, sözügedən tarixdə artıq qanunvericilikdə yaş tələbi Qanunun 7-ci maddəsinə istinadən 5 il azaldılmaqla müəyyən edilmişdir. Belə ki, ##.##.2022-ci il tarixində güzəştli şərtlərlə pensiya üçün iddiaçının 57.6 yaşı olmalıdır. Daha sonra iddiaçı yenidən məhkəməyə ərizə ünvanlayaraq ona 55 yaşının tamam olduğu ##.##.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Bununla bağlı olaraq bildirilir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin ##.##.2017-ci il tarixdən ##.##.2022-ci il tarixədək olan redaksiyasının qadınlara münasibətdə mövcud olan tələbləri və onların hazırki işə tətbiqi: Yaş tələbi (55 yaş) Ümumi staj (20 il), Güzəştli staj (10 il), Kapital tələbi (hər bir şəxsə münasibətdə fərdi olaraq hesablanırdı) Müvafiq redaksiyaya münasibətdə iddiaçının kapital tələbi ödənilmir. Belə ki, iddiaçıya ##.##.2021-ci il tarixdə ünvanlanmış *********** nömrəli imtina məktubuna əsasən qanunvericilikə ona münasibətdə pensiya kapitalının minimum həddi 46400 manat olmalı olduğu halda iddiaçının fərdi hesabının sığorta hissəsində 40497,10 manat pensiya kapitalı qeydə alınmışdır. Göründüyü kimi, sözügedən qanunvericiliyə münasibətdə iddiaçının kapital tələbi ödənilmir. Bundan başqa qeyd olunan imtina məktubu iddiaçıya təqdim edildikdən sonra mübahisələndirilməmiş, 2025-ci ildə yenidən cavabdehə müraciət edilmiş və yanlız son imtinadan sonra məhkəməyə müvafiq tələblə müraciət edilmişdir. Dolayısı ilə iddiaçı 2021-ci ildə ona ünvanlanmış imtina məktubunu mübahisələndirməyərək onunla razılaşmışdır. Bununla iddiaçı həm də, mübahisələndirməyə dair iddia müddətini də ütürmüşdür. Bildirilir ki, Ali Məhkəmənin ##.##.2024-cü il tarixli *-*(***)- ***/**** nömrəli qərarının 48-ci bəndində qeyd olunmuşdur ki, iddiaçı cavabdehə dəfələrlə müraciət etsə də, hər müraciətə mənfi cavab verilməsinə baxmayaraq, inzibati orqanın həmin hərəkətini növbəti müraciətinədək mübahisələndirməmişsə, dolayısı ilə cavabdehin imtinası ilə razılaşmışdır. “Inzibati icraat haqqında” Qanunun 64.1 və 64.2-ci maddələrinin tələbinə görə inzibati akt, ünvanlandığı şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minirvə hüquqi cəhətdən etibarlı sayılır. Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağrılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin (hakim Mehriban Mahmudlu-Abbaszadə) ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçı İddiaçı 59 yaşının tamam olduğu ##.##.2025-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ##.##.1966-cı il təvəllüdlü olmaqla, ##.##.2025-ci il tarixdə 59 yaşı tamam olmuş, nəticə etibarilə iddiaçıya münasibətdə qanunla tələb olunan pensiya yaş həddinə dair şərt ödənilmişdir. 14.Iddiaçının ümumi iş stajı ilə bağlı mübahisə yoxdur. Əmək kitabçasına əsasən 59 yaşının tamam olduğu ##.##.2025-ci il tarixə iddiaçının ümumi stajı 20 ildən çoxdur. 15.Iddiaçının mübahisələndirilən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına münasibətdə məhkəmə qeyd edir ki, “Azərkimya” Istehsalah Birliyi “Etilen-Polietilen” zavodu tərəfindən verilmiş *** nömrəli, ##.##.2025-ci il tarixli arayışa əsasən, İddiaçı ## #### 2000-ci il tarixdən ## #### 2010-cu il tarixədək Sumqayıt “Sintezkauçuk” zavodunun BT və SH izolyasiya sexlərində, buxar, su təchizatı, hazırlığı və kanalizasiya sexinin izolyasiya sahəsində izoləedici (antikorroziya tərkiblərinin işçiləri) peşəsində işləmişdir.Təqdim edilən cədvəldə xüsusi ağır zərərli sexlər üzrə işlədiyi iş günləri qeyd edilmişdir. “Azərkimya” Istehsalah Birliyi “Etilen-Polietilen” zavodu tərəfindən verilmiş *** nömrəli, ##.##.2025-ci il tarixli arayışa əsasən, İddiaçı ## ###### 1984-cü il tarixdən ## ###### 1985-ci il tarixədək tam iş günü Sumqayıt “Sintezkauçuk” zavodunun Butilkauçuk istehsalatının П-7 sexində aparatçı peşəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli qərarının VIII bölməsinin 1080A010 şifrinə əsasən (sintetik, kauçuklar) istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. “Azərkimya” Istehsalah Birliyi “Etilen-Polietilen” zavodu tərəfindən verilmiş **/**-** nömrəli, ##.##.2025-ci il tarixli arayışa əsasən, İddiaçı ## #### 2010-cu il tarixdən ## ###### 2011-ci il tarixinə kimi tam iş günü “Azərikimya” Istehsalat Birliyinin ** saylı Təmir-tikinti sahəsində izolyasiyaçıörtükçü peşəsində işləyib. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** saylı qərarının 29-cu bölməsinin “a” bəndinə əsasən (izolyasiyaçılar plyonkaçılar) güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. Bununla da, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün yuxarıda qeyd olunan üç dispozisiya şərtləri ödənilmiş hesab olunur. Odur ki, iddiaçı İddiaçı 59 yaşının tamam olduğu ##.##.2025-ci ilədək əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı mövcuddur. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etiraza uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kolegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kolegiyasının iclasında iştirak etmiş iddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatlarında apellyasiya şikayətinin rədd edilməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 31. Əmək pensiyasının təyin olunması üçün müraciət və əmək pensiyası təyinatı üçün sənədlərə baxılması müddətləri 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il ######ın #-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. 31.1-1. Bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması, eləcə də bu Qanunun 34.1-1-ci maddəsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada bir növdən digər növə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. “Inzibati icraat haqqında” Qanun: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1 Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24. Işin hallarının obyektiv araşdırılması 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (IPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (IPM-in 85.2 və 85.3cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi 59 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası müəyyən edir ki, ##.##.1966-cı il təvəlüdlü iddiaçının 59 yaşı ##.##.2025-ci il tarixdə tamam olmuşdur. Bununla yanaşı, iddiaçının əmək kitabçasına görə ##.##.2025-ci il tarixə olan ümumi sığorta stajı 20 ildən artıqdır. Beləliklə, iddiaçının yaş və ümumi sığorta stajına dair qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verməsi tam sübuta yetirilmişdir. Cavabdeh orqan apellyasiya şikayətində iddiaçının güzəştli iş stajının olmadığını və müvafiq Siyahılara uyğun gəlmədiyini iddia etsə də, Kollegiya bu dəlilləri əsassız hesab edir. “Azərkimya” Istehsalah Birliyi “Etilen-Polietilen” zavodu tərəfindən verilmiş *** nömrəli, ##.##.2025-ci il tarixli arayışa əsasən İddiaçı ## #### 2000-ci il tarixdən ## #### 2010-cu il tarixədək Sumqayıt “Sintezkauçuk” zavodunun BT və SH izolyasiya sexlərində, buxar, su təchizatı, hazırlığı və kanalizasiya sexinin izolyasiya sahəsində izoləedici (antikorroziya tərkiblərinin işçiləri) peşəsində işləmişdir. Təqdim edilən cədvəldə xüsusi ağır zərərli sexlər üzrə işlədiyi iş günləri qeyd edilmişdir. “Azərkimya” Istehsalah Birliyi “Etilen-Polietilen” zavodu tərəfindən verilmiş *** nömrəli, ##.##.2025-ci il tarixli arayışa əsasən İddiaçı ## ###### 1984-cü il tarixdən ## ###### 1985-ci il tarixədək tam iş günü Sumqayıt “Sintezkauçuk” zavodunun Butilkauçuk istehsalatının П-7 sexində aparatçı peşəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli qərarının VIII bölməsinin 1080A010 şifrinə əsasən (sintetik, kauçuklar) istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. “Azərkimya” Istehsalah Birliyi “Etilen-Polietilen” zavodu tərəfindən verilmiş **/**-** nömrəli, ##.##.2025-ci il tarixli arayışa əsasən, İddiaçı ## #### 2010-cu il tarixdən ## ###### 2011-ci il tarixinə kimi tam iş günü “Azərikimya” Istehsalat Birliyinin ** saylı Təmir-tikinti sahəsində izolyasiyaçı-örtükçü peşəsində işləyib. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** saylı qərarının 29-cu bölməsinin “a” bəndinə əsasən (izolyasiyaçılar plyonkaçılar) güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. Eyni məzmunlu arayışlar işə apellyasiya instansiyası məhkəməsində baxılan zaman da məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş və işə əlavə edilmişdir. Arayışların məcmusuna əsasən iddiaçının zərərli və ağır əmək şəraitində toplanmış güzəştli iş stajı “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində qadınlar üçün tələb olunan minimum 10 illik güzəştli staj normasını ödəyir. Bununla da, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericiliklə tələb olunan şərtlər ödənilmiş hesab olunur. “Inzibati icraat haqqında” Qanunun 19.1 və 24-cü maddələrinə əsasən inzibati orqan işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa və maraqlı şəxsin xeyrinə olan halları nəzərə almağa borcludur. Cavabdeh tərəfindən iddiaçının təqdim etdiyi rəsmi arayışların və sübutların saxtalığı və ya həqiqətə uyğun olmaması sübuta yetirilməmişdir. Cavabdeh orqanın formal əsaslarla güzəştli stajı nəzərə almaqdan imtina etməsi vətəndaşın Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuş sosial təminat hüququnun məhdudlaşmasına səbəb olur. Kollegiya hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq, iddiaçının əmək pensiyası onu almaq hüququ yarandığı gündən, yəni 59 yaşının tamam olduğu ##.##.2025-ci il tarixdən ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtina və apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan hallara əsaslanaraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdehin apellyasiya şikayəti rədd edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-687/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-687/2026
17.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver