Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-688/2026 04.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi ilə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnin nümayəndəsi X1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh X2rşı “qərarın ləğv edilməsi və əlilliyin müəyyən edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh X2rşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, iddiaçının cavabdeh təşkilat tərəfindən səhiyyə müəssisəsinin ** nömrəli göstəriş sənədində qeyd olunan xəstəliyin vəziyyəti barədə, yeni Azərbaycan Respublikasının müdafiəsi zamanı ağır dərəcəli güllə yarası və kontuziya alıb ağır xəstəlik əsasında əlil olmağının məyyən edilməsi və ##.##.2022-ci il tarixdən əlillik təuin olunmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı birinci instansiya məhkəməsinə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək xxxxnin ##.##.2024-cü il tarixli qərarın ləğv edilməsi və iddiaçıya ##.##.2024-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar orqanizm funksiyalarının 35-60% iki il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının milliyyəti Azərbaycalıdır və ##.##.1971- ci ildə anadan olmuşdur. Iddiaçı ## ### 1989-cu il tarixindən ## ###### Nci ilədək hərbi hissədə qulluq etmişdir. Hərbi xidməti başa vurub evə gəlmişdir. ##.##.1992-ci il tarixindən səfərbərliklə Abşeron rayon hərbi hissə komissarlığından N saylı h/hissədə ##.##.1991-cü ildə xidmət keçmişdir. ##.##.1992-ci ildə müharibədə sol çiyninin boyunun baş nahiyyəsındən çoxsaylı qəlpəli güllə yaraları almışdır. Ona müharibə əlilliyinin müəyyən edilməsi və pensiya təyini barədə cavabdeh Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Tibb-sosial Ekspertiza və Reabilitasiya Agentliyinə dəfələrlə müraciət etməsinə və Azərbaycan Respublikası Müdafiə Nazirliyi MHHK-nın həbi xidmət keçirərkən ##.##.1992-ci ildən ##.## 1992-ci ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu yaralanma-diaqnoz "sol çiyinin boyunun baş nahiyyəsinnin çox saylı qəlpəli güllə yaralanması “Hərbi travmadır" Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır. Əsas : Azərbaycan Respublikası Nazirlər kabinetinin ##.##.2008 -ci il tarixli 59 № li qəraı ilə təsdiq edilmiş’’ Hərbi-həkim ekspertizası "Haqqında əsasnamənin 7 2 maddəsinin a) bəndi. Müdafiə Nazirliyi MHHK-nın *** nömrəli ##.## 2011 -ci il tarixli protokolu Müdafiə Nazirliyin Rebalitasiya Agentliyi iddiaçının dəfələrlə Tibbi - sosial Ekspertiza agentliyinə pensiyanın təyin etmək üçün müraciət etməsinə baxmayaraq ona pensiya təyin edilməsindən imtina edilmişdir.Ona görə də iddiaçı məhkəməyə müraciət edir və onun pensiyasının ##.##.2022-ci il tarixdən bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Hal-hazırda Azərbaycan Respublikası Nazirlər kabinetinin 2016-cı il ## ###### tarixli *** nömrəli qərarı ilə Tibb-sosial ekspert komissyaları haqqında Əsasnamə’’yə edilən dəyişikliklərə əsasən zəruri sənədlər cavabdeh təşkilata göndərilmişdir. Lakin cavabdeh təşkilat tərəfindən qanunsuz və əsasız olaraq səhiyyə müəssisəsinin ** nömrəli göndəriş və sənədində qeyd olunan xəstəliyin vəziyyəti barədə, yəni ağır dərəcəli hərbi travma güllə yarası kontuziya haqqında məlumatlar əsasında əlillik təyin olunması dair qərar qəbul etməli olduğu halda bunu etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci ıl tarixli, *** saylı qərarına əsasən iddiaçıya müharibə Vetaranı və əlili adı verilməlidir. Ona görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır və hesab edir ki, imtina əsassızdır. Iddiaçı dəfələrlə inzibatı orqanlara müraciət etsə də, müraciətinə baxılmamışdır. Iddiaçı dövlətdən heç bir müavinət, yardım almır. Bundan başqa iddiaçı müxtəlif tarixlərdə Bakı şəhərində xəstəxanada, hospitallarda ağır xəstəlikdən müayinə və müalicə olunmaqla terapiya və sair müalicə kursları ilə müalicədə olunmuşdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri: Cavabdeh iddia tələbinə yazılı etiraz edərək bildirmişdir ki, bələdliliyi bütün istiqamətlərdə saxlanılmış, zahirən geyimi səliqəli, mimikası canlı olmuş, ünsiyyətə həvəssiz daxil olmuş, aparılmış müalicələr barədə ətraflı məlumat verə bilməmişdir. Ə.D.Məlikov adına X5 ##.##.2023-##.##.2023-cü il tarixli **** nömrəli Çıxarışında diaqnoz “Keçirilmiş aäır kəllə-beyin travmasının nəticələri, bas beyin silkələnməsindən sonnrakı vəziyyət. Postravmatik ensefalopativa. Sol civin və çiyin oynağının qəlpə varasıBovun və bas nahivvəsində çoxsaylı qəlpə güllə yaralanması. Postravmatik stress, asteno-depressiv təzahürlərlə Xroniki beyin isemiyasıBaş beyinin xəstəliyi, zədələnməsi və ya disfunksivası nəticəsində şəxsiyyət dəyişikliyi" kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X5 ##.##.2023-cü il tarixli Beyin KT müayinəsinin nəticəsi "Hər iki tərəfdə baza! qanqlionlar (qabıqaltı nüvələr) nahiyəsində kiçik nöqtəvari kalsinat izlənilir. Kəsiklər daxilində basın arxa aşağısında dərialtı yumsaq toxuma içərisində 7x4,5 mm ölçüdə metal yad cisim aşkar olunur" kimi qeyd kimi qeyd olunmuşdur. Respublika Psixiatriya Xəstəxanasının ##.##.2023- ##.##.2023-cü il tarixli ******** nömrəli çıxarışında diaqnoz "Üzvi mənşəli şəxsiyyət pozuntusu ” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Sumqayıt Şəhər Psixiatriya Xəstəxanasının ##.##.2023-cü il tarixli ***-**** nömrəli Tibbi rəyində diaqnoz "Üzvi (l Qarabaq müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, kognitiv funksiyaların enməsi ilə” kimi qeyd kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Təqdim etdiyi ##.##.2024-cü il tarixli EEQ müayinəsinin nəticəsi "Bas beyin qabığının paroksizmal ovanıqlıqı nəzərə çarpır. Frontal-temporal bölgələrdə fon vazıda ləng dalğalar teta- delta dalqa şəklində paroksizmlərlə izlənilir, sınaqlarda amplitud yüksəlir. Hal-hazırda epiaktivlik izlənilmədi’’ kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Respublika Psixiatriya Xəstəxanasının ##.##.2024-cü il tarixli **** nömrəli Tibbi rəyində diaqnoz "Üzvi (İ Qarabaq müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu kognitiv funksiyaların enməsi ilə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Beləliklə, hazırda əlillik təyinatına əsas verə biləcək psixi pozuntular və şəxsiyyət dəyişikliyi əlamətləri aşkarlanmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2011-ci il tarixli, *** nömrəli qərarına əsasən Əzizbəyov RHK tərəfindən 1989-cu ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən ##.##.1992-ci ildə aldığı və ##.##.1992-ci ildən ##.##.1992-ci ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu yaralanma-diaqnoz: “Sol çiynin, baş nahiyyəsinin çox saylı qəlpəli güllə yaralanması” (Abşeron RHK-NIN ##.##.2011-ci il tarixli *** nömrəli göndərişi, ##.##.2011-ci il tarixli ** saylı arayışı, SQ BKH-dan verilmiş ##.##.2011-ci il tarixli **/**** saylı arayış, MN MHHK-nın həkim mütəxəssisi-cərrahın rəyi ilə təsdiq edilir) “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublikas Psixiatriya X8 şəxsi Həkim- Psixiatr Komissiyasının ##.##.2024--cü il tarixli, **** nömrəli rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ## ###### 2023cü il tarixli *-**-/*-*-***/**** saylı Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barəDə əmrinə uyğun İddiaçı Respublikası Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış X9 tərəfindən müayinə olunmuşdur. Diaqnoz: üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə F07.0 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin *** nömrəli ambulator kitabçadan çıxarışına əsasən İddiaçı XBT 10 kodu üzvi mənşəli şəxsiyyət pozğunluğu F 07.0 diaqnozu müəyyən edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş TSEK müayinələri altsistemindən çıxarışdan görünür ki, ##.##.2016-cı il tarixdə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş TSEK müayinələri altsistemindən çıxarışdan görünür ki, ##.##.2017-ci il tarixdə iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi əlaqədar ikinci dərəcə əlillik təyin olunmuşdur. Cavabdeh tərəfindən təqdim edilmiş TSEK müayinələri altsistemindən çıxarışdan görünür ki, ##.##.2016-cı il tarixdə iddiaçıya 5 il müddətinə ikinci dərəcə əlillik təyin olunmuşdur. Cavabdeh tərəfindən təqdim edilmiş TSEK müayinələri altsistemindən çıxarışdan görünür ki, ##.##.2023-cü il tarixdə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş TSEK müayinələri altsistemindən çıxarışdan görünür ki, ##.##.2024-cü il tarixdə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X2 ##.##.2025-ci il tarixli, T ***/**** nömrəli ekspert rəyində ekspertlər belə nəticəyə gəlmişdir ki, İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına Sumqayıt Psixiatriya Xəstəxanasında tərtib edilmiş ##.##.2024-cü il tarixli, U********JYA saylı Forma 88 göndərişində XBT 10 kodu ilə qeyd edilmiş “Əsas diaqnoz: T90.5-kəllədaxili travmalarm nəticələri, baş beyin silkələnməsindən sonrakı vəziyyət, posttravmatik ensefalopatiya. Ağırlaşmalar: F06.7-yüngül koqnitiv pozuntusu, F07.0-üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi (Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə, F43.1-Postravmatik stress pozuntusu, posttravmatik stress, asteno-depressiv təzahürlər, S44.0-bazu səviyyəsində dirsək sinirinin travması, soltərəfli ulnar sinirinin posttravmatik ağrı sindromu. Yanaşı xəstəliklər: M25.5-oynaqlarda ağrı, qapalı kəllə-beyin travmasından sonrakı vəziyyət, sağtərəfli qonartroz II mərhələ, ağrı sindromu, I67.8-beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələnmələri, dissirkulyator ensefalopatiya, H25.0-başlanğıc qocalıq kataraktası, IlO-essensial (birincili) hipertenziya, idiopatik kəllə hipertenziyası, H81.1xoşxassəli paroksizmal başgicəllənmə, pozision başgicəllənmə-vestibulopatiya” diaqnoz ona stasionarda müayinə və müalicəsi nəticəsində müəyyən edilmişdir. Vətəndaş İddiaçı ##.##.2025-ci il tarixində Respublika Psixiatriya Xəstəxanasında Həkim Məsləhət Komissiyası tərəfindən “Üzvi (1-ci Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə ( prof. F. Ismayılov) (##.##.2024-cü il tarixli rəyə əsasən” diaqnozu təyin olunmuşdur. Vətəndaş İddiaçı 08-##.##.2025-ci il tarixlərdə Ə.D.Məlikov adına X6 “G83.2, T90.5, G44.3, F07.0, H25.0, M50.1, I25.5, J34.2, I67.8, IlO-Kəllədaxili hipertenziya, keçirilmiş QKBT, baş beyin silkələnməsindən sonrakı vəziyyət. Postravmatik ensfalopatiya. Xroniki posttravmatik başağrıları. Üzvi şəxsiyyət pozuntu. Koqnitiv funksiyaların enməsi. Başlanğıc katarakta. Diskogen radikulopatiyası. Burun çəpəri əyriliyi. Vazomotor rinit. Sağ çiyin oynağında ağrı. Hipertoniya xəstəliyi II mərhələ. Hipertenziv ensefalopatiya. Xroniki beyin işemiyası” diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnin əlilliyin təyin olunmasından imtina edilməsi barədə ## ### 2024-cü il tarixli qərarı ləğv edilmiş, iddiaçı İddiaçı ## ### 2024-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar orqanizm funksiyalarının 35-60 faiz pozulmasına görə iki il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh X2 üzərinə qoyumuşdur. (hakim Qəşəm Məmmədli). Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI. a) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmışdır. Əlavə olaraq qeyd etmişdir ki,brinci instansiya məhkəməsi işi ümumiyyətlə araşdırmayaraq, cavabdeh olaraq onların etirazlarını belə təhrif edərək, guya etiraz şəxsin əlil olmasını təsdiq edirmiş kimi, həmçinin işə baxarkən işi lazımi qaydada araşdırmayaraq sırf ekspert rəyinə əsasən vətəndaşda qeyd edilən diaqnozun olması səbəbindən vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Ekspert rəyi ilə şəxsin əlil olmasına qənaətinə gəlinirdisə xxxx tərəfindən əlilliyin qiymətləndirilməsi və təyin edilməsinə nə ehtiyac qalardı ki. Bu isə işin nəticələrinin“Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar iddiaçının forma ** nömrəli arayışı əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X11-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin bildirir ki, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Göndərişdə qeyd olunan diaqnoz “Diaqnoz əlillik əlaməti təyin etməməsi” halında məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. b) Apellyasiya şikayətinə dair etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdilər. Iddiaçı məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Inzibati Prosessual Məcəllənin 62.3-cü madəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBIQ EDILƏN HÜQUQ. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. (-) 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-) 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Prezidentinin ## #### 2015-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”
3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: (-) 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək; (-)
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”
1. Ümumi müddəalar (-) 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.
3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası (-) 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. (-)
“Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21. Inzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. (-) Maddə 24. Işin hallarının obyektiv araşdırılması 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. (-) Maddə 64. Inzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. Inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. Inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. Inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
Inzibati Prosessual Məcəllə: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Iddiaçının hüquqi marağı əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı mübahisə iddiaçıya əlilliyin müəyyən edilməsi üçün tibbi və hüquqi əsasların mövcud olub-olmaması ilə bağlı olduğundan, cavabdehin ##.##.2024-cü il tarixli imtina qərarının qanuniliyi yalnız həmin qərarda göstərilmiş “diaqnoz əlillik əlaməti təyin etmir” məzmunlu ümumi nəticə əsasında deyil, iş materiallarında olan hərbi-tibbi sənədlər, əvvəlki əlillik təyinatları, Forma 88 göndərişi və məhkəmə ekspertizasının rəyi məcmu halında qiymətləndirilməklə yoxlanılmalıdır. Iş materialları ilə müəyyən olunur ki, iddiaçı İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən ##.##.1992-ci ildə xəsarət almış, ##.##.1992-ci ildən ##.##.1992-ci ilədək N saylı hərbi hissədə müayinə və müalicə olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi-Həkim Komissiyasının ##.##.2011-ci il tarixli, *** nömrəli qərarında iddiaçının “sol çiyinin, baş nahiyəsinin çoxsaylı qəlpəli güllə yaralanması” diaqnozu “hərbi travma, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi rəsmiləşdirilmişdir. Bu hal iddiaçının sağlamlıq pozuntularının mənşəyinin və əlilliyin səbəbinin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı, cavabdeh tərəfindən təqdim edilmiş TSEK müayinələri altsistemindən çıxarışlardan görünür ki, iddiaçıya ##.##.2016-cı il tarixdə 5 il müddətinə ikinci dərəcə əlillik, ##.##.2017-ci il tarixdə isə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlillik təyin edilmişdir. Əvvəlki əlillik təyinatları iddiaçıya sonrakı dövr üçün avtomatik və şərtsiz əlillik hüququ yaratmasa da, həmin təyinatlar onun xəstəlik tarixçəsinin, hərbi travmadan sonra yaranmış funksional məhdudiyyətlərinin və tibbisosial vəziyyətinin davamlı xarakter daşıdığını göstərən mühüm hal kimi cavabdeh inzibati orqan tərəfindən nəzərə alınmalı idi. Iş materiallarında olan tibbi sənədlərdən, o cümlədən Sumqayıt Psixiatriya Xəstəxanası tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli, U********JYA saylı Forma 88 göndərişindən görünür ki, iddiaçıda T90.5 - kəllədaxili travmaların nəticələri, baş beyin silkələnməsindən sonrakı vəziyyət, posttravmatik ensefalopatiya, habelə F06.7 - yüngül koqnitiv pozuntu, F07.0 - üzvi mənşəli şəxsiyyət pozuntusu, F43.1 - posttravmatik stress pozuntusu, S44.0 - bazu səviyyəsində dirsək sinirinin travması və digər yanaşı xəstəliklər göstərilmişdir. Həmin diaqnozların tibb müəssisəsində aparılmış müayinə və müalicə nəticəsində müəyyən edilməsi işin tibbi hissəsinin formal xarakter daşımadığını, əksinə iddiaçının sağlamlıq vəziyyətinin kompleks tibbi qiymətləndirmə predmeti olduğunu göstərir. Birinci instansiya məhkəməsinin ekspertiza qərardadı nəticəsində əldə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X2 ##.##.2025-ci il tarixli, T ***/**** nömrəli ekspert rəyində ekspertlər belə nəticəyə gəlmişdir ki, İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına Sumqayıt Psixiatriya Xəstəxanasında tərtib edilmiş ##.##.2024-cü il tarixli, U********JYA saylı Forma 88 göndərişində XBT 10 kodu ilə qeyd edilmiş “Əsas diaqnoz: T90.5-kəllədaxili travmalarm nəticələri, baş beyin silkələnməsindən sonrakı vəziyyət, posttravmatik ensefalopatiya. Ağırlaşmalar: F06.7yüngül koqnitiv pozuntusu, F07.0-üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi (Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə, F43.1-Postravmatik stress pozuntusu, posttravmatik stress, asteno-depressiv təzahürlər, S44.0-bazu səviyyəsində dirsək sinirinin travması, soltərəfli ulnar sinirinin posttravmatik ağrı sindromu. Yanaşı xəstəliklər: M25.5-oynaqlarda ağrı, qapalı kəllə-beyin travmasından sonrakı vəziyyət, sağtərəfli qonartroz II mərhələ, ağrı sindromu, I67.8-beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələnmələri, dissirkulyator ensefalopatiya, H25.0-başlanğıc qocalıq kataraktası, IlO-essensial (birincili) hipertenziya, idiopatik kəllə hipertenziyası, H81.1xoşxassəli paroksizmal başgicəllənmə, pozision başgicəllənmə-vestibulopatiya” diaqnoz ona stasionarda müayinə və müalicəsi nəticəsində müəyyən edilmişdir. Vətəndaş İddiaçı ##.##.2025-ci il tarixində Respublika Psixiatriya Xəstəxanasında Həkim Məsləhət Komissiyası tərəfindən “Üzvi (1-ci Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə ( prof. F. Ismayılov) (##.##.2024cü il tarixli rəyə əsasən” diaqnozu təyin olunmuşdur. Vətəndaş İddiaçı 08-##.##.2025-ci il tarixlərdə Ə.D.Məlikov adına X6 “G83.2, T90.5, G44.3, F07.0, H25.0, M50.1, I25.5, J34.2, I67.8, IlO-Kəllədaxili hipertenziya, keçirilmiş QKBT, baş beyin silkələnməsindən sonrakı vəziyyət. Postravmatik ensfalopatiya. Xroniki posttravmatik başağrıları. Üzvi şəxsiyyət pozuntu. Koqnitiv funksiyaların enməsi. Başlanğıc katarakta. Diskogen radikulopatiyası. Burun çəpəri əyriliyi. Vazomotor rinit. Sağ çiyin oynağında ağrı. Hipertoniya xəstəliyi II mərhələ. Hipertenziv ensefalopatiya. Xroniki beyin işemiyası” diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur. Göründüyü kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X2 ##.##.2025-ci il tarixli, T ***/**** nömrəli ekspert rəyində də iddiaçının iş materiallarında olan tibbi sənədləri təhlil edilmiş, Forma 88 göndərişində qeyd edilən diaqnozların stasionar müayinə və müalicə nəticəsində müəyyən olunduğu göstərilmişdir. Ekspertiza rəyi, Respublika Psixiatriya Xəstəxanasının Həkim Məsləhət Komissiyasının rəyi və stasionar müalicə sənədləri birlikdə qiymətləndirildikdə iddiaçının vəziyyətinin təkcə ayrıca bir diaqnoz adı ilə məhdudlaşmadığı, uzunmüddətli müalicə və müşahidə tələb edən psixi-nevroloji və somatik pozuntularla müşayiət olunduğu müəyyən edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının göndərişində və iş üzrə toplanmış tibbi sənədlərdə göstərilən F07.0 üzvi mənşəli şəxsiyyət pozuntusu Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulmuş xəstəlik hallarına aiddir. Həmin meyarlar üzrə qiymətləndirmə aparılarkən yalnız diaqnozun adı deyil, xəstəliyin əmək qabiliyyətinə, gündəlik fəaliyyətə, sosial uyğunlaşmaya, müalicəyə davamlılığına və şəxsin kənar köməyə ehtiyacının olub-olmamasına təsiri araşdırılmalıdır. Cavabdehin apellyasiya şikayətində göstərdiyi “diaqnozun mövcudluğu əlillik üçün kifayət deyil” dəlili ümumi mənada doğru olsa da, hazırkı işdə birinci instansiya məhkəməsi iddianı yalnız diaqnozun adına əsaslanmaqla təmin etməmişdir. Məhkəmə hərbi travma faktını, həmin travmanın Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmasını, iddiaçıya əvvəlki illərdə əlilliyin təyin edilməsini, Forma 88 göndərişində əks olunmuş tibbi göstəriciləri, ekspertiza rəyini və digər tibbi sənədləri qarşılıqlı əlaqədə qiymətləndirərək nəticəyə gəlmişdir ki, cavabdehin ##.##.2024-cü il tarixli imtina qərarı işin bütün əhəmiyyətli hallarını əhatə edən əsaslandırılmış tibbi-sosial qiymətləndirməni əhatə etmir. Beləliklə, iş materiallarında olan sübutların məcmusu göstərir ki, iddiaçıda mövcud olan sağlamlıq pozuntuları hərbi travma ilə bağlı uzunmüddətli tibbi prosesin nəticəsi kimi formalaşmış, bu vəziyyət əvvəllər də əlillik təyinatı ilə qiymətləndirilmiş, sonradan isə müvafiq tibbi sənədlər və ekspert rəyi ilə yenidən təsdiq edilmişdir. Bu səbəbdən cavabdehin yalnız ümumi imtina nəticəsi ilə kifayətlənməsi qanunla tələb olunan hərtərəfli, tam və obyektiv araşdırma standartına uyğun hesab edilə bilməz. Bu baxımdan cavabdehin əlilliyin müəyyən edilməsindən imtina edərkən yalnız “diaqnoz əlillik əlaməti təyin etmir” nəticəsi ilə kifayətlənməsi, iddiaçının xeyrinə olan tibbi sənədləri, o cümlədən onun hərbi travma almasının Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasının qərarı ilə təsdiq edilməsini, əvvəllər ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyin müəyyən olunmasını, Respublika Psixiatriya Xəstəxanasının Həkim-Psixiatr Komissiyasının rəyində və ambulator tibbi sənədlərdə üzvi mənşəli şəxsiyyət pozuntusu diaqnozunun göstərilməsini, habelə Forma 88 göndərişində qeyd olunan diaqnozların stasionar müayinə və müalicə nəticəsində müəyyən edildiyinin təsdiq olunmasını yetərincə qiymətləndirməməsi “Inzibati icraat haqqında” Qanunun 24-cü maddəsində nəzərdə tutulmuş işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması vəzifəsinə uyğun hesab edilə bilməz. Məhkəmə kollegiyası onu da qeyd edir ki, əlilliyin qiymətləndirilməsi tibbi-sosial ekspertiza sahəsində səlahiyyətli inzibati orqanın səlahiyyətinə aid olsa da, bu səlahiyyət inzibati orqana iş üzrə təqdim edilmiş tibbi sənədləri formal qaydada qiymətləndirmək və əsaslandırılmamış imtina qərarı qəbul etmək hüququ vermir. Inzibati orqan həmin səlahiyyəti yalnız iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmaqla, şəxsin xeyrinə və əleyhinə olan sübutları birlikdə qiymətləndirməklə, gəldiyi nəticəni tibbi-sosial meyarlarla əlaqəli şəkildə əsaslandırmaqla həyata keçirməlidir. Hazırkı işdə isə cavabdeh inzibati orqan iddiaçıya dair mövcud tibbi sənədlərin, əvvəlki əlillik təyinatlarının, eləcə də hərbi travma ilə səbəbli əlaqəni təsdiq edən sənədlərin məcmusunu lazımi qaydada qiymətləndirməmişdir. Bu səbəbdən ##.##.2024-cü il tarixli imtina qərarı “Inzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinin tələbləri baxımından faktiki halların tam araşdırılması və hüquq normalarının düzgün tətbiqi nəticəsində qəbul edilmiş qanunauyğun inzibati akt kimi qiymətləndirilə bilməz. Apellyasiya şikayətinin dəlillərində cavabdeh göstərmişdir ki, məhkəmə tibbi bilik tələb edən sahəyə müdaxilə etmiş və orqanın diskresion səlahiyyətinə əsasız təsir göstərmişdir. Lakin məhkəmənin qərarından aydın olur ki, məhkəmə heç bir halda tibbi nəticə çıxarmamış, yalnız təqdim olunmuş tibbi sənədlərin və ekspert rəylərinin hüquqi qiymətləndirilməsini aparmışdır. “Inzibati icraat haqqında” Qanunun 3.3-cü maddəsinə və Inzibati Prosessual Məcəllənin 12-ci maddəsinə görə, məhkəmə inzibati aktın qanuniliyini və əsaslılığını yoxlamaqla mübahisənin düzgün həllinə yönəlmiş bütün faktiki halları müstəqil şəkildə araşdırmağa borcludur. Bu baxımdan, məhkəmənin fəaliyyəti inzibati orqanın səlahiyyətlərinə müdaxilə deyil, həmin səlahiyyətlərin qanuna uyğun həyata keçirilib-keçirilməməsinin hüquqi nəzarəti kimi qiymətləndirilməlidir. O da nəzərə alınmalıdır ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3cü maddəsinin imperativ göstərişinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Hazırkı işdə iddiaçı barəsində tibb müəssisəsinin göndərişi əsasında əlilliyin müəyyən edilməsindən imtina haqqında cavabdehin müvafiq qiymətləndirməsi ##.##.2024-cü il tarixdə qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin iddiaçıya əlilliyin məhz ##.##.2024-cü il tarixdən müəyyən edilməsi barədə gəldiyi nəticə bu baxımdan qanunvericiliyin tələblərinə uyğundur. Oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə müvafiq əsaslar olduğu hallarda əlillik, imtina haqqında sonuncu qərarın qəbulu tarixindən, imtina haqqında əvvəlki qərarlar mübahisələndirilmədiyi hallarda isə sonuncu imtina tarixindən təyin olunmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarları). Bu baxımdan hazırkı mübahisəyə münasibətdə iddiaçıya müvafiq əlilliyin sonuncu imtina tarixindən (##.##.2024-cü il tarixdən) müəyyən edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Bütün göstərilən hüquqi və faktiki halları nəzərə alaraq kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı tam, əsaslı və qanunauyğundur. Iddiaçının xəstəliyi və funksional məhdudiyyətləri “Əlilliyin müəyyən olunması meyarları” ilə tam uyğunluq təşkil etdiyindən, iddiaçının əlillik təyin edilməsi barədə tələbi əsaslıdır. Beləliklə, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuşdur. Bu səbəbdən, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTICƏVI HISSƏ
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.