Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-693/2026 08.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hacıyev Vahid Məcid oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi, Cavabdehin nümayəndəsi nümayəndə1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “əmrin ləğv edilməsi və ödənilməmiş mükafatların ödənilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: IŞIN HALLARI Cavabdeh ##.##.2025-ci il tarixli *-**/*-*-***/**** nömrəli əmri ilə iddiaçının barəsində intizam tənbeh tədbiri tətbiq edilərək töhmət verilmişdir. Iddiaçı İddiaçı ##.##.2025-ci il tarixdə elektron poçt ünvana göndərilən məlumat vasitəsilə ona töhmət verilməsindən xəbərdar olmuşdur. Iddiaçı İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə ərizə ilə müraciət edərək, məsələnin araşdırılaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 190-cı maddəsinin 4-cü bəndinə əsasən növbəti mükafatlandırma zamanı ona mükafat verilməklə intizam təhbeh tədbirinin (töhmət) vaxtından əvvəl qüvvədən düşmüş hesab edilməsi üçün müvafiq göstəriş verilməsini xahiş etmişdir. Cavabdeh yanında X3 Xidmətinin ##.##.2025-ci il tarixli *-**-*/*-R-*****/**** nömrəli məktubu ilə iddiaçıya bildirilmişdir ki, əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə “Dövlət qulluğu haqqında” Azərbayan Respublikası Qanununun 25.2.1-ci maddəsinə əsasən Nazirliyin ## ### 2025-ci il tarixli *-**/*-*-***/**** nömrəli əmri ilə iddiaçı barəsində intizam tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 190-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi verilən intizam tənbehindən nəticə çıxararaq əmək funksiyasını yüksək səviyyədə yerinə yetirərsə, daxili əmək və intizam qaydalarını pozmazsa işəgötürən işdə fərqləndirilmə qaydasında intizam tənbehini vaxtından əvvəl öz əmri (sərəncamı, qərarı) ilə ləğv edə bilər. Həmçinin müvafiq maddənin 4-cü hissəsinə əsasən intizam tənbehinin qüvvədə olduğu müddət ərzində əmək funksiyasını yüksək peşəkarlıqla yerinə yetirdiyinə, daxili intizam qaydalarına əməl etdiyinə görə işçi bu Məcəllənin 185-ci maddəsində nəzərdə tutulmuş hər hansı həvəsləndirmə vasitələri ilə mükafatlandırılarsa, həmin mükafatlandırıldığı gündən ona verilmiş intizam tənbehi qüvvədən düşmüş hesab edilir. Bu səbəbdən bildirilir ki, iddiaçı barəsində tətbiq olunan töhmətin vaxtından əvvəl ləğv edilməsi nəzərdə tutulmamışdır. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI Birinci instansiya məhkəməsində icraat Bundan sonra iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “əmrin ləğv edilməsi və ödənilməmiş mükafatların ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə ##.##.2025-ci il tarixdə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, iddiaçının barəsində intizam tənbeh tədbiri tətbiq edilərək töhmət verilməsi barədə Cavabdeh ##.##.2025-ci il tarixli *-**/*-*-***/**** nömrəli əmrinin ləğv edilməsi və iddiaçıya ödənilməmiş mükafatların ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-*****/**** nömrəli qərardadına əsasən inzibati iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt Inzibati Məhkəməsinə göndərilmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ##.##.2025-ci il tarixli *-**/*-*- ***/**** nömrəli əmri ilə iddiaçının barəsində intizam tənbeh tədbiri tətbiq edilərək töhmət verilmişdir. Lakin iddiaçı hesab edir ki, ona töhmət əsassız verilmişdir, həmçinin şəxsiyyəti, peşəkarlıq səviyyəsi, xətanın xarakteri və dövlət qarşısındakı xidmətləri nəzərə alınmamışdır. Iddiaçı Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və göndərişi ilə Azərbaycandan kənarda təhsil alan mütəxəssislərdən biridir və 1978-ci ildə imtahanlardan yüksək nəticə əldə edərək, hər il Azərbaycandan Moskva Avtomobil Yollar Institutuna ali təhsil almaq üçün seçilmiş iki nəfərdən biri olmuşdur. Institutu bitirdikdən sonra iddiaçının 42 il əmək fəaliyyəti olub ki, onun son 22 ilini sosial müdafiə sahəsi üzrə dövlət qulluğunda xidmət keçir. R ixtisas dərəcəsinə malikdir. Iddiaçı bildirir ki, o, qazi atasıdır və oğlu Rzayev Emin 2016-cı il aprel döyüşlərinin, 2020-ci il Vətən Müharibəsinin, 2022-ci il antiterror əməliyyatının, 2023-cü il Laçın keçid məntəqəsinin qurulmasının, 2023-cü il antiterror əməliyyatlarının iştirakçısıdır. Vətən torpaqlarının işğaldan azad olunmasında oğlu Eminin çox böyük xidmətləri var. Cənab Prezident tərəfindən onun xidmətləri 3-cü dərəcəli “Vətənə xidmətə görə” və “Azərbaycan Bayrağı” ordenləri və 5 medalla o cümlədən “Vətən uğrunda” medalı ilə qiymətləndirilib. X1 Müharibəsi dövründə hərbi hospitalda yaralı hərbçilərlə görüşündə onların valideynlərinin xüsusi hörmətə layiq olduqlarını qeyd etmişdir. Övladın Vətən qarşısındakı xidmətləri, nailiyyətləri təbii ki, elə valideynin Vətənə xidmətidir. Iddiaçı düşünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində Vətən Müharibəsindəki tarixi Qələbəmizin əldə olunmasında ondan çox xidməti olan yoxdur. Təəssüf ki, iddiaçıya töhmət verilərkən bunlar nəzərə alınmamışdır. Töhmətin verilməsinə əsas olaraq, “X6” MMC-nin sabiq işçisi X5 əmək xəsarəti ilə bağlı müraciətinin araşdırılması olmuşdur. Vətəndaşın müraciəti iddiaçı İddiaçı icraatına ##.##.2024-cü il tarixdə daxil olmuş, 24 təqvim günü ərzində işi tam araşdırmış, aşkarladığı inzibati xətaya görə müvafiq məbləğdə inzibati cərimə tətbiq edərək, Xəzinədarlığa ödənilməsini təmin etdirmişdir. Təhqiqat komissiyasının yaradılması barədə əmr layihəsi və vətəndaşa cavab məktubu hazırlayaraq, elektron sənəd dövriyyəsi alt sisteminə daxil etmişdir. Hansı ki, “Vətəndaşların müraciətləri haqqında” Qanuna əsasən araşdırma tələb edən müraciətlərin icra müddəti 30 iş günüdür. Yəni icra müddəti ötürülməyib, iddiaçı qısa müddətdə müraciətin sosial tərəfini, həmçinin əməyin mühafizəsi ilə bağlı tərəfini araşdıraraq, aşkarlanmış inzibati xətaya görə icraatı yekunlaşdırmışdır. Nəticədə bu işə görə iddiaçıya töhmət verilmişdir. Səbəb olaraq işəgötürəndən Təhqiqat komissiyasının yaradılması üçün üzvlərin rəsmi məktubla istənilməməsi bildirilir. Hansı ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2000-ci il tarixli, ** nömrəli Qərarına əsasən hadisə baş verən günü işəgötürən özü Təhqiqat komissiyalarının tərkibində iştirak edəcək nümayəndələri barədə X4 Xidmətinə rəsmi məlumat verməlidir. Təcrübədə də heç vaxt Təhqiqat komissiyasının tərkibində iştirak edəcək nümayəndələrin təqdim edilməsi barədə işəgötürənə məktub ünvanlanmayıb. Iddiaçı ona töhmət verilməsi ilə bağlı məlumatı ##.##.2025-ci il tarixdə almış və eyni zamanda ailəsinin hazırda üzləşdiyi maddi problemləri qeyd edərək, yəni kiber cinayətkarlar tərəfindən həyat yoldaşının kredit kartından və əmək haqqı katından 18000 manata yaxın vəsaitin oğurlandığını, bank tərəfindən həmin vəsaitin yüksək faizlə tələb edildiyini qeyd edərək töhmətin üzərindən götürülməsi xahişi ilə ##.##.2025-ci il tarixdə inzibati qaydada müraciət etmişdir. Iddiaçının müraciəti ##.##.2025-ci il tarixdə qeydiyyata alınmış və Nazirlik yanında X4 Xidmətinin rəis müavini tərəfindən imzalanmış ##.##.2025-ci il tarixli *-**-*/*-R- *****/**** nömrəli cavab məktubuna əsasən onun xahişi təmin edilməmişdir. Iddiaçı buraxılmış müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “əmrin ləğv edilməsi və ödənilməmiş mükafatların ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Lakin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vəsatətlə müraciət edərək, iddia müddətini ötürməyi səbəbindən, iddianın mümkün sayılmamasını xahiş etmişdir. Hesab edir ki, iddia müddətini ötürməmiş və ötürülmüş iddia müddəti qənaətinə gəlinsə belə, prosessual müddət bərpa edilməlidir. Belə ki, töhmət verilməsi ilə bağlı əmr rəsmən təqdim edilməyib, ##.##.2025-ci il tarixdə elektron poçt ünvanına məlumat göndərilib və ##.##.2025-ci il tarixdə işlədiyi Nazirlik yanında X4 Xidmətinin yuxarı orqanı olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə inzibati qaydada müraciət etmişdir. Müraciəti "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun 7.13-cü maddəsinin tələblərinə zidd olaraq, töhmət verilməsi təşəbbüsü göstərmiş Nazirlik yanında X4 Xidmətinə göndərilmiş, həmçinin müraciətimə cavab məktubunu, həmin qanunun 10.1-ci və 10.3-cü maddələrinin tələblərinə zidd olaraq iki aya yaxın müddət keçdikdən sonra, yəni ##.##.2025-ci il tarixdə almış və inzibati şikayətinə müsbət cavab verilmədiyi üçün, iddia ərizəsi hazırlayaraq, ##.##.2025-ci il tarixdə Bakı Inzibati Məhkəməsinə müraciət etmişdir. Beləliklə iddia müddətini ötürməyi səbəbindən, iddianın mümkün sayılmaması barədə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəsatətini əsassız hesab edir və ötürülmüş iddia müddəti qənaətinə gəlinsə belə, prosessual müddət bərpa edilməlidir. Cavabdeh orqan iddia tələbinə yazılı etiraz (vəsatət) təqdim edərək bildirmişdir ki, iddiaçı qanunla müəyyən edilmiş prosessual müddəti ötürdüyündən iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X4 Xidmətinin ##.##.2025-ci il tarixli *-**-*/*-*-****/**** nömrəli xidməti məruzəsi daxil olmuş və Nazirliyin ##.##.2025-ci il tarixli *-**/*-*-***/**** nömrəli əmrinə əsasən Xidmətin Abşeron-Xızı regional şöbəsinin müvafiq əməkdaşlarının xidməti fəaliyyəti aidiyyəti üzrə Nazirliyin Aparatının Daxili nəzarət və audit şöbəsi tərəfindən araşdırılmış, iddiaçı İddiaçı ##.##.2025-ci il tarixdə müvafiq izahat alınmış, Nazirliyin *-**/*-*-***/**** nömrəli ##.##.2025-ci il tarixli əmri ilə “Dövlət qulluğu haqqnda” Azərbaycan Respublikası Qanunun 25.2.1-ci maddəsinə uyğun olaraq intizam tənbeh tədbiri kimi töhmət verilmişdir. Həmçinin ##.##.2025-ci il tarixdə Nazirliyin Dövlət qulluğu və kadr məsələləri şöbəsinin əməkdaşı tərəfindən iddiaçının istifadəsində olan HYPERLINK "mailto:elektron ünvan 1" elektron ünvan 1 email adresinə məlumat göndərilmişdir. Bununla yanaşı iddiaçının iddia ərizəsində, təqdim etdiyi sənədlər siyahısında, eləcə də Əmək və əhalinin sosial müdafiəsi nazirinə ünvanladığı ##.##.2025-ci il tarixli ərizəsində də ona verilmiş intizam tənbeh tədbirindən məlumatlı olduğu qeyd edilmişdir. Qeyd olunanlara əsasən müddətin ötürülməsi səbəbindən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin (hakim: Qəşəm Məmmədli) ##.##.2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, iddiaçı mübahisələndirilən ##.##.2025-ci il tarixli əmrdən ##.##.2025-ci il tarixdə məlumatlı olmuşdur. Iddiaçı ##.##.2025-ci il tarixdə məhkəməyə müraciət etməklə qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. iddiaçı mübahisələndirilən əmrdən vaxtında məlumatlı olduğu halda, hazırkı iddia ilə qanunla müəyyən edilmiş müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Iddiaçı həmin əmrdən ##.##.2025-ci il tarixdə yuxarı inzibati orqana şikayət verdiyini bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə ünvanlanmış ##.##.2025-ci il tarixli ərizə mübahisələndirilən əmrin ləğv edilməsi ilə bağlı yuxarı inzibati orqana verilmiş şikayət deyildir. Həmin ərizənin məzmunundan görünür ki, iddiaçı Əmək Məcəlləsinin 190-cı maddəsinin 4-cü bəndinə əsasən növbəti mükafatlandırma zamanı ona mükafat verilməklə verilmiş intizam tənbehinin (töhmət) vaxtından əvvəl qüvvədən düşmüş hesab edilməsini xahiş etmişdir. Göründüyü kimi, qeyd olunan müraciət iddiaçı tərəfindən yuxarı inzibati orqana verilmiş şikayət olmamışdır. Bundan əlavə iddiaçı iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə səbəb olan digər halları da əsaslandırmamaqla yanaşı, bu müddətin üzrlü səbəbdən ötürülməsini təsdiq edən hər hansı mötəbər sübutu da məhkəməyə təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, buraxılmış müddətin üzrlü hesab edilməsi barədə əsaslar mövcud deyildir və buraxılmış müddətin bərpa edilməsi barədə ərizə təmin edilməməlidir. Iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz etiraz (vəsatət) iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırılmışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Iddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə şifahi məlumat verərək, səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası IPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını və qərardad qəbul edilməsini mümkün hesab edir. TƏTBIQ EDILƏN HÜQUQ: “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. Iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. Işin araşdırılması prinsipi bu hallara da şamil olunur. IPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 35. Iddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. Inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi hazırkı iddianı mübahisələndirmə haqqında iddia kimi qiymətləndirərək iddia müddətinin ötürülməsi əsası ilə mümkün hesab etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: Iş materiallarından müəyyən olunur ki, iddiaçı barəsində Cavabdeh ##.##.2025-ci il tarixli əmri ilə intizam tənbehi tədbiri kimi töhmət verilmişdir. Iddiaçı həmin əmrdən ##.##.2025-ci il tarixdə məlumatlı olmuşdur. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.8-ci maddəsinə əsasən intizam tənbeh tədbirinin tətbiq edilməsi barədə əmrdən onun imzalandığı gündən 7 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına şikayət verilə bilər. Həmin şikayətə baxılaraq 10 iş günü müddətində intizam tənbeh tədbiri ləğv edilməli və ya qüvvədə saxlanılmalıdır. Kollegiya qeyd edir ki, iş materiallarında iddiaçının mübahisələndirilən əmrdən narazı qalaraq qanunla müəyyən edilmiş qaydada və müddətdə müvafiq icra hakimiyyəti orqanına şikayət verməsini təsdiq edən hər hansı sübut mövcud deyildir. Əksinə, işdən görünür ki, iddiaçı intizam tənbehinin qanuniliyini mübahisələndirmək əvəzinə, sonradan mükafatlandırılması və intizam tənbehinin vaxtından əvvəl götürülməsi ilə bağlı müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 190.4-cü maddəsinə əsasən işçi verilən intizam tənbehindən nəticə çıxararaq əmək funksiyasını yüksək səviyyədə yerinə yetirərsə, daxili əmək və intizam qaydalarını pozmazsa işəgötürən işdə fərqləndirilmə qaydasında intizam tənbehini vaxtından əvvəl öz əmri (sərəncamı, qərarı) ilə ləğv edə bilər. Həmin norma intizam tənbehinin qanuniliyinin yoxlanılmasını deyil, artıq tətbiq edilmiş və qüvvədə olan intizam tənbehinin gələcəkdə götürülməsi məsələsini tənzimləyir. Iddiaçının ##.##.2025-ci il tarixli müraciətinin məzmunundan da görünür ki, o, töhmət əmrinin qanunsuz hesab edilərək ləğv olunmasını deyil, mükafatlandırılması ilə əlaqədar verilmiş intizam tənbehinin vaxtından əvvəl götürülməsini xahiş etmişdir. Bu isə mahiyyət etibarilə “Dövlət qulluğu haqqında” Qanunun 25.8-ci maddəsində nəzərdə tutulmuş inzibati şikayət deyil, Əmək Məcəlləsinin 190-cı maddəsindən irəli gələn hüquqdan istifadə edilməsidir. Bu hal iddiaçının mübahisələndirilən inzibati aktla razılaşdığını, həmin aktın qanuniliyini mübahisələndirmək iradəsi nümayiş etdirmədiyini, qanunla müəyyən olunmuş inzibati şikayət mexanizmindən istifadə etmədiyini göstərir. Iddiaçı ##.##.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Nəticə etibarilə intizam tənbehi barədə əmr müəyyən edilmiş müddətdə mübahisələndirilmədiyindən qanuni qüvvəyə minmiş və hüquqi nəticələr doğurmuşdur. Bundan əlavə, kollegiya hesab edir ki, hazırkı iş üzrə iddianın mümkünlüyünü istisna edən digər hal da mövcuddur. Belə ki, mübahisələndirmə haqqında iddianın predmeti hüquqi qüvvədə olan əlverişsiz inzibati akt olmalıdır. Halbuki, iddiaçı barəsində tətbiq edilmiş töhmət intizam tənbehi ilə bağlı münasibətlər xüsusi qanunvericiliklə tənzimlənsə də, həmin tədbirin hüquqi nəticələrinin müddətsiz xarakter daşımadığı qəbul edilməlidir. Əmək qanunvericiliyinin intizam məsuliyyətinə dair müddəalarına uyğun olaraq intizam tənbehi altı ay müddəti keçdikdən sonra hüquqi əhəmiyyətini itirir və şəxs intizam tənbehi tətbiq edilməmiş hesab olunur. Hazırkı halda isə mübahisələndirilən ##.##.2025-ci il tarixli töhmət əmri üzrə altı aylıq müddət artıq başa çatmışdır. Bu səbəbdən həmin akt artıq hüquqi nəticə doğurmur, qüvvədə olan əlverişsiz inzibati akt xarakterini itirmişdir. Belə olan halda, aktın ləğv edilməsinə yönəlmiş mübahisələndirmə haqqında iddia da hüquqi maraq baxımından öz predmetini itirmiş hesab edilməlidir. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı həm qanunla müəyyən edilmiş şikayət və iddia müddətlərinə riayət etməmiş, həm də hazırda hüquqi qüvvədə olmayan inzibati aktı mübahisələndirmişdir. Buna görə də birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri isə həmin qərardadın ləğvi üçün əsas yaratmır. Inzibati Prosessual Məcəllənin 2.2 və 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) iddialara baxılır. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarının 2.3-cü maddəsinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (Inzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (Inzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. IPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə isə belə şərtlər kimi müəyyən edilmişdir ki, publik hüquq sahəsinə aid olan məsələ ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt ünvanlandığı şəxs üçün hər hansı bir hüquqi nəticələr yaratsa, sonuncu tərəfindən onun ləğvi (dəyişdirilməsi) ilə əlaqədar məlum olduğu vaxtdan 30 gün müddətində inzibati məhkəmədə mübahisələndirilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 68, 82, 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Iddiaçının apellyasiya şikayəti rədd edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (ünvan: ünvan 1 məhəllə) kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-693/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-693/2026
08.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver