Məhkəmə qərarları › İş №2-1(3-8)-694/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-694/2026

02.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-694/2026 02.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “müharibə veteranı adı və vəsiqənin verilməsinin razılaşdırılması üçün sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI

1. Iddiaçıya məxsus AO seriyalı, ******* nömrəli hərbi biletin qeydlərinə əsasən iddiaçı ##.##.2010-cu il tarixdən ##.##.2012-ci tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuş, daha sonra isə ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək N nömrəli hərbi hissədə xidmət etmiş və Laçın rayonu istiqamətində ##.##.2020-ci il tarixdə N nömrəli hərbi hissənin tərkibində baş pulemyotçu vəzifəsində döyüşlərdə iştirak etmişdir.

2. Həmçinin, AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən iddiaçı barəsində verilmiş ##.##.2024-cü il tarixli elektron arayışa əsasən iddiaçı ##.##.2010- ##.##.2012-ci il tarixləri, ##.##.2020-##.##.2020-ci il tarixlərində həqiqi hərbi xidmət keçmişdir və xidməti müddəti başa çatdığına görə ehtiyata buraxılmışdır.

3. N nömrəli hərbi hissə komandirinin: - ##.##.2020-ci il tarixli, *** nömrəli əmrinə əsasən iddiaçı ## ###### 2020-ci il tarixdən hərbi hissəsinin şəxsi heyətin siyahısına daxil edilmiş və bütov növ təminatlara qoyulmaqla vəzifələrə təyin olunmuşdur. - ##.##.2020-ci il tarixli, *** nömrəli əmrinə əsasən iddiaçı Azərbaycan Respublikası müdafiə nazirinin ## ###### 2020-ci il tarixli *** nömrəli əmrinə əsasən ## ###### 2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi uçota durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq idarə, şöbə və bölmələrinə göndərilmişdir.

4. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Laçının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında” ## ###### 2020-ci il tarixli, 2369 və **** nömrəli Sərəncamlarına əsasən iddiaçı Azərbaycan Respublikasının müvafiq olaraq Laçın və Qubadlı rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Laçının azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmiş və ona İ-**** nömrəli və İ-**** nömrəli Azərbaycan Respublikası medalının vəsiqələri verilmişdir.

5. Iddiaçı ərizə ilə cavabdeh Cavabdeh müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmişdir.

6. Cavabdeh ##.##.2022-ci il tarixli, #/#.**** nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. Imtina onunla əsaslandırılmışdır ki, Müdafiə nazirinin ## #### 2021-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısında olmadığına görə iddiaçıya “müharibə veteranı” adının və vəsiqənin verilməsi üçün sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunur.

7. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatına qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

8. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin əsl cavabdeh Cavabdeh ilə əvəz edilməsini və ona müharibə veteranı adı və vəsiqənin verilməsinin razılaşdırılması üçün sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a) Birinci instansiya məhkəməsində icraat

9. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.2020-ci il tarixdə səfərbərlik qaydasında hərbi xidmətə cəlb edilərək, N saylı hərbi hissəyə göndərilmişdir. Qeyd edilən hərbi hissə təlim və komplektləşmə üçün nəzərdə tutulmuşdur. ##.##.2020-ci il tarixə kimi həmin hərbi hissədə xidmət etmiş, ##.##.2020-ci il tarixdə düşmən təslim olan gün Laçın və Qubadlı istiqamətinə yola salınmışdır. Laçın ##.##.2020-ci il tarixdə təhvil verilməli olmasına baxmayaraq, artilleriya bölmələri atəş açmasa da düşmənin ayrı-ayrı bölmələri Laçın istiqamətində döyüşü davam etdirdiyindən bir neçə gün lokal döyüş əməliyyatlarında bölmələrin tərkibində iştirak etmişdir. Beləliklə, 27 dekabra kimi Qubadlı və Laçın ərazisində bölmələrlə döyüş tapşırıqları icra etmişdir. Minaların təmizlənməsində, minalı ərazilərdə qalan şəhidlərin çıxarılmasında və razılaşmaya əsasən Şuşanın azad edilməyən bir neçə kəndinin boşaldılması və Laçın dəhlizinin nəzarətə götürülməsində Azərbaycan Respublikasının Prezidentinin 2020-ci il ## ###### tarixli **** nömrəli sərəncamı ilə “Laçının azad edilməsinə görə” medalı və **** nömrəli sərəncamı ilə “Qubadlının azad edilməsinə görə” medalı ilə təltif olunmuşdur. Sonradan müharibə veteranı adının verilməsi ilə əlaqədar AR MN-nə müraciət etsə də ona imtina cavabı verilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır.

10. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

11. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya müharibə veteranı adının verilməsi üçün sənədlərinin razılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim Qəşəm Məmmədli).

12. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, cavabdeh imtinasında iddiaçının döyüş əməliyyatlarının dayandırıldığı dövrdə ##.##.2020-ci il tarixdə hərbi hissəyə daxil olduğunu bildirsə də, nəzərə alınmalıdır ki, həmin tarixdən sonra da düşmənin ayrı-ayrı bölmələrinə (dəstələri) qarşı Laçın istiqamətində bir müddət lokal döyüş əməliyyatları həyata keçirilmişdir. Həmçinin iddiaçı Laçın və Qubadlı rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin ##.##.2020-ci il tarixli sərəncamlarına əsasən “Laçının azad edilməsinə görə” və “Qubadlının azad edilməsinə görə” medalları ilə təltif olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur və cavabdeh orqanın müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtinası əsassızdır.

13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri

14. Cavabdeh apellyasiya şikayətini imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı ## ###### 2020-ci il tarixdə N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına daxil olmuş, elə həmin gündə döyüş əməliyyatları bitmişdir. Iddiaçının ## ###### 2020-ci il tarixdə döyüş təyinatlı rayonlardan gəlmiş hesab edilməsi onun döyüş əməliyyatlarında iştirak etməsi anlamına gəlməməlidir. Çünki, döyüş təyinatlı rayon dedikdə, döyüş əməliyyatları aparılan rayon demək deyildir. Həmçinin, qeyd olunan tarixlərdən də görünür ki, iddiaçı döyüş təyinatlı rayonlara ezam edilsə belə, o, ## ###### 2020-ci il tarixdə N nömrəli hərbi hissəyə gəldiyi üçün həmin tarixdən sonra ezam olunmuşdur. Bundan başqa, iddiaçının ## ###### 2020-ci il tarixdə N nömrəli hərbi hissəyə gəlməsi və döyüş əməliyyatlarında iştirak etmədiyi halda onun “Laçının azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilməsindən aydın olur ki, o, həvəsləndirilmə qaydasında qeyd olunan medallarla təltif edilmişdir. Birinci instansiya məhkəməsi iddiaçının 2020-ci il ########ın ##-dən noyabrın 10-dək olan dövrdə hansı ərazilərdə xidmət etməsi və hansı döyüş təminatı üzrə tapşırıqları yerinə yetirməsini araşdırmamış, bu hal hərbi hissə tərəfindən verilmiş arayış və əmrlə təsdiqlənməmiş, məhkəmə yalnız hərbi biletin qeydlərinə və iddiaçının medalla təltif edilməsinə istinad edərək iddianı təmin etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

15. Apellyasiya məhkəməsində icraat zamanı iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etməklə, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

16. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin – dəqiqləşmənin iddianın faktiki əsasını və mübahisənin mahiyyətini dəyişdirmədiyini, yalnız iddiaçının müdafiə məqsədini hüquqi baxımdan dəqiqləşdirdiyini nəzərə alaraq, “Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2014-cü il tarixli qərarına əsasən, ərizənin məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, ## ###### 2020-ci il tarixdə N nömrəli hərbi hissəyə, ## ###### 2020-ci il tarixdə isə N nömrəli hərbi hissəyə göndərilmiş, həmin hərbi hissədə qeydiyyatı ## ###### 2020-ci il tarixdə aparılmışdır. O, 2020-ci ilin dekabr ayında Laçın rayonunun Kirov kəndində xidmət etmiş, bir müddət mühasirədə qalmış və sonradan sülhməramlı qüvvələr tərəfindən həmin ərazidən çıxarılmışdır. Həmçinin, Qubadlı rayonunda aparılan əməliyyatlarda iştirak etmiş, neytral və minalanmış ərazilərdən şəhidlərin çıxarılması işlərinə cəlb olunmuş, ## ###### 2020-ci il tarixdə ehtiyata buraxılmışdır. Iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və dəqiqləşdirilmiş iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

18. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Inzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

19. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. ... Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. ...

20. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** saylı qərarı ilə təsdiq edilmişdir)

1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; ... 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında.

21. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Işin hallarının araşdırılması prinsipi

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14. Sübut etmə vəzifəsi ... 14.3. Inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI

22. Apellyasiya şikayəti vaxtında verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Ona görə də şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.

23. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

24. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir.

25. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir:

26. Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtinası təşkil edir.

27. Işin yuxarıda qeyd olunan hallarından göründüyü kimi iddiaçı ##.##.2010–##.##.2012-ci illərdə müddətli həqiqi hərbi xidmət keçmiş, daha sonra 2020-ci ilin noyabr ayında ehtiyatda olan hərbi qulluqçu kimi səfərbərliklə ordu sıralarına çağırılmış, ##.##.2020–##.##.2020-ci il tarixlərində hərbi xidmətə cəlb olunaraq əvvəlcə *** nömrəli, daha sonra ##.##.2020-ci il tarixdə N nömrəli hərbi hissənin tərkibində Laçın istiqamətində döyüş əməliyyatlarında iştirak etmiş və xidmət müddəti başa çatdıqdan sonra ehtiyata buraxılmışdır. Xidməti dövründə iddiaçı Azərbaycan Respublikası Prezidentinin ## ###### 2020-ci il tarixli, 2369 və **** nömrəli Sərəncamları ilə “Laçının azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

28. Cavabdehin imtinasının əsası iddiaçının əvvəlcə xidmət etdiyi N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısına daxil edilməməsi, habelə iddiaçının N nömrəli hərbi hissəyə ## ###### 2020-ci il tarixdə qəbul edilməsi barədə dəlillər olmuşdur.

29. Işə baxan məhkəmə cavabdehin imtinasını əsassız sayaraq iddianı təmin etmişdir.

30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir:

31. Cavabdehin apellyasiya şikayətinin dəlilləri iki hissədən ibarətdir: 1) iddiaçının əvvəlcə hərbi xidmət etdiyi N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısına daxil olmamışdır; 2) bundan sonra xidmət etdiyi N nömrəli hərbi hissə isə döyüş əməliyyatlarında iştirak edən hərbi hissə olsa da, iddiaçı həmin hərbi hissəyə döyüş əməliyyatları bitdikdən sonra – ## ###### 2020-ci il tarixdə qəbul edilmişdir.

32. Məhkəmə kollegiyası şikayətin bu dəlillərini əsassız sayaraq qeyd edir ki, əvvəla, iddiaçının hərbi biletinin qeydlərindən görünür ki, o, ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək N nömrəli hərbi hissədə xidmət etmiş, Laçın rayonu istiqamətində ##.##.2020-ci il tarixdə N nömrəli hərbi hissənin tərkibində baş pulemyotçu vəzifəsində döyüşlərdə iştirak etmişdir.

33. Yəni göründüyü kimi iddiaçı məhz ##.##.2020-ci il tarixdə döyüş əməliyyatlarında iştirak edən N nömrəli hərbi hissənin tərkibində bu əməliyyatlarda baş pulemyotçu vəzifəsində xidmət etmişdir.

34. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, bu kateqoriya işlər üzrə formalaşmış məhkəmə təcrübəsində şəxslərin döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrə faktiki göndərilməsi ilə həmin şəxslərin hərbi hissənin şəxsi heyət siyahısına daxil edilməsinə dair əmrin rəsmiləşdirilməsi tarixinin hər zaman üst-üstə düşmədiyi müəyyən olunur. Bir sıra hallarda şəxsin döyüş tapşırığının icrasına faktiki cəlb edilməsi daha əvvəl baş versə də, həmin halın nizami hissə üzrə əmrlə rəsmiləşdirilməsi sonradan, o cümlədən ##.##.2020-ci il tarixdə həyata keçirilmişdir.

35. Buna görə də şəxsin hərbi hissənin şəxsi heyət siyahısına daxil edilməsinə dair əmrin ##.##.2020-ci il tarixdə rəsmiləşdirilməsi özlüyündə onun həmin tarixədək və ya həmin tarixdə döyüş əməliyyatlarında iştirak etmədiyi anlamına gəlmir. Bu hal hərbi bilet, əmrlərdən çıxarışlar, arxiv arayışları, təltif sənədləri və digər sübutlarla birlikdə qiymətləndirilməlidir.

36. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin hazırkı qərarın 20–ci bəndində qeyd olunan normalarının tələblərindən göründüyü kimi müharibə veteranı adı və vəsiqəsi almaq hüququ 2020-ci il ########ın ##-dən məhz noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edən şəxslərə həmin normada göstərilən sənədlər (hərbi bilet, hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər) əsasında məxsusdur.

37. Yəni, döyüş əməliyyatlarında iştirakın son günü ##.##.2020-ci il olaraq müəyyən edilmişdir.

38. Işin qeyd olunan hallarından göründüyü kimi hazırkı iş üzrə iddiaçı da ən azı ##.##.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və bu fakt ona məxsus hərbi biletin qeydləri, N nömrəli hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli, *** nömrəli əmri ilə təsdiq edilmişdir.

39. Bundan başqa, nəzərə almaq lazımdır ki, iddiaçı məhz bu xidməti dövründə uzun müddət işğal altında olan Laçın və Qubadlı rayonlarının azad edilməsində iştirak etdiyinə görə Azərbaycan Respublikası Prezidentinin ## ###### 2020-ci il tarixli, 2369 və **** nömrəli Sərəncamları ilə “Laçının azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

40. Kollegiya qeyd edir ki, iddiaçıya münasibətdə həmin sənədlər Əsasnamədə şəxsin müharibə veteranı hesab edilməsi üçün tələb edilən sənədlərin siyahısında göstərilmişdir.

41. Odur ki, məhkəmə tərəfindən tədqiq edilmiş sözügedən sübutlar iddiaçının 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında, xüsusilə də Laçın və Qubadlı rayonları ərazisinin azad olunmasında iştirak etməsini təsdiq edən mötəbər sübutlardır. Cavabdehin iddiaçının medallarla yalnız həvəsləndirmə qaydasında təltif edilməsi barədə dəlili də əsaslı hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarında iddiaçının Laçın və Qubadlı rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirakına görə təltif edildiyi göstərilmişdir. Həmin sərəncamlar qüvvədən düşməmiş və ya qanunla müəyyən edilmiş qaydada etibarsız hesab edilməmiş rəsmi aktlar olduğundan, cavabdeh inzibati orqan onların hüquqi əhəmiyyətini öz daxili mülahizəsi əsasında inkar edə bilməz.

42. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının analoji mübahisə üzrə 2-1(102)-2564/2023 və *-*(***)-****/**** nömrəli qərarlarında Azərbaycan Respublikası Prezidentinin ## ###### 2020-ci il tarixli, **** nömrəli Sərəncamına əsasən “Laçının azad olunmasına görə” medalları ilə təltif edilmiş iddiaçılara münasibətdə kassasiya instansiyası məhkəməsinin eyni mövqeyi ifadə olunmuşdur.

43. Beləliklə, qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, cavabdehin iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsindən imtinası qanunsuz və əsassız olmuşdur, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bu baxımdan, apellyasiya şikayəti təmin edilməməli, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilsin. Iddiaçı İddiaçı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Cavabdeh üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar