Məhkəmə qərarları › İş №2-1(3-8)-696/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-696/2026

16.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-696/2026 16.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hacıyev Vahid Məcid oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, X4 qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh X1rşı “qərarın ləğv edilməsi və əlilliyin müəyyən edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: IŞIN HALLARI: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin ##.##.2018-ci il tarixli əmrinə əsasən İddiaçı uzunmüddətli xəstəliyi ilə əlaqədar “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 40.1.5-ci maddəsinə əsasən ##.##.2018-ci il tarixdən həmin vəzifənin icrasından azad olunaraq ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. ##.##.2018-ci il tarixli *** nömrəli xəstəlik haqqında şəhadətnamədə diaqnoz və xəstəliyin səbəbli əlaqəsi “xəstəlikdir, xidmət dövründə alınmışdır” qeyd edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş TSEK müayinələri altsistemindən çıxarışdan görünür ki, iddiaçıya ##.##.2019-cu il tarixdə iddiaçıya 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş TSEK müayinələri altsistemindən çıxarışdan görünür ki, iddiaçıya ##.##.2024-cü il tarixdə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və X7-Sosial Ekspert Komissiyasının ##.##.2025-ci il tarixli *-**-*/*-*-***/**** nömrəli qərarına əsasən iddiaçıya əlillik təyin edilməkdən imtina edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X1 ##.##.2025-ci il tarixli T***/**** nömrəli ekspert rəyində ekspertlər belə nəticəyə gəlmişdir ki, vətəndaş İddiaçı ##.##.2025-ci il tarixdə "X12 aparılmış müayinələrindən sonra ona "I11.9-arterial hipertoniya 3d, I35.0-aortal stenoz (yüngül dərəcə)" diaqnozu qoyulmuşdur. Onun əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı "Şamaxı rayon mərkəzi xəstəxanası" tərəfindən tərtib edilmiş ##.##.2019-cu il tarixli *******AAJMJ saylı Forma 88 haqqında məlumatda XBT 10 kodu ilə qeyd edilən "Əsas diaqnoz: I20.1-sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya, ÜIX, stabil gərginlik stenokardiyası III f.s. Ağırlaşmalar: I25.2əvvəllər keçirilən miokard infarktı, postinfarkt kardioskleroz (2011 və 2018 ildə). Z95.5-koronar angioplastik implantatın və transplantatın olması, angioplastika x3 stend əməliyyatından s\v, I50.0-durğunluq ürək çatmamazlığı, ÜÇ III f.s., I67.4-hipertenziv ensefalopatiya, dissirkulyator ensefalopatiya. Yanaşı xəstəliklər: M50.1-boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi, boyun radikulopatiyası davamlı ağrı sindromu ilə, C3-C4 fəqərələrinin spondilyozu, boyun fəqərələrinin osteoxondrozu, osteoporoz, K81.1-xroniki xolesistit, xroniki xolesistit funksiyanın cüzi dərəcəli pozulması ilə, E66.9-dəqiqləşdirilməmiş piylənmə, II dərəcəli alimentar piylənmə" diaqnoz ona stasionarda qoyulsa da, ürəyi ilə əlaqədar hazırkı vəziyyətini onun Institutda ##.##.2025-ci il tarixdə aparılmış müayinələrdən sonra müəyyən edilmiş diaqnoz əks etdirir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X1 ##.##.2025-ci il tarixli T***/**** nömrəli ekspert rəyində ekspertlər belə nəticəyə gəlmişdir ki, vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “XBT 10 kodu: Əsas diaqnoz: I20.1- Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya, ÜIX, stabil gərginlik stenokardiyası III f.s. Ağırlaşmalar: I25.2-əvvəllər keçirilən miokard infarktı, postinfarkt kardioskleroz (2011 və 2018 ildə). Z95.5-koronar angioplastik implantatm və transplantatm olması, angioplastika x3 stend əməliyyatından s\v, I50.0-durğunluq ürək çatmamazlığı, ÜÇ III f.s., I67.4-hipertenziv ensefalopatiya, dissirkulyator ensefalopatiya. Yanaşı xəstəliklər: M50.1- Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi, boyun radikulopatiyası davamlı ağrı sindromu ilə, C3-C4 fəqərələrinin spondilyozu, boyun fəqərələrinin osteoxondrozu, osteoporoz, K81.1-xroniki xolesistit, xroniki xolesistit funksiyanın cüzi dərəcəli pozulması ilə, E66.9-dəqiqləşdirilməmiş piylənmə, II dərəcəli alimentar piylənmə” diaqnozu ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilsə də, şəxsin ##.##.2025-ci il tarixində DTSERA-da əyani müayinəsi zamanı əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. ##.##.2025-ci il tarixdə şəxsin özünün məhkə-tibbi müayinəsi zamanı aşağı ətraflarda dəri səthində rəng dəyişikliyi və periferik ödem, eləcə də təngnəfəslik müşahidə edilməmişdir. Vətəndaş Z.M. Şirinov məhkəmə-tibbi müayinədən keçirilərkən X6 institutuna göndərilmiş və ##.##.2025-ci il tarixdə mütəxəssislər tərəfindən müayinəsi zamanı ona “Arterial hipertoniya Illd I11.9, Aortal qapaq çatışmazlığı 3d, I35.0, Aortal stenoz (yüngül dərəcə) I35.0” diaqnozu qoyulmuşdur. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI Birinci instansiya məhkəməsində icraat Iddiaçı İddiaçı cavabdeh Cavabdeh X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2024-cü il tarixdən etibarən ömürlük əlillik dərəcəsinin müəyyən edilərək verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xxxxnin ##.##.2024-cü il tarixli qərarın ləğv edilməsi və iddiaçıya ##.##.2024-cü il tarixdən hərbi xidmət dövrü ilə əlaqədar orqanizm funksiyalarının 61-80% müddətsiz əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.1969-cu il tarixdə anadan olmuşdur. Hazırda Şamaxı şəhəri Aşıq Məmmədağa küçəsi ev 10 A qeydiyyatdadır. 1987-1989-cu illər ərzində Kürdəmir Rayon Hərbi Komisarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. ##.##.2008-ci ildən Azərbaycan Respublikası Ədliyyə Nazirliyində işləmiş və Ədliyyə nazirinin ***-K saylı ##.##.2018-ci il tarixli əmrinə ilə uzumüddətli xəstəliyi ilə əlaqədar "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun 40.1.5-ci maddəsinə əsasən Ağsu rayon icra və probasiya şöbəsinin icra məmuru vəzifəsinin icraından azad olunaraq ədliyyə orqanlarında qulluq etməyinə xitam verilmişdir. Azərbaycan Respublikası ədliyyə orqanlarında işlədiyi dövrdə xəstəlikləri ilə əlaqədar mütəmadi olaraq Ədliyyə Hospitalında müalicələr almış və həmçinin 2011-2013-cü illər arası hər iki aydan bir Iran Islam Respublikası və Türkiyə Respublikasına səfərlər edərək müalicə kursları keçmişdir. ##.##.2018-ci il tarixdə Ədliyyə Nazirliyinin Tibb Baş Idarəsinin Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilərək ##.##.2018-ci il tarixli *** saylı X8 əsasən ürəyin işemik xəstəliyi, aterosklerotik kardioskleroz, hipertoniya xəstəliyi II (ikinci) mərhələ, nevrasteniya, xroniki spondilogen boyun radikulopatiyası, davamlı ağrı sindromu ilə, C3 -C4 fəqərələrinin spondilyozu, boyun fəqərələrinin ostereoxondrozu, östeoporoz, xroniki xolestit, funksiyalarının cüzi dərəcədə polzulması ilə öd kisəsinin diskeniziyası, OU-Hipertonik angiopatiya, zəif dərəcəli miopiya, İ (birinci) dərəcəli alimentar piylənmə xəstəliklərinin xidmət dövründə alınması qeyd edilmişdir. Həmçinin onuda bildirm ki, ##.##.2018-ci il tarixli *** saylı X10 13-cü bəndinə əsasən HHK-nın hərbi xidmətə, hərbi uçot ixtisası üzrə xidmətə yararlılıq haqqında qərarın "Xəstəliklər cədvəlinin" 43b, 13e, 26c, 58c maddəsinin III qrafasına və ƏTC-yə (Nazirlər Kabinetinin ##.##.2008-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə" yə qoşma) əsasən "Sülh dövründə xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır" kimi qeyd edilməklə xəstəliyə görə ədliyyə orqanlarında xidmətin davam etdirilməsi mümkün deyil qeyd edilmişdir. Bu səbəbdən Ədliyyə Naziri Fikrət Məmmədovun ***- K saylı ##.##.2018-ci il tarixli əmrinə ilə uzumüddətli xəstəliyi ilə əlaqədar "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası qanununun 40.1.5-ci maddəsinə əsasən Ağsu rayon icra və probasiya şöbəsinin icra məmuru vəzifəsinin icraından azad olunaraq ədliyyə orqanlarında qulluq etməyinə xitam verilmişdir. Xəstəlikləri ilə əlaqədar olaraq Səhiyyə Nazirliyinin Elmi X11 davamlı müalicələr almışdır. ##.##.2019-cu il tarixdən ##.##.2024-cü il tarixədək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabelitasiya Agentliyi tərəfindən II dərəcəli əlil olmağı barədə qərar qəbul edilərək 5 il ərzində pensiya almışdır. Həmçinin 2019-2021-ci illər ərzində səhhətində kəskin ağırlaşma səbəbindən müalicə və müayinələr edilərək müəyyən edilmişdir ki, qarın boşluğunun böyük ölçülü törəmələr diaqnozu qoyulmaqla təyin olunmuş əməliyyata onkoloji şiş olması ehtimalı ilə imtina edilmişdir. Müalicələrin mütamadi olaraq davam etdirilməsinə baxmayaraq səhhətində geriləmələr baş qaldırmış, birinci əlillik təyinatından sonra bir çox yeni xəstəlikləri olması müəyyən edilmişdir. Hazırda əvvəlki illərlə müqayisədə xəstəlikləri daha kəskinləşmiş və səhhətində olan problemlər daha qabarıq hal almışdır. Lakin yuxarıda qeyd edilən hallara baxmayaraq 5 ildən sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabelitasiya Agentliyi tərəfindən əlilliyim ləğv edilərək pensiya təminatı dayandırılmış və əlilliyinin yenidən təyin olunması barədə müraciəti qanunsuz və əsasız olaraq imtina edilmişdir. ##.##.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabelitasiya Agentliyi məni əyani müayinədən keçirmək üçün dəvət etsə də hər hansı müayinə və baxış keçirtmədən imtina qərarı qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabelitasiya Agentliyi əlilliyinin ləğv edilməsinə dair qərar qəbul etsə də bu barədə hər hansı rəsmi sənəd verməkdən imtina edərək hüquqlarının pozulmasına səbəb olan hərəkətlərə yol vermişdir. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək bildirmişdir ki, Şamaxı rayon sakini ##.##.1969-cu il təvəllüdlü İddiaçı (FIN: *******) əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş Idarəsi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2018-ci il tarixli *** nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Ürəyin işemik xəstəliyi. Aterosklerotik kardioskleroz. Hipertoniya xəstəliyi II (ikinci) mərhələ. Nevrasteniya. Xroniki spondilogen boyun radikulopatiyası, davamlı ağrı sindromu ilə. C3-C4 fəqərələrinin spondilyozu, boyun fəqərələrinin osteoxondrozu. Osteoporoz. Xroniki xolesistit, funksiyaların cüzi dərəcədə pozulması ilə. Öd kisəsinin diskineziyası. OU-Hipertonik angiopatiya. Zəif dərəcəli miopiya. İ (birinci) dərəcəli alimentar piylənmə” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı 2018-ci ildə infarkt keçirdiyini, ürəyinə 3 ədəd stent qoyulduğunu qeyd etmiş, gecələr ağrı səbəbindən yata bilməməsindən, yüksək arterial təzyiqdən şikayətlənmişdir. Medikamentoz preparatlardan Aspirin-kardio, Pantap və sair qəbul etdiyini söyləmişdir. Müayinə zamanı arterial təzyiqi dərman fonunda 180/100 mm.cv.st olmuşdur. Periferik ödemlər müşahidə edilməmişdir. ƏMAS-da aparıcı mütəxəssis kimi aktiv əmək müqaviləsi mövcud olmuşdur. ElmiTədqiqat Kardiologiya Institutunun ##.##.2024- ##.##.2024-cü il tarixli *** nömrəli Çıxarışında diaqnoz “ÜIX. Stabil gərginlik stenokardiyası III f.s. Infarktdan sonraki hal. Ürək çatışmamazlığı II f.s. Ekstrasistolik aretmiya. Hipertoniya xəstəliyi III d” kimi qeyd edilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da ##.##.2024-cü il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “Sol mədəciyin sistola-diastolik boşluq ölçüləri böyüməyib və sistolik funksiyası (LVEF=60%) pozulmayıb. Sol qulaqcıq cüzi dilatasiya olub. Sağ boşluqlar normaldır. IVS və IAS tamdır. Sol mədəciyin cüzi ekssentrik hipertrofiyası izlənilir. Seqmentar divar hərəkət qüsuru qeyd edilmir. Aortal klapanın sağ koronar və nonkoronar tayı qalınlaşıb, açılımı məhdudlaşıb. Asendan aorta dilatasiyası (39mm). Sol mədəciyin diastolik disfunksiyası relaksativ tip. Aortal stenoz-yüngül dərəcə. Perikard boşluğu təmizdir. PDA, ASD, VSD yoxdur. Rəngli Doppler EXO-KQ-də min MÇ, min TÇ qeyd edilir” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnoz əlillik əlaməti təyin etmir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin (hakim - Qəşəm Məmmədli) ##.##.2026-cı il tarixli e- *-*(***)-****/**** nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnin əlilliyin təyin olunmasından imtina edilməsi barədə ## ###### 2024-cü il tarixli qərarı ləğv edilmiş, iddiaçı İddiaçı ## ###### 2024-cü il tarixdən hərbi xidmət dövrü ilə əlaqədar orqanizm funksiyalarının 35-60 faiz pozulmasına görə bir il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh X1 üzərinə qoyulmuşdur. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə aşağıdakı kimi öz əksini tapmışdır: 2.1. qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər - I10-I15. Qiymətləndirmə: 2.1.1. arterial hipertenziya İ-III dərəcə, hipertoniya xəstəliyi III mərhələ, hədəf orqanların funksiyalarının mülayim pozulması (zədələnməsi) ilə. 34. Göründüyü kimi, iddiaçıya əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Cavabdeh inzibati orqan iddiaçının müraciətinə baxılan zaman əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğuna baxmayaraq, bunu etməmişdir, öz təşəbbüsü ilə əlavə sübutlar toplamamışdır. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə, cavabdeh isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmənin ## ###### 2024-cü il tarixdən təyin etdiyi əlilliyin 1 illik müddəti ##.##.2025-ci il tarixdə başa çatmışdır. O, yenidən əlilliyin təyin edilməsi üçün müraciət etməlidir. Cavabdeh isə qərəzli olaraq yenidən ona əlillik təyin etməkdən imtina edə bilər. Bu səbəbdən əlilliyin müddətsiz təyin edilməsini xahiş edir. Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, analoji işlərdə məhkəmənin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliklərin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Göndərişdə qeyd olunan diaqnoz “Diaqnoz əlillik əlaməti təyin etməməsi” halında məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. b) Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz təqdim olunmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətinin təmin edilməsini, cavabdeh tərəfindən verilən şikayətin isə rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, iddiaçı tərəfindən verilən şikayətin isə rədd edilməsini xahiş etdi. TƏTBIQ EDILƏN HÜQUQ: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. ... 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ... 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra - Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: ... 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: ... 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; ... 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “ HYPERLINK "https://e-qanun.az/framework/49623" \l ":~:text=t%C9%99sdiq%20edilmi%C5%9Fdir.- ,%C6%8Flilliyin%20m%C3%BC%C9%99yy%C9%99n%20olunmas%C4%B1%20meyarlar %C4%B1,-1.%20%C3%9Cmumi%20m%C3%BCdd%C9%99alar" \o "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı" \t "_blank" Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və HYPERLINK "https://eqanun.az/framework/44232" \l "%C9%99lav%C9%99" \t "_top" “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri” nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası: 1.3. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini Idarəetmə Birliyinin rəsmi internet saytında yerləşdirilir. 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; ... 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimihəkim-məsləhət komissiyasına müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən, xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra - Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (IPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (IPM-in 85.2 və 85.3cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, habelə prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Işdən görünür ki, cavabdeh tərəfindən iddiaçının əlilliyi ##.##.2024-cü il tarixdə qiymətləndirilərək ona “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə imtina cavabı verilmişdir. Həmin qərar ##.##.2025-ci il tarixdə alt sistemə daxil edilmişdir. Iddiaçı verilən imtina ilə razılaşmayaraq, cavabdehin ##.##.2024-cü il tarixli qərarının ləğv edilməsi və ona əlillik dərəcəsinin təyin edilməsi tələbi ilə 30 gün ərzində ##.##.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Iş materiallarından müəyyən olunur ki, iddiaçı İddiaçı ##.##.2019-cu il tarixdən etibarən 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmiş, həmin müddət başa çatdıqdan sonra əlilliyinin yenidən qiymətləndirilməsi məqsədilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh ##.##.2024-cü il tarixli qərarla iddiaçıya əlillik təyin edilməsindən imtina etmiş, əsas kimi isə mövcud diaqnozun əlillik əlaməti təyin etməməsini göstərmişdir. Lakin iş üzrə keçirilmiş məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının sağlamlıq vəziyyəti ilə bağlı tibbi sənədlərdə ona ürəyin işemik xəstəliyi, stabil gərginlik stenokardiyası III funksional sinif, keçirilmiş miokard infarktlarının nəticələri, postinfarkt kardioskleroz, ürək çatışmazlığı, arterial hipertenziya və digər yanaşı xəstəliklər diaqnozları qoyulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” PHŞ tərəfindən verilmiş ekspert rəyləri iş materiallarına əlavə edilmiş və həmin rəylər məhkəmə tərəfindən tədqiq olunmuşdur. Birinci instansiya məhkəməsində icraat zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xxxx publik hüquqi şəxs tərəfindən iddiaçının əyani müayinəsi keçirilərək ##.##.2025-ci il tarixli T ***/**** nömrəli ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “XBT 10 kodu: Əsas diaqnoz: I20.1 - Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya, ÜIX, stabil gərginlik stenokardiyası III f.s. Ağırlaşmalar: I25.2-əvvəllər keçirilən miokard infarktı, postinfarkt kardioskleroz (2011 və 2018 ildə). Z95.5-koronar angioplastik implantatm və transplantatm olması, angioplastika x3 stend əməliyyatından s\v, I50.0-durğunluq ürək çatmamazlığı, ÜÇ III f.s., I67.4-hipertenziv ensefalopatiya, dissirkulyator ensefalopatiya. Yanaşı xəstəliklər: M50.1- Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi, boyun radikulopatiyası davamlı ağrı sindromu ilə, C3-C4 fəqərələrinin spondilyozu, boyun fəqərələrinin osteoxondrozu, osteoporoz, K81.1 - xroniki xolesistit, xroniki xolesistit funksiyanın cuzi dərəcəli pozulması ilə, E66.9 - dəqiqləşdirilməmiş piylənmə, II dərəcəli alimentar piylənmə” diaqnozu ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilsə də, şəxsin ##.##.2025-ci il tarixində DTSERA-da əyani müayinəsi zamanı əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. ##.##.2025-ci il tarixdə şəxsin özünün məhkəmə-tibbi müayinəsi zamanı aşağı ətraflarda dəri səthində rəng dəyişikliyi və periferik ödem, eləcə də təngnəfəslik müşahidə edilməmişdir. Vətəndaş İddiaçı məhkəmə-tibbi müayinədən keçirilərkən X6 institutuna göndərilmiş və ##.##.2025-ci il tarixdə mütəxəssislər tərəfindən müayinəsi zamanı ona “Arterial hipertoniya Ill d I11.9, Aortal qapaq çatışmazlığı Id I35.1, Aortal stenoz (yüngül dərəcə) I35.0” diaqnozu qoyulmuşdur. Kollegiya qeyd edir ki, cavabdeh iddiaçıya qoyulmuş diaqnozun öz təsdiqini tapmadığını qeyd etsə də, tibb müəssisəsi tərəfindən iddiaçı barəsində tərtib edilmiş göndəriş, məhkəmətibbi ekspertizasının rəyinin qarşılıqlı təhlilindən müəyyən edilir ki, hazırda iddiaçıda forma 88 göndərişində göstərilən xəstəlik aşkar edilir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 2-ci bəndinə əsasən Qan dövranı sisteminin xəstəlikləri - Xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn orqanizmin qan dövranı sisteminin davamlı pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi klinik-funksional təzahürlərin ifadə dərəcəsinin qiymətləndirilməsinə əsaslanır: qan dövranı çatışmazlığı, hipertonik sindrom, ağciyər hipertenziyası, aritmiyanın və ya blokadanın dərəcəsi. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, fəsadların olması. 2.1. qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər – I10-I15. Qiymətləndirmə: 2.1.1. arterial hipertenziya İ-III dərəcə, hipertoniya xəstəliyi III mərhələ, hədəf orqanların funksiyalarının mülayim pozulması (zədələnməsi) ilə - 35-60 faiz, 1 il. 2.2. Ürəyin işemik xəstəliyi - I20 - I25. Qiymətləndirmə: 2.2.1. ÜDS-nin mülayim disfunksiyası: stenokardiya və ya ağrısız işemiya FS III (50 Vatt və ya 2-3,9 METs); XÜÇ IIA mərhələ olduqda. Miokardın revaskulyarizasiyası mümkün olmadıqda - 35-60 faiz, 1 il. Məhkəmə qeyd edir ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə aşağıdakı kimi öz əksini tapmışdır: 2.1. qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər – I10-I15. Qiymətləndirmə: 2.1.1. arterial hipertenziya İ-III dərəcə, hipertoniya xəstəliyi III mərhələ, hədəf orqanların funksiyalarının mülayim pozulması (zədələnməsi) ilə. Birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinə baxarkən iş üçün əhəmiyyətli olan bütün faktiki halları tam və obyektiv araşdırmamış, mövcud tibbi sənədlərin məzmununu əlilliyin müəyyən olunması meyarları baxımından lazımi qaydada qiymətləndirməmişdir. Buna görə də, əlilliyin müəyyən edilməsindən imtina olunmasına dair inzibati akt kifayət qədər əsaslandırılmış hesab edilə bilməz. Cavabdeh apellyasiya şikayətinin dəlillərində əlavə olaraq bildirmişdir ki, məhkəmə xüsusi bilik tələb edən sahədə qərar çıxararaq cavabdehin diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “Inzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən, diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbiinstrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni, əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bu mənada, cavabdehin apellyasiya şikayətinin həmin dəlili əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir. Həmçinin məhkəmə kollegiyası iddiaçının məhkəmənin ## ###### 2024-cü il tarixdən təyin etdiyi əlilliyin 1 illik müddəti ##.##.2025-ci il tarixdə başa çatmasına, o, yenidən əlilliyin təyin edilməsi üçün müraciət etməli olmasına, cavabdeh isə qərəzli olaraq yenidən ona əlillik təyin etməkdən imtina edəcəyinə görə əlilliyin müddətsiz təyin edilməsinə dair apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 2.2.1-ci bəndində iddiaçının xəstəliyinə görə əlillik müddəti bir il nəzərdə tutulduğuna və əvvəlki əllik müddəti 5 il olduğuna görə ona müddətsiz əllik təyin edilməsi hazırkı mərhələdə mümkün deyildir. Bu səbəbdən iddiaçının apellyasiya şikayətinin dəlilləri də əsassızdır. Odur ki, işin qeyd edilən hallarına əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Tərəflərin apellyasiya şikayətləri rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri rədd edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar