Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-697/2026 04.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, iddiaçı İddiaçı vəkili və nümayəndəsi Vəkil, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, ##.##.2025ci il tarixdən ona güzəştli şərtlərlə pensiyanın təyin edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ##.##.1965-ci il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin birinci bəndinə əsasən, iş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. HT- ******** nömrəli əmək kitabçasına əsasən, ##.##.1981-ci ildən əmək fəaliyətinə başlamış, daha sonra 1983-1985-ci il tarixlərində Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə xidmət etmişdir. Hərbi xidmətini bitirdikdən sonra əmək fəaliyyətini davam etdirmişdir. Əmək fəaliyyətini hal hazırda “SOCAR” Heydər Əliyev adına X4 “elektrik təmiri və istismarı üzrə ** №-li sahənin 3-cü xidmət sahəsində 14-cü dəıəcəli elektrik işləri üzrə mühəndis vəzifəsində işləyir. Əmək fəaliyyətinin vəzifə sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-cı il tarixli, ** saylı Qərarının 29-cu bölməsinin (Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri üzrə ) “b55 bəndinə əsasən, iş icraçısı vəzifəsinə güzəştli şərtlərlə pensiya hüququ verir. Hal-hazırda 60 yaşı var və güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən əmək stajı kifayət qədərdir. Bununla bağlı güzəştli şərtlərlə pensiyanın təyin olunması üçiin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına rəsmi qaydada müraciət etsə də, ##.##.2025ci il tarixində cavabdeh müraciətimə rəsmi qavdada imtina etmişdir. Imtina səbəbi güzəştli iş stajı 12 il 6 aydan az (5 il 1 ay 12 gün (##.##.1994-##.##.1995-ci il, ##.##.2003-##.##.2008-ci il tarixləri arasındakı dövrlər)) təşkil etməsi, ##.##.1983-cü il ИT-İ ******* nömrəli əmək kitabçasında ##.##.1993-##.##.1993-cü il tarixləri arasındakı dövr ərzində “Xəzər Dəniz neft qaz tikinti trestində xxxx vəzifəsində, “SOCAR” Nefitqaztikinti trestinin barəsində tərtib etdiyi ##.##.2024-cü il tarixli **-*-**/*-Ə-***-**/**** nömrəli arayışda isə həmin dövr ərzində * saylı Təmir Tikinti Quraşdırma idarəsində iş icraçısı vəzifəsində işlədiyinin qeyd olunması, əmək kitabçasında Rusiya Federasiyası Saratov vilayəti X1 Tarix Arxivinin ##.##.2024-cü il traixli A-*** nömrəli arayışda ##.##.1985-##.##.1992-ci il tarixləri arasındakı dövr ərzində Rusiya Federasiyasında işləməyi qeyd edilməsi, lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Rusiya Federasiyasının aidiyyəti qurumu arasında inzibati razılaşmanın olmaması ilə əlaqədar qeyd edilmiş dövrəlirin sosial sığorta stajına aid edilməməsi ilə nəticələnmişdir. Iddiaçı hesab edir ki, cavabdehin bu imtina səbəbi konkret olaraq absurddur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** saylı Qərarının 29-cu bölməsinin (Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri üzrə ) “b” bəndinə əsasən iş icraçısı vəzifəsinə güzəştli şərtlərlə pensiya hüququ verir. Iş icraçısı vəzifəsinə güzəştli şərtlərlə pensiya hüququ verir və bu vəzifədə işləməyim Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** saylı Qərarına uyğun olaraq zərərli əmək şəraiti hesab edilir. ##.##.1983-cü il tarixli HT-İ ******* nömrəli əmək kitabçasında ##.##.1993##.##.1993-cü il tarixləri arasındakı dövr ərzində “Xəzər Dəniz neft qaz tikinti” trestində xxxx vəzifəsində, “SOCAR” xxxx trestinin barəmdə tərtib etdiyi ##.##.2024-cü il tarixli **-*-**/*-Ə-l**-**/**** nömrəli arayışda isə həmin dövr ərzində * saylı Təmir Tikinti Quraşdırma idarəsində iş icraçısı vəzifəsində işlədiyinin qeyd olunmasına əsaslanmaqla müraciətinə imtina eilməsi də əsassızdır, belə ki, “Xəzər Dəniz neft qaz tikinti” trestinin adı sonradan dəyişdirilərək SOCAR” xxxx tresti adlandırılmışdır. Əmək kitabçasında Rusiya Federasiyası Saratov vilayəti X1 Tarix Arxivinin 07,05.2024-cü il traixli A*** nömrəli arayışda ##.##.1985-##.##.1992-ci il tarixləri arasındakı dövr ərzində Rusiya Federasiyasında işləməyim qeyd edilməsi, hər iki dövlət arasında pensiya təminatı ilə bağlı müqavilə imzalanıb, hər iki dövlət həmin müqaviləni ratifikasiya edib, lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Rusiya Federasiyasının aidiyyəti qurumu arasında inzibati razılaşmanın olmaması əsası ilə imtina edilməsi də hesab edir ki, əsassızdır. Çünki dövlətlər arasında müqavilə bağlanıb və hər iki dövlət ratifikasiya edib. Nəticədə pozulmuş hüquqlarımın bərpası üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri: Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı Mərkəzi Filiala güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Müraciətə aidiyyəti üzrə Mərkəzi Filial tərəfindən baxılaraq, ##.##.2025-ci il tarixli ***-*/*-Ə-******/**** nömrəli məktubla ərizəçiyə imtina cavabı verilərək və qanunvericiliklə tələb olunan güzəştli iş stajının kifayət qədər mövcud olmaması səbəbindən əmək pensiyasının təyin edilməsinin qanunvericiliyə əsasən, mümkün hesab edilmədiyi bildirilmişdir. Beləki,“Əməkpensiyaları haqqında”Azərbaycan Respublikası Qanununun9.1ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır elan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 'i2 il, altı ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017ci il iyulun 1-dək yaşa, görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri; Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını; Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X5 qərarlarını, X5 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Ilkin olararaq bildirilir ki, iddiaçının ## #### 1983-cü il tarixli HT-İ ******* nömrəli əmək kitabçasında ##.##.1993##.##.1993-cü il tarixləri arasındakı dövr ərzində “Xəzər Dəniz neft-qaz tikinti” trestində xxxx vəzifəsində, “SOCAR “xxxx” trestinin ## ######## 2024-cü il tarixli 14-213/2-Ə-121-42/2024 nörmrəli arayışında isə həmin dövr ərzində 1 sayılı Təmir Tikinti Quraşdırma idarəsində iş icraçısı vəzifəsində işlədiyi qeyd olunub. Göründüyü kimi, iddiaçının təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlarda uyğunsuzluq var. Buna görə də həmin dövrün güzəştli iş stajına daxil edilməsi mümkün deyil. Digər mübahisəli məqam isə sözügedən əmək kitabçasında və “Saratov vilayət X1 Tarix Arxivi”nin # ### 2024-cü il tarixli A-*** nömrəli arayışında ##.##.1985-##.##.1992-ci il tarixləri arasındakı dövr ərzində Rusiya Federasiyasında işlədiyi qeyd olunmuşdur. Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında Pensiya təminatı sahəsində əməkdaşlıq haqqında müqavilənin təsdiqi haqqında X7 əsasən Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında imzalanmış Pensiya təminatı sahəsində əməkdaşlıq haqqında müqavilə təsdiqlənib, həmçinin müqavilə hər iki ölkə tərəfindən ratifikasiya olunub. Lakin müqavilənin tərəflər arasında praktik işləkliyi onun tətbiqinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Rusiya Federasiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında inzibati razılaşma imzalanmayıb. Bununla əlaqədar olaraq, ##.##.1992- ##.##.1992-ci il tarixləri arasındakı dövr Qanunun 23.2-ci maddəsində nəzərdə tutulan tarixdən sonrava aid olduğundan həmin dövrün sosial sığorta stajına daxil edilməsi mümkün deyil. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bununla əlaqədar olaraq bildiririk ki, Ali Məhkəmənin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarında qeyd olunur ki, “42. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini əsaslı hesab edir. Belə ki, Istinad edilən Müqavilənin 18-ci maddəsinin 1-ci bəndinin tələbinə görə, bu Müqaviləyə əsasən pensiya hüququ onun qüvvəyə mindiyi tarixdən yaranır. 43. Həmin normanın tələbi nəzərə alındıqda, iddiaçı qeyd olunan Müqavilədən irəli gələn hüququnun icrasını (RF-nin ərazisində qazandığı iş stajının sığorta stajına daxil edilməsini) Müqavilənin qüvvəyə mindiyi tarixdən tələb edə bilərdi. 44. Müqavilənin 20-ci maddəsinin müddəalarına görə, bu Müqavilə ratifikasiya edilməlidir (1). Bu Müqavilə ratifikasiya sənədlərinin mübadiləsi aparıldığı ay başa çatdıqdan sonrakı ikinci ayın birinci günü qüvvəyə minir (2). 45. Müqavilə hər iki dövlət qanunverici orqanı tərəfindən ratifikasiya olunsa da, onun qüvvəyə minməsini şərtləndirən ratifikasiya sənədlərinin mübadiləsi baş verməmiş, Müqavilə bu qərarın qəbul edildiyi tarixə qüvvəyə minməmişdir”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** №-li Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci bəndinə əsasən, əmək pensiyasının təyin edilməsi zamanı yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti - bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya * nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən nəzərə alınır. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Bununla bağlı olaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2020-ci il tarixli icmal məktubuna əsasən məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub- olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. Nəticə etibarilə nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apellyasiya şikayətinin dəlilərindən asılı olmayaraq, hər bir halda iddiaçının qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyqun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Bundan başqa, Mərkəzi Filiala təqdim edilmiş sənədlərdə qeyd edilən məlumatlardan göründüyü kimi, iddiaçının güzəştli iş stajı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, güzəştli iş stajı 12 il 6 aydan az (5 il 1 ay 12 gün (##.##.1994-##.##.1995-ci il, ##.##.2003-##.##.2008-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Eyni zamanda analoji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarında məhkəmə kollegiyası oxşar mübahisələrlə bağlı Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə uyğun olaraq qeyd etmişdir ki, məhkəmələr is verlərindən təqdim edilmiş belə arayışları heç də həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımırlar. Odur ki, islərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: “xxxx” tresti tərəfindən verilmiş ##.##.2024-cü il tarixli arxiv arayışıdan görünür ki, “xxxx" trestinin arxiv fondunun materiallarına əsasən, İddiaçı - ##.##.1992-ci il tarixindən ##.##.1992-ci il tarixli **/k nömrəli əmrə əsasən, “Xəzərdənizxxxx” trestinin * saylı Təmir Tikinti Quraşdırma Idarəsinə 4-cü dərəcəli işıqlandırma şəbəkələri üzrə elektrik quraşdırıcısı peşəsinə işə qəbul edilmişdir. İddiaçı ##.##.1993-cü il tarixindən ##.##.1993-cü il tarixli **/k nömrəli əmrə əsasən iş icraçısı vəzifəsinə keçirilmişdir. İddiaçı - ##.##.1993-cü il tarixli **/k nömrəli əmrə əsasən Azərbaycan Respublikasının ƏQM-nin 37-ci maddəsinə əsasən öz təşəbbüsü ilə işdən azad olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### ** saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 29-cu bölməsinin (Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri üzrə) “b” bəndinə əsasən, iş icraçısı vəzifəsinə güzəştli şərtlərlə pensiya hüququ verir. “xxxx” tresti Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin birbaşa tabeçiliyində olan dövlət müəssisəsi kimi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” ## ###### 2003-cü il tarixli, *** nömrəli Fərmanına əlavələr edilməsi barədə ## #### 2007-ci il tarixli, *** nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin ## #### 2007-ci il tarixli, ** nömrəli və ## #### 2007-ci il tarixli, ** nömrəli əmrlərinə əsasən “Azneft” istehsalat Birliyinin “Xəzərdənizxxxx” trestinin (qeydiyyat tarixi: ##.##.1997-ci il, qeyd.№D-2270) və “Azneft” Istehsalat Birliyinin “Azərdənizneftinşaat” trestinin (qeydiyyat tarixi: ##.##.1994-cü il) bazasında yaradılmışdır və həmin təşkilatların hüquqi varisidir. “xxxx” tresti tərəfindən verilmiş ##.##.2025-ci il tarixli arxiv arayışdan görünür ki, İddiaçı “xxxx” (əvvəlki “Xəzərdənizxxxx”) trestində iş icraçısı vəzifəsində işləmişdir. Qeyd edilən bu vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “xxxx” trestinin istehsalat sahələrinin aid olduğu 29-cu, bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin “b) mütəxəssislər” alt bölməsindəki “iş icraçıları” vəzifəsi ilə uyğunluq təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Iddiaçı İddiaçı hüququnun yarandığı vaxtdan, yəni 60 yaşının tamam olduğu ##.##.2025-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması, iddiaçı İddiaçı ##.##.2025-ci il tarixdən hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi qərara alınmışdır. (hakim Mehriban Mahmudlu- Abbbaszadə). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının 60 yaşının tamam olduğu ##.##.2025-ci ilədək əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı mövcuddur Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI: a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia tələbinə etirazla eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, iddiaçının SOCAR “xxxx” trestində işlədiyi dövr və ##.##.1992-ci il tarixinədək Rusiya Federasiyasında işlədiyi mübahisələndirilən güzəştli iş stajı Mərkəzi Filial tərəfindən qəbul edilsə belə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə tələb olunan 12 il 6 aygüzəştli iş stajı tamamlanmayacaqdır. Ilkin olararaq bildiririk ki, iddiaçının ## #### 1983-cü il tarixli ИТ-l ******* nömrəli əmək kitabçasında ##.##.1993-##.##.1993-cü il tarixləri arasındakı dövr ərzində “Xəzər Dəniz neft-qaz tikinti” trestində xxxx vəzifəsində, “SOCAR “xxxx” trestinin ## ######## 2024-cü il tarixli 14-2-13/2-Ə-121-42/2024 nörmrəli arayışında isə həmin dövr ərzində 1 sayılı Təmir Tikinti Quraşdırma idarəsində iş icraçısı vəzifəsində işlədiyi qeyd olunub. Göründüyü kimi, iddiaçının təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlarda uyğunsuzluq var. Buna görə də həmin dövrün güzəştli iş stajına daxil edilməsi mümkün deyil. Digər mübahisəli məqam isə sözügedən əmək kitabçasında və “Saratov vilayət X1 Tarix Arxivi”nin # ### 2024-cü il tarixli A-*** nömrəli arayışında ##.##.1985-##.##.1992-ci il tarixləri arasındakı dövr ərzində Rusiya Federasiyasında işlədiyi qeyd olunmuşdur. Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında Pensiya təminatı sahəsində əməkdaşlıq haqqında müqavilənin təsdiqi haqqında X7 əsasən Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında imzalanmış Pensiya təminatı sahəsində əməkdaşlıq haqqında müqavilə təsdiqlənib, həmçinin müqavilə hər iki ölkə tərəfindən ratifikasiya olunub. Lakin müqavilənin tərəflər arasında praktik işləkliyi onun tətbiqinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Rusiya Federasiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında inzibati razılaşma imzalanmayıb. Bununla əlaqədar olaraq, ##.##.1992- ##.##.1992-ci il tarixləri arasındakı dövr Qanunun 23.2-ci maddəsində nəzərdə tutulan tarixdən sonraya aid olduğundan həmin dövrün sosial sığorta stajına daxil edilməsi mümkün deyil. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bununla əlaqədar olaraq bildiririk ki, Ali Məhkəmənin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarında qeyd olunur ki, “42. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini əsaslı hesab edir. Belə ki, Istinad edilən Müqavilənin 18-ci maddəsinin 1-ci bəndinin tələbinə görə, bu Müqaviləyə əsasən pensiya hüququ onun qüvvəyə mindiyi tarixdən yaranır. 43. Həmin normanın tələbi nəzərə alındıqda, iddiaçı qeyd olunan Müqavilədən irəli gələn hüququnun icrasını (RF-nin ərazisində qazandığı iş stajının sığorta stajına daxil edilməsini) Müqavilənin qüvvəyə mindiyi tarixdən tələb edə bilərdi. 44. Müqavilənin 20-ci maddəsinin müddəalarına görə, bu Müqavilə ratifikasiya edilməlidir (1). Bu Müqavilə ratifikasiya sənədlərinin mübadiləsi aparıldığı ay başa çatdıqdan sonrakı ikinci ayın birinci günü qüvvəyə minir (2). 45. Müqavilə hər iki dövlət qanunverici orqanı tərəfindən ratifikasıya olunsa da, onun qüvvəyə minməsini şərtləndirən ratifikasiya sənədlərinin mübadiləsi baş verməmiş, Müqavilə bu qərarın qəbul edildiyi tarixə qüvvəyə minməmişdir”. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci ilin ######ın #- dək keçmiş SSRInin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edildiyindən Mərkəzi Fillial tərəfindən iddiaçınınRusiya Federasiyasındakı iş stajı ##.##.1992-ci il tarixinədək ümumi iş stajı kimi nəzərə alınmışdır. Iddiaçının Rusiya Federasiyasında işlədiyi dövrün güzəştli iş stajına daxil edilə bilməməsi ilə əlaqədar olaraq Ali Məhkəmənin çoxsaylı qərarları mövcudur. Belə ki, Ali Məhkəmənin ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli və ##.##.2025-ci il tarixli *- *(***)-***/**** nömrəli qərarlarında qeyd olunan məsələ ilə bağlı artıq məhkəmə mövqeyinin formalaşdığını görə bilərik. Məhkəmə icraatı zamanı iddiaçı tərəfindən təqdim olunan ##.##.2024-cü il tarixli “Azərişıq ASC”-nin arayışı aşağıda qeyd olunanlara əsasən iddiaçının güzəştli iş stajını təsdiqləyən əhəmiyyətə malik deyil:
1. Sözügedən arayışda iddiaçının “Azərişıq ASC”-də 1993-cü ilin iyul ayından 1994cü ilin may ayınadək “texnik” vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda texnik başlığı altında hər hansı vəzifə nəzərdə tutulmamışdır. 2. Hətta “texnik” vəzifəsi nəzərdə tutulsa belə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 2.2.1-ci yarımbəndinə və 4.1-ci bəndinə əsasən Mərkəzi Filiala təqdim olunmalı sənədlərdən güzəştli arayışın olması zəruridir. Analoji iş üzrə Ali Məhkəmənin ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarında qeyd olunan hüquqi mövqeyə əsasən Məhkəmə kollegiyası nəzərə almışdır ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün iddiaçı güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi Siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə kollegiyası, həmçinin oxşar mübahisələrlə bağlıAli Məhkəmənin formalaşmış hüquqi mövqeyinə uyğun olaraq qeyd edir ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları heç də həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımırlar. Odur ki, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır (2-1(102)- 1410/2021, 2- 1(102)-131/2022, 2-1(102)-****/**** №-li işlər üzrə qərarlar). Nəticədə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin iddianın təmin edilməsinə dair qərarı ləğv edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən bildiririk ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təyin olunması üçün tələb olunan ümumi iş stajı kifayət etsə də, güzəştli iş stajı kifayət etməyəcəkdir. Bildiririk ki, Sumqayıt Inzibati Məhkəməsi ## #### 2026-cı il tarixli *- *(***)-****/**** nömrəli qərarında qeyd edir ki, ““xxxx” tresti tərəfindən verilmiş ##.##.2024-cü il tarixli arxiv arayışına əsasən, “xxxx" trestinin arxiv fondunun materiallarına əsasən, İddiaçı - ##.##.1992-ci il tarixindən ##.##.1992-ci il tarixli **/k nömrəli əmrə əsasən “Xəzərdənizxxxx” trestinin * saylı Təmir Tikinti Quraşdırma Idarəsinə 4-cü dərəcəli işıqlandırma şəbəkələri üzrəelektrik quraşdırıcısı peşəsinə işə qəbul edilmişdir. İddiaçı - ##.##.1993-cü il tarixindən ##.##.1993-cü il tarixli **/k nömrəli əmrə əsasən iş icraçısı vəzifəsinə keçirilmişdir. İddiaçı - ##.##.1993-cü il tarixli **/k nömrəli əmrə əsasən Azərbaycan Respublikasının ƏQM-nin 37-ci maddəsinə əsasən öz təşəbbüsü ilə işdən azad olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### ** saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu bölməsinin (Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri üzrə) “b” bəndinə əsasən iş icraçısı vəzifəsinə güzəştli şərtlərlə pensiya hüququ verir. “xxxx” tresti Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin birbaşa tabeçiliyində olan dövlət müəssisəsi kimi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” ## ###### 2003-cü il tarixli, *** nömrəli Fərmanına əlavələr edilməsi barədə ## #### 2007-ci il tarixli, *** nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin ## #### 2007-ci il tarixli, ** nömrəli və ## #### 2007-ci il tarixli, ** nömrəli əmrlərinə əsasən “Azneft” istehsalat Birliyinin “Xəzərdənizxxxx” trestinin (qeydiyyat tarixi: ##.##.1997- ci il, qeyd.№D-2270) və “Azneft” Istehsalat Birliyinin “Azərdənizneftinşaat” trestinin (qeydiyyat tarixi: ##.##.1994-cü il) bazasında yaradılmışdır və həmin təşkilatların hüquqi varisidir. 26.“xxxx” tresti tərəfindən verilmiş ##.##.2025-ci il tarixli arxiv arayışa əsasən, İddiaçı “xxxx” (əvvəlki “Xəzərdənizxxxx”) trestində iş icraçısı vəzifəsində işləmişdir. Qeyd edilən bu vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “xxxx” trestinin istehsalat sahələrinin aid olduğu 29-cu, bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin “b) mütəxəssislər” alt bölməsindəki “iş icraçıları” vəzifəsi ilə uyğunluq təşkil edir”. Yuxarıda qeyd olunanlara əsasən bildiririk ki, müəssisə öz arayışında sadəcə iş icraçısı vəzifəsinə münasibət bildirmiş, lakin elektrik quraşdırıcısı vəzifəsinin güzəştli vəzifə olmasına dair hər hansı qeyd ümumiyyətlə nəzərdə tutulmamışdır. Eləcə də, hansı sahə və koda uyğunluğu da arayışda qeyd olunmamışdır. Buna görə də, iddiaçının elektrik quraşdırıcısı işlədiyi dövr Mərkəzi Filial tərəfindən ümumi iş stajına daxil edilmişdir. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### ** saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda “elektrik quraşdırıcısı” başlığı altında heç bir vəzifə nəzərdə tutulmamışdır. Buna baxmayaraq məhkəmə iddia tələbini qeyd olunan hissədə heç bir əsaslandırma qeyd etmədən təmin etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
TƏTBIQ EDILƏN HÜQUQ.
Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... III. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. ....
32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. Işçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri
1. Işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Işçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
“Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: 13.1-ci maddə b) bəndinə əsasən: əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan * nömrəli siyahı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. * nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. ## #### 1997-ci il tarixli ***-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il ######un #-dən başlayaraq 2000-ci il ######un #-dək hər il altı ay artırılır.
“Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: 3.1-ci bənd. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi ##.##.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2-ci bənd. 2006-cı il ######ın #-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; (-).
"Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" (Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmişdir):
“Inzibati icraat haqqında” Qanun: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
Inzibati Prosessual Məcəllə: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI: Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtinası təşkil edir. Iddiaçının hüquqi marağı güzəştli şərtlərlə yaşa əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Yuxarıda göstərilən normaların təhlilindən görünür ki, güzəştli şərtlərlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı ##.##.2006-cı il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il ######un #-dən başlayaraq 2000-ci il ######un #-dək hər il altı ay artırılmaqla), ##.##.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (## #### 2017-ci il tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). ##.##.2006-cı il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş və iş stajı; ##.##.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi: 1) yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə azı 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); ##.##.2017-ci ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi: yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə azı 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı” (bundan sonra * nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Qanunvericilik normalarına görə, hazırkı mübahisəyə münasibətdə şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs müvafiq yaşa çatmalı, 25 ildən çox ümumi iş stajına, o cümlədən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə ən azı 12 il 6 ay xüsusi iş stajına malik olmalıdır. Işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı İddiaçı ##.##.1965-ci il təvəllüdlü olmaqla, 60 yaşı ##.##.2025-ci il tarixdə tamam olmuş, bununla da qanunla tələb olunan pensiya yaş həddi ilə bağlı şərt ödənilmişdir. Həmçinin cavabdeh inzibati orqan tərəfindən iddiaçının ümumi iş stajı mübahisələndirilməmiş, yalnız güzəştli iş stajına malik olmaması halına istinad edilmişdir. Cavabdeh orqan tərəfindən mübahisələndirilməsə də, məhkəmə araşdırması zamanı iddiaçıya məxsus əmək kitabçasının surəti və iş materiallarında olan digər sənədlər ilə iddiaçının tələb olunan 25 ildən artıq iş stajına malik olması müəyyən olunmuşdur. Məhkəmə kollegiyası güzəştli iş stajı ilə bağlı qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının təqdim etdiyi sənədlərdə uyğunsuzluq olduğunu göstərərək, əmək kitabçasında ##.##.1993-##.##.1993-cü il tarixləri arasındakı dövr üzrə “xxxx” vəzifəsinin, SOCAR “xxxx” trestinin arayışında isə “iş icraçısı” vəzifəsinin göstərilməsini həmin dövrün güzəştli iş stajına daxil edilməsinə maneə kimi qiymətləndirmişdir. Kollegiya bu dəlili əsaslı hesab etmir. Belə ki, iş materiallarında olan “xxxx” trestinin ##.##.2024-cü il tarixli arxiv arayışından görünür ki, İddiaçı “Xəzərdənizxxxx” trestinin * saylı Təmir Tikinti Quraşdırma Idarəsində işləmiş, ##.##.1993-cü il tarixli **/k nömrəli əmrə əsasən iş icraçısı vəzifəsinə keçirilmiş və ##.##.1993-cü il tarixli **/k nömrəli əmrə əsasən işdən azad edilmişdir. Həmin arayışda “xxxx” trestinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin müvafiq əmrlərinə əsasən “Xəzərdənizxxxx” trestinin bazasında yaradıldığı və həmin təşkilatın hüquqi varisi olduğu da göstərilmişdir. Bundan başqa, SOCAR “xxxx” trestinin ## ###### 2025-ci il tarixli, **-*-**/*-****/**** nömrəli məktubunda iddiaçının “xxxx” trestində, əvvəlki adı ilə “Xəzərdənizxxxx” trestində iş icraçısı vəzifəsində işləməsi və həmin vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 29-cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsinin “b) mütəxəssislər” alt bölməsindəki “iş icraçıları” vəzifəsinə uyğun olduğu birbaşa təsdiq edilmişdir. Cavabdehin əmək kitabçasında “xxxx” ifadəsinin işlədilməsi ilə arayışda “iş icraçısı” vəzifəsinin göstərilməsi arasında ziddiyyət olması barədə mövqeyi də formal yanaşmadan ibarətdir. Kollegiya nəzərə alır ki, iddiaçının əmək kitabçasındakı qeyd rusdilli kadr sənədlərinin terminologiyası ilə bağlı olmuşdur. Rus dilində tikinti-quraşdırma sahəsində işlədilən “производитель работ” ifadəsi hərfi mənada “işlərin xxxxsı”, yəni işlərin görülməsini təşkil və icra edən şəxs deməkdir və işgüzar-hüquqi termin kimi Azərbaycan dilində “iş icraçısı” anlayışına uyğun gəlir. Həmin ifadənin qısaldılmış forması olan “прораб” da məhz “производитель работ”, yəni iş icraçısı mənasında işlədilir. Bu səbəbdən əmək kitabçasında “xxxx” kimi görünən ifadə müstəqil və fərqli peşə adı kimi deyil, tikinti-quraşdırma sahəsində “производитель работ” vəzifəsinin hərfi tərcüməsi kimi qiymətləndirilməlidir. Iş yerindən verilmiş sonrakı arxiv arayışları və SOCAR-ın ##.##.2025-ci il tarixli məktubu həmin qeydin məzmununu dəqiqləşdirərək iddiaçının məhz “iş icraçısı” vəzifəsində işlədiyini təsdiq edir. Belə olan halda, sənədlərdəki ifadə fərqi həmin dövrün güzəştli iş stajına aid edilməsindən imtina üçün əsas sayıla bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin arayışına əsasən nəzərə alınır. Hazırkı işdə iddiaçının “iş icraçısı” vəzifəsində işləməsi və həmin vəzifənin Siyahıya uyğunluğu işəgötürənin arayışları və SOCAR-ın əlavə məktubu ilə təsdiq olunmuşdur. Həmçinin nəzərə almaq lazımdır ki, “Inzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından inzibati icraat zamanı təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Cavabdeh inzibati orqan SOCAR tərəfindən verilmiş arayış və məktubda göstərilən məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Əksinə, həmin sənədlər müəssisənin arxiv məlumatlarına və hüquqi varislik əlaqəsinə əsaslanmaqla tərtib edilmişdir. Kollegiya əlavə olaraq qeyd edir ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi ilk növbədə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh yalnız şəxsin əleyhinə olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa borcludur. Belə ki, “Inzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Hazırkı işdə cavabdeh orqanın “xxxx” ifadəsinin mənası, müəssisənin hüquqi varisliyi və iddiaçının faktiki olaraq hansı funksional vəzifəni icra etməsi barədə əlavə araşdırma aparmadan imtina etməsi bu tələblərə uyğun sayıla bilməz. Məhkəmə kollegiyası Rusiya Federasiyasında qazanılmış stajla bağlı dəlillərə münasibətdə də qeyd edir ki, iddiaçının ##.##.1985-##.##.1992-ci il tarixləri arasında Rusiya Federasiyasında işləməsi əmək kitabçası və Saratov vilayəti X1 Tarix Arxivinin ##.##.2024-cü il tarixli A-*** nömrəli arayışı ilə təsdiq olunur. ##.##.1992-ci ilədək keçmiş SSRI ərazisində qazanılmış əmək stajının sığorta stajına daxil edilməsi “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsinin birbaşa tələbindən irəli gəlir və bu hissədə əlavə beynəlxalq müqavilənin tətbiqi tələb olunmur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 23.1-ci maddəsinə əsasən Vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. Həmin qanunun 23.2-ci maddəsinə əsasən 1992-ci il ######ın #-dək keçmiş SSRI-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. ##.##.1992-ci il tarixindən sonrakı dövrə gəldikdə isə, kollegiya nəzərə alır ki, cavabdeh özü də Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Müqavilənin hər iki dövlət tərəfindən təsdiq və ratifikasiya edildiyini qəbul edir. Belə olan halda, yalnız aidiyyəti qurumlar arasında Müqavilənin tətbiqi mexanizmini tənzimləyən əlavə razılaşmanın imzalanmaması vətəndaşın artıq qazanılmış əmək stajının nəzərə alınmamasına əsas ola bilməz. Vətəndaş dövlətlərarası razılaşmanın icrası ilə bağlı təşkilati-prosedur məsələlərin gecikməsinə və ya tamamlanmamasına görə mənfi hüquqi nəticələrə məruz qoyula bilməz. Müqavilənin ratifikasiya olunması dövlətlərin həmin sahədə üzərilərinə öhdəlik götürmək və qarşılıqlı tanıma mexanizmini qəbul etmək iradəsini ifadə edir. Buna görə də cavabdehin “inzibati razılaşmanın olmaması” barədə dəlili, xüsusilə işin digər sübutları ilə birlikdə qiymətləndirildikdə, iddiaçının Rusiya Federasiyasında qazandığı stajın nəzərə alınmamasını əsaslandırmır. Əks yanaşma dövlətlərarası sənədlərin icrası ilə bağlı təşkilati məsələlərin nəticəsini vətəndaşın sosial təminat hüququnun üzərinə yükləmiş olar ki, bu da sosial təminat hüququnun mahiyyəti və inzibati icraatın obyektiv araşdırma prinsipi ilə uzlaşmır. Eyni zamanda ## #### 2022-ci il tarixdən etibarən qüvvəyə minmiş qanunvericilik dəyişiklikləri nəzərə alındıqda, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün pensiya kapitalının mövcudluğu ayrıca maneə kimi qiymətləndirilmir. Bundan başqa, cavabdehin öz imtina məktubunda iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində kifayət qədər pensiya kapitalının mövcud olduğu göstərilmişdir. Odur ki, hazırkı iş üzrə əsas mübahisə yalnız xüsusi iş stajının hesablanması ilə bağlıdır. Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 60 yaşına çatması, 25 ildən artıq ümumi iş stajına malik olması və iş materialları ilə təsdiq edilən mübahisəli dövrlər də nəzərə alınmaqla 12 il 6 aydan az olmayan xüsusi iş stajının mövcudluğu təsdiq olunur. Buna görə də iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə tələb olunan şərtlər mövcuddur. Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı apellyasiya şikayətrinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTICƏVI HISSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.