Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-7/2026 05.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X1 və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Məmmədova Aişə Səfər qızının katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli 2-1(118)- ****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi Işin halları Xaçmaz rayonu Qaraçı bələdiyyəsinin ##.##.2006-cı il tarixli ** nömrəli qərarından görünür ki, bələdiyyənin ehtiyat fondundan fərdi mənzil tikintisi üçün 1000 kv m torpaq sahəsinin İddiaçı satılması qərara alınmışdır. ##.##.2006-cı il tarixli, **** saylı torpaqların alqı-satqısına dair aktdan görünür ki, Qaraçı bələdiyyəsi ərazisində 0,10 ha torpaq sahəsi İddiaçı satılmışdır. ** nömrəli, iyun 2006-cı il tarixli qəbzdən görünür ki, İddiaçı Xaçmaz rayonu Qaraçı bələdiyyəsinin hesabına 222 manat torpağın dəyəri ödənilmişdir. Xaçmaz rayonu Qaraçı kəndinin baş planından çıxarışdan görünür ki, İddiaçı ayrılmış 0,10 ha torpaq sahəsinə dair tərtib edilmişdir. Azərbaycan Respublikası DT və XK-nin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş ##.##.2006-cı il tarixli rəydən görünür ki, fərdi yaşayış evinin tikintisi məqsədilə satılması nəzərdə tutulan torpaq sahələri Qaraçı bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. Satılması nəzərdə tutulan torpaq sahələri Qaraçı bələdiyyəsinin perespektiv inkişaf fondu torpaqlarına aid olmaqla həmin məqsəd üçün satılması qanunamüvafiqdir. Xaçmaz rayonu Qaraçı bələdiyyəsi tərəfindən verilmiş ##.##.2022-ci il tarixli, 33 nörməli arayışdan görünür ki, İddiaçı ##.##.2006-cı il tarixdə bələdiyyənin ** saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədilə 0,10 ha torpaq sahəsi satılmışdır. Hal-hazırda qeyd olunan qərar qüvvədədir. Xaçmaz rayon Dövlət Arxivi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli məktubdan görünür ki, Xaçmaz rayon Qaraçı bələdiyyəsnin ## ### 2006-cı il tarixli ** saylı qərarının və İddiaçı aid torpaqayırma sənədlərinin kserosurəti məhkəməyə göndərilmişdir. Xaçmaz rayonu Qaraçı kəndi ərazisində torpaq sahəsinə dair tərtib edilmiş müayinə aktından görünür ki, cavabdeh1n * saylı Xaçmaz Ərazi Idarəsi tərəfindən məktubda göstərilən Xaçmaz rayon Qaraçı bələdiyyəsinin ## ### 2006-ci il tarixli ** saylı qərari ilə iddiaçı İddiaçı mülkiyyətinə verilmiş Xaçmaz rayonu Qaraşı kəndində yerləşən 0,10 ha torpaq sahəsinə baxış keçirilmiş və kameral araşdırma işləri aparılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Xaçmaz rayon Qaraçı bələdiyyəsinin ## ### 2006-ci il tarixli ** saylı qərari ilə iddiaçı İddiaçı mülkiyyətinə verilmiş Xaçmaz rayonu Qaraşı kəndində yerləşən 0.10 ha torpaq sahəsinin kateqoriyası elektron baza məlumatlarında (DWJ) və torpaqların elektron kadastrı uçotu informasiya (TEKUIS) sistemində kənd təsərrüfatı təyinatlı torpaqlarına aiddir, uqodiyası əkindir, qonşu torpaq sahələri ilə üst-üstə düşmür, kommunikasiya xətləri keçmir. Iddiaçı İddiaçı satılmış 0,10 ha torpaq sahəsinin qonşuluğunda (sağında, solunda) mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməmişdir, lakin ətrafında olan 125 metrə ara məsafədə ##.##.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınaraq, çıxarış verilmişdir. cavabdeh1n Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC ## #### 2026-cı il tarixli, *-**-*-**/*-****/**** nömrəli məktubundan görünür ki, sözügedən torpaq sahəsi Kompleks yerquruluşu layihəsinə (DWG) və Torpaqların elektron kadastr uçotu informasiya sisteminə (bundan sonra-TEKUIS) əsasən kənd təsərrüfatı təyinatlı əkin torpaqlarına aiddir. TEKUIS məlumatlarına əsasən bonitet balı 72 olmaqla, II keyfiyyət qrupuna aiddir. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdeh cavabdeh1n * saylı Xaçmaz Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Xaçmaz Ərazi Idarəsinin ##.##.2024-cü il tarixli, *-**-*-**/*-********* saylı müraciətə baxılması barədə imtinasının ləğv edilməsi və ##.##.2006-cı il tarixdə bələdiyyənin ** saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədi ilə satılmış 0,10 ha torpaq sahəsinin tərəfindən özəlləşdirilməsinə (mümkün hesab edilməsinə) dair qərar qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ##.##.2006-cı ildə Xaçmaz rayonu Qaraçı kəndində torpaq sahəsi almaq üçün Qaraçı bələdiyyəsinə ərizə ilə müraciət etmişdir. Bununla bağlı Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsindən ərizəçiyə satılması nəzərdə tutulan torpaq sahəsinin Qaraçı bələdiyyəsinin perspektiv inkişaf fondu torpaqlarına aid olması və alqı-satqı predmeti olması, satılmasının qanuna müvafiqliyi barədə rəy alınmışdır. Qaraçı bələdiyyəsinin ## ### 2006-cı il tarixli ** saylı şura iclasının protkolu ilə iddiaçının ərizəsi nəzərə alınaraq fərdi mənzil tikintisi üçün Qaraçı kəndinin ərazisindən 1000 kv.m torpaq sahəsi satılması qərara alınmışdır, torpaqların alqı-satqısına dair Akt əsasında Qaraçı bələdiyyəsi 1000 kv.m torpaq sahəsini 222 manat pula iddiaçıya satmışdır. İddiaçı adına DT XK-nin Xaçmaz rayonu şöbəsində Qaraçı kəndi ərazisində yerləşən 1000 kv.m torpaq sahəsi ##.##.2006-cı il tarixdə 1624 nömrə ilə qeydiyyata alınmışdır, Xaçmaz rayonu Qaraçı kəndinin baş alanından miq: 1:2000 və qurluşun miq: 1:10000 çıxarışları verilmişdir. İddiaçı Xaçmaz rayonu Qaraçı bələdiyyəsi tərəfindən ##.##.2006-cı il tarixdə bələdiyyənin ** saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədi ilə 0,10 ha torpaq sahəsi satıldığını və qərarın qüvvədə olduğu barədə ##.##.2022-ci il tarixli ** saylı arayış verilmişdir. 2024-cü ildə iddiaçıya satılmış torpağı özəlləşdirmək məqsədi ilə Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xıdməq cavabdeh1 * saylı Xaçmaz Ərazi Idarəsinə ərizə ilə müraciət etmişdir. Nəticədə, bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının Qanununun 7.2 maddəsini, Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci, 11.1 və 15-ci maddələrinə əsaslanaraq, özəlləşdirilməsinə imtina etmişdir. Bu səbəbdən, məsələnin həlli üçün məhkəməyə müraciət etmişdir Cavabdeh iddiaçıya ünvanladığı ##.##.2024-cü il tarixli imtina məktubunda bildirmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət edilən Xaçmaz rayonu Qaraçı bələdiyyəsinin ##.##.2006-cı il tarixli, ** saylı qararı ilə satılmış 0,10 ha torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilərək Xaçmaz rayonu, Qaraçı bələdiyyəsinin ##.##.2006-cı il tarixli, ** saylı qərarı ilə Xaçmaz rayonu, Qaraçı kəndi ərazisində iddiaçı İddiaçı ayrılmış 0,10 ha torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüququnun iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n * saylı Xaçmaz Ərazi Idarəsinin üzərinə qoyulması qərara alınmışdır (hakim Mehriban Mahmudlu-Abbaszadə). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə cavabdehin torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olması dəlilinə münasibətdə qeyd edir ki, hazırki mübahisəyə münasibətdə cavabdeh inzibati orqan tərəfindən bərabərlik (bərabər yanaşma) prinsipi pozulmuşdur. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilən sənədlərdən (daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar və onların verilməsi üşün əsas olmuş sənədlər) görünür ki, mübahisəli torpaq sahəsinin ətrafında (qonşuluğunda) yerləşən ************, ************ reyestr nömrəli çıxarışa əsasən, xüsusi mülkiyyətdə olan torpaq sahələri kateqoriyasına görə “yaşayış məntəqələrinin torpaqları” olaraq xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, həmin ərazidə yerləşən qonşu torpaq sahiblərinin hüquqlarının qeydə alındığı və onlara bu barədə müvafiq çıxarışlar verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunmuşdur. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Şikayətin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 13.1, 33.4, 56.3, 68 “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2, 11.1, 15,-ci maddələrinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının qanunun 6.3, 7.2-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2017-ci il tarixli Plenum Qərarına istinad olunmuşdur. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə iddiaçı və cavabdehin nümayənəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 66.2 Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Maddə 67.1 Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 67.3 Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Maddə 84.1 Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. M a d d ə 8 . Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (...) Maddə 9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Maddə 11. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər 1.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli Qərarı “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. Inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3 Inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ##.##.2006-cı il tarixdə bələdiyyənin ** saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədi ilə satılmış 0,10 ha torpaq sahəsi üzərundə mülkiyyət hüququnun qeydə alınmasından ibarətdir. Cavabdeh orqanın mövqeyinə əsasən mübahisələndirilən torpaq sahəsi elektron baza məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı torpaqlara aiddir. Birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Kollegiya ilk növbədə qeyd edir ki, “Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “xxxx” publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmrinə əsasən “xxxx” publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, “xxxx” publik hüquqi şəxsinin Nizamnaməsi” yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra “xxxx” publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən də Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli protokol qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n * saylı Xaçmaz Ərazi Idarəsi əsl cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ilə əvəzlənmişdir. Iş materialları ilə müəyyən edilir ki, iddiaçı ##.##.2006-cı il tarixdə Xaçmaz rayonu Qaraçı bələdiyyəsinə fərdi yaşayış evinin tikintisi məqsədilə torpaq sahəsinin alınması üçün müraciət etmiş, həmin müraciətə əsasən o dövrdə torpaq münasibətləri sahəsində səlahiyyətli dövlət orqanı olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən ##.##.2006-cı il tarixli rəylə satılması nəzərdə tutulan torpaq sahəsinin Qaraçı bələdiyyəsinin perspektiv inkişaf fondu torpaqlarına aid olduğu, alqı-satqı predmeti olduğu və satılmasının qanunamüvafiq hesab edildiyi müəyyən edilmişdir. Bundan sonra Qaraçı bələdiyyəsinin ##.##.2006-cı il tarixli ** nömrəli qərarı ilə iddiaçıya fərdi mənzil tikintisi məqsədi ilə 0,10 ha torpaq sahəsinin satılması qərara alınmış, ##.##.2006-cı il tarixli torpaqların alqı-satqısına dair akt tərtib edilmiş, torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən tam ödənilmiş, torpaq sahəsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsində qeydiyyata alınmış, baş plandan çıxarış tərtib edilmişdir. Həmçinin, Qaraçı bələdiyyəsinin ##.##.2022-ci il tarixli arayışı və Xaçmaz Rayon Dövlət Arxivinin ##.##.2025-ci il tarixli məktubu ilə həmin sənədlərin mövcudluğu və bələdiyyə qərarının qüvvədə olduğu bir daha təsdiq edilmişdir. Cavabdeh apellyasiya şikayətində torpaq sahəsinin elektron kadastr məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı torpaqlara aid olduğunu, əkin uqodiyasına malik olduğunu və bu səbəbdən dövlət qeydiyyatının mümkün olmadığını bildirsə də, məhkəmə kollegiyası həmin dəlilləri əsaslı hesab etmir. Belə ki, inzibati orqanın imtinası yalnız sonradan formalaşdırılmış elektron baza və kadastr məlumatlarına əsaslanmışdır. Halbuki, iş materiallarında olan ##.##.2006-cı il tarixli Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsinin rəyi, bələdiyyə qərarı, torpaqların alqı-satqısına dair akt, ödəniş sənədi, baş plandan çıxarış və digər hüquqmüəyyənedici sənədlər torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədilə satılmasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun həyata keçirildiyini təsdiq edir. Həmin sənədlərin etibarsız hesab edilməsinə, ləğv edilməsinə və ya hüquqi qüvvəsini itirməsinə dair iş materiallarında hər hansı sübut mövcud deyildir. Kollegiya həmçinin nəzərə alır ki, cavabdeh tərəfindən tərtib edilmiş müayinə aktı ilə müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi başqa torpaq sahələri ilə üst-üstə düşmür, üzərindən kommunikasiya xətləri keçmir və torpaq sahəsinin qeydiyyata alınmasına bu baxımdan hər hansı maneə mövcud deyildir. Bundan əlavə, iş materiallarında olan müayinə aktı və cavabdehin məhkəməyə təqdim etdiyi sənədlərlə müəyyən edilir ki, mübahisəli torpaq sahəsinin yaxınlığında yerləşən torpaq sahəi üzərində xüsusi mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış, həmin torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kimi dövlət reyestrində qeydə alınmış və sahibinə çıxarış verilmişdir. Belə ki, iddiaçıya satılmış torpaq sahəsindən 125 m aralı məsafədə yerləşən torpaq sahəsi üzərində (bələdiyyə qərarı ilə satılmış) vətəndaşın mülkiyyyət hüququnun qeydə alındığı, daşınmaz əmlakın dövlət reyestrindən çxıarışda (************) torpaq sahəsinin təyinatının yaşayış məntəqəlıri torpaqları kimi göstərilməsi müəyyən edilmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “Inzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınması məqsədlərinə xidmət edir. Nəzərə alınmalıdır ki, bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma tələbi diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Belə ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır. Bundan başqa, inzibati orqan tərəfindən hazırkı mübahisəyə münasibətdə eyni zamanda istinad olunan Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi də pozulmuşdur. Nəzərə almaq lazımdır ki, inzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, publik hüquq sahəsində həyata keçirilən idarəçilik fəaliyyəti zamanı inzibati orqanların konstitusion prinsipləri, o cümlədən bərabər yanaşma və hüquqi dövlət prinsipindən irəli gələn “Inzibati icraat haqqında” Qanunun 13- cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsiplərini birbaşa tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır. Odur ki, kollegiya bu baxımdan cavabdehin dəlillini əsassız hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin hərəkətləri qanunvericilik normasının tələbinə zidd olmaqla, iddiaçıya münasibətdə mülkiyyət hüququndan əsassız olaraq məhdudlaşdırılmasına səbəb olduğundan, imtina və şikayətin dəlilləri əsassız olmuşdur. Məhkəmə kollegiyası iş materiallarından müəyyən etmişdir ki, indiki halda torpaq sahəsi naturada mövcuddur, torpaq sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənədlər hazırda qüvvədə olmaqla, həmin sənədlərin ləğv edilməsi və ya qüvvədən düşməsi halı müəyyən edilməmişdir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, indiki halda sözügedən torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququ yarandığından, habelə bu hüququn dövlət qeydiyyatına alınmasından imtina üçün əsas olması halı müəyyən edilmədiyindən, cavabdeh inzibati orqanın imtina və apellyasiya şikayətinin dəlili kimi istinad etdiyi hallar ümumi sözlər şəklində ifadə edilməklə, formal xarakter daşımış və əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməklə, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Iddiaçı təlıəbini torpaq sahəsinin özəlləşdirilməsi kimi ifadə etsə də, onun hüquqi marağının torpaq sahəsi üzərində mülkiyət hüququnun qeydə alınmasından ibarət olduğu aydındır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-7/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-7/2026
05.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver