Məhkəmə qərarları › İş №2-1(3-8)-701/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-701/2026

16.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-701/2026 16.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hacıyev Vahid Məcid oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi ilə, Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “cavabdehin İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin ərizəsinin baxılmamış saxlanılmasının və media subyektinin Media Reyestrində qeydiyyata alınmasından imtina edilməsinin, ərizənin baxılmamış saxlanılmasının qanunsuz hesab edilərək İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Media reyestrində qeydiyyata alınması öhədliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(*-*)-**/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: IŞIN HALLARI Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 oğlu media subyektinin Media Reyestrinə daxil edilməsi üçün ##.##.2025-ci il tarixdə Azərbaycan Respublikasının Medianın Inkişafı Agentliyinə müraciət etmişdir. Azərbaycan Respublikasının Medianın Inkişafı Agentliyinin ##.##.2025-ci il tarixli imtina məktubu ilə bildirilmişdir ki, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 78.3-cü maddəsinə əsasən, bu Qanun qüvvəyə minənədək fəaliyyət göstərən çap mediası və onlayn media subyektləri bu Qanunda nəzərdə tutulmuş Media Reyestri formalaşdığı tarixdən 6 (altı) ay müddətində bu Qanunun 73.6-cı maddəsində nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət etməlidir. Bununla əlaqədar iddiaçının Media Reyestrinə müraciəti qeyd olunan müddət başa çatdıqdan, yəni ##.##.2023cü il tarixdən sonra daxil olduğundan, baxılmamış saxlanılmışdır. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: Birinci instansiya məhkəməsindəki icraat Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə ##.##.2025-ci il tarixdə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, cavabdehin İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin ərizəsinin baxılmamış saxlanılmasının və media subyektinin Media Reyestrində qeydiyyata alınmasından imtina edilməsinin, ərizənin baxılmamış saxlanılmasının qanunsuz hesab edilərək İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Media reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-*****/**** nömrəli qərardadına əsasən inzibati iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Inzibati Məhkəməsinə göndərilmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin direktoru X2 oğlu Azərbaycan Respublikasının “Media haqqında” Qanununun tələblərinə uyğun olaraq rəhbərlik etdiyi media subyektinin Media Reyestrinə daxil edilməsi üçün ##.##.2025-ci il tarixdə Azərbaycan Respublikasının X5yn müraciət etmişdir. Lakin ##.##.2025-ci il tarixli onlayn cavabla müraciəti əsassız şəkildə baxılmamış saxlanılmışdır. X3 qərarına əsas olaraq “Media haqqında” Qanunun 78.3-cü və 73.6-cı maddəsini göstərmişdir. Həmin maddəyə istinad edilməklə, İddiaçı MMC-nin ərizəsi baxılmamış saxlanılmış və Media Reyestrində qeydiyyata alınmasından imtina olunmuşdur. Qeyd olunan imtina qanunsuzdur və əsassızdır, 6 ay müddətinin keçməsi sadəcə gecikmə yaradır, hüququn və haqqın itirilməsinə səbəb olmur. “Media haqqında” Qanunun 73.6-cı maddəsi qeydiyyatdan imtina üçün hüquqi əsas təşkil etmir. Inzibati icraat subyektiv və şəffaf olmayan formada aparılmış, ərizəyə mahiyyəti üzrə baxılmamışdır. Bu hərəkət media subyektinin fəaliyyətinə süni maneələr yaratmaqla, söz və ifadə azadlığına müdaxilə xarakteri daşıyır. Bundan əlavə “Media haqqında” Qanunun 78.3-cü maddəsi imtina üçün hüquqi əsas sayılmır. Qanun təqdim edilməyən müraciətə görə Media Reyestrinə salınmadan imtinanı ancaq 73.6-cı maddədə göstərilən hallar əsasında mümkün sayır. 78.3cü maddə isə, yalnız keçid dövründə tətbiq edilir, heç bir sanksiya və ya hüquqdan məhrumetmə yaratmır, müraciətin gec təqdim edilməsini imtina səbəbi kimi göstərmir. Iddia tələbinə yazılı etiraz təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin (hakim Leyla Mirzəyeva) ##.##.2026-cı il tarixli *-*(*-*)- **/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, mübahisənin inzibati xarakterli ola bilməsi üçün tərəflərdən heç olmasa biri inzibati orqan olmalı və mübahisə həmin inzibati orqanın inzibati fəaliyyəti ilə bağlı olmalıdır. Məhkəmə hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, iş üzrə tərəflər məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası IPM-nin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını və qərardad qəbul edilməsini mümkün hesab edir. TƏTBIQ EDILƏN HÜQUQ: “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. Iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. Işin araşdırılması prinsipi bu hallara da şamil olunur. IPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 35. Iddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. Inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaq. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq (iddianın mümkün sayılmaması əsası ilə razılaşmayaraq) aşağıdakıları qeyd edir: Iş materiallarından müəyyən olunur ki, iddiaçı “Yenixeber.org” onlayn media subyektinin Media Reyestrinə daxil edilməsi ilə bağlı hüquqi mövqeyi məhkəmə aktları ilə artıq qiymətləndirilmiş və həmin tələb üzrə yekun hüquqi nəticə formalaşmışdır. Belə ki, Sumqayıt Inzibati Məhkəməsinin ## ### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarı ilə iddiaçı X2 oğlunun cavabdeh Azərbaycan Respublikasının X4rşı “iddiaçı X2 oğlunun təsisçisi olduğu “yenixeber.org” onlayn media subyektinin Media Reyestrinə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli *-*(***)- ***/**** nömrəli qərarı ilə iddiaçı X2 oğlunun apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Inzibati Məhkəməsinin ## ### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərardan kassasiya şikayəti verilməmişdir. Sumqayıt Inzibati Məhkəməsinin ## ### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarı qanuni qüvvəyə minmişdir. Bundan əlavə, Sumqayıt Apellyasiya Məhkəməsi Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, *-*(*-*)-*/**** nömrəli qərarı ilə iddiaçı Cavabdeh cavabdeh X2 oğluna qarşı “media subyektinin və onun onlayn media redaksiyasının media subyekti olaraq fəaliyyətinə xitam verilməsi barədə” iddiası təmin edilmiş, cavabdeh X2 oğlu - media subyektinin və onun redaksiyasının (“yenixeber.org” - veb saytının) media subyekti olaraq fəaliyyətinə xitam verilmişdir. Qərardan kassasiya şikayəti verilməmişdir. Qərar qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Beləliklə, bir tərəfdən “yenixeber.org” media subyektinin Media Reyestrinə daxil edilməsinə dair iddia tələbi qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə rədd edilmiş, digər tərəfdən isə həmin media subyektinin fəaliyyətinə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə xitam verilmişdir. Bu şəraitdə artıq fəaliyyətinə xitam verilmiş media subyektinin Media Reyestrində qeydiyyata alınmasına yönəlmiş tələbinin hüquqi və faktiki əsası mövcud deyildir. Həmin məsələ üzrə formalaşmış məhkəmə aktları göstərir ki, iddiaçının tələb etdiyi hüquqi nəticənin əldə olunması mümkün olmadığından, irəli sürülmüş tələb hüquqi maraq və hüquqi müdafiə ehtiyacı meyarlarına cavab vermir. Kollegiya nəzərə alır ki, Media Reyestrinin aparılmasının məqsədi fəaliyyət göstərən və qanunvericiliyin tələblərinə cavab verən media subyektlərinin qeydiyyatının təmin edilməsidir. Fəaliyyətinə məhkəmə qərarı ilə xitam verilmiş media subyektinin reyestrə daxil edilməsinin hüquqi nəticə doğurması mümkün deyildir. Bu səbəbdən iddiaçının tələb etdiyi nəticənin əldə olunması obyektiv olaraq mümkün deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlüyü baxımından iddiaçının hüquqi marağının və hüquqi müdafiəyə ehtiyacının mövcudluğu yoxlanılmalıdır, hüquqi nəticə doğurması mümkün olmayan tələblər inzibati məhkəmə icraatının predmeti hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmamasına dair gəldiyi nəticəni əsaslı hesab edir, ona görə də şikayət rədd edilməsi və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 68, 82, 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Iddiaçının apellyasiya şikayəti rədd edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(*-*)-**/**** nömrəli nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (ünvan: ünvan 1 məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar