Məhkəmə qərarları › İş №2-1(3-8)-706/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-706/2026

18.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-706/2026 18.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, iddiaçı İddiaçı vəkili və nümayəndəsi Vəkil/Nümayəndə, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi nümayəndə1 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “iddiaçıya 57 yaşından xüsusi şərtlərlə pensiyanın təyin olunması və əvvəlki üç il müddətində verilməmiş pensiyanın ona verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, 57 yaşından xüsusi şərtlərlə pensiyanın təyin olunması və əvvəlki üç il müddətində verilməmiş pensiyanın ona verilməsini xahiş etmişdir. Apellyasiya baxışında iddiaçının vəkili və nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdeh tərəfindən verilmiş imtinanın əsassız hesab edilməsini, iddiaçı İddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini, habelə pensiyanın onun ilk müraciət etdiyi ## ######## 2024-cü il tarixindən əvvəlki üç il həddi nəzərə alınmaqla hesablanaraq ödənilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ##.##.1965-ci il tarixdə anadan olmuşdur. O, ##.##.1982-##.##.1982-ci illərdə Tramvay-Trolleybus İdarəsinin funikulyorunda nəzarətçi, ##.##.1983-##.##.1983-cü illərdə SSRİ Nazirlər Soveti yanında xxxx İdarəsində stajçı işləmiş, ##.##.1984-##.##.1986-cı illərdə Sovet Ordusu sıralarında hərbi xidmət keçmişdir. ##.##.1986-cı il tarixdə xxxx Baş İdarəsinin *** saylı ekspedisiyasının çöl işlərinə texnik-topoqraf vəzifəsinə işə qəbul edilmişdir. xxxx Baş İdarəsinin ##.##.1986-cı il tarixli əmrinə əsasən ##.##.1987-ci il tarixdən ** nömrəli müəssisə yenidən təşkil olunaraq “Azərbaycanaerogeodeziya” Azərbaycan Aerogeodeziya İstehsalat Birliyinə çevrilmişdir. İddiaçı sonrakı dövrdə də xxxx sistemində topoqraf və texnik vəzifələrində çalışmış, ##.##.2006-cı il tarixədək həmin sistemdə əmək fəaliyyətini davam etdirmişdir. Sonradan ##.##.2019-##.##.2019-cu illərdə “xxxx” MMC-də, ##.##.2019-##.##.2022-ci illərdə isə “xxxx” MMC-də mühəndis-geodezist vəzifəsində işləmişdir. Cavabdehin ##.##.2024-cü il tarixli, *-**-*/*-Ə-******/**** nömrəli və ##.##.2025-ci il tarixli, *-**-*/*- Ə-******/**** nömrəli bildirişləri ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmiş, imtina ##.##.2024-cü il tarixli arayış üzrə güzəştli iş stajının tələb olunan 12 il 6 aydan az olması ilə əsaslandırılmışdır. İddiaçı imtinanı əsassız hesab edərək bildirmişdir ki, xxxx sistemində işlədiyi dövrdə onun əmək fəaliyyəti topoqrafiya-geodeziya və çöl işləri ilə bağlı olmuş, lakin həmin dövrlərə aid arxiv sənədlərinin bir hissəsi sonrakı təşkilati dəyişikliklər zxxxxnı qorunub saxlanılmamış və ya Agentliyin arxivinə tam təhvil verilməmişdir. İddiaçı əmək kitabçasındakı qeydlərə, işə qəbul və vəzifəyə keçirilmə barədə əmrlərə, habelə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə istinad etməklə, arxiv sənədlərinin mövcud olmxxxxsının onun qazandığı pensiya hüququnun itirilməsinə səbəb ola bilməyəcəyini göstərmişdir. Həmçinin qeyd etmişdir ki, onun texnik-topoqraf və geodeziya sahəsində gördüyü işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 1.3-cü bəndində nəzərdə tutulan çöl topoqrafiya-geodeziya işlərinə uyğun gəlir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri: Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusi zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının ## ###### 2017-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə köçürülməsi və ödənilməsi Qaydaları"na * nömrəli əlavənin ("Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin siyahısı") 2.4-cü bəndinə görə şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il ## ###### tarixli icmal məktubuna əsasən məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzibati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zxxxxnı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zxxxxn nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Eyni zxxxxnda Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, Fondun İdarə Heyətinin qərarlarını, Fondun İdarə Heyətinin sədrinin sərəncam və əmrlərini rəhbər tutur. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ## ### 2024-cü il tarixli *-**-**/*-Ə-*-**/**** saylı arayışında çöl işlərinə görə güzəştli iş stajı 12 il 6 aydan az (8 il 7 ay 17 gün) təşkil edir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi xxxx Agentliyinin ## ### 2024-cü il tarixli arayışı ilə iddiaçının 1986-2006-cı illər ərzində işlədiyi çöl işlərinə görə günləri əks etdirən cədvəllər məhkəməyə təqdim edilmişdir. Arayışda 1990- 1999-cu illər üçün Agentliyin arxivində olan əmək haqqı cədvəllərində İddiaçı dair məlumatlar (əmək haqqı, çöl günləri, mükafatlar və s.) əksini tapmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi xxxx Agentliyinin ## ### 2024-cü il tarixli *-**-**/*-Ə-*-**/**** saylı arayışında qeyd edilmişdir ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) xxxx İdarəsinin çöl işlərində geodezist-topoqraf vəzifəsində çalışmışdır. İddiaçı ##.##.1986-ci il tarixində SSRİ Nazirlər Soveti yanında xxxx Baş İdarəsinin ** saylı müəssisəsinin *** saylı ekspedisiyasının çöl işlərinə texnik-topoqraf vəzifəsinə işə qəbul edilmişdir (Əmr 54-K, ##.##.1986-ci il). SSRİ Nazirlər Soveti yanında xxxx Baş İdarəsinin ##.##.1986-cı il tarixli ** nömrəli əmrinə əsasən ##.##.1987-ci il tarixindən SSRİ Nazirlər Soveti yanında xxxx Baş İdarəsinin ** nömrəli müəssisəsi yenidən təşkil olunaraq SSRİ Nazirlər Soveti yanında xxxx Baş İdarəsinin "Azərbaycanaerogeodeziya" Azərbaycan Aerogeodeziya İstehsalat Birliyinə çevrilmişdir. "Azərbaycanaerogeodeziya" İstehsalat Birliyinin ##.##.1991-ci il tarixli *** nömrəli əmrinə əsasən ##.##.1992-ci il tarixindən SSRİ Nazirlər Soveti yanında xxxx Baş İdarəsinin *** saylı ekspedisiyası X5 (Xırdalan AGM) çevrilmişdir. ##.##.1996-cı il tarixindən - ##.##.2000-ci il tarixədək 6-ci dərəcəli texniktopoqraf işləmişdir (Əmr № * n, ##.##.1996-cı il). Dövlət Geodeziya və Xəritəçəkmə Komitəsinin ##.##.1996-ci il tarixli ** nömrəli əmrinə əsasən ##.##.1996-cı il tarixindən Bakı Aerogeodeziya Müəssisəsinin və Xırdalan Aerogeodeziya Müəssisəsinin nəzdində Dövlət Geodeziya və Xəritəçəkmə Komitəsinin “Aerogeodeziya və Kadastr” İstehsalat Birliyi yaradılmışdır. ##.##.2000-ci il tarixindən 8-ci dərəcəli texnik vəzifəsinə keçirilmişdir (Əmr № ** n, ##.##.2000-ci il). Azərbaycan Respublikası Prezidentinin ##.##.2001-ci il tarixli *** nömrəli Fərmanına əsasən Dövlət Torpaq Komitəsi və Dövlət Geodeziya və Xəritəçəkmə Komitəsi ləğv olunaraq onların bazasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi yaradılmışdır. ##.##.2002-cü il tarixindən Geodeziya şöbəsinə 1ci dərəcəli texnik vəzifəsinə keçirilmişdir (Əmr № **/K, ##.##.2002-cü il). ##.##.2004-cü il tarixindən Geodeziya şöbəsinə 7-ci dərəcəli mühəndis vəzifəsinə keçirilmişdir (Əmr № ** /K, ##.##.2004-cü il). ##.##.2006-cı il tarixdən öz xahişi ilə işdən azad edilmişdir. (Əmr № **/K, ##.##.2006-cü il). Azərbaycan Respublikası Prezidentinin ##.##.2015-ci il tarixli *** nömrəli Fərmanı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmiş ##.##.2015-ci il tarixli *** nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında xxxx üzrə Dövlət Agentliyi yaradılmış və X4 Agentliyin tabeliyinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin ##.##.2019-cu il tarixli ** nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan X4 və Bakı Kartoqrafiya Fabriki birləşmə yolu ilə yenidən təşkil edilərək “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır. Azərbaycan Respublikasının Prezidentinin ##.##.2022-ci il tarixli, **** nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Nazirliyin tabeliyində publik hüquqi şəxs statuslu xxxx Agentliyinə çevrilmə yolu ilə yenidən təşkil edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 1.3 bəndinə - Geologiya kəşfiyyat işləri (yerüstü)-ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya-geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər siyahısına daxildir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi xxxx Agentliyinin ## ### 2024-cü il tarixli arayışı ilə iddiaçının 1986-2006-cı illər ərzində işlədiyi çöl işlərinə görə günləri əks etdirən cədvəllər məhkəməyə təqdim edilmiş, arayışda 1990-1999-cu illər üçün Agentliyin arxivində olan əmək haqqı cədvəllərində İddiaçı dair məlumatlar (əmək haqqı, çöl günləri, mükafatlar və s.) əksini tapmadığı qeyd edilmişdir. Beləliklə, 1990-1999-cu illər üzrə iddiaçının çöl işlərinə görə işləməsi müəyyən edilmir. Göründüyü kimi iddiaçının 12 il 6 ay güzəştli iş stajı olmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmır. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI: a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, xxxx sistemində işlədiyi dövrdə əmək fəaliyyəti çöl topoqrafiya-geodeziya işlərindən ibarət olmuş, bu barədə ilkin sənədlərin bir hissəsi Agentliyin arxivinə tam təhvil verilməmişdir. Onun fikrincə, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır və əmək kitabçasında əmək fəaliyyəti fasiləsiz şəkildə əks olunmuşdur. Ləğv edilmiş və yenidən təşkil olunmuş müəssisələrin arxiv sənədlərinin saxlanılmxxxxsı, hüquqi varisə tam təhvil verilməməsi və ya sonradan aşkar edilməməsi işçinin üzərinə qoyula bilməz. İddiaçı həmçinin texniktopoqraf vəzifəsində gördüyü işlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 1.3-cü bəndində nəzərdə tutulan ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl topoqrafiya-geodeziya işlərinə uyğun olduğunu və tələb olunan güzəştli iş stajını topladığını bildirmişdir. b) Cavabdeh apellyasiya şikayətinə qarşı etirazında bildirmişdir ki, iddiaçının təqdim etdiyi ## ### 2024-cü il tarixli arayışda çöl işlərinə görə güzəştli iş stajı 12 il 6 aydan az, yəni 8 il 7 ay 17 gün göstərilmişdir. Cavabdehin mövqeyinə görə, iddiaçı arzuladığı inzibati aktın qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirməmiş, buna görə də birinci instansiya məhkəməsinin iddianı təmin etməməsi qanuni və əsaslı olmuşdur. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə nəzərə alınmaqla iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmxxxxqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan * nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa ## #### 1997-ci il tarixli, ***-IQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən, Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il ######un #-dən 2000-ci il ######un #-dək hər il altı ay artırılmışdır. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş * nömrəli Siyahıda geologiya-kəşfiyyat işləri (yerüstü) üzrə ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji-kəşfiyyat, axtarış, topoqrafiya-geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər nəzərdə tutulmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1 İnzibati icraat zxxxxnı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zxxxxnı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplxxxxğa borcludur. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplxxxxğa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANIN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXIŞININ HƏDLƏRİ: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, birinci instansiyası məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəllənin 12-ci və 58.7-ci maddələrinin tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış, eyni zxxxxnda, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Mübahisənin predmetini cavabdehin iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtinasının qanuniliyi və iddiaçının həmin pensiyanı tələb etmək hüququnun olub-olmxxxxsı təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə görə, həmin Qanun qüvvəyə minənədək 9.1-ci maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajını toplamış şəxslərə pensiya yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilən tələblərə uyğun təyin edilir. ##.##.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə * nömrəli Siyahı üzrə çalışan kişilər 55 yaşına çatdıqda, azı 25 il ümumi iş stajına və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə işləmə stajına malik olduqda güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malik olmuşlar. ## #### 1997-ci il tarixli ***-IQD nömrəli Qanunla həmin yaş hədlərinin 1997-ci il ######un #-dən 2000-ci il ######un #-dək hər il altı ay artırılması nəzərdə tutulduğundan, kişilər üçün göstərilən yaş həddi nəticə etibarilə 57 yaş olmuşdur. Beləliklə, iddiaçının ##.##.2006-cı il tarixədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajını toplxxxxsı müəyyən edilərsə, onun pensiya hüququnun yaş və staj şərtləri əvvəlki qanunvericiliyin tələbləri əsasında qiymətləndirilməlidir. İddiaçı ##.##.1965-ci il təvəllüdlü olduğundan ##.##.2022-ci il tarixdə 57 yaşına çatmışdır. Ona həmin tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ##.##.2006-cı ilədək azı 25 il ümumi iş stajının və azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması tələb olunur. 1) ## ###### 2006-cı il tarixədək azı 25 il ümumi iş stajının mövcud olması; 2) ## ###### 2006-cı il tarixədək azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. İş materiallarından görünür ki, iddiaçının ##.##.1965-ci il təvəllüdlü olması, ##.##.2022-ci il tarixdə 57 yaşına çatması və ümumi iş stajı şərti cavabdehin imtinasının əsası olmamışdır. Cavabdeh imtinanı yalnız iddiaçının güzəştli iş stajının 12 il 6 aydan az olması ilə əsaslandırmışdır. Buna görə hazırkı mübahisənin həlledici məsələsi iddiaçının ##.##.2006-cı ilədək azı 12 il 6 ay güzəştli iş stajına malik olub-olmxxxxsıdır. Birinci instansiya məhkəməsi ## ### 2024-cü il tarixli arayışda 1986-2006-cı illər üzrə çöl günlərinin göstərildiyi cədvələ əsaslanmış, 1990-1997-ci illər və 1998-ci ilin yanvar-noyabr ayları üzrə “0” göstəricilərini həmin dövrdə çöl işinin müəyyən olunmxxxxsı kimi qiymətləndirmiş və nəticədə cavabdehin qəbul etdiyi 8 il 7 ay 17 günlük güzəştli iş stajının tələb olunan 12 il 6 aydan az olması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya baxışı zxxxxnı iddiaçının əmək kitabçasında və işə qəbul, vəzifəyə keçirilmə, işdən azad edilmə barədə sənədlərdə əmək münasibətlərinin davam etməsi göstərildiyi halda, arayışda 1990-1997-ci illər və 1998ci ilin yanvar-noyabr ayları üzrə çöl günlərinin “0” kimi qeyd olunması arasında yaranmış uyğunsuzluğun aydınlaşdırılmasını zəruri hesab etmiş və ## #### 2026-cı il tarixli, *- *(*-*)-***/**** nömrəli sorğu ilə xxxx Agentliyinə müraciət etmişdir. xxxx Agentliyinin ## #### 2026-cı il tarixli, *-**-**/*-***/**** nömrəli cavabından müəyyən olunur ki, İddiaçı ##.##.1986-##.##.2006-cı illərdə xxxx sistemində işləmiş, 1986-2006-cı illər üzrə çöl işlərini əks etdirən cədvəllər isə Agentlikdə aşkar edilmiş əmək haqqı cədvəlləri əsasında tərtib olunmuşdur. Həmin cavabda xüsusi olaraq izah edilmişdir ki, 1990-1997-ci illər və 1998ci ilin yanvar-noyabr ayları üzrə çöl günlərinin “0” kimi göstərilməsinin əsas səbəbi iddiaçının həmin dövrdə işləməməsi deyil, həmin illərə aid əmək haqqı cədvəllərinin və çöl günləri barədə əmrlərin arxiv materialları arasında aşkar edilməməsidir. Agentlik 1990-cı ildən 1998-ci ilin ## ########ınadək Lənkəran geodeziya bürosuna aid çöl işləri üzrə əmr və maliyyə sənədlərinin hazırkı arxivdə aşkar edilmədiyini də bildirmişdir. Agentliyin cavabında eyni zxxxxnda təsdiq edilmişdir ki, iddiaçı 1990-cı ildən ##.##.1998-ci il tarixədək Lənkəran geodeziya bürosunda 6-cı dərəcəli texniktopoqraf vəzifəsində işləmişdir. Beləliklə, mübahisəli dövrdə onun əmək münasibətlərinin mövcud olmxxxxsı və ya işdən kənar qalması barədə deyil, yalnız həmin dövrün bir sıra ilkin mühasibat və çöl işi sənədlərinin arxivdə aşkar edilməməsi barədə məlumat vardır. Bundan başqa, Agentliyin təqdim etdiyi ##.##.1998-ci il tarixli, **-k nömrəli əmrlə iddiaçının ##.##.1998-ci il tarixdən Aerogeodeziya və Kadastr İstehsalat Birliyinin İ nömrəli dəstəsinə 6-cı dərəcəli texnik-topoqraf kimi göndərildiyi, həmin əmrin 3-cü hissəsi ilə isə ##.##.1998-##.##.1998-ci il tarixlərində “Saatlı” obyektində çöl işlərinə ezam olunduğu müəyyən edilir. İş materiallarına əlavə edilmiş digər kadr sənədləri də iddiaçının geodeziya və topoqrafiya sahəsində əmək fəaliyyətinin davamlı xarakter daşıdığını göstərir. Belə ki, o, ##.##.1986-cı il tarixdə *** saylı ekspedisiyanın çöl işlərinə texnik-topoqraf vəzifəsinə qəbul edilmiş, 1996-cı ildə 6-cı dərəcəli texnik-topoqraf kimi qeydə alınmış, sonrakı illərdə texnik və mühəndis vəzifələrində geodeziya sistemində işləməyə davam etmiş və ##.##.2006-cı il tarixdə işdən azad edilmişdir. Bu baxımdan, birinci instansiya məhkəməsinin arayışdakı “0” göstəricisini birbaşa olaraq iddiaçının həmin illərdə çöl işlərinə cəlb edilməməsi kimi qəbul etməsi işin faktiki hallarına uyğun deyildir. Apellyasiya baxışı zxxxxnı alınmış rəsmi cavab həmin göstəricilərin məlumatın arxiv mənbələrinin natxxxxmlığını ifadə etdiyini açıq şəkildə müəyyən etmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Hazırkı işdə əmək kitabçası və kadr əmrləri iddiaçının mübahisəli dövrdə geodeziya sistemində fasiləsiz işlədiyini təsdiq edir, işəgötürənin hüquqi varisi olan Agentliyin ##.##.2026-cı il tarixli cavabı isə arxivdəki boşluqların səbəbini izah edir. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsi baxımından təqdim edilmiş rəsmi sənədlərin həqiqətə uyğun olmadığı sübuta yetirilmədikcə onlar mötəbər hesab olunmalıdır. Cavabdeh iddiaçının əmək kitabçasında, kadr əmrlərində və Agentliyin arayışlarında olan məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Eyni Qanunun 24-cü maddəsi inzibati orqanın işin düzgün həlli üçün əhəmiyyətli olan bütün halları hərtərəfli, tam və obyektiv araşdırmasını, maraqlı şəxsin xeyrinə olan halları nəzərə almasını və təqdim olunan sübutlar yetərli olmadıqda əlavə sübutları öz təşəbbüsü ilə toplxxxxsını tələb edir. Halbuki cavabdeh arxiv cədvəlindəki “0” göstəricisinin səbəbini araşdırmadan onu iddiaçının əleyhinə qiymətləndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, dövlət qurumlarının və onların tabeliyində olmuş müəssisələrin sonrakı ləğvi, yenidən təşkili və arxiv sənədlərinin tam saxlanılmxxxxsı nəticəsində yaranan sübut çatışmazlığının mənfi nəticəsi işçinin üzərinə qoyula bilməz. Xüsusilə də səlahiyyətli Agentlik həmin sənədlərin aşkar edilmədiyini təsdiq etdiyi və əmək münasibətlərinin, vəzifənin və çöl işi üzrə konkret tapşırığın mövcudluğunu göstərən digər rəsmi sənədlər işdə olduğu halda, yalnız arxiv boşluğuna əsasən güzəştli stajın inkar edilməsi sosial təminat hüququnun mahiyyətinə uyğun olmazdı. Bununla yanaşı, xxxx Agentliyinin ## ### 2024-cü il tarixli arayışında iddiaçının xxxx sisteminin çöl işlərində geodezist-topoqraf vəzifəsində çalışdığı göstərilmiş və onun icra etdiyi işlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 1.3-cü bəndində nəzərdə tutulan çöl topoqrafiya-geodeziya işlərinə aid olduğu qeyd edilmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, eyni xarakterli çöl topoqrafiya-geodeziya işləri iddiaçının mübahisəli stajının aid olduğu dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş * nömrəli Siyahıda da geologiya-kəşfiyyat işləri (yerüstü) üzrə güzəştli pensiya hüququ verən işlər sırasında nəzərdə tutulmuşdur. İddiaçının 1986-cı ildə məhz çöl işlərinə texnik-topoqraf kimi qəbul edilməsi, mübahisəli illərdə eyni ixtisas üzrə 6-cı dərəcəli texnik-topoqraf vəzifəsində işləməsinin rəsmi qaydada təsdiqlənməsi, 1998-ci ildə İ nömrəli çöl dəstəsinə keçirilməsi və “Saatlı” obyektinə çöl işlərinə ezam olunması onun gördüyü işin funksional xarakterinin topoqrafiya-geodeziya çöl işləri ilə bağlı olduğunu təsdiq edən bir-birini txxxxmlayan sübutlardır. İş materiallarında iddiaçının 1990-1998-ci illərdə başqa, güzəştli siyahıya aid olmayan işə keçirilməsi, əmək fəaliyyətində fasilə yaranması və ya faktiki olaraq topoqrafiya-geodeziya işlərindən kənarlaşdırılması barədə hər hansı sübut yoxdur. Əksinə, Agentliyin apellyasiya instansiyası məhkəməsinin sorğusuna cavabı həmin dövrdə onun 6-cı dərəcəli texnik-topoqraf kimi işləməsini təsdiq edir, 1998-ci il tarixli əmr isə onu konkret olaraq çöl dəstəsinə və “Saatlı” obyektində çöl işlərinə bağlayır. Bu sübutlar iddiaçının əvvəlki və sonrakı dövrlərdə sənədlə təsdiqlənmiş çöl işləri ilə birlikdə qiymətləndirildikdə, mübahisəli dövrdə gördüyü işin də çöl topoqrafiya-geodeziya xarakterli olması barədə ardıcıl sübutlar sistemi yaradır. Agentliyin öz izahına görə həmin illər üzrə “0” göstəricisinin səbəbi çöl işinin olmxxxxsı deyil, ilkin arxiv sənədlərinin aşkar edilməməsidir. Buna görə məhkəmə kollegiyası mübahisəli dövrün güzəştli iş stajına daxil edilməli olduğu qənaətinə gəlir. Cavabdehin özünün qəbul etdiyi 8 il 7 ay 17 günlük güzəştli iş stajına arxiv sənədlərinin olmxxxxsı səbəbindən əvvəl nəzərə alınmamış mübahisəli dövr əlavə edildikdə, iddiaçının ##.##.2006-cı il tarixədək tələb olunan minimum 12 il 6 aylıq güzəştli iş stajını topladığı müəyyən olunur. Beləliklə, əvvəlki qanunvericilik üzrə tələb olunan xüsusi staj şərti də iddiaçıya münasibətdə ödənilmişdir. Eyni zxxxxnda, iddiaçının vəkili və nümayəndəsi apellyasiya baxışı zxxxxnı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh tərəfindən verilmiş imtinanın əsassız hesab edilməsini, iddiaçı İddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini, habelə pensiyanın onun ilk müraciət etdiyi ## ######## 2024-cü il tarixindən əvvəlki üç il həddi nəzərə alınmaqla hesablanaraq ödənilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin – dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2014-cü il tarixli qərarına əsasən, ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. İş materialları ilə, xüsusilə cavabdehin iddiaçının müraciətindən imtina barədə ## ######## 2024-cü il tarixli məktubundan (i.v. 24) müəyyən edilir ki, iddiaçı pensiya təyin edilməsi üçün ilk dəfə ## ######## 2024-cü il tarixdə müraciət etmişdir. Yuxarıda da göstərildiyi kimi apellyasiya baxışı zxxxxnı iddiaçının vəkili və nümayəndəsi tələbi dəqiqləşdirərək pensiyanın ilk müraciət etdiyi ## ######## 2024-cü il tarixdən üç il əvvəl hesablanaraq ödənilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası bu tələbin ifadə tərzinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Bu baxımdan, iddiaçının nümayəndəsinin tələbi “ilk müraciət tarixindən üç il əvvəl” şəklində ifadə etməsi həmin tələbin məhz ## ######## 2021-ci il tarixdən pensiya təyin edilməsi kimi başa düşülməsini şərtləndirmir. Tələbin mahiyyəti iddiaçıya qanunla yol verilən hədd daxilində pensiya hüququnun yarandığı ən erkən tarixdən pensiyanın təyin və ödənilməsindən ibarətdir. İPM-in 52-ci maddəsi məhkəməni iddianın sözbəsöz ifadə formasına deyil, iddia tələbinin hüdudlarına bağlayır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin müraciət tarixindən əvvəlki ən çoxu üç il üçün ödənilməklə təyin edilir. İddiaçının müraciət etdiyi ## ######## 2024-cü il tarixdən əvvəlki üçillik müddət ## ######## 2021-ci il tarixdən başlasa da, həmin tarixdə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ hələ yaranmamışdır. İddiaçının bu hüququ onun 57 yaşının txxxxm olduğu ## ###### 2022-ci il tarixdə yaranmışdır. Buna görə də pensiyanın ## ######## 2021-ci il tarixdən təyin edilməsi mümkün olmadığı halda, ## ###### 2022-ci il tarixi müraciətdən əvvəlki üçillik müddətin daxilində olduğundan pensiyanın məhz həmin tarixdən təyin edilməsi Qanunun 32.1-1-ci maddəsinin tələblərinə uyğundur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsinin tələbi “ilk müraciət tarixindən üç il əvvəl” formasında ifadə etməsinə baxmayaraq, həmin tələbin hüquqi mahiyyəti və Qanunun 32.1-1-ci maddəsinin müəyyən etdiyi hədlər nəzərə alınmaqla, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası onun bu hüququnun faktiki yarandığı ## ###### 2022-ci il tarixdən təyin edilməli və həmin tarixdən etibarən ödənilməli olan pensiya məbləği hesablanaraq ona ödənilməlidir. Bu nəticə iddia tələbindən kənara çıxılması deyil, İPM-in 52-ci maddəsinə uyğun olaraq tələbin ifadə tərzindən asılı olmayaraq onun həqiqi hüquqi məzmununun müəyyən edilməsidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtinası işin həqiqi hallarına və tətbiq edilməli hüquq normalarına uyğun olmamışdır. Birinci instansiya məhkəməsi isə arxiv sənədlərinin aşkar edilməməsini çöl işinin olmxxxxsı kimi qiymətləndirməklə sübutlara natxxxxm hüquqi qiymət vermiş və iddianın təmin edilməməsi barədə düzgün nəticəyə gəlməmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 58.7, 87.6, 89-cu və 90.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı 57 yaşının txxxxm olduğu ## ###### 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən etibarən ödənilməli olan pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər. .

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar