Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-708/2026 04.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “istismara icazə sənədinin verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)- ****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ##.##.2023-cü il tarixli, **** nömrəli fərmanının icrası ilə əlaqədar ünvan 2 ünvanındakı qeyri-yaşayış obyektinin istismarına icazə aktının verilməsini xahiş etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir.) IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat Iddia tələbi onunla əsaslandırılmışdır ki, 2004-cü ildən ünvan 1 ünvanında kommersiya obyekti inşa etdirmişdir. Həmən dövründən obyektinin sənədləri natamam idi. Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icarə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 2023-cü il ## #### **** nömrəli fərmanın icrası ilə bağlı 2024-cü ilin may ayında Azərbaycan Respublikası FHN-nin tikintidə X10 Agentliyinə müraciət etmişdir. Həmin dövrdən başlayaraq dövlət qurumlarının tərəfindən yoxlamalardan keçib, hamsından müsbət rəy almışdır. Lakin Sumqayıt şəhər Memarlıq və şəhərsalma idarəsi əsaslı və tutarlı səbəblər olmadan istismar aktı verməkdən imtina etmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, “Qeyri yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ## #### 2023-cü il tarixli **** nömrəli Fərmanının icrası ilə əlaqədar portalda qeydiyyata düşmüş vətəndaş İddiaçı məxsus olan ünvan 2 ünvanındakı qeyri-yaşayış obyektinin yerləşdiyi torpaq sahəsinə dair Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Sumqayıt Ərazi idarəsində yerquruluşu planı hazırlanmışdır. ünvan 2 ünvanındakı qeyri-yaşayış obyekti üçün istismara icazə ilə bağlı müraciətə Şəhər Icra Hakimiyyətində baxılarkən məlum olmuşdur ki, Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti- Planlaşdırma Mərkəzinin təhlil məlumatlarında da göstərildiyi kimi obyekt ümumi istifadədə olan torpaq sahəsində yerləşir. Bu səbəbdən Fərmanın icrası ilə əlaqədar sözügedən qeyri-yaşayış obyektinə istismara icazə sənədinin verilməsi məqsədəuyğun hesab edilməyərək vətəndaşa bu barədə imtina bildirişi verilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdirlər. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Reyestr nömrəsi ************, qeydiyyat nömrəsi 1425015156 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 0.0085 ha torpaq sahəsi İddiaçı xeyrinə ##.##.2025-ci ildən ##.##.2027-ci ilədək yüklü edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidmətinin ## #### 2024-cü il tarixli ***** saylı rəyində qeyd edilmişdir ki, Sumqayıt şəhəri, Cəfər Cabbarlı küçəsi, 1-ci mikrorayon ərazisində inşa olunmuş İddiaçı məxsus birmərtəbəli qeyri-yaşayış obyektində yanğın texniki müayinəyə əsasən bina və qurğularla yanğına qarşı ara məsafəsi, eləcə də təxliyə yolları yanğın təhlükəsizliyinin normativ tələblərinə uyğundur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Görülməsi və X1 Dövlət Agentliyinin ##.##.2024-cü il tarixli *-**-*/*****/**** saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı - Sumqayıt şəhəri, Cəfər Cabbarlı küçəsi, 1-ci mikrorayon ərazisində yerləşən qeyri-yaşayış obyektinin istismara hazırlığına dair rəy verilməsi barədə qeyri-yaşayış təyinatlı tikinti obyektlərinin istismarına icazə verilməsi sisteminə daxil olmuş müraciətə X6 Görülməsi və Dağ-X2 Agentliyində baxılmış, “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ##.##.2023-cü il tarixli **** nömrəli Fərmanının 1.1.3-cü bəndinə və Fərmanın icrası barədə Fövqəladə Hallar Nazirliyinin ##.##.2023-cü il tarixli, *** nömrəli əmrinin 3-cü bəndinə əsasən aparılmış müayinələr zamanı bu obyektlərdə qaldırıcı qurğuların və digər təhlükə potensiallı qurğu və konstruksiyaların olmadığı müəyyən edilmişdir. Azəriqaz IB-nin Sumqayıt QIS-in ## ### 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında’’ Azərbaycan Respublikası Prezidentinin 2023-cü il ## #### tarixli **** nömrəli Fərmanının icrası ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə X10 Agentliyindən elektron qaydada daxil olmuş müraciətlə əlaqədar, Sumqayıt şəhəri, Cəfər Cabbarlı küçəsi, 1-ci mikrorayon ərazisində yerləşən İddiaçı məxsus 1 mərtəbəli (71,83 kv.m) qeyri-yaşayış sahəsi (koordinat:40.586103 49.682974) "Azəriqaz” istehsalat Birliyinin Sumqayıt QIS-nə məxsus qaz kəmərlərinin və qurğularının mühafizə zonasında yerləşmir.—## ### 2024-cü il tarixli baxış aktı iş materiallarına əlavə edilmişdir. Azərsu ASC-nin ##.##.2024-cü il tarixli rəyində qeyd edilmişdir ki, istismara qadağanedici amillər aşkar edilmədiyi üçün müsbət rəy verilir. Azərişıq ASC-nin ##.##.2025-ci il tarixli rəyində qeyd edilmişdir ki, ##.##.2024-cü il tarixli, 13-13/2-1/01-3-6510/2024 nömrə ilə verilmiş rəydə göstərilən qüsurlar aradan qaldırılmışdır. ##.##.2025-ci il tarixli ****** saylı rəydə qeyd edilmişdir ki, Rəy, “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin ##.##.2023-cü il tarixli, **** nömrəli Fərmanının 1.1.3-cü bəndinə uyğun olaraq: tikinti obyektinin yükdaşıyan konstruksiyalarının dayanıqlıq və möhkəmlik baxımından istismara yararlığı barədə Fövqəladə Hallar Nazirliyinin Tikintidə X10 Agentliyinin nəzdindəki Təhlil qrupunun rəyi; yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi barədə Fövqəladə Hallar Nazirliyi X3 Xidmətinin rəyi; qaldırıcı qurğuların və digər təhlükə potensiallı qurğu və konstruksiyaların istismara hazırlığı barədə Fövqəladə Hallar Nazirliyi X6 Görülməsi və Dağ- X2 Agentliyinin rəyi; mühəndis-kommunikasiya təminatı şəbəkəsinin istismara hazırlığına dair rəyləri əsasında tərtib edilmiş və qeyri-yaşayiş təyinatlı tikinti obyektinin istismara yararlı olduğunu təsdiq edir. “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ##.##.2023-cü il tarixli **** nömrəli Fərmanının icrası ilə bağlı məlumatlarda qeyd edilmişdir: Tikinti obyektinin sifarişçisi: İddiaçı Tikinti obyektinin ünvanı: ünvan 2 Tikinti obyektinin döngə nöqtələrinin koordinatları: 1, X-388522.3943, Y-4493644.1675; 2. X-388533.4233, Y-4493650.3620; 3. X******.7279, Y-4493644.4763; 4, X-388525.6996, Y-4493638.2822 Tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları:
1. X-388522.3943, Y-4493644.1675; 2. X-388533.4233, Y-4493650.3620; 3. X******.7279, Y- 4493644.4763; 4. X-388525.6996, Y-4493638.2822 Tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin layihəçisi: memar X5, Qubadlı rayonu, Qubadlı şəhəri, IN/L-1244/2016, ##.##.2016 Tikinti obyektinin istismara hazır olması barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəyi: 05062, 11,02,2025 Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yerquruluşu planı: ##.##.2024 Tikintini obyektinin yerləşdiyi torpaq sahəsinə dair məlumat(torpaq sahəsinin mülkiyyət növü, mülkiyyətçisi (istifadəçisi, icarəçisi), sahəsi); Dövlət, İddiaçı, 0,0085 ha Torpaq sahəsinin təyinatı (kateqoriyası); Yaşayış məntəqələrinin torpaqları Tikinti obyektinin mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində, meşə fondu və xüsusi qorunan ərazilərdə yerləşib-yerləşmədiyi barədə məlumat; Heç bir mühafizə zolağında yerləşmir Ərazi planlaşdırılması sənədlərinə (baş plan və ya müfəssəl plana) uyğunluğu barədə məlumat; Çoxmərtəbəli, çoxmənzilli yaşayış binalarının məhəllə əraziləri (hesabat dövrü) zonasında yerləşir. Yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqlarında inşa edilmiş qeyriyaşayış binasının istismarına icazə verilməsi üçün ərazinin məqsədli istifadəsinə və ahəngdar fəaliyyətinə dair Ərazi Tikinti Planlaşdırma Mərkəzi tərəfindən təhlil edilmiş məlumatlar: Ümumi istifadədə yerləşir. Şəhər inzibati ərazi vahidlərinin inzibati ərazisinin hüdudlarından, habelə rayon inzibati ərazi vahidlərinin inzibati bölgüsünə daxil olan şəhər, qəsəbə və kənd ərazi vahidlərinin inzibati ərazisinin hüdudlarından kənarda kənd təsərrüfatı təyinatlı torpaqlarda yerləşən qeyri- yaşayış binalarının yerləşdiyi torpaq sahəsinin qüvvədə olan və hazırlanmaqda olan ərazi planlaşdırması sənədlərinə uyğun olub-olmaması barədə məlumat: Tikinti obyektinə dair Ərazi Tikinti Planlaşdırma Mərkəzinin arxiv məlumatları: Tikinti obyektinin texniki-iqtisadi göstəriciləri (Fövqəladə Hallar Nazirliyinin məlumatlarına əsasən)
1 Obyektin təyinatı Xidmət obyekti 2 Obyektinin tikinti sahəsi 85.38 m2 3 Obyektinin ümumi sahəsi 69.08 m2 4 Obyektinin tikinti həcmi 303.09 m3 5 Obyektin divar hündürlüyü (yer 3.95 m 6 Obyektinin mərtəbəliliyi 1 mərtəbəli
Qeyri-yaşayış obyektinin Memarlıq-Planlaşdırma Bölməsi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi X8 Publik Hüquqi Şəxsi və İddiaçı arasında Azərbaycan Respublikası Prezidentinin ##.##.2023-cü il tarixli **** saylı Fərmanı ilə bağlı ünvan 2 ünvanında tikintisinə icazə tələb olunan qeyriyaşayış (xidmət) obyektinin tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğununun yoxlanılması xidmətinin göstərilməsinə dair müqavilənin surəti məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Cavabdeh ## ###### 2025ci il tarixli *-*/*-****/**** saylı və ## ###### 2025-ci il tarixli *-*/*-****/**** saylı məktubu ilə Sumqayıt Şəhər Memarlıq və Şəhərsalma Idarəsinin arxivində olan sənədlərin surəti məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri Publik Hüquqi Şəxsi * saylı Sumqayıt Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli *-**-*-**/*****/**** saylı məktubu ilə ərazi idarəsində mövcud olan arxiv materiallarına əsasən ************ reyestr torpaq sahəsinə dair sənədlərin surəti göndərilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri Publik Hüquqi Şəxsi * saylı Sumqayıt Ərazi Idarəsinin ##.##.2026-cı il tarixli *-**-*-**/****/**** saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı adına verilmiş ************ reyestr nömrəli, ##.##.2025-ci il qeydiyyat tarixli çıxarışa əsasən 0,0085 ha torpaq sahəsi yaşayış məntəqələrinin torpaqlarına aid olmaqla dövlət mülkiyyətindədir. Sözügedən daşınmaz əmlaka dair tərtib edilmiş ortofoto və koordinatlar qoşma faylda təqdim olunur.
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ##.##.2023-cü il tarixli, **** nömrəli fərmanının icrası ilə əlaqədar İddiaçı məxsus ünvan 2 ünvanındakı tikilinin (qeyriyaşayış obyektinin) istismarına icazənin verilməsi öhdəliyi cavabdeh Cavabdeh üzərinə vəzifə olaraq qoyulmuşdur. (hakim Aynur Axundova) Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən qeyri-yaşayış obyektinin istismarına icazə sənədinin verilməsinin məqsədəuyğun hesab edilməməsi əsaslandırılmamışdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI: a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçıya göndərdiyi və iş materiallarında olan imtina ərizəsində cavabdeh qeyd etmişdir ki, iddiaçının Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin təhlil məlumatlarında da göstərildiyi kimi iddiaçının istifadəsində olan Sumqayıt şəhəri, Cəfər Cabbarlı küçəsi,giriş 44A ünvandakı qeyri-yaşayış obyekti ümumi istifadədə olan torpaq sahəsində yerləşir. Bu səbəbdən də Fərmanın icrası üçün sözügedən qeyri-yaşayış obyektinə istismara icazə sənədinin verilməsi məqsədəuyğun hesab edilməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 20-ci maddəsinin 1-ci hissəsinə əsasən yaşayış məntəqələrinin torpaqlarından onların baş planlarına,ərazinin planlaşdırılması və tikintisi layihələrinə və eləcə də yerquruluşu-təsərrüfat planlarına müvafiq surətdə istifadə edilir. Həmin Məcəllənin 44-cü maddəsinə əsasən torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin vəzifələri torpaqlardan səmərəli istifadə edilməsi və onların mühafizəsi məqsədilə torpaq qanunvericiliyinin tələblərinə bütün dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin əməl etməsini təmin etməkdən ibarətdir. Həmin Məcəllənin 45-ci maddəsinin 1-ci hissəsinə əsasən torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Həmin Məcəllənin 45-ci maddəsinin 2-ci hissəsinə əsasən bu orqanların torpaqlardan istifadə və onların mühafizəsi üzrə səlahiyyətləri dairəsində göstərişləri bütün torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri üçün məcburidir. Həmin Məcəllənin 47-ci maddəsinin 3-cü hissəsinə əsasən ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşəparkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Həmin Məcəllənin 48-ci maddəsinin 4-cü hissəsinə əsasən torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir. Həmin Məcəllənin 48-ci maddəsinin 5-ci hissəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri olan hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində öz hüquqlarını həyata keçirərkən ətraf təbii mühitə, başqa şəxslərin hüquqlarına və mənafelərinə zərər vurmamalıdırlar. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” ƏSASNAMƏnin 9-cu bəndinə əsəasən ümumi istifadədə olan bələdiyyə torpaqlarında əhalinin ictimai tələbatının (ictimai-iaşə, əyləncə, idman və sair) ödənilməsi məqsədi ilə xidmət yerlərinin seçilməsi, mövsümi (dörd ayadək müddətə) xarakter daşıyan obyektlərin yerləşdirilməsi və quraşdırılması bələdiyyələrin qərarı və ya müqavilə əsasında şəhərsalma və memarlıq norma və qaydalarına uyğun olaraq torpaqayırma qaydası tətbiq edilmədən həyata keçirilir. Bu obyektlər ərazinin məqsədli istifadəsinə və ahəngdar fəaliyyətinə maneçilik törətməməlidir.
b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq.
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 102. Tikinti obyektinin istismarına icazə verilməsi 102.1. Tikintisinə icazə tələb edilən tikinti obyektinin (reklam qurğuları istisna olmaqla) istismarına icazə verilməsi üçün müraciətə sifarişçi tərəfindən bu Məcəllənin 102.1-2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqdim edilmiş aşağıdakı sənədlər əlavə edilir: 102.1.1. tikinti sənədləri; 102.1.2. şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş hallarda obyektin istismara verilməsindən əvvəl tikintinin, onun hissələrinin və ya mühəndiskommunikasiya təminatı sistemlərinin istismara hazırlığının yoxlanıldığını təsdiq edən sənədlər. 102.1-1. Reklam qurğularının istismarına icazə üçün müraciətə sifarişçi tikintiyə icazəni əlavə edir. 102.1-2. Bu Məcəllənin 102.1-ci maddəsində nəzərdə tutulmuş sənədlərin X9 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər sifarişçidən tələb edilmir. Belə sənədlərin X9 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sifarişçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət qurumundan tələb olunur və ya sifarişçi tərəfindən təmin edilir. 102.2. Obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən tikinti obyektinin istismarına icazə verilir. Istismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. 102.3. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum istismara icazə verməzdən əvvəl tikintinin və ya onun hissələrinin ekspertizadan keçirilməsinə dair ekspertiza müəssisəsinə müraciət edə bilər. Bu müraciət tikintinin təhlükəsizliyi baxımından əsaslandırılmış olmalıdır. Obyektin şəhərsalma və tikintiyə dair normativ sənədləri ilə müəyyən edilmiş tələblərə uyğunluğunun əlavə olaraq yoxlanılması üçün tikintinin və ya onun hissələrinin ekspertizadan keçirilməsinə çəkilən xərclər uyğunluğun təsbit edildiyi hallarda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən ödənilir. 102.4. Tikinti obyektinin istismarına icazənin verilməsi üçün müraciətin təqdim edildiyi gündən 20 gün, ekspertizası keçirilməsi tələb olunmayan tikinti layihələrinə münasibətdə 10 gün, reklam qurğularına münasibətdə isə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) obyektin istismarına icazə verir və ya verilməsindən imtina haqqında qərar qəbul edir. 102.4-1. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tikinti obyektinin istismarına icazənin verilməsi üçün dövlət rüsumunu ödəməsi vəzifəsi barədə məlumatı 2 iş günü müddətində sifarişçiyə göndərir. Bu məlumat sifarişçiyə daxil olduqdan sonra icazənin verilməsi üçün dövlət rüsumu 5 iş günü müddətində sifarişçi tərəfindən ödənilir və ödənişi təsdiq edən sənəd müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma təqdim edilir. 102.4-2. Sifarişçi tərəfindən dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd təqdim edildikdən sonra tikinti obyektinin istismarına icazə 2 iş günündən gec olmayaraq sifarişçiyə göndərilir. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd təqdim edilmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən icazə ləğv edilir və bu barədə məlumat 2 iş günü müddətində sifarişçiyə göndərilir. 102.4-3. Bu Məcəllənin 102.4-2-ci maddəsində göstərilən əsasla icazə ləğv edildikdən sonra sifarişçi tikinti obyektinin istismarına icazə verilməsi üçün təkrar müraciət edə bilər. Təkrar müraciətə yalnız dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd əlavə edilir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum müraciət daxil olduğu gündən 2 iş günündən gec olmayaraq tikinti obyektinin istismarına icazəni sifarişçiyə göndərir. 102.5. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) obyektin istismarına icazə ilə bağlı sənədləri tikinti obyekti sökülənədək və ya müvafiq sənədlər “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun arxivə təhvil verilənədək saxlamağa borcludur. 102.6. Məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektlərinin tikintisi başa çatdıqdan sonra, sifarişçi bu barədə məlumatı 10 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma göndərir. 102.7. Tikinti obyektlərinin istismarına icazə verildiyi andan, habelə məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektlərinin tikintisinin başa çatması barədə sifarişçi tərəfindən məlumat verildikdən sonra, dərhal bu məlumatların Tikintilərin Dövlət reyestrinə ötürülməsi təmin edilir. Həmin məlumatlar 3 iş günü müddətində Tikintilərin Dövlət reyestrinin internet səhifəsində yerləşdirilir. 102.7-1.Tikinti obyektinin istismarına icazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur. 102.8. Bu Məcəllənin 102.1-ci maddəsində nəzərdə tutulmuş tikinti sənədlərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 102.9. Tikinti obyektinin istismarına icazə icraatı üzrə bu Məcəllənin 102.1-102.4-3cü, 102.6cı və 102.7-ci maddələri ilə müəyyən edilən hərəkətlər şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ##.##.2023cü il tarixli, **** nömrəli fərmanı: 1.7. yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqlarında inşa edilmiş qeyriyaşayış binasının Komitə və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı tərəfindən bu Fərmana əsasən istismarına icazə həmin qeyri-yaşayış binasının yerləşdiyi ərazinin məqsədli istifadəsinə və ahəngdar fəaliyyətinə maneə törətmədikdə verilir.
“Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. Inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. Inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 19.1. Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI: Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, həmçinin, prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmeti “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ##.##.2023-cü il tarixli, **** nömrəli Fərmanının icrası ilə əlaqədar ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış obyektinin istismarına icazə verilməsi öhdəliyinin cavabdeh Cavabdeh üzərinə qoyulmasından ibarətdir. Iş materialları ilə müəyyən olunur ki, mübahisəli qeyri-yaşayış obyektinin yerləşdiyi 0,0085 ha torpaq sahəsi dövlət mülkiyyətində olmaqla yaşayış məntəqələrinin torpaqlarına aiddir və həmin torpaq sahəsi iddiaçı İddiaçı xeyrinə ##.##.2025-ci ildən ##.##.2027-ci ilədək icarə hüququ ilə yüklü edilmişdir. Həmçinin Fərmanın icrası ilə bağlı məlumatlarda tikinti obyektinin yerləşdiyi torpaq sahəsinə dair “mülkiyyət növü, mülkiyyətçisi (istifadəçisi, icarəçisi), sahəsi” qrafasında “Dövlət, İddiaçı, 0,0085 ha” qeyd edilmişdir. Bu hal onu göstərir ki, iddiaçının mübahisəli torpaq sahəsi ilə hüquqi əlaqəsi təsadüfi və ya faktiki istifadə formasında deyil, qüvvədə olan icarə hüququ əsasında rəsmiləşdirilmiş hüquqi münasibət formasındadır. Kollegiya xüsusi olaraq qeyd edir ki, iddiaçının torpaq sahəsinə dair icarə hüququnu təsdiq edən sənədlər qanunla müəyyən edilmiş qaydada qüvvədən düşmüş hesab edilməmiş, həmin hüququn ləğv edilməsi və ya etibarsızlığı barədə hər hansı sübut iş materiallarında mövcud olmamışdır. Cavabdeh də apellyasiya şikayətində iddiaçının icarə hüququnun mövcudluğunu təkzib edən, icarə münasibətinin hüquqi qüvvəsini aradan qaldıran və ya həmin torpaq sahəsinin iddiaçıya icarəyə verilməsini qanunsuz hesab etməyə əsas verən hər hansı konkret dəlil göstərməmişdir. Bu baxımdan, cavabdehin istismara icazə verilməsindən imtinası torpaq sahəsinin iddiaçı ilə hüquqi bağlılığının olmaması ilə əsaslandırıla bilməz. Əksinə, iş materiallarında olan icarə hüququ və reyestr məlumatları iddiaçının həmin torpaq sahəsi üzərində qanunla tanınan istifadə hüququna malik olduğunu təsdiq edir. Inzibati orqan bu hüquqi vəziyyəti nəzərə almadan və onu aradan qaldıran ayrıca hüquqi əsas göstərmədən yalnız ümumi xarakterli “məqsədəuyğun hesab edilməmişdir” ifadəsi ilə istismara icazənin verilməsindən imtina etməsi əsassızdır. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, iş materiallarında qeyri-yaşayış obyektinin istismara yararlılığını təsdiq edən müsbət rəylər mövcuddur. Belə ki, X3 Xidmətinin rəyində obyektin yanğın təhlükəsizliyi tələblərinə uyğun olduğu, X6 Görülməsi və Dağ-X2 Agentliyinin məktubunda obyektdə qaldırıcı qurğuların və digər təhlükə potensiallı qurğu və konstruksiyaların olmadığı, Azəriqaz IB-nin məktubunda obyektin qaz kəmərlərinin və qurğularının mühafizə zonasında yerləşmədiyi, Azərsu ASC-nin rəyində istismara qadağanedici amillərin aşkar edilmədiyi, Azərişıq ASC-nin rəyində əvvəlki qüsurların aradan qaldırıldığı göstərilmişdir. Bundan başqa, ##.##.2025-ci il tarixli ****** saylı rəydə qeyri-yaşayış təyinatlı tikinti obyektinin istismara yararlı olduğu təsdiq edilmişdir. Belə olan halda, Şəhərsalma və Tikinti Məcəlləsinin 102.2-ci maddəsinin məzmununa görə, obyektin müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdə tikinti obyektinin istismarına icazə verilməlidir. Həmin normanın mənasından çıxış etdikdə, istismara icazə verilməsi məsələsində inzibati orqanın səlahiyyəti sərbəst və əsaslandırılmamış mülahizəyə deyil, tikinti obyektinin normativ tələblərə uyğun olub-olmamasının müəyyən edilməsinə bağlıdır. Iş üzrə isə müvafiq aidiyyəti qurumların rəyləri obyektin istismara yararlılığını təsdiq etmişdir. Apellyasiya şikayətində cavabdehin əsas mahiyyətli dəlili ondan ibarətdir ki, obyektin yerləşdiyi sahə Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin təhlil məlumatlarına əsasən ümumi istifadədə olan torpaq sahəsi kimi göstərilmiş, buna görə də istismara icazənin verilməsi məqsədəuyğun hesab edilməmişdir. Məhkəmə kollegiyası həmin dəlili əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin ##.##.2023-cü il tarixli, **** nömrəli Fərmanının 1.7-ci bəndi yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqlarında inşa edilmiş qeyri-yaşayış binasının istismarına icazə verilməsini mütləq qaydada istisna etmir. Həmin norma bu cür obyektlər üzrə icazənin verilməsini yalnız bir şərtlə əlaqələndirir ki, qeyri-yaşayış binası yerləşdiyi ərazinin məqsədli istifadəsinə və ahəngdar fəaliyyətinə maneə törətməməlidir. Deməli, imtina üçün təkcə sahənin “ümumi istifadədə yerləşməsi” barədə məlumat kifayət etmir. Cavabdeh konkret olaraq həmin obyektin ərazinin məqsədli istifadəsinə və ahəngdar fəaliyyətinə hansı formada, hansı həcmdə və hansı faktiki əsaslarla maneə yaratdığını sübut etməli idi. Kollegiya nəzərə alır ki, iş materiallarında isə belə bir maneəni təsdiq edən sübut yoxdur. Cavabdeh nə obyektin piyada və nəqliyyat hərəkətinə, mühəndis-kommunikasiya xətlərinin istismarına, ətraf tikililərin təhlükəsizliyinə, yanğın təhlükəsizliyi və ya digər şəhərsalma tələblərinə maneə törətdiyini göstərmiş, nə də bu barədə aidiyyəti qurumların mənfi rəyini təqdim etmişdir. Əksinə, iş üzrə toplanmış sənədlər obyektin mühafizə zonalarında yerləşmədiyini, təhlükəsizlik və kommunal təminat baxımından istismara qadağanedici halın aşkar edilmədiyini göstərir. Kollegiya apellyasiya şikayətində istinad edilən Torpaq Məcəlləsinin müvafiq maddələri ilə bağlı qeyd edir ki, həmin normalar torpaqlardan təyinatına uyğun istifadə edilməsini, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini, ümumi istifadədə olan torpaqların dairəsini və torpaqdan istifadə hüquqlarının həmin sahənin məqsədli təyinatına və hüquqi statusuna uyğun həyata keçirilməsini nəzərdə tutur. Lakin bu normaların heç biri, iş materiallarında qüvvədə olan icarə hüququ mövcud olduğu və obyektin ərazinin məqsədli istifadəsinə, ahəngdar fəaliyyətinə maneə törətdiyi sübut edilmədiyi halda, istismara icazənin verilməsindən birbaşa imtina üçün əsas yaratmır. Əksinə, Torpaq Məcəlləsinin 48-ci maddəsinin məzmunu baxımından da iş üzrə müəyyən edilmiş hüquqi vəziyyət ondan ibarətdir ki, iddiaçı mübahisəli torpaq sahəsindən məhz ona verilmiş hüquqi status, yəni icarə hüququ çərçivəsində istifadə edir. Həmin icarə hüququnun qüvvədə olduğu şəraitdə cavabdehin iddiaçını torpaq sahəsi ilə bağlı hüquqi əsasdan məhrum şəxs kimi qiymətləndirməsi və bu mövqedən çıxış edərək istismara icazədən imtina etməsi işin faktiki hallarına uyğun deyildir. Apellyasiya şikayətində istinad edilən “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 9-cu bəndi qərarın ləğv edilməsi üçün əsas deyil. Belə ki, həmin bənd ümumi istifadədə olan bələdiyyə torpaqlarında ictimai tələbatın ödənilməsi məqsədi ilə xidmət yerlərinin seçilməsi, mövsümi xarakterli obyektlərin yerləşdirilməsi və quraşdırılmasının müəyyən şərtlərlə mümkünlüyünü nəzərdə tutur və bu obyektlərin ərazinin məqsədli istifadəsinə, ahəngdar fəaliyyətinə maneçilik törətməməli olduğunu müəyyən edir. Hazırkı işdə isə obyektin xidmət obyekti olması, torpaq sahəsinə dair icarə hüququnun mövcudluğu və maneə yaradan konkret halın sübuta yetirilməməsi nəzərə alındıqda, həmin istinad da imtinanın qanuniliyini əsaslandırmır. Məhkəmə kollegiyası həmçinin birinci instansiya məhkəməsinin istinad etdiyi ziddiyyətli inzibati davranışı da əhəmiyyətli hesab edir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh Başçısının ##.##.2025-ci il tarixli, *-*/*-****/**** saylı bildirişində torpaq sahəsinin İddiaçı ayrılması məqsədəuyğun hesab edilmiş, lakin sonradan ##.##.2025-ci il tarixli, *-*/*-****/**** saylı bildirişdə həmin qeyri-yaşayış obyektinə istismara icazə sənədinin verilməsi məqsədəuyğun hesab edilməmişdir. Cavabdeh bu iki mövqe arasındakı fərqi və mövqeyinin dəyişməsinə səbəb olan konkret hüquqi-faktiki halları əsaslandırmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqanın imtinası ümumi və mücərrəd mülahizələrə deyil, iş üzrə müəyyən edilmiş konkret hallara və yoxlanıla bilən sübutlara əsaslanmalıdır. Hazırkı işdə cavabdeh imtinanı obyektin ümumi istifadədə olan torpaq sahəsində yerləşməsi ilə əsaslandırsa da, həmin obyektin ərazinin məqsədli istifadəsinə və ahəngdar fəaliyyətinə konkret olaraq hansı formada maneə yaratdığını göstərməmişdir. Halbuki iş materiallarından görünür ki, mübahisəli torpaq sahəsi iddiaçının xeyrinə icarə hüququ əsasında yüklü edilmiş, obyektin istismara yararlılığı isə aidiyyəti qurumların müsbət rəyləri ilə təsdiq olunmuşdur. Yuxarıda da qeyd edildiyi kimi Azərbaycan Respublikası Prezidentinin ##.##.2023-cü il tarixli, **** nömrəli Fərmanının 1.7-ci bəndi ümumi istifadədə olan torpaq sahəsində yerləşən qeyri-yaşayış obyektinə istismara icazə verilməsini tam istisna etmir, həmin icazənin verilməsini obyektin ərazinin məqsədli istifadəsinə və ahəngdar fəaliyyətinə maneə törətməməsi şərti ilə mümkün hesab edir. Bu baxımdan, cavabdeh inzibati orqan yalnız obyektin ümumi istifadədə olan torpaq sahəsində yerləşməsinə istinad etməklə kifayətlənməməli, Fərmanın 1.7-ci bəndində nəzərdə tutulan maneənin mövcudluğunu konkret faktlarla əsaslandırmalı idi. Belə əsaslandırma təqdim edilmədiyindən, cavabdehin imtinası məhkəmə kollegiyası tərəfindən qanuni və əsaslı inzibati mövqe kimi qəbul edilə bilməz. Azərbaycan Respublikasının "Inzibati icraat haqqında" Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Cavabdeh orqan iddiaçının tələbinin təmin olunmasından imtinasını tam əsaslandıra bilməmişdir. Buna görə də kollegiya hesab edir ki, cavabdeh orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hazırki işdə iddiaçı iddianın təmin edilməsi iə bağlı zəruri sübutları məhkəməyə təqdim edə bilsə də, cavabdeh iddiaçıya istismara icazə sənədinin verilməsindən imtinasının əsaslarını sübut edə bilməmişdir. Odur ki, kollegiya sadalanan qanunvericilik aktlarını təhlil edərək belə nəticəyə gəlir ki, qeyd olunan normalara əsasən cavabdeh orqan tərəfindən iddiaçıya istismara icazə sənədinin verilməsindən imtinası əsassız olmuşdur və iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur. Qeyd olunanlara əsasən, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən haqlı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTICƏVI HISSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.