Məhkəmə qərarları › İş №2-1(3-8)-71/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-71/2026

15.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-71/2026 15.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Quba bələdiyyəsinə qarşı iş üzrə (üçüncü şəxs3 və üçüncü şəxs2 iş üzrə üçüncü şəxs qismində cəlb edilməklə) (Açar sözlər:bələdiyyə qərarının ləğvi) Sədrlik edən və məruzəçi hakim Cabbarova Gülnar İnqilab qızı, hakimlər Məmmədov Zaur İkram oğlu və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə İsmayılova Ləman Zakir qızının katibliyi ilə, İddiaçı İddiaçı, Üçüncü şəxslər üçüncü şəxs3 və üçüncü şəxs2 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Quba bələdiyyəsinə qarşı “##.##.2021-ci il tarixli ** saylı iclas protokolunun * saylı qərarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Quba RİHB-nın Quba şəhəri üzrə nümayəndəsinin ## ##### 1995-ci il tarixli ** nömrəli sərəncamı ilə Quba RİHB-nın şəhər üzrə nümayəndəliyinin torpaq bölüşdürmə komissiyasının ## ##### 1995-ci il tarixli ** nömrəli iclas protokolu təsdiq edilmiş, X4 fərdi yaşayış evinin tikintisinin başlanması üçün Quba şəhərinin Dəvədabanı adlanan ərazisində 500 kv.m torpaq sahəsi verilmişdir. Quba RİHB-nın Quba şəhəri üzrə nümayəndəsinin ## ######## 1995-ci il tarixli ** nömrəli sərəncamı ilə Quba RİHB-nın şəhər üzrə nümayəndəliyinin torpaq bölüşdürmə komissiyasının ## ######## 1995-ci il tarixli ** nömrəli iclas protokolu təsdiq edilmiş, üçüncü şəxs1 fərdi yaşayış evinin tikintisinin başlanması üçün Quba şəhərinin Dəvədabanı adlanan ərazisində 500 kv.m torpaq sahəsi verilmişdir. X4 ##.##.2004-cü ildə ölmüşdür. X4 adına olan torpaq sahəsi vərəsəlik qaydasında arvadı İddiaçı-iddiaçının adına keçirilmişdir. DTXK Quba rayon şöbəsi tərəfindən İddiaçı adına ##.##.2006-cı ildə verilmiş JN-****A nömrəli KOD 30301004 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilir ki, Quba rayon AİK-nın ##.##.2000-ci il tarixli ** saylı qərarı ilə Quba şəhərinin ərazisində fərdi yaşayış evinin tikintisi üçün 0,05 ha torpaq sahəsi Quba şəhər sakini İddiaçı mülkiyyətinə verilmişdir. DTXK Quba rayon şöbəsi tərəfindən İddiaçı adına ##.##.2006-cı ildə verilmiş JN-*** nömrəli KOD 30301004 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilir ki, Quba rayon DNK-da bağlanmış ##.##.2005- ci il tarixli 4-Ə-*** reyestr nömrəli alqı satqı müqaviləsinə əsasən Quba şəhərinin ərazisində fərdi yaşayış evinin tikintisi üçün 0,05 ha torpaq sahəsi Quba şəhər sakini İddiaçı mülkiyyətinə verilmişdir. Quba Bələdiyyəsinin ##.##.2021-ci il tarixli ** saylı iclas protokolunun ** saylı qərarı ilə Quba bələdiyyəsinin hüdudları daxilində yerləşən yaşayış məntəqələri kateqoriyasına aid torpaqlarından satış predmeti olan 800 kv.m və ya 0.08 ha torpaq sahəsinin məqsədli təyinatı ərazinin yerquruluşu təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğundan və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilmədiyindən, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşmədiyindən, bu torpaq sahəsinin həyətyanı məqsədilə satılması ilə bağlı həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışdan görünür ki, Quba şəhərində yerləşən yaşayış məntəqələri kateqoriyasına aid 0.08 ha torpaq sahəsi ##.##.2021-ci il tarixdə ************ reyestr nömrəsi, 2821008231 qeydiyyat nömrəsi ilə Quba Bələdiyyəsinin adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Quba bələdiyyəsi ##.##.2021-ci il tarixdə ************ reyestr nömrəli çıxarışa əsasən mülkiyyətində olan Quba şəhərində yerləşən yaşayış məntəqələri kateqoriyasına aid 0,08 ha torpaq sahəsinin 0,027 ha hissəsini ## #### 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən üçüncü şəxs3 və 0,027 ha hissəsini isə ## #### 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən üçüncü şəxs2 satmışdır. üçüncü şəxs3 adına Quba şəhərində yerləşən yaşayış məntəqələri kateqoriyasına aid 0,027 ha torpaq sahəsinə dair ##.##.2021-ci il tarixdə çıxarış verilmişdir. üçüncü şəxs2 adına Quba şəhərində yerləşən yaşayış məntəqələri kateqoriyasına aid 0,027 ha torpaq sahəsinə dair ##.##.2021-ci il tarixdə çıxarış verilmişdir. Cavabdehin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, ##.##.2026-cı il tarixdə, saat 16:10da Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında şifahi icraat qaydasında baxılması nəzərdə tutulan, iddiaçı İddiaçı iddia etdiyi torpaq sahəsi Quba rayon Quba şəhər Bələdiyyəsinin ərazisində yerləşir və həmin ərazinin 0.08 ha hissəsinə ##.##.2021-ci il tarixdə Bələdiyyə tərəfindən mülkiyyət sənədi olan çıxarış alınaraq notarial qaydada alqı-satqı yolu ilə ## ##.2021-ci il tarixdə vətəndaş üçüncü şəxs3 0.027 ha, üçüncü şəxs2 0.027 ha və ##.##.2022-ci il tarixdə vətəndaş X16 0.026 ha torpaq sahəsi satılmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X2 Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin *-**-*-**/*-****/**** nömrəli, # ##### 2026-cı il tarixli məktubundan görünür ki, məhkəmə tərəfindən təqdim edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlarda yerləşən torpaq sahəsi Quba bələdiyyəsinin mülkiyyətində olan torpaq sahələrinin hüdudları daxilində yerləşir. Mərkəzin arxivində JN-182 və JN-****A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”lərin arxiv nüsxəsi və onların tərtib edilməsinə əsas olmuş sənədlər (Quba rayon Aqrar İslahat Komissiyasının ##.##.2000-ci il tarixli * saylı Qərarı daxil olmaqla) aşkar edilməmişdir. Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin # ##### 2026-cı il tarixli məktubundan görünür ki, həmin dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 2005-ci ildə təsdiq edilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrə baxış keçirilərkən İddiaçı adına rəsmiləşdirilmiş müqavilə aşkar edilməmişdir. Eyni zamanda bildiririk ki, arxivə təhvil verilmiş 4Ə-*** reyestr nömrəli müqavilənin digər şəxslər barəsində rəsmiləşdirildiyi müəyyən edilmişdir. Müayinə aktından görünür ki,mübahisəli torpaq sahəsində oldular və iddiaçının iddia etdiyi torpaq sahəsinin koordinatları GPS aləti vasitəsi ilə naturadan (yerdən) götürülmüşdür. Müayinə zamanı mübahisəli hal qeydə alınmamışdır. Torpaq sahəsinin daxilində fərdi yaşayış evi məqsədi ilə tikilmiş 2 (iki) yarımçıq tikili mövcuddur. Kameral araşdırma nəticəsi olaraq bildiririk ki, iddiaçı tərəfindən iddia olunan torpaq sahəsi 0.10 ha təşkil edir. Bildiririk ki, torpaq sahəsinin müayinəsi zamanı iddiaçı tərəfindən təqdim olunmuş JN-182 kod 30301004 və JN-4989A kod ******** saylı şəhadətnamələr baza məlumatlarında olan xəritə materialları üzərində öz əksini tapmamışdır, DBF siyahısında isə həmin nömrələr (182 və 4989) sahibsiz kimi qeyd olunmuşdur. İddiaçı tərəfindən iddia olunan torpaq sərfəsinin 39 kv.metr hissəsi baza məlumatlarında olan xəritə materiallarına əsasən ************ reyestr nömrəli çıxarış əsasında X10 məxsus torpaq sahəsi ilə, 270 kv.metr hissəsi ************ reyestr nömrəli çıxarış əsasında üçüncü şəxs3 məxsus tofpaq sahəsi ilə, 270 kv.metr hissəsi ************ reyestr nömrəli çıxarış əsasında üçüncü şəxs2 məxsus torpaq sahəsi ilə, 260 kv.metr hissəsi ************ reyestr nömrəli çıxarış əsasında X13 məxsus torpaq sahəsi ilə, 66 kv.metr hissəsi ************ reyestr nömrəli çıxarış əsasında X3funa məxsus torpaq sahəsi ilə, 44 kv.metr hissəsi ************ reyestr nömrəli çıxarış əsasında X5 məxsus torpaq sahəsi ilə və qalan hissəsi isə bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsi ilə üst-üstə düşür. Sözügedən torpaq sahəsi baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUiS) əsasən X25 kateqoriyalı olub uqodiyası həyətyanı kimi göstərilmişdir. Torpaq sahəsi heç bir mühafizə zolağında yerləşmir. Mübahisəli torpaq sahəsinə dair tərəflərindən sxem tərtib olunmuş, koordinatar və ortofoto görüntülər müayinə aktına əlavə edilmişdir. Birinci instansiya məhkəməsində birinci icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Quba şəhərinin Dəvədabanı adlanan ərazisində yerləşən JN-*** nömrəli, KOD 30301004 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə və JN-****A nömrəli, KOD 30301004 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında onun mülkiyyətində olan ümumilikdə 10 sot həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun, daşınmaz əmlakın dövlət reyestrində cavabdehin adına edilmiş qeydin ləğv edilməsi, həmin qeyddən verilmiş çıxarışın etibarsız hesab edilməsi, həmin torpaq sahəsinin bələdiyyə tərəfindən digər şəxslərə satılmasına dair alqı-satqı müqavilələrinə dair qeydlərin ləğv edilməsi, həmin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqavilələri əsasında daşınmaz əmlakın dövlət reyestrində edilmiş qeydlərin ləğv edilməsi, həmin qeydlər əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi, həmçinin həmin hüquqverici sənədlər əsasında edilmiş digər qeydlərin ləğv edilməsi və qeydlər əsasında verilmiş sənədlərin müəyyən edilərək etibarsız hesab edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin ## ### 2023-cü il tarixli, *-*(***)-**/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Leyla Mirzəyeva). İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsində birinci icraat Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2023- cü il tarixli, *- *(***)-***/**** nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin ## ### 2023-cü il tarixli, *-*(***)-**/**** nömrəli qərardadı ləğv edilmiş, inzibati iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Birinci instansiya məhkəməsində ikinci icraat İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Quba bələdiyyəsinin ## ###### 2021-ci il tarixli, ** saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ## #### 2021-ci il tarixdə, 4-5 nəfər şəxs, biri özünü Gülsüm və torpağın alıcısı, digəri özünü bələdiyyə əməkdaşı kimi təqdim edən, əlavə iki nəfərlə birlikdə, qanuni əsaslarla iddiaçının mülkiyyətinə verilmiş və 15 il ərzində onun istifadəsində olan Quba şəhərinin “Dəvədabanı” adlanan ərazisində yerləşən 10 sot həyətyanı torpaq sahəsinə hücum edib, metal tor hasarını sökərək torpaq sahəsini zəbt etmişlər. Onlardan nə baş verdiyini soruşanda özünü torpaq sahəsinin alıcısı Gülsüm kimi təqdim edən şəxs (qadın) və bələdiyyə işçiləri ona bildirmişdirlər ki, bu torpaq sahəsini ondan alaraq Gülsümə satmışdırlar. Gülsüm məsafədən ona daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış göstərsə də, çıxarışda edilmiş qeydləri oxumağa imkan verməmişdir. Məsələ ilə bağlı Quba bələdiyyəsinə ərizə ilə müraciət etmişdir. Quba bələdiyyəsinin ## ###### 2021-ci il tarixli, *** nömrəli məktubunda göstərilir ki, Dəvədabanı massivində yerləşən bələdiyyə mülkiyyətinə məxsus 0,10 ha torpaq sahəsinin iddiaçının olması iddiası həqiqətə uyğun deyildir, iddia edilən torpaq sahəsi Bələdiyyənin perspektiv inkişaf fonduna aid yaşayış məntəqələri torpaqlarına aid olduğuna görə qanunamüvafiq olaraq iki aztəminatlı, himayəsində fiziki qüsurlu övladları olan ailəyə və birinci Qarabağ Müharibəsi qazisinə notariat qaydada alqı-satqı yolu ilə satılmışdır. Hazırkı iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikasının X6 filialının ## ###### 2021-ci il, *** nömrəli arxiv arayışının əslinə əsasən Quba RİHB-nın şəhər üzrə nümayəndəliyinin torpaq bölüşdürmə komissiyasının ## ##### 1995-ci il tarixli, ** nömrəli iclas protokolundan göründüyü kimi komissiyanın ## ##### 1995-ci il tarixli qərarı ilə Quba şəhərində fərdi mənzil tikintisi üçün torpaq sahəsi almaqdan ötrü növbədə duran X4 torpaq sahəsinin verilməsi məqsədəuyğun hesab edilmişdir. Azərbaycan Respublikasının Quba RİHBnın Quba şəhəri üzrə nümayəndəsinin ## ##### 1995-ci il tarixli, ** nömrəli sərəncamının X6 filialı tərəfindən təsdiq olunmuş surətindən göründüyü kimi, Quba RİHB-nın şəhər üzrə nümayəndəliyinin torpaq bölüşdürmə komissiyasının ## ##### 1995-ci il tarixli, ** nömrəli iclas protokolu təsdiq edilmiş, fərdi yaşayış evinin tikintisinin başlanmasına sərəncam verilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikasının X6 filialının ## ###### 2021-ci il, *** nömrəli arxiv arayışının əslində göstərilən Quba RİHB-nın şəhər üzrə nümayəndəliyinin torpaq bölüşdürmə komissiyasının ## ######## 1995-ci il tarixli, ** nömrəli iclas protokolundan göründüyü kimi komissiyanın ## ##### 1995-ci il tarixli qərarı ilə Quba şəhərində fərdi mənzil tikintisi üçün torpaq sahəsi almaqdan ötrü növbədə duran üçüncü şəxs1 torpaq sahəsi verilmişdir. X1 vəfat etməmişdən əvvəl Quba rayonu aqrar islahat komissiyasının fəaliyyəti zamanı Quba RİHB-nın şəhər üzrə nümayəndəliyinin torpaq bölüşdürmə komissiyasının qərarı ilə ona verilmiş torpaq sahəsinə mülkiyyət hüququ onun adına rəsmiləşdirilərək bu barədə adına “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə verilmişdir. JN-****A nömrəli, KOD 30301004 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin notariat kontorunda təsdiq edilmiş surətindən göründüyü kimi Quba rayonu aqrar islahat komissiyasının ## ### 2000-ci il tarixli, ** saylı qərarı ilə Quba şəhərinin “Dəvədabanı” adlanan ərazisində fərdi yaşayış evi tikintisi üçün 0,05 ha torpaq sahəsi onun mülkiyyətinə verilmiş və həmin hüquq ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsinin qeydlər kitabında 1054 nömrə ilə qeydə alınmışdır. X4 ##.##.2004-cü il tarixdə Quba şəhərində vəfat etmişdir. JN-*** nömrəli, KOD 30301004 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin notariat kontorunda təsdiq edilmiş surətindən göründüyü kimi, Quba rayonunun Dövlət notariat kontorunun ## ##### 2005-ci il tarixli, *-ə-*** saylı alqı-satqı müqaviləsi əsasında fərdi yaşayış evi tikintisi üçün Quba şəhəri ərazisində 0,05 ha həmin torpaq sahəsi ona satılmış və bundan sonra həmin torpaq sahəsinə onun mülkiyyət hüququ, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsinin qeydlər kitabında 1055 nömrə ilə qeydə alınmışdır. Həmin hər iki həyətyanı torpaq sahələri bitişikdir. # ### 1997-ci il tarixli, AP seriyalı, ****** nömrəli ödəniş qəbzinin əslindən göründüyü kimi, X1 Quba şəhərində olan torpağa dair 2250 (iki min, iki yüz əlli) manat məbləğində torpaq vergisi ödəmişdir. “Torpağın mülkiyyətə verilməsinə dair” hər iki Şəhadətnamə əsasında əldə etdiyi hər iki torpaq sahəsini vahid ərazi kimi metal torla hasarlayaraq torpaq sahəsindən öz mülkiyyəti kimi istifadə edərək torpaqlara aqrar qulluq edərək əkib-becərmişdir, birgə torpaq sahəsində tikinti işi apararaq fərdi yaşayış evinin özəl hissəsini inşa etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh tərəfindən iddia tələbinə verilən yazılı etirazda göstərilmişdir ki, iddiaçı məhkəməyə müraciət edərək əsaslandığı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamələrin özü mülkiyyət hüququnu təsdiq edən sənədlər kimi tanınmır. Həmin şəhadətnamələrin elektron bazası yoxdur, şəhadətnamələrin verilməsinə əsas olan sənədlər yoxdur. Şəhadətnamələrin özündə göstərilən torpaq sahəsi harada yerləşdiyi məlum deyildir. Başqa sözlə, iddiaçının subyektiv hüququ yoxdur. Həmçinin işə baxan Sumqayıt Apellyasiya Məhkəməsi iddianın mümkünlüyü ilə bağlı məsələnin araşdırılmasını göstərmişdir. Hazırkı mərhələdə iddiaçı kimdən nəyi, hansı hüquqmüəyyənedici sənədlə istədiyi məlum deyildir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia rədd edilmişdir (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı iddiaçının JN182, KOD ******** saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən iddia etdiyi torpaq sahəsinin ona satılması barədə sənədlərin mövcudluğu müəyyən edilməmişdir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X2n * saylı Xaçmaz Ərazi İdarəsinin sorğuya cavabı ilə JN182, KOD ******** saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin daşınmaz əmlakın elektron baza məlumatlarında öz əksini tapmadığı müəyyən edilmişdir. Digər məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin ## #### 2022-ci il tarixli məktubunda göstərilənlərə əsasən dövlət notariat ofisində ## ##### 2005-ci il tarixdə 4Ə-*** reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilə və onun qeydə alındığı reyestr kitabı arxivə təhvil verilməmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, sözügedən müqavilənin Dövlət Notariat arxivində saxlanılan nüsxəsində *** reyestr nömrəli müqavilə ## ###### 2005-ci il tarixdə təsdiq edilmiş və başqa şəxslər barəsində rəsmiləşdirilmişdir. Göründüyü kimi ## ##### 2005-ci il tarixdə 4Ə-*** reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsi arxiv sənədlərində aşkar edilmədiyi halda, həmin müqavilənin bağlanmadığını qəti şəkildə təsdiq edə biləcək sübut qeyd olunan reyestr nömrəsinin aparıldığı reyestr kitabı ola bilər. Lakin 2005-ci ilə aid alqı-satqı müqavilələrinin qeydiyyatına dair (4Ə) reyestr kitabı Quba rayon notariat ofisinin arxivinə təhvil verilmiş arxiv sənədləri arasında aşkar edilməmişdir. Başqa sözlə, həmin müqavilələrin də mövcudluğu və *Ə-*** saylı reyestr nömrəsinin onlara aid olması reyestr kitabından dəqiqləşdirilə bilər ki, Notariat ofisi bunun mümkün olmadığını bildirmişdir. Hazırkı işdə iddiaçı JN 4989A, KOD ******** saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən, Quba rayon Aqrar İslahat Komissiyasının ##.##.2000-ci il tarixli, ** saylı qərarı ilə Quba şəhəri ərazisində 0.05 ha torpaq sahəsinin ayrıldığını iddia edərək, həmin torpaq sahəsinin cavabdeh tərəfindən üçüncü şəxslərə satıldığını iddia edir. Məhkəmə araşdırması zamanı, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X2n * saylı Xaçmaz Ərazi İdarəsinin sorğuya cavabı ilə JN 4989A, KOD ******** saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin daşınmaz əmlakın elektron baza məlumatlarında öz əksini tapmadığı, X6 filialının sorğuya cavabı ilə Quba rayon Aqrar İslahat Komissiyasının 2000-ci il tarixli ** saylı iclasının 05 may deyil, ## ### 2000-ci il tarixdə keçirildiyi müəyyən edilmişdir. İddiaçı əvvəllər istifadəsində olmuş torpaq sahəsinin bələdiyyənin mübahisə edilən qərarı əsasında üçüncü şəxslərə satıldığını iddia etsə də, iddiaçı ona ayrılmış torpaq sahəsinin naturada quruluşunu, koordinatlarını müəyyən edən hər hansı sənədi (yerquruluşu planından çıxarışı, torpaq sahəsinin planını və ölçü sənədini, torpaq sahəsinin koordinatlarını) məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdə də (şəhadətnamələrdə) torpaq sahəsinin koordinatları barədə heç bir məlumat qeyd edilməmişdir. Bununla da, iddiaçı iddia etdiyi torpaq sahəsinin məhz üçüncü şəxslərə satılmış torpaq sahəsi ilə eyni olduğunu sübut edən heç bir sənədi məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, iddiaçı mübahisələndirilən qərarın ləğv olunması üçün əsas kimi göstərdiyi halları sübut edə bilməmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçının apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, JN - ****A nömrəli KOD 30301004 kodlu və JN - *** nömrəli KOD 30301004 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələrə əsasən Quba şəhərinin Dəvədabanı adlanan ərazisində yerləşən 0,10 ha torpaq sahəsi onun mülkiyyətindədir. Quba bələdiyyəsi ##.##.2021-ci il tarixli ** saylı iclas protokolunun * saylı qərarı ilə ona məxsus olan Quba şəhərinin Dəvədabanı adlanan ərazisində yerləşən 0,10 ha torpaq sahəsinin 0,08 ha hissəsini qanunsuz olaraq öz adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirərək, ##.##.2021-ci il tarixdə ************ reyestr nömrəli çıxarış əldə etmişdir. Daha sonra ************ reyestr nömrəli çıxarış əsasən Quba bələdiyyəsi mülkiyyətində olan 0,08 ha torpaq sahəsinin 0,027 ha hissəsini ## #### 2021-ci il tarixli alqı-satqı müqaviləsi ilə üçüncü şəxs3 və 0,027 ha hissəsini ## #### 2021-ci il tarixli alqı-satqı müqaviləsi ilə üçüncü şəxs2 satmışdır. İddiaçı hesab edir ki, Quba bələdiyyəsinin ##.##.2021-ci il tarixli ** saylı iclas protokolunun * saylı qərarı onun mülkiyyətində olan torpaq sahəsinə dair verildiyinə görə əsassızdır, onun maraqlarına toxunduğuna görə ləğv edilməlidir. Lakin birinci instansiya məhkəməsi əsassız olan iddiaçının iddia tələbini rədd etmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, düzgün olmayan qərar qəbul etmişdir. Cavabdehin apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır . Apellyasiya instansiya məhkəməsində ikinci icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının # ###### 2024-cü il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və işin yenidən apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlayan apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı əvvəllər istifadəsində olmuş torpaq sahəsinin bələdiyyənin mübahisə edilən ##.##.2021-ci il tarixli qərarı əsasında üçüncü şəxslərə satıldığını iddia etsə də, iddiaçı ona ayrılmış torpaq sahəsinin naturada quruluşunu, koordinatlarını müəyyən edən hər hansı sənədi (yerquruluşu planından çıxarışı, torpaq sahəsinin planını və ölçü sənədini, torpaq sahəsinin koordinatlarını) məhkəməyə təqdim etməmişdir. Apellyasiya instansiya məhkəməsinin gəlmiş olduğu mövqe ilə razılaşmayan məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsində araşdırma sadəcə olaraq JN-4989A, KOD ******** saylı və JN-182, KOD ******** saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrlə bağlı aparılmış, qeyd edilən şəhadətnamələrin elektron baza məlumatlarında öz əksini tapmadığına istinad edilmişdir. Halbuki, iş materiallarında olan cavabdehin birinci instansiya məhkəməsinin qərardadının icrasının mümkünsüzlüyü ilə bağlı təqdim etdiyi arayışda göstərilmişdir ki, İddiaçı adına verilmiş JN-*** nömrəli, kod 30301004 və JN-****A nömrəli, kod 30301004 “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələr ləğv edilmiş X14 Komitəsi tərəfindən təhvil verilmiş kitablarda qeydiyyatdan keçmiş, lakin elektron baza və arxiv məlumatlarında (yerləşdiyi yerin koordinatları və cizgiləri) öz əksini tapmamışdır. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi sadəcə olaraq yuxarıda qeyd edilən torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin elektron baza məlumatlarında öz əksini tapmadığına istinad etməklə işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, cavabdehin təqdim etdiyi məlumatlara əsasən həmin şəhadətnamələrin müvafiq kitabda qeydiyyatdan keçməsini, həmin qeydiyyatın əsasını və şəhadətnamələrin elektron baza məlumatlarında göstərilməməsinin iddiaçının məsuliyyət sferasına aid olub-olmamasını yoxlamamışdır. Bundan başqa, iş materiallarında olan Quba RİHB-nın Quba şəhəri üzrə nümayəndəsinin ## ##### 1995-ci il tarixli ** nömrəli sərəncamı ilə Quba RİHB-nın şəhər üzrə nümayəndəliyinin torpaq bölüşdürmə komissiyasının ## ##### 1995-ci il tarixli ** nömrəli iclas protokolu təsdiq edilmiş, iddiaçının mərhum X1na fərdi yaşayış evinin tikintisinin başlanması üçün Quba şəhərinin Dəvədabanı adlanan ərazisində 500 kv.m torpaq sahəsi verilmişdir. Eləcə də, Quba RİHB-nın Quba şəhəri üzrə nümayəndəsinin ## ######## 1995-ci il tarixli ** nömrəli sərəncamı ilə Quba RİHB-nın şəhər üzrə nümayəndəliyinin torpaq bölüşdürmə komissiyasının ## ######## 1995ci il tarixli ** nömrəli iclas protokolu təsdiq edilmiş, üçüncü şəxs1 fərdi yaşayış evinin tikintisinin başlanması üçün Quba şəhərinin Dəvədabanı adlanan ərazisində 500 kv.m torpaq sahəsi verilmişdir. Göründüyü kimi, iddiaçı hazırkı iddia tələbini irəli sürərkən qeyd edir ki, əldə etdiyi hər iki torpaq sahəsini vahid ərazi kimi metal torla hasarlayaraq torpaq sahəsindən öz mülkiyyəti kimi istifadə edərək torpaqlara aqrar qulluq edərək əkib-becərmişdir, birgə torpaq sahəsində tikinti işi apararaq fərdi yaşayış evinin özəl hissəsini inşa etmişdir. Apellyasiya instansiya məhkəməsi qeyd edilən hallarla bağlı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinin tələbləri çərçivəsində tam, hərtərəfli və obyektiv araşdırma aparmadan yekun nəticəyə gəlmiş, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin yuxarıda qeyd edilən sərəncamlar əsasında əldə edilməsinin qanuna uyğunluğunu yoxlamamışdır. Belə ki, hazırkı mərhələdə iş materiallarında olan sənədlərlə iddiaçının mübahisələndirdiyi torpaq sahəsi ilə Quba RİHB-nın Quba şəhəri üzrə nümayəndəsinin ## ##### 1995-ci il tarixli ** nömrəli və ## ######## 1995-ci il tarixli ** nömrəli sərəncamlarında qeyd edilən torpaq sahələrinin eyni olub-olmaması müəyyən edilməmişdir. Ona görə də, növbəti apellyasiya baxışı zamanı Quba RİHB-nın Quba şəhəri üzrə nümayəndəsinin ## ##### 1995-ci il tarixli ** nömrəli sərəncamı ilə iddiaçının mərhum X1na fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 500 kv.m torpaq sahəsi ilə JN 4989A, KOD ******** saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə qeyd edilən torpaq sahəsinin, habelə Quba RİHB-nın Quba şəhəri üzrə nümayəndəsinin ## ######## 1995-ci il tarixli ** nömrəli sərəncamı ilə üçüncü şəxs1 ayrılmış 500 kv.m torpaq sahəsi ilə JN-*** nömrəli KOD 30301004 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə qeyd edilən torpaq sahəsinin eyni torpaq sahəsi olub-olmaması araşdırılmalıdır. Yuxarıda qeyd edilən hallarla yanaşı, işə təkrar baxacaq apellyasiya məhkəməsi Quba RİHB-nın Quba şəhəri üzrə nümayəndəsinin ## ######## 1995-ci il tarixli ** nömrəli sərəncamı ilə üçüncü şəxs1 ayrılmış 500 kv.m torpaq sahəsinin iddiaçıya satılmasından öncə üçüncü şəxs1 adına hüquqların qeydə alınıb-alınmamasını da araşdırmalıdır. Belə ki, torpaq sahəsinin üçüncü şəxs1 tərəfindən iddiaçıya satılması üçün ilk öncə həmin torpaq sahəsinə dair hüquqlar üçüncü şəxs1 adına qeydə alınmalı, daha sonra notarial qaydada alqı-satqı həyata keçirilməli idi. Qeyd olunanlarla yanaşı, hazırkı mərhələdə apellyasiya instansiya məhkəməsinin alqı-satqı müqaviləsi ilə bağlı apardığı araşdırma da natamam olmuşdur. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin ## #### 2022-ci il tarixli məktubunda göstərilənlərə əsasən Quba rayon dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 2005-ci ildə təsdiq edilən müqavilələrə baxış keçirilərkən iddiaçının adına rəsmiləşdirilmiş müqavilə aşkar edilməmiş, əlavə olaraq, qeyd olunan müqavilənin Dövlət Notariat arxivində saxlanılan nüsxəsində *** reyestr nömrəli müqavilə ## ###### 2005-ci il tarixdə təsdiq edilmiş və başqa şəxslər barəsində rəsmiləşdirilmişdir, eləcə də, qeyd olunan müqavilənin qeydə alındığı reyestr kitabı arxivə təhvil verilməmişdir. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin ## #### 2022-ci il tarixli məktubunda göstərilənlərə istinad etmiş, lakin həmin məktubdakı məlumatlarla bağlı ətraflı araşdırma aparmamışdır. Belə ki, DTXK Quba rayon şöbəsi tərəfindən İddiaçı adına ##.##.2006-cı ildə verilmiş JN-*** nömrəli KOD 30301004 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin verilməsinin əsası kimi Quba rayon DNK-da bağlanmış ##.##.2005-ci il tarixli 4-Ə-*** reyestr nömrəli alqı-satqı müqaviləsi göstərilmişdir. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin ## #### 2022-ci il tarixli məktubunda ## ###### 2005-ci ildə bağlandığı qeyd olunan müqavilənin reyestr nömrəsi *** göstərilsə də, iddiaçının istinad etdiyi müqavilənin reyestr nömrəsi 4-Ə-*** olmuşdur. Eləcə də, həmin məktubda reyestr kitabının arxivə təhvil verilmədiyi də göstərilmişdir. Belə olan halda, işə təkrar baxan apellyasiya məhkəməsi iddiaçı tərəfindən istinad olunan ##.##.2005-ci il tarixli 4-Ə-*** reyestr nömrəli müqavilənin mövcudluğu barədə işin hallarını tam araşdırmalı, notariat ofisinin sənədlərinin arxivə tam və ya natamam verilməsini müəyyən etməli, yalnız bundan sonra həmin müqavilənin etibarlılığına qiymət verməlidir. Bundan başqa, təkrar apellyasiya baxışında araşdırılmalı digər məsələ DTXK Quba rayon şöbəsi tərəfindən İddiaçı adına ##.##.2006-cı ildə verilmiş JN-****A nömrəli KOD 30301004 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin verilməsinə əsas olmuş Quba rayon AİK-nın ##.##.2000-ci il tarixli ** saylı qərarı ilə bağlıdır. İşə baxmış apellyasiya məhkəməsi qeyd etmişdir ki, X6 filialının sorğuya cavabı ilə Quba rayon Aqrar İslahat Komissiyasının 2000- ci il tarixli ** saylı iclasının 05 may deyil, ## ### 2000-ci il tarixdə keçirildiyi müəyyən edilmişdir. İş materiallarında Quba rayon Aqrar İslahat Komissiyasının ## ### 2000-ci il tarixli iclasının * saylı protokolu və həmin protokolla təsdiqlənmiş X7 X11 İslahat Komissiyasının ## ### 2000-ci il tarixli ** saylı iclas protokolu mövcud olsa da, iddiaçının, yaxud mərhum ərinin aqrar islahat keçirilən zaman subyektlər siyahısında olması, aqrar islahat zamanı ona torpağın ayrılıb-ayrılmaması halları araşdırılmamış, JN-****A nömrəli KOD 30301004 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilmiş Quba rayon Aqrar İslahat Komissiyasının qərarının tarixinin və nömrəsinin texniki səhv nəticəsində qeyd edilə bilməsi ehtimalı yoxlanılmamışdır. Bundan başqa, iddiaçının mübahisələndirdiyi və özünə məxsus olduğunu iddia etdiyi 0,10 ha torpaq sahəsi ilə hazırkı iş üzrə mübahisə predmeti olan Quba Bələdiyyəsinin ##.##.2021-ci il tarixli ** saylı iclas protokolunun ** saylı qərarı ilə bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanılan və ##.##.2021-ci il tarixdə ************ reyestr nömrəsi, 2821008231 qeydiyyat nömrəsi ilə Quba Bələdiyyəsinin adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan 0.08 ha torpaq sahəsinin üstüstə düşüb-düşməməsi, müsbət halda, hansı hissələrdə üst-üstə düşməsi halları araşdırılmamışdır. İş materiallarında olan və cavabdeh tərəfindən mütəxəssis rəyinin verilməsinin mümkünsüzlüyünü ifadə edən arayışdan da görünür ki, çıxarışa əsasən üçüncü şəxslərin mülkiyyətinə verilmiş torpaq sahələri tədqiq olunan mübahisəli torpaq sahələri ilə eynilik təşkil edir. Lakin bu məlumat natamamdır və işin obyektiv həlli üçün yetərli deyildir. Ona görə də, növbəti apellyasiya baxışı zamanı mübahisələndirilən qərarda nəzərdə tutulan torpaq sahəsi ilə iddiaçının iddia etdiyi torpaq sahələrinin naturada yerləşmə vəziyyəti, üstüstə düşmə halları tam, hərtərəfli və obyektiv şəkildə araşdırılmalıdır. İddiaçının mübahisələndirdiyi torpaq sahəsi ilkin olaraq 1995-ci ildə ayrılmışdır. Azərbaycan Respublikasında yerli özünüidarəetmə orqanı olan bələdiyyələr isə 1999-cu ildə təsis edilmişdir. Belə olan halda, hazırkı iddia tələbi üzrə işə baxılarkən yuxarıda qeyd edilənlərlə yanaşı, həm də, mübahisələndirilən Quba Bələdiyyəsinin ##.##.2021-ci il tarixli ** saylı iclas protokolunun ** saylı qərarla bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanılan torpaq sahəsinin Quba Bələdiyyəsinə ayrılmasının əsasları da yoxlanılmamış, həmin torpaq sahəsinin həqiqətən bələdiyyəyə ayrılması nəzərdə tutulan torpaq sahələrinin hüdudları daxilində yerləşibyerləşməməsi müəyyən edilməmişdir. Odur ki, yeni apellyasiya icraatı zamanı yuxarıda qeyd edilən hallar tam, hərtərəfli və obyektiv şəkildə araşdırılmalı, bundan asılı olaraq iddia tələbi üzrə mübahisəyə hüquqi qiymət verilməlidir. Apellyasiya instansiya məhkəməsində üçüncü icraat Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kolegiyasının iclasında iştirak etmiş iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kolegiyasının iclasında iştirak etmiş üçüncü şəxs üçüncü şəxs3 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kolegiyasının iclasında iştirak etmiş üçüncü şəxs üçüncü şəxs2 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 5. Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri

1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur.

2. Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; yaşayış məntəqələrinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yerquruluşu və təsərrüfat planlarının hazırlanması və həyata keçirilməsinin təşkil edilməsi; bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq sahələrinin icarəsinə görə haqq alınması; ictimai ehtiyaclar tələb etdikdə bələdiyyə tərəfindən hüquqi və fiziki şəxslərə əvəzsiz istifadəyə verilmiş torpaq sahələrinin məcburi geri alınması barədə məhkəmədə iddia qaldırılması; öz səlahiyyəti daxilində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiə edilməsi; bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramların hazırlanması və həyata keçirilməsi; hüquqi və fiziki şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilən (satılan) torpaq sahələrinin minimum həddinin müəyyən edilməsi;[9] öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarından istifadə olunmasına və onların mühafizəsinə nəzarət edilməsi; öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarına dair məhkəmədən kənar qaydada həll olunmalı mübahisələrin həll edilməsi; qanunvericiliklə müəyyən edilmiş digər səlahiyyətlərin həyata keçirilməsi. “Bələdiyyələrin statusu haqqında haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 48.2. Bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 4. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək;.... Maddə 5.2. Bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hüdudları, növləri və ölçüləri müəyyən edilən gündən "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin birinci hissəsi ilə bələdiyyə torpaqlarının idarə olunması sahəsində müvafiq icra hakimiyyəti orqanlarına verilmiş səlahiyyətlər həyata keçirilə bilməz. Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.6. Torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. Maddə 6.7. Bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada ərizəyə baxır və müvafiq qərar qəbul edir.Bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə7. Bələdiyyə torpaqları

1. Müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlara daxildir:ümumi istifadədə olan torpaqlar;fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar;ehtiyat fondu torpaqları.

2. Bələdiyyənin ehtiyat fondunun torpaqları qanunvericiliyə uyğun olaraq ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə verilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, eləcə də onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər: ... 2.7. yaşayış evinin tikintisi məqsədilə həyətyanı torpaq sahəsinin ayrılması barədə yerli icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələri tərəfindən 2001-ci il ######ın # -dək qəbul edilmiş qərarlar; .. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 64. İnzibati katın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Maddə 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Maddə 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Maddə 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edildiyindən, iş təkrar baxılması üçün göndərildiyindən, birinci instansiya məhkəməsinin qərarının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv olunmalı, ləğv edilən hissədə iddia təmin edilməli, qalan hissədə qərar dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı mübahisə predmeti olan torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması proseduruna başlanılması barədə cavabdeh bələdiyyənin ##.##.2021-ci il tarixli, ** saylı iclas protokolunun * saylı qərarının ləğv edilməsinə nail olmağa yönəlmişdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh öz mülkiyyətində olan sahə kimi onun üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı müraciət edərək, öz adına sənədləşmə işləri aparmış, daha sonra həmin torpaq sahəsini özgəninkiləşdirmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki mərhələdə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı qeyd edir ki, hazırki iş üzrə qəbul edilmiş kassasiya instansiya məhkəməsinin qərarında əks olunmuş göstərişlərə uyğun araşdırma aparılaraq, işin müəyyən edilmiş halları kimi aşağıdakıların qeyd edilməsi zəruridir: Quba rayonu İcra Hakimiyyətinin Quba şəhəri üzrə Nümayəndəsinin ## ##### 1995-ci il tarixli ** saylı sərəncamı ilə Nümayəndəliyin ## ##### 1995-ci il tarixli ** saylı iclas protokolu təsdiq edilmiş, hansıki həmin protokol əsasında iddiaçının mərhum ərinə Quba şəhəri ərazisində torpaq sahəsinin ayrılması qeyd edilmiş, torpaq sahəsinin ölçüsü əks olunmamışdır. Quba rayonu Aqrar İslahat Komissiyasının ## ### 2000-ci il tarixli ** saylı qərarı ilə iddiaçının adına 0,05 ha torpaq sahəsi ayrılması qərara alınmış, onun əsasında JN-****A nömrəli müvafiq Şəhadətnamə tərtib edilmişdir. İddiaçının adına 27 aprel *-ə-*** saylı alqı-satqı müqaviləsi əsasında 0,05 ha torpaq sahəsinin mülkiyyətə verilməsi barədə JN-*** saylı müvafiq Şəhadətnamə tərtib edilmiş, sözügedən alqı-satqı müqaviləsi notariat arxivində aşkar edilməmiş, arxiv məlumatlarında 4-ə-*** reyestr nömrəli müqavilənin ## ##### 2005-ci il tarixdə başqa şəxslər arasında bağlanıldığı müəyyən edilmişdir. Hər iki Şəhadətnamə müvafiq qeydiyyat kitablarında 1054 və 1055 nömrə ilə qeydiyyatdan keçsə də, elektron baza məlumatlarında öz əksini tapmamışdır. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş kadastr baza məlumatlarından görünür ki, hər iki Şəhadətnamənin arxiv nüsxəsi kadastr məlumatlarında aşkar edilməmiş, habelə arxiv məlumatlarda Quba rayonu AİK-nin ##.##.2000-ci il tarixli ** saylı qərarı, Quba yardımçı təcrübə X11 islahat komissiyasının ##.##.2000-ci il tarixli ** saylı protokolu aşkar edilmiş, həmin sənədlərə əlavə olunan pay torpaq sahəsini almaq hüququ olan subyektlərin adlı siyahısında iddiaçının mərhum əri, iddiaçı və 3 nəfər ailə üzvinin adı əks olunmuşdur. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının iddia etdiyi torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ ##.##.2021-ci ildə qeydiyyata alınmaqla, onun adına ************ reyestr nömrəli çıxarış verilmiş, həmin çıxarışın verilməsinə əsas hazırki mübahisə premdeti olan bələdiyyənin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması prosedurunun başlanması barədə qərarı olmuşdur. Daha sonra bələdiyyə tərəfindən həmin torpaq sahəsi hissə-hissə ayrı-ayrı şəxslərə, o cümlədən 270 kv.m. və 270 kv.m. olmaqla iş üzrə üçüncü şəxslərə, 260 kv.m., 44 kv.m. , 39 kv.m. hissədə isə başqa şəxslərə alqı-satqı müqavilələri əsasında satılmış, həmin şəxslərin adına mülkiyyət hüququ qeydiyyata alınmışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, həmin torpaq sahəsinə görə müvafiq vergi ödənişləri məhz iddiaçı tərəfindən ödənilmiş, iddiaçı torpaq sahəsindən faktiki istifadə etmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı tədqiq edilmiş mütəxəssis rəyinin məzmunundan görünür ki, iddiaçının iddia etdiyi torpaq sahəsi naturada mövcud olmaqla, 270 kv.m. hissədə üçüncü şəxs3, 270 kv.m. hissədə üçüncü şəxs2, qalan hissədə isə (260 kv.m., 44 kv.m., 39 kv.m. olmaqla) digər şəxslərin adına mülkiyyət hüququ qeydə alınmış torpaq sahələri ilə üst-üstə düşməklə, ümumilikdə həmin torpaq sahəsi sözügedən bələdiyyə qərarı əsasında bələdiyyənin adına mülkiyyət hüququ qeydə alınmış ************ reyestr nömrəli 0,08 ha torpaq sahəsi ilə üst-üstə düşmüşdür. Məhkəmə araşdırması zamanı mütəxəssis rəyində əks olunmuş məlumatlara aydınlıq gətirilməsi məqsədilə mütəxəssis məhkəmə iclasında dinlənilmiş, o izahatında bildirmişri ki, “Vaqif adlı şəxsin adına daşınmaz əmlak üzrə çıxarış rəsmiləşdirilməmişdir, həmin şəxsin adına yalnız bir torpaq sahəsi elektron sistemdə aşkar edilir, həmin torpaq sahəsi də başqa kənd ərazisində yerləşməklə, bu ərazi bağlı olmamışdır. Biz müayinə aktında qeyd etmişik ki, ilkin olaraq bələdiyyə mülkiyyətində 8 sot torpaq sahəsi mövcud olmuş, sonradan həmin torpaq sahəsi hissələrə bölünərək ayrı-ayrı vətəndaşların adına özgəninkiləşdirilmişdir. Reyestr nömrəsinin sonu 337 olan torpaq sahəsi ilə üst-üstə düşən digər şəxslərdən biri Qüdrət adlı şəxsdir və ona məxsus torpaq sahəsinin ölçüsü 260 kvadratmetr təşkil edir. Gülnar adlı şəxsə məxsus torpaq sahəsi ilə 270 kv/m, Gülsüm adlı şəxsə aid torpaq sahəsi ilə 270 kv/m hissədə, yerdə qalan 260 kv/m hissədə torpaq sahəsi Qüdrət adlı şəxsə aiddir, üç torpaq sahəsi birlikdə 800 kv/m təşkil edir. Müəyyən edilmişdir ki, çıxarış əsasında torpaq sahəsi üç hissəyə bölünmüşdür və həmin hissələr arasında üst-üstə düşmə halları mövcuddur. Digər tərəfdən, mübahisəli sahənin şimal hissəsində yerləşən torpaq sahəsi bələdiyyə mülkiyyətində olmuşdur. Həmçinin müəyyən edilir ki, reyestr nömrəsinin sonu 337 ilə bitən torpaq sahəsi Gülsüm, Günay və Qüdərt adlı şəxslərə məxsus torpaq sahəsi ilə üst-üstə düşür. Hər üç şəxs torpaq sahəsini bələdiyyədən alqı-satqı ilə əldə etmişdir. Qeyd olunur ki, həmin torpaq sahələrinin hər biri bölgü sxeminə əsasən əldə edilmişdir. Şəhadətnamələrin uçot nömrəsi sistemdə görünmür, 1054 nömrə kadastda olan nömrədir, toraq sahəsini elektron xəritə materialları üzərində görünməsi məsələsini biz görə bilmirik. Yalnız müvafiq quruma müraciət edərək öyrənə bilərik. Dəvədabanı massivində demək olar torpaqların 60 faizi məhz müvafiq qəsəbə üzrə və ya kənd üzrə nümayəndəliklərin sərəncamına əsasən ayrılmış torpaq sahələridir, bu torpaq sahəsinin də ətrafında yerləşən torpaq sahələrinin əksər hissəsi demək olar ki, kənd üzrə nümayəndəlik tərəfindən ayrılmış torpaq sahələridir. Torpaq sahəsi mülkiyyət kimi bələdiyyəyə aiddir. Sənədsiz torpaqların çoxu bələdiyyə mülkiyyətinə aiddir, lakin sənədi olanlar əksəriyyəti nümayəndəliyə aiddir. Vaqif adlı şəxs öz mülkiyyət hüququnu qeydiyyata almamış sata bilməzdi.” Həmçinin, kollegiya onu qeyd edir ki, JN-*** nömrəli müvafiq Şəhadətnamənin tərtib edilməsinə əsas alqı-satqı müqaviləsi çıxış etdiyindən, iddiaçı həmin Şəhadətnamədə əks olunmuş 0,05 ha torpaq sahəsini üçüncü şəxs1 adlı şəxsdən satın aldığını bildirmiş, habelə həmin şəxsə Quba şəhəri Nümayəndəsinin ## ##### 1995-ci il tarixli ** saylı sərəncamı ilə torpaq sahəsinin ayrıldığını bildirmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, Quba şəhəri Nümayəndəsinin ## ##### 1995-ci il tarixli ** saylı sərəncamı ilə Nümayəndəliyin ## ######## 1995-ci il tarixli ** saylı protokolu təsdiq edilmiş, həmin protokol əsasında üçüncü şəxs1 adına torpaq sahəsi ayrılması qeyd edilsə də, onun ölçüsü əks olunmamış, habelə kadastr arxiv məlumatlarında həmin şəxsin adına torpaq sahəsi ayrılması ilə bağlı məlumat, o cümlədən subyektlərin adlı siyahısında adı aşkar edilməmişdir. İndiki halda iddiaçının hüquqi marağı məhz onun adına ayrılmış və faktiki istifadəsində olan 0,10 ha (0,05 ha aqrar islahat zamanı əldə etdiyi, 0,05 ha satın aldığı torpaq sahəsi olmaqla) torpaq sahəsinə dair üst-üstə düşən hissədə cavabdeh bələdiyyə tərəfindən öz adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair prosedura başlanılması barədə müvafiq qərarının ləğv edilməsinə nail olmaqdan ibarətdir. Kollegiya iddianının əsaslılığı baxımından qeyd edir ki, indiki halda müvafiq aqrar islahat komissiyasının qərarı ilə aqrar islahat zamanı JN-****A nömrəli Şəhadətnamədə əks olunmuş 0,05 ha torpaq sahəsinin iddiaçının və ailə üzvlərinin adına torpaq sahəsinin ayrılması halı işin yuxarıda müəyyən edilmiş halları (subeyktlərin adlı siyahısında adının olması, şəhadətnamənin qeydiyyat kitabında qeydiyyatdan keçməsi, vergi ödənişləri ödəməsi, faktiki istifadəsində olması və s.) əsasında öz təsdiqini tapmışdır. Cavabdeh və üçüncü şəxslər tərəfindən işin müəyyən edilmiş həmin hallarını təkzib edən heç bir sübut məhkəməyə təqdim ediməmişdir. Həmçinin, kollegiya onu qeyd edir ki, iddiaçının faktiki olaraq həmin torpaq sahəsindən istifadə etməsi, vergi ödənişlərini ödəməsi, bələdiyyə tərəfindən mülkiyyət hüququnun qeydə alınması barədə dərhal məlumat əldə edərək, mübahisələndirməsi, habelə həmin ərazidə ətraf torpaq sahələrinin əksər hissəsinin məhz müvafiq nümayəndəliklər tərəfindən ayrılmış torpaq sahələri olması kimi işin müəyyən edilmiş halları iddiaçının iddia etdiyi torpaq sahəsinin məhz müvafiq aqrar islahat komissiyasının qərarı ilə onun adına ayrılmış torpaq sahəsi olduğunu deməyə əsas verir. Buna baxmayaraq, cavabdeh bələdiyyə tərəfindən 2021-ci ildə məhz iddiaçının adına müvafiq arqra islahat komissiyasının qərarı və JN-****A saylı Şəhadətnamə əsasında ayrılmış 0,05 ha torpaq sahəsinin də tərkibində olduğu 0,08 ha torpaq sahəsinə dair öz adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün prosedura başlanması qərara alınmışdır. Göründüyü kimi cavabdeh bələdiyyə tərəfindən iddiaçının adına sözügedən torpaq sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənədlər mövcud olduğu (yerinin məhz həmin sahə olması işin müəyyən edilmiş halları əsasında öz təsdiqini tapmışdır), faktiki istifadəsində olması (bələdiyyəyə vergi ödənişlərini həyata keçirdiyindən iddiaçı tərəfindən istifadə edilməsi barədə məlumatlı olduğunu deməyə əsas verir) barədə məlumatlı olduğu halda, sonradan həmin hallara əhəmiyyət vermədən, ona dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması proseduruna başlamış, bələdiyyə mülkiyyətində olan torpaq sahəsi kimi üçüncü şəxslərə satmışdır. Kollegiya hesab edir ki, işin yuxarıda müəyyən edilmiş halları (müvafiq sənəd əsasında iddiaçının adına torpaq sahəsinin ayrılması, həmin sənədlərin hazırda qüvvədə olması, onun faktiki istifadəsində olması, onun yerini həmin torpaq sahəsi ilə eynilik təşkil etməsinin müəyyən edilməsi və s.) sözügedən torpaq sahəsinin iddiaçının adına ayrıldığı müəyyən etməyə imkan verdiyindən, cavabdeh bələdiyyə tərəfindən həmin torpaq sahəsini öz mülkiyyətində olan torpaq sahəsi kimi iddiaçının iştirakı ilə inzibati icraat aparmadan mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair prosedura başlanılması barədə qərar qəbul etməkdə haqlı olmamışdır. Nəticə etibarilə iddiaçının adına aqrar islahat zamanı ayrılmış 0,05 ha hissəsi ilə üst-üstə düşən hissədə mübahisə predmeti olan qərarın qəbul edilməsi ilə bağlı cavabdeh bələdiyyənin hərəkətləri inzibati icraat haqqında qanunvericiliyin tələblərinə, norma və prinsiplərinə zidd olmuşdur. Bu baxımından kollegiya hesab edir ki, cavabdeh bələdiyyə tərəfindən iddiaçının adına aqrar islahat zamanı ayrılmış 0,05 ha hissəsi ilə üst-üstə düşən hissədə torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması proseduruna başlanılması barədə qərar qəbul edərkən, qanunvericiliyin tələblərinə əməl etməmiş, “İnzibati icraat haqqında” Qanunun tələblərini pozmaqla qəbul etmişdir. Bu hal isə həmin aktın bu hissədə ləğv edilməsi üçün əsas hesab olunur. Bu baxımından kollegiya hesba edir ki, aqrar islahat zamanı iddiaçının adına ayrılmış 0,05 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə mübahisə predmeti olan qərarın ləğv edilməsinin əsaslılığı müəyyən edildiyindən, iddia tələbi həmin hissədə təmin edilməlidir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən məhz iddia tələbinin iddiaçının adına aqrar islahat zamanı ayrılmış 0,05 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə müvafiq bələdiyyə qərarının ləğv edilməsinin əsaslılığına düzgün hüquiq qiymət verməmiş, həmin hissədə işin hallarını tam araşdırmamış, bununla da iş üzrə gəldiyi nəticə həmin hissədə yanlış olmuşdur. Nəticə etibarilə iddiaçının şikayətinin dəlilləri həmin hissədə əsaslı olduğundan, apellyasiya şikayəti həmin hissədə təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı həmin hissədə ləğv edilməli, bu hissədə iddia təmin edilməlidir. Bundan əlavə, kollegiya iddia tələbinin iddiaçının alqı-satqı müqaviləsi əsasında satın aldığı 0,05 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə müvafiq bələdiyyə qərarının ləğv edilməsinin əsaslı olubolmaması ilə bağlı qeyd edir ki, iddiaçı bu hissədə torpaq sahəsini üçüncü şəxs1 satın aldığını bildirsə də, məhkəməyə alqı-satqı müqaviləsinin nüsxəsini təqdim etməmişdir. Bundan əlavə, həmin alqı-satqı müqaviləsinin arxiv nüsxəsi notariat arxivində aşkar edilməmiş, habelə 4-ə-*** reyestr nömrəli alqı-satqı müqaviləsinin başqa torpaq sahəsi ilə bağlı başqa şəxslər arasında bağlanıldığı müəyyən edilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı adıçəkilən şəxsin adına sözügedən ərazidə torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması halının mövcudluğu müəyyən edilməmişdir. Mülki Məcəllənin 146-cı maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla), daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Göründüyü kimi mülki qanunvericiliyin tələbinə əsasən şəxs ona məxsu olan əmlakla bağlı o halda alqı-satqı müqaviləsi bağlamaqla sata bilər və ya digər formada özgəninkiləşdirə, sərəncam verə bilər ki, onun həmin əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış olsun. İndiki halda iddiaçının satın aldığını istinad etdiyi torpaq sahəsinin satıcısı kimi üçüncü şəxs1 adına həmin ərazidə torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması halı aşkar edilməmişdir. Belə olan halda, kollegiya hesab edir ki, işin yuxarıda müəyyən edilmiş halları (*** nömrəli Şəhadətnamənin arxiv əsaslarının, alqı-satqı müqaviləsinin əsli və ya arxiv əsası aşkar edilməmiş, həmin nömrəli alqı-satqı müqaviləsinin başqa tarixdə və başqa şəxslər arasında bağlanılmış, satıcı kimi istinad etdiyi şəxsin adına mülkiyyət hüququun qeydiyyata alınması halı aşkar edilməmiş və s.) iddiaçının məhz JN-*** nömrəli Şəhadətnamə əsasında satın aldığı 0,05 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə müvafiq bələdiyyə qərarının ləğv edilməsini tələb etməkdə haqlı olmamışdır. Başqa sözlə desək, bu hissədə bələdiyyə qərarının iddiaçıya münasibətdə qanunsuz və əsassız olması halı aşkar edilmədiyindən, bu hissədə iddia tələbi əsaslı olmamışdır. Bu baxımından kollegiya hesab edir ki, müvafiq bələdiyyə qərarının JN-*** nömrəli Şəhadətnamə əsasında iddiaçının satın aldığı 0,05 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsinin əsaslılığı müəyyən edilmədiyindən, iddiaçının şikayətinin dəlilləri həmin hissədə əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən həmin hissədə işin hallarına düzgün hüquqi qiymət verilmişdir. Nəticə etibarilə, kollegiya hesab edir ki, qeyd edilən hissədə iddiaçının şikayətinin dəlilləri əsasız olduğundan, təmin edilməməli, bu hissədə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan hallar əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv olunmalı, ləğv edilən hissədə iddia təmin edilməli, qalan hissədə qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı qismən- Quba Bələdiyyəsinin ##.##.2021-ci il tarixli, ** saylı iclas protokolunun * saylı qərarının JN-****A nömrəli “Torpağın mülkiyyətə verilməsi haqqında” Şəhadətnamə əsasında iddiaçının adına ayrılmış Quba şəhəri ərazisində yerləşən 0,05 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsinə aid iddia tələbinin təmin edilməməsi hissəsində ləğv olunsun, ləğv edilən həmin hissədə iddia təmin edilsin. Quba Bələdiyyəsinin ##.##.2021-ci il tarixli, ** saylı iclas protokolunun * saylı qərarı Quba rayonu Aqrar İslahat Komissiyasının ## ### 2000-ci il tarixli ** saylı qərarı və JN-****A nömrəli “Torpağın mülkiyyətə verilməsi haqqında” Şəhadətnamə əsasında iddiaçının adına ayrılmış Quba şəhəri ərazisində yerləşən 0,05 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilsin. Qalan hissədə qərar dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar