Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-717/2026 16.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hacıyev Vahid Məcid oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnə qarşı “əlilliyin müəyyən olunması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: İŞİN HALLARI: Sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı ##.##.2019-cu il tarixdə S66.5 əlin digər barmağının məxsusi əzələ və vətərinin bilək və əl səviyyəsində travması, mil və dirsək arteriyaların, orta və dirsək sinirinin bükücü vətərlərinin əzələlərin zədələnməsindən sonraki vəziyyət. Dirsək və orta sinirlərin said səviyyəsində zədələnməsi parezi. Sağ saidin ovuc səthinin, aşağı 1/3-nin kelloid çapığı, Topçubaşov adına ETTO institutu-tibbi arayış №****- ##.##.2019 əlin tutma və əmək qabiliyyətinin kəskin itməsi diaqnozu ilə ##.##.2019-cu il tarixdən ##.##.2024-cü il tarixədək üçüncü dərəcə əlillik təyin edilmişdir. ##.##.2024-cü il tarixli qərarla əlin digər barmağının məxsusi əzələ və vətərinin bilək və əl səviyyəsində travması, sağ saidin 1/3-də mil və dirsək arteriyalarının orta və dirsək sinirlərinin, bükücü vətərlərinin kəsilməsinin cərrahi əməliyyatla bərpasından sonrakı vəziyyət diaqnozu ilə göndərişin natamam doldurulması-səbəb-xəstəliyin ağırlaşmasını təsdiq edən diaqnostik müayinələr dəqiqləşdirilsim və ətraflı qeyd olunsun əsası ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnin ##.##.2025-ci il tarixli *-**-*/*-*****/**** saylı məktubunda qeyd edilmişdir ki, məhkəmə qərardadına əsasən İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə ##.##.2025-ci il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, ##.##.2025-ci il tarixindən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı dair tibbi-sosial ekspertiza sənədlərinin surəti məhkəməyə təqdim olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ-nin ##.##.2026-cı il tarixli T**/**** saylı ekspert rəyində qeyd edilmişdir ki, 1-3.Vətəndaş İddiaçı iş materiallarında olan tibbi sənədlərinin təhlilinə əsasən əlillik vəziyyətinin Tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı adına "Sumqayıt Tibb Mərkəzi" tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli, A********NKN saylı Forma 088 göndərişində XBT 10 kodu üzrə qeyd edilmi “Əsas diaqnoz: S66.5-əlin digər barmağının məxsusi əzələ və vətərinin bilək və əl səviyyəsində travması, sağ saidin aşağı 1/3-də mil və dirsək arteriyalarının orta və dirsək sinirlərinin, bükücü vətərlərin kəsilməsinin cərrahi əməliyyatla bərpasından sonrakı vəziyyət. Ağırlaşmalar: M62.5 - əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, sağ əlin qisa əzələlərinin atrofiyası, əlin arıqlaması, G56.1 - orta sinirin digər zədələnməsi, sağ orta və dirsək sinirlərinin zonasında əldə və barmaqlarda hissiyyat pozğunluğu, Z73.6 - əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşması, sağ əlin funksiyasının və əmək qabiliyyətinin pozulması, M21.2 - bükücü deformasiya, sağ əlin İ, II, III, IV, V barmaqların bükücü deformasiyası” diaqnoz ona stasionarda müayinə və müalicəsi zamanı anamnestik, klinik və laborator instrumental müayinələri əsasında müəyyən edilsə də, ##.##.2025-ci il tarixdə Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu" PHŞ-nə müraciət etmiş və orada aparılmış (rentgenoloji, əyani, USM, EMQ) müayinələrdən sonra ona "Sağ saidin aşağı 1/3-də mil və dirsək arteriyalarını, orta və dirsək sinirlərinin bükücü vətərlərinin kəsilməsinin cərrahi əməliyyatla bərpasından sonrakı vaziyyət; 20 il müddətli, sağ əlin biləkdən bükücü kontrakturası, İ, II, III, IV barmaqların bükücü deformasiyası, bükücü-açıcı kontrakturası, orta və dirsək sinirlərinin zonasından əldə və barmaqlarda hissiyyat pozğunluğu, əlin qısa əzələlərinin atrofiyası-əlin arıqlaması, sağ əlin funksiyasıın və əmək qabiliyyətinin pozulması S54 (S54.1, S54.2), T92.4, T 92.5, Z98.8, M24.5, M21, M62.5, Z73.6, G56.2)" diaqnozu qoyulmuşdur. O, hazırda da həmin diaqnozlu xəstəliklərdən əziyyət çəkir. Qərardadın 1-ci bəndinin yarımbəndlərindəki suallar əlilliyin təyini və meyarlarla bağlı olduğundan onların həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 1-ci bəndinə görə bu Qayda "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Tibbi Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. Sonuncu dəfə TSEK-ə göndərilməsi üçün Sumqayıt Tibb Mərkəzi tərəfindən iddiaçıya ##.##.2024-cü il tarixli A********NKN nömrəli göndəriş (Forma 088) verilmişdir. Həmin göndərişə əsasən TSEK-ə göndəriş zamanı əsas diaqnozu: S66.5-əlin digər barmağının məxsusi əzələ və vətərinin bilək və əl səviyyəsində travması, sağ saidin aşağı 1/3də mil və dirsək arteriyalarının orta və dirsək sinirlərinin, bükücü vətərlərin kəsilməsinin cərrahi əməliyyatla bərpasından sonrakı vəziyyət. ağırlaşma: M62.5-əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, sağ əlin qisa əzələlərinin atrofiyası, əlin arıqlaması, G56.1-orta sinirin digər zədələnməsi, sağ orta və dirsək sinirlərinin zonasında əldə və barmaqlarda hissiyyat pozğunluğu, Z73.6-əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşması, sağ əlin funksiyasının və əmək qabiliyyətinin pozulması, M21.2-bükücü deformasiya, sağ əlin İ, II, III, IV, V barmaqların bükücü deformasiyası qeyd edilmişdir. Həmin göndəriş əsasında iddiaçının əlilliyi cavabdeh tərəfindən ##.##.2024-cü il tarixdə qiymətləndirilərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X6 Sosial Ekspert Komissiyası tərəfindən “Göndərişin natamam doldurulması barədə” ##.##.2024-cü il tarixli qərar qəbul edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı cavabdeh Cavabdeh X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, göndəriş əsasında ona əlillik dərəcəsinin - orqanizmin funksiyasının pozulması faizinin təyin edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.1984-cü ildə anadan olmuş və səhhətində olan problemlərlə bağlı ##.##.2019-cu ildə 5 il müddətinə 3-cü dərəcəli əlillik təyin olunmuş və əlilliyin təyinatına səbəb kimi "əlin digər barmağının məxsusi əzələ vətərinin bilək və əl səviyyəsində travması, mil və dirsək arteriyalarının, orta və dirək sinirlərinin bükücü vətərlərin əzələlərin zədələnməsindən sonrakı vəziyyət, dirsək və orta sinirlərin said səviyyəsində zədələnməsi, parezi, sağ saidin ovuc səthinin, aşağı 1/3-nin kelloid çapığı, əlin tutma və əmək qabiliyyətinin kəskin itməsi" diaqnozu qeyd olunmuşdur. Əlillk müddəti başa çatdıqdan sonra keçən bu 5 il müddətində səhhətində olan ağırlaşmalar əsasında tibb müəssisəsi tərəfindən göndəriş hazırlanmaqla cavabdeh orqana göndərilmiş, lakin inzibati orqan əlillik dərəcəsinin təyin olunmasından imtina etmişdir. Bunu cavabdeh səhiyyə müəssisəsi tərəfindən göndərişin natamam doldurulması ilə əsaslandırmışdır. Belə hesab edir ki, cavabdehin imtinası qanunsuz hesab edilməli və tibb müəssisəsi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli tibbi göndəriş əsasında ona əlilliyin təyin olunması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək bildirmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemində mövcud olan məlumatlara əsasən bildirir ki, İddiaçı əlillik vəziyyəti sonuncu dəfə ##.##.2024-cü il tarixində qiymətləndirilmiş Diaqnozun mətni: Əlin digər barmağının məxsusi əzələ və vətərinin bilək və əl səviyyəsində travması, Sağ saidin aşağı 1/3-də mil və dirsək arteriyalarının orta və dirsək sinirlərinin bükücü vətərlərin kəsilməsinin cərrahi əməliyyatla bərpasından sonrakı vəziyyət. Mərkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstəliyin ağırlaşmasını təsdiq edən diaqnostik müayinələr dəqiqləşdirilsin və ətraflı qeyd olunsun, səbəbi ilə əlillik təyinatının aparılmasından imtina edilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, IV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikasının Ali Məhkəməsi Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə İCMAL 22. Bu baxımdan məhkəmələr tərəfindən qeyd edilən halda əlilliyin müəyyən edilməsinə dair iddialar üzrə işlərə baxarkən, ilk növbədə, göndərişdəki məlumatların natamamlığının və ya yanlışlığının nəyi ehtiva etdiyi aydınlaşdırılmalıdır. Əgər həqiqətən belə bir natamamlıq və ya yanlışlığın olması müəyyən edilərsə, bu halın TSEK tərəfindən aradan qaldırılmasının mümkünlüyü nəzərə alınmaqla diferensiasiyası aparılmalı, belə bir imkanın mövcudluğu halında, məhkəmə İnzibati Prosessual Məcəllənin 33-cü maddəsində təsbit edilən imkandan istifadə etməklə göndərişdə olan natamamlıq və ya yanlışlığın aradan qaldırılmasının təmin edilməsi və şəxsin əlilliyinin müəyyən edilməsi ilə bağlı məsələ üzrə müvafiq əsaslar göstərilməklə yekun qərarın (təmin və ya imtina haqqında) qəbul edilməsi üçün müəyyən müddət təyin etməlidir. Əgər imtina qərarında göstərilməsinə baxmayaraq, məhkəmə araşdırması zamanı natamamlıq və ya yanlışlıq kimi bildirilən halların mövcud olmadığı müəyyən edilirsə, bu halda, cavabdehin hərəkəti əlilliyin müəyyən edilməsindən imtina kimi qiymətləndirilməli və mübahisəyə mahiyyəti üzrə baxılmaqla müvafiq qərar qəbul olunmalıdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin (hakim Aynur Axundova) ##.##.2026-cı il tarixli *-*(***)- ****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı imtina haqqında sonuncu qərarın qəbul edildiyi ##.##.2024-cü il tarixdən orqanizm funksiyalarının 40 faiz pozulmasına görə müddətsiz əlilliyin müəyyən olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnin üzərinə vəzifə olaraq qoyulmuşdur. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarının XBT 10 kodu M21 Ətrafların digər qazanılma deformasiyaları 13.3.17. bəndinə əsasən bir əldə ardıcıl üç barmağın olmaması və ya funksional yararsız vəziyyətdə ankilozu (kəskin kontrakturası) orqanizmin funksiyalarının 40 faiz pozulması və müddətsiz əlilliyin təyini üçün əsas müəyyən edilmişdir. Bu halda iddiaçıya orqanizmin funksiyalarının 40 faiz pozulmasına görə müddətsiz əlillik müəyyən edilməlidir. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, analoji işlərdə məhkəmənin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliklərin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Göndərişdə qeyd olunan diaqnoz “Diaqnoz əlillik əlaməti təyin etməməsi”” halında məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın təqdim olunmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. ... 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ... 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra - Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: ... 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: ... 1.5.2. xüsusi səbəblərdən: ... 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri” nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası: 1.3. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin rəsmi internet saytında yerləşdirilir. 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; ... 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimihəkim-məsləhət komissiyasına müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən, xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANIN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXIŞININ HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, habelə prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İşdən görünür ki, cavabdeh tərəfindən iddiaçının əlilliyi ##.##.2024-cü il tarixdə qiymətləndirilərək ona “göndərişin natamam doldurulması” barədə imtina cavabı verilmişdir. İddiaçı verilən imtina ilə razılaşmayaraq, ona əlillik dərəcəsinin təyin edilməsi tələbi ilə 30 gün ərzində ##.##.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. İş materiallarından müəyyən olunur ki, iddiaçıya ##.##.2019-cu il tarixdən ##.##.2024-cü il tarixədək üçüncü dərəcə əlillik təyin edilmiş, əlillik müddəti başa çatdıqdan sonra onun sağlamlıq vəziyyətinin yenidən qiymətləndirilməsi məqsədilə ##.##.2024-cü il tarixli Forma-088 göndərişi cavabdeh inzibati orqana təqdim edilmişdir. Cavabdeh tərəfindən ##.##.2024-cü il tarixli qərarla göndərişin natamam doldurulması əsası ilə əlilliyin təyin edilməsindən imtina olunmuşdur. Birinci instansiya məhkəməsində icraat zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi publik hüquqi şəxs tərəfindən iddiaçının əyani müayinəsi keçirilərək ##.##.2026-cı il tarixli T**/**** nömrəli ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən 1-3.Vətəndaş İddiaçı iş materiallarında olan tibbi sənədlərinin təhlilinə əsasən əlillik vəziyyətinin Tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı adına "Sumqayıt Tibb Mərkəzi" tərəfindən tərtib edilmiş ##.##.2024cü il tarixli, A********NKN saylı Forma 088 göndərişində XBT 10 kodu üzrə qeyd edilmi “Əsas diaqnoz: S66.5-əlin digər barmağının məxsusi əzələ və vətərinin bilək və əl səviyyəsində travması, sağ saidin aşağı 1/3-də mil və dirsək arteriyalarının orta və dirsək sinirlərinin, bükücü vətərlərin kəsilməsinin cərrahi əməliyyatla bərpasından sonrakı vəziyyət. Ağırlaşmalar: M62.5əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, sağ əlin qisa əzələlərinin atrofiyası, əlin arıqlaması, G56.1-orta sinirin digər zədələnməsi, sağ orta və dirsək sinirlərinin zonasında əldə və barmaqlarda hissiyyat pozğunluğu, Z73. 6-əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşması, sağ əlin funksiyasının və əmək qabiliyyətinin pozulması, M21.2-bükücü deformasiya, sağ əlin İ, II, III, IV, V barmaqların bükücü deformasiyası" diaqnoz ona stasionarda müayinə Və müalicəsi zamanı anamnestik, klinik və laborator instrumental müayinələri əsasında müəyyən edilsə də, ##.##.2025-ci il tarixdə Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu" PHŞ-nə müraciət etmiş, və orada aparılmış (rentgenoloji, əyani, USM, EMQ) müayinələrdən sonra ona "Sağ saidin aşağı 1/3-də mil və dirsək arteriyalarını, orta və dirsək sinirlərinin bükücü vətərlərinin kəsilməsinin cərrahi əməliyyatla bərpasından sonrakı vaziyyət; 20 il müddətli, sağ əlin biləkdən bükücü kontrakturası, İ, II, III, IV barmaqların bükücü deformasiyası, bükücü-açıcı kontrakturası, orta və dirsək sinirlərinin zonasından əldə və barmaqlarda hissiyyat pozğunluğu, əlin qısa əzələlərinin atrofiyası-əlin arıqlaması, sağ əlin funksiyasıın və əmək qabiliyyətinin pozulması S54 (S54.1, S54.2), T92.4, T 92.5, Z98.8, M24.5, M21, M62.5, Z73.6, G56.2)" diaqnozu qoyulmuşdur. O, hazırda da həmin diaqnozlu xəstəliklərdən əziyyət çəkir. Qərardadın 1-ci bəndinin yarımbəndlərindəki suallar əlilliyin təyini və meyarlarla bağlı olduğundan onların həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 1-ci bəndinə görə bu Qayda "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Tibbi Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. Kollegiya qeyd edir ki, cavabdeh iddiaçıya qoyulmuş diaqnozun əlillik əlaməti təyin etmədiyini qeyd etsə də, tibb müəssisəsi tərəfindən iddiaçı barəsində tərtib edilmiş A********NKN nömrəli göndəriş, məhkəmə-tibbi ekspertizasının rəyinin qarşılıqlı təhlilindən müəyyən edilir ki, hazırda iddiaçıda göndərişdə göstərilən xəstəlik aşkar edilir. Belə ki, M21 kodlu xəstəlik isə AR Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri bölməsinin 13.3.17-ci bəndinə əsasən orqanizmin funksiyalarının pozulmasına görə əlilliyin təyin edilməsinə əsas verən xəstəliklərə aiddir. “Əlilliyin müəyyən olunması meyarları”nın həmin bəndindən görünür ki, M21 kodlu xəstəlik: - bir əldə ardıcıl üç barmağın olmaması və ya funksional yararsız vəziyyətdə ankilozu (kəskin kontrakturası) orqanizmin funksiyalarının 40 faiz pozulmasına görə müddətsiz əlilliyin təyin edilməsinə əsas verir. Beləliklə, qeyd olunanlara əsasən iddiaçıda M21 kodlu xəstəliyin “Əlilliyin müəyyən olunması meyarları” nın 13.3.17-ci bəndində qeyd olunduğu kimi - bir əldə ardıcıl üç barmağın olmaması və ya funksional yararsız vəziyyətdə ankilozu (kəskin kontrakturası) kimi patofunksional əlamətlərlə müşahidə edildiyi müəyyən edilir. Cavabdeh apellyasiya şikayətinin dəlillərində əlavə olaraq bildirmişdir ki, məhkəmə xüsusi bilik tələb edən sahədə qərar çıxararaq cavabdehin diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən, diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbiinstrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni, əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bu mənada, apellyasiya şikayətinin həmin dəlili əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”nın 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, tibbi-sosial ekspert komissiyası bu barədə altsistemdə müvafiq qeyd aparmaqla bildirişi göndərişi rəsmiləşdirmiş komissiyaya göndərməlidir. Həmin norma göndərişdə çatışmazlıq aşkar edildiyi halda əlilliyin müəyyən edilməsindən imtina edilməsini deyil, çatışmazlıqların aradan qaldırılması üçün aidiyyəti tibb müəssisəsi ilə qarşılıqlı fəaliyyət göstərilməsini nəzərdə tutur. İş materiallarında cavabdeh inzibati orqan tərəfindən göndərişdə hansı konkret məlumatların natamam və ya yanlış göstərildiyinin əsaslandırıldığına, eləcə də həmin çatışmazlıqların aradan qaldırılması məqsədilə göndərişi tərtib etmiş tibb müəssisəsinə müraciət edildiyinə dair sübutlar mövcud deyildir. Cavabdeh yalnız ümumi xarakterli istinadla kifayətlənmiş, natamamlığın mahiyyətini açıqlamamışdır. Bu isə inzibati aktın əsaslandırılması və qanunilik tələblərinə uyğun hesab edilə bilməz. Beləliklə, işin qeyd edilən hallarına əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti rədd edilsin. Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-717/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-717/2026
16.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver