Məhkəmə qərarları › İş №2-1(3-8)-720/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-720/2026

17.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-720/2026 17.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), Hacıyev Vahid Məcid oğlu və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Əsədli İlahə Yusif qızının katibliyi, iddiaçı İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “onun xeyrinə kəşfiyyat subyektləri üçün nəzərdə tutulmuş 3 (üç) illik kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında qapalı məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, “onun xeyrinə kəşfiyyat subyektləri üçün nəzərdə tutulmuş 3 (üç) illik kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı R İddiaçı Azərbaycan Respublikası Xüsusi Təyinatlı Qüvvələrin (N nömrəli hərbi hissəsinin) tabeliyində olan N nömrəli hərbi hissənin Xüsusi təyinatlı taborun radiasiya, kimyəvi və bioloji mühafizə manqasının baş kəşfiyyatçısı - dozimetrik nəzarət manqasının komandiri (kimyaçıdozimetrist) vəzifəsində xidmət etmişdir. N nömrəli hərbi hissə komandirinin ## ######## 2020-ci il tarixli *** nömrəli əmrinə əsasən R İddiaçı hərbi hissənin qarşısına qoyulmuş döyüş tapşırıqlarının icrası ilə əlaqədar döyüş təyinatı rayonuna çıxarılmış hesab edilmişdir. Hərbi hissə komandirinin *** nömrəli # ####### 2020-ci il tarixli əmri ilə döyüş tapşırığını icra edərkən yaralandığına görə hərbi hospitala müalicəyə göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin ##.##.2024-cü il tarixli “Travma haqqında arayış”a əsasən R İddiaçı ##.##.2020-ci il tarixində döyüş tapşırığını yerinə yetirərkən bədən xəsarəti almışdır (Partlayış travması. Qapalı kəllə-beyin travması. Çanağın küt travması, qalça sümüyünün qapalı yerdəyişməmiş sınığından sonrakı vəziyyət). Daha sonra isə N nömrəli hərbi hissənin komandirinin *** nömrəli ## ###### 2022-ci il tarixli əmrinə əsasən hərbi geyim forması daşımaq hüququ verilməklə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) müvafiq olaraq o, ehtiyata buraxılmışdır. Qeyd edir ki, R İddiaçı sülh dövründə təltif edildiyi medallardan başqa müharibə dövründə orduda etdiyi xidmətlərə görə “Şücaətə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. R İddiaçı əvvəllər MN N nömrəli hərbi hissəsinə kompensasiya ödənişi ilə müraciət etmiş, ona verilən cavab məktubunda travmasının “xidməti vəzifələrinin icrası ilə bağlı” səbəb əlaqəsi qeyd edilmədiyinə görə kompensasiyanın ödənilməsinin mümkünsüzlüyü bildirilmişdir. R İddiaçı şəhadətlənməsinin düzgün aparılmadığı (II Qarabağ müharibəsində aldığı xəsarətlər düzgün əsaslandırılmadığma) qənaətinə gələrək təkrar Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasına müraciət etmişdir. # #### 2024-cü il tarixli təkrar şəhadətləndirilməsindən sonra **** nömrəli X19 əsasən şəhadətləndirilmiş və birinci müraciətində olan uyğunsuzluq aradan qaldırılmışdır. Həmin şəhadətnaməyə əsasən F.62.0 Fəlakət (II Qarabağ müharibəsi) keçirildikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez baş verən dekompensasiyalar, depreaaiv epizodlar, qıcolma tutmaları ilə diaqnoz və xəsarətin səbəb əlaqəsi haqqında komissiyanın qərarı: hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır, səbəb əlaqəsi ilə təsdiq olunmuşdur. Bu X19 əsas götürülərək İddiaçı təkrar N nömrəli hərbi hissəyə kompensasiya ödənişi tələbi ilə müraciət etmişdir. Lakin birinci imtinadan sonra bu dəfə verilən cavab tam fərqli olmuşdur. Belə ki, AR Müdafiə Nazirliyi */**** saylı ##.##.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı hərbi əməliyyatlar zamanı tutduğu “N nömrəli hərbi hissənin Xüsusi təyinatlı taborun radiasiya, kimyəvi və bioloji mühafizə manqasının baş kəşfiyyatçısı - dozimetrik nəzarət manqasının komandiri (kimyaçı- dozimetrist)” vəzifəsi Azərbaycan Respublikası Müdafiə nazirinin 2020-ci il tarixli müvafiq əmrinə əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti əməkdaşı vəzifəsi hesab edilmədiyindən, Nazirlər Kabinetinin ***-** nömrəli ## ###### 2004-cü il tarixli Qərarı ilə qüvvəyə minmiş “Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları’na uyğun tələb edilən kompensasiyanın ödənilməsi mümkün hesab edilməmişdir. Lakin iddiaçı hesab edir ki, Müdafiə Nazirliyi onun ərizəsinə baxarkən bir sıra hüquqi məsələləri nəzərə almamışdır. 1) Cavabdeh N saylı hərbi hissəsinin komandirinin iddiaçıya təqdim etdiyi *** saylı ##.##.2024-cü il tarixli arayışına əsasən İddiaçı həqiqətən “Vətən müharibəsində” ##.##.2020-##.##.2020ci il tarixlərdə N nömrəli hərbi hissənin tərkibində düşmənin yerləşdiyi ərazilərdə döyüş tapşırığını yerinə yetirərkən kəşfiyyat fəaliyyətini yerini yetirmiş və yaralanmışdır. 2) İddiaçı hərbi-uçot ixtisası kəşfiyyatçı olmuşdur. (Əmrdən çıxarışlarla və X19 ilə təsdiqlənir). “Kəşfiyyat və Əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunun 20.6 və 20.7-ci maddələrinə əsasən kəşfiyyat fəaliyyəti subyekti əməkdaşları üçün nəzərdə tutulmuş növbəti məzuniyyətə görə 2 aylıq pul təminatı həcmində pul təminatı ödənilmişdir. 3) Müdafiə Nazirliyinin imtina məktubunda göstərilmiş Müdafiə Nazirinin 2020-ci il tarixli əmri ilə təsdiq olunmuş kəşfiyyat fəaliyyəti subyekti əməkdaşlarının vəzifələri siyahısında qeyd hissəsində nəzərdə tutulmuşdur ki, bu əmrdə siyahıda göstərilməyən və xüsusi təyinatlı qüvvələrin tabeliyində vəzifələr tutan hərbi qulluqçular komandanlığın sərəncamına əsasən düşmənin yerləşdiyi ərazilərdə kəşfiyyat və ya kəşfiyyat diversiya fəaliyyətini icra etdiyi müddətdə bu əmrin qüvvəsi onlara şamil edilir. Müdafiə Nazirinin müvafiq əmrində kəşfiyyat fəaliyyəti subyekti əməkdaşları qismində vəzifələri göstərilməyən, lakin 2020-ci il Vətən Müharibəsi zamanı şəhid olmuş və ya yaralanmış, həmçinin iddiaçı ilə eyni vəzifəni tutan hərbi qulluqçulara Müdafiə Nazirinin müvafiq əmrinin qeyd hissəsinə əsaslanaraq Qanunun 20.12-ci maddəsinə uyğun olaraq onlara (və ya ailə üzvlərinə) kompensasiyalar ödənilmişdir. 6. Kəşfiyyat üzrə Təlimata əsasən, kimyəvi və bioloji kəşfiyyat kəşfiyyat (kəşfiyyat-diversiya) fəaliyyətinin bir növüdür və təlimatla bu fəaliyyəti həyata keçirən hərbi qulluqçuların üzərinə kəşfiyyat tapşırıqları qoyulub. Kəşfiyyat və əkskəşfiyyat haqqında qanunun 8.1.13-cü maddəsinə əsasən, kəşfiyyat subyektlərinin hüquqlarından biri AR qanunvericiliyinə uyğun olaraq, xüsusi təyinatlı dəstələrinin yaradılması və istifadə olunmasıdır. MN xüsusi təyinatlı, həmçinin kəşfıyyat-diversiya fəaliyyətinin həyata keçirilməsi üçün qanunun bu maddəsinə uyğun olaraq xüsusi təyinatlı qüvvələr yaratmışdır (N saylı hərbi hissə). Cavabdeh AR Müdafiə Nazirliyinin iddiaçı İddiaçı verdiyi imtina tam əsassız və qeyri-qanunidir. Azərbaycan Respublikası “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti” haqqında Azərbaycan Respublikası qanununun 20.6-cı maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin hərbi qulluqçularına hər il məzuniyyətə çıxarkən iki aylıq pul təminatı məbləğində müavinət verilir. Belə ki, əgər iddiaçı İddiaçı tutduğu vəzifə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti hesab edilmirdisə, ona hansı səbəbdən bu maddənin müddəalarına uyğun olaraq N nömrəli hərbi hissə komandirinin əmrləri ilə İddiaçı istifadə etdiyi 2020-ci ilin növbəti məzuniyyəti üçün əlavə olaraq iki aylıq pul təminatı ödənilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti” haqqında Azərbaycan Respublikası qanununun 20.7-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları (pensiyaya çıxmış əməkdaşlar da daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinət verilir. N nömrəli hərbi hissə komandirinin müvafiq əmrlərinə əsasən İddiaçı 2020-ci il üzrə “Müalicə və müayinə” üçün nəzərdə tutulmuş birdəfəlik pul təminatı ödənilmişdir. İşin hallarından göründüyü kimi, iddiaçı İddiaçı kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri üçün nəzərdə tutulmuş məzuniyyətə görə verilən pul təminatının və kompensasiyasının verilməsi onu sübut edir ki, cavabdeh AR Müdafiə Nazirliyinin iddiaçı İddiaçı kompensasiya verilməsi üçün onun kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti olmadığından imtina edilməsi, bundan əvvəl çıxarılmış əmrlərə ziddir və həqiqəti əks etdirmir...Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçı İddiaçı ərizəsi Müdafiə Nazirliyinin “Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi üzrə Komissiya”sında baxılmışdır. İddiaçının hərbi əməliyyatlar zamanı tutduğu N nömrəli hərbi hissənin “xüsusi təyinatlı taborun radiasiya, kimyəvi və bioloji mühafizə komandasının baş kəşfiyyatçısı - dozimetrik nəzarət manqasının komandiri (kimyaçı-dozimetrist)” vəzifəsi Azərbaycan Respublikası müdafiə nazirinin 2020-ci il tarixli müvafiq əmrinə əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti əməkdaşı vəzifəsi hesab edilmir. Nazirlər Kabinetinin 180-** №-li ## ###### 2004-cü il tarixli Qərarı ilə qüvvəyə minmiş “Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks- kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları”na uyğun tələb etdiyi kompensasiyanın ödənilməsi mümkün deyil. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Rahim Həsənov). İddiaçı birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, Müdafiə Nazirliyinin imtina məktubunda göstərilmiş Müdafiə Nazirinin 2020-ci il tarixli əmri ilə təsdiq olunmuş kəşfiyyat fəaliyyəti subyekti əməkdaşlarının vəzifələri siyahısında qeyd hissəsində nəzərdə tutulmuşdur ki, bu əmrdə siyahıda göstərilməyən və xüsusi təyinatlı qüvvələrin tabeliyində vəzifələr tutan hərbi qulluqçular komandanlığın sərəncamına əsasən düşmənin yerləşdiyi ərazilərdə kəşfiyyat və ya kəşfiyyat diversiya fəaliyyətini icra etdiyi müddətdə bu əmrin qüvvəsi onlara şamil edilir. Müdafiə Nazirinin müvafiq əmrində kəşfiyyat fəaliyyəti subyekti əməkdaşları qismində vəzifələri göstərilməyən, lakin 2020-ci il Vətən Müharibəsi zamanı şəhid olmuş və ya yaralanmış, həmçinin onun kimi vəzifələri müvafiq siyahıda göstərilməyən qulluqçulara da Müdafiə Nazirinin müvafiq əmrinin qeyd hissəsinə əsaslanaraq Qanunun 20.12-ci maddəsinə uyğun olaraq onlara (və ya ailə üzvlərinə) kompensasiyalar ödənilmişdir. Kəşfiyyat üzrə Təlimata əsasən, kimyəvi və bioloji kəşfiyyat kəşfiyyat (kəşfiyyat-diversiya) fəaliyyətinin bir növüdür və təlimatla bu fəaliyyəti həyata keçirən hərbi qulluqçuların üzərinə kəşfiyyat tapşırıqları qoyulub. Kəşfiyyat və əks-kəşfiyyat haqqında qanunun 8.1.13-cü maddəsinə əsasən, kəşfiyyat subyektlərinin hüquqlarından biri AR qanunvericiliyinə uyğun olaraq, xüsusi təyinatlı dəstələrinin yaradılması və istifadə olunmasıdır. MN xüsusi təyinatlı, həmçinin kəşfıyyat-diversiya fəaliyyətinin həyata keçirilməsi üçün qanunun bu maddəsinə uyğun olaraq xüsusi təyinatlı qüvvələr yaratmışdır (N saylı hərbi hissə). Bundan başqa məhkəmə araşdırılması dövründə sübut kimi təqdim edilmiş ##.##.2025-ci il tarixli, *-**-**/*-***/** nömrəli məktubdan görünür ki, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsində aparılan “Şəxsi heyətin elektron məlumat sistemi”nə əsasən ##.##.2020-ci il tarixdən 10. 11.2020-ci il tarixədək mərhum R X7 N nömrəli hərbi hissədə kəşfiyyat və dağ hazırlığı bölməsinin müəllimi (dağ hazırlığı üzrə) vəzifəsində, mərhum R X8 N nömrəli hərbi hissədə xüsusi əməliyyat hazırlığı bölməsinin müəllimi (rabitəçi hazırlığı üzrə) vəzifəsində, ehtiyatda olan R X1 N nömrəli hərbi hissədə mühəndis komandasının komandiri vəzifəsində, istefada olan R X2 N nömrəli hərbi hissədə taborun radiasiya, kimyəvi və bioloji mühafizə komandasının baş kəşfiyyatçısı radiasiya-kimyəvi kəşfiyyat manqasının komandiri (baş kimyaçı) vəzifəsində, ehtiyatda olan R X4 N nömrəli hərbi hissədə "Şubanı" qoşun təlim meydanı taktiki-təlim meydanının rəisi vəzifəsində və ehtiyatda olan R X3 N nömrəli hərbi hissədə taborun radiasiya, kimyəvi və bioloji mühafizə komandasının radiasiya-kimyəvi kəşfiyyat manqasının kəşfiyyatçısı (kimyaçı) vəzifəsində xidmət keçmişdirlər. Həmçinin məhkəmədə vermiş olduğu iddia üzrə məhkəmə prosesi davam edərkən əlavə bir neçə şəxsə də yuxarıda qeyd edilən 5-ci bənddə göstərilən qaydada tələb etdiyi kompensasiya ödənilmişdir. Həmin şəxslər ehtiyatda olan R X6r (N nömrəli hərbi hissənin xüsusi təyinatlı taborunun snayper qrupunun kəşfiyyatçısı (müşahidəçi)), ehtiyatda olan R Məmmədzadə Mirmöhsüm İlham oğlu (N nömrəli hərbi hissənin xüsusi təyinatlı taborunun mühəndis komandasının minaların zərərsizləşdirilməsi manqasının kəşfiyyatçısı (istehkamçı)). Həmin şəxslərin həm kəşfiyyat diversiya fəaliyyətini icra etmələrinə dair arayışlar, həm də, kompensasiyasının bank hesablarına köçürülməsinə dair bank çıxarışları da məhkəməyə təqdim edilib və eyni zamanda həmin şəxslərin hansı əsaslarla kompensasiyanın alınmasını müəyyənləşdirməkdən ötrü müvafiq sənədlərin götürülməsi üçün tərəflərindən vəsatət də verilib. Lakin bu halların heç biri qəbul edilmiş qərarda göstərilməmişdir. Eyni zamanda tərəflərindən ##.##.2025-ci il tarixli, *-**-**/*-***/** nömrəli məktubda adları və tutmuş olduqları vəzifələri göstərilmiş şəxslərin Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti” haqqında Azərbaycan Respublikası Qanununun 20.12-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada kompensasiya alıb-almadıqları, almış olduqları təqdirdə hansı xəsarət alma faktına, hansı əmrin və ya hansı normativ aktın tələblərinə uyğun olaraq kompensasiya aldıqları, Müdafiə Nazirliyinin müvafiq əmri ilə subyekt əməkdaşları siyahısına daxil edilibedilməmələri barədə məlumatların alınmasından ötrü müvafiq sorğular verilməsindən ötrü ##.##.2025-ci il tarixdə “Elektron məhkəmə” vasitəsi ilə baxılan işə vəsatət əlavə edilmiş, daha sonra keçirilmiş növbəti hazırlıq iclasında vəsatət yazılı şəkildə də, təqdim edilmiş, Məhkəməyə sədrlik edən tərəfindən həmin vəsatət təmin edilmiş, lakin növbəti iclaslarda həmin vəsatətin təmin edilməsi barədə sorğuya daxil olmuş cavabın gəlib-gəlmədiyi barədə məlumat aimaq istəsə də, bu barədə məlumat verilməmiş, həmçinin qəbul edilmiş məhkəmə qərarında da, həmin sorğularla bağlı alınmış cavablar öz əksini tapmamış, sübut kimi qiymətləndirilməmiş və araşdırılmamışdır. Eyni zamanda ##.##.2025-ci il tarixdə təqdim edilmiş vəsatət barədə də, həmin vəsatətin təmin edilməsini zəruri edən sübutlar məhkəməyə təqdim edilsə də, hakim tərəfindən həmin vəsatətə ümumiyyətlə münasibət bildirilməmişdir. Həmçinin ##.##.2025-ci il tarixdə verilmiş vəsatət üzrə müvafiq məxfi əmr məhkəmə təqdim edilsə də, həmin əmrlə, yəni işin mahiyyətini müəyyən edən sübutla tanışlığa şərait yaradılmamışdır. Həmçinin iddianın təmin edilməməsi qənaətinə gəlinərək qəbul edilmiş yekun məhkəmə aktında iddianın təmin edilməməsinə əsas kimi qeyd edilmişdir ki: məhkəmə şərh olunanlara əsasən hesab edir ki, tutduğu vəzifə “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti” subyektlərinin siyahısına daxil edilmədiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2004-cü il tarixli Qərarı ilə qəbul edilmiş “Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əkskəşfıyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları” ona tətbiq edilməməlidir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Ona görə də cavabdehin üzərinə hər hansı öhdəliyin qoyulması yolverilməzdir. Lakin qeyd etmək lazımdır ki, tutmuş olduğu “Xüsusi təyinatlı taborun radiasiya, kimyəvi və bioloji mühafizə manqasının baş kəşfiyyatçısı dozimetrik nəzarət manqasının komandiri (kimyaçı-dozimetrist)” vəzifə Azərbaycan Respublikası Müdafiə Nazirinin ООН sayh, ## ###### 2020-ci il tarixli əmri ilə təsdiq edilmiş “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq kəşfiyyat subyekti əməkdaşları vəzifələrinin Siyahısı”nda olması onsuzda vermiş olduğu iddianın predmeti deyidir. O bilir ki, tutmuş olduğu vəzifə qeyd edilən əmrdə yoxdur. Həmin vəzifənin siyahıda olmaması tərəfindən mübahisələndirilməmişdir. Lakin həmin əmrin qeyd hissəsində qeyd edilmişdir ki, “Komandanlığın sərəncamına əsasən, Xüsusi təyinatlı Qüvvələrinin, X17 və Ordu Korpuslarının motoatıcı yəni dağatıcı, mexanikləşdirilmiş briqadalarının kəşfiyyat orqanlarında, o cümlədən Ordu Korpuslarının kəşfiyyat şöbəsinin zabitləri, briqadaların kəşfiyyat bölməsinin zabitləri, kəşfiyyat bölük və taqımları yalnız düşmənin yerləşdiyi ərazilərdə kəşfiyyat, kəşfıyyat-diversiya fəaliyyətini həyata keçirmək üçün təyin olunduqda və bu fəaliyyəti həyata keçirdikləri təqdirdə qanunla nəzərdə tutulan imtiyazlar onlara şamil edilir. O da hesab edir ki, qeyd hissədə qeyd edilən kimi Komandanlığın sərəncamına əsasən Xüsusi təyinatlı qüvvələrin tərkibində xidmət edərkən düşmənin yerləşdiyi ərazilərə göndərilməklə kəşfıyyat-diversiya fəaliyyətini icra etmiş və bu barədə arayışda tərəfindən məhkəməyə təqdim edilib. Lakin birinci instansiya məhkəməsi tərəfindən işə laqeyd münasibət göstərilərək heç bu hal ümumiyyətlə araşdırılmayıb, onunla eyni qaydada kəşfiyyat fəaliyyətini icra etmiş şəxslər əmrin qeyd hissəsinə müvafiq olaraq kompensasiya aldıqları təqdirdə məhkəmə tərəfindən, qərəzli mövqe göstərilərək işinə düzgün baxılmaması nəticəsində iddianın təmin edilməməsi barədə qərar qəbul edilmişdir. Bundan başqa iddia üzrə birinci instansiya məhkəməsi tərəfindən süründürməçiliyə yol verilmişdir. Belə ki, dəfələrlə vəkilin tərəfindən bildirilmiş və elektron məhkəmə vasitəsi ilə 1-ci instansiya və apellyasiya məhkəmələrinin qərarlarınında təqdim edildiyi digər bir inzibati mübahisəyə dair iş üzrə (iddiaçı X5) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasında olan işin yekunlaşması gözlənilirdi. Həmin işin yekunlaşmasına görə vermiş olduğu iddia üzrə baxılan işə dair 7 dəfə təyin edilmiş baxış iclasının 6-sı keçirilmiş, 1-i isə təxir edilmişdir. Sonda qeyd etdiyi iş üzrə qərar vəkili tərəfindən təqdim edildikdən sonra keçirilmiş baxış iclasında iddia təmin edilməmişdir. Həmçinin həmin qərar qəbul edilərkən İnzibati Prosessual Məcəllənin 11-ci maddəsində nəzərdə tutulmuş Qanun və məhkəmə qarşısında bərabərlik prinsipi kobudcasına pozulmuşdur. Həmin pozuntuya əsas olaraq onu göstərə bilər ki, tərəfindən yuxarıda da, qeyd etdiyi kimi xidmət etmiş olduğu orqanda onun da tutmuş olduğu vəzifə kimi məxfi hesab edilən Azərbaycan Respublikası Müdafiə Nazirinin ## ###### 2020-ci il tarixli əmri ilə təsdiq edilmiş “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq kəşfiyyat subyekti əməkdaşları vəzifələrinin Siyahısı’nda Vəzifələri qeyd edilməyən aşağıda qeyd etdiyi şəxslər tələb etdiyi kompensasiyanı ya özləri yada ki, yaxın qohumları almışdır. Mərhum R X7 N nömrəli hərbi hissədə kəşfiyyat və dağ hazırlığı bölməsinin müəllimi (dağ hazırlığı üzrə) vəzifəsində Mərhum R X8 N nömrəli hərbi hissədə xüsusi əməliyyat hazırlığı bölməsinin müəllimi (rabitəçi hazırlığı üzrə) vəzifəsində Ehtiyatda olan R X1 N nömrəli hərbi hissədə mühəndis komandasının komandiri vəzifəsində, İstefada olan R X2 N nömrəli hərbi hissədə taborun radiasiya, kimyəvi və bioloji mühafizə komandasının baş kəşfiyyatçısı radiasiya-kimyəvi kəşfiyyat manqasının komandiri (baş kimyaçı) vəzifəsində Ehtiyatda olan R X4 N nömrəli hərbi hissədə "Şubanı" qoşun təlim meydanı taktiki-təlim meydanının rəisi vəzifəsində və ehtiyatda olan R X3 N nömrəli hərbi hissədə taborun radiasiya Kimyəvi və bioloji mühafizə komandasının radiasiya-kimyəvi kəşfiyyat manqasının kəşfiyyatçısı (kimyaçı) vəzifəsində Bu halın araşdırılması üçün, qeyd edilən və vəzifələri müvafiq əmr ilə təsdiq edilmiş siyahıda olmayan şəxslərə və ya onların yaxın qohumlarına ödənilmiş kompensasiyanın hansı əsaslarla, hansı sənədlərə və qanunvericilik aktlarına əsaslanmaqla ödənildiyinə dair vəsatət verilsə də, həmin vəsatət təmin edilmiş olsa da, lakin verilmiş sorğuya hansı cavabın verildiyi, həmin cavabın verildiyi təqdirdə hansı əsaslarla qərarda öz əksini tapmadığı, məhkəmənin sorğusuna cavab verilməmişdirsə, hansı əsaslar Müdafiə Nazirliyi barəsində tədbir görülməyib, sorğuya cavabın verilməsi təmin edilməyib və bu kimi bir sıra məqamlar ona qaranlıq qalmış və bu halın araşdırılmaması İnzibati prosessual məcəllənin 11-ci maddəsinin tələbləri kobud səkildə pozulmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirinin 2021-ci il tarixli kəşfiyyat və əks-kəşfiyyat faəliyyətinin subyektləri əməkdaşlarının sihayısı olan Əmr: Sumqayıt İnzibati məhkəməsi tərəfindən çıxarılmış qərarda, xidmət etdiyi vəzifənin kəşfiyyat orqanı olmadığı və bu vəzifənin müdafiə nazirinin 2020-ci il tarixli müvafiq əmrinə əlavə olunmuş siyahıda yer almadığı əsas gətirilərək, onun “kəşfiyyat fəaliyyəti subyekti əməkdaşı” statusu tanınmamış və müvafiq kompensasiya tələbi rədd edilmişdir. Lakin, həmin əmrin qeyd hissəsində açıq şəkildə bildirilir ki, əmrin hüquqi qüvvəsi yalnız siyahıda adı çəkilən konkret vəzifələrlə məhdudlaşmır. Əksinə, orada komandanlığın sərəncamına əsasən Xüsusi Təyinatlı Qüvvələrin, X17 və Ordu Korpuslarının briqadalarının kəşfiyyat orqanlarının siyahıda göstərilməyən vəzifələrinə də bu hüquqi normativ aktın müddəalarının tətbiq olunduğu bildirilir. Qeyd hissəsində bu cür fəaliyyətin müdafiə zolağında və ya düşmən arxasında icra olunması şərti ilə kəşfiyyat və kəşfiyyat- diversiya fəaliyyəti kimi qəbul ediləcəyi vurğulanmışdır. Belə olan halda, kəşfiyyat fəaliyyəti ilə məşğul olan hərbi qulluqçulara verilən hüquqi statusun yalnız konkret siyahıya istinadla məhdudlaşdırılması qanunun və müvafiq əmrlərin ruhuna və məqsədinə ziddir. Əksinə, qeyd hissələrində göstərilən istisnalar kəşfiyyat fəaliyyətinin dinamik və situativ xarakterini nəzərə alaraq, siyahıdan kənarda olan, lakin faktiki olaraq kəşfiyyat tapşırıqlarını yerinə yetirən heyətə də bu statusun və hüquqların tətbiq olunmasını nəzərdə tutur. Sumqayıt İnzibati məhkəməsi əmrin qeyd hissəsini düzgün şərh etməmiş, onu təhrif edərək qeyd hissəsinin hüquqi qüvvəsini və tətbiq dairəsini nəzərə almamışdır. b) Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili və nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi sonuncu məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti anlayışı və onun təyinatı 1.1. Kəşfiyyat fəaliyyəti – Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının ölkənin siyasi, iqtisadi, sosial, elmi-texniki, hərbi və digər sahələrdə milli maraqlarının müdafiəsi ilə bağlı məlumatların əldə edilməsinə və təhlilinə yönəlmiş, milli təhlükəsizliyin təmin edilməsi məqsədi ilə həyata keçirilən xüsusi fəaliyyətidir. 1.3. Əks-kəşfiyyat fəaliyyəti – Azərbaycan Respublikasının müvafiq dövlət orqanları tərəfindən xarici xüsusi xidmət orqanlarının, təşkilatların və ayrı-ayrı şəxslərin Azərbaycan Respublikasının müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə, elmi-texniki potensialına və digər milli maraqlarına zərər vura biləcək kəşfiyyat, terror-təxribat və sair pozuculuq əməllərinin aşkarlanması, qabaqlanması və qarşısının alınması məqsədi ilə həyata keçirilən xüsusi fəaliyyətdir. Maddə 6. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri 6.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri - Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən xüsusi xidmət orqanlarıdır. 6.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri və onların səlahiyyət dairəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin subyektlərin işinin əlaqələndirilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. 6.3. Digər müvafiq icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin müraciəti əsasında kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsində iştirak edirlər. Maddə 14. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları 14.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçular və bu subyektlərlə əmək müqaviləsi bağlamış işçilərlə (mülki heyət) komplektləşdirilir. 14.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), həmçinin hərbi qulluqçu vəzifələrinə təyin edilmiş mülki heyət sırasından olan şəxslər bu subyektlərin əməkdaşları hesab olunurlar. 14.3. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçuları “Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə, hərbi nizamnamələrə və digər hərbi qanunvericilik aktlarına müvafiq olaraq həyata keçirdikləri vəzifələrin xüsusiyyətləri nəzərə alınmaqla həqiqi hərbi xidmət keçirlər. Maddə 15. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarına dair əlavə tələblər 15.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində hərbi xidmətə (işə) könüllülük əsasında şəxsi və iş keyfiyyətlərinə, peşə yararlığına, fiziki hazırlığına, sağlamlıq vəziyyətinə və təhsil səviyyəsinə görə bu subyektlərin üzərinə düşən vəzifələri yerinə yetirməyə qadir olan Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar. Maddə 20. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarının sosial müdafiəsi 20.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçularının sosial müdafiəsi “Hərbi qulluqçuların statusu haqqında”, “Əmək pensiyaları haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunları, bu qanunla və digər qanunvericilik aktları ilə müəyyən edilir. 20.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının pul təminatı (təminat xərcliyi) vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, üstəlik verilən pul təminatının digər növlərindən, kompensasiyalardan və müavinətlərdən ibarətdir. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin rəhbəri həmin subyektin hərbi qulluqçularına bu qanuna və xidmətin xüsusiyyətləri nəzərə alınmaqla digər qanunvericilik aktlarına əsasən üstəlik verilən pul təminatı növlərinin normalarını və ödəniş qaydalarını müəyyən edir. 20.3. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununa və bu qanuna uyğun pensiya hüququna malik olan kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularına pensiya təyin edilən zamanı onların xidmətdən tərxis olunan günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda bütün növ pul təminatı (ərzaq payı əvəzinə verilən pul kompensiyasından başqa digər növ kompensasiya, birdəfəlik ödəmələr, müavinətlər, büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) nəzərə alınır. 20.4. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin rəhbəri həmin subyektin əməkdaşlarına peşəkarlığa, mühüm vəzifə və tapşırıqların yerinə yetirilməsinə, xidmətdə fərqlənməyə görə vəzifə maaşının 50 faizindən çox olmamaqla əlavələr təyin edə bilər. 20.5. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşının və onun ailə üzvlərinin yeni xidmət yerinə köçməsi və əmlakının daşınması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin hesabına həyata keçirilir. 20.6. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin hərbi qulluqçularına hər il məzuniyyətə çıxarkən iki aylıq pul təminatı məbləğində müavinət verilir. 20.7. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları (pensiyaya çıxmış əməkdaşlar da daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinət verilir. 20.11. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik pul təminatı məbləğində sığorta edilir. 20.12. Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin ## ###### 2004-cü il tarixli, *** nömrəli Fərmanı: 2.3. həmin Qanunun 8.1.10-cu maddəsində, 9.4-cü maddəsində, 15.4-cü maddəsində, 18.3-cü maddəsində, 18.6-cı maddəsinin ikinci cümləsində, 20.5-ci maddəsində, 20.8-ci maddəsində, 20.9-cu maddəsində, 20.10-cu maddəsində, 20.12ci və 21.4-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin səlahiyyət dairəsinin, vəzifə və hüquqlarının bölgüsünün, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2005-ci il tarixli, *** nömrəli Fərmanı:

1. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa və öz əsasnamələrinə uyğun olaraq, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri aşağıdakılardır: 1.1. Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti (kəşfiyyat fəaliyyətinin subyekti); 1.2. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (əks-kəşfiyyat fəaliyyətinin subyekti); 1.3. Azərbaycan Respublikasının Dövlət Mühafizə Xidməti (Əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin və qorunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi, habelə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əks-kəşfiyyat təminatının həyata keçirilməsi (texniki sahədə həmin Xidmətlə birlikdə) sahəsində əks-kəşfiyyat fəaliyyətinin subyekti); 1.4. müvafiq dövlət orqanlarının aşağıdakı kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən strukturları: 1.4.1. Cavabdeh müdafiə sahəsində hərbi kəşfiyyat fəaliyyətini; 1.4.2. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin dövlət sərhədinin mühafizəsi ilə əlaqədar kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini; 1.4.3. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin texniki sahədə əks-kəşfiyyat fəaliyyətini.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANIN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXIŞININ HƏDLƏRİ: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, birinci instansiyası məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəllənin 12 və 58.7-ci maddələrinin tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış, eyni zamanda mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Hazırkı mübahisənin predmetini cavabdeh inzibati orqanın iddiaçıya kəşfiyyat subyektləri üçün nəzərdə tutulmuş 3 (üç) illik kompensasiyanın (pul təminatı məbləği) ödənilməsindən imtinası təşkil edir. İddiaçının hüquqi marağı kəşfiyyat subyektləri üçün nəzərdə tutulmuş 3 (üç) illik kompensasiyanın (pul təminatı məbləği) ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İş materiallarına əlavə olunmuş N nömrəli hərbi hissə tərəfindən verilən ## ######## 2024-cü il tarixli, *** nömrəli arayışdan görünür ki, ehtiyatda olan R İddiaçı 27.09-##.##.2020-ci il tarixlərində “Vətən müharibəsində” Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə N nömrəli hərbi hissənin tərkibində baş kəşfiyyatçısı-V (kimyaçı dozimetrist) vəzifəsində xüsusi tapşırıqlar (kəşfiyyat) yerinə yetirərkən qapalı kəlləbeyin travması almışdır (iş materialları, İ cild, səhifə 7) N nömrəli hərbi hissə komandirinin ## ######## 2020-ci il tarixli, *** nömrəli əmrindən görünür ki, hərbi hissənin aşağıda adları çəkilən hərbi qulluqçuları ## ######## 2020-ci il tarixindən döyüş tapşırığının (N nömrəli hərbi hissə komandirinin ## ######## 2020-ci il tarixli *** nömrəli əmri) icrası ilə əlaqədar olaraq döyüş tapşırığına getmiş hesab edilmişdirlər: xüsusi təyinatlı tabordan: ...16. R İddiaçı – kəşfiyyatçı (iş materialları, İ cild, səhifə 11) Daha sonra İddiaçı N nömrəli hərbi hissə komandirinin 0# ####### 2020-ci il tarixli, *** nömrəli əmri ilə döyüş tapşırığı zamanı yaralanaraq hərbi hospitala və müalicə müəssisələrinə qəbul olunması nəzərə alınaraq, 0# ####### 2020-ci il tarixdən ərazi çıxışından təminatdan çıxarılıb, ərzaq attestatı ilə təmin olunmuş, N nömrəli hərbi hissə komandirinin ## ###### 2020-ci il tarixli, *** nömrəli əmri ilə ## ###### 2020-ci il tarixdən gəlmiş və vəzifələrinin icrasına başlamış hesab edilmiş, N nömrəli hərbi hissə komandirinin ## ###### 2020-ci il tarixli, *** nömrəli əmri ilə ##.##.2020-ci il tarixdən döyüş tapşırığının icrası ilə əlaqədar olaraq ərazi çıxışına getmiş hesab edilmiş, N nömrəli hərbi hissə komandirinin ## ###### 2020-ci il tarixli, *** nömrəli əmri ilə isə döyüş tapşırığından qayıtmış hesab edilərək ##.##.2020-ci il tarixdən hərbi hissədə təminata qoyulmuşdur. N nömrəli hərbi hissə komandirinin ## ###### 2022-ci il tarixli, *** nömrəli əmrindən görünür ki, R İddiaçı, xüsusi təyinatlı taborun radiasiya, kimyəvi və bioloji mühafizə komandasının baş kəşfiyyatçısı - dozometrik nəzarət məntəqəsinin komandiri (kimyaçıdozimetrist), “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) və 164-cü maddəsinə müvafiq olaraq, Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin ## ###### 2022-ci il tarixli ****gm nömrəli əmri ilə hərbi geyim formasını daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. R İddiaçı 2022-ci ilin yanvar-oktyabr aylarındakı xidmətinə görə Azərbaycan Respublikası Müdafiə nazirinin ## ####### 2017-ci il tarixli ** nömrəli qərarı ilə nəzərdə tutulmuş birdəfəlik pul mükafatı almağa layiqdir. R İddiaçı ehtiyata buraxılması ilə əlaqədar beş aylıq maaş miqdarında birdəfəlik pul müavinəti verilsin və 2022-ci ildə nəzərdə tutulmuş maddi yardım verilsin. N nömrəli hərbi hissə tərəfindən verilmiş ## ### 2024-cü il tarixli, *** nömrəli arayışdan görünür ki, İddiaçı ##.##.2020-ci il tarixində Azərbaycan Respublikasının müdafiəsi zamanı mövcud bədən xəsarəti almışdır. 0# #### 2024-cü il tarixli, **** nömrəli “X19”-dən görünür ki, İddiaçı hərbi rütbəsi “ehtiyatda olan R”, hərbi-uçot ixtisası isə “kəşfiyyatçı” olmuşdur. Həmin şəhadətnamədən görünür ki, iddiaçıda olan müxtəlif diaqnozlu xəstəliklərə əsasən “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” və “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” Qərarı verilmişdir. N nömrəli hərbi hissənin ## ###### 2024-cü il tarixli, */**** nömrəli məktubundan görünür ki, məzuniyyətə çıxarkən 2 aylıq pul təminatı məbləğində müavinət “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanunun 20.6-cı maddəsinə uyğun olaraq yalnız kəşfiyyat fəaliyyəti subyekti əməkdaşlarına ödənilir. Müayinə və müalicə ilə bağlı 2 aylıq pul təminatı məbləğində müavinət “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanunun 20.7-ci maddəsinə uyğun olaraq yalnız kəşfiyyat fəaliyyəti subyekti əməkdaşlarına ödənilir. 2 aylıq pul təminatı məbləğində, məzuniyyət və müalicə ilə bağlı birdəfəlik müavinətlər “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” və Müdafiə nazirinin müvafiq əmrinə əsasən ödənilir. Müdafiə nazirinin müvafiq əmri ilə təsdiq olunmuş “kəşfiyyat fəaliyyəti subyekti əməkdaşlarının siyahısı”nda “*” işarəsi ilə işarələnmiş və ya siyahıda göstərilməyən hərbi qulluqçular siyahının qeyd hissəsinə əsasən komandanlığın sərəncamı ilə yalnız kəşfiyyat orqanlarının tərkibində kəşfiyyat (kəşfiyyat-diversiya) fəaliyyətini icra etməsini təsdiq edən əmr (sərəncam) əsasında ödənilir. Məzuniyyətə və ya müalicəyə (müayinə) görə müavinətin ödənilməsi hərbi qulluqçunun müvafiq olaraq məzuniyyət və xəstəliyə görə müavinətin alınması üçün yuxarı komandanlığa ünvanladığı raport əsasında ildə bir dəfə hərbi hissənin maliyyə bölməsi tərəfindən ödənilir. N nömrəli hərbi hissənin ## ###### 2024-cü il tarixli, **** nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu İddiaçı N nömrəli hərbi hissədə xidmət etdiyi müddətdə kəşfiyyat (kəşfiyyat-diversiya) fəaliyyətini həyata keçirdiyinə görə Müdafiə nazirinin ##.##.2016-cı il tarixli əmri ilə N nömrəli hərbi hissə komandirinin ##.##.2016-cı il tarixli əmri əsasında götürülərək 2016-cı il üçün ikiqat pul təminatı həcmində məzuniyyət pulu ödənilmiş, Müdafiə nazirinin ##.##.2019-cu il tarixli əmri və N nömrəli hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli əmri əsas götürülərək 2020-ci il üçün ikiqat qat pul təminatı həcmində məzuniyyət və müalicə pulu ödənilmişdir. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanununun 6.2-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri Müdafiə naziri tərəfindən müəyyən edildiyindən hərbi qulluqçu xidmət etdiyi müddətdə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanununun 20.6-cı və 20.7-ci maddələrində göstərilən imtiyazların verilməsi üçün il ərzində 1 (bir) dəfədən az olmayaraq komandirlərin əmri ilə kəşfiyyat (kəşfiyyat-diversiya) fəaliyyətini həyata keçirmək üçün təyin olunmuş kəşfiyyat orqanlarına, eləcə də onların hazırlığına, həmçinin, idarə edilməsinə cəlb edilməsi tələb olunur. İddiaçı xüsusi təyinatlı hərbi hissədə xidmət etmiş olsa belə Müdafiə nazirinin həmin tələblərinə uyğun fəaliyyətləri icra etmədiyi illərdə Azərbaycan Respublikasının qanununun 20.6-cı və 20.7-ci maddələrində göstərilən imtiyazlar ona ödənilməmişdir. N nömrəli hərbi hissə tərəfindən tərtib olunmuş ## ###### 2024-cü il tarixli, *** nömrəli arayışdan görünür ki, İddiaçı 27.09-##.##.2020-ci il tarixlərində “Vətən müharibəsində” Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə N nömrəli hərbi hissənin tərkibində baş kəşfiyyatçı-V (kimyaçı dozimetrist) vəzifəsində xüsusi tapşırıqlar (kəşfiyyat) yerinə yetirərkən qapalı kəllə-beyin travması almışdır. Eləcə də ## ###### 2024-cü il tarixli, *** nömrəli arayışdan görünür ki, İddiaçı N nömrəli hərbi hissədə xidmət etdiyi müddətdə kəşfiyyat (kəşfiyyat-diversiya) fəaliyyətini həyata keçirdiyinə görə Müdafiə nazirinin ##.##.2016-cı il tarixli əmri və N nömrəli hərbi hissə komandirinin ##.##.2016-cı il tarixli əmri əsasında 2016-cı il üçün iki qat pul təminatı həcmində məzuniyyət pulu ödənilmiş, Müdafiə nazirinin ##.##.2019-cu il tarixli əmri və N nömrəli hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli əmri əsas götürülərək 2020-ci il üçün iki qat pul təminatı həcmində məzuniyyət pulu ödənilmişdir. N nömrəli hərbi hissə tərəfindən tərtib edilmiş ## ###### 2025-ci il tarixli, *** nömrəli arayışdan görünür ki, İddiaçı 27.09-##.##.2020-ci il tarixlərində “Vətən müharibəsində” N nömrəli hərbi hissənin xüsusi təyinatlı taborunun tərkibində baş kəşfiyyatçı-V (kimyaçı dozimetrist) vəzifəsində kəşfiyyat diversiya fəaliyyətləri yerinə yetirmişdir. Beləliklə, iş materiallarından göründüyü kimi, cavabdehin əsas etirazı iddiaçının hərbi əməliyyatlar zamanı tutduğu vəzifənin Azərbaycan Respublikası Müdafiə Nazirinin ## ###### 2020-ci il tarixli, **** nömrəli əmri ilə təsdiq edilmiş kəşfiyyat fəaliyyəti subyekti əməkdaşları vəzifələrinin Siyahısında birbaşa göstərilməməsi ilə bağlıdır. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətindən isə görünən odur ki, qeyd olunan hal iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Belə ki, iddiaçı da vəzifəsinin müvafiq əmrdə qeyd olunmadığını qəbul edir. Lakin iddiaçının mövqeyi ondan ibarətdir ki, sözügedən əmrin “qeyd” hissəsi ona da şamil olunmalıdır. Beləliklə hazırki iş üzrə əhəmiyyətli olan məsələ iddiaçının məhz həmin Siyahının “qeyd” hissəsinin əhatə dairəsinə düşüb-düşməməsidir. Apellyasiya instansiyasında icraat zamanı qapalı keçirilmiş məhkəmə iclasında tərəflərin iştirakı ilə Azərbaycan Respublikası Müdafiə Nazirinin ## ###### 2020-ci il tarixli, **** nömrəli əmrinə baxış keçirilmişdir. Sözügedən əmrin “qeyd” hissəsində siyahıda göstərilməyən, lakin xüsusi təyinatlı qüvvələrin tabeliyində vəzifələr tutan hərbi qulluqçuların komandanlığın sərəncamına əsasən düşmənin yerləşdiyi ərazilərdə kəşfiyyat və ya kəşfiyyat-diversiya fəaliyyətini icra etdikləri müddətdə həmin əmrin qüvvəsinin onlara da şamil olunması nəzərdə tutulmuşdur. Bu isə onu deməyə əsas verir ki, cavabdehin imtina məktubu və iddia tələbinə etirazda irəli sürdüyü “iddiaçının vəzifəsi siyahıda yoxdur” dəlili özlüyündə iddianın rədd edilməsi üçün kifayət deyildir. Əksinə, bu dəlil yalnız o halda hüquqi əhəmiyyət daşıya bilərdi ki, əmrin qeyd hissəsi mövcud olmasın və ya iddiaçının həmin qeyd hissəsində göstərilən şərtlərə uyğun gəlmədiyi sübut edilsin. İş materialları isə bunun əksini təsdiq edir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi N nömrəli hərbi hissə tərəfindən tərtib edilmiş ## ###### 2025-ci il tarixli, *** nömrəli arayışdan görünür ki, iddiaçı İddiaçı 27.09- ##.##.2020-ci il tarixlərində “Vətən müharibəsində” N nömrəli hərbi hissənin xüsusi təyinatlı taborunun tərkibində baş kəşfiyyatçı-V (kimyaçı dozimetrist) vəzifəsində kəşfiyyat diversiya fəaliyyətləri yerinə yetirmişdir. İş materiallarında iddiaçının 0# ####### 2020-ci il tarixdə aldığı xəsarətlərin hərbi travma olduğu, Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığı və bu səbəb əlaqəsinin Hərbi-Həkim Komissiyası tərəfindən təsdiq edildiyi müəyyən edilmişdir. X19də iddiaçının aldığı xəsarətlərin xarakteri, onların hərbi xidmətlə səbəb əlaqəsi və nəticələri göstərilmiş, həmin xəsarətlər səbəbindən onun sonrakı hərbi xidmətinin davam etdirilməsi istisna edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2004-cü il tarixli ***-** nömrəli Qərarı ilə təsdiq edilmiş (dərc edilmir) “Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları”nın 2.2-ci bəndinə əsasən, xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edilərsə, ona üç illik pul təminatı məbləğində kompensasiya ödənilir. Kollegiya əlavə olaraq qeyd edir ki, iş materiallarına əlavə olunmuş müvafiq arayışlarla iddiaçının 27.09-##.##.2020-ci il tarixlərində “Vətən müharibəsində” Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə N nömrəli hərbi hissənin xüsusi təyinatlı taborunun tərkibində baş kəşfiyyatçı-V (kimyaçı dozimetrist) vəzifəsində kəşfiyyat diversiya fəaliyyətləri yerinə yetirməsi öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası tərəfindən cavabdeh inzibati orqana sorğu edilməklə həmin arayışların tərtib edilməsinə əsas olmuş sənədlər tələb olunsa da, sorğu mahiyyəti üzrə tam cavablandırılmamışdır. Belə ki, N nömrəli hərbi hissə tərəfindən ünvanlanmış ## #### 2026-cı il tarixli məktubdan görünür ki, İddiaçı 27.09-##.##.2020-ci il tarixlərində “Vətən müharibəsində” xüsusi tapşırıq yerinə yetirməklə kəşfiyyat diversiya fəaliyyəti icra etməsi ilə bağlı komandanlığın rəsmi əmr və ya sərəncamı olmamışdır. Göründüyü kimi N nömrəli hərbi hissə tərəfindən ünvanlanmış məktubda komandanlığın rəsmi əmr və ya sərəncamının olmadığı qeyd olunsa da, eyni hərbi hissə tərəfindən verilmiş arayışlarda iddiaçının Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə kəşfiyyat diversiya fəaliyyətləri yerinə yetirməsi faktı öz təsdiqini tapmışdır. Hərbi hissə tərəfindən həmin arayışların tərtib edilməsinə əsas olmuş sənədlər isə təqdim edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, N nömrəli hərbi hissənin ## #### 2026-cı il tarixli məktubu digər sübutlarla birlikdə qiymətləndirildikdə iddiaçının kompensasiya hüququnu istisna edən nəticəyə gəlmək üçün kifayət etmir. Belə ki, iş materiallarında müvafiq əmrlər mövcuddur. Həmin əmrlər iddiaçının konkret döyüş tapşırığına göndərilməsini və döyüş tapşırığının icrası ilə əlaqədar onun statusunu təsdiq edir. Bununla yanaşı, həmin əmrlərin və arayışların mövcudluğu, onların hərbi hissənin özünün verdiyi sonrakı sənədlərlə təsdiqlənməsi şəraitində cavabdehin ayrıca “kəşfiyyat-diversiya əmri”nin olmadığını bildirməsi əvvəlki sübutların hüquqi əhəmiyyətini aradan qaldırmır. Əksinə, hərbi hissə tərəfindən 2024 və 2025-ci illərdə verilmiş rəsmi sənədlərdə iddiaçının həmin dövrdə kəşfiyyat və kəşfiyyat-diversiya fəaliyyəti həyata keçirməsi ardıcıl və konkret şəkildə təsdiq edilmişdir. Kollegiya bununla bağlı qeyd edir ki, həmin arayışların verilməsinə əsas olmuş sənədlər mövcud deyildisə və ya arayışlarda göstərilən məlumatlar həqiqətə uyğun deyildisə, cavabdeh bunu təsdiq edən sənədləri məhkəməyə təqdim etməli idi. Lakin məhkəmə sorğularına baxmayaraq həmin arayışların tərtib edilməsinə əsas olmuş sənədlər tam təqdim edilməmişdir. İnzibati orqanın öz sərəncamında olan və mübahisənin həlli üçün mühüm əhəmiyyət daşıyan sənədləri təqdim etməməsi onun üzərinə düşən əsaslandırma və sübutetmə yükünü aradan qaldırmır. Əlavə olaraq apellyasiya instansiyasında icraat zamanı iddiaçının istinad etdiyi dəlillə bağlı (onunla eyni hüquqi vəziyyətdə olan, lakin ondan fərqli olaraq kompensasiya alan şəxslərlə bağlı) sorğu edilməklə həmin şəxslərə kompensasiya ödənilməsinin əsasları barədə ətraflı məlumatın (həmin şəxslərin vəzifələrinin Azərbaycan Respublikası Müdafiə nazirinin 2020-ci il tarixli əmri ilə təsdiq edilmiş müvafiq siyahıda qeyd edilibedilməməsi və ya vəzifələri qeyd edilmədiyi halda sözügedən əmrin “Qeyd” hissəsi onlara şamil olunmaqla kompensasiya ödənilməsi, yəni - onların kəşfiyyat və ya kəşfiyyat diversiya fəaliyyəti həyata keçirmələri barədə komandanlığın sərəncamının olubolmaması barədə), eləcə də qeyd olunanlarla əlaqədar zəruri sənədlərin məhkəməyə təqdim edilməsi tələb olunmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Müdafiə Nazirliyi tərəfindən təqdim edilmiş məlumatlardan görünür ki, mərhum X7 ailəsinə 58824 manat, mərhum X8 ailə üzvlərinə ayrı-ayrılıqda 8866,50 manat, 8866,50 manat və 35466 manat olmaqla, ümumilikdə 53199 manat, X1 39787,20 manat, X2 73983,60 manat, X4 26092,80 manat, X3 28308,60 manat, X6 87528,60 manat, Məmmədzadə Mirmöhsüm İlham oğluna isə 87528,60 manat məbləğində kompensasiya hesablanmış və bank hesablarına köçürülmüşdür. Eləcə də N nömrəli hərbi hissə tərəfindən ünvanlanmış ## ###### 2026-cı il tarixli məktubdan görünür ki, qeyd olunan şəxslərin 2020-ci il ərzində N nömrəli hərbi hissənin tabeliyində olan hərbi hissələrdə xidmət etdikləri vəzifələr Azərbaycan Respublikası müdafiə nazirinin “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kəşfiyyat və əks-kəşfiyyat subyekti əməkdaşları hesab olunan şəxslərin siyahısının təsdiq edilməsi haqqında” ##.##.2019-cu il tarixli ***** nömrəli əmri ilə təsdiq olunmuş siyahıda göstərilməmişdir. Həmçinin həmin şəxslərin kəşfiyyat və əks-kəşfiyyat diversiya fəaliyyəti həyata keçirmələri barədə 2020-ci ildə N nömrəli hərbi hissənin komandanlığı tərəfindən sərəncam verilməmişdir. Həmin şəxslərin kəşfiyyat subyektinin əməkdaşları hesab edilmələri barəsində qərar N nömrəli hərbi hissə tərəfindən deyil, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən qəbul edildiyindən müvafiq təsdiqedici sənədlərin tərəflərindən təqdim edilməsi mümkün deyildir. N nömrəli hərbi hissə tərəfindən ünvanlanan ## #### 2026-cı il tarixli məktubda isə məhkəmənin sorğusunda göstərilən xüsusatlar üzrə məlumatların cavablandırılması tərəflərindən mümkün olmadığından sorğunun icra olunması üçün N nömrəli hərbi hissəyə ünvanlandığı görülür (iş materialları, II cild, səhifə 61). Beləliklə də, iddiaçıda olduğu kimi yuxarıda adları qeyd olunan şəxslərin vəzifələri müvafiq əmrdə öz əksini tapmamış, eləcə də barələrində komandanlığın sərəncamı olmamışdır. Lakin təqdim edilən protokol və ödəniş qəbzlərindən də göründüyü kimi həmin şəxslərə və ya onların ailə üzvlərinə kompensasiya ödənişləri həyata keçirilmişdir. Bu hal hazırkı iş üzrə mühüm hüquqi nəticə yaradır. Belə ki, əvvəla, cavabdehin özünün təqdim etdiyi sənədlər göstərir ki, Müdafiə Nazirinin müvafiq əmrinin qeyd hissəsi inzibati orqanın praktikasında tətbiq edilmiş və Siyahının əsas mətnində vəzifəsi birbaşa göstərilməyən şəxslərə də kompensasiya ödənilmişdir. İkincisi, həmin inzibati praktika göstərir ki, cavabdeh orqan özü də mübahisəli əmrin qeyd hissəsini kompensasiya hüququnun müstəqil hüquqi əsası kimi qəbul etmişdir. Belə ki, cavabdehin təqdim etdiyi sübutlar onun öz inzibati praktikasında Siyahının “Qeyd” hissəsinin əsas Siyahıda vəzifələri göstərilməyən şəxslərə tətbiq edildiyini təsdiq edir. Başqa sözlə, cavabdeh eyni hüquqi mexanizmi başqa şəxslərə münasibətdə tətbiq etmiş, lakin iddiaçıya münasibətdə həmin mexanizmin tətbiqindən imtina etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında iddiaçı ilə oxşar vəziyyətdə olan şəxslərə kompensasiya verildiyini, lakin həmin şəxslər barəsində X20 Baş İdarəsində xidməti araşdırma aparıldığını bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin nümayəndəsinin məhkəmə iclasında həmin şəxslər üzrə ödənişlərin qanunsuz aparılması və bununla bağlı xidməti araşdırma aparılması barədə bildirdiyi mülahizələr hüquqi nəticə doğuran sübut kimi qəbul edilə bilməz. İnzibati məhkəmə icraatında ehtimallar, hələ nəticəsi rəsmiləşdirilməmiş daxili araşdırma barədə ümumi ifadələr, yaxud gələcəkdə hansısa sənədin əldə edilə biləcəyi barədə ehtimallar iş üzrə müəyyən edilmiş yazılı sübutların hüquqi qüvvəsini aradan qaldırmır. Əgər cavabdeh həqiqətən həmin ödənişləri qanunsuz hesab edirdisə, bunu təsdiq edən hüquqi qüvvəli inzibati aktları, araşdırma nəticələrini, ləğv edilmiş komissiya qərarlarını və ya məhkəmə aktlarını təqdim etməli idi. Belə sənədlər təqdim edilmədiyindən, cavabdehin həmin istiqamətdəki dəlilləri mücərrəd xarakter daşıyır və iddianın təmin edilməməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin V hissəsinə və “İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsinə görə, dövlət orqanları eyni mühüm faktiki hallara malik işlərdə şəxslərə münasibətdə fərqli qərarlar qəbul edə bilməzlər. Bu prinsip inzibati orqanı qanunsuz qərarı təkrar etməyə məcbur edən formal mexanizm kimi deyil, qanuni inzibati praktikanın ardıcıllığını, hüquqi müəyyənliyi və eyni faktiki-hüquqi vəziyyətdə olan şəxslərə münasibətdə eyni yanaşmanı təmin edən fundamental hüquqi tələb kimi başa düşülməlidir. Eləcə də “İnzibati İcraat Haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınması məqsədlərinə xidmət edir. Nəzərə alınmalıdır ki, bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma tələbi diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Belə ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidirlər. Hazırkı işdə isə iddiaçının tələbi yalnız bərabərlik prinsipinə əsaslanmır, onun kompensasiya almaq hüququ müstəqil olaraq hərbi hissə arayışları, əmrlər, X19, ödənilmiş kəşfiyyat təminatları və Müdafiə Nazirinin müvafiq əmrinin qeyd hissəsi ilə təsdiq olunur. Bərabərlik prinsipi bu hüquqi nəticəni əlavə olaraq gücləndirir və cavabdehin ziddiyyətli inzibati praktikasının qəbuledilməz olduğunu göstərir. Kollegiya bununla bağlı əlavə olaraq qeyd edir ki, oxşar hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərarında da öz əksini tapmışdır. Belə ki, həmin qərarda qeyd olunmuşdur ki, “...işin təkrar apelyasiya baxışı zamanı Müdafiə Nazirinin müvafiq əmrində kəşfiyyat fəaliyyəti subyekti əməkdaşları qismində vəzifələri göstərilməyən, lakin 2020-ci il Vətən Müharibəsi və 2022-ci il Kəlbəcər hadisələri zamanı şəhid olmuş və iddiaçı ilə eyni vəzifələr tutmuş və ya icra etmiş hərbi qulluqçuların Müdafiə Nazirinin müvafiq əmrinin “qeyd” hissəsinə əsaslanaraq Qanunun 20.12-ci maddəsinə uyğun olaraq onlara (və ya ailə üzvlərinə) kompensasiyaların verilib-verilmədiyi araşdırılmalı, oxşar halların baş verməsi müəyyən edildikdə isə cavabdeh qurumdan bunun səbəbləri öyrənilməli və bu zaman bərabərlik hüququ prinsipinin pozulub-pozulmadığına da qiymət verilməlidir...” Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, hazırkı iş üzrə həmin araşdırma artıq aparılmış və cavabdehin özünün təqdim etdiyi sənədlər əsasında oxşar şəxslərə kompensasiya ödənilməsi faktı müəyyən edilmişdir. Bu baxımdan Ali Məhkəmənin qeyd olunan hüquqi mövqeyi hazırkı işin faktiki halları ilə uyğunluq təşkil edir və həmin mövqe iddiaçının tələbinin hüquqi əsaslılığını əlavə olaraq təsdiq edir. Kollegiya əlavə olaraq qeyd edir ki, cavabdehin həm imtina məktubunda, həm də iddia tələbinə etirazda əsaslandığı “iddiaçının adının Siyahıda göstərilməməsi” arqumenti mübahisənin hüquqi mahiyyətini tam əks etdirmir və bu baxımdan yetərli əsaslandırma sayıla bilməz. Belə ki, hazırkı mübahisənin predmetini iddiaçının tutduğu vəzifənin Siyahının əsas hissəsində birbaşa nəzərdə tutulub-tutulmaması deyil, həmin vəzifənin Siyahının qeyd hissəsində müəyyən edilmiş xüsusi hüquqi tənzimləmənin əhatə dairəsinə daxil olub-olmaması təşkil edir. Bu baxımdan yalnız Siyahının əsas mətninə istinad etməklə iddiaçının hüquqi vəziyyətinə qiymət verilməsi həmin aktın bütövlükdə tətbiqindən imtina edilməsinə gətirib çıxara bilər. Əgər cavabdehin mövqeyi əsas götürülərsə, Siyahının qeyd hissəsində nəzərdə tutulan müddəalar müstəqil hüquqi əhəmiyyətini faktiki olaraq itirmiş olar. Halbuki normativ və ya fərdi inzibati aktın ayrı-ayrı müddəaları, o cümlədən onun qeyd hissəsi, təsadüfi və ya izahat xarakterli ifadələr kimi deyil, müəyyən hüquqi nəticələrin yaranmasına xidmət edən tənzimləyici müddəalar kimi qiymətləndirilməlidir. Qeyd hissəsinin ayrıca müəyyən edilmiş hüquqi məqsədi ondan ibarətdir ki, Siyahının əsas mətnində konkret vəzifə adı göstərilməsə belə, faktiki xidmət şəraiti və yerinə yetirilən funksiyalar nəzərə alınmaqla xüsusi təyinatlı qüvvələrin tərkibində kəşfiyyat və ya kəşfiyyat-diversiya xarakterli fəaliyyətə cəlb olunan hərbi qulluqçular da müvafiq hüquqi təminatın əhatəsində olsunlar. Bu səbəbdən hüquqi qiymətləndirmə yalnız vəzifənin formal olaraq Siyahının əsas mətnində qeyd edilməsinə əsaslana bilməz. Kollegiya əlavə olaraq qeyd edir ki, iş materiallarına əlavə olunmuş N nömrəli hərbi hissə tərəfindən verilən ## ######## 2020-ci il tarixli, *** nömrəli əmrdən görünür ki, R İddiaçı radiasiya, kimyəvi və bioloji mühafizə komandasının baş kəşfiyyatçısı – dozometrik nəzarət manqasının komandiri (kimyaçı-dozimetrist) vəzifəsində ## ######## 2020-ci il tarixindən döyüş tapşırığının (N nömrəli hərbi hissə komandirinin ## ######## 2020-ci il tarixli *** nömrəli əmri) icrası ilə əlaqədar olaraq döyüş tapşırığına getmiş hesab edilmişdir. Apellyasiya instansiyasında icraat zamanı sorğu edilməklə N nömrəli hərbi hissə komandirinin ## ######## 2020-ci il tarixli *** nömrəli əmrinin təsdiqlənmiş surətinin məhkəməyə təqdim edilməsi tələb olunmuş, sözügedən əmr məxfi sənəd olduğundan qapalı keçirilmiş məhkəmə iclasında hərbi hissənin xüsusi rütbəli şəxsi tərəfindən məhkəmə kollegiyasının baxışına təqdim edilmişdir. Əmrə baxış zamanı müəyyən edilmişdir ki, həmin əmr döyüş tapşırığına göndərilən şəxsi heyətin təminatı ilə bağlı göstərişləri, o cümlədən 2.2-ci bəndə əsasən düşmən arxasına keçən şəxsi heyətlə bağlı təminat məsələlərini tənzimləmişdir. Həmin əmrin icrası çərçivəsində iddiaçı da döyüş tapşırığına göndərilmişdir. Yuxarıda qeyd olunanları ümumiləşdirən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə mövcud sənədlərin məcmusu iddiaçının sadəcə xüsusi təyinatlı hərbi hissədə xidmət etdiyini deyil, konkret olaraq mübahisəli dövrdə kəşfiyyat xarakterli xüsusi tapşırıqların icrasına cəlb edildiyini və həmin fəaliyyətin icrası zamanı xəsarət aldığını təsdiq edir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi iddiaçının ## ######## 2020-ci il tarixindən döyüş tapşırığına göndərilməsi barədə *** nömrəli əmr mövcuddur. Həmin əmrin hüquqi və faktiki əsası olan ## ######## 2020-ci il tarixli *** nömrəli əmrin məhkəmə kollegiyasının qapalı iclasında baxışı zamanı müəyyən edilmişdir ki, bu əmr düşmən arxasına keçən şəxsi heyətin, yəni xüsusi xarakterli döyüş tapşırığını icra edən şəxslərin təminatını ayrıca tənzimləmişdir. Eləcə də N nömrəli hərbi hissənin sonrakı rəsmi arayışları iddiaçının həmin dövrdə məhz kəşfiyyat və kəşfiyyat-diversiya fəaliyyətləri yerinə yetirdiyini açıq şəkildə təsdiq edir. İddiaçının həmin fəaliyyət zamanı xəsarət aldığı və xəsarətin hərbi xidmət vəzifələrinin icrası ilə səbəbli əlaqədə olduğu Hərbi-Həkim Komissiyasının sənədi ilə təsdiq edilmişdir. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, kəşfiyyat fəaliyyətinin mahiyyəti və bu fəaliyyətlə bağlı əmrlərin məxfi xarakter daşıması səbəbindən hərbi qulluqçunun konkret tapşırığının bütün məzmununun açıq sənədlərlə rəsmiləşdirilməməsi həmin fəaliyyətin faktiki icra edilmədiyi barədə nəticə çıxarmağa əsas vermir. Əksinə, belə hallarda məhkəmə mövcud olan bütün açıq sübutları, məxfi sənədlərə qapalı iclasda baxışın nəticələrini, hərbi hissənin sonrakı rəsmi arayışlarını və xidmətlə bağlı digər sənədləri onların məzmun və qarşılıqlı uyğunluğu baxımından qiymətləndirməlidir. Hazırkı işdə bu sübutların məcmusu iddiaçının mübahisəli dövrdə kəşfiyyat-diversiya fəaliyyəti həyata keçirdiyini və məhz bu fəaliyyətin icrası zamanı hərbi travma aldığını təsdiq edir. Beləliklə, işin sadalan xüsusatlarını ümumiləşdirərək kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia təmin edilməli, iddiaçı İddiaçı kəşfiyyat subyektləri üçün nəzərdə tutulmuş 3 (üç) illik pul təminatı məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçı İddiaçı kəşfiyyat subyektləri üçün nəzərdə tutulmuş 3 (üç) illik pul təminatı məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar