Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-722/2026 16.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Məmmədov Zaur Ikram oğlu və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh1 qarşı “Şabran (keçmiş Dəvəçi) rayon XDS Icraiyyə Komitəsinin ##.##.1991-ci il tarixli ** saylı qərarı ilə ayrılmış 600 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh1n * saylı Xaçmaz Ərazi Idarəsinə qarşı “Şabran (keçmiş Dəvəçi) rayon XDS Icraiyyə Komitəsinin ##.##.1991-ci il tarixli ** saylı qərarı ilə ayrılmış 600 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli F-*** nömrəli əmrinə əsasən “xxxx” publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, cavabdeh1 tabeliyindəki ərazi idarələrinin fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən cavabdeh qismində Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi qəbul edilmişdir. Sumqayıt Inzibati Məhkəməsinin (hakim Vəfa Əzizova) ##.##.2022-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Şabran (keçmiş Dəvəçi) rayon XDS Icraiyyə Komitəsinin ## ###### 1991-ci il tarixli ** saylı qərarı ilə ayrılmış 600 kv.m torpaq sahəsi üzərində iddiaçı İddiaçı mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Xaçmaz Ərazi Idarəsinin üzərinə qoyulmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsi Inzibati Kollegiyasının (sədrlik edən və məruzəçi hakim Zahid Məmmədov, hakimlər Hökümə Babayeva və Gülnar Cabbarov) ##.##.2023-cü il tarixli *- *(***)-***/**** nömrəli qərardadı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarı ləğv edilmiş, iş materialları yenidən baxılması üçün Sumqayıt Inzibati Məhkəməsinə göndərilmişdir. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-***/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh1 qarşı “Şabran (keçmiş Dəvəçi) rayon XDS Icraiyyə Komitəsinin ##.##.1991-ci il tarixli ** saylı qərarı ilə ayrılmış 600 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı tələbi Şabran (keçmiş Dəvəçi) rayon XDS Icraiyyə Komitəsinin ##.##.1991-ci il tarixli ** saylı qərarı ilə ayrılmış 600 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsindən ibarətdir. Iddiaçının iddia etdiyi torpaq sahəsi üzərində digər şəxsin (X5) mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hal-hazırda ona məxsus hüquqmüəyyənedici sənədlər qüvvədədir. Belə olan halda qanunvericiliyin tələbinə əsasən, ilkin olaraq X5 adına tərtib edilmiş 304013043023-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli, ##.##.2023-cü il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədlər (müvafiq olaraq JN-317A, KOD-******** saylı şəhadətnamə) mübahisələndirilməlidir. Məhkəmə eyni zamanda bildirir ki, məhkəmə sorğularına verilmiş cavabdan aydın olur ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin koordinatları (texniki göstəriciləri) məlum deyildir. Qeyd edilən hal, iddiaçının torpaq sahəsi üzərində subyektiv hüququnun mövcudluğunu da istisna edir. Iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-***/**** nömrəli qərardadının ləğv edilməsini, iddia ərizəsini mümkün sayaraq, baxılması üçün Sumqayıt Inzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddianın mümkünlük şərtlərini tam və hərtərəfli araşdırmamış, X5 adına mübahisəli torpaq sahəsinə dair çıxarışın ##.##.2023-cü il tarixdə, yəni birinci dəfə iddiaçının iddiasının təmin edilməsindən sonra (##.##.2022-ci il tarixdən sonra) verilməsinə əhəmiyyət verilməmişdir. Cavabdeh məhkəmənin qərarından şikayət verməklə vaxt udmağa çalışmış və mübahisəli torpaq sahəsini X5 adına sənədləşdirmək işini həll etmişdir. Halbuki, mübahisəli torpaq sahəsi faktiki olaraq iddiaçının sahibliyində və istifadəsindədir. Birinci instansiya məhkəməsi işin bu hallarına düzgün qiymət verməmiş, cavabdehin marağına xidmət edən qərardad qəbul etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında tərəflərə lazımi qaydada məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmişlər. Iddiaçı ərizə göndərərək, apellyasiya şikayətini müdafiə etdiyini bildirmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası IPM-nin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, iş materiallarında olan sənədləri araşdırıb, şikayətin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə düzgün olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qərardad qəbul etmişdir. Odur ki, şikayət rədd edilməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlük şərtləri onun əsaslılığının yoxlanılmasından (mahiyyəti üzrə baxılmadan) öncə aparılan hüquqi qiymətləndirmə olmaqla, məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən yoxlanılır. Birinci instansiya məhkəməsi düzgün olaraq hazırkı şərtlərdə iddiaçının tələbini mümkün saymamışdır. Çünki, Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli qərardadında qeyd edilmişdir ki, “birinci instansiya məhkəməsi, işin qeyd edilən halı ilə bağlı hər-hansı əlavə araşdırmamış, Ş.Isgəndərovun adına olan JN-317A KOD30401004 şəhadətnamədə qeyd edilən torpaq sahəsinin iddiaçının iddia etdiyi torpaq sahəsinə aidiyyəti, onların üst-üstə düşübdüşməməsini müəyyən etməmiş, hansı əsasla bu nəticəyə gəldiyini əsaslandırmadan qərarda mübahisəli torpaq sahəsinin iddiaçının faktiki istifadəsində və qanuni sahibliyində olduğunu göstərmişdir. Eyni zamanda cavabdehin imtinasında istinad etməsinə baxmayaraq topraq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşübdüşməməsini müəyyən etməmişdir. Təkrar baxış zamanı cavabdehin etirazında göstərilmiş dəlillərlə bağlı hallar araşdırılmalı, zərurət olarsa, X6 üçüncü şəxs qismində cəlb olunmaqla JN- 317A KOD30401004 şəhadətnamədə göstərilən torpaq sahəsinin iddiaçının iddia etdiyi torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi araşdırılmaqla nəticəsinə uyğun mahiyyəti üzrə yekun qərar qəbul edilməlidir”. Beləliklə, məhkəmə araşdırması zamanı cavabdeh orqan tərəfindən təqdim edilmiş ##.##.2024-cü il tarixli məktuba əlavə edilmiş mütəxəssis rəyində aşağıdakılar qeyd edilmişdir: “Dəvəçi rayon XDS Icraiyyə Komitəsinin ** saylı ## ###### 1991-ci il tarixli qərarı ilə İddiaçı və onun ailə üzvlərinə ayrılmış torpaq sahəsinin faktiki və sənəd üzrə koordinatları müəyyən edilmişdir. Mübahisəli torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə cavabdeh1n * saylı Xaçmaz Ərazi idarəsi tərəfindən ##.##.2023-cü il tarixdə, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi 304013043023-***** olan çıxarış və texniki pasport verilmişdir. Tərtib olunmuş çıxarış və texniki pasport - Dəvəçi rayon Aqrar Islahat Komissiyasının ##.##.2000-ci il tarixli ** saylı qərarı və ləğv olunmuş DTXK-nin Dəvəçi rayon şöbəsi tərəfindən tərtib olunmuş JN-317A, KOD-******** saylı şəhadətnaməyə əsasən tərtib olunmuşdur. Verilmiş çıxarış və texniki pasportdakı cizgilər torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədəki cizgilər ilə uyğundur. JN-317A, KOD******** saylı şəhadətnamə ilə X5 və onun ailə üzvlərinə ayrılmış torpaq sahəsinin faktiki və sənəd üzrə koordinatları müəyyən edilmişdir. Torpaq sahəsinin faktiki koordinatları ilə sənəd üzrə koordinatları arasında hər hansı fərq yoxdur. JN-317A, KOD******** saylı şəhadətnamə ilə X5 və onun ailə üzvlərinə ayrılmış torpaq sahəsi naturadakı cizgilərə uyğundur. X3 adına tərtib edilmiş texniki pasportda qeyd olunan torpaq sahəsinin koordinatları olmadığından həmin torpaq sahəsinin JN-317A, KOD******** saylı şəhadətnamə ilə X3 adına tərtib edilmiş texniki pasport ilə eynilik təşkil etməsini müəyyən etmək mümkün olmamışdır. X4 mülkiyyətinə verilmiş torpaq sahəsinə çıxarış verilməmiş, JN-320A, KOD******** nömrəli şəhadətnamə verilmişdir və elektron xəritə materialları üzərində JN-320, KOD******** nömrəli şəhadətnamə ilə verilmiş torpaq sahəsi qeyd olunan torpaq sahəsinin şimal-qərb hissəsində yerləşir. X2 iskəndər qızı müayinədə iştirak etmədiyindən dəqiq koordinatlarını və ölçüsünü müəyyən etmək mümkün olmamışdır.” Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi üzərində digər şəxsin (X5) mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hal-hazırda ona məxsus hüquqmüəyyənedici sənədlər qüvvədədir. Belə olan halda yuxarıda sadalanan qanunvericiliyin tələbinə əsasən, ilkin olaraq X5 adına tərtib edilmiş 304013043023-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli, ##.##.2023-cü il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədlər (müvafiq olaraq JN-317A, KOD-******** saylı şəhadətnamə) mübahisələndirilməlidir. Məhkəmə eyni zamanda bildirir ki, məhkəmə sorğularına verilmiş cavabdan aydın olur ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin koordinatları (texniki göstəriciləri) məlum deyildir. Qeyd edilən hal, iddiaçının torpaq sahəsi üzərində subyektiv hüququnun mövcudluğunu da istisna edir. Iddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. Iddiaçının nümayəndəsi birinci instansiya məhkəməsində dinlənilmiş və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 13-cü maddəsi nəzərə alınaraq araşdırılma aparılmışdır. Həmin maddəyə əsasən məhkəmə qaldırılan iddiada yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yalnış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Iddiaçı tərəf iddia ərizəsinə məhkəməyə təqdim edilmiş qaydada baxılaraq, yekun qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. “Inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * №-li qərarında qeyd edilmişdir: 17. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. Iddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Istinad edilən Plenum qərarındakı hüquqi mövqedən görünür ki, reyestrdə aparılmış qeyd və onun əsasında verilmiş çıxarış inzibati akt sayılmır və qeydin aparılması əsası kimi inzibati akt çıxış edirsə, həmin inzibati akt inzibati məhkəmə icraatı qaydasında, qeydin aparılmasına əsas mülki hüquqi əqddirsə, həmin əqdin əsaslılığı mülki məhkəmə icraatı qaydasında mübahisələndirilməlidir. Hazırkı tələbində isə iddiaçı qeydin aparılmasına əsas olmuş inzibati aktı mübahisələndirmir, mübahisəli torpaq sahəsinə dair digər şəxsin adına aparılmış qeydiyyat və həmin qeydiyyatın aparılmasına əsas olmuş sənədlər qüvvədə olduğu müddətdə, hazırkı iddiaya baxılması mümkünlük şərtlərini ödəmir. Inzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. Iddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə, iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Iddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində hüquq və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilsin. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Məhkəmə kollegiyası iş üzrə birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmamasına dair gəldiyi nəticəni əsaslı hesab edir, şikayətin rədd edilməsi və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 35, 38, 87, 89, 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Iddiaçının şikayəti rədd edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (ünvan: ünvan 1 məhəllə) kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-722/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-722/2026
16.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver