Məhkəmə qərarları › İş №2-1(3-8)-723/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-723/2026

25.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-723/2026 25.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, Iddiaçı İddiaçı vəkili və nümayəndəsi vəkil2, üçüncü şəxs üçüncü şəxs1 vəkili və nümayəndəsi vəkil1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsə qarşı “mərhum X3 adına verilmiş Quba rayonu, Digah kəndində yerləşən 0,21 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-399F KOD ******** saylı şəhadətnamənin etibarsız hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından üçüncü şəxs üçüncü şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Xaçmaz ərazi idarəsi və Quba rayon Icra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayon Aqrar Islahat Komissiyasının ##.##.1997-ci il tarixli, ** saylı qərarın, həmin qərar əsasında mərhum X3 adına Quba rayonu Digah kəndində yerləşən 0,21 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-399F KOD ******** saylı şəhadətnamənin, axırıncının vəfatından sonra üçüncü şəxs1 adına verilmiş ##.##.2011ci il tarixli vərəsəlik şəhadətnməsinin, həmin şəhadətnamə əsasında reyestr xidməti idarəsi tərəfindən verilmiş ümumi sahəsi 127,6 kv.m olan evə və 0,21 ha torpaq sahəsinə dair ##.##.2012-ci il tarixli RX seriyalı ******* qeydiyyat nömrəli çıxarışın, üçüncü şəxs1 ilə üçüncü şəxs2 aralarında bağlanmış ##.##.2017-ci il tarixli, AN1 ******* saylı alqı-satqı müqaviləsinin və istinad edilmiş müqavilə əsasında reyestr xidməti orqanı tərəfindən verilmiş RX seriyalı, ******* saylı, ##.##.2018-ci il tarixli ********** nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı bir neçə dəfə iddia tələbinin dəqiqləşdirmiş, sonuncu tələbində mərhum X3 adına verilmiş Quba rayonu Digah kəndində yerləşən 0,21 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-399F KOD ******** saylı şəhadətnamənin etibarsız hesab edilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Xaçmaz ərazi idarəsinə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2022-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, mərhum X3 adına verilmiş Quba rayonu Digah kəndində yerləşən 0,21 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-399F KOD ******** saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ləğv edilmişdir. Həmin qərar Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2022- ci il tarixli *-*(***)-***/**** saylı qərardadı ilə ləğv edilərək iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Həmin qərardad Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli *-*(***)-***/**** saylı qərardadı ilə ləğv edilərək iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. “Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Cavabdeh publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmrinə əsasən Cavabdeh publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, Cavabdeh publik hüquqi şəxsinin Nizamnaməsi” yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra Cavabdeh publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən də Sumqayıt Inzibati Məhkəməsinin protokol qərardadı ilə cavabdeh prosessual hüquq varisi Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh ilə əvəz edilmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat Iddia onunla əsaslandırılmışdır ki, X6 Filialı tərəfindən verilmiş ##.##.2021-ci il tarixli arxiv arayışından göründüyü kimi Quba rayonu Xucbala kənd Sovetinin Digah kəndi üzrə təsərrüfat başına kitabında babası X7 təsərrüfat başçısı olması və şəxsi mülkiyyətində 1945-ci ildə tikilmiş yaşayış sahəsi və xüsusi istifadəsində 0,20 ha həyətyanı torpaq sahəsinin olması göstərilmiş, axırıncının ##.##.1986-cı ildə vəfatından sonra və 1991-2000-ci illlərə aid təsərrüfat başına kitabında atası X9 təsərrüfat başçısı kimi göstərilərək onun şəxsi mülkiyyətində ümumi sahəsi 40 kv.m olan yaşayış evi və 0,21 ha həyətyanı torpaq sahəsinin olduğu göstərilmiş, eyni zamanda ##.##.1990-cı ildə X9 vəfatından sonra həmin kitabda təsərrüfat başçısı kimi əmisi X3 adının yazıldığı göstərilmişdir. Göründüyü kimi qeyd edilmiş rəsmi arxiv arayışı ilə mübahisə edilən yaşadığı evin və torpaq sahəsinin atası X9 şəxsi mülkiyyətində olması müəyyən edilmiş, lakin atasının vəfatından sonra təsərrüfat başçısı kitabında əvəllər RF-nın Surqut şəhərində,1980-ci ildən isə vəfat edən günədək, yəni 2011-ci ilədək, Bakı şəhərində qeydiyyatda olmuş və yaşamış əmisi X3 adının qeyd edilməsi göstərilmişdir. Baxmayaraq ki, əmisi Afət Mirzəxanov mərhum atasının mülkiyyətində olan evdə bir gün də yaşamamış, qeydiyyatda olmamış, əvvəl Rusiyanın Surqut şəhərində, daha sonra isə 1980-ci ildən ailəsi ilə birlikdə Bakı şəhərində yaşamış, 2011-ci ildə də Bakı şəhərində vəfat etmişdir. Atası X9 məxsus olmuş Quba rayonu Digah kəndində yerləşən evdə özü yaşamış, atasının vəfatından sonra da o, anasının himayəsində həmin evdə yaşamışdır. 2 yaşında olarkən yəni 1992-ci ildə anası onu atasının evində goyub getmiş, Bakı şəhəri Binəqədi rayon IHB-nın ##.##.1994-cü Il tarixli, *** saylı qərarı ilə bibisi X2 ona qəyyum təyin edilmiş və o vaxtdan da o yetkinlik yaşına çatanadək bibisi Rübabə Saidovanın himayəsində yaşamış, yetkinlik yaşına çatanadək bibisi atasından ona miras qalmış əmlakı, o cümlədən, sözügedən 40 kv.m olan fərdi yaşayış evi və 0,21 ha həyətyanı torpaq sahəsini, rəsmi qəyyumu olaraq faktiki qəbul edib idarə etmiş, onun tərəfindən mütəmadi olaraq evin və həyətyanı torpaq sahəsinin vergisi ödənilmiş, təmir və evə qulluq işləri aparılmışdır. Bu günədək ona və atasına məxsus avadanlıqların və əşyaların yerləşdiyi həmin ev onun sərəncamında və istifadəsindədir. 2018-ci ilin mart ayının əvəllərində həmin evə gələn və ondan evin açarlarını tələb edən üçüncü şəxs üçüncü şəxs2 ona məlum olmuşdur ki, o, iddiaçının yaşadığı evi və evin yerləşdiyi torpaq sahəsini ##.##.2011-ci il tarixdə vəfat etmiş əmisi X3 qızı üçüncü şəxs1 ilə aralarında ##.##.2017-ci il tarixdə bağladıqları alqı-satqı müqaviləsi əsasında almışdır. Faktla bağlı Quba rayon məhkəməsində üçüncü şəxs1, üçüncü şəxs2 və qeyrilərinə qarşı qaldırdığı tələb əsasında müvafiq rəsmi orqanlardan tələb edilmiş sənədlərdən ona məlum olmuşdur ki, X3 adına ##.##.2002-ci il tarixdə həmin evə və torpaq sahəsinə mülkiyyət hüququ verən şəhadətnamə verilmiş və onun vəfatından sonra həmin əmlak qızı cavabdeh üçüncü şəxs1 adına ##.##.2011-ci il tarixdə vərəsəlik qaydasında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməklə rəsmiləşdirilmiş, həmin şəhadətnamə əsasında axırıncının adına ##.##.2012-ci il tarixli reyestrdən çıxarış verilmiş, həmin çıxarış əsasında da o, evi və torpaq sahəsini ##.##.2017-ci il tarixdə üçüncü şəxs2 satmışdır. Aparılmış araşdırmalar nəticəsində Quba rayon məhkəməsinin ##.##.2018-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə cavabdehlər üçüncü şəxs1 və qeyrilərinə qarşı əmisi X3 adına Quba rayonu Digah kəndində yerləşən 0,21 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-399F KOD ******** saylı şəhadətnamənin, axırıncının vəfatından sonra üçüncü şəxs1 adına verilmiş ##.##.2011-cI il tarixli vərəsəlik şəhadətnaməsinin, həmin şəhadətnamə əsasında reyestr xidməti idarəsi tərəfindən ümumi sahəsi 127,6 kv.m olan evə və 0,21 ha torpaq sahəsinə dair verilmiş ##.##.2012-ci il tarixli RX seriyalı ******* qeydiyyat tarixli çıxarışın, üçüncü şəxs1 ilə üçüncü şəxs2 aralarında bağlanmış ##.##.2017-ci il tarixli AN-l ******* saylı alqı-satqı müqaviləsinin və istinad edilmiş müqavilə əsasında reyestr xidməti orqanı tərəfindən verilmiş RX seriyalı,******* saylı, ##.##.2018-ci il tarixli ********** nömrəli çıxarış etibarsız hesab edilmiş, həmin qətnamədən üçüncü şəxs2 verdiyi apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2019-cu il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə təmin edilməmiş, qətnamə qanuni qüvvəsini almış və icra edilmişdir. Lakin apellyasiya instansiya məhkəməsinin qətnaməsindən üçüncü şəxs1 ##.##.2020-ci il tarixdə verdiyi kassasiya şikayəti əsasında qəbul edilmiş Ali Məhkəmənin Mülki Kollegiyasının ##.##.2021-ci il tarixli, *(***)-***/**** saylı qərarı ilə üçüncü şəxs1 kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə qəbul edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2019-cu il tarixli, *(***)-***/**** saylı qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Kassasiya instansiya məhkəməsi belə bir nəticəyə gələrkən, apellyasiya instansiya məhkəməsində işə baxarkən mübahisəli torpaq sahəsinə dair X3 şəhadətnamənin Quba rayon Aqrar Islahat Komissiyasının ##.##.1997-ci il tarixli, ** saylı saylı qərarı əsasında verildiyini, həmin qərarın ləğv olunması (etibarsız hesab edilməsi) barədə iddia tələbi qaldırılmadığını, qeyd edilmiş qərarın qanuniliyinin mülki məhkəmə icraatı qaydasında yoxlanılmasının qeyri-münkün olduğunu, inzibati orqan tərəfindən qəbul edilmiş həmin qərarın mübahisələndirilməsi "Inzibati icraat haqqında" qanunun 1.2ci, IPM-nin 1.1 və 1.2-ci maddələrinə uyğun olaraq inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilməsi nəzərdə tutulduğunu əsas olaraq göstərmişdir. Kassasiya instansiya məhkəməsinin istinad edilmiş göstərişlərinə uyğun olaraq mərhum X3 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin verilməsinə əsas olmuş Quba rayon Aqrar Islahat Komissiyasın ##.##.1997-ci il tarixli, ** saylı saylı qərarın və həmin qərarın verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətlərinin təqdim edilməsinə dair aidiyyatı orqanlara müraciət edilmiş, müraciətlərə cavab olaraq Quba rayon Icra Hakimiyyətinin##.##.2021-ci il tarixli məktubu ilə bu haqda X6 Filialına müraciət edilməsi tövsiyyə edilmiş, X6 Filialının ##.##.2021-ci il tarixli məktubu ilə Quba rayon AIK-nin ##.##.1997-ci il tarixli, ** saylı iclas protokolunun 0,21 ha torpaq sahəsinin verilməsi haqda məlumat aşkar edilməməsi bildirilmişdir. DƏDRX-nin * saylı Xaçmaz ərazi idarəsinin ##.##.2021-ci il tarixli məktubu ilə Quba rayon AIKnin sözügedən qərarının və həmin qərarın verilməsinə əsas olmuş sənədlərin DTXK tərəfindən * saylı Xaçmaz ərazi idarəsinə təhvil verilmədiyini və nəhayət "xxxx" MMC-nin ##.##.2021-ci il tarixli məktubu ilə həmin qərarın və qərarın verilməsinə əsas olmuş sənədlər barədə Mərkəzin arxivində heç bir məlumat aşkar edilmədiyi bildirilmişdir. Daha sonra DƏDRX-nin * saylı Xaçmaz ərazi idarəsinin ##.##.2021-ci tarixli və ##.##.2021-ci tarixli məktubları ilə həmin sənədlərin məhkəmə qaydasında ləğv edilməsinin mümkün olduğu bildirilmişdir. Həmin qərarla bağlı Kənd Təsərrüfatı Nazirliyinə etdiyi müraciət mahiyyəti üzrə baxılması üçün Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə göndərilmiş, axırıncının ##.##.2021-ci il tarixli, ************ saylı məktubu ilə bir daha təsdiq edilmişdir ki, Quba rayon Aqrar Islahat Komissiyasının ##.##.1997-ci il tarixli, ** saylı qərarı və həmin qərarın verilməsinə əsas olmuş sənədlər barədə Xidmətin tabeliyində olan xxxxnin arxivində heç bir məlumat aşkar edilməmişdir. Qeyd edilmiş rəsmi sənədlərdən məlum olur ki, mərhum Afət Mirzəxanovun adına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin verilməsinə əsas olmuş Quba rayon Aqrar Islahat Komissiyasının ##.##.1997-ci il tarixli, ** saylı qərarı və həmin qərarın əsasını təşkil edən sənədlər müəyyən edilmədiyindən həmin qərar əsasında axırıncının adına verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə, həmin şəhadətnamə əsasında cavabdeh üçüncü şəxs1 adına verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsi və reyestrdən çıxarış, o cümlədən axırıncı ilə cavabdeh üçüncü şəxs2 aralarında bağlanmış alqısatqı müqaviləsi və həmin müqavilə əsasında verilmiş reyestrdən çıxarış qanuni və əsaslı sayıla bilməz. Torpağın mülkiyyətə verilməsinə dair ##.##.2002-ci il tarixli şəhadətnamənin qeyriqanuniliyi eyni zamanda onunla sübuta yetirilir ki, X4 rayonu, Digah kəndində ümumiyyətlə qeydiyyatda olmamış, yaşamamış, əvəllər RF-nın Surqut şəhərində, daha sonra isə ##.##.1980-ci ildən ##.##.2003-cü ilədək olan müddət ərzində Bakı şəhəri Y.V.Çəmənzəminli küçəsi, ** saylı evdə qeydiyyatda olmuş, 2003-cü ildə həmin ünvandan qeydiyyatdan çıxaraq ünvan 1kr, Məmmədov küçəsi, ev 209, mənzil 60-a qeydiyyata düşmüş və ##.##.2011-ci ildə ölüm səbəbi ilə həmin ünvandan qeydiyyatdan çıxarılmışdır. Hesab edir ki, Respublika üzrə rayonlarda 2005-ci ilədək fəaliyyət göstərmiş X16 yalnız ərazi üzrə qeydiyyatda olmaqla yaşayan sakinlərin qanuni əsaslarla istifadələrində olan torpaq sahələrinə dair şəhadətnamələrin verilməsinə dair qərarlar qəbul edildiyindən, ümumiyyətlə, Quba rayonu Digah kəndində qeydiyyatda olmamış, yaşamamış, 1980-cı ildən vəfat edən günədək Bakı şəhərində qeydiyyatda olmaqla yaşamış X3 adına torpaq şəhadətnaməsinin verilməsinə dair Quba rayon Aqrar Islahat Komissiyasının ##.##.1997- ci il tarixli, ** saylı qərarın aşkar edilməməsi həmin qərarın etibarsız olması və qeyd edilmiş qərar əsasında verilmiş digər hüquqmüəyyənedici sənədlərinin etibarsız olmasına dair qərar qəbul edilməsi üçün əsas kimi qəbul edilməlidir. Digər tərəfdən Mirzəxanov X1 rayonun Digah kəndində qeydiyyatda olmaqla yaşamış olsa belə vəfat edən günədək atası X9 şəxsi mülkiyyətində olan yaşayış sahəsi 40 kv.m olan yaşayış evinə və həmin evin yerləşdiyi 0,21 ha həyətyanı torpaq sahəsinə atasının birinci növbəli vərəsəsi ola-ola əmisi X3 adına torpağın mülkiyyətə verilməsinə dair qərarın qəbul edilməsi qanunla yolverilməzdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri: Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, Quba rayon Aqrar Islahat Komissiyasının ##.##.1997-ci il tarixli ** saylı qərarı, həmin qərar əsasında mərhum X3 adına Quba rayonu Digah kəndində yerləşən 0.21 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-399F KOD ******** saylı şəhadətnamənin, axırıncının vəfatından sonra üçüncü şəxs1 adına verilmiş ##.##.2011-ci il tarixli vərəsəlik şəhadətnaməsinin, həmin şəhadətnamə əsasında reyestr xidməti idarəsi tərəfindən ümumi sahəsi 217,6 kv.m olan evə və 0,21 ha torpaq sahəsinə dair verilmiş ##.##.2012-ci il tarixli RX seriyalı ******* qeydiyyat nömrəli çıxarışın, üçüncü şəxs1 ilə üçüncü şəxs2 aralarında bağlanmış və Sumqayıt ASAN Xidmət mərkəzində notariat kontorunda təsdiq edilmiş ##.##.2017-ci il tarixli AN-1 ******* saylı alqı-satqı müqaviləsi və istinad edilmiş müqavilə əsasında reyestr xidməti orqanı tərəfindən verilmiş RX seriyalı, ******* saylı, ##.##.2008-ci il tarixli ********** nömrəli çıxarış Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2019-cu il tarixli, 2(105) ***/**** saylı qətnaməsi ilə etibarsız hesab edilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, mərhum X3 adına verilmiş Quba rayonu, Digah kəndində yerləşən 0,21 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-399F KOD ******** saylı şəhadətnamənin etibarsız hesab edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn üzərinə qoyulmuşdur. (hakim Rahim Həsənov) Üçüncü şəxs üçüncü şəxs1 qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI: a) Apellyasiya şikayətinin dəlilləri Üçüncü şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarı qanunsuz və əsassızdır. Belə ki, Quba Rayon Məhkəməsinin ## #### 2018-ci il tarixli qətnaməsi onun iştirakı təmin edilmədən, ona məlumat verilmədən və qətnamə çatdırılmadan qəbul edilmiş, daha sonra Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ##### 2019-cu il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə iddia tələbi yenə təmin edilmiş, lakin onun müdafiə hüququ, apellyasiya şikayəti vermək, mövqeyinin nəzərə alınması və iddia ərizəsinin surətinin təqdim olunması barədə vəsatətləri təmin edilməmişdir. Mübahisələndirilən torpağa mülkiyyət hüququna dair şəhadətnamə X8 rayon Aqrar Islahat Komissiyasının ##.##.1997-ci il tarixli, ** nömrəli qərarı əsasında verilmiş, həmin qərar qüvvədə olduğu halda onun əsasında tərtib edilmiş şəhadətnamənin qanunsuz hesab edilməsi üçün əsas olmamışdır. Iddiaçı həmin qərardan qanunda nəzərdə tutulmuş qaydada və müddətlərdə şikayət verməmiş, qərarı mübahisələndirmədən 20 ildən artıq müddət keçdikdən sonra onun nəticəsi olan JN-399F kod ******** nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsini tələb etmiş, iddia müddətinin buraxılmasının üzrlü səbəblərini göstərməmiş və müddətin bərpasını xahiş etməmişdir. Iddiaçının təsərrüfatbaşına kitabın *** saylı şəxsi hesabında qeydə alınması barədə təqdim etdiyi arayış mötəbər sübut kimi qəbul edilə bilməz, çünki belə qeyd olsaydı X6 filialındakı sənədlərdə də bu məlumat olmalı idi, halbuki ##.##.2018-ci il tarixli arxiv arayışında bu barədə məlumat yoxdur. Həmin arxiv arayışında Zeydulla Mirzəxanovun mülkiyyətində olmuş evin ümumi sahəsi 40 kv.m göstərildiyi halda, vərəsəliklə onun mülkiyyətinə keçmiş və satdığı evin ümumi sahəsi 127,7 kv.m olmuşdur. Iddiaçı sonradan inzibati qaydada məhkəməyə müraciət edərək Aqrar Islahat Komissiyasının qərarı əsasında verilmiş özəlləşdirmə şəhadətnaməsinin ləğvini tələb etmiş və əsas kimi həmin qərarda X3 adının olmadığını göstərmişdir, halbuki özəlləşdirmə prosesləri zamanı qərarlara əlavələr edilmiş, 1999-cu ildə X3 və digərlərinin müraciəti əsasında 1997-ci il qərarına əlavələr olunmuş, cədvəl tərtib edilmiş, həmin cədvəldə 399 sıra nömrəsi ilə X3 0,21 ha torpaq sahəsinin özəlləşdirilməsinə icazə verilməsi qeyd olunmuş, cədvəl rayon islahat komissiyasının sədri və komissiya üzvləri tərəfindən təsdiq edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi həmin cədvəli nəzərə alaraq iddianın mümkünsüzlüyü barədə qərar qəbul etdiyi halda, hazırkı mübahisələndirilən məhkəmə həmin cədvəli nəzərə almamış, işin faktiki hallarını tam və düzgün müəyyən etməmiş, sübutlara düzgün qiymət verməmiş, maddi və prosessual hüquq normalarını pozmuş, nəticədə müdafiə hüququ pozulmaqla əsassız və qanunsuz qərar qəbul etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətini qarşı etirazı iddia ərizəsi ilə eyni məzmunda əsaslandıraraq şikayətin təmin edilməməsini xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin vəkili və nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izah verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi və digər üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin və digər üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBIQ EDILƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2 . Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 11. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 11.2. Təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... Maddə 16. Dövlət reyestrində düzəlişlər ... 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI: Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Iddiaçının hazırkı tələbi mərhum X3 adına verilmiş Quba rayonu, Digah kəndində yerləşən 0,21 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-399F KOD ******** saylı şəhadətnamənin etibarsız hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədədir. Mübahisənin mahiyyəti həmin şəhadətnamənin verilməsinə əsas kimi göstərilmiş Quba Rayon Aqrar Islahat Komissiyasının ## ### 1997-ci il tarixli, ** saylı qərarında və ona aid rəsmi sənədlərdə X3 Quba rayonu, Digah kəndində 0,21 ha həyətyanı torpaq sahəsinin mülkiyyətə verilməsinin təsdiq olunub-olunmaması ilə bağlıdır. Iş materiallarından görünür ki, Quba rayonu, Xucbala kənd Sovetinin Digah kəndi üzrə 1986-1990-cı illərə aid təsərrüfatbaşına kitabında iddiaçının babası X7 təsərrüfat başçısı kimi göstərilmiş, onun şəxsi mülkiyyətində 1945-ci ildə tikilmiş yaşayış evi və şəxsi istifadəsində həyətyanı torpaq sahəsi olduğu qeyd edilmişdir. Həmin kitabda X7 ## ####### 1986-cı ildə vəfat etməsindən sonra təsərrüfat başçısı kimi X9 adı yazılmışdır. Quba rayon Icra Hakimiyyəti başçısının Xucbala IƏV üzrə nümayəndəliyinin Digah kəndi üzrə 1991-2000-ci illərə aid təsərrüfatbaşına kitabında da *** saylı təsərrüfatın başçısı X9 göstərilmiş, onun şəxsi mülkiyyətində yaşayış evi və 1993-2000-ci illərdə 0,21 ha həyətyanı torpaq sahəsi olduğu qeyd edilmişdir. Həmin kitabda X9 ## ###### 1990-cı ildə vəfat etməsindən sonra təsərrüfat başçısı kimi X3 adı yazılsa da, bu dəyişikliyin hansı hüquqi əsasla və hansı sənədə istinadən aparılması barədə əlavə məlumatlar qrafasında hər hansı qeyd yoxdur. Kollegiya nəzərə alır ki, iş materiallarında istinad edilən Quba rayon xalq məhkəməsinin 1991-ci il tarixli, *-*** saylı qətnaməsinə əsasən, ## #### 1990-cı il tarixdə anadan olmuş iddiaçı barədə atalığın müəyyən edilməsi məsələsi həll edilmiş, X9 onun atası olması təsdiq olunmuş və müvafiq qeydiyyatın aparılması Quba rayon VVAQ şöbəsinə həvalə edilmişdir. Bu hal həmçinin AZ-İ ****** saylı “Atalığın müəyyən edilməsi haqqında” şəhadətnamə ilə də təsdiq olunur. Beləliklə, iddiaçının mübahisəli şəhadətnamənin qanuniliyinin yoxlanılmasını tələb etməsi onun qanunla qorunan marağı ilə bağlıdır. Kollegiya hesab edir ki, təsərrüfatbaşına kitabda X3 təsərrüfat başçısı kimi qeyd edilməsi özlüyündə mübahisəli torpaq sahəsinin onun mülkiyyətinə verilməsini təsdiq edən hüquqmüəyyənedici sənəd sayıla bilməz. Iş materialları ilə onun 1980-ci ildən Bakı şəhərində qeydiyyatda olmaqla yaşadığı, Digah kəndində yerləşən ailə təsərrüfatı və həmin həyətyanı torpaq sahəsi ilə faktiki istifadə əlaqəsinin olmadığı müəyyən olunur. Bu baxımdan yalnız təsərrüfatbaşına kitabdakı uçot xarakterli qeyd əsasında X3 mübahisəli torpaq sahəsinə dair mülkiyyət hüququnun yarandığı nəticəsinə gəlmək qanuni və əsaslı sayıla bilməz. Mübahisələndirilən şəhadətnamədə 0,21 ha həyətyanı torpaq sahəsinin X3 mülkiyyətinə verilməsinin hüquqi əsası kimi Quba Rayon Aqrar Islahat Komissiyasının ## ### 1997-ci il tarixli, ** saylı qərarına istinad edilmişdir. Buna görə də şəhadətnamənin qanuniliyi onun formal mövcudluğu ilə deyil, həmin qərarın məzmununda X3 Digah kəndində 0,21 ha həyətyanı torpaq sahəsinin verilməsi barədə səlahiyyətli orqanın aydın, konkret və mötəbər iradə ifadəsinin olub-olmaması ilə müəyyən edilməlidir. Kollegiya qeyd edir ki, şəhadətnamənin tərtib olunması özlüyündə torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranması üçün kifayət etmir. Belə sənəd yalnız o halda hüquqi əhəmiyyət kəsb edir ki, onun əsasında səlahiyyətli orqanın konkret şəxsə konkret torpaq sahəsinin verilməsi barədə qanuni qərarı, yaxud həmin hüququ təsdiq edən digər ilkin rəsmi sənədlər mövcud olsun. Hazırkı iş üzrə aparılmış arxiv araşdırmaları isə belə bir ilkin hüquqi əsasın mövcudluğunu təsdiq etmir. Azərbaycan Respublikası X6 filialının cavablarından görünür ki, filialda mühafizə olunan Quba Rayon Aqrar Islahat Komissiyasının ## ### 1997-ci il tarixli, ** saylı iclas protokolunda X3 Quba rayonu, Digah kəndində 0,21 ha torpaq sahəsinin mülkiyyətə verilməsi barədə hər hansı məlumat yoxdur. Arxiv orqanı həmin protokola hər hansı əlavə sənədin qoşulmadığını da bildirmişdir. Məhkəməyə təqdim edilmiş protokolun məzmunundan da görünür ki, həmin sənəd müxtəlif sovxozlar, kəndli-fermer təsərrüfatları və ayrı-ayrı yaşayış məntəqələri üzrə məsələlərin müzakirəsini əhatə etsə də, X3 Digah kəndində 0,21 ha həyətyanı torpaq sahəsinin ayrılması barədə ayrıca qərar, təsdiq edilmiş adlı siyahı və ya həmin məzmunda digər rəsmi sənəd protokolda əksini tapmamışdır. Apellyasiya şikayətində üçüncü şəxs “xxxx” MMC tərəfindən təqdim edilmiş cədvəllərə istinad edərək, həmin sənədlərdə X3 adına 0,21 ha torpaq sahəsinin göstərildiyini bildirmişdir. Məhkəmə kollegiyası həmin dəlili iş materiallarında olan digər sübutlarla, xüsusilə Azərbaycan Respublikası X6 filialının cavabları, Quba Rayon Aqrar Islahat Komissiyasının ## ### 1997-ci il tarixli, ** saylı iclas protokolunun məzmunu, habelə təqdim edilmiş cədvəllərin forma və məzmun xüsusiyyətləri ilə birlikdə qiymətləndirərək hesab edir ki, həmin sənədlər mübahisəli şəhadətnamənin qanuni əsasını təsdiq edən mötəbər hüquqmüəyyənedici sənəd kimi qəbul edilə bilməz. Iş materiallarından görünür ki, JN-399FA seriyalı KOD ******** saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə 0,21 ha torpaq sahəsinin X3 mülkiyyətinə verilməsinin əsası kimi Quba Rayon Aqrar Islahat Komissiyasının ## ### 1997-ci il tarixli, ** saylı qərarı göstərilmişdir. Buna görə də şəhadətnamənin qanuniliyinin qiymətləndirilməsi üçün həlledici məsələ təqdim edilmiş cədvəllərdə hər hansı adın göstərilməsi deyil, məhz həmin qərarın özündə və qərara aid rəsmi sənədlərdə X3 Quba rayonu, Digah kəndində 0,21 ha həyətyanı torpaq sahəsinin verilməsi barədə səlahiyyətli orqanın aydın, konkret və mötəbər iradəsinin olub-olmamasıdır. Lakin Azərbaycan Respublikası X6 filialının cavablarında Quba Rayon Aqrar Islahat Komissiyasının ## ### 1997-ci il tarixli, ** saylı iclas protokolunda X3 və onun ailəsi barədə hər hansı məsələnin müzakirə edilmədiyi, Digah kəndində onun adına 0,21 ha torpaq sahəsinin mülkiyyətə verilməsi barədə məlumatın olmadığı və həmin protokola hər hansı əlavə sənədin qoşulmadığı bildirilmişdir. X6 filialı tərəfindən məhkəməyə təqdim edilmiş protokolun məzmunundan da görünür ki, həmin protokol ayrı-ayrı sovxozlar, təsərrüfatlar və aqrar islahat komissiyalarının qərarlarının təsdiqi ilə bağlı məsələləri əhatə edir. Lakin vətəndaşların adlı siyahısı, o cümlədən X3 0,21 ha həyətyanı torpaq sahəsinin ayrılması barədə ayrıca əlavə həmin protokolda əksini tapmır. Kollegiya təqdim edilmiş cədvəllərin tərtibatını müqayisəli qaydada da nəzərə alır. Iş materiallarında olan sənədlərdən biri “* saylı əlavə” kimi tərtib edilmiş, Quba rayonunun Digah kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl formasında təqdim olunmuşdur (i.v 193). Həmin sənəddə 399-cu sıra üzrə X3 adı və 0,21 ha torpaq sahəsi göstərilmişdir. Digər çıxarışda isə eyni sıra üzrə şəxsin adı fərqli formada - “X5” kimi əks olunmuşdur. Sonda isə verilmə tarixi əks olunmamışdır (i.v194). Beləliklə, təqdim edilmiş sənədlər eyni hüquqi əsasa aid olduqları iddia edilsə də, şəxsin eyniləşdirilməsi və sənədlərin məzmun uyğunluğu baxımından birmənalı deyil. Bu uyğunsuzluq həmin cədvəllərin mübahisəli şəhadətnamənin hüquqi əsasını dəqiq və etibarlı şəkildə təsdiq edən sənəd kimi qəbul edilməsinə mane olur. Bundan başqa, “* saylı əlavə” kimi təqdim edilmiş sənəddə təsdiq qeydləri və möhürlər mövcud olsa da, həmin sənədin məhz Quba Rayon Aqrar Islahat Komissiyasının ## ### 1997-ci il tarixli, ** saylı iclas protokoluna əlavə kimi qəbul edildiyi və həmin protokolla birlikdə təsdiq olunduğu iş materialları ilə müəyyən edilmir. Möhür və imza rekvizitlərinin mövcudluğu sənədin ümumən rəsmiləşdirildiyini göstərə bilər, lakin bu hal özlüyündə həmin cədvəlin mübahisəli şəhadətnamədə istinad olunan konkret qərarın rəsmi əlavəsi olduğunu sübut etmir. Xüsusilə arxiv orqanının həmin protokola heç bir əlavə sənədin qoşulmadığını bildirməsi şəraitində həmin cədvəlin qərara əsaslanan torpaqayırma sənədi kimi qəbul edilməsi üçün yetərli hüquqi əsas yoxdur. Kollegiya qeyd edir ki, siyahı və ya cədvəl yalnız o halda hüquqi əhəmiyyət daşıya bilər ki, onun hansı qərara əsasən tərtib edildiyi, həmin qərarla əlaqəsi, səlahiyyətli orqan tərəfindən təsdiq edilməsi, hüquqi təyinatı və konkret torpaq sahəsinin konkret şəxsə verilməsi barədə inzibati iradəni ifadə etməsi aydın şəkildə müəyyən olunsun. Hazırkı işdə isə təqdim edilmiş cədvəllərin Quba Rayon Aqrar Islahat Komissiyasının ## ### 1997-ci il tarixli, ** saylı qərarına aid rəsmi əlavə kimi arxivdə saxlanılması təsdiq edilmir, həmin qərarla birlikdə təsdiq edilməsi müəyyən olunmur və onların mübahisəli şəhadətnamənin verilməsi üçün ilkin hüquqi əsas kimi çıxış etməsi iş materialları ilə sübuta yetirilmir. Təqdim edilmiş cədvəllərdə hər hansı şəxsin adının və 0,21 ha torpaq sahəsinin göstərilməsi özlüyündə səlahiyyətli inzibati orqanın həmin şəxsə konkret torpaq sahəsinin mülkiyyətə verilməsi barədə qərar qəbul etməsini təsdiq etmir. Torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranması üçün əsas olan sənəd ümumi siyahı və ya uçot xarakterli məlumat deyil, səlahiyyətli orqanın konkret şəxsə konkret torpaq sahəsinin ayrılmasını ifadə edən qanuni və mötəbər qərarı olmalıdır. Kollegiya həmçinin nəzərə alır ki, “xxxx” MMC-nin cavabında Mərkəzin arxivində Quba Rayon Aqrar Islahat Komissiyasının ## ### 1997-ci il tarixli, ** saylı qərarının aşkar edilmədiyi, yalnız Digah kəndi üzrə həyətyanı torpaq sahələrinə dair subyektlərin siyahısından çıxarış təqdim edildiyi bildirilmişdir. Bu hal da təqdim edilmiş cədvəllərin həmin qərara rəsmi əlavə kimi təsdiq edilməsinin iş materialları ilə müəyyən olunmadığını göstərir. Sübutların qiymətləndirilməsi zamanı sənədin yalnız mövcudluğuna deyil, onun mənşəyinə, tərtib edildiyi mənbəyə, rəsmiləşdirilmə qaydasına, hüquqi təyinatına, səlahiyyətli qərarla əlaqəsinə və digər sübutlarla uyğunluğuna qiymət verilməlidir. Hazırkı işdə arxiv orqanının cavabları ilə Quba Rayon Aqrar Islahat Komissiyasının ## ### 1997-ci il tarixli, ** saylı protokoluna hər hansı əlavə sənədin qoşulmadığı təsdiq edildiyi halda, kadastr orqanının arxivindən təqdim edilmiş cədvəllər müstəqil hüquqmüəyyənedici sənəd kimi qəbul oluna bilməz. Bundan başqa, X6 filialının ## ##### 2021-ci il tarixli arxiv çıxarışından görünür ki, mübahisəli daşınmaz əmlakla bağlı təsərrüfatbaşına kitab məlumatlarında əvvəlcə Bəy Mirzəxanov, onun vəfatından sonra isə təsərrüfat başçısı kimi X9 göstərilmişdir. Bu məlumatlar mübahisəli ev və həyətyanı torpaq sahəsinin tarixən həmin ailə təsərrüfatı ilə bağlı olduğunu təsdiq etsə də, X3 adına şəhadətnamənin verilməsi üçün ayrıca və mötəbər torpaqayırma qərarının mövcudluğunu təsdiq etmir. Bu baxımdan kollegiya belə nəticəyə gəlir ki, üçüncü şəxsin istinad etdiyi cədvəllər mübahisəli torpaq sahəsinin X3 mülkiyyətinə verilməsini təsdiq edən ilkin və mötəbər hüquqi əsas kimi qiymətləndirilə bilməz. Həmin cədvəllərin mübahisəli şəhadətnamədə istinad olunan qərarla hüquqi bağlılığı, həmin qərarın verilməsi zamanı təsdiq edilmiş rəsmi sənəd olması və X3 0,21 ha torpaq sahəsinin ayrılması barədə səlahiyyətli orqanın iradəsini ifadə etməsi iş materialları ilə təsdiq olunmadığından, apellyasiya şikayətinin bu dəlili əsaslı hesab edilmir. Kollegiya qeyd edir ki, “xxxx” MMC-nin ## ##### 2025-ci il tarixli məktubunda Mərkəzin arxivində saxlanılan Quba rayonu, Digah kəndi üzrə həyətyanı torpaq sahələrinə dair subyektlərin siyahısında İddiaçı adının aşkar edilmədiyi bildirisə də, bu hal iddiaçının tələbini təkzib edən dəlil kimi qiymətləndirilə bilməz. Çünki iddiaçı torpaq sahəsinin birbaşa öz adına aqrar islahat qərarı ilə ayrıldığını deyil, həmin ev və həyətyanı sahənin əvvəlcə babasının, daha sonra atasının təsərrüfatı və istifadəsi ilə bağlı olduğunu, atasının övladı kimi həmin əmlakla bağlı hüquqi marağa malik olduğunu bildirir. Buna görə də iddiaçının adının həmin siyahıda olmaması X3 adına verilmiş şəhadətnamənin qanuniliyini təsdiq edən hal sayıla bilməz. Apellyasiya şikayətində Quba Rayon Aqrar Islahat Komissiyasının ## ### 1997-ci il tarixli, ** saylı qərarının qüvvədə olması və həmin qərar ləğv edilmədən şəhadətnamənin etibarsız hesab edilə bilməməsi də göstərilmişdir. Kollegiya bu dəlili əsaslı hesab etmir. Belə ki, hazırkı mübahisə həmin qərarın ümumi məzmununun ləğvi ilə bağlı deyil. Mübahisə həmin qərara istinad edilməklə konkret şəxs X3 adına şəhadətnamə tərtib edilməsinin qanuniliyi barədədir. Iş materialları ilə isə göstərilən qərarın X3 münasibətdə 0,21 ha torpaq sahəsinin ayrılmasını ehtiva etdiyi təsdiq olunmamışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin Quba Rayon Aqrar Islahat Komissiyasının ## ### 1997-ci il tarixli, ** saylı protokolunun özünü etibarsız hesab etmədən, həmin protokolda əksini tapmayan və arxiv sənədləri ilə təsdiq olunmayan istinada əsasən verilmiş JN-399F KOD ******** saylı şəhadətnamənin etibarsız hesab edilməsi öhdəliyini cavabdehin üzərinə qoyması düzgün hüquqi yanaşma olmuşdur. Apellyasiya şikayətində iddia müddətinin ötürülməsi barədə göstərilən dəlil əsaslı hesab edilə bilməz. Belə ki, mübahisəli şəhadətnamə iddiaçıya ünvanlanmış və ona rəsmi qaydada təqdim edilmiş inzibati akt olmamışdır. Həmin sənədin iddiaçının qanunla qorunan maraqları ilə ziddiyyət təşkil etməsi sonradan, onun əsasında mübahisəli əmlak barədə vərəsəlik, dövlət qeydiyyatı və alqı-satqı ilə bağlı hüquqi nəticələr yarandıqdan sonra müəyyən olmuşdur. Iddiaçı da bundan sonra hüquqlarının müdafiəsi məqsədilə ardıcıl qaydada müvafiq məhkəmələrə müraciət etmişdir. Üçüncü şəxsin əvvəlki mülki məhkəmə icraatında müdafiə hüququnun pozulmasına dair dəlilləri də hazırkı qərarın ləğvi üçün əsas kimi qəbul edilə bilməz. Belə ki, hazırkı inzibati mübahisə əvvəlki mülki iş üzrə qətnamənin nəticəsinə formal istinad edilməklə həll olunmamış, birinci instansiya məhkəməsi tərəfindən arxiv sənədləri, kadastr cavabları, təsərrüfatbaşına kitab məlumatları və tərəflərin izahatları müstəqil qaydada araşdırılmışdır. Üçüncü şəxs hazırkı inzibati icraatda iştirak etmiş, apellyasiya şikayəti vermiş və öz dəlillərini təqdim etmək imkanına malik olmuşdur. Apellyasiya şikayətində yaşayış evinin arxiv sənədlərində 40 kv.m, sonrakı reyestr sənədlərində isə 127,6 kv.m və ya 127,7 kv.m göstərilməsi barədə dəlilləri də mübahisəli şəhadətnamənin qanuniliyini təsdiq edən hal kimi qiymətləndirilə bilməz. Çünki hazırkı mübahisənin predmeti yaşayış evinin sonrakı texniki göstəriciləri deyil, 0,21 ha həyətyanı torpaq sahəsinin X3 adına hansı hüquqi əsasla rəsmiləşdirilməsidir. Tikilinin sahəsində sonradan dəyişiklik olması və ya texniki inventar göstəricilərində fərqlərin mövcudluğu 1997-ci il tarixli qərarda və ona aid rəsmi sənədlərdə torpaq sahəsinin Afət Mirzəxanovun adına ayrılması barədə sübutun olmamasını aradan qaldırmır. Kollegiya hesab edir ki, mübahisəli şəhadətnaməyə əsasən sonradan vərəsəlik şəhadətnaməsinin verilməsi, reyestrdə qeydiyyat aparılması və əmlakın alqı-satqı müqaviləsi üzrə özgəninkiləşdirilməsi həmin şəhadətnamənin verilməsi üçün ilkin qanuni əsasın mövcud olması nəticəsini yaratmır. Sonrakı hüquqi hərəkətlər ilkin sənəddə göstərilən hüquqi əsasın mötəbərliyindən asılıdır. Hazırkı işdə isə Quba Rayon Aqrar Islahat Komissiyasının ## ### 1997-ci il tarixli, ** saylı qərarında X3 mübahisəli torpaq sahəsinin verilməsi təsdiq olunmadığından, həmin qərara istinadla verilmiş şəhadətnamənin qanuniliyi sonradan tərtib edilmiş vərəsəlik, reyestr və alqı-satqı sənədləri ilə əsaslandırıla bilməz. Kollegiya qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlər hüququn yaranmasını, mövcudluğunu və əldə edilməsini aydın və birmənalı şəkildə təsdiq etməlidir. Hüququn yaranmasına əsas kimi göstərilən sənəd həmin hüququ təsdiq etmədikdə və ya sənədin məzmunundan şəxsin həmin əmlak üzərində hüquq əldə etməsi müəyyən olunmadıqda, belə sənəd daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün yetərli əsas sayıla bilməz. Hazırkı işdə X3 adına şəhadətnamənin verilməsinə əsas kimi göstərilən qərar onun adına torpaq ayrılmasını təsdiq etmədiyindən, həmin sənədin hüquqi əsas kimi qəbul edilməsi qanunun göstərilən tələblərinə uyğun olmamışdır. Kollegiya onu da qeyd edir ki, etimadın qorunması ilə bağlı dəlillər də hazırkı halda tətbiq edilə bilməz. Belə ki, etimad yalnız qanuni əsaslara söykənən inzibati fəaliyyət nəticəsində yaranmış hüquqi vəziyyətə münasibətdə müdafiə oluna bilər. Rəsmi arxivdə mövcudluğu təsdiq olunmayan, aidiyyəti qərarla hüquqi bağlılığı müəyyən edilməyən və digər sübutlarla uzlaşmayan siyahıya istinad edilməklə, mübahisəli torpaq sahəsi ilə faktiki və hüquqi bağlılığı sübuta yetirilməyən şəxsin adına şəhadətnamə rəsmiləşdirilməsi qanuni etimad yaradan hal kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, Quba Rayon Aqrar Islahat Komissiyasının ## ### 1997-ci il tarixli, ** saylı protokolunu, həmin protokola əlavə sənədin olubolmamasını, kadastr orqanı tərəfindən təqdim edilmiş siyahı barədə məlumatların sübut əhəmiyyətini, təsərrüfatbaşına kitab məlumatlarını və iddiaçının hüquqi marağını düzgün qiymətləndirmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas vermir. Nəticə etibarilə, mərhum X3 adına verilmiş Quba rayonu, Digah kəndində yerləşən 0,21 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-399F KOD ******** saylı şəhadətnamənin hüquqi əsası mötəbər sübutlarla təsdiqlənmədiyindən, həmin şəhadətnamənin etibarsız hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTICƏVI HISSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar