Məhkəmə qərarları › İş №2-1(3-8)-725/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-725/2026

09.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-725/2026 09.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, Iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili və nümayəndəsi Vəkil, cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Idarəsinin nümayəndəsi X1 iştirakları ilə, Iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” qərarın ləğvi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq kollegiya aşağıdakı qərarı qəbul etdi. Işin halları: Iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Idarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək cavabdehin iddiaçı barəsində qəbul etdiyi ## #### 2025-ci il tarixli, *-**-*-**/******/**** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat: Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı (alıcı) və “xxxx” MMC (əvvəlki adı “xxxx” MMC) (satıcı) arasında ## ###### 2022-ci il tarixdə **/** saylı alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən imzalanılmış təhvil-təslim aktına əsasən ƏDVsiz dəyəri 353.667 manat olan müxtəlif təyinatlı mallar alıcıya təqdim edilmişdir. Malların təqdim edilməsinə dair satıcı tərəfindən elektron qaimə-fakturalar tərtib edilmiş, alıcı tərəfindən təsdiq edilmiş və dəyəri ödənilmişdir. Təqdim edilmiş sənədlərdən göründüyü kimi, müəssisə tərəfindən alqı-satqı əməliyyatları aparılarkən, sonradan riskli hesab edilmiş həmin müəssisə riskli vergi ödəyiciləri siyahısında olmamışdır. “xxxx” MMC-nin malların alq-satqı əməliyyatları aparılarkən qarşı tərəflərin alınmış malların qarşı tərəflər tərəfindən elektron qaimə faktura və ya idxal əməliyyatları nətiəsində əldə edib-etməməsini müəyyənləşdirmək imkanı mövcud olmamış, elektron qaimə fakturalar yazılarkən və ƏDV depozit hesabı vasitəsi ilə ödənişlər aparılarkən sistemdə həmin vergi ödəyicilərinin riskli hesab olunması ilə bağlı heç bir xəbərdarlıq çıxmamışdır. Cavabdeh iddiaçıya təqdim etdiyi uyğunsuzluq məktubunda əməliyyatların riskli hesab olunmasını istinad etməklə həmin iş və xidmətləri şübhə altına almış və aparılmış əməliyyatların tam dəyərini nəzərə almamışdır. Halbuki, aparılan əməliyyatlar tam şəkildə qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilmişdir. Tərəflər arasında iş, xidmət müqavilələri bağlanmış və təhviltəslim aktları əsasında işlər görülmüş, sifarişçi tərəfindən podratçıya elektron qaiməfaktura təqdim olunmuşdur. Sonradan həmin vergi ödəyicisi vergi orqanı tərəfindən riskli vergi ödəyicisi qrupuna salınmış və iddiaçı ilə həmin şəxs arasında aparılan əməliyyatlar əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək əvəzləşmələr nəzərə alınmamışdır. Əməliyyatın əmtəəsiz hesab olunması üçün operativ vergi nəzarəti və ya digər tədbirlərlə aparılan əməliyyatın mal (iş, xidmət) mövcud olmadan baş verdiyinə dair sübutlar olmalıdır. Belə ki, hazırkı işdə olduğu kimi, malın satıcısının idxalında və e-qaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına münasibətdə VM-in 109.9-cu maddəsinin tətbiqinə əsas verməməlidir. Sözügedən normanın malın alıcısına münasibətdə tətbiqi üçün vergi orqanı tərəfindən aparılan inzibati icraat zamanı malların faktiki olaraq təqdim edilib-edilməməsi halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Başqa sözlə, vergi orqanı tərəfindən vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması ilə bağlı bütün hallar əlavə araşdırma aparılmadan əmtəəsiz əməliyyat kimi əlavə vergi öhdəliklərinin yaradılmasına əsas olmamalıdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri: Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd olunmuşdur ki, iddiaçı tərəfindən 2023-cü ildə elektron qaimə əsasında mal, iş-xidmət əldə edilən vergi ödəyicisi “xxxx” MMC-nin fəaliyyəti üzrə aparılmış vergi nəzarəti tədbirləri zamanı təqdim olunmuş e-qaimələrdə əmtəəsiz əməliyyatlar aparılması aşkar edilmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## #### 2020-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.2-ci yarımbəndi üzrə risk meyarları müəyyən edilərək ## ###### 2024-cü il tarxili, *-**-*-*/*- *****/**** nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərar qəbul edilmişdir. 2023-cü ilin fevral-mart ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrində əvəzləşmə üçün təqdim edilmiş EBDB seriyalı, ****** nömrəli, EBDB seriyalı, ****** nömrəli, EBDB seriyalı, ****** nömrəli, EBDB seriyalı, ****** nömrəli və EBCO seriyalı, ****** nömrəli elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan 2024-cü ilin iyul ayı ƏDV bəyannaməsinin “Dəqiqləşdirilən” bölməsinin 324-cü “Əvəzləşdirilən əməliyyatların azaldımasına görə ƏDV-nin bərpa edilən məbləği” sətri üzrə 63.660,06 manat kameral vergi məbləğinin hesablanması qanunamüvafiq hesab edilmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: ## ###### 2023-cü il tarixli, **/** nömrəli “Alqı-satqı müqaviləsi”ndən görünür ki, satıcı “xxxx” MMC satır, alıcı “xxxx” MMC isə həmin müqavilə üzrə istədiyi müxtəlif məhsulları nağd və ya elektron qaimə-faktura əsasında ödəniş edərək alır. Həmin müqavilə ## ###### 2023-cü il tarixədək etibarlıdır. ## ###### 2023-cü il tarixli, **/** nömrəli “Alqı-satqı müqaviləsi”nə qiymət razılaşması protokoluna dair ## ###### 2023-cü il tarixli, * nömrəli əlavə. ## ###### 2023-cü il tarixli “Təhvil-təslim aktı”ndan görünür ki, satıcı “xxxx” MMC və alıcı “xxxx” MMC-nin ## ###### 2023-cü il tarixli, **/** nömrəli alqı-satqı müqaviləsinin predmeti olan malı (elektronika malları) satıcı təhvil vermiş, alıcı isə qəbul etmişdir. ## ###### 2023-cü il tarixli, EBCO seriyalı, ****** nömrəli “E-qaimə faktura”da malın ümumi dəyəri 112.000 manat, malın əlavə dəyər vergisi (ƏDV) 20.160 manat, ödənilmiş ümumi dəyəri 112.000 manat, ödənilmiş ƏDV 20.160 manat məbləğində göstərilmişdir. ## #### 2023-cü il tarixli, EBDB seriyalı, 723832, 721604, 723128, ****** nömrəli cəmi 43.500,06 manat məbləğində dair “E-qaimə fakturalar”. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Əldə edilmiş riskli elektron-qaimə fakturalar barədə” xəbərdarlıqdan görünür ki, “xxxx” MMC (1308097401) ## ###### 2024-cü il tarixli, **************** nömrəli qərara əsasən riskli vergi ödəyicisi hesab edildiyindən, həmin vergi ödəyicisindən əldə etdiyi (## #### 2023-cü il tarixli, EBDB seriyalı, 723832, 721604, 723128, ****** nömrəli) elektron qaiməfakturalar əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər hesab olunduğundan, Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra – “VM”) 175.11-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” ## #### 2025-ci il tarixli, *-**-***/*- *****/**** nömrəli qərarından görünür ki, “xxxx” MMC-nin iyul 2024cü il hesabat dövrü üzrə əlavə dəyər vergisi təqdim edilmiş bəyannamə üzrə hesablanmış vergi və ya sığorta haqqı 0 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı (kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi məbləği və ya sığorta haqqı) 63.660,06 manat məbləğində müəyyən edilmişdir. *-**-*-**/*-*****/**** nömrəli “Ödəyiciyə göndərilən uyğunsuzluq məktubu”ndan görünür ki, müvafiq dövr üzrə təqdim olunmuş sonuncu bəyannaməyə kameral vergi yoxlaması nəticəsində əlavə vergi məbləğinin hesablanması, ödəmə tarixinədək az ödənilmiş vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqlarının qalığını ödəməli olduğu bildirilmişdir. Cavabdeh “xxxx” MMC-yə dair çıxarışdan görünür ki, həmin MMC ## ######## 2022-ci il tarixdə qeydiyyata alınmışdır. ## ######## 2024-cü il tarixli, *-**-*-**/*-C-***-**/**** nömrəli “Kameral vergi yoxlaması haqqında” “xxxx” MMC-yə göndərilmiş məktubdan görünür ki, 2023-cü ildə elektron qaimə əsasında mal, iş-xidmət əldə etdiyi vergi ödəyicisi “xxxx” MMC-nin (VÖEN: 1308097401) fəaliyyəti üzrə aparılmış vergi nəzarəti tədbirləri zamanı təqdim olunmuş eqaimələrdə əmtəəsiz əməliyyatlar aparılması aşkar edilmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.2-ci yarımbəndi üzrə risk meyarları müəyyən edilərək “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar qəbul edilmişdir. Qeyd olunanlara əsaslanaraq, tərəfindən 2023-cü ilin fevral-mart ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrində əvəzləşmə üçün təqdim edilmiş EBDB seriyalı, ****** nömrəli, EBDB seriyalı, ****** nömrəli, EBDB seriyalı, ****** nömrəli, EBDB seriyalı, ****** nömrəli və EBCO seriyalı, ****** nömrəli elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan 2024-cü ilin iyul ayı ƏDV bəyannaməsinin “Dəqiqləşdirilən” bölməsinin 324-cü“ Əvəzləşdirilən əməliyyatların azaldımasına görə ƏDVnin bərpa edilən məbləği” sətri üzrə 63.660,06 manat kameral vergi məbləğinin hesablanması qanunamüvafiq hesab edilmişdir. ## ###### 2024-cü il tarixli, *-**-*-**/*-****/**** nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” “xxxx” MMC-yə göndərilmiş məktub. Cavabdeh ## ### 2025-ci il tarixli, *-**-*-**/*-C-*****/**** nömrəli “xxxx” MMC-yə göndərilmiş məktubundan görünür ki, tərəfindən 2023-cü ildə elektron qaimə əsasında 361.839 manat (ƏDV-siz) dəyərində xidmət göstərildiyi, 353.667 manat dəyərində mal, işxidmət əldə edildiyi müəyyən edilmişdir. Lakin mal, iş və xidmətlər yuxarıda qeyd edilən riskli vergi ödəyicisindən əldə edildiyindən VM-in 109.9-cu maddəsinə əsasən gəlirdən çıxılan xərclər hesab edilmir. ## ##### 2025-ci il tarixdə tərəfindən təqdim edimiş vergi bəyannaməsində 353.667 manat məbləğ gəlirlərin əldə edilməsilə bağlı xərc kimi bəyan edilmişdir. Qeyd olunanlara əsaslanaraq, 2023-cü il üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı qərarına əsasən şərti rentabellik norması tətbiq edilməklə gəlirlər üzrə (361.839 – 361.839 / 1,20 )*20% = 12.061,30 manat – 1.153,50 = 10.907,80 manat əlavə vergi məbləğinin hesablanması qanunamüvafiq hesab edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Cavabdeh “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” ## #### 2025-ci il tarixli, *-**-*-**/*-*****/**** nömrəli qərarı ləğv edilmişdir. (hakim Könül Həbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə “xxxx” MMC arasında həyata keçirilmiş əməliyyatlar, sonuncunun riskli vergi ödəyicisi kimi hesab edildiyi ## ###### 2024-cü il tarixdən əvvəl baş tutmuşdur (cavabdehin istinad etdiyi elektron qaimələrin tarixləri ## ###### 2023-cü il – ## #### 2023-cü il tarixlərə təsadüf edir). Bu hal bir daha göstərir ki, iddiaçı əməliyyatların həyata keçirildiyi zaman qarşı tərəfin vergi orqanı tərəfindən riskli vergi ödəyicisi kimi qiymətləndiriləcəyindən xəbərdar ola bilməzdi. Cavabdeh orqan qeyd edilən alqı-satqı üzrə əməliyyatların əmtəəsiz olduğunun aşkar edilməsini bildirsə də, buna dair iddiaçıya münasibətdə hər hansı sübut təqdim etməmiş, yalnız “xxxx” MMC-nin riskli vergi ödəyicisi olduğuna əsaslanmış, nəticədə eqaimələrdə əks olunmuş əməliyyatların həqiqətən əmtəəsiz olması öz təsdiqini tapmamışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsinin qərarda göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. Belə ki, cavabdeh tərəfindən təqdim edilmiş sənədlər araşdırılmadan və həmin sənədlər əsaslandırılmadan rədd edilmişdir. Nəticədə, birinci instansiya məhkəməsinin qərarında göstərilmiş nəticələri işin həqiqi hallarına uyğun gəlməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Vergilər Məcəlləsi: Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları 3.2. Vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 13.2.81. əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar; 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; 16.1.3. Vergi ödəyicisinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vəzifəsi vardır; 16.1.6. Vergi ödəyicisi bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan kağız və elektron daşıyıcılarda olan məlumatları və sənədləri təqdim etməlidir; 16.1.7. Vergi ödəyicisi qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat uçotu sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etməlidir; 23.1.1. Vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququ vardır; 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər; 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar; 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir; 37.2. Kameral vergi yoxlaması bu maddədə müəyyən edilmiş müddətlərdə keçirilir və həmin müddət başa çatdıqdan sonra müvafiq bəyannamə, arayış və ya xaricdən əldə olunan məlumatlar üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz; 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir; 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması aşkar edildikdə, vergi ödəyicisinə müvafiq formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair qərar göndərilir; 109.9. Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir; 175.11. Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## #### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1-ci bəndinə əsasən, həmin meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Həmin Meyarların 2.1.2-ci yarımbəndinə əsasən, qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş elektron qaimə-faktura, malların alış aktı və yük gömrük bəyannamələri əsasında əldə edilməyən malları təqdim edən şəxs riskli vergi ödəyicisi hesab olunur. Həmin Meyarların 2.1.3-cü yarımbəndinə əsasən, Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyatlar aparan şəxs riskli vergi ödəyicisi hesab olunur. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, həmçinin, prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə tərəflər arasında yaranmış mübahisə cavabdeh tərəfindən iddiaçı barəsində 2024-cü ilin iyul ayı ƏDV hesabat dövrü üzrə aparılmış kameral vergi yoxlaması nəticəsində qəbul edilmiş “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” ## #### 2025-ci il tarixli, *-**-*-**/*-*****/**** nömrəli qərarın qanuniliyi ilə bağlıdır. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmiş, Cavabdeh qeyd edilən qərarı ləğv edilmişdir. Kollegiya hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası iş materiallarına əlavə edilmiş sənədlər əsasında müəyyən edir ki, iddiaçı ilə “xxxx” MMC (əvvəlki adı “xxxx” MMC) arasında ## ###### 2023-cü il tarixli, **/** nömrəli alqı-satqı müqaviləsi bağlanılmış, müxtəlif məhsulların alqı-satqısına dair öhdəliklər müəyyən edilmiş, qiymət razılaşması protokolu və malların təhvil-təslim aktı tərtib olunmuşdur. ## ###### 2023-cü il tarixli EBCO seriyalı, ****** nömrəli elektron qaimə-fakturada malın ümumi dəyəri 112.000 manat, ƏDV məbləği 20.160 manat göstərilmiş, həmçinin ## #### 2023-cü il tarixli EBDB seriyalı, 723832, 721604, 723128 və ****** nömrəli elektron qaimə-fakturalar üzrə ümumilikdə 43.500,06 manat məbləğində əməliyyatlar rəsmiləşdirilmişdir. Bundan əlavə, “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” ## #### 2025-ci il tarixli, *-**-*-**/*-*****/**** nömrəli qərardan görünür ki, iyul 2024-cü il hesabat dövrü üzrə iddiaçıya münasibətdə kameral yoxlama nəticəsində 63.660,06 manat əlavə vergi məbləği hesablanmışdır. Qeyd edilən qərar ilə hesablanmış əlavə vergi məbləğinin əsası ondan ibarətdir ki, alqı-satqı müqaviləsinin digər tərəfi olan “xxxx” MMC sonradan riskli vergi ödəyicisi hesab edilmiş, bu səbəbdən 2023-cü ilin fevral-mart ayları üzrə təqdim edilmiş elektron qaiməfakturalar üzrə aparılan əməliyyatlar da riskli hesab olunmuşdur. Beləliklə, kollegiya hesab edir ki, hazırkı iş üzrə mübahisələndirilən qərarın çıxarılmasına səbəb iddiaçının riskli vergi ödəyicisi ilə əmtəəsiz əməliyyatların aparılması barədə cavabdehin gəldiyi qənaət olmuşdur. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqinin tapması zəruridir. Belə ki, malın satıcısının idxalında və e-qaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni, vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına münasibətdə Vergi Məcəlləsinin 175.11-ci maddəsinin tətbiqinə əsas verməməlidir. Sözügedən normanın malın alıcısına münasibətdə tətbiqi üçün vergi orqanı tərəfindən aparılan inzibati icraat zamanı malların faktiki olaraq təqdim edilib-edilməməsi halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Başqa sözlə, vergi orqanı tərəfindən vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması ilə bağlı bütün hallar əlavə araşdırma aparılmadan əmtəəsiz əməliyyat kimi əlavə vergi öhdəliklərinin yaradılmasına əsas olmamalıdır. (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, xx.xx.2023-cü il tarixli 2- *(***)- ****/**** nömrəli xx.xx.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli, xx.xx.2024- cü il tarixli *- *(***)-**/**** nömrəli xx.xx.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarları) VM-in 13.2.81-ci maddəsinə əsasən vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar əmtəəsiz əməliyyat hesab olunur. Əmtəəsiz əməliyyatın iştirakçısı olan hər iki vergi ödəyicisi bu cür pərdələnmiş əməliyyatın baş tutmasında təqsirlidir və bu haldan irəli gələn hüquqi nəticələrə tabedirlər. Lakin xüsusilə vurğulanmalıdır ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqinin tapması zəruridir. Nəzərə alınmalıdır ki, bu cür hallarda sübutetmə yükü IPM-in 14.1-ci maddəsinə əsasən cavabdeh inzibati orqanının üzərindədir. Belə ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Həmçinin, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Məhkəmə kollegiyası hazırkı iş üzrə nəzərə alır ki, cavabdeh orqanın istinad etdiyi hal ondan ibarətdir ki, iddiaçı ilə bağlanılmış alqı-satqı müqaviləsi üzrə satıcı olan “xxxx” MMC-nin fəaliyyəti üzrə vergi nəzarəti tədbirləri zamanı təqdim edilmiş elektron qaimələrdə əmtəəsiz əməliyyatlar aparılması aşkar edilmiş və həmin MMC ## ###### 2024-cü il tarixli qərarla riskli vergi ödəyicisi hesab olunmuşdur. Kollegiya onu da qeyd edir ki, iş materiallarına əlavə edilmiş sənədlərdən göründüyü kimi, iddiaçı ilə “xxxx” MMC arasında həyata keçirilmiş əməliyyatlar, sonuncunun riskli vergi ödəyicisi kimi hesab edildiyi ## ###### 2024-cü il tarixdən əvvəl baş tutmuşdur. Cavabdehin istinad etdiyi elektron qaimələrin tarixləri ## ###### 2023-cü il və ## #### 2023-cü il tarixlərə təsadüf edir. Kollegiyanın qənaətinə görə, bu hal iddiaçının əməliyyatların həyata keçirildiyi zaman qarşı tərəfin vergi orqanı tərəfindən riskli vergi ödəyicisi kimi qiymətləndiriləcəyindən xəbərdar ola bilmədiyini göstərir. Elektron qaimə-fakturaların tərtibi və ƏDV depozit hesabı vasitəsilə ödənişlərin aparılması zamanı sistemdə həmin vergi ödəyicisinin riskli hesab olunması ilə bağlı xəbərdarlığın olması da iş materialları ilə müəyyən edilmir. Cavabdeh orqan qeyd edilən alqı-satqı üzrə əməliyyatların əmtəəsiz olduğunun aşkar edilməsini bildirsə də, buna dair iddiaçıya münasibətdə hər hansı mötəbər sübut təqdim etməmiş, yalnız “xxxx” MMC-nin riskli vergi ödəyicisi hesab edilməsinə əsaslanmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında tərəflər arasında müqavilənin bağlanılması, qiymət razılaşması protokolunun tərtib edilməsi, malların təhvil-təslim aktı ilə qəbul edilməsi, elektron qaimə-fakturaların yazılması, həmin qaimələrin iddiaçı tərəfindən təsdiq edilməsi və əməliyyatlar üzrə ödənişlərin aparılması barədə sənədlər mövcuddur. Cavabdeh həmin sənədləri təkzib edən, malların faktiki təqdim edilmədiyini təsdiqləyən hər hansı yoxlama materialı və ya başqa mötəbər sübut təqdim etməmişdir. Bu baxımdan, kollegiya hesab edir ki, təkcə satıcı vergi ödəyicisinin sonradan riskli vergi ödəyicisi siyahısına daxil edilməsi, habelə satıcının alış və ya idxal sənədlərində eyni malların müəyyən edilməməsi iddiaçıya münasibətdə əməliyyatların əmtəəsiz hesab edilməsi və ƏDV məbləğinin əvəzləşdirilmədən çıxarılması üçün yetərli əsas sayıla bilməz. Yuxarıda göstərilənləri məhkəmə kollegiyası ümumiləşdirərək qeyd edir ki, cavabdeh tərəfindən mübahisələndirilən inzibati akt qəbul edilərkən işin faktiki halları tam və hərtərəfli araşdırılmamış, iddiaçı ilə “xxxx” MMC arasında rəsmiləşdirilmiş əməliyyatların faktiki olaraq baş vermədiyini təsdiq edən sübutlar təqdim edilməmişdir. Bu isə mübahisələndirilən qərarın qanuniliyini istisna edir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh vergi orqanının iddiaçı barəsində qəbul etdiyi qərar əsassız və qanunsuz olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, gəldiyi nəticə düzgün olmuşdur. Nəticə etibarilə, cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlilləri iş materialları əsasında təkzib olunmaqla, heç bir dəlilə əsaslanmamış, əsassız olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar