Məhkəmə qərarları › İş №2-1(3-8)-726/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-726/2026

13.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-726/2026 13.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndələri X2 və X3 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI

1. Iddiaçı İddiaçı ##.##.1963-cü il təvəllüdlüdür (AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsi).

2. Sumqayıt Kimya Texnologiya Texnikumu tərəfindən verilmiş ##.##.1989-cu il tarixli ****** nömrəli diploma əsasən iddiaçı 1985-ci ildə texnikuma daxil olmuş və 1989-cu ildə ona “texnik elektromexanik” ixtisası verilmişdir.

3. H3 seriyalı, ******* nömrəli hərbi biletə əsasən iddiaçı ##.##.1982-ci il tarixdən ##.##.1984-cü il tarixədək SSRI Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur.

4. Iddiaçıya məxsus ##.##.1984-cü il tarixli, ИТ-İ seriyalı, ******* nömrəli və ##.##.2008-ci il tarixli, ******* nömrəli əmək kitabçasının məlumatlarına əsasən o, ##.##.1984-cü il tarixdən ##.##.2013-cü il tarixədək xxxxnda (hazırkı “xxxx” MMC) işləmiş, həmin zavodda ödənişsiz məzuniyyətdə olduğu dövrdə ##.##.2008-ci il tarixdən ##.##.2011ci il tarixədək, ##.##.2011-ci il tarixdən ##.##.2012-ci il tarixədək, ##.##.2012-ci il tarixdən ##.##.2012-ci il tarixədək, ##.##.2012-ci il tarixdən ##.##.2017-ci il tarixədək, ##.##.2017-ci il tarixdən ##.##.2017-ci il tarixədək, ##.##.2018-ci il tarixdən ##.##.2019-cu il tarixədək müxtəlif idarə və müəssisələrdə işləmiş, ##.##.2019-cu il tarixdən hal-hazıradək “xxxx” MMCdə işləyir.

5. “xxxx” MMC-nin # ### 2024-cü il tarixli, ** nömrəli arayışına əsasən xxxxnun * saylı Şüşə Istehsalı sexində elektrik çilingəri işləyən İddiaçı ##.##.2000-ci il tarixdən ##.##.2000-ci il tarixədək, ##.##.2004-cü il tarixdən ##.##.2004-cü il tarixədək, ##.##.2007-ci il tarixdən ##.##.2007-ci il tarixədək, ##.##.2008-ci il tarixdən ##.##.2013-cü il tarixədək ödənişsiz məzuniyyətdə olmuşdur.

6. Iddiaçı ərizə ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək ona 60 yaşı tamam olduğu##.##.2023-cü il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir.

7. Cavabdeh ##.##.2024-cü il tarixli, *-**-*/*-E-*****/**** nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. Imtina onunla əsaslandırılmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi xxxx MMC-nin ##.##.2024-cü il tarixli, ** nömrəli arayışında onun ##.##.1988–##.##.2013-cü il tarixləri arasındakı dövr ərzində həmin müəssisənin əsas istehsalı olan isti iş sahəsini əhatə edən * saylı Şüşə istehsalı sexində elektrik avadanlıqlarının təmiri üzrə elektrik çilingəri peşəsində işlədiyi qeyd olunmuşdur. Işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Şüşə istehsalatı, keramik, çini və saxsı məmulatların istehsalı bölməsində nəzərdə tutulmamışdır. Göstərilən səbəbdən də, onun güzəştli iş stajı 12 il 6 aydan az (3 il 9 ay 10 gün (##.##.2019–##.##.2020-ci il, ##.##.2020–##.##.2022-ci il, ##.##.2022–##.##.2023-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

8. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, ona 60 yaşı tamam olduğu ##.##.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a) Birinci instansiya məhkəməsində icraat

9. Iddia tələbinin əsaslandırması: iddiaçı # ###### 1963-cü il tarixdə anadan olmuş, ## #### 1988-ci il tarixdən ## #### 2013-cü il tarixə qədər xxxxnda elektrik avadanlıqlarının təmiri üzrə elektrik çilingəri peşəsində işləmişdir. Şüşə istehsalı sexində elektrik peşəsinin əsas vəzifəsi şüşə istehsalı sexində olan elektrik avadanlıqlarının, avtomatlarının, sıradan çıxmış elektrik sistemlərinin və eləcə də, motorların, liftlərin təmiri və sexə aid olan elektrik təmiri işlərinin xidməti ilə məşğul olmaqdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli qərarının XV fəslinə görə “Bütün növ şüşə və şüşə məmulatları istehsalında işləyən fəhlələr 2-ci siyahı üzrə güzəştli əmək pensiyası hüququna malikdir”. Yuxarıda adı çəkilən qərarda elektrik çilingəri peşəsində çalışan şəxsin * nömrəli siyahıya əsasən güzəştli əmək pensiyası hüququ vardır. Həmçinin, 1993-cü ilədək qüvvədə olmuş SSRI Nazirlər Sovetinin ## ###### 1956-cı il tarixli, **** saylı və ## ###### 1991ci il tarixli, ** saylı qərarlarına görə şüşə sənayesində işləyən elektrik çilingərlərinin 2ci siyahı üzrə güzəştli əmək pensiyası hüquqları vardır.

10. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçı Mərkəzi Filiala müraciət edərkən, aşağıda qeyd olunmuş 2 müəssisədən iş stajı ilə bağlı arayışlar təqdim etmişdir: - “xxxx” MMC (## #### 2024-cü il tarixli, 5, 6 və * nömrəli). Bu arayışlara əsasən iddiaçının ## #### 1988-ci il tarixdən ## #### 2013-cü il tarixədək işlədiyi dövrlər güzəştli iş stajı hesab edilir. Həmin arayışlara görə sözügedən dövrlərdəki iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda * nömrəli siyahının XVIII bölməsinin 2190100a-19661 kodu ilə qeyd olunmuş vəzifəyə uyğundur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qeyd edilən Qərarı ilə təsdiq edilmiş Siyahı vahiddir və burada güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 və * nömrəli siyahı üzrə təsnifatı nəzərdə tutulmamışdır. Bu cür təsnifatın nəzərdə tutulduğu Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş * nömrəli siyahının “Şüşə istehsalatı, keramik, çini və saxsı məmulatlar istehsalı” adlanan XVIII bölməsində isə müəssisənin istinad etdiyi kod mövcud deyil. Bundan əlavə, arayışa əsasən iddiaçının işlədiyi elektrik avadanlıqlarının təmiri üzrə elektrik çilingər vəzifəsi sözügedən bölmədə ümumiyyətlə nəzərdə tutulmamışdır. Bu səbəbdən iddiaçının ## #### 1988-ci il tarixdən ## #### 2013-cü il tarixədək işlədiyi dövrlər onun güzəştli iş stajına daxil edilə bilməz. “xxxx” MMC tərəfindən verilmiş ## #### 2024-cü il tarixli, **-** nömrəli arayışa əsasən iddiaçının ## ######## 2019-cu il tarixdən hazırkı tarixədək işlədiyi dövrlər güzəştli iş stajı hesab edilir. Bununla bağlı bildirilmişdir ki, arayışda qeyd olunan yalnız aşağıdakı dövrlər güzəştli iş stajına daxil edilə bilər: ## ######## 2019-cu il – ## #### 2020-ci il; # ######## 2020-ci il – ## #### 2022-ci il; # ###### 2022-ci il – ## ###### 2023-cü il. Həmçinin, arayışda ## #### 2024cü il tarixədək olan dövrlə bağlı məlumat qeyd olunsa da, iddiaçı # ###### 2023-cü il tarixdə pensiya yaşına çatdığına və hazırkı tələbi də həmin tarixdən ona pensiyanın təyin edilməsi olduğuna görə # ###### 2023-cü il tarixədək olan güzəştli iş stajına münasibət bildirməyi zəruri hesab edilir. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” altsistemi vasitəsilə əldə edilmiş məlumata əsasən iddiaçının fərdi şəxsi hesabına 2020-ci ilin avqust, 2022-ci ilin iyul ayları üzrə məcburi dövlət sosial sığorta haqları ödənilməmişdir. Həmin aylar işəgötürənin arayışında güzəştli iş stajı hesab edilən dövr kimi qeyd edilsə də, sığortaedən tərəfindən iddiaçıya münasibətdə məcburi dövlət sosial sığorta haqqı ödənilmədiyindən əmək kitabçasında və arayışda qeyd olunan həmin dövrlər onun istər ümumi, istərsə də güzəştli iş stajına daxil edilə bilməz. Odur ki, iddiaçının təqdim etdiyi arayışlarda qeyd edilən məlumatlara və Mərkəzi Filialın imtina məktubuna əsasən iddiaçının güzəştli iş stajı 3 il 9 ay 10 gün təşkil edir və qanunvericiliklə tələb edilən 12 il 6 aydan azdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

11. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçının 60 yaşının tamam olduğu # ###### 2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim Könül Həbibova).

12. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, “xxxx” MMC-nin müvafiq arayışlarına əsasən iddiaçı ## ######## 1984-cü il tarixdən ## #### 1988-ci il tarixədək xxxxnun nəzarət ölçü cihazları və aparatları sexində növbətçi elektrik-çilingəri peşəsində işləmiş, zavodun əsas istehsalı olan isti iş sahəsini əhatə edən * saylı Şüşə Istehsalı sexində ## #### 1988-ci il tarixdən ## #### 2013-cü il tarixədək elektrik avadanlıqlarının təmiri üzrə elektrik çilingər peşəsində işləmiş, iş stajı 17 il 4 ay 7 gün təşkil etmişdir. Məhkəmə qeyd edir ki, təqdim edilmiş arayışlarda güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli siyahısının müvafiq bəndinə səhv istinad olunsa da, müəyyən edilmişdir ki, iddiaçının işlədiyi peşənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyəti, o cümlədən, şüşə istehsalı sexində elektrik çilingəri peşəsinin əsas vəzifəsi şüşə istehsalı sexində olan elektrik avadanlıqlarının, avtomatlarının, sıradan çıxmış elektrik sistemlərinin və eləcə də motorların, liftlərin təmiri və sexə aid olan elektrik təmir işlərinin xidmətindən ibarətdir və güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi hüququ verən peşə olaraq göstərilmişdir. Eyni zamanda, həmin * nömrəli siyahıda “Şüşə və çini-saxsı istehsalatı” adlanan XV bölmədə 1150102a—17531 bəndində göstərilən istehsalların (incə bazalt lifinin, şüşə lifinin, şüşə pambığının və onların məmulatlarının istehsalı) texnoloji proseslərində daimi məşğul olan fəhlələr, yəni iddiaçının işlədiyi müəssisənin fəaliyyət istiqamətində yönəlmiş vəzifələri yerinə yetirən işçilərini ümumi olaraq əhatə edilmişdir. Məhkəmə araşdırması nəticəsində iddiaçının azı 12 il 6 ayının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən zərərli və ağır olan işlərdə əmək fəaliyyətinin mövcud olduğu təsdiq edilmişdir.

13. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri

14. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “xxxx” MMC-nin ona məxsus “xxxx” MMC-nin keçmiş işçisi İddiaçı münasibətdə təqdim etdiyi ##.##.2024-cü il tarixli *** nömrəli güzəştli arayışa əsasən sözügedən dövrlərdəki iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il ## #### tarixli, *** saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı"nın “Şüşə istehsalatı, keramik, çini və saxsı məmulatlar istehsalı” adlı XVIII fəslinin 2190100a—19861 kodu altında qeyd olunmuş xəlitə hazırlanması sahələrində və isti iş sahələrində elektrik avadanlığının təmiri və xidməti ilə daim məşğul olan elektrik montyorları vəzifəsinə uyğun olduğu qeyd edilmişdir. Istinad edilən koda əsasən iddiaçı o halda güzəştli şərtlərlə pensiya hüququna malik olardı ki, o: 1. elektrik montyoru olsun; 2. xəlitə hazırlanması sahələrində və isti iş sahələrində məşğul olsun; 3. elektrik avadanlığının təmiri və xidməti ilə daim məşğul olsun. Bildiririk ki, “xxxx” MMC-nin İddiaçı dair ##.##.2024-cü il tarixli *** nömrəli arayışında ##.##.1988-##.##.2013-cü il tarixləri arasındakı dövr ərzində həmin müəssisənin əsas istehsalı olan isti iş sahəsini əhatə edən * saylı Şüşə istehsalı sexində elektrik avadanlıqlarının təmiri üzrə elektrik çilingəri peşəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi vəzifə xəlitə hazırlanması sahələrində və isti iş sahələrində elektrik avadanlığının təmiri və xidməti ilə daim məşğul olan elektrik montyorları vəzifəsinə aid deyil. Eyni zamanda sözügedən arayışda iddiaçının işlədiyi müddətdə xəlitə hazırlanması sahələrində və isti iş sahələrində daim məşğul olması barədə də hər hansı məlumat qeyd edilməmişdir. Işə baxan məhkəmə iddiaçının həmin vəzifələrdə işləməsi ilə əlaqədar ona tətbiq olunan güzəştlər (əlavə məzuniyyət, əlavə əməkhaqqı, qısaldılmış iş vaxtı və s.) barədə araşdırma aparmamış, müəssisənin arayışını mötəbər hesab edərək bu arayışla kifayətlənməmiş, müəssisənin istinad etmədiyi koda istinad edərək vəzifəni başqa vəzifəyə uyğunlaşdırmağa çalışmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Iddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, o, * saylı Şüşə Istehsalı sexində elektrik avadanlıqlarının, avtomatların, sıradan çıxmış elektrik sistemlərinin, motorların və liftlərin təmiri və xidməti ilə məşğul olmuş, işi bilavasitə əsas istehsalın isti və zərərli iş sahəsində yerinə yetirmişdir. Iddiaçı “elektrik montyoru” və “elektrik çilingəri” adlarındakı fərqin onun faktiki əmək funksiyalarının eyniliyini aradan qaldırmadığını, zərərli iş şəraitinə görə süd və digər ərzaq məhsulları ilə təmin edildiyini göstərərək apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək izahatında əlavə olaraq bildirmişdir ki, * nömrəli siyahıda elektrik montyoru vəzifəsi nəzərdə tutulmuşdur, iddiaçı isə elektrik çilingəri vəzifəsində işləmişdir. Həmin vəzifələr arasında fərq var. Cavabdehin nümayəndəsi şikayətin təmin edilməsini xahiş etmişdir.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin digər nümayəndəsi X3 da apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBIQ EDILƏN HÜQUQ:

18. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... III. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 32.1-1 Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısı

21900000 XVIII. Şüşə istehsalatı, keramik, çini və saxsı məmulatlar istehsalı 21901000 1. Xəlitə hazırlanması, bütün növ şüşə, şüşə məmulatları və posasital istehsalı 2190100a a) fəhlələr 2190100a—19861 xəlitə hazırlanması sahələrində və isti iş sahələrində elektrik avadanlığının təmiri və xidməti ilə daim məşğul olan elektrik montyorları

21. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI

22. Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (IPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (IPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

23. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

24. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

25. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir:

26. Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçıya 60 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtinası təşkil edir.

27. Kollegiya ilk növbədə qeyd edir ki, işdən iddiaçının # ###### 2006-cı ilədək əvvəllər qüvvədə olmuş qanunvericiliklə tələb edilən 25 illik ümumi əmək stajını topladığı müəyyən edilmədiyindən Qanunun 9.8-ci maddəsində nəzərdə tutulan keçid qaydasının tətbiqi üçün əsas yoxdur.

28. Buna görə onun pensiya hüququ Qanunun 9.1-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş * nömrəli siyahı əsasında qiymətləndirilməlidir.

29. Qanunun 9.1-ci maddəsinin tələbinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün aşağıdakı üç şərt birlikdə mövcud olmalıdır: 1) Qanunun 7-ci maddəsində kişilər üçün nəzərdə tutulan yaş həddinin 5 il azaldılması nəticəsində 60 yaşın tamam olması; 2) azı 12 il 6 ay güzəştli iş stajının olması; 3) fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, bu şərt ödənilmədikdə isə azı 25 il sığorta stajının olması.

30. Iddiaçının 60 yaşına çatdığı və qanunla tələb olunan 25 il ümumi iş stajına malik olduğu cavabdeh tərəfindən mübahisələndirilmir.

31. Bununla belə kollegiya iddiaçının ümumi iş stajı ilə bağlı qeyd edir ki, işin yuxarıda qeyd olunan hallarından göründüyü kimi iddiaçının hərbi xidmət dövrü - ##.##.1982-ci il tarixdən ##.##.1984-cü il tarixədək, təhsil dövrü 1985-1989-cu illər, əmək kitabçası üzrə işlədiyi dövrlər isə - ##.##.1984-cü il tarixdən ##.##.2013-cü il tarixədək, ##.##.2008-ci il tarixdən ##.##.2011-ci il tarixədək, ##.##.2011-ci il tarixdən ##.##.2012-ci il tarixədək, ##.##.2012-ci il tarixdən ##.##.2012-ci il tarixədək, ##.##.2012-ci il tarixdən ##.##.2017-ci il tarixədək, ##.##.2017-ci il tarixdən ##.##.2017-ci il tarixədək, ##.##.2018-ci il tarixdən ##.##.2019-cu il tarixədək, ##.##.2019-cu il tarixdən hazıradək olan dövrlərdir.

32. Iddiaçının təhsil dövrünün bir hissəsi ilə əmək fəaliyyəti dövrünün, eləcə də, ##.##.1984-cü il tarixdən ##.##.2013-cü il tarixədək xxxxnda işlədiyi dövrdə ##.##.2000-ci il tarixdən ##.##.2000-ci il tarixədək, ##.##.2004-cü il tarixdən ##.##.2004-cü il tarixədək, ##.##.2007-ci il tarixdən ##.##.2007-ci il tarixədək, ##.##.2008-ci il tarixdən ##.##.2013-cü il tarixədək ödənişsiz məzuniyyətdə olduğunu və bu məzuniyyət dövründə iddiaçının digər müəssisələrdə işlədiyini nəzərə alaraq kollegiya iddiaçının hərbi xidmət dövründən əlavə iş stajına daxil edilməli olan dövrləri aşağıdakı kimi müəyyənləşdirir: ##.##.1984-cü il tarixdən ##.##.2000-ci il tarixədək; ##.##.2000-ci il tarixdən ##.##.2004-cü il tarixədək; ##.##.2004-cü il tarixdən ##.##.2007-ci il tarixədək; ##.##.2008-ci il tarixdən ##.##.2011-ci il tarixədək; ##.##.2011-ci il tarixdən ##.##.2012-ci il tarixədək; ##.##.2012-ci il tarixdən ##.##.2012-ci il tarixədək; ##.##.2012-ci il tarixdən ##.##.2017-ci il tarixədək; ##.##.2017-ci il tarixdən ##.##.2017-ci il tarixədək; ##.##.2018-ci il tarixdən ##.##.2019-cu il tarixədək; ##.##.2019-cu il tarixdən ##.##.2023-cü il tarixədək (60 yaşına çatdığı tarix) olmaqla, hərbi xidmət dövrü ilə birgə onun ümumi iş stajı 37 il 08 ay 02 gün təşkil edir.

33. Cavabdeh iddiaçının yalnız güzəştli iş stajını mübahisələndirir. Mübahisələndirilən imtina məktubunda bu staj 3 il 9 ay 10 gün, apellyasiya şikayətində isə ##.##.2022-ci ildən ##.##.2023-cü ilədək olan dövr də nəzərə alınmaqla 3 il 11 ay 10 gün göstərilmişdir. Hər iki hesablamaya görə cavabdeh iddiaçının xxxxnda işlədiyi dövrləri güzəştli iş stajına daxil etməmişdir.

34. Belə ki, cavabdehin bununla bağlı dəlilləri ondan ibarətdir ki, iddiaçının xxxxnda (hazırkı “xxxx” MMC) ##.##.1988-ci il tarixdən ##.##.2013-cü il tarixədək olan dövr ərzində işlədiyi “elektrik avadanlıqlarının təmiri üzrə elektrik çilingəri” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı" nın "Şüşə istehsalatı, keramik, çini və saxsı məmulatlar istehsalı" adlı XVIII fəslinin 2190100a-19861 kodu altında qeyd olunmuş xəlitə hazırlanması sahələrində və isti iş sahələrində elektrik avadanlığının təmiri və xidməti ilə daim məşğul olan elektrik montyorları vəzifəsinə uyğun gəlmir.

35. Bu səbəbdən, cavabdeh iddiaçının həmin müəssisədə işlədiyi ##.##.1988-ci tarixdən ##.##.2000-ci il tarixədək, ##.##.2000-ci il tarixdən ##.##.2004-cü il tarixədək, ##.##.2004-cü il tarixdən ##.##.2007-ci il tarixədək olmaqla, ödənişsiz məzuniyyətdə olduğu dövrlər nəzərə alınmadan ümumilikdə 18 il 04 ay 11 gün təşkil edən dövrü güzəştli iş stajı kimi qəbul etmir.

36. Qeyd olunan dəlillə bağlı kollegiya aşağıdakıları qeyd edir:

37. Iddiaçıya məxsus əmək kitabçası məlumatlarından və “xxxx” MMC tərəfindən verilmiş # ### 2024-cü il tarixli, 11 və ** nömrəli arayışlardan görünür ki, iddiaçı həmin müəssisənin * saylı Şüşə Istehsalı sexində ##.##.1988-ci il tarixdən ##.##.2013-cü il tarixədək elektrik avadanlıqlarının təmiri üzrə elektrik çilingəri peşəsində işləmişdir.

38. Güzəştli arayışda iddiaçının işlədiyi peşənin * nömrəli siyahının XVIII bölməsinin 2190100a-19861 kodunda, habelə 2007-ci il tarixli vahid Siyahının 15.1-ci bəndində nəzərdə tutulan “xəlitə hazırlanması sahələrində və isti iş sahələrində elektrik avadanlığının təmiri və xidməti ilə daim məşğul olan elektrik montyorları” peşəsi ilə funksional baxımdan eyni olduğu göstərilmişdir.

39. Iddiaçının işlədiyi elektrik avadanlıqlarının təmiri üzrə elektrik çilingəri vəzifəsinin iş xüsusiyyətlərinin * nömrəli siyahıda güzəştli vəzifə olaraq göstərilən xəlitə hazırlanması sahələrində və isti iş sahələrində elektrik avadanlığının təmiri və xidməti ilə daim məşğul olan elektrik montyorları vəzifəsinin iş xüsusiyyətlərinə uyğun olub-olmaması ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən “xxxx” MMC-yə sorğu verilmişdir.

40. Məhkəmənin həmin sorğusuna cavab olaraq “xxxx” MMC-nin # ####### 2024-cü il tarixli, *** nömrəli məktubundan görünür ki, “xxxx” MMC (QSC)-yə məxsus “xxxx” MMC-nin keçmiş işçisi İddiaçı güzəştli şərtlərlə işlədiyi əsas iş sahəsi zavodun əsas istehsalı olan isti iş sahəsini əhatə edən * saylı Şüşə Istehsalı sexi, peşəsi isə elektrik avadanlıqlarının təmiri üzrə elektrik çilingəri olmuşdur. Həmin məktubda, eləcə də, sorğuya cavab olaraq “xxxx” MMC-nin # ####### 2024-cü il tarixli, ** nömrəli arayışında iddiaçının işlədiyi həmin vəzifənin * nömrəli siyahının XVIII bölməsinin 2190100a-19861 vəzifə koduna uyğun olaraq güzəştli şərtlə pensiya təyin olunması hüququna əsas verən vəzifə olduğu göstərilmişdir.

41. Birinci instansiya məhkəməsi qeyd olunan sorğuya cavabları əsas götürərək iddianın təmin edilməsi qənaətinə gəlmiş, məhkəmə qərarının əsaslandırılmasında iddiaçının işlədiyi həmin vəzifənin * nömrəli siyahıya uyğun olduğunu qeyd etsə də, cümlənin davamında * nömrəli siyahının “Şüşə və çini-saxsı istehsalatı” adlanan XV bölməsinin 1150102a—17531 koduna (incə bazalt lifinin, şüşə lifinin, şüşə pambığının və onların məmulatlarının istehsalı texnoloji proseslərində daimi məşğul olan fəhlələr) istinad etmişdir.

42. Kollegiya birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə gəldiyi nəticə ilə razılaşsa da, 1150102a-17531 kodunun tətbiqi ilə bağlı əsaslandırmanı düzgün hesab etmir. Həmin kod incə bazalt lifi, şüşə lifi və şüşə pambığı istehsalına aid olmaqla iddiaçının işlədiyi pəncərə və vitrin şüşəsi istehsalını əhatə etmir. Iddiaçının xxxxnda işləmiş olduğu elektrik avadanlıqlarının təmiri üzrə elektrik çilingəri vəzifəsi * nömrəli siyahının XVIII bölməsinin 2190100a-19861 vəzifə koduna uyğun olaraq güzəştli şərtlə pensiya təyin olunması hüququna əsas verən vəzifə olduğu məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir.

43. Belə ki, kollegiyanın müvafiq sorğularına cavab olaraq verilən sənədlərdən müəyyən edilmişdir ki: - AR NK-nın ## ###### 1991-ci il tarixli, R-** saylı sərəncamına əsasən xxxx “xxxx” Səhmdar Cəmiyyətinin (daha sonra “xxxx” MMC adlanmışdır) tərkibinə keçirilmişdir; - “xxxx” MMC tərəfindən verilmiş ## #### 2026-cı il tarixli, *** nömrəli arayışa əsasən xxxx" Səhmdar Cəmiyyətinin (hazırda "xxxx" MMC) xxxxnda pəncərə şüşəsi, vitrin şüşəsi istehsal olunurdu. Zavodda zərərli iş şəraiti sayılan sexlər – * nömrəli istehsalat (əsas istehsalat sexi, maşın-soba sexi) və tərtibat sexidir (Tərtibat sexində şüşə istehsalına lazım olan xəlitə (şixta) hazırlanır). Şüşə istehsalında istifadə olunan xammal-kömür, kalsiumlaşdırılmış soda, çöl şpatı, kvars qumu və s. olmaqla, sex tozlu sexdir. Hər iki sexdə işləyən işçilər * nömrəli istehsalatda şüşə bişirən, şüşə kəsiciləri, akkumlyatorçu, şüşə avtomat və yarımavtomat sazlayıcıları, elektrik avadanlıqlarının təmiri üzrə elektrik çilingərləridir. Iddiaçı zavodun * nömrəli istehsalatında (əsas istehsalat sexi) fəaliyyət göstərmiş və şüşə istehsalının fasiləsiz işləməsinin təmin edilməsi üzrə təmir işlərini yerinə yetirmişdir. Onun əmək fəaliyyəti bilavasitə istehsalat amillərinin təsiri altında həyata keçirilmiş, vəzifəsi yalnız elektrik avadanlıqlarının istismarı ilə məhdudlaşmamış, o, əsas istehsalat avadanlıqlarının cari təmiri, nasazlıqların aradan qaldırılması və texnoloji prosesin fasiləsizliyinin təmin olunması işlərində xidmət etmişdir. Arayışda * nömrəli istehsalatın maşın mərtəbələri arasındakı meydançalarında temperaturun fəsildən asılı olaraq 30-60 dərəcə, şüşə əritmə sobasında isə 1480-1500 dərəcə olduğu, yüksək temperaturun, qazın və havadakı şüşə tozunun təsiri səbəbindən iş şəraitinin zərərli sayıldığı və iddiaçının da bu amillərin təsiri altında işlədiyi göstərilmişdir.

44. MMC tərəfindən iddiaçıya münasibətdə verilmiş həmin tarixli, *** nömrəli arayışda da iddiaçının əsas istehsalat sexində zərərli iş şəraitində elektrik avadanlıqlarının təmiri üzrə elektrik çilingəri kimi işləyərək elektrik avadanlıqlarının, avtomatlarının, sıradan çıxmış elektrik sistemləri və motorların, yük liftlərinin təmiri və xidməti ilə məşğul məşğul olduğunu, həmin işçilərin xüsusi geyimlərlə və hər gün əsasən süd məhsulu ilə təmin edildiyi qeyd edilmiş, bu vəzifənin * nömrəli siyahının XVIII bölməsinin 2190100a-19861 vəzifə koduna uyğun olduğu göstərilmişdir.

45. Qeyd olunan sənədlərdən göründüyü kimi iddiaçı zavodun məhz əsas istehsalat sahəsi olan * nömrəli Şüşə Istehsalı sexində “elektrik avadanlıqlarının təmiri üzrə elektrik çilingəri” vəzifəsində çalışmış, onun əmək funksiyası şüşənin bilavasitə istehsal olunduğu, yüksək temperatur və digər zərərli istehsalat amillərinin mövcud olduğu əsas istehsalat sexində elektrik avadanlıqlarının, avtomatların, elektrik sistemlərinin, mühərriklərin və yük liftlərinin təmiri və xidməti ilə bağlı olmuşdur.

46. Həm iddiaçının işlədiyi, həm də siyahıda göstərilən vəzifələr üzrə təlimatların təqdim edilməsi ilə bağlı kollegiya tərəfindən müəssisəyə sorğu verilsə də, vəzifə təlimatları və digər lokal normativ sənədlərin müəssisənin arxivində saxlanılmadığı bildirilmişdir.

47. Lakin kollegiya bildirir ki, vəzifə təlimatlarının arxivdə saxlanılmaması digər sübutların, o cümlədən, əmək kitabçasının, güzəştli arayışların, müəssisənin yazılı cavablarının və iş şəraitinə dair məlumatların məcmu halında qiymətləndirilməsinə mane olmur.

48. Bununla yanaşı, işəgötürənin peşənin Siyahıya uyğunluğu barədə verdiyi hüquqi qiymət məhkəmə üçün məcburi deyildir. Həmçinin, iş şəraitinin zərərli olması, işçiyə xüsusi geyim və süd məhsullarının verilməsi özlüyündə güzəştli pensiya hüququ yaratmır. Həlledici olan iddiaçının faktiki əmək funksiyasının Siyahıda göstərilən işlə eyniliyi və həmin işlə daimi məşğul olmasıdır; qeyd olunan güzəştlər isə iş şəraitinin xarakterini təsdiqləyən əlavə sübut kimi qiymətləndirilə bilər.

49. XVIII. Şüşə istehsalatı, keramik, çini və saxsı məmulatlar istehsalı bölməsinin 1-ci yarımbölməsi “Xəlitə hazırlanması, bütün növ şüşə, şüşə məmulatları və posasital istehsalı sahəsi” adlandırılmaqla adından göründüyü kimi həm xəlitə hazırlanması, həm də şüşə istehsalı sahələrini ifadə edir. Zavodun verdiyi arayış və məktublarda iddiaçının işlədiyi vəzifənin siyahıdakı qarşılığının isə 2190100a-19861 vəzifə kodu üzrə “xəlitə hazırlanması sahələrində və isti iş sahələrində elektrik avadanlığının təmiri və xidməti ilə daim məşğul olan elektrik montyorları” vəzifəsi göstərilir ki, bu vəzifə də aid olduğu sahədən məlum olduğu kimi özündə 2 kateqoriyadan olan elektrik montyorlarını birləşdirir: 1) xəlitə hazırlanması sahələrində elektrik avadanlığının təmiri və xidməti ilə daim məşğul olan elektrik montyorları; 2) isti iş sahələrində elektrik avadanlığının təmiri və xidməti ilə daim məşğul olan elektrik montyorları.

50. Siyahıdakı “xəlitə hazırlanması sahələrində və isti iş sahələrində” ifadəsində “və” bağlayıcısı iki istehsal sahəsini ümumi peşə kateqoriyası daxilində sadalayır. Bu müddəa eyni işçinin mütləq qaydada həm xəlitə hazırlanması, həm də isti iş sahəsində eyni vaxtda işləməsi kimi təfsir edilə bilməz. Buna görə isti iş sahəsində elektrik avadanlığının təmiri və xidməti ilə daimi məşğulluğun ayrıca mövcudluğu həmin peşəyə uyğunluq üçün kifayətdir.

51. Nəzərə almaq lazımdır ki, şüşə istehsalında xəlitə (şixta) şüşənin hazırlanması üçün istifadə olunan müxtəlif xammal komponentlərinin müəyyən nisbətdə qarışdırılması yolu ilə əldə edilən ilkin xammal qarışığıdır. Xəlitə hazırlanması sahəsi şüşənin hazırlanması üçün xammal qarışığının (şixtanın) hazırlandığı sahə; isti iş sahəsi isə həmin xammalın yüksək temperaturda əridilərək şüşə kütləsinə çevrildiyi və yüksək istilik şəraitinin mövcud olduğu sahədir. Şüşə istehsalı öz təbiətinə görə isti istehsalatdır. Şüşə 1400–1600 dərəcə temperaturda əridilir, əridici sobalar, formalaşdırma xətləri və digər avadanlıqlar yüksək temperatur şəraitində işləyir. Buna görə şüşə zavodunun istehsal sexləri adətən "isti iş sahələri" hesab olunur.

52. “xxxx” MMC-nin yuxarıda qeyd olunan məktubunun məzmunundan göründüyü kimi zavodun iddiaçının işləmiş olduğu əsas istehsalat sexində də yüksək temperatur (1480 – 1500 dərəcə) altında şüşə əritmə sobasında şüşə istehsal edilir, tərtibat sexində isə şüşə istehsalına lazım olan xəlitə (şixta) hazırlanır və hər iki sexdə elektrik avadanlıqlarının təmiri üzrə elektrik çilingərləri işləyir.

53. Göründüyü kimi iddiaçının işlədiyi sahə şüşə istehsalının isti iş sahəsinə uyğun olmaqla, onun əmək funksiyası da həmin sahədə elektrik avadanlıqlarının təmiri və xidməti ilə daim məşğul olan işçinin funksional fəaliyyətinə uyğun olmuşdur.

54. Cavabdehin nümayəndəsinin məhkəmə iclasında səsləndirdiyi “elektrik montyoru ilə elektrik çilingəri eyni vəzifə deyil” dəlili də kollegiya tərəfindən əsassız hesab edilir. Belə ki, güzəştli pensiya hüququnun müəyyən edilməsində vəzifənin yalnız əmək kitabçasında göstərilən formal adına deyil, həmin vəzifə üzrə faktiki yerinə yetirilən əmək funksiyasına, işin xarakterinə, istehsalat sahəsinə və iş şəraitinə qiymət verilməlidir. Hazırkı işdə isə müəssisənin verdiyi ardıcıl və bir-birini təsdiq edən arayış və məktublardan iddiaçının “elektrik avadanlıqlarının təmiri üzrə elektrik çilingəri” kimi gördüyü işlərin Siyahıda “elektrik montyorları” üçün nəzərdə tutulan elektrik avadanlıqlarının təmiri və xidməti funksiyaları ilə mahiyyət və funksional məzmun baxımından eyni olduğu müəyyən edilir. Bu səbəbdən vəzifə adlarında “çilingər” və “montyor” sözlərinin fərqli olması iddiaçının faktiki əmək funksiyasının Siyahıda nəzərdə tutulan işdən fərqli olması nəticəsinə gəlmək üçün kifayət etmir.

55. Göründüyü kimi iddiaçının xxxxnda işlədiyi “elektrik avadanlıqlarının təmiri üzrə elektrik çilingəri” vəzifəsi güzəştli arayışda da qeyd olunduğu kimi * nömrəli Siyahının XVIII “Şüşə istehsalatı, keramik, çini və saxsı məmulatlar istehsalı” bölməsinin 2190100a-19861 vəzifə kodu üzrə xəlitə hazırlanması sahələrində və isti iş sahələrində elektrik avadanlığının təmiri və xidməti ilə daim məşğul olan elektrik montyorları peşəsi ilə eynilik təşkil edir.

56. Beləliklə, iddiaçının xxxxnda işlədiyi 18 il 04 ay 11 günlük dövr cavabdeh tərəfindən mübahisələndirilməyən 3 il 11 ay 10 günlük dövrlə birgə nəzərə alındıqda onun qanunla tələb olunan 12 il 6 aydan artıq güzəştli iş stajına malik olduğu müəyyən edilir.

57. Işin sadalanan hallarını ümumiləşdirərək kollegiya hesab edir ki, iddiaçının 60 yaşının tamam olduğu ##.##.2023-cü il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün qanunvericilikdə nəzərdə tutulan bütün şərtlər mövcud olmuşdur. Buna görə birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün hüquqi nəticəyə gəlmişdir və qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar