Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-727/2026 04.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, iddiaçı İddiaçı nümayəndəsi X2, cavabdeh cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n nümayəndəsi X1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsə qarşı “Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyi Respublika Istehsalat-Elm X6 rayonu Donuzkökəltmə Sovxozunun *** saylı əmrindən verilən ## #### 1990-cı il tarixli Çıxarışda Azərbaycan SSR Nazirlər Sovetinin ## ####### 1989-cu il tarixli *** saylı qərarına və həmin qərar əsasında sovxoz həmkarlar komitəsi ilə əmək kollektivi Şurasının birgə ümumi iclasında qəbul edilmiş ## #### 1990-cı il tarixli ** saylı qərarın tələbinə uyğun olaraq sovxoz fəhlə və qulluqçularına, o cümlədən, ona fərdi ev tikmək üçün ayrılmış 0,07 ha həyatyanı torpaq sahəsinin ona məxsus olan və faktiki istifadəsində qalan 0.0241 ha sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və müvafiq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Abşeron Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyi Respublika Istehsalat-Elm X6 rayonu Donuzkökəltmə Sovxozunun *** saylı əmrindən verilən ## #### 1990-cı il tarixli Çıxarışda Azərbaycan SSR Nazirlər Sovetinin ## ####### 1989-cu il tarixli *** saylı qərarına və həmin qərar əsasında sovxoz həmkarlar komitəsi ilə əmək kollektivi Şurasının birgə ümumi iclasında qəbul edilmiş ## #### 1990-cı il tarixli ** saylı qərarın tələbinə uyğun olaraq sovxoz fəhlə və qulluqçularına, o cümlədən, ona fərdi ev tikmək üçün ayrılmış 0,07 ha həyatyanı torpaq sahəsinin ona məxsus olan və faktiki istifadəsində qalan 0.0241 ha sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına almması və müvafiq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. “Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində cavabdeh2 publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmrinə əsasən cavabdeh2 publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, cavabdeh2 publik hüquqi şəxsinin Nizamnaməsi” yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra cavabdeh2 publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən də Sumqayıt Inzibati Məhkəməsinin Inzibati Kollegiyasının protokol qərardadı ilə cavabdeh qismində Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 nəzərə alınmışdır. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, Abşeron rayon Donuzkökəltmə sovxozunun ## #### 1990-cı il tarixli *** nömrəli əmrinə əsasən iddiaçıya ayrılmış 0,07 ha torpaq sahəsinin faktiki istifadəsində olan 0,0229 ha hissəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bununla bağlı müvafiq çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyi Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsə həvalə olunmuş, iddia qalan hissədə təmin edilməmişdir. (hakim Rahim Həsənov). Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini xahiş edərək izahatında bildirdi ki, mübahisəli torpaq sahəsinin bir hissəsinin Abşeron rayonunun inzibati ərazi vahidinə, digər hissəsinin isə Bakı şəhərinin inzibati ərazi vahidinə aid ərazidə yerləşdiyi müəyyən edilmişdir. Iş materiallarına əlavə edilmiş ortofotodan də görünür ki, mübahisəli torpaq sahəsinin 0,031 ha hissəsi Bakı şəhəri Suraxanı rayonunun ərazisində, 0,039 ha hissəsi isə Abşeron rayonunun ərazisində yerləşir. Eyni zamanda, torpaq sahəsinin Abşeron rayonunun ərazisində yerləşdiyi bildirilən 0,039 ha hissəsi Azərbaycan Respublikası Prezidentinin ##.##.2008-ci il tarixli, **** nömrəli Sərəncamına əsasən Abşeron Rayon Icra Hakimiyyətinin idarəçiliyinə verilsə də, həmin torpaq sahəsi faktiki olaraq Suraxanı rayonunun ərazisində yerləşməklə inzibati cəhətdən Bakı şəhərinə aid edilmiş torpaqlara daxildir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək şikayətin təmin olunmamasını xahiş etmişdir. TƏTBIQ EDILƏN HÜQUQ: Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 8. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi 8.1. Inzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.1. daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; (-) 8.2. Predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. 8.3. Mübahisəyə baxılmasının birdən artıq məhkəmənin səlahiyyətinə aid olduğu hallarda, məhkəmə mübahisə ilə bağlı işi iddiaçı və ya ərizəçi tərəfindən seçilən məhkəməyə göndərir. Iddiaçı və ya ərizəçi tərəfindən belə seçim edilmədiyi hallarda, məhkəmə mübahisə ilə bağlı işi aidiyyət qaydalarına uyğun olaraq müvafiq səlahiyyətli məhkəməyə göndərir. 8.4. Tərəflərdən birinin məhkəmə aidiyyətini mübahisələndirdiyi hallarda, mübahisəyə baxılmasının onun səlahiyyətinə aid olması barədə məsələ məhkəmə tərəfindən həll edilir. 8.5. Bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. 8.6. Inzibati məhkəmənin aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra həmin qərardad apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları və ya bu Məcəllənin 9.1.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Maddə 12. Işin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI:
Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Inzibati Məhkəməsinə göndərilməlidir. Hazırkı işin hallarından da görünür ki, iddiaçının tələbi “Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyi Respublika Istehsalat-Elm X6 rayonu Donuzkökəltmə Sovxozunun *** saylı əmrindən verilən ## #### 1990-cı il tarixli Çıxarışda Azərbaycan SSR Nazirlər Sovetinin ## ####### 1989-cu il tarixli *** saylı qərarına və həmin qərar əsasında sovxoz həmkarlar komitəsi ilə əmək kollektivi Şurasının birgə ümumi iclasında qəbul edilmiş ## #### 1990-cı il tarixli ** saylı qərarın tələbinə uyğun olaraq sovxoz fəhlə və qulluqçularına, o cümlədən, ona fərdi ev tikmək üçün ayrılmış 0,07 ha həyatyanı torpaq sahəsinin ona məxsus olan və faktiki istifadəsində qalan 0.0241 ha sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına almması və müvafiq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlıdır. Iş materialları ilə müəyyən edilir ki, mübahisəli torpaq sahəsinin bir hissəsinin Abşeron rayonunun inzibati ərazi vahidliyinə aid ərazidə yerləşdiyi, bir hissəsinin isə Bakı şəhərinin inzibati ərazi vahidliyinə aid ərazidə yerləşdiyi müəyyən edilmişdir. Belə ki, cavabdeh orqan tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş ortofotodan görünür ki, mübahisəli torpaq sahəsinin 0,031 ha hissəsi Bakı şəhəri, Suraxanı rayonunun ərazisində, 0,039 ha hissəsi isə Abşeron rayonunun ərazində yerləşir. (i.v 55) Eyni zamanda o da müəyyən edilmişdir ki, torpaq sahəsinin Abşeron rayonunun ərazində yerləşdiyi bildirilən 0,031 ha hissəsi də, Azərbaycan Respublikası Prezidentinin ##.##.2008-ci il tarixli, **** nömrəli sərəncamina əsasən Abşeron rayonu Icra Hakimiyyətinin idarəçiliyində saxlanılsa da, torpaq özü Suraxanı rayonunun ərazisində yerləşməklə inzibati olaraq Bakı şəhərinə aid edilmiş torpaqlara aiddir. Kollegiya hesab edir ki, hazırkı mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar yarandığından mübahisəyə münasibətdə IPM-nin 8.1.1-ci maddəsi tətbiq edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisə predmeti olan torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin ##.##.2008-ci il tarixli, **** nömrəli sərəncamı ilə Abşeron rayonu Icra Hakimiyyətinin idarəçiliyində saxlanılmış, lakin inzibati olaraq Bakı şəhərinə aid edilmiş torpaqlara aid olduğu, mübahisə predmeti olan torpaq sahəsin yerləşdiyi ərazinin idarəçiliyinin Abşeron rayon Icra Hakimiyyətində olduğu üçün * saylı Abşeron Ərazi Idarəsinin (hazırda cavabdehin) xidmət göstərdiyi əraziyə aid edilmişdir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il ## ###### tarixli * nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi və inzibati-iqtisadi məhkəmələrinin ərazi yurisdiksiyasının 15.9-cu bəndinə əsasən Bakı şəhəri Suraxanı rayonu Bakı Inzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Belə olduğu halda kollegiya hesab edir ki, hazırki iddiaya ərazi aidiyyəti üzrə Bakı Inzibati Məhkəməsində baxılmalıdır. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, cavabdehin apellyasiya şikayəti iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi ilə yanaşı birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə yönəldiyindən apellyasiya şikayəti qismən - birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi hissəsində təmin olunmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Inzibati Məhkəməsinə göndərilməlidir.
NƏTICƏVI HISSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 8.1.1, 8.6 və 12-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsə qarşı “Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyi Respublika Istehsalat-Elm X6 rayonu Donuzkökəltmə Sovxozunun *** saylı əmrindən verilən ## #### 1990-cı il tarixli Çıxarışda Azərbaycan SSR Nazirlər Sovetinin ## ####### 1989-cu il tarixli *** saylı qərarına və həmin qərar əsasında sovxoz həmkarlar komitəsi ilə əmək kollektivi Şurasının birgə ümumi iclasında qəbul edilmiş ## #### 1990-cı il tarixli ** saylı qərarın tələbinə uyğun olaraq sovxoz fəhlə və qulluqçularına, o cümlədən, ona fərdi ev tikmək üçün ayrılmış 0,07 ha həyatyanı torpaq sahəsinin ona məxsus olan və faktiki istifadəsində qalan 0.0241 ha sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və müvafiq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Inzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (ünvan: ünvan 1 məhəllə) kassasiya şikayəti verə bilər.