Məhkəmə qərarları › İş №2-1(3-8)-735/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-735/2026

09.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-735/2026 09.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, Iddiaçı İddiaçı vəkili və nümayəndəsi Vəkil cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi X2 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “mənzillə təmin olunma” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)- ****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq kollegiya aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, 2 nəfərdən ibarət ailə tərkibi ilə (iddiaçı və arvadı X3) yaşayış sahəsi 32 kv.m-dən az olmamaqla mənzillə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsində icraat Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçını mənzillə təmin etməkdən imtina edərkən onun 2012-ci ildə bir dəfə mənzillə təmin edilməyini əsas götürmüşdür. Hansı ki, şəxsi mənzillə təmin etmək üçün meyar onun neçə dəfə mənzillə təmin edilməsi deyil, onun mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olubolmamasıdır. Iddiaçının ərizəsi araşdırılarkən cavabdeh nə vaxtsa mənzillə təmin edilibedilməməyini deyil, mənzil şəraitinin yaşxılaşdırılmasına ehtiyacı olub-olmamasını müəyyən etməli idi. Cavabdeh isə bunu etməmişdir. Iddiaçının mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan 1-ci qrup Qarabağ əlili olmağı Sumqayıt Şəhər Icra Hakimiyyətinin sərəncamı ilə müəyyən edilmiş və iddiaçı bu əsaslarla uçota götürülmüşdür. Belə olan təqdirdə cavabdehin məktubunda göstərilmiş əsasla imtina etməsi qanunsuz olmuşdur. Qeyd edilir ki, iddiaçının bir dəfə mənzillə təmin edilməyini əsas götürərək mənzillə təmin etməkdən imtina etməklə, cavabdeh Prezidentin ## #### 2014-cü il tarixli, *** saylı sərəncamının da tələblərini pozmuşdur. Çünki iddiaçı həmin Sərəncamda qeyd edilən şəxslərə aid olduğundan və Sumqayıt Şəhər Icra Hakimiyyətinin ## ###### 2020-ci il tarixli sərəncamı ilə bu kateqoriya şəxslər üzrə mənzil uçotuna götürüldüyündən, iddiaçı mənzil şəraiti yaxşılaşdırılmağa ehtiyacı olan şəxsdir və bu halda cavabdehin imtinası qanunsuz olmuşdur. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi normalara əsasən, yaşayış sahəsinin ayrılma norması adambaşına 16 kv.m müəyyən edilmişdir. Iddiaçı hazırda 8 nəfər ailə üzvü ilə yaşayış sahəsi 66,4 kv.m olan 3 otaqlı mənzildə yaşayır. Adambaşına düşən yaşayış sahəsi Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş 16 kv.m normadan azdır. Məhz bunu nəzərə alaraq Sumqayıt Şəhər Icra hakimiyyəti iddiaçını və həyat yoldaşını mənzilə ehtiyacı olan 1-ci qrup Qarabağ əlili kimi uçota götürmüşdür. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri: Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd olunmuşdur ki, iddiaçı mövcud qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən mənzillə təmin olunduğundan onun yenidən mənzillə təmin edilməsi qanunvericiliyə uyğun deyildir. Iddia ərizəsindən və iş materiallarından da göründüyü kimi, iddiaçı ailə tərkibi 5 nəfər olmaqla Sumqayıt şəhəri, 12ci mikrorayon, mənzil 55, ev 12b, ümumi sahəsi 111.39 kv.m, yaşayış sahəsi 66.40 kv.m mənzillə təmin edilmişdir. Belə olan halda hesab edilir ki, iddiaçı və onun ailə üzvinə adambaşına düşən sahə (111,39 kv.m:5 nəfər = 22,28 kv.m) uçot normasından (16 kv.m) çoxdur. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” ## ###### 2019-cu il tarixli, *** nömrəli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun # ###### 2010-cu il tarixli Qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin ## #### 2023-cü il tarixli, **(***)-****/**** nömrəli və # ##### 2024-cü il tarixli, *-*(***)-***/**** saylı qərarlarına istinad olunmuşdur. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: # ##### 2015-ci il tarixli “Dövlət mənzil fondu yaşayış sahəsinin kirayə” müqaviləsidən görünür ki, kirayədar Sumqayıt Şəhər Icra Hakimiyyəti yanında MənzilKommunal X5 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 111,39 kv.m, yaşayış sahəsi 66,40 kv.m olan mənzili müddətsiz (daimi) istifadə üçün kirayəçi İddiaçı və onun 4 nəfər ailə üzvlərinə vermişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “TibbiSosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat”dan görünür ki, İddiaçı # ###### 2019-cu il tarixdə “Kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə beyin travmasının dərin davamlı qalıq əlaməti. Dəqiqləşdirilməmiş ensefalopotiya, postravmatik ensefalopotiya, tez tez baş verən vegetativ damar paroksizmləri ilə” diaqnozu, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi” səbəb-əlaqəsi ilə müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. Sumqayıt Şəhər Icra Hakimiyyəti başçısının ## ###### 2020-ci il tarixli, *** nömrəli sərəncamından görünür ki, 1-ci qrup Qarabağ müharibəsi əlili İddiaçı 2 nəfərdən ibarət ailə tərkibi ilə imtiyazı əsasında yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qərara alınmışdır. ## ### 2025-ci il tarixli, ** nömrəli “Dövlət mənzil fondu yaşayış sahəsinin kirayə” müqaviləsidən görünür ki, kirayədar Sumqayıt Şəhər Icra Hakimiyyəti yanında MənzilKommunal X5 ünvan 1 ünvanında yerləşən 111,39 kv.m, yaşayış sahəsi 66,40 kv.m olan mənzili müddətsiz (daimi) istifadə üçün kirayəçi İddiaçı və onun 7 nəfər ailə üzvlərinə vermişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin ## #### 2025-ci il tarixli, *-**-*/*-M-*****/**** nömrəli məktubundan görünür ki, İddiaçı dövlət tərəfindən ünvan 1 ünvanında üçotaqlı mənzillə təmin olunmuşdur. Imtiyazlı şəxs kimi Nazirlik tərəfindən yenidən mənzillə təmin olunması nəzərdə tutulmamışdır. Sumqayıt Şəhər Icra Hakimiyyətinin ## ###### 2026-cı il tarixli, *-*/*-***/**** nömrəli məktubundan görünür ki, İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 2012-ci ildə Sumqayıt şəhərində inşa edilmiş yaşayış sahəsi 66,40 kv.m olan 3 otaqdan ibarət 12-ci mikrorayon, ev 12-də ünvanından 5 nəfər ailə tərkibinə görə ** saylı mənzillə təmin olunmuşdur. Həmin yaşayış sahəsinə dair İddiaçı ilə kirayə müqaviləsi bağlanmışdır. İddiaçı imtiyazı əsasında Sumqayıt Şəhər Icra Hakimiyyəti başçısının ## ###### 2020-ci il tarixli, *** saylı sərəncamı ilə yenidən 2 nəfərdən (özü, arvadı) ibarət ailə tərkibi ilə yaşayış yeri üzrə mənzil uçotuna alınmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Könül Həbibova). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçı ona cavabdeh tərəfindən əlavə olaraq mənzilin verilməsi ilə bağlı qərar qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Bunun əksinə, cavabdeh inzibati orqan tərəfindən iddiaçının mənzil növbəsinə durarkən qeydə alınmış 5 nəfər ailə tərkibinə uyğun olaraq adambaşına düşən ayrılma normasının nəzərə alındığı, bu səbəbdən də sahəsi 111,39 kv.m olan 3 otaqlı mənzilin verildiyi, əlavə olaraq mənzilin verilməsi ilə bağlı orqanın öhdəliyinin olmadığı sübuta yetirilir Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI: Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdeh onu mənzillə təmin etməkdən imtina edərkən 2012-ci ildə bir dəfə mənzillə təmin edilməsini əsas götürmüşdür. Halbuki şəxsin mənzillə təmin edilməsi üçün əsas meyar onun neçə dəfə mənzillə təmin edilməsi deyil, hazırda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacının olub-olmamasıdır. Iddiaçının ərizəsi araşdırılarkən cavabdeh onun əvvəllər mənzillə təmin edilib-edilməməsini deyil, hazırda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacının olub-olmamasını müəyyən etməli idi. Lakin cavabdeh bunu etməmiş, yalnız iddiaçının bir dəfə mənzillə təmin edilməsini əsas götürərək onun hazırda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacının olması faktına düzgün hüquqi qiymət verməmişdir. Iddiaçının mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 1-ci qrup Qarabağ əlili olması Sumqayıt şəhər Icra Hakimiyyətinin müvafiq Sərəncamı ilə müəyyən edilmiş və o, həmin əsaslarla uçota götürülmüşdür. Belə olan halda, cavabdehin məktubda göstərdiyi əsasla iddiaçını mənzillə təmin etməkdən imtina etməsi qanunsuz olmuşdur. Iddiaçı həmçinin qeyd etmişdir ki, onun bir dəfə mənzillə təmin edilməsini əsas götürərək yenidən mənzillə təmin etməkdən imtina etməklə cavabdeh Azərbaycan Respublikası Prezidentinin ##.##.2014-cü il tarixli *** saylı Sərəncamının tələblərini də pozmuşdur. Belə ki, iddiaçı həmin Sərəncamda göstərilən şəxslər kateqoriyasına aid olduğundan və Sumqayıt şəhər Icra Hakimiyyətinin ##.##.2020-ci il tarixli Sərəncamı ilə bu kateqoriya üzrə mənzil uçotuna götürüldüyündən, o, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs hesab edilir. Bu səbəbdən cavabdehin imtinası qanunsuz olmuşdur. Bundan əlavə, Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş normalara əsasən, yaşayış sahəsinin ayrılma norması adambaşına 16 kv.metr müəyyən edilmişdir. Iddiaçı hazırda 8 nəfər ailə üzvü ilə birlikdə yaşayış sahəsi 66,4 kv.metr olan 3 otaqlı mənzildə yaşayır. Adambaşına düşən yaşayış sahəsi Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş 16 kv.metrlik normadan azdır. Məhz bu hal nəzərə alınaraq Sumqayıt şəhər Icra Hakimiyyəti iddiaçını və onun həyat yoldaşını mənzilə ehtiyacı olan 1-ci qrup Qarabağ əlili kimi uçota götürmüşdür. Lakin cavabdeh iddiaçının mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 1-ci qrup Qarabağ əlili olmasını nəzərə almamış, həmçinin Prezidentin Sərəncamında mənzil verilməsinin sayının məhdudlaşdırılmadığı halda, ona bir dəfə mənzil verilməsini əsas gətirərək mənzillə təmin etməkdən imtina etmişdir. Bu səbəbdən həmin imtina qanunsuz hesab edilməli və cavabdehin üzərinə iddiaçını həyat yoldaşı ilə birlikdə müəyyən edilmiş yaşayış normaları daxilində mənzillə təmin etmək öhdəliyi qoyulmalıdır. Iddiaçı daha sonra bildirmişdir ki, məhkəmə cavabdehin imtinasında və iddia ərizəsində göstərilən əsaslarla deyil, tamamilə başqa əsaslarla işə baxmış və həmin mövcud olmayan əsaslarla iddianı rədd etmişdir. Bu halda məhkəmə qərarı qanuni hesab edilə bilməz. Çünki cavabdehin imtinasının və iddia ərizəsinin məzmunu bir, məhkəmənin iddianı rədd etməsinin əsası isə tamamilə başqa olmuşdur. Belə ki, cavabdeh iddiaçının ərizəsini ona görə təmin etməmişdir ki, guya o, bir dəfə mənzil aldığı üçün ikinci dəfə mənzillə təmin edilə bilməz. Iddiaçı isə məhz cavabdehin bu məzmunlu imtinasının qanuna zidd olmasını əsas gətirərək iddia qaldırmışdır. Lakin məhkəmə iddianı cavabdehin imtinasında və iddia ərizəsində göstərilən əsasla deyil, guya ailə üzvlərinin sayının artmaması, gəlininin və nəvələrinin onun ailə üzvü hesab edilməməsi əsası ilə rədd etmişdir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı ailə üzvlərinin sayına görə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs hesab edilə bilməz və bu barədə qəbul edilmiş sərəncam qanunsuz olmuşdur. Iddiaçı hesab edir ki, məhkəmə işi bu cür həll etməklə Konstitusiyanın və qanunların tələblərini pozmuşdur. Çünki məhkəmənin cavabdehin imtina əsaslarından kənara çıxaraq digər əsasları müzakirə etmək və araşdırmaq hüququ olmamışdır. Məhkəmə iddiaya baxarkən yalnız cavabdehin imtinasının əsaslı və qanunauyğun olub-olmamasını yoxlamalı və buna uyğun qərar qəbul etməli idi. Lakin məhkəmə imtinanın əsasını deyil, tamamilə başqa halları yoxlamış, bu da prosessual qanunvericiliyin tələblərinə zidd olmaqla səhv qərar qəbul edilməsi ilə nəticələnmişdir. Belə olan halda məhkəmə qərarı qanuni hesab edilə bilməz və ləğv edilməlidir. Bundan əlavə, məhkəmənin öz qərarında istinad etdiyi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələblərinə görə, mülkiyyətçi ilə birlikdə yaşayan və onunla birgə təsərrüfat aparan digər şəxslər də mülkiyyətçinin ailə üzvləri hesab edilirlər və onunla birlikdə mənzildən istifadə hüququ qazanırlar. Iddiaçının gəlini və nəvələri də onunla birlikdə yaşayırlar. Çünki iddiaçının başqa mənzili yoxdur və onun oğlunu evləndirmək, mənzilinə gəlin gətirmək hüququ vardır. Məhkəmənin məntiqinə görə iddiaçı oğlunu, gəlinini və sonradan doğulmuş nəvələrini mənzildən çıxarmalı idi. Halbuki iddiaçının oğlu da ailə tərkibində nəzərə alınmaqla onlara verilmiş mənzildə yaşamaq və doğulmuş uşaqlarını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən həmin mənzilə köçürmək hüququna malikdir. Bu baxımdan məhkəmənin həmin məsələ ilə bağlı dəlilləri qanuni hesab edilə bilməz. Iddiaçı həmçinin hesab edir ki, məhkəmənin gətirdiyi digər dəlillər də qanunsuz olmuşdur. Belə ki, məhkəmə öz səlahiyyətlərini aşaraq, Sumqayıt şəhər Icra Hakimiyyətinin sərəncamı mübahisələndirilmədiyi halda, həmin sərəncam əsasında iddiaçının mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs kimi tanınmasını qanunsuz hesab etmişdir. Bu isə Konstitusiyanın və qanunların tələblərinin pozulması deməkdir. Qanuni qüvvədə olan, heç bir orqan tərəfindən mübahisələndirilməyən və ləğv edilməyən sərəncamı məhkəmənin qanunsuz hesab etməsi və həmin sərəncamda müəyyən edilmiş halların əksinə qərar qəbul etməsi qanunların kobud surətdə pozulmasıdır. Bundan başqa, məhkəmə işə baxan məhkəmələr üçün preyudisial əhəmiyyət daşımayan ayrı-ayrı işlər üzrə Ali Məhkəmənin məhkəmə kollegiyalarının qərarlarına istinad etməklə qanunun tələblərini pozmuşdur. Ali Məhkəmənin ayrı-ayrı işlər üzrə qəbul etdiyi qərarlar hüququn mənbəyi deyildir və məhkəmə qərarlarında bu qərarlara hüququn mənbəyi kimi istinad edilməsi qanunsuzdur. Iddiaçı qeyd etmişdir ki, o da məhkəməyə məlumat üçün öz iddiasına oxşar başqa bir iş üzrə iddianın təmin edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanmasına dair Ali Məhkəmənin Inzibati Kollegiyasının qərarını təqdim etmişdir. Lakin məhkəmə iddiaçının təqdim etdiyi həmin qərarda ifadə olunan Ali Məhkəmənin mövqeyini deyil, onun iddiası ilə məzmunca uyğun olmayan başqa bir məsələ üzrə qəbul edilmiş qərara istinad etmişdir. Göstərilənlərə əsasən, iddiaçı hesab edir ki, hazırkı iş üzrə qəbul edilmiş məhkəmə qərarı qanunlara tam ziddir, onun pozulmuş mənzil hüququnun bərpasına mane olur və bu səbəbdən həmin qərar ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. b) Cavabdehin apellyasiya şikayətinə dair etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi. TƏTBIQ EDILƏN HÜQUQ. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 43.2. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Maddə 60.2. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 31.1. Əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 48. Sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri. 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə, habelə qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Maddə 49. Yaşayış sahəsinin ayrılma norması və yaşayış sahəsinin uçot norması 49.1. Sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin ayrılma norması sosial kirayə müqaviləsi üzrə verilən yaşayış sahəsinin ümumi sahəsinin (ölçülərinin) müəyyənləşdirilməsi üçün əsas götürülən yaşayış sahəsinin minimal ölçüsüdür. 49.2. Dövlət mənzil fonduna münasibətdə ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 50. Vətəndaşların sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilməsinin əsasları 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). 50.2. Vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. Maddə 51. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələr əsasında həmin orqan tərəfindən həyata keçirilir. Maddə 59. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi 59.1. Yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi yaşayış sahəsini digər tərəfin - vətəndaşın yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. 59.2. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi müddətsiz (onun qüvvədə olma müddəti müəyyənləşdirilmədən) bağlanılır. 59.3. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi almağa hüquq verən əsasların və halların dəyişməsi yaşayış sahəsinin sosial kirayə müqaviləsinin ləğv edilməsinə əsas deyil. 59.4. Sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi üzərində yaranmış hüquqlar qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” ## ###### 2019-cu il tarixli, *** nömrəli Qərarı: Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilmişdir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 14.3. Inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI: Apellyasiya şikayəti vaxtında verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Ona görə də şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı iş üzrə iddiaçının hüquqi marağı 1-ci qrup Qarabağ müharibəsi əlili kimi ona əvvəllər verilmiş mənzilin hazırkı ailə tərkibinə uyğun olmadığı əsas göstərilməklə yeni yaşayış sahəsi ilə təmin edilməsinə yönəlmişdir. Iddiaçı hesab edir ki, onun 2012-ci ildə mənzillə təmin olunması təkrar mənzil təminatından imtina üçün müstəqil əsas ola bilməz və cavabdeh inzibati orqan onun hazırkı mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacının olubolmamasını araşdırmalı idi. Iş materiallarından görünür ki, # ##### 2015-ci il tarixli dövlət mənzil fondunun yaşayış sahəsinin kirayə müqaviləsi ilə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 111,39 kv.m, yaşayış sahəsi 66,40 kv.m olan mənzil iddiaçıya və onun 4 nəfər ailə üzvünə müddətsiz istifadə üçün verilmişdir. Sumqayıt Şəhər Icra Hakimiyyətinin ## ###### 2020-ci il tarixli, *** nömrəli sərəncamı ilə iddiaçı 2 nəfərdən ibarət ailə tərkibi ilə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış, ## ### 2025-ci il tarixli müqavilədə isə həmin mənzil üzrə iddiaçı və onun 7 nəfər ailə üzvü göstərilmişdir. Cavabdeh inzibati orqan ## #### 2025-ci il tarixli məktubunda iddiaçının dövlət tərəfindən artıq üçotaqlı mənzillə təmin olunduğunu və imtiyazlı şəxs kimi Nazirlik tərəfindən yenidən mənzillə təmin edilməsinin nəzərdə tutulmadığını bildirmişdir. Sumqayıt Şəhər Icra Hakimiyyətinin ## ###### 2026-cı il tarixli məktubunda da iddiaçının 2012-ci ildə 5 nəfər ailə tərkibinə görə yaşayış sahəsi 66,40 kv.m olan 3 otaqlı mənzillə təmin edildiyi, sonradan isə 2 nəfər ailə tərkibi ilə yenidən mənzil uçotuna götürüldüyü qeyd edilmişdir. Kollegiya ilk növbədə apellyasiya şikayətinin “məhkəmə cavabdehin imtina əsasından kənara çıxmışdır” dəlilinə münasibətdə qeyd edir ki, məcburetmə haqqında iddialarda məhkəmə yalnız imtina məktubunda işlədilən ifadələrin formal yoxlanılması ilə kifayətlənmir. Belə iddialarda məhkəmə iddiaçının tələb etdiyi inzibati aktın qəbulunu zəruri edən bütün hüquqi və faktiki şərtlərin mövcudluğunu, habelə həmin aktın qəbulunu istisna edən halları yoxlamalıdır. Bu yanaşma IPM-in 14.3, 58.7 və 68-ci maddələrinin tələblərindən irəli gəlir. Bu səbəbdən birinci instansiya məhkəməsinin iddiaçının yenidən mənzillə təmin olunması üçün zəruri şərtlərin mövcudluğunu, o cümlədən verilmiş yaşayış sahəsinin ümumi sahəsini, ailə tərkibini və adambaşına düşən normanı araşdırması cavabdehin imtina əsasından kənara çıxma kimi qiymətləndirilə bilməz. Əksinə, həmin hallar iddia tələbinin təmin edilib-edilməməsi üçün birbaşa əhəmiyyət daşıyan hallardır. Nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin 49-cu maddəsinin məzmununa görə sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahəsinin ayrılma norması yaşayış sahəsinin ümumi sahəsinin müəyyənləşdirilməsi üçün əsas götürülür. Nazirlər Kabinetinin ## ###### 2019-cu il tarixli, *** nömrəli qərarı ilə bu norma 16 kv.m müəyyən edilmişdir. Buna görə də iddiaçının adambaşına düşən sahə ilə bağlı dəlilləri qiymətləndirilərkən yalnız yaşayış otaqlarının sahəsi deyil, mənzilin ümumi sahəsi əsas götürülməlidir. Iddiaçının 2012-ci ildə mənzillə təmin edildiyi dövrdə mənzil 5 nəfər ailə tərkibinə görə verilmişdir. Həmin mənzilin ümumi sahəsi 111,39 kv.m təşkil edir. Bu göstərici 5 nəfər ailə tərkibinə bölündükdə adambaşına düşən sahə 22,28 kv.m edir ki, bu da 16 kv.m ayrılma normasından çoxdur. Bu baxımdan birinci instansiya məhkəməsi iddiaçının ilkin mənzil təminatı zamanı qanunvericiliklə müəyyən edilmiş normadan az yaşayış sahəsi ilə təmin olunmadığı nəticəsinə gəlməkdə haqlı olmuşdur. Kollegiya qeyd edir ki, iddiaçının sonradan 8 nəfər ailə üzvü ilə eyni mənzildə yaşamasına istinad etməsi də özlüyündə cavabdeh inzibati orqanın üzərinə əlavə mənzil vermək öhdəliyi qoyulması üçün kifayət etmir. Mənzilə sonradan köçürülən və ya həmin mənzildə yaşayan şəxslərin faktiki yaşayışı onların mənzildən istifadə hüququnun qiymətləndirilməsi baxımından əhəmiyyət daşıya bilər, lakin bu hal dövlətin əvvəlki mənzil təminatından əlavə ikinci yaşayış sahəsi ayırmaq öhdəliyini yaratmır. Kollegiya qeyd edir ki, iddiaçının oğlunun və qızının ailə qurması, gəlininin, kürəkəninin və nəvələrinin həmin mənzildə yaşaması onların həmin mənzildən istifadə etməsi ilə bağlı məsələ kimi qiymətləndirilə bilər. Lakin bu hal özlüyündə dövlət orqanının iddiaçıya ikinci dəfə mənzil vermək öhdəliyini yaratmır. Çünki iddiaçı əvvəllər qanunvericiliklə müəyyən edilmiş normadan artıq ümumi sahəyə malik mənzillə təmin edilmişdir. Sosial kirayə əsasında mənzil verilməsi isə yalnız qanunda nəzərdə tutulmuş şərtlər və normalar daxilində mümkündür. Kollegiya onu da qeyd edir ki, Sumqayıt Şəhər Icra Hakimiyyətinin ## ###### 2020-ci il tarixli sərəncamı iddiaçının mənzil uçotuna alındığını təsdiq etsə də, bu hal özlüyündə cavabdeh inzibati orqanın üzərinə iddiaçını mütləq qaydada yeni mənzillə təmin etmək öhdəliyi qoymur. Çünki mənzil uçotuna alınma yalnız şəxsin növbəyə götürülməsini ifadə edir, mənzillə təmin olunma isə qanunvericilikdə nəzərdə tutulmuş digər şərtlərin də mövcud olmasını tələb edir. Iddiaçının apellyasiya şikayətinin Azərbaycan Respublikası Prezidentinin ## #### 2014-cü il tarixli, *** nömrəli Sərəncamına istinad olunmasına dair dəlili ilə bağlı kollegiya qeyd edir ki, həmin Sərəncam müvafiq kateqoriyadan olan şəxslərin mənzil təminatı tədbirlərinin həyata keçirilməsinə yönəlmişdir. Lakin bu Sərəncam iddiaçının əvvəllər qanunvericiliyin tələblərinə uyğun mənzillə təmin edildiyi və həmin mənzilin ümumi sahəsinin ayrılma normasından artıq olduğu halda, ona say məhdudiyyəti olmadan əlavə mənzil verilməsi barədə mütləq subyektiv hüquq yaratmır. Apellyasiya şikayətində Ali Məhkəmənin ayrı-ayrı qərarlarına istinad edilməsinin qanunsuz olması barədə dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi həmin qərarlara hüququn mənbəyi kimi deyil, oxşar münasibətlər üzrə formalaşmış hüquqi yanaşmanın nəzərə alınması məqsədilə istinad etmişdir. Bu hal məhkəmənin qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etmək və qərarını əsaslandırmaq səlahiyyətini istisna etmir. Beləliklə, iddiaçı cavabdeh inzibati orqanın üzərinə əlavə mənzil verilməsi barədə öhdəlik qoyulmasını zəruri edən faktiki və hüquqi şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Əksinə, iş materialları ilə müəyyən edilir ki, iddiaçı 5 nəfər ailə tərkibinə uyğun olaraq ümumi sahəsi 111,39 kv.m olan 3 otaqlı mənzillə təmin edilmiş, həmin göstərici adambaşına düşən ayrılma normasından çox olmuş və cavabdehin əlavə mənzil vermək öhdəliyini yaradan hallar sübuta yetirilməmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“Inzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTICƏVI HISSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar