Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-736/2026 16.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, Iddiaçının nümayəndəsi (əri) nümayəndə1, Iddiaçının nümayəndəsi və vəkili Vəkil, Üçüncü şəxs üçüncü şəxs2 nümayəndəsi X2 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh üçüncü şəxs2 Cavabdeh (üçüncü şəxs2 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “torpaq sahəsinə mülkiyyət hüququna dair reyestrdən çıxarışın və planölçü sənədinin verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından apellyasiya şikayəti verilməsi müddətinin bərpasına dair iddiaçı tərəfindən verilmiş ərizəyə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: Sumqayıt Inzibati Məhkəməsinin (hakim Mehriban Mahmudlu-Abbaszadə) ##.##.2026cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddiaçı İddiaçı cavabdeh üçüncü şəxs2 Cavabdeh (üçüncü şəxs2 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “torpaq sahəsinə mülkiyyət hüququna dair reyestrdən çıxarışın və plan-ölçü sənədinin verilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli *-*(*-*)- ***/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından verdiyi apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilmişdir. Bundan sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə ##.##.2026-cı il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək, iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)- ****/**** nömrəli qərarından apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddətin buraxılmasının səbəblərini üzürlü hesab etməklə, apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsini xahiş etmişdir. Ərizəyə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından apellyasiya şikayətini əlavə etmişdir. Ərizə və şikayət ##.##.2026-cı il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin yekun qərarından sonra iddiaçı İddiaçı iddiasının rədd olunmasına görə nümayəndəsi və vəkilindən narazı qaldığı üçün onun xidmətindən imtina etmiş, qərarı alan kimi özünün apellyasiya şikayəti verəcəyini bildirmişdir. Lakin Qərar bu günə kimi iddiaçıya rəsmi surətdə təqdim edilməmişdir. Iddiaçı öz səyləri ilə ## ##### 2026-cı ildə qərarı əldə edərək kağız formatda apellyasiya şikayəti vermiş, həmin apellyasiya şikayəti ## ##### 2026-cı ildə Sumqayıt Apellyasiya Məhkəməsində qeydiyyata alınmışdır. Göstərilənlərlə əlaqədar olaraq və iddiaçı apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş 30 günlük müddəti ötürmədiyi qənaətinə gəldiyi üçün şikayətin verilməsi müddətinin üzürlü hesab edilərək bərpa edilməsi barədə məhkəməyə ərizə verməmişdir. Lakin məhkəmə kollegiyası IPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım etməmiş, şikayətin verilməsi müddətinin üzürlü hesab edilərək bərpa edilməsi barədə məhkəməyə ərizə verməli olduğunu izah etməmişdir. Bundan başqa, məhkəmə kollegiyası nəzərə almalıdır ki, Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ## ###### 2026-cı il tarixli qərarı, IPM-nin 75.2-ci maddəsinin tələblərinə zidd olaraq, qərarın nəticəvi hissəsinin elan olunduğu vaxtdan 15 gündən gec olmayaraq deyil, 1 ay sonra, yəni ## #### 2026-cı ildə “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirilmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsi qərarını iddiaçıya rəsmi qaydada göndərmədiyi, onu IPM-də nəzərdə tutulduğundan 15 gün gec “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirdiyi halda, heç bir savadı olmayan iddiaçı İddiaçı apellyasiya şikayətini qərarı əldə etdiyi vaxtdan 16 gün ərzində verməsinin səbəbləri üzürlü hesab edilə və müddət bərpa edilə bilər. Iş materialları ilə müəyyən olunur ki, Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı ##.##.2026-cı il tarixdə AZEMIS-də iddiaçının nümayəndəsi və vəkili Vəkil məxsus elektron kabinetə yerləşdirilmişdir. Iddiaçı İddiaçı ##.##.2026-cı il tarixdə apellyasiya şikayət verərək, iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 30 günlük prosessual müddəti ötürmüşdür. Bu baxımdan, apellyasiya şikayətinin mümkünlük məsələsinə baxılması qərara alınmış və məhkəmə iclası təyin edilmiş, iddiaçıya bildiriş göndərməklə IPM-in 13-cü maddəsinə əsasən ona hüquqi yardım etmiş, şikayətin verilməsi müddətinin üzürlü səbəblərdən buraxılmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməsi təklif edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil prosessual müddətin bərpa edilməsinə dair ərizənin təmin edilməsini, apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi nümayəndə1 prosessual müddətin bərpa edilməsinə dair ərizənin təmin edilməsini, apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs üçüncü şəxs2 nümayəndəsi X2 izahatında bildirdi ki, iddiaçı tərəf apellyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş müddəti üzürlü səbəblər olmadan buraxmışdır. Bu səbəbdən ərizənin rədd edilməsini və apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da, cavabdeh üçüncü şəxs2 Cavabdehn nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası IPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan buraxılmış prosessual müddətin bərpasına dair ərizəyə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib hesab edir ki, iddiaçının prosessual müddətin bərpa edilməsinə dair ərizəsi rədd edilməli, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin, şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun, həmçinin, apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Inzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Inzibati Prosessual Məcəllənin 75.1-ci maddəsinə əsasən bu Məcəllənin 85.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Göründüyü kimi, iddiaçı məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün ərzində apellyasiya şikayəti verməmiş, bu müddəti üzürlü səbəblər olmadan buraxaraq ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti vermişdir. Həmçinin iddiaçının nümayəndələri və vəkili məhkəmə qərarının qəbulu zamanı məhkəmə iclasında iştirak etmişlər və məhkəmə qərarından şikayət verilməsi müddəti və qaydası onlara izah edilmişdir. Buna baxmayaraq vaxtında şikayət verilməmişdir. Inzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-in 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. MPM-in 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Azərbaycan Respublikası MPM-in 133.1-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Iddiaçı apellyasiya şikayəti verilməsi müddətini üzürlü səbəbdən ötürdüyünü qeyd etsə də, həmin halları təsdiq edən mötəbər yazılı sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, müddətin buraxılmasının səbəblər üzürlü hesab edilə və buraxılmış müddət bərpa edilə bilməz. Azərbaycan Respublikası MPM-in 133.5-ci maddəsinə əsasən müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının nümayəndəsi və vəkili iddiaçını təmsil etdiyinə görə, məhkəmənin qərarının ##.##.2026-cı il tarixdə AZEMIS-də iddiaçının nümayəndəsi və vəkili Vəkil məxsus elektron kabinetə yerləşdirilməsi, qərarın iddiaçıya çatdırılması hesab edilir və müddətin axımı ##.##.2026-cı il tarixdən hesablanır. Göründüyü kimi, iddiaçı məhkəmə qərarının tam formada təqdim olunduğu, yəni nümayəndə və vəkilinin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi ##.##.2026-cı il tarixdən 30 gün ərzində şikayət verməmiş, bu müddəti üzürlü səbəblər olmadan buraxaraq ##.##.2026-cı il tarixdə şikayət vermişdir. Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. MPM-in 10-1.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. MPM-in 10-1.8-ci maddəsinə əsasən “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir. MPM-in 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. MPM-in 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. MPM-in 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Hazırkı işdə isə iddiaçının qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayəti vermək imkanını mümkünsüz edən və onun iradəsindən aşkar surətdə kənara çıxan hər hansı hal müəyyən edilmir. Inzibati Prosessual Məcəllənin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Şərh edilənlərə əsasən və Inzibati Prosessual Məcəllənin 75, 80, 85, 87, 89 və 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Iddiaçı İddiaçı iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)- ****/**** nömrəli qərarından apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi rədd edilsin və apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (ünvan: ünvan 1 məhəllə) kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-736/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-736/2026
16.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver